Ardını oxu...
Türkiyənin məşhur "Muhteşem Yüzyıl" serialının ulduzu Burak Özçivit Rusiyanın "Ya k tebe nadolqo" layihəsində baş rolu canlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Kino-Teatr.Ru portalı məlumat yayıb.

Məlumata görə, "Ivy" striminq servisinin istehsal etdiyi serial romantik sketç-komediya janrında yayımlanacaq. Burak Özçiviti bu layihədə rusiyalı aktrisa Yuliya Kalaşnikova müşayiət edəcək. Süjetdə gözlənilmədən bir rus qadınını ziyarət edən məşhur türk aktyorunun hekayəsi təsvir olunur. Serialın altı seriyadan ibarət olacağı bildirilir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Əsgər Hacı oğlu Salami XIX əsrdə Oğuz (keçmiş Vartaşen) rayonunda yaşayıb yaratmış doqquz şairdən biridir.
O, 1826-cı ildə Yaqublu kəndində anadan olmuşdur. Bir müddət molla yanında, sonra isə Ağdaşdakı mədrəsədə oxumuş, dövrünə görə müəkəmməl təhsil almışdır.
Ə.Salami tanınmış şair Mücrüm Kərim Vardaninin təşkil etdiyi ədəbi-musiqi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şairin Şamaxıda fəaliyyət göstərən ədəbi məclislərdə iştirak etdiyi, M.K.Vardanidən başqa, dövrünün tanınmış yazarlarından S.Ə.Şirvani, İ.Qutqaşınlı, İ.Nakam, A.Padarlı, P.Qarağani, M.R.İltica, M.Rövşən və digərləri ilə şəxsi tanışlığı olduğu söylənilir.
Sonralar Ağdaşa köçmüş və bir müddət orada yaşamışdır. Ə.Salaminin 1870-1871-ci illərdə vəfat etdiyi ehtimal olunur. Öz vəsiyyətinə əsasən Ağdaşda dəfn olunmuşdur. (Kənd əhalisi arasında şairin Ağdaşda deyil, kəndin cənub istiqamətindən Ağdaşa gedən yolun (Ağdaş yolunun) kənarında bir təpənin üstündə dəfn edilməsi barədə rəvayətlər də dolaşmaqdadır.)
Ə.Salaminin əsərləri haqqında ilk dəfə filologiya elmləri doktoru Əhməd Cəfərzadə məlumat vermişdir. O, 1977-1978-ci illərdə Oğuz rayonunda çıxan “Oğuz yurdu” qəzetinin müxtəlif saylarında dərc olunmuş məqalələrində bu barədə də informasiya vermişdir.
Şairin əldə olan yeganə tam şeiri Mücrüm Kərimin Məkkədən qayıtması münasibəti ilə yazdığı şeirdir. Bundan başqa onun şeirlərindən bir sıra bənd və beytlər də qalmışdır. Şairin əsərlərində tənbəllik, süründürməçilik, rüşvətxorluq, çapqınçılıq, qumarbazlıq, sərxoşluq və əyyaşlıq, hər cür zorakılıq tənqid olunur.
Şairin əlyazmalarından bəziləri Respublika əlyazmalar fondunda qorunur və öz tədqiqatçılarını gözləyir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
TEREF

Ardını oxu...
Türkiyənin məşhur müğənnisi Gülben Ergen Yaponiyaya üz tutub.

Milli.Az xəbər verir ki, ifaçı Tokio küçələrində özünü videoya çəkdirərkən təhlükə ilə üzləşib.

Belə ki, kameraya baxaraq, yolu keçən sənətçi az qala, maşın altında qalacaqdı. Məşhuru son anda yanındakı xanım qolundan tutaraq hadisənin qarşısını alıb.

Sözügedən görüntünü təqdim edirik:

 
Ardını oxu...
Türkiyənin "Tabii" dijital platformasında nümayiş olunan "Çırak" serialında aktyor Elşən Orucovun ilk səhnəsi yayımlanıb.
TEREF axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçısı Ozan Akbaba ilə Elşən Orucov arasında Bakı ilə bağlı dialoq yer alıb.
Bundan başqa, ssenarisini Ozan Akbabanın yazdığı serialda Azərbaycan mədəniyyətinə xüsusi yer verilməsi də diqqət çəkib.
Qeyd edək ki, ekran işində baş rolları Ozan Akbaba və Damla Sönməz canlandırır. Layihədə daha öncə də Zamiq Hüseynovun ifasına yer verilmişdi.

Ardını oxu...
  

Son illərdə ölkəmizdə kitab oxuma mədəniyyətini inkişaf etdirmək məqsədilə müxtəlif layihələr həyata keçirilib, sosial kampaniyalar təşkil olunub. Kitabların təbliği artıb, həm fiziki, həm də rəqəmsal platformalarda satış imkanları genişlənib. Ölkəmizdə kitab oxumağa maraq ümumi mənada çox yüksək olmasa da, bu sahədə müsbət dinamikanın olduğu müşahidə olunur. Xüsusilə gənc nəsil arasında ədəbi əsərlərə və təhsilyönümlü kitablara maraq nəzərəçarpacaq dərəcədə artıb. Buna baxmayaraq, mövcud problemlər bu inkişafa ciddi maneələr yaradır.

Bu problemlərin başında isə kitabların keyfiyyətli hazırlanması və nəşri ilə bağlı məsələlər dayanır. Təəssüf ki, müxtəlif nəşriyyatların istehsal etdiyi kitablar, xüsusilə tərcümə əsərləri ciddi qüsurlarla doludur. Azərbaycan ədəbi dili qaydalarının pozulması, redaktə və korrektə səhvləri, üslub uyğunsuzluğu kimi problemlər oxucuların gözündən yayınmır. Belə halların artması savadlı və həssas oxucuların kitablara olan inamını sarsıdır, onların keyfiyyətsiz kitabları oxumaqdan imtina etməsinə səbəb olur. Digər tərəfdən, yeni nəsil oxucular bu cür yanlış istifadələri doğru qəbul edə bilər ki, bu da gələcəkdə ədəbi dilin saflaşdırılması və qorunması prosesini çətinləşdirir.

Nəşriyyatların məsuliyyətsizliyi bir sıra sualları gündəmə gətirir: bu sahəyə kim nəzarət etməlidir? Redaktə və korrektə prosesində peşəkarlığı təmin etmək üçün hansı mexanizmlər tətbiq olunmalıdır? Nə üçün bəzi nəşriyyatlar keyfiyyətsiz məhsulları bazara çıxarır və onların satışına icazə verilir?

Ekspertlər bildirirlər ki, nəşriyyat fəaliyyətləri üçün müəyyən standartlar müəyyənləşdirilməli və bu standartlara uyğunluq ciddi şəkildə yoxlanılmalıdır. Redaktə və tərcümə işlərinin peşəkar səviyyədə həyata keçirilməsi üçün təcrübəli mütəxəssislərin cəlb olunması vacibdir. Bundan əlavə, Azərbaycan ədəbi dilinin qorunması məqsədilə kitab nəşri sahəsində monitorinq aparılmalı, dil və üslub qaydalarının pozulduğu hallarda nəşriyyatlara xəbərdarlıq edilməli və ya müvafiq cəza tədbirləri tətbiq olunmalıdır.

Oxucuların kitab seçimində daha tələbkar olması və keyfiyyətsiz məhsullara qarşı etirazlarını bildirməsi də vacibdir. Çünki kitab bazarındakı keyfiyyət problemi yalnız nəşriyyatların məsuliyyətsizliyi deyil, həm də cəmiyyətin bu məsələdəki passiv mövqeyi ilə əlaqədardır. Oxucu və nəşriyyat arasında sağlam bir əlaqə qurularsa, gələcəkdə həm daha keyfiyyətli kitablar hazırlanacaq, həm də Azərbaycan ədəbi dilinin qorunması təmin olunacaq.

Mövzu ilə bağlı publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Həqiqətən, son illərdə Azərbaycanda kitaba maraq çox artıb, yanaşma dəyişib. Çünki bir neçə dalğa təşkil olunan kitab sərgiləri, festivallar və sairə, bunların hamısının çox müsbət təsiri olub. Hesab edirəm ki, televiziyalar da bu işdə müəyyən qədər rol oynayırlar ki, kitab təbliğ olunsun, oxunsun və insanlar özlərinin bədii zövqünü həm də kitab vasitəsilə formalaşdırsınlar. Amma tərcümə ilə bağlı deyilən məsələ, bəli, bu gün çox aktualdır. Bəzi nəşriyyatların buraxdığı tərcümə kitablarının keyfiyyəti o qədər də yüksək deyil. Çox təəssüf ki, Tərcümə Mərkəzinin fəaliyyəti dayandırıldı. Halbuki Tərcümə Mərkəzinin buraxdığı kitablar çox peşəkar şəkildə tərcümə olunur, onların tərcüməçiləri xarici bədii ədəbiyyatı Azərbaycan dilində kifayət qədər peşəkar verə bilirlər. Adam o cür kitabları oxuyanda zövq alır.

Lakin təsadüfi və yaxud hər hansı bir ehtiyacdan doğan tərcümələr də olur, bəzi nəşriyyatlar ağına-bozuna baxmadan onları buraxırlar. Bəzən elə olur ki, bir kitabda bir neçə tərcüməçinin pis mənada dəst-xəttini görürsən. Çünki fərqli intonasiyalar, fərqli üslublar müşahidə olunur  və bu da oxucunu istər-istəməz qıcıqlandırır".

Ardını oxu...

Qulu Məhərrəmli

Qulu Məhərrəmlinin fikrincə, bu məsələ ilə bağlı hansısa qurumun və yaxud  nəzarətin yaradılmasına ehtiyac yoxdur: “Sadəcə olaraq, yaxşı naşir kitab çapına yaxşı tərcüməçilər cəlb edir, onlar da həmin kitabı peşəkar şəkildə tərcümə eləyirlər. Əgər yenidən tərcümənin keyfiyyətinə nəzarət üçün qurumlar yaratsaq, bunlar əks-nəticə verə bilər. Əlbəttə ki, müəyyən monitorinqlər aparıla bilər. Mədəniyyət naziri, Prezident Yanında Dil Komissiyası və müxtəlif qeyri-hökumət təşkilatları monitorinqlər vasitəsilə müəyyən eləyə bilərlər ki, hansı nəşriyyatda tərcümə baxımından keyfiyyətsiz kitablar buraxılır. Amma qeyd etdiyim kimi, xüsusi nəzarət qurumuna ehtiyac yoxdur, çünki bu, cəmiyyəti xeyli geri apara bilər”.

Ardını oxu...

Şahbaz Xuduoğlu

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə məsələyə bu cür mövqe bildirdi: “Həqiqətən də, son illərdə kitab oxuyanların sayı artıb. Bu da onu göstərir ki, tərcümə olunan kitablar elə də pis deyil. İnsanlar kitab oxuyurlarsa, deməli, onlardan nələrsə öyrənə bilirlər, əks halda oxumazdılar.

Tərcümə ilə bağlı şikayətlərə gəldikdə isə ən böyük şikayətçilər elə biz özümüzük. Məsələn, mən bir naşir olaraq tərcümə məsələsindən çox narazıyam. Tərcüməçini sınaqdan keçirirsən, görürsən ki, yaxşı tərcümə edir, amma kitab halına gələndə nəticə gözləntiləri doğrultmur. Yenidən redaktə, yenidən tərcümə prosesi aparmaq lazım gəlir. Bu da səhvləri aradan qaldırmaq üçün uzun və mürəkkəb prosedur tələb edir. Amma bu cür çətinliklər olmasa, tərcümə sahəsi inkişaf edə bilməz.

Heç kim bir gündə tərcüməçi olmur. Adətən işə yeni başlayan tərcüməçilər peşəkar redaktorlarla, təcrübəsiz redaktorlar isə təcrübəli tərcüməçilərlə işləyirlər. Bu proses belə davam etməli və fasiləsiz olaraq inkişaf etdirilməlidir.

Tərcüməyə nəzarət məsələsinə gəldikdə isə vaxtilə Tərcümə Mərkəzi yarananda deyirdilər ki, “biz tərcüməyə nəzarət edəcəyik”. Amma tərcüməyə nəzarət etmək nə deməkdir? Tərcüməyə necə nəzarət etmək olar? Bu yanaşma başdan-ayağa yanlışdır. Əgər tərcüməyə dəstək vermək istəyirlərsə, dəstək versinlər; maliyyə, resurs ayırsınlar. Amma tərcüməyə nəzarət adı altında heç bir fayda əldə olunmaz. Əksinə, bu cür yanaşmalar tərcümə prosesini çətinləşdirər.

Dilimiz də inkişaf edir. Texnoloji tərəqqi nəticəsində yüzlərlə yeni söz yaranır və biz onları dilimizə gətirib qəbul etməliyik. Bu proses qaçılmazdır. Bəzən köhnə nəsil yeni sözləri mətnlərdə görəndə narazılıq edir ki, bu sözlər niyə işlədilir. Amma bu sözləri biz yaratmırıq, onlar təbii olaraq yaranır və biz də onları qəbul etmək məcburiyyətindəyik. Bu yeni sözlərə qarşı qıcıq yaratmaq əvəzinə, onların mənasını anlamağa və düzgün istifadə etməyə çalışmaq lazımdır.

Bu mənada, işləyən bir mexanizmi dayandırmaq yox, ona daha çox dəstək vermək lazımdır ki, nəticədə ortaya keyfiyyətli məhsul çıxsın".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Ardını oxu...
Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir neçə deputat hökumətin sosial siyasətini kəskin tənqid edib.

Əsasən Siyavuş Novruzov, Səyyad Salahlı, Arzuxan Əlizadə və Razı Nurullayev bu yöndə sərt fikirlər səsləndiriblər. Onların bu çıxışlarına Milli Məclisin spikeri Sahibə Qafarova iclasın gedişində cavab verib. Amma maraqlıdır ki, AzTV parlamentin iclasında səsləndirilən tənqidi fikirlərə çox kəskin süjetlə cavab verib.

TEREF həmin süjeti təqdim edir:

 
 
 
Ardını oxu...
Gürcülər hakimiyyəti ittiham edirlər: “Gürcü Arzusu” gürcü tarixini, dilini və ədəbiyyatını “silir”?

Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, hakimiyyəti əlində saxlayan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının Rusiyaya meyilli siyasətindən narazılıq davam etməkdədir. Gürcü müxalifəti və Qərbyönümlü ictimai təşkilatlar hesab edirlər ki, “Gürcü Arzusu”nun bütün sahələrdə atdığı addımlar, aparılan siyasət ruspərəstdir.

Bu günlərdə Gürcüstanda 2025-ci il üçün Vahid Milli İmtahanlar proqramına edilən dəyişikliklərlə bağlı yeni qalmaqal yaranıb. Belə ki, 19-cu əsrin birinci yarısında çarizmə qarşı üsyanlar, Gürcüstanın Rusiya imperiyası tərəfindən ilhaqına və dövlətçiliyinin ləğvi barədə əsas hadisələrlə bağlı suallar tarix imtahanı testlərindən çıxarılıb. Gürcü ictimaiyyəti hesab edir ki, həmin hadisələrlə bağlı dərsliklərdəki məlumatlar milli kimliyin formalaşmasında mühüm rol oynayəb və müstəqillik uğrunda mübarizə aparan nəsilləri ruhlandırıb. Buna görə də, dəyişikliklər akademik ictimaiyyətin qəzəbinə səbəb olub.

Gürcü tarixçi Temo Papaskiri bu dəyişikliyi siyasi motivli sayır. Tarixçi “TV Pirveli”yə deyibn ki, bu gün “Gürcü Arzusu” gürcü ruhuna zidd addımlar atır: “Rejim o qədər anti-gürcü və o qədər rusiyapərəstdir ki, bu, onların bütün bu müddət ərzində həyata keçirdikləri rusiyayönlü siyasətin praktiki olaraq davamıdır”.

Gürcü dili və ədəbiyyatı da proqramdan kəskin şəkildə çıxarılıb. Əsərlər arasında Aleksandr Kazbeqinin “Heavisberi Qoça” hekayəsi, İlya Çavçavadzenin “Xoşbəxt millət” və Aleksandr Çavçavadzenin “Qoqça” şeirləri, Vaja Pşavelanın “Baxtrioni” poeması, dissident Paolonun poeziyası da proqramdan çıxarılıb. Bununla yanaşı, İaşvili, Nikoloz Barataşvili, Sulxan Sabanın bəzi məsəlləri, Orbeliani, Akaki Tsereteli və Polikarpe Kakabadzenin əsərləri ixtisar edilib.

Gürcüstanın müxalif Prezidenti Salome Zurabişvili əmindir ki, dəyişikliklər milli vətənpərvərlik ideyalarını sıxışdırmağa yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir.

“2025-ci il proqramının siyahısından “Xoşbəxt millət”, “Zahid”, “Cavabın cavabı”, “Kabus” və İlyanın “Otarovun dul arvadı” çıxarılıb. Paolo İaşvili və Polikarpe Kakabadzenin əsərləri, Vajanın "Vətənpərvərlik və Kosmopolitizm" əsəri tamamilə proqramdan silinib... Təhsil sistemini və müvafiq olaraq dövləti hansı milli və vətənpərvərlik ideyalarının idarə etdiyi aydındır" – Zurabişvili “Facebook” səhifəsində yazıb.

Gürcüstanın Təhsil Nazirliyi isə iradlarla razı deyil. Nazirliyin açıqlamasında bildirilib ki, proqramda dəyişikliklər abituriyentlərin maraqlarına uyğundur. Nazirlik iddia edir ki, “indi imtahan testləri yalnız icbari məktəb kurikulumunu əhatə edir.

“Tədris proqramı dəyişməyib, heç bir parça proqramdan çıxarılmayıb. Yeni proqram yalnız milli kurikulumda nəzərdə tutulan icbari ədəbiyyatlar əsasında hazırlanıb”, - deyə Təhsil Nazirliyinin açıqlamasında qeyd olunub.

Nazirlikdən bildirilib ki, ekspertlər cəlb edilməklə tələb olunan ədəbiyyatların siyahısına yenidən baxılır.

“İmtahan planında çatışmayan işlərlə bağlı, həmçinin abituriyentlər arasında milli vətənpərvərlik dəyərlərinin daha da formalaşmasına töhfə verəcək bütün məsələlərlə bağlı təkliflər ediləcək”, deyə qeyd olunub.

Müəllif: Turan Abdulla
 
 

 


Ardını oxu...
Ukrayna'da eski bir göçebe ve savaşçının etkileyici bir cenazesi ortaya çıkarıldı.
Buluntu, geçmişte birçok hazinenin ortaya çıkarıldığı bir arkeolojik alanda yapıldı.
Kurtarılan eşyalar arasında dikkat çekici bir yaldızlı kısa kılıç da yer alıyor. Buluntunun İskitlerin medeniyetine ve tarihine bir pencere açması bekleniyor.
Buluntu, Mamai Dağı'nda (Ukraynaca'da Mamai Hora) çalışan arkeologlar tarafından yapıldı.
Euromaidanpress.com'a göre alan, "Kamianets-Dniprovsky Raion, Zaporizhzhia Oblast'taki Velyka Znamianka köyü yakınlarındaki Khakhovka Rezervuarı'nın sol kıyısında" yer alıyor.
Başlangıçta, yağmacılardan korumak için yer ve buluntu gizli tutuldu.
Kazı, Zaporizhzhia Ulusal Üniversitesi'nden arkeologlar Hennadiy Toshchev ve Svitlana Andrukh tarafından yönetildi.
İskit Antik Mezarlığı
Mamai Hora, birçok kurgan (mezar höyüğü) bulunan geniş bir mezarlıktır.
Karadeniz'in kuzeyinde bulunan bu alan, tüm Avrupa'daki en büyük antik mezarlıklardan biridir.
Taş Devri'nden Klasik Çağ'a kadar birkaç bin yıl boyunca kullanılmıştır.
"Mamai Hora'daki kazılar sırasında 700'den fazla mezarlık bulundu. 400'ü İskit" diye bildiriyor.
Arkeologlar, 2019 yazında 32. sezonda Mamai Dağı'ndaki alanda çalışırken bulguyu ortaya çıkardılar.
hayvan kemikleri kalıntıları ve küçük amfora parçaları bulunan bir hendeğe rastladıklarını" bildiriyor.
Bunun bir tür yas töreninin kanıtı olduğuna inanıyorlardı.
Bu törenler genellikle ölen kişinin hayatını kutlardı ve antik kaynaklara göre bu tür kutlamalar İskit kültüründe yaygındı.
İskit Savaşçı Mezarında Kılıç Bulundu
Ekip daha fazla kazı yaptı ve biri büyük biri küçük olmak üzere iki mezar buldu.
Önce daha küçük olanı kontrol etmeye karar verdiler.
Çukuru kazarken nadir bir tasarıma sahip büyük bir amfora buldular.
Daha sonra antropologlar tarafından daha sonra 18-20 yaşlarında genç bir adama ait olduğu ortaya çıkarılan bir "iskelet" ile karşılaştılar.
Bir dizi nesne ortaya çıkarıldı, bunlar arasında bir balta, oklar ve bir at için dizgin tokaları vardı.
Ayrıca bir "akinak (İskit kısa kılıcı)" bulunduğu bildirildi.
Biraz aşınmış olan silah dikkat çekici bir parça.
İyi durumda olan ve hala orijinal yaldızlarından bazılarını koruyan nervürlü bir sap ve bir çapraz koruyucuya sahip.
Silahın ayrıca, kılıcın ucunu koruyan orijinal kını da vardır.
Bu muhteşem bıçak, genç adamın bir İskit savaşçısı olduğunu güçlü bir şekilde göstermektedir.
İskitler: Bozkırın Efendileri
İskitler, ortak bir kültürü paylaşan göçebe insanlardı. Bozkırlara hakim oldular ve Orta Asya'ya kadar yayıldılar.
Bu göçebelerden hem Romalılar hem de Yunanlılar korkuyordu. Ancak, aynı zamanda gelişmiş bir kültür geliştirdiler ve metal işleme becerileriyle ünlüler.
Daha sonraki kazılar, savaşçının ayrıca "cam'dan yapılmış boncuklar, kırmızı geyik dişi kolye, altın küpe ve tebeşir kakmalı altın bir kolye ucu" ile gömüldüğünü ortaya çıkardı. Genç adamın mezarı, daha büyük bir mezarın bitişiğindeydi.
Orada yaşlı bir adamın gömüldüğüne ve bir İskit lideri veya asilzadesi olabileceğine inanılıyor, antik çağlarda yağmalanmış gibi görünüyor ve daha büyük mezar çukurunda "sadece bir ok ucu ve kemik parçaları" bulundu.
İskit Kılıcı Yeni Görüşler Getiriyor
Keşfi yapan arkeologların "Bu 18-20 yaşındaki savaşçının önemli bir lideri öbür dünyaya götürmüş olması oldukça olası" dediklerini aktarıyor.
Genç savaşçının keşfi, mezar yeri hakkındaki bilgilerimize önemli ölçüde katkıda bulunuyor.
Bu mezar MÖ 6. yüzyıla tarihleniyor ve çoğunlukla MÖ 4. ve 3. yüzyıllara tarihlenen Mamai Dağı'nda bulunan diğer İskit mezarlarından yaklaşık iki yüzyıl daha eski. Savaşçının mezarının keşfi, İskit toplumu ve kültürünün gelişimi hakkında yeni bilgiler sağlayabilir.
Eserler daha fazla analiz ve koruma için kaldırıldı.
Altın kaplamalı kısa kılıç da dahil olmak üzere hepsi sonunda Kamianets-Dniprovsky'deki Yerel Tarih Müzesi'nde sergilenecek.
Geniş mezar alanında daha fazla kazı planlanıyor ve daha fazla mezar ve hazine ortaya çıkarılabilir.
Ahmet Taşdemir
TEREF
 
Ardını oxu...
Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında bildirib.

Rasim Abdullayev 6 iyul 1944-cü ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Ardını oxu...
“Bayatın sonralar köç etdiyi bu yer adları da, onun doğulduğu Turan elinin Ete Eli, (Herodotda Tirren və ya Tirsen), (Şəmsi Ədəd Abidə - Ete Eli, Tura), Kilikiya, Ögey, Aralıq dənizlərinin və Kəngər (Fars) körfəzinin sahilləri kimi, onun determinantıdır - təyinedicisidir. Ona görə bu muğamları bu yerlərdə eradan qabaq belə türk bayatların yaşadıqlarının gözgörəri şahidləri kimi qəbul etməyə haqqımız var.
Bayat muğamlarının növləri çox çoxdur. Onlarla tanış olmaq üçün Azərbaycan Milli Musiqi Akademiyasının kafedra müdiri, “orkestr adam” ləqəbini qazanmış professor Abbasqulu Nəcəfzadəyə müraciət edək. O yazır:
“Bayatı” təmiz Azərbaycan türkünə, daha dəqiqi, oğuz türklərinə məxsus sözdür. Bu söz öz adını 24 oğuz elindən biri olan Bayatdan almışdır. Adında “bayatı” sözü əks olunan bütün muğamların yaradıcısı Azərbaycan xalqının nümayəndələridi. Olar bizim maddi-mənəvi, irsi sərvətlərimizdir. “Bayatı” kəlməsi etnonim, toponim və ya qövm isimləri ilə birləşərək məlum muğam adlarını əmələ gətirmişdir. Böyük ürəkli xalqımız yaratdığı muğamlara səxavətlə müxtəlif regionların adlarını verməklə bir daha beynəlmiləlçi olduğunu nümayiş etdirmişdir (Nəcəfzadə A.İ. Adında “bayatı” sözü olan muğamlar. // “Konservatoriya” jurnalı №1 (15), 2012, s. 27-37).
“Atüstü bayatı”,
“Azər-bayatı”,
“Bayatı”,
“Bayatı-əcəm”,
“Bayatı-əmül”,
“Bayatı-ərəban”,
“Bayatı-Əraq”,
“Bayatı-fars”,
“Bayatı-feli”,
“Bayatı-İsfahan”,
“Bayatı-İsfahani-Mühəyyər”,
“Bayatı-kürd”,
“Bayatı-Qacar”,
“Bayatı-Qacar guşəsi”,
“Bayatı-Mənsuri”,
“Bayatı-Nəhoft,
“Bayatı-race”,
“Bayatı-ravəndi”,
“Bayatı-Segah”,
“Bayatı-şikəstə”,
“Bayatı-Şiraz”,
“Bayatı-Şur”,
“Bayatı-türk”,
“Bazəm-Bayatı-Şiraz”,
“Bazəm-Bayatı-kürd”,
“Bəhri-Bayatı-əcəm”,
“Çoban-bayatı”,
“El bayatı”,
“Eyzən-bayat”,
“Qatar-bayatı”,
“Mürəkkəbi-bayatı”,
“Novruz-bayatı”,
“Pəs bayatı”,
“Sallama bayatı”,
“Zil Bayatı-Qacar”,
“Zil Bayatı-Şiraz” və s.
“Səmai (Maqam) Bayatı” * // * Eramzın 7-9-cu əsrlərində Babildə
------------------------------ ərəbin türkdən alıb ifa etdiyi muğam.
-------------------Lakin hələ də Osmanlı adı üstündən pozulmayıb.
***
Bu cür zənginliyə sahib olan xalq bəxtəvərdir.
Fəqət sənin bu qədər əski musiqi xəzinən olsun, sən özünü tanımayasan. Özünü və u xəzinənin açarını yadlarda axtarasan. Burası isə sözün həqiqi mənasında bədbəxtlikdir.
Əfsus ki, hər Bayat muğam barədə danışmaq qeyri mümkündür və bu, ayrıca bir kitabın geniş xırmanboyu mövzusudur. Amma böyük məmuniyyətlə onların hər birinin həyatda mövcudluğuna adam özü şahidlik etmək istər və hər birini ayrı-ayrılqda dinləmək üçün mənbəə arzular. Məsələn, adından göründüyü kimi, siyahıda birinci gələn “Atüstü Bayatı”, şübhəsiz at üstündə yaylağa köç edən şəxsin bayatı çəkməsi tarix boyu bizim xalqda ənənə olub. Ancaq o necə səslənir? Kaş bunu bilən musiqiçimiz olaydı”.
Bir sözlə, araşdırmalar göstərir ki, BAYATI muğam növləri adına 4 minillik mixi yazılı mətndə rast gəlinən ULU XAN BAYAT ÇAPAN adlı şəxsin Etruskların ilkin vətənləri olmuş ETE ELİ hökmdarı və sərkərdəsinin də daxil olduğu TÜRK BAYAT nəslinin adı ilə bağlıdır.
___________________
Şəkildə musiqi alətlərinin fatehi dostum ABBASQULU NƏCƏFZADƏ
Ardını oxu...
Tariyel Azerturk
 

Dünyapress TV

Xəbər lenti