Ardını oxu...
Şimdiye kadar bulunan en eski venüs heykelciği olan Hohle Fels Venüsü yaklaşık 35.000 yaşında ve Avrupa’daki modern insanlar tarafından yapılan en eski mağara resimlerinden yaklaşık 3.000 yıl öncesine dayanıyor. Yaklaşık 7,5 cm boyutunda. İnsan tasvirinin en eski örneği.
Almanya'nın Schelklingen kenti yakınlarındaki Hohle Fels mağarasında, Swabian Jura UNESCO Dünya Mirası Alanı'ndaki Mağaralar ve Buzul Çağı Sanatı'nın bir parçası olan Hohle Fels'te 2008 yılında ortaya çıkarılan, mamut fildişinden yapılmış Üst Paleolitik Venüs heykelciği.
Figür, insan tasvirinin tartışmasız en eski örneğidir. Figüratif sanat açısından yalnızca aslan başlı, zoomorfik Löwenmensch heykelciği daha eskidir. Venüs, Blaubeuren Tarih Öncesi Müzesi'nde yer almaktadır.
SALİHA ÜNAL Arkeoloji sayfası.
TEREF
 
Ardını oxu...
Türkiyədə bu həftənin bazar ertəsi ilk bölümü yayımlaman “Uzak Şehir” serialı bir sıra rəsmilər tərəfindən etirazla qarşılanıb.

TEREF xəbər verir ki, Mardin şəhərində çəkilən və tanınmış simalar Ozan Akbaba və Sinem Ünsalın baş rollarını oynadığı serialın yayımdan çıxarılması tələb edilir.

Məsələ Türkiyə Böyük Millət Məclisinə qədər gedib çıxıb. Rifah Partiyasının sədr müavini və İstanbul millət vəkili Doğan Bekin serialda yer alan bəzi səhnələrin Mardin mədəniyyəti ilə uyğun gəlmədiyini bildirib. Doğan Bakar Məclisdəki çıxışında xüsusilə ilk bölümdə yer alan yas mərasimində havaya atəş açılması səhnəsindən hiddətlənib. O, “bizim belə adətimiz yoxdur!” - deyərək, serialın dərhal efirdən uzaqlaşdırılmasını tələb edib.

Serialın yayımlandığı Kanal D-dən isə hələ ki, açıqlama verilməyib.

Qeyd edək ki, “Uzak Şehir” Livan serialı “Al Haybe”nin əsasında çəkilib. Sezen Aksu seriala özəl olaraq “De Mardin” adlı mahnı yazıb. Serialın ikinci bölümünün anonsu da artıq müzakirə mövzusuna çevrilib. Qəzada əri həlak olan xanım qəhrəmanın qaynı ilə evləndiriləcəyi planlaşdırılır. Bu ideya da bir çox izləyicilər və mardinlilər tərəfindən birmənalı qarşılanmayıb.(“Qafqazinfo”)
 
Ardını oxu...
Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub.

Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının mərkəzi sayılan Azadlıq (keçmiş Lenin) meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı.

Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi.

Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçısı və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.

1990-cı il seçkisində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.

Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımı atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu.

Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadtət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Azərbaycan 2020-ci ildən etibarən Milli Dirçəliş Gününü xüsusi coşqu və fərəhlə qeyd edir.

Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə ağır və sarsıdıcı zərbələr vuraraq işğalda olan əraziləri azad edib. Bu, həm də İranla 132 kilometr sərhədin bərpa olunması deməkdir. Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyini tam olaraq bərpa edib. Azərbaycan bu gün Ermənistana diktə edən tərəfə çevrilib. Vətən müharibəsindən sonra Azərbaycanın gücü yeni mərhələyə keçid edərək İrəvan üzərində əlavə rıçaqların qazanılmasına gətirib çıxarıb.

Azərbaycan Milli Dirçəliş Gününü tarixi və milli qürurunu bərpa edərək qeyd edir.
 
Ardını oxu...
Milyonçuya ağı deyən xala, telefonla oynayan qız, fəlsəfi monoloq söyləyən xidmətçi...

Son bir-neçə ildə tarixi mövzuda çəkilməsinin sorağı gələn iki filmi gözləyirdim. Onlardan biri “Atabəylər”, ikincisi “Tağıyev” idi. İkincisi artıq ölkə kinoteatrlarında nümayiş olunur. COP29-un “razqar” vaxtında yol tapıb, gedib filmə baxdım.

Stanislavski nahaq yerə “teatr asılqandan başlayır” - deməyib. Bu asılqan məsələsi elə-belə söz deyil, özündə çox mətləbləri ehtiva edir. Ən önəmli mətləb elə asılqanın özüdür. Yəni ki, teatrdı, kinoteatrdı, konsert salonudu, bir sözlə, mədəniyyət ocağı olan nəsnə asılqandan başlayar. Gələrsən kinoya, tamaşaya, konsertə, baletə... baxmağa, əvvəlcə bir üst geyimini çıxardıb, asıb, əllərini yuyub, sonra keçərsən sənətə tamaşa etməyə. Yox, üst geyimini də qoltuğuna vurub, tamaşa salonuna, kinoteatra keçəcəksənsə, daha bunun nəyi mədəniyyət oldu?

Nə isə, keçdim kino salonuna, gördüm içəridə elə bil, yanvarın 1-dir, hər tərəf ağappaq qar. Amma su qabları da boldur. Əcəba, qar yağan vaxt bu nə su sevdasıdır? Baxdım ki, qar hesab etdiyim popkorndur – bildiyimiz qarğıdalı qovurması. Yeyilən yeyilib, kinoya baxa-baxa, yeyilməyən səpilib ayaqlar altına, su içilib, boş butulkalar atılıb salona.

Ticarət mərkəzində kino zalı təşkil edib qarderob barədə düşünməyən insan kinoya da “yeyib-içməkl”lə gəlib, tullantı qoyub gedər. Binəva süpürgəçi də deyinə-deyinə təmizləyir: “Elə bil qəsdən edirlər e, nə qədər bacarırlar o qədər zibilləyib çıxmaq ən ali məqsədləridir”. Süpürgəçi deyir ha…

Yanımdakı boş yerə üst geyimimi, çantamı qoyub, əyləşdim. Yaxşı ki, axıra qədər o yerin sahibi gəlib çıxmadı… Bunları atdım ki, yiyəsi götürsün.

İndi keçirəm mətləbə, şükür ki, o, ürəkaçandır. Evdə televizorda, maşında radioda, küçədə hər addımda rastlaşdığımız reklamlar azmış kimi, kinoteatrda da bir 10 dəqiqə vaxtımızı alıb, hüququmuzu növbəti dəfə pozandan sonra, nəhayət, film başladı.

“Tağıyev: Neft” - film adı kimi uğurlu görünməyə bilər, çünki qoşa nöqtə adamı itələyir, birinci ifadə bəs edər, amma görəndə ki, ikinci söz birinci filmin adıdır, anlamağa çalışırsan. Yəni “Tağıyev” filmi, 1-ci hissə - “Neft”.

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyeva həsr olunan filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr əks etdirilir. Birinci hissədə, təbii ki, bunun hamısını birdən görməyəcəksiniz.

Film Tağıyevin yaşlı, artıq hər şeyini itirmiş vaxtında xarici jurnalistə müsahibə verməsi ilə başlayır. Bütün həyatını müsahibədə, jurnalistin suallarını cavablandırarkən nəql edir.

“Neft” adlı birinci hissədə Hacı Zeynalabdinin həyat yolunun bildiyimiz və bilmədiyimiz ilkin etapı canlandırılır. Yəni o necə Bibiheybət ərazisindən əvvəl ermənilərlə şərik torpaq götürür, sonra onlara düşən ərazini də (nə yaxşı ki…) geri alır. Hamı həmin torpaqdan neft çıxmayacağını dediyi halda Hacı Zeynalabdinin ordan neft çıxması üçün çarpışıb bir addım belə geri çəkilməməsi ona hansı əzablarla başa gəlir. Hər şeyini itirir, evini girov qoyur, hətta diqqətsizliyindən vaxtında həkimə aparmadığı üçün xanımı Zeynəb dünyasını dəyişir. Oğlu İsmayıl üz döndərir. Ətrafda hər kəs onun çörəyini yeyir, amma hamı arxasında deyil, bəzən önündə durur. Bir tərəfdən də Bibiheybət məscidinin axundu din pərdəsi altında xalqı onun əleyhinə qaldırmağa çalışır. Müqəddəs torpaqları qazmaqla ruhları incitdiyini, Allaha qarşı çıxdığını iddia edib, mane olur. Xeyriyyəçilik, yaxşılıq, çörək, təhsil vermək ən ali missiyası olan Hacı Zeynalabdin Tağıyevi allahsızlıqda günahlandırıb lənətləmək allahsızlığın özü deyilmi?

Qəhrəman bütləşdirilmir, filmin uğuru da bundadır, Hacını zəif və güclü cəhətləri, əyər-əskiyi ilə, olduğu kimi göstərməyə çalışmaq cəhdi var.

Hacı bütün bu ittihamlara, etirazlara, işçiləri, övladını belə ona qarşı çıxarmağa cəhdlərə təmkinlə dözüb, əlini işdən soyutmur. Nəhayət, bıçaq sümüyə dirənən gün, tam uçurumun kandarında ikən neft fontan vurur… Neft fontanı ilə “Neft” başa çatır. Qalanı növbəti hissələrdə. Filmin prodüseri Orman Əliyev ilk təqdimat zamanı çıxışında deyib ki, film 8 hissədən ibarət nəzərdə tutulub, amma kinoteatr formatında 4 olacaq.

İki saat çəkən birinci hissəyə göz qırpmadan baxırsan. Dekor, musiqi, aktyor oyunu inandırıcıdır. Özünü həmin dövrdə, o adamlardan biri kimi hiss edirsən. Filmin çəkilişləri 70-dən çox məkanda aparılıb, 300-dən çox dekorasiya hazırlanıb.

“Azərbaycanfilm” kinostudiyasının geyim və rekvizit bölməsindən 1600 əlbisə filmin geyim emalatxanasına daxil olub. Çəkiliş boyu 3600 insan geyindirilib və onların geyim davamiyyəti ssenariyə uyğun olaraq həll edilib. Bomboz, quru, cansıxıcı çöllükdə neft fontanı ilə həyatlarının çiçəkləyəcəyi barədə xəyallar quran fəhlə obrazlarının hər biri dövrün bir salnaməçisi kimi görünür. İllah da, hərdən o ağır əməyin altında şirin bir milli musiqini ağız-ağıza verib oxumaqları elə o çöllükdə neft fontanı təsiri bağışlayır. Obrazları yaradan aktyorların oyunu maraqlıdır.

Onu da deyim ki, filmin çəkilişləri 5 il əvvəl başlayıb, qismət Hacının vəfatının 100-cü ildönümünə imiş. 5 il ərzində bu film üzərində 2500-dən çox insan işləyib.

Hə, insan demiş, Tağıyevin gənclik dövrünü Pərviz Məmmədrzayev, yaşlı vaxtını isə Qurban İsmayılov oynayır. Filmin rejissoru Zaur Qasımlının dediyinə görə, istehsalat zamanı ən çətin proses aktyor seçimi olub. Xüsusilə milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin obrazının canlandırması üçün aktyorun seçilməsi həm çətin olub, həm də xeyli vaxt aparıb. Digər aktyorların da seçimi uğurludur. Məsələn, milyonçu olsa da Tağıyevin təsiri olmadan heç bir xeyriyyə işinə əl qoymadığı deyilən Musa Nağıyevi Rasim Cəfərov məharətlə təqdim edir.

“Himayədar” işçi adı ilə çəkilişlərinə başlanılan filmin 15 aylıq hazırlıq və çəkiliş, 9 aylıq çəkiliş dövrü, 135 çəkiliş günü olub. Hazırlıq və çəkiliş dövründə rəssam komandası 150-dən çox əsas qəhrəmanların geyim eskizlərini və geyimlərini, 400-dən çox geyim növlərini, 100 aksessuar – zərgərlik nümunələri hazırlayıb. Çəkilişlərdə ölkənin müxtəlif bölgələrindəki sənətkarların dövrə uyğun hazırladıqları geyimlər, baş geyimləri, çəkmələr, çarıqlarla birgə müxtəlif məhsullar istifadə edilib.

Türkiyədən gətirilən köynəklər və kəmərlər, Hindistan sərgisindən alınan və şəxsi kolleksiyalarda saxlanılan zinət əşyaları və aksessuarlar kirayə götürülüb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, Neqsol Holding, Kapital Bank, Bakcell və Norm şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhimdir.

Rejissor təqdimatda deyib ki, “Tağıyev: Neft” filminin ərsəyə gətirilməsindən əsas məqsəd kassadan gəlir götürmək deyil, Azərbaycan xalqına Azərbaycanın tarixi-mədəni irsini dəyərincə çatdırmaqdır.

Mən fərqli baxıram, Azərbaycan xalqı oğullarını da tanıyır, tarixini də bilir, bilməyən öyrənsin, tanısın, lap elə bu filmdən, amma belə filmlər həm də gəlir gətirməlidir, prokat sistemi işə düşməlidir. Həm də film yalnız daxili auditoriyaya hesablanmalı deyil. Texniki baxımdan da standartlara uyğundursa, bir zəhmət, çalışaq dünyaya çıxaq. Bu özümüz deyib, özümüz eşitməkdən daha vacibdir.

Ekran qaralıncaya qədər, bütün yaradıcı heyətin adını oxuyub, sona qədər izlədim. İşıqlar yanır, ətrafa baxıram, hamı çıxıb. Məndən qabaqda əyləşib film boyu telefonla oynayıb, sonda da “o biri hissəyə də gələrik” - deyən qız da, məndən arxada film boyu Tağıyevə ağı deyib ağlayan xala da. Qalxıb asta-asta çıxıram, qarşımdan keçən süpürgəçi yenə nə isə deyinir, amma eşitmirəm, gözüm onu görsə də, fikrim ötən əsrin əvvəllərində idi…

Növbəti seriyaları gözləməklə, “Atabəylər” filmini də tezliklə görmək üçün, Azərbaycanın həm siyasi, həm də mədəni cəbhəsində vuruşanlara uğur diləyi ilə...
 

Ardını oxu...

 

Noyabrın 14-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya “IDEA” (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.

Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və “IDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.

Ardını oxu...

Leyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişiklikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. Leyla Əliyeva iqlim dəyişikliyi və çirklənmə məsələsinin, həmçinin Azərbaycanın ekosisteminə ciddi təsir göstərdiyini bildirib, mövcud problemlərin həllinə çox nikbinliklə və kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. O, 2011-ci ildə təsis edilmiş “IDEA” İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.

Sonra çıxış edən türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, təbiətin insanlara deyil, insanların təbiətə ehtiyacı var və dünyamız bu gün böyük təhlükə altındadır. S.Özcan bu cür çətinliklərin olduğu bir dövrdə Bakıda iqlim dəyişikliyi ilə bağlı təşkil edilən tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim dəyişmələrinin qarşısını almaq və daha yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə “IDEA” İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.

"Bu iki sərgi "Gələcək Naminə Pakt"da əks olunmuş üzv dövlətlərin öhdəliyi, COP29 müzakirələrin əsas mövzusunu təşkil edəcək işlər ilə həmahəngdir. Həmçinin bu sərgilər qəlbimə xüsusən bağlıdır, çünki onlar incəsənət, texnologiya və ətraf mühit öhdəliyinin kəsişən məqamlarını əks etdirir. Bizi düşündürən bu cür işlər laqeydliyin fəsadlarını xatırladır və hər tamaşaçını planetimizdə carçı rolunda düşünməyə vadar edir. Həmin sərgilər bizi hərəkətə səsləyir və hamımızı seçimlərimizin təsiri, eləcə də gələcək nəsillərə hansı mirası qoyacağımız barədə düşündürür", - deyə Tatyana Valovaya videomüraciətində qeyd edib.

Sonra qonaqlar MAMA “Ana təbiət” və “Öz töhfəni ver!” sərgilərinə baxış keçiriblər.

Ardını oxu...

Sərgi ilə tanış olan qonaqlar öz təəssüratlarını bölüşüblər. İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) dünyamıza və xüsusilə incəsənətə qayğının mütləq olduğunu bildirib. Onun sözlərinə görə, incəsənətə qayğının ən gözəl ifadəsində sənət, musiqi də istifadə edilməlidir. Əks halda, insanların ruhuna toxuna bilmərik.

Rəssam Kamran Məmmədov sərgidə nümayiş etdirilən əsərində peşəsindən asılı olmayaraq, hər kəsin planetimizə, təbiətimizə qayğı göstərməyin əhəmiyyətinə diqqət cəlb etdiyini deyib.

Heykəltaraş Ömər Heydərov isə sərginin çoxşaxəli olduğunu, bütün növ sənət nümunələrini əhatə etdiyini deyib. O, sərgidə həm təbiətin gözəlliyinin nümayiş olunduğunu, həm də onu qorumaq üçün çağırışların edildiyini diqqətə çatdırıb.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən – ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Fərqli ölkə və millətlərdən olan müəlliflər əsərləri ilə iqlim dəyişikliyi mövzusunda insanların şüuruna təsir göstərməyə cəhd edirlər.

Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 127 əsər təqdim olunur.

Ardını oxu...

“Öz töhfəni ver!” sərgisi isə ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və ekomədəniyyətin təbliğinə həsr olunub. Layihə insanların ekoloji maarifləndirilməsini artırmağa, uşaq və yeniyetmələri ekoloji gündəliyə cəlb etməyə, onların ekoaktivliyini populyar formatlarda dəstəkləməyə hədəflənib.

Sərgi üç hissədən ibarətdir. “Əvvəllər belə idi. Bundan sonra nə olacaq?” adlı birinci hissədə XIX-XX əsrlərin bir sıra görkəmli rəssamlarının müxtəlif qitələrin mənzərələrini əks etdirən əsərləri və süni intellekt texnologiyasının imkanları ilə həmin mənzərələrin qlobal istiləşmə nəticəsində necə dəyişəcəyi göstərilir. Burada Klod Monenin “Su zanbağı gölməçəsi”, Pol Sezanın “Sent-Viktuar dağı”, Albert Birştadın “Syerra-Nevada arasında, Kaliforniya” və digər müəlliflərin əsərlərindəki mənzərənin ətraf mühitə mənfi təsirlərin nəticəsində hansı dəyişikliklərə uğrayacağı təsvir edilir. Tamaşaçıya “Qlobal istiləşmənin qarşısı alınmazsa, həmin mənzərələr nə hala düşəcək? Növbəti nəsillər onları görə biləcəkmi?” sualları ünvanlanır.

Sərginin ikinci hissəsi “17 dayanıqlı inkişaf məqsədi” adlanır. Burada 2015-ci il sentyabrın 25-də 193 ölkənin iştirakı ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilən və “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı sənədə daxil olan davamlı inkişafın hər üç komponenti - iqtisadi, sosial və ekoloji tarazlığın təmini nümayiş etdirilir.

Ardını oxu...

Ekspozisiyanın “Öz töhfəni ver!” adlı üçüncü hissəsi isə insanları səyləri birləşdirərək təbiətin qorunmasında iştiraka səsləyir. Ziyarətçilər ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində maraqlı, qeyri-standart, yaradıcı ideya və təşəbbüslərini bədii şəkildə, əlvan boyalarla təsvir etmək imkanı qazanır. Layihə təşkilatçıları insanları tərəddüd etmədən ətraf mühitin qorunması, planetimizin xilası naminə hərəkətə keçməyə çağırır.

Xatırladaq ki, sərgi Azərbaycan ilə BMT arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan ilk layihə deyil. 2022-ci ilin iyununda BMT-nin Cenevrədəki bölməsində “Mənim dənizlərim, mənim okeanlarım”(My Seas, My Oceans) fotosərgisi, 2022-ci ilin oktyabrında Bakıda Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” (“17 Faces of Action”) fotosərgisi təşkil edilib.

 

 
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...

Azərbaycanlı xanəndə Aqil Süleymanov ABŞ-də təşkil olunan “LIT MUSIC AWARDS” Beynəlxalq Musiqi Festivalında 2 medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, nüfuzlu müsabiqədə “Ninne yarım” mahnısını təqdim edən xanındə “Ən yaxşı kişi ifaçısı” kateqoriyası üzrə qızıl medala, “Ən yaxşı xalq musiqisi” kateqoriyasında isə gümüş medala layiq görülüb.

Qeyd edək ki, “LIT MUSIC AWARDS” müsabiqəsi dünyanın hər yerindən istedadlı ifaçıları bir araya gətirir.

Müsabiqənin saytında həmyerlimiz haqqında ətraflı məlumat verilib. Belə ki, Aqil Süleymanov ABŞ-də Azərbaycan muğamının yeganə təmsilçisidir. O, yeddi ildən artıqdır ABŞ-də yaşayır və burada muğam sənət musiqisini təbliğ edir. Onun Amerikadakı hekayəsi 2014-cü ildən “Qarabağ Ansamblı” ilə nüfuzlu SXSW (South by Southwest) musiqi festivalında iştirakından başlayır. O vaxtdan bəri Aqil solo ifaçı kimi Amerika musiqi səhnəsində əhəmiyyətli bir iz qoyub.

Əvvəlcə Texasda yerləşən Aqil nəinki muğam, hətta Azərbaycan musiqisinə az bələd olan bir mühitdə özünü tapa bilib. Buradakı fəaliyyətinə Ostin Texas Universitetində “Bərəkət” Yaxın Şərq Ansamblında solist kimi çıxış etməklə başlayan xanəndə Ansamblın müntəzəm konesrtlərində çıxış edib və muğamı daha geniş auditoriyaya tanıtmağa başlayıb.

Ostində dörd il yaşadıqdan sonra isə Nyu-York şəhərinə köçüb. Aqilin Nyu-Yorkda əldə etdiyi nailiyyətlərdən biri Azərbaycan musiqisini dərindən qiymətləndirən “Hunter Kollec”in professoru Corc Mürerlə işbirliyidir. Onun vasitəsi ilə Aqil digər professor Fərzad Amuzegərlə tanış oldu və hazırda onlar “Hunter Kollec”də muğam proqramının təşkili üzərində işləyirlər. Məqsəd Azərbaycan muğamının əhatə dairəsini akademik aləmdə daha da genişləndirməkdir.

Onu da qeyd edək ki, azərbaycanlı xanəndə noyabrın 8-də, Zəfər Günündə, Nyu-Yorkun böyük musiqi səhnələrindən biri “Linkoln Mərkəzi”ndə Əməkdar artist, professor Nərgiz Əliyarova ilə bir səhnəni bölüşüb. O, professor Corc Mürerlə bərabər “Leyli və Məcnun” operasını glən ilin aprel ayında ABŞ-də səhnələşdirmək niyyətindədir.

 

 
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...

Xəbər verdiyimiz kimi, məşhur ingilis aktyor Teo Ceyms Bakıya gəlib.

Dünyaca məşhur aktyor COP29-da iştirak üçün paytaxtımıza təşrif buyurub.

Aktyorun "BakuBus"da görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

 
 
 
Ardını oxu...
Ötən günlərdə "reklam və qeyri-qanuni mərc oynamağı təşviq etmək" ittihamı ilə ev dustaqlığına məhkum edilən türkiyəli müğənni Sərdar Ortaçdan xəbər var.

Sosial şəbəkələrdə çox aktiv olan müğənni ev dustaqlığının ilk saatlarında ard-arda paylaşımlar etsə də, sonradan bir anda qərar dəyişdirib. Onun ötən gecə "Instagram" və "X" hesabını bağladığı anlaşılıb.

Hər fürsətdə qumar səbəbilə sərvət itirdiyini deyən Ortaçın son günlərdə sosial şəbəkələrdə özü barəsində tənqidi şərhləri görməmək üçün bu addımı atdığı ehtimal edilir.
 
Ardını oxu...
İsmailiyyə-nizari icmasının imamı III Ağa xanın oğlu Şahzadə Sadruddin Ağa xana məxsus broşdakı zümrüd hərracda rekord qiymətə satılıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "CBS News" məlumat verib.

Brilyant daşlarla bəzədilmiş zümrüd hazırda dünyanın ən bahalı yaşıl daşıdır.

Bir çox mütəxəssislər daşın unikal formasını da qeyd edirlər - o, nazik və yastıdır. Belə xüsusiyyətlər zümrüdün rənginə mənfi təsir göstərməlidir, ancaq şahzadənin bəzək əşyasında belə deyil: parlaq yaşıl rəng mükəmməl şəkildə qorunub saxlanılıb.

Sədrəddin Ağa xan Məhəmməd peyğəmbərin birbaşa nəslindən hesab olunur. O, zinət əşyasını 1960-cı ildə nişanlısı Nina Şeyla Dyera üçün "Cartier"dən sifariş edib. Qiymətli broş "Markiz" xüsusi kəsimi olan 20 brilyant və 37 karatlıq zümrüdlə bəzədilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn ilk dəfə xaş yeyib.

"Unikal" xəbər verir ki, xanım səfirə Azərbaycan mətbəxinin yeməyi erməni təamı kimi təqdim edilib.

Qeyd edək ki, xaş oğuz türkcəsində xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) mənasındadır.
 

Dünyapress TV

Xəbər lenti