Ardını oxu...
Astanada Azərbaycan səfirliyi tərəfindən Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət amili” kitabının təqdimatı keçirilib.
Kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi əsasında ərsəyə gəlib.
Layihənin rəhbəri və kitabın giriş sözünün müəllifi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, elmi redaktoru isə tarix elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı Kərim Şükürov olub.
Nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını, xalqın birliyini, ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən lider kimi rolundan bəhs edilir.
Kitabda Ali Baş Komandan İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətləri işıqlandırılır, İkinci Qarabağ müharibəsi illərində qələbə və diplomatiya salnaməsi tədqiq edilir.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bütün həmvətənlərimizi 8 Noyabr - Zəfər Günü, eləcə də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
O qeyd edib ki, kitabı Azərbaycanın müasir tarixi ilə bağlı dəyərli məlumat mənbəyi hesab etmək olar. O, diqqətə çatdırıb ki, kitabda Prezidentin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflı işıqlandırılır, dövlət başçısının Azərbaycan xalqının birliyinin təmin edilməsində rolundan, onun Vətən Müharibəsi illərində milləti bir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən bəhs edilir.
Kitabın təqdimatına AMEA Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev moderatorluq edib. “Bu kitab üzərində iş əslində 44 günlük müharibə bitdikdən sonra başlayıb və 2021-ci ildə qələbənin ildönümündə nəşr olunub. “Kitabın ərsəyə gəlməsində təkcə tarixçilər deyil, həm də dövlət xadimləri iştirak ediblər”, - deyə o bildirib.
Azərbaycanın yaxın dostu, şair, yazıçı, ictimai xadim Oljas Süleymenovun adından UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin elmi işçisi Bekzat Smaqulov çıxış edib.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi illərində dünya mətbuatına müsahibələri, Azərbaycan və Qazaxıstan rəhbərləri tərəfindən Füzuli şəhərində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin açılışına və Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına həsr olunmuş videomateriallar nümayiş etdirilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

"Azur" Ticarət Mərkəzi insanların həyat və sağlamlığına təhlükə törədən fəaliyyətlə məşğuldur.

TEREF xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyi tərəfindən məlumat verilib.

Məlumata görə, “Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC arasındakı qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq səviyyəyə gəlib çatıb.

Məsələdə MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlunun da adı hallanır. Belə ki bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli olan maddələrin təsirinə məruz qalmış paltarı anbardan çıxarıb satmaq qərarına gəliblər.

Məlumatda qeyd olunur ki, “Azur”un rəhbəri olan Fuad Rzayev (“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin oğlu) və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb.

O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər.

“Azad İstehlakçılar” İB tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb.

Qeyd edilib ki, 8 aprel 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov da satış üçün nəzərdə tutulan geyim əşyalarının yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair rəsmi ekspert rəyini təqdim etməklə bildirib.

Amma “Azur” rəhbərləri başladığı işi sona çatdırmaq və sahibkarlara vurduqları ziyanı ödəməkdən yayınmaq üçün paltar və avadanlıqları “təmizləmək” qərarına gəliblər. Bunun üçün isə insan orqanizminə son dərəcə təhlükəli olması səbəbindən beynəlxalq razılaşma əsasında istifadəsinə qadağa qoyulan DDT (DUST) preparatından istifadə edilib.

Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 2023-cü ildə sınaq protokolu ilə təsdiq edib.

Bu faktdan sonra növbəti mərhələyə əl atılıb. Eyni təşkilatın, yəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi ekspert rəyini təksib edərək, həmin mallarının 85%-nin satışa yararlı olması dair ekspert rəyi verib.

Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir-birinə zidd olan iki rəsmi sənədi təəccüb və sual doğurur.

Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə qətnamə çıxarıb. Sonradan Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.

“FB COMPANY”MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən və məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial məhkəmə işinin materialları arasından yoxa çıxıb. AİİB-ə təqdim olunan məlumata görə, bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə” təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir.

Verilən məlumatda o da qeyd olunur ki, bu işdə yeni fiqurlar ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediaya müraciət etməklə bərabər, İqtisadiyyat Nazirliyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Səhiyyə Nazirliyinə rəsmi müraciətlər göndərib.

Demokrat.az
 
Ardını oxu...
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş keçirilir.

Oxu.Az xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə saat 10:00-dan başlayan yürüş 12:00-a kimi davam edəcək.

Yürüşlər aşağıda qeyd olunan istiqamətlər üzrə təşkil olunacaq:

1-ci yürüş: Heydər Əliyev sarayı - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "Amay" TM;

2-ci yürüş: Şəhidlər xiyabanı - "Alov Qüllələri" - metronun "İçərişəhər" stansiyası - Qala Qapısı - Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

3-cü yürüş: Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı;

4-cü yürüş: "Olimpik Star" - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Sirk - Heydər Əliyev sarayı - Nəsimi heykəli - Neftçilər prospekti;

5-ci yürüş - Nərimanov heykəli - Mərkəzi Park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bank - "28 Mall".

Zəfər Günü münasibətilə Bakı şəhəri, Bulvar ərazisi, Saat qülləsinin yanında, Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında, Lənkəranda Heydər Əliyev adına xatirə parkında, Naxçıvanda Heydər Əliyev Muzeyinin qarşısında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

Həmçinin, Gəncə şəhərində Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı), Heydər Əliyev küçəsi, Sabir küçəsi, Atatürk küçəsində konsert proqramı və atəşfəşanlıq təşkil ediləcək.

Saat 19:00-dan 21:00-a kimi isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Bakıda Fəvvarələr meydanında, Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev parkında, Zabitlər və Koroğlu parklarında çıxışları olacaq.
 
Ardını oxu...
Yazıçı-publisist Yunus Oğuz AzerGoldun təşəbbüsü ilə Daşkəsənin Quşçu kəndində açılan "Pulsuz oxu" kitab köşkünə öz tarixi romanlarını hədiyyə edib.

Qeyd edək ki, "AzerGold" QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırılıb.

Cəmiyyətin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədər icra etdiyi "Kitab sovqatı", "Uşaq kitab dostu" kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamı olan "Kitab köşkü" ətraf kənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın kütləvi şəkildə təbliğinə dəstək göstərilməsinə xidmət edir.

Günün 24 saatı ərzində kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan "açıq kitabxana" tipli kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı inciləri, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibdə dərc edilmiş ən yeni kitablar təqdim olunur. Oxucular seçdikləri kitabı mütaliə etdikdən sonra geri qaytarıb digər kitablardan bəhrələnəcək, bununla yanaşı, paylaşmaq istədikləri nəşri köşkə hədiyyə etməklə digər oxucuların da mütaliə etmələrinə imkan yaradacaqlar.

Köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyat əsasında ən çox kitab mütaliə etmiş oxuculara cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Məşhur aktyor Burak Özçivitə qarşı dələduzluq edilib.
Referans.az xəbər verir ki, aktyorun komandasında çalışan işçilərdən biri onun 10 milyon dollarını mənimsəyib.
Sözügedən şəxs aktyorla uzun illərdir ki birlikdə çalışır.
O Burak Özçivitin adından xarici ölkələrdən gəlir əldə edirmiş.
Burak 10 milyon dollarının mənimsənildiyini öyrənən kimi işçini işdən azad edib.

Aktyor həmin şəxslı bağlı prokuroluğa müraciət edib.
Ardını oxu...
Hava istiliyinin mövsüm normalarının üzərində olduğu günlərdə "çox üşüyürəm" deyə şikayət edən insanlara məsləhət verən mütəxəssislər soyuqluq hiss etməyin orqanizmdə müxtəlif xəstəliklərin əlaməti ola biləcəyinə diqqət çəkirlər. Xəstəliklərin qarşısını almaq üçün testlər aparmaq və çatışmayan vitaminləri əvəz etmək vacibdir.
TEREF "Qaynarinfo"ta istinadla xəbər verir ki, check-up mütəxəssisi olan Dr. Elif Ünüvar soyuq hiss etməyin bədəndə çox normal bir reaksiya olduğunu bildirib:
"Xüsusilə qış ayları ilə xəstələr çöldə daha az vaxt keçirirlər və soyuq hava səbəbindən evdən daha çox qaçmaq istəyirlər, ya da qalın bir şey almaq istəyirik. Normalda soyuqluğu bu anda bədənimizin reaksiyası hesab edirik. Amma təbii ki, bu soyuqluq kimi şərh edilməməlidir. Davamlı soyuqluqdan şikayət edən insanlarda bunun altında yatan səbəb bizdədir. "Çox üşüyürəm" deyən insanlarda xüsusilə qış aylarının başlaması ilə birlikdə qrip infeksiyaları, bədəndə soyuqdəymə, qrip, bronxit kimi iltihablar yarana bilər. Onlara simptomatik müalicə etdikdə soyuqdəymə və qızdırma təsiri aradan qalxacaq. Lakin bu şikayətlərə baxmayaraq, hətta normal vəziyyətlərdə belə soyuqluq hiss edirsə, məsələn, soyuqluğun heç bir təsiri olmadığı halda, biz mütləq əlavə müayinələr və araşdırmalar aparıb əsas səbəbləri yenidən qiymətləndirmək istərdik".
Soyuqluğun bir çox səbəbi olduğuna və bir çox vitaminin əskik ola biləcəyinə diqqət çəkən Elif Ünüvar deyib:
"Ən əsası bizdə ilk olaraq hipoqlikemiya dediyimiz xəstəlik var. Hipoqlikemiya dediyimiz qan şəkərinin 50-dən aşağı olmasıdır. Bu, ümumiyyətlə, gənc qızlarımızda balanssız qidalanma və ya yanlış pəhrizlər nəticəsində gördüyümüz vəziyyətdir. Hipoqlikemiyada bədəndəki şəkər balansımız pozulur. Ancaq qan dövranında bir nizamsızlıq var və xəstələrimizin belə vəziyyətlərdə daim üşüdüklərindən şikayət etdiklərini tez-tez görə bilərik".
İkincisi, soyuqluğun əsas səbəbi adətən vitamin çatışmazlığıdır. Bunlar B12 vitamini çatışmazlığı, sink və D vitamini çatışmazlığı və anemiya dediyimiz anemiyadır. Belə hallarda biz ilk növbədə xəstələri qiymətləndirir və bir sıra testlər və testlər həyata keçiririk:
"Vitamin baxımından olub-olmaması qida tarazlığından asılıdır və bunlarda bir pozğunluq aşkar etdikdə ona uyğun müalicələrə davam edirik. Soyuqluğun saysız-hesabsız səbəbləri çox sadə görünə bilər, ancaq damar problemləridir. Xüsusilə siqaret çəkən xəstələrimizdə damar problemlərini çox tez-tez görürük. Bunlar barmaqlarda burger dediyimiz pozğunluqlar və Raynaud fenomenidir. Bunlardan ötəri damarlarımızda qan dövranı olmur, xüsusən də siqaretdən. Bəzən bizdə də genetik irsi damar xəstəlikləri olur. Bu qan dövranı pozğunluqlarının altında yatan səbəblər xüsusilə soyuqluq hissini ön planda tutmaq, daha sonra təbii dövrlərdə baş verənlər, damar tıkanıklığı və barmaqlarda qançırlar meydana gəlir.
Xəstənin simptomları artdıqca şikayətlərimiz də artmaqda davam edir. Əsas səbəblər anemiya dediyimiz anemiya səviyyələrimizdir. Bunlar artıq qadınlarda, xüsusilə anemiyaların 70-80 faizində müşahidə edilir. Bunlar qeyri-kafi və balanssız qidalanma və qan itkisi səbəbiylə gördüyümüz şərtlərdir. Bəzən talassemiya deyilən genetik xəstəliklərdə anemiyaya da rast gəlirik. Bunlar soyuq kimi sadalaya biləcəyimiz səbəblər arasındadır. Bunlar bizim çox əhəmiyyət vermədiyimiz vəziyyətlərdir, məsələn, hava normaldır, bir az isti geyinməliyəm, amma əslində qeyd etdiyimiz səbəblərdən soyuqluq hissi orqanizmin ilkin reaksiyası ola bilər, xüsusən də hipotiroidizm, damar xəstəlikləri, anemiyalar, vitamin çatışmazlığı və bəzi metabolik pozğunluqlar. Bədən bunu bizə soyuqluqla verir, sonra isə başqa əlamətlər verir. Davamlı olaraq "üşüyürəm" şikayəti olan bir insanın, hətta sağlam bir insanın müvafiq bölmələrə və ya bu check-up mərkəzlərinə müraciət etməsini və bu problemləri laqeyd qoymadan, inkişaf etməmişdən əvvəl müayinə edib dəyərləndirməsini tövsiyə edirik".
 
 
 
Ardını oxu...
Hani şu; pejmürde dedektif..
Eski püskü kılıklı, pardösülü..
Tek gözü takma..
Saç baş dağınık.
Külüstür arabalı..
Elinde yanmayan purosu..
Unutkan..
"Kafası dağınık" görünümlü..
Hatta kendini "aptalmış gibi"gösteren.. Gerçekte çok zeki, dikkatli..
Soruşturma sırasında devamlı, “karım...” der, ama o da ortalarda görünmez..
Komiser Columbo..
1970’lerin, Peter Falk’ın canlandırdığı ünlü televizyon dizisiydi..
Tek kanallı Türkiye’de o da çok konuşulmuştu..
Her bölümü bir film kadar uzundu..
Klasik dedektiflik filmlerinden farklı idi..
İlk önce cinayetin işlenişi gösterilirdi.
Suçluyu ve cinayeti nasıl işlediğini bilirdik, Columbo'nun bunu nasıl ortaya çıkaracağını ilgiyle seyrederdik.
Suçlular genellikle zengin ya da güç, mevki sahibi kişilerdi, Columbo'yu küçümser ve biraz da aşağılarlardı.
Diziyi izlenir kılan; Columbo’nun kendisini ciddiye almayanların dahi hayranlıkla takip ettiği “akıl yürütme” süreciyle sonuca gitmesi, ilgisiz gibi duran delillerle cinayeti ustaca çözmesiydi.
Suçluyu tahmin eder ama delilleri toplayıp köşeye sıkıştırmak için avıyla adeta oyun oynardı.
Suçlulara karşı çok da kibardı.
İlginç sorgulama yöntemi dışında; sonunda her şey bitmiş gibi yapardı.
Suçlunun yanından ya da olay yerinden ayrılırken dönüp, sanki o an aklına gelmiş gibi, son bir soru daha sorması ile meşhurdu. Suçluları adeta çıldırtırdı.
Suçlu tam bir “ohh”diye derin nefes aldığında son sözü şöyleydi;
“Afedersiniz efendim..
Son bir şey daha var”
O söz, şüphelinin işinin bittiği, son darbeyi yediği andı.
O an hepimiz birer ‘Columbo’ gibi mutlu olur, o “mağrur suçluların” yakalanmasıyla içimiz rahat eder, hatta pek keyiflenirdik..
O da gerilerde kaldı..
O günlerde suçlular mutlaka yakalanır, cezaları verilirdi.
Nedense bu günlerde “Komiser Kolombo”yu anmak istedim.
O’nu izleme, tanıma şansına varamayan bir kuşağın affına sığınarak.
Gülümse
TEREF
 

Ardını oxu...
  

Mədəniyyət Nazirliyi tərəfindən musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramı yenilənib.

Musavat.com xəbər verir ki, bu yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılaraq, şagirdlərin tədbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etməyi hədəfləyir.

Bu proqramlarda əsas yeniliklərdən biri Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılaraq, onların əsərlərinin öyrənilməsinə üstünlük verilməsidir.

Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək.

Fortepiano, tar və violin siniflərində tətbiq olunacaq bu metodika, gənc istedadların potensialını daha da inkişaf etdirməyə, onları peşəkar musiqi təhsili ilə təmin etməyə istiqamətlənmişdir.

Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.

Linkə (https://shorturl.at/wL6gU) daxil olaraq, yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış ola bilərsiniz.

Ardını oxu...
 

Aktrisa Aydan Axundova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlib.

Axşam.az xəbər verir ki, L.Əliyeva Aydanın çalışdığı teatrda tamaşa izləməyə yollanıb. Aktrisanın fotonun həmin vaxt lentə alındığını vurğulayıb.

Qeyd edək ki, L.Əliyeva Xalq yazıçısı və rejissor Maqsud İbrahimbəyovun yaradıcılıq mərkəzində Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyorlarının iştirakı ilə tamaşanı izləyiblər. 

Ardını oxu...

 
 
 
Ardını oxu...
Doç. Dr. Haluk Berkmen
Kuzey Mezopotamya’da ve güneydoğu Anadolu’da yaşamış olan Hurri kültüründen bir önceki yazımda söz ettim. Hatti kültürü büyük çapta Hurri kültürünün devamıdır. Alttaki haritada Hatti ülkesinin sınırlarını ve önemli şehirlerini görüyoruz.
Tüm Anadolu Akad, Asur ve Hitit belgelerinde “Hatti ülkesi” olarak tanımlanıyordu. Hititolog Sedat Alp, ‘Hitit çağında Anadolu’ adlı kitabında şöyle diyor:
“Hatticenin Orta Anadolu’nun kuzey kısmında Kızılırmak ve çevresindeki bölgelerde M.Ö. 3000’de konuşulduğu kabul edilmektedir. Hattililerde ve neolitik çağdan itibaren Anadolu’da anaerkil bir aile yapısı var olduğu halde Hititlerden itibaren Anadolu’da ataerkil bir aile düzeni söz konusudur, fakat anaerkil aile yapısının kalıntılarına Hitit çağında da rastlanmaktadır. Hitit metinlerinde geçen ‘hattili’ (Hatti dili) sözü bir coğrafi bölgenin adı olan Hatti sözüne dayanmaktadır. Hattililerin de kendi dillerine aynı adı verip vermediklerini kesin olarak bilmiyoruz.”
Keza Ekrem Akurgal ‘The Hattian and Hittite Civilizations’ adlı kitabında bu konuda şöyle diyor (İngilizceden kendi çevirim) :
“Hatticenin kendine has bir dil olduğu ve Hint-Avrupa ile Semitik dillerden tümüyle farklı olduğu saptanmıştır.”
Hatti dili büyük çapta Hurri dilinden ve Hurri dili de Sümerceden etkilenmiş olduğuna göre Hatticenin Ural-Altay dil grubuna ait olduğu sonucunu çıkarabiliriz. Anadolu’da M.Ö. 1.700 ile M.Ö. 1.200 yılları arasında güçlü bir imparatorluk kurmuş olan Hititlerin de doğal olarak Hattililerden etkilenmiş olmaları gerekir. Hititçe bir Hint-Avrupa dili olarak kabul edilse de gramer yapısında Ural-Altay dillerinin ve özellikle Hatticenin bitişken özelliği bulunmaktadır. Ekrem Akurgal, kitabında Hititçedeki kişi özel isimlere eklenen “al”, “il” ve “ul” takılarının Hatticeden alındığını belirtiyor. Türkçede –lı, -li, -lü, -lu takıları isimden sıfat yapan aidiyet ekleridir. Benzer şekilde Hitit krallarının Murşili, Hatuşili, Hantili, Tahurvaili ve Muvatalli isimlerinde aynı takıları buluyoruz.
Hititçenin bir Hint-Avrupa dili olduğu, Çek dilbilimci Bedrich F. Hrosny (1876-1952) tarafından ilan edilmiştir. Bu iddiasının temelini de iki sözcük oluşturur. Bunlar Wadar ve Ezzan sözleridir. Hitit dilinde ‘Wadar’ su ve ‘Ezzan’ yemek fiiline karşılık geliyor. Su sözünün Almancası ‘wasser’ ve İngilizcesi ‘water’ oluşu bu görüşü kuvvetlendiriyor. Keza ‘yemek yemek’ Almanca ‘essen’ ve İngilizce ‘eat’ sözleri Hititçedeki ‘ezzan’ sözüne benzemektedir. Fakat diğer Hint-Avrupa dillerinde bu ilişki bulunmamaktadır. Örneğin, İtalyancada su ‘aqua’ ve yemek ‘manca’ olup, wadar ve ezzan sözlerine hiç benzemiyor. ‘Ezzan’ sözcüğü Almanca ‘essen’ sözüne benzediği kadar, Türkçe ‘ezen’ sözüne de benziyor. Yemek yerken dişlerin yaptığı eylem ezmek ve parçalamak olduğu düşünülürse, Ezen ile Ezzan ilişkili olabilir.
Hitit dili uzmanı Ahmet Ünal, ‘Hitit Sarayındaki Entrikalar Hakkında Bir Fal Metni’ adlı kitabından ‘Dingirlim’ ve ‘Ana dingir’ sözlerini inceleyelim. Dingirlim: ‘Tanrım’ demektir. Sümerce ‘Dingir’ sözünün Tanrı demek olduğundan ve Tengri sözünden türediğinden söz ettim. Asya’dan dağılan kadim bir kültüre ait ‘Tengri’ sözünden dönüşmüş olan bu sözcük Sümerliler, Asurlular, Hattililer ve Hititler tarafından da kullanılmış olması tesadüf değildir. ‘lim’ takısı kesin Türkçedir, zira halen güzelim, sevgilim, nişanlım…gibi sözler kullanılıyor.
Ana-Dingir ‘Tanrıça’ demektir. Türkçe kökenli bir sözcük olan ‘ana’ ile Tanrı anlamına gelen ‘Dingir’ birleşerek ‘dişi tanrı’ veya Tanrıça sözünü oluşturmuştur. Bu şekilde oluşturulan birleşik sözcükler Hititçenin Ural-Altay dilleri ile de ilişkili olduğunu gösteriyor. Şu halde Hititçenin saf bir Hint-Avrupa dili olmadığı, Ural-Altay dilleri ile Hint-Avrupa dillerinin etkisinde kalmış bir dil olduğu anlaşılıyor.
 
Ardını oxu...
Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir.
Üzeyir Hacıbəyli
Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur.
Ona görə Azərbaycan ədəbi dili ilə əlaqəli hər bir proses dövlətin nəzarətində olmalı, burada kortəbiiliyə, yaxud özfəaliyyətə yer verilməməlidir. Çox təəssüf ki, son illər bir sıra təşkilatların etinasızlığı üzündən dilimizin leksik, qrammatik, orfoqrafik və s. normalarının pozulması kütləvi hal alıb.
"Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" İctimai Birliyi ölkə ərazisində, xüsusən Bakı şəhərində dövlət dili normalarının pozulması hallarını müəyyən etmək üçün mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Bu ilin avqust ayında Bakı Metropoliteninin “Gənclik” stansiyasında aparılan monitorinq zamanı reklam lövhələrində dövlət dilinin istifadəsi zamanı kobud xətaya yol verildiyinin şahidi olduq. Reklam mətni belədir: “Yerə atılan hər çöp sağlamlığa zərbə, mədəniyyətə həqarətdir”.
“Həqarət” sözünü qoyaq kənara, “çöp” deyərkən söhbət nədən gedir? Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilinin izahlı lüğəti”nin I cildi 1966-cı ildə akademik Əliheydər Orucov tərəfindən hazırlanıb, sonradan akademik, AMEA Dilcilik İnstitunun direkroru Ağamusa Axundov tərəfindən nəşr üçün təkmillşdirilib. Lüğətdə “çöp” sözünün aşağıdakı mənaları verilib:
1. Taxta, ağac, saman və s. parçacığı.
2. Bədənin bir yerinə batmış belə qırıntı, tikan və s.
3. Boğazda (əsasən uşaqlarda) ilişib qalan sümük, tum qabığı və s. qırıntısı.
4. bakteriya. Çöp şəklində mikrob, basil. Vərəm çöpü.
Aydındır ki, reklamda bunlardan heç biri yox, məhz zibil nəzərdə tutulur.
Göründüyü kimi, deyilən reklam lövhəsində Azərbaycan dilinin leksik norması kobud şəkildə pozulmuşdur. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 7.2. maddəsinə əsasən, “Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir”.
Qeyd edək ki, Bakı şəhərində metrodan gündə orta hesabla yarım milyondan çox sərnişin istifadə edir və ədəbi dil normalarını pozan reklamlar vətəndaşların haqlı narazılığına səbəb olur. Amma "Bakı Metropoliteni" QSC-nin rəsmiləri bundan narahat deyil. Onlar nəinki bu səhvləri aradan qaldırmır, üstəlik, bu işdə onlara yardım etmək istəyən fərd və qurumlara nöqsanların aradan qaldırılacağı barədə yalan vədlər verir, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa etina etmirlər.
Bu il sentyabr ayının 9-da yuxarıda qeyd edilən pozuntu ilə bağlı deyilən qurumun elektron poçtuna məktub yazdıq. Qanunvericilikdə müəyyən edilmiş müddət ərzində cavab almadığımız üçün zəng etməli olduq. Mətbuat xidmətinin rəhbəri olduğu deyilən Bəxtiyar Məmmədov adlı şəxs şifahi şəkildə bildirdi ki, reklam mətnində heç bir səhv görmürlər: “Çünki ölkənin bəzi yerlərində “zibil” əvəzinə “çöp” sözündən istifadə edilir. Həm də “zibil” sözü neqativ məna daşıyır. Ona görə dilçilər bu barədə düşünsə, yaxşı olar”.
"Bakı Metropoliteni" QSC-yə təkrar müraciət edərək, yazılı cavab tələb etdik. Nəhayət, oktyabrın 30-da aparat rəhbəri Tərlan Dadaşovun imzası ilə məktub aldıq.
Məlum olur ki, cənab Tərlan Dadaşov da iş yoldaşı Bəxtiyar Məmmədov kimi dilçilərə “ustad dərsi” keçməyə çalışır.
Əsas mətləbə keçməzdən əvvəl qeyd edək ki, cavab məktubundan göründüyü kimi, cənab Dadaşov aparat rəhbəri olduğu qurumun saytı ilə elektron poçt ünvanını fərqləndirə bilmir:
“Sizin 9 sentyabr 2024-cü ildə, "Bakı Metropoliteni" QSC-nin info@metro.gov.az rəsmi saytının elektron ünvanına etdiyiniz müraciətə cavab olaraq, bildiririk ki....”. Hörmətli Tərlan Dadaşov, info@metro.gov.az "Bakı Metropoliteni" QSC-nin rəsmi saytı yox, elektron poçt ünvanıdır.
İndi keçək hörmətli Tərlan Dadaşovun bizə ünvanladığı yüngül danlaq, itab, izah, məzəmmət dolu məktubunun əsas hissəsinə. Məktubun elə ilk cümləsinin ikinci hissəsi və ikinci cümləsi Vikipediya kimi qeyri-ciddi mənbədən plagiatdır və səhvdir. Müəllif yazır ki, “Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur”.
“Copy-paste” edilən bu cümlədəki durğu işarəsi səhvini qoyaq kənara, fikir özü yanlışdır. Çünki heç bir dil başqa bir dilə və ya dillərə mənsub ola bilməz. Dillər əsasən qohumluq əlaqəsinə görə dil ailələrinə aid edilir, dilə və ya dillərə mənsub olmur.
Daha sonra oxuyuruq: “Başqa dil qruplarında oldugu kimi, bu qrupa daxil olan dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən cox yaxındır”. Bu cümlə də Vikipediyadan plagiatdır və səhvdir. Əvvəla, məlum olur ki, bizə dil dərsi keçmək istəyən hörmətli Tərlan Dadaşov özü və ya cavab məktubunu yazdırdığı şəxs (düzünü Allah bilir) bəzi mətləbləri orta məktəb şagirdləri səviyyəsində də bilmir. Çünki dil ailəsi və onun struktur vahidi olan ailədaxili dil qrupu ayrı-ayrı anlayışlardır. Məsələn, türk dilləri ailəsi 2 qola (budağa) bölünür: şərqi hun budağı, qərbi hun budağı. Bu budaqların isə bir neçə qrupu var. Bizim dilimiz qərbi hun budağının Oğuz qrupunun Oğuz-səlcuq yarımqrupuna aiddir.
İkincisi, dil ailələri heç də hər zaman qohumluq əlaqələrinə görə formalaşdırılmır. Dünyanın müxtəlif yerlərində bir çox dilləri məhz ərazi prinsipi ilə dil ailəsi kimi bir çətir altında toplayıblar. Onların bir çoxunun, iddia edildiyi kimi, “morfoloji və sintaktik cəhətdən cox yaxın” olmağından söhbət belə gedə bilməz. Çünki bu cür dil ailələrində bəzən bir sıra dillər hətta tipoloji cəhətdən fərqli olurlar (yəni biri iltisaqi, digəri amorf və ya biri flektiv, digəri inkorporlaşan və s. ola bilər. Tipoloji cəhətdən fərqli olan dillər isə heç vaxt morfoloji və sintaktik cəhətdən yaxın ola bilməz. Bu sözləri Şimali Qafqazın bəzi avtoxton dilləri haqqında da demək olar, çünki onların bir çoxu sırf ərazi prinsipi ilə bir ailəyə aid edilib).
Cənab Tərlan Dadaşov məktubumuza qanunvercilikdə nəzərdə tutulan müddətdə yazılı cavab vermək tələbimizdən o qədər qeyzlənib ki, Azərbaycanın dövlət dilinin, istinad etdiyi lüğətin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin adını yazanda belə səhvə yol verib.
“Bakı Metropoliteni” QSC-nin aparat rəhbəri hələ də bilmir ki, dilimizin rəsmi adı Azərbaycan türkcəsi yox, Azərbaycan dilidir. Çünki nə Konstitusiyamızdan xəbəri var, nə də “Dövlət dili haqqında” Qanundan. Əsas Qanunumuzun 21-ci maddəsində birmənalı şəkildə deyilir:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa baxaq: “Maddə 1. Dövlət dilinin hüquqi statusu. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq, Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur”.
Anlamaq lazımdır ki, bu və ya digər dövlət təbii inhisarının səlahiyyətli şəxsi rəsmi cavab məktubunda dövlət dilinə özbaşına yeni ad qoya bilməz.
Məktub boyu bizi yumşaq şəkildə məzəmmət edən və dil dərsi keçməyə çalışan hörmətli Tərlan Dadaşov reklam lövhəsində yol verilən leksik pozuntuya bəraət qazandırmaq üçün “çöp” sözünün qulağından tutub, onu izahlı lüğətə aparmaq əvəzinə, alternativ saydığı və dəstək ala biləcəyini güman etdiyi ünvanlara doğru dreyf edir. Əvvəlcə həmin sözü avral rejimində M.Kaşğarlının lüğətinə (lüğətin adının yazılışında orfoqrafik səhvə yol verib) aparır, sonra güzarı Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə (muzeyin adının yazılışında orfoqrafik səhvə yol verib) düşür və orada Tənzilə Əhmədova-¬Eldemir adlı şəxsin çıxışından (mövzunun adının yazılışında orfoqrafik səhvə yol verib) mədəd umur.
Daha sonra “milli dil kimi formalaşmış dillərdən ortaq dil düzəltməyin donkixotluq olduğunu” bildirən mərhum akademik Tofiq Hacıyevin yazdıqlarını unudan və ya onlardan bixəbər olan hörmətli Tərlan Dadaşov “çöp” sözünü zibil mənasında leksikamızda adaptasiya etdirmək üçün İsmayıl Qasprinskinin ortaq ədəbi dil xülyasına da lobbiçilik etməyə çalışır.
Lap sonda isə o, xalq arasında deyildiyi kimi, “ümidi qatma sapına dönəndə” “türk dövlətlərinin vahid əlifbasının 34 hərfdən ibarət olması”nın razılaşdırılmasını reklam lövhəsində "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun 7.2. maddəsinin pozulmasına bəraət qazandırmaq üçün qoşqu-arqument kimi sırımağa uğursuz cəhd edir.
Yeri gəlmişkən, cavab məktubundakı bir sıra cümlə və ifadələrdən şeytan da baş aça bilməz, heç bir məzmun nizamı olmayan, eklektik şəkildə birləşdirilmiş söz və söz birləşmələrində nə deyildiyindən, böyük ehtimalla, məktubu imzalayan şəxsin özünün də xəbəri yoxdur (hələ punktuasiya səhvlərini demirik):
- “...”zibil” sözünün ədəbi dilinin tətbiqi normaları ilə ziddiyyət təşkil etməməsini...”;
- “Bu xüsusda "çöp" sözünün qədim turk dilinin tarixi etimologiyasına nəzər salınması yetərlidir”;
- “Bununla bağlı, qeyd edilən nümunə əsasında bu gün də ədəbi dilə heç bir ziddiyyət təşkil etmədən, dilimizin leksik, morfoloji xüsusiyyətlərinə mənfi təsir göstərmədən danışıq dilində əbədiyyət qazanaraq, xalqımızın mədəniyyətində ailə və məişət davranış xüsusiyyətlərinin bariz nümunəsi olan çəkdiyimiz nümunə əksinə, dilimizin və mədəniyyətimizin zənginliyindən, onun özünəməxsusluğundan xəbər verir”.
- “Lakin yanlışlıq nümunələri axtararkən, dillərin bir-birinə müsbət təsirləri fonunda gətirdiyimiz dəlillərin əsassız olmamasına, qaldırdığımız məsələnin həssaslığına, onun bu günün reallıqları baxımından izahlı lüğətdə qeyd edilmiş təfsirləri və izahları da daxil olmaq1a, ciddi pozuntu olmaması da əsaslı qəbul edilə bilər”.
- “Bu tarixi məqamda əminik ki, qeydlərimizin heç də əsassız olmaması ilə bağlı daha bir dəlili qəbul etməkdə etirazınızın olmayacağı qənaətindəyik”.
Bu siyahını uzatmaq da olar. Oxucular arasında Azərbaycan dili və ədəbiyyat müəllimi varsa, bu yazıya məmnuniyyətlə “2” yaza bilərlər. Amma bunu yazan şəxs orta məktəb şagirdi deyil. Taleyin istehzasına baxın ki, nəqliyyat sektorunu təmsil edən və aparat rəhbəri olduğu Bakı Metropoliteninin saytında, stansiya və keçidlərində hökm sürən orfoqrafik xaosdan narahat olmayan cənab Dadaşov həmin səhvlərin aradan qaldırılması üçün tədbirlər görmək əvəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutuna və "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" İctimai Birliyinin rəhbərliyinə “ustad dərsi” keçməyə cəhd edir.
Xatırlatmaq istərdik ki, “Bakı Metropoliteni” QSC-nin əsas vəzifəsi, Nizamnaməsində deyildiyi kimi, “...Bakı metropoliteninin inkişaf etdirilməsindən, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsindən, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisindən, metropolitenin maddi-texniki bazasının gücləndirilməsindən” ibarətdir. Bu və ya digər sözün leksik məna dairəsini, onların konkret məna çalarlarını müəyyən edib rəsmiləşdirmək isə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun müstəsna hüququdur və “Bakı Metropoliteni” QSC bu hüququ mənimsəyə bilməz.
Biz deyilən məsələ ilə bağlı Nəsimi adına Dilçilik İnstitutuna müraciət edib, rəsmi cavab almışıq. 16 oktyabr 2024-cü il tarixdə FADMM-ə daxil olan məktubu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdir əvəzi dosent Vəfa Abdullayeva-Nəbiyeva imzalayıb. Məktubda deyilir: “Azərbaycan dilinin izahlı lüğəti. IV cild, səh.672-də “zibil” sözünün evlərdə, küçələrdə və s.-də yığılaraq onları zibilləndirən tör-töküntü, tullantı mənaları qeyd olunur. Həmçinin bu sözün əsasında yaranan zibilatan, zibildaşıyan, zibilxana, zibilləmək, zibillik kimi sözlər də Azərbaycan ədəbi dilində aktiv formada işlənir.
Qeyd olunan nümunədə "ətrafı zibilləndirən tör-töküntü, tullantı" mənasında “çöp” sözü əvəzinə “zibil” sözünün işlənməsi leksik məna baxımından ədəbi dil normalarına daha müvafiqdir. “Zibil” sözünün məcazi mənada "lüzumsuz, yararsız, heç bir qiyməti, dəyəri olmayan, çox pis, yaramaz, murdar, alçaq, razil adam, yararsız, ləyaqətsiz, aciz, bacarıqsız adam" kimi neqativ mənaları da var (Azərbaycan dilinin izahlı lüğəti. IV cild səh.673). Lakin reklam mətnində sözün həqiqi mənası nəzərdə tutulur və söz hər hansı neqativ məna kəsb etmir”.
Bilmirəm, “Bakı Metropoliteni” QSC-nin ofisi yerin altındadır, ya üstündə, amma bir şey məlumdur ki, məzkur qurumda dövlət başçısının çıxışlarını ya dinləmir, ya da daha pis - dinləyir, amma etina etmirlər. Əks təqdirdə reklamda yol verilən leksik norma pozuntusuna belə gülünc iddialarla bəraət qazandırmağa cəhd etməzdilər.
Azərbaycan Prezidentinin çıxışından seçilən aşağıdakı sitatlar çox mötəbər mənbədən - dövlət başçısının saytından (president.az) götürülüb:
1. “Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər”. Prezident İlham Əliyevin xalqa müraciəti, 01 dekabr 2020-ci il.
2. “Yollar bərbad, binalar dağılmış, hər tərəf zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar”. Prezident İlham Əliyevin Aydın Kərimovu videoformatda qəbul edərkən etdiyi çıxışdan, 27 yanvar 2021-ci il.
3. “Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq”. Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışından, 28 may 2023-cü il.
4. “Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Onları orada ayaqlarından asardılar”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısınn çıxışından, 11 iyul 2023-cü il.
“Bakı Metropoliteni” QSC-nin həddini aşıb mötəbər dilçi mütəxəssislərə tövsiyə vermək eşqinə düşən rəsmilərinə müraciət edirəm: Bəs deyirdiniz, “zibil” sözü söyüş kimidir, “ədəbi dilin leksik normalarının tələbinə əsasən ədəbi dildə söyüşlərin, kobud və loru sözlərin işlədilməsinə yer verilmir”. Dövlət başçısı söyüşlə danışır? Siz Azərbaycan ədəbi dilini cənab Prezidentdən daha yaxşı bilirsiniz?
Nəhayət, “Bakı Metropoliteni” QSC-nin məzkur şəxsləri özlərinə əziyyət verib, respublikanın aparıcı informasiya agentliyi, həm də ədəbi dil normalarına riayət edilməsi baxımından mötəbər mənbə hesab olunan Azərbaycan Dövlət İnformasiya Agentliyinin xəbərlərinə baxsalar, görərdilər ki, azertag.az saytında “zibil” sözü 595 dəfə işlənib. “Çöp” sözündən isə 42 dəfə istifadə edilib və o heç vaxt “zibil” sözünün sinonimi kimi işlədilməyib. Bir neçə nümunə verək:
1. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, öz gözlərində tiri görməyən Avropa dövlətləri bizim gözümüzdə çöp axtarırlar” (14 oktyabr 2023-cü il).
2. “Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib” (25 noyabr 2022-ci il).
3. “Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər” (28 may 2024-cü il)
Əgər iddia etdiyiniz mülahizələrlə “zibil” sözünü “çöp”lə əvəz edirsinizsə, çöp elə zibildirsə, onda bu cümlələri necə anlayaq?
Avropa dövlətləri bizim gözümüzdə zibil axtarırlar?
Qədim türk əlifbası nümunələri zibil şəkilli olub?
Qulaq təmizləyici zibildən istifadə infeksiyaya səbəb ola bilər?
Göründüyü kimi, “Bakı Metropoliteni” QSC-nin rəsmiləri ədəbi dildə oturuşmuş və əsas mənasında heç bir neqativlik olmayan “zibil” sözünü dildən çıxarıb, “çöp” sözü ilə əvəz etmək özbaşınalığının ədəbi dilə necə zərbə vurduğunun fərqində deyillər.
P.S. Nəhayət, bizə deyilən və yazılan cavabdakı tövsiyə və məzəmmət tonu barədə. Psixologiyada Danninq-Krüger effekti deyilən bir anlayış var. Alimlər müəyyən ediblər ki, danışdığı sahə üzrə “asimanı risimandan ayıra bilməyənlər” (Nizami Gəncəvi) fikir yürüdəndə hamıdan cəsarətli olurlar. Müvafiq sahənin tədqiqatçıları deyir ki, bu, metakoqnitiv təhrifdir, psixoloji paradoksdur. Ona görə aldığımız şifahi və yazılı cavabdan əsla təəccüblənmədik. Təəssüflənmək hüququmuzu isə əlimizdən kimsə ala bilməz...

Vasif Sadıqlı - Bakupost.az
 

Dünyapress TV

Xəbər lenti