Ardını oxu...
" "Yuxu kimi" serialı artıq bitdi. Final oldu. Hazırda Xəzər tv-də yayımlanan "Xəyanət" serialında çəkilirəm. Bu mövsümdən "Xəyanət"-də olacam. Ümid edirəm ki, yaxşı olacaq. Bizim istirahətimiz elə çəkilişlərdir. 10-15 gün istirahət mənə kifayət edir. İş gözəldir. Təki həmişə iş olsun, biz də işləyək. Bu günki günümüzə şükürlər olsun ki, Allah bu gücü, bu qüvvəti bizə verib və bizi görürlər, çağırırlar, dəvət edirlər" 
 
 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by Ardını oxu...
5
Reklamınızı SmartBee ilə effektiv edin.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktrisası Pərvanə Qurbanova deyib.
Ardını oxu...
O daha sonra rollarından və xüsusilə də "Xəyanət" serialındakı obrazından danışıb.
 
"Ürəyimdə qalan elə bir rol olmayıb. Bütün rollarımı sevib oynamışam. Özüm üçün qadağalar qoymuşam, o səhnələrə də çəkilməmişəm. Sağ olsunlar rejissorlarımız serialda da, teatrda da razılaşıblar. Ümumi işin gedişatına zərər gəlməyib. "Xəyanət" serialına dəvət alanda da ilk olaraq obrazı soruşdum. Oynadığım rol balasını illərdir görməyən ana obrazıdır. Həyəcanlı, kədərli günlər yaşayan ana. Serial hələ ki, bir az çəkilib, bilirsiz ki, ssenari gedişatda yazılır. Yeni rejissor gəlib. İş prinsipi çox xoşuma gəlir. Baxımlı bir iş olacağına əminəm" deyə sevilən aktrisa deyib.
Ardını oxu...
Aktrisa bildirib ki, sənətdə problemlər hər zaman olub və olacaq da.
 
"Problem tək sənət yox, bütün sahələrdə var. Jurnalistika sahəsində də var, televiziya sahəsində də. Bizdə də həmçinin. Hər kəs öz öhdəsinə düşən vəzifəsini icra etsə mənə elə gəlir ki, hər şey yaxşı olar. Bəzən deyirlər kastinq problemi var, tanışlarını çəkirlər.. "Yuxu kimi" serialına qədər 4 serialda çəkilmişəm, orada qohum-tanış söhbəti olmayıb. Var, eşitmişəm elə bir şeyləri. Amma mən şahidi olmamışam. Seçimlər də uğursuz olmayıb. Bəzən efirlərdə yerindən durana sənətkar deyirlər. Bu artıq deyənin günahıdır. Sənətdən xəbəri olmayan, təsadüfən gəlib düşən, və yaxud təsadüfi olmasa da özünü təsdiq etməyən, amma özü üçün sənətkar deyib, onun qarşısındakı da ona sənətkar deyirsə və sənətkarlara aid olacaq sözləri onlara ünvanlayıb deyirlərsə bu artıq faciədir. Bəzən elə insanlara sənətkar deyilir ki, düşünürəm ki, görəsən burada əsl sənətkar otursa onun haqqında nə deyəcəklər?! Hansı ifadələri işlədəcəklər?! Bu bizim yaralı yerimizdir, bədbəxtçiliyimizdir deyirəm başqa söz tapmıram. Bu bütün sahələrdə baş alıb gedir. Yalandan təriflər, şişirtmələr. O insan belə bir müddət sonra o yalanlara o qədər inanır ki, özünü doğurdan da sənətkar sayır" deyə aktrisa bildirib.
Ardını oxu...
Avroviziyanın ölkəmizdəki rəsmi yayımçısı İctimai TV bu il baş tutacaq 22-ci uşaq Avroviziya mahnı müsabiqəsində Azərbaycanın iştirak etməyəcəyini açıqlayıb.

Hurriyyet.Az xəbər verir ki, bununla bağlı yayımçı kanal məlumat yayıb.“Ölkəmizdə müsabiqəyə marağın az olması, qatıldığımız illərdə çəkilən xərclər və reytinq nəticələrinin özünü doğrultmaması bu müsabiqədə iştirakı ikinci plana salmışdır.

Gələcəkdə uyğun və maraqlı namizəd olarsa, yenidən iştirakla bağlı planı nəzərdən keçirilə bilinəcəyin də mümkün olduğu məlumatda bildirilir”.

Qeyd edək ki, müsabiqə 16 noyabr tarixində İspaniyanın Madrid şəhərində baş tutacaq.

Ölkəmiz müsabiqədə son dəfə 2021-ci ildə iştirak etmiş, Sona Əzizovanın ifasında “One of Those Days” mahnısı ilə 5-ci olmuşdur
 
Ardını oxu...
"Geri dönməz" və "Boşluğa gir" filmlərinin rejissoru Qaspar Noe keçirdiyi beyin qanamasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, kinorejissor çətin təcrübəsini "Kinopoisk"ə müsahibəsində bölüşüb.

Onun sözlərinə görə, beş il əvvəl onun beyinində damar partlayıb və sağ qalmaq şansı olmayıb. Həkimlər beyin zədələnməsi 35% kimi qiymətləndiriblər.

"O gündən bəri həyatın kövrəkliyini daha da hiss etdim. Ölüm mütləq dəhşətli bir şey deyil. Lakin valideynlərimdən əvvəl vəfat edib, onları incitmək istəmirəm. Çox şanslıyam və bundan yararlanmalı və həyatdan həzz almağa davam etməliyəm. Mən çox sakitləşdim. Məsələn, indi insanlar məni daha az incidirlər. Bəzən qəzəbli olmalısan, amma ümumilikdə mənim reallıqla münasibətim daha sakit və xoşbəxt oldu".
 

Ardını oxu...
Mədəni, yoxsa tərbiyəli olmaq? Bizim qüsurlarla dolu qavrayış mexanizmamızda bu ikisi ya qarışdırılır, ya da eyniləşdirilir.
Mədəni adam dəyər istehsalçısıdır, tərbiyəli adam dəyər istehlakçısı. Tərbiyəli adam mədəni olmaya bilər və olmayan mədəniyyətini tərbiyə ilə ustalıqla pərdələyər.
Mədəni adam isə nadir halda tərbiyəli olur. Çünki dəyər yaratmaq üçün o, mövcud dəyərləri aşmalıdır. İlk növbədə tərbiyənin boyunduruğundan çıxmalıdır.
Tərbiyəli adam istehlak etdiyi dəyəri dörd əllə qorumağa məhkumdur. Tərbiyənin missiyası qorumaqdır. Mədəni adam isə qoruyan yox, yaradandır. Mədəniyyətin missiyası yaratmaqdır.
Türk etnosu mədəni yox, tərbiyəli etnosdur. Yəni yaradan yox, qoruyandır. Anadolu türkləri ələ keçirdikləri Bizans mədəniyyətini qorudular. İran türkləri sahib çıxdıqları Sasani mədəniyyətini qorudular. Özləri ya heç nə yaratmadılar, ya da epizodik şeylər yaratdılar .
Bir az Əmir Teymur yad mədəniyyətlərdən oğurladığı sənətkarların hesabına Orta Asiyada nələrsə etmək istədi.
Mədəniyyət barbarda tərbiyə şəkildə üzə çıxır. Bizans mədəniyyəti Anadolu türklərini, Sasani mədəniyyəti İran türklərini mədəniləşdirmədi, tərbiyələndirdi.
Yəni yaradan yox, qoruyan etdi. Bu gün də Anadolu türkləri Bizans, İran türkləri Sasani mədəniyyətlərinin istehlakçısıdırlar.
Bizə mədəniyyətin sonuncu dalğası rus bolşevizmiylə gəldi. Və biz bu gün, bu müstəqillik dövründə nə işlə məşğuluq? Onu qorumaqla! Necə ki, babalarımız Sasani mədəniyyətini qorumuşdular.
Və biz sovet mədəniyyətini nəyimizlə qoruyuruq? Tərbiyəmizlə. Yeni dəyər yaratmaq üçün mövcud dəyərləri aşmağa çalışanlara dərhal "tərbiyəsiz" damğası vurub qulağını kəsirik.
Mədəni adamın mənəvi ölçüsü əxlaqdır, tərbiyə deyil.
Və nəhayət, dəyər yarada bilməyən xalqın bütün həyatı illuziyalardan ibarətdir.

Aqşin YENİSEY - Dia-az.İnfo
 
Ardını oxu...
Kulis.az İlham Əzizin “And olsun zeytuna və tinə” adlı yeni yazısını təqdim edir.

“Netflix” platformasında “Zeytin ağacı” serialının ikinci sezonu ekranlardadı, çox izlənir, rekordlar qırır. Serial üç qadının taleyindən bəhs edir və yüksək texnologiya, dəbdə olan aktyor-aktrisa ansamblının iştirakıyla çəkilib. Bu filmlər kommersiya məqsədi güddüyündən sənət və sənətkarlıq məziyyətlərindən çox söz açmayacam.

Fəqət nəzərə alsaq ki, belə filmlərin auditoriyası böyükdür, bəzi məsələləri deməsək olmur. Filmlər cəmiyyətlərin ekranlaşdırılmış güzgüsüdür.
Əvvəlcə, gərək Türkiyə serial sənayesi, onun xarakteri, bizim kimi ölkələrə göndərdiyi mesajları çək-çevir edək, xüsusilə, seçilmiş bir serial haqda danışanda mənzərə tam aydınlaşsın. Sovet dağılandan sonra “Yeşilçam” bizim də ellərə ayaq açdı. Kamal Sunalın uşaq səmimiyyəti ilə çəkildiyi filmlər əlimizdə partladı, hamı baxdı, hamı güldü, bir iki epizodlarından savayı, tez də unuduldu. Biz bu filmlərə ona görə güldük ki, çox bayağı zarafatlardı, Sovet də bizə bayağı şeyləri qadağan etmişdi, bayağılığa ac cəmiyyət idik.

Yadınızdadırsa, o vaxtlar indiki “Xalq artistlərini” televiziyalara buraxmırdılar, adları da “ara müğənniləri” idi. Həmin dövrün bizə sel kimi axan filmləri də elə “ara filmlər”, bayağı işlər idi. Ancaq 70-80-lərdə Türkiyədə sənət filmləri də vardı, hətta Kannda mükafat da almışdılar. Bizə “ağır” filmlər lazım deyildi, Sovetin zindan kimi mədəniyyətinin altından yenicə çıxmışdıq. 2000-lərin texnoloji bumu başladı, hər şey yenidən şəkilləndi, filmlərin keyfiyyəti birə yüz artdı, mövzular fərqli oldu, insanlar istehlakçı xəstəliyinə düçar oldu, trendlər və paradiqmalar dəyişdi. Allah tərəfi, türklər bunu tez həzm elədi, türk serial və film sektorunda inanılmaz yüksəliş baş verdi, qısa zamanda dünyanı başına alıb getdi. Çin, Cənubi Amerika, Rusiya kanalları bu serialların müştərisinə çevrildi.

Bizim cəmiyyətdə vəziyyət daha dramatik oldu. Yaxın dil, eyni din elə vəziyyət yaratdı ki, dilimiz böyük yaralar almağa başladı, əzildi. İndi hər yer türkcə danışan uşaqlarla dolub-daşır. Bütün dünyada türk seriallarının pasiyentləri, əsasən, böyük çoxluqla qadınlardır. Türklər bunu dəqiq bilir. Müraciət də birbaşa qadınlaradır. Bütün dinlərin, ideoloji cəmiyyətlərin qırmızı xətti olan “əxlaq dəyərləri”ni alt-üst etməklə, insanların içində illərlə yığılıb qalan psixoloji baryerləri uçurdular, qadın azadlığı, demokratiya kimi ciddi mövzuları bayraq edib bütün müqəddəs şeyləri murdarladılar. Bizə bu seriallar daha çox ziyan verdi. O seriallar bizə ayaq açandan bəri boşanma statistikasına nəzər salsanız, hər şey sizə aydın olacaq.

Çünki biz öz dinimizdən, öz dilimizdən olan adamlardan gördük bu dəhşətli rəzalətləri, insestləri, fahişəlikləri…

Biz nümunə gördük, əvvəllər də bu vardı, ancaq başqa ölkələrdə, yad adamlarda, ona görə bizim həyatımıza ayaq aça bilmirdi. Artıq iş-işdən keçib, seriallar həyatımızın düz ortasındadır. Qadınlarımızın ömrünə oturub, uzun zaman da çıxacağına inanmıram.

Gəlin, bu serialların fundamentinə nəzər salaq. Varlı həyat, işləməyən, yağ-bal içində yaşayan qlamur qadınlar, uzun, yaraşıqlı, idmançı görkəmli kişilər, bahalı evlər, maşınlar. Bir sözlə, hər bir adamın xəyalı.

Mövzular: xəyanət, insest, LGBT, feminizm, kriminal.

Saman altından yeridilən əsas xətt isə ailə dəyələrinin mənasızlığı, özünbaşına yaşamaq, bu yolda bütün müqəddəs şeylərin yerlə bir edilməsi.

Uzun illər belə şeylərin dilə gətirilməsi qadağan edilmiş cəmiyyətlərin içində yığılmış enerjinin bu cür partlamasından təbii heç nə yoxdur. Türklər də, maşallah olsun, belə fürsəti qaçırmazlar. Avropalıdan çox avropalı oldular. Artıq qərb bu cür şeylərə qarşı sənət dili ilə mübarizə aparır, biz indi başlayırıq.

Əslində, seiallarda olan həyat qətiyyən Türkiyədə yoxdur. Böyük qismi ortodoks dindar olan, az qala, aclıq səviyyəsində yaşayan bu cəmiyyət heç özü də bilmir bəla haradan gəlir. Adamlar yaşamaq uğrunda mübarizə aparır, ailə fərdləri hamısı ən ağır şərtlərdə işləyir. Yəni bu türk millətinin içindən gəlmir, ora da hardansa idxal olunur. Elə bil ki, oranı kirayə götürüb zəhərli mallar istehsal edirlər, artıq qarşı çıxmağa da gücləri çatmır.

Bu mövzu böyük mövzudur, elmi araşdırma tələb edir. Biz qayıdaq yazının əvvəlindəki “Zeytin ağacı” serialına. Bu serialı seçməkdə xüsusi bir məqsəd var, onu da sonda biləcəksiz. Serialda əsas personaj olan qadınlar Ada, Leyla, Sevgidir. Üçünün də taleyi universitet yataqxanasında kəsişib, ömür boyu davam edir.
Ada həkimdir, uğurlu həyat hekayəsi var. Ailəsi ilə problemləri başdan aşır. Anasını danışdırmır. Tək başına karyera qurub. Serialın sonuna kimi qabağına çıxan göyçək kişilərin heç birini qapısından boş qaytarmır. Evlilikləri qısa aralarla bir-birini əvəzləyir. Hamısı imkanlı, yaraşıqlı oğlanlardır. Boşanmaları, sadəcə, bezməyi ilə bağlıdır. Qız mütəmadi olaraq ərdən bezir. Yeni ər tapması da an məsələsidir. Ayrılığına bir gün qalmış, hardasa, saçı saçımdan uzun, boyu-boyumdan uzun bir qaqaş peyda olur.

Leyla bloggerdi, izləyiciləri, iki uşağı var, əri dələduzdur. Min hoqqadan çıxan əri türmədədir, tez-tez qlamur arvadından pul çəkir. Leyla general qızıdır, ailəsi onu qəbul etmir. General deyib ki, qıçını qır, otur evdə, səni adam balası kimi ərə verim, razılaşmayıb, indi maddi çətinlik çəkir. Anası araya girib atayla qızı barışdırmaq istəyir, alınmır, ana da general ərini seçir, heç altdan-altdan da qıza kömək etmir. Film yay aylarını əhatə edir, Ada ilə Leyla ev bilmirlər, çöl bilmirlər həmişə çimərlik geyimində fırlanırlar.

Bircə Sevgi başqadır. Sevgi xərçəng xəstəsidir, gözəl qəlbi var, anasını çox sevir, anası da onu. Ana qızına görə əzab çəkir. Atasını görməyib, Sevgi ana bətnində olanda atası İstanbulda öldürülüb. Heç qəbri də bəlli deyil. Sevgi xəstəliklə mübarizə aparır, heç kimi xəstəliyinə şərik etmək istəmir. Hətta xərçəngin metastaz verdiyini hamıdan gizlədir. O qəsəbədə fərqli, bizə oxşayan adam balası kimi bir oğlanla tanış olur, bir-birinə vurulurlar. Oğlan da vəfalı çıxır, özünü Sevgiyə həsr edir. Sevgi atasından qalma bir dənə şəkillə onu axtarmaq qərarına gəlir. Metastazı öyrənən rəfiqələr onun arzusunu çin etməkçün Sevginin atasını axtarmağa girişirlər. Çox sadə variantla kəndi öyrənib ora yola düşürlər. Qəbri tapırlar. Sevgi atasının qəbriylə danışanda həddən artıq xarizmatik bir kişi peyda olur, onu tanıyır. Sən demə bu kişi Sevginin babasıdır. Onları evinə aparır. Baba illərlə nəvəsini gözləyib, kənddən hamı köçüb, bircə bu kişi nə kəndini, nə də nəvəsini ata bilib, yurdunda qalıb. Ağsaqqal həm də loğmandı, bitkilərin dilini bilir. Nəvəsinin gözündən onun xəstəliyini görür, ona səhərə kimi çiçəklərdən dərman hazırlayır. Sevgi özü də, atası da, anası da, babası da mükəmməl, vəfalı, yurdsevər, insan aşiqi adamlardı.

İndi tapın görək bu Sevgi kimdir?

Düz tapdınız, ermənidir!

Türk generalı qızına heç bir tərbiyə verə bilməyib, həyatı öyrətməyib, ömür boyu övladı ilə küsülü yaşayır. O biri tərəfdə də erməni, İbn Sina tipində.

Bu nə əziklikdi, bu nə kompleksdir?

İstanbul elitası niyə ölür ermənilərdən ötrü, bu nə bəladır?

İndi razısız ki, bizə seriallar zəhər kimi yeridilir?

Bir azərbaycanlı haqqında film çəkərlər? Yox!

Əli bəy Hüseynzadə indi fəxr etdikləri Cümhuriyyətin ideoloqudur, ondan niyə bir film çəkmirsiz? Çünki bu işlərə nəzarət sizin əlinizdə deyil!

İpi əldən vermisiz!

Yadımdan çıxmamış deyim, Sevginin atasını da quldur türklər öldürüb, özü də qızıl dükanında! Ermənilər elə-belə iş görməzlər, əlləri qızıl adamlardı…

“And olsun Zeytuna və Tinə”, yalandır, yalandır!
 
 


 

  

Ardını oxu...
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşıb.

Kult.az xəbər verir ki, tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb olunması, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədardır.
Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 m şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub.

İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə olunub.

Kurqanlar özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur.

Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri yenə də davam etdiriləcək.
 

 

Ardını oxu...


"DogruXeber.az" xəbər verir ki, 09.08.2024-cü il tarixində Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində əməkdar artist Aybəniz Haşımova ilə görüş təşkil olunub.

Xətai rayonunda isti yay günlərində sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən bu qəbildən olan tədbirlər artıq ənənə halını alıb. Görüşdə şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, Milli Müdafiə Universitetinin kursantları, ictimaiyət nümayəndələri, sakinlər iştirak ediblər. Tədbirdə sənətçinin bir-birindən maraqlı ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...
Türkiyəli aktrisa Meral Konrat Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv olmaq istəyir. O özü bu haqda Moderator.az-a danışarkən deyib.
“Əlbəttə ki, üzv olmaq istərdim. Qürur duyaram. Böyük məmnuniyyətlə. Çünki mən iki ölkənin, bir millətin aktrisasıyam. Azərbaycan da mənim vətənimdir. Türkiyədə "Filmsan" adlı kino ittifaqı var. Hər il tədbirlərdə, xüsusi günlərdə, kino bayramlarında bir araya gəlirik" deyə aktrisa bildirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqından saytımıza verilən məlumata görə hazırda ittifaqda qurultaydan sonra sənədləşmə işləri aparılır:
"Üzvlük məsələsi müəyyən aya qədər dayandırılıb. Amma nizamnaməyə uyğun olaraq bir müddət sonra Meral Konratın üzvlük məsələsinə baxıla bilər" deyə ittifaqdan bildirilib.
 
  
Ardını oxu...
1956-cı ildə Nyu York Zooparkında çəkilmiş tarixi fotoşəkil.
Beş yaşlı Nensi təsadüfən timsahların olduğu terrariuma düşüb. Yaxşı, təsadüfən necə olur? Ana və atası şəkil çəkdirərkən qız barmaqlıqlar arasına düşərək hasarın o biri tərəfinə keçib.
Nensi gülməli “kiçik heyvanlara” baxmaq istədiyi üçün bir neçə addım atıb. Çöldə hava çox isti idi və sürünənlər dərhal ona tərəf sürünmədilər, lakin uşaq yaxınlaşdıqca, bir o qədər fəallaşırdılar.
Ardını oxu...
Diqqətsiz valideynlər bir-biri ilə gülərək pozalar verərkən hərbi geyimli gənc hasardan tullandı və qızı terrariumdan çıxarıb.
Xilaskar gələcək məşhur komediyaçı, aktyor və yazıçı Corc Karlin idi, o anda orduda xidmət edirdi. Corc məzuniyyətdə olarkən zooparkda gəzməyə çıxıb . Kinoya getməyə hazırlaşırdı ki, terrariumun dibində kiçik bir qız uşağı görüb xils etdi.
Ardını oxu...
Xilas edilən qızın gələcək Hollivud ulduzu Nensi Allen olduğu üzə çıxıb.
Aktyorlar ömürlərinin sonuna qədər münasibət saxlayıblar. Nensi Karlini narkotik və alkoqolla qeyri-bərabər mübarizəsində hər cür dəstək göstərib.
2008-ci ildə xilaskarının dəfn mərasimində o, dostunun məzarı üzərinə əklil qoydu və əklilin üzərində yazılmışdı:
"Timsahlardan qorxmayacaq qədər axmaq bir qızdan" xatirə.
TEREF
 
Ardını oxu...
Azərbaycanın görkəmli bəstəkarı Rəhilə Həsənova vəfat edib.

TEREF xəbər verir ki, bu barədə bəstəkar Cavanşir Quliyev sosial şəbəkədə yazıb.

R.Həsənova 77 yaşında dünyasını dəyişib.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti