Ardını oxu...
Novruz bayramı mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin hərbi xidmətdə olmamış sədri Elnur Səfərli, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru, hərbi pilot Abbas Qasımovun ailəsini ziyarət edib.

Əldə etdiyimiz məlumata əsasən Elnur Səfərlinin özü, ərazisi vaxtilə işğal altında olmuş Cəbrayıl rayonundan olmasına baxmayaraq, hərbi xidmətdə olmamışdır.

Nazirlikdə işə qəbul edilərkən sağlamlıq haqqında arayış təqdim edən və praktiki tam sağlam olan Elnur Səfərli, atasının hərbi komissar olmasından istifadə edərək hərbi xidmətdən yayınmışdır.

Daha öncə Milli Observatoriya, Elnur Səfərli tərəfindən Qarabağ müharibəsi veteranının işdən çıxarılması faktı ilə yadda qalmışdır.

Nəinki doğma rayonunun müdafiəsində iştirak etməmiş, hətta vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirməkdən yayınmış, rəhbərlik etdiyi qurumun kollektivi arasında “dezertir” ayaması ilə tanınan Elnur Səfərliyə, vətənpərvərlik mövzusu, şəhid ailəsi və qazilər, görünür ki, yalnız şəkil çəkdirmək üçün lazımdır.

/Yenixeber.org
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Binəqədi xəlvət, Tülkü bəy”: Nəyə görə bayram tətilində qanunsuz tikinti işləri sürətlənir?

DogruXeber.az: - Azərbaycanda miladi təqvimlə qeyd olunan dövlət bayramları hicri-qəməri təqvimlə qeyd olunan dini bayramlarla yanaşı və ya üst-üstə düşəndə Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə qərar verərək, onların yerini dəyişdirir, nəticədə təqvimdə bir həftə, on gün, bəzən hətta iki həftə çəkən tətil yaranır.

Son illər bir növ ənənəyə çevrilmiş bu praktikanın cəmiyyətin hansı zümrəsinəı sərf etdiyi, kimlərə sərf etmədiyi ayrı söhbətin mövzusudur. Ancaq belə tətillərdən fürsət kimi yararalananlar sırasında qanunsuz tikinti həyata keçirən işbazlar öndə gedir. “Dərə xəlvət, tülkü bəy” prinsipi ilə hərəkət edən belələri qanunsuz tikintini həyata keçirən sahibkar və tikinti işlərin qanuna uyğun olmasına cavabdehliklə vəzifələndirilmiş aidiyyəti dövlət qurumlarının məmurlarıdır. Aidiyyəti dövlət qurumları dedikdə isə, şəhər, rayon, şəhərlərdə rayon icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektira Komitəsi (Komitənin strukturuna daxil olan müvafiq təşkilat), Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, qanunsuz tikinti işlərinin aparıldığı sahə neft hasil olunan əraziyə təsadüf etdiyi hallarda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) nəzərdə tutulur. Bu qurumların yerlərdəki nümayəndələrinin hər yerdə gözü var, demək olar yatmırlar. Onlardan icazəsiz daşı daş üstə qoymaq olmaz. Ancaq bəzən özlərini görməzliyə vururlar. Əlbəttə ki, hansısa maraqları naminə. Təqvimdə uzun sürən tətillər belələrinə “kor olmaq girəvəsi” verir. Onlar fikirləşirlər ki, tətillərdə ictimai nəzarət (media, QHT, eko-fəallar və s.) də zəifləyir. Həm də məmurlara alibi yaranır, məsuliyyət tələb olunanda “işdə olmamışam, xəbərim olmayıb” deyib yaxalarını qırağa çəkə bilirlər.

Bakı şəhəri Binəqədi rayonu ərazisində, Xırdalan – Binəqədi şossesinin dəyirman yolu ilə kəsişməsində, “777” tikinti materialları mağazasının yaxınlığında nəhəng ölçüdə qanunsuz obyekt inşa olunur. Ərazidə apardığımız video-çəkilişdən də görünür ki, tikinti faktiki işləyən neft quyularının yaxın həndəvərində həyata keçirilir. Az əvvəl Dövlət Neft Şirkətinin nümayəndələri sözügedən əraziyə gələrək qanunsuz tikilən hasarı sökdürüblərmiş. Lakin bir-birinə calanan bayram günləri başlayan kimi tikinti yenidən davam etdirilib. Bu cür həyasızlıq, özbaşınalıq isə yalnız “vur” deyənin olduğu halda “ayaq tutub yeriyir”.

Görəsən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev bu məsələyə münasibətdə hansı ampluadadır – yatıbmı, mürgüləyirmi, gözünün acısını alırmı, yoxsa, özünü görməzliyə vurubmu? Əslində, bu halların heç biri onun məsuliyyətini azaltmır. Amma ola bilsin, gəlirlərini artırır. Çünki onun rayona başçılıq etdiyi son 7 ilə yaxın müddət ərzində Binəqədi ərazisində, o cümlədən, ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sayı artıb. Həm sayı, həm də qeyri-rəsmi icazə verilməsi üçün tələb olunan rüşvətin kəmiyyəti. E.Allahverdiyevin təkcə bayram tətillərində deyil, hamının başı beynəlxalq miqyaslı iri dövlət tədbirlərinə qarışdığı hallarda da özbaşınalıqlara rəvac vermək təcrübəsi var. O, ötən ilin payızında keçirilən COP-29 tədbiri zamanı da özünü yuxululuğa vurmuş, rayon ərazisində xeyli qanunsuz tikinti işlərini görməzdən gəlmişdi.
Mövzuya qayıdacağıq.//nyus.az

VİDEO: https://www.youtube.com/shorts/XUAA0g3gDeg
Ardını oxu...
Bakıda fəaliyyət göəstərən “Dr.Elnara” MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibb fəaliyyət üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərib.
Əldə olunan məlumata görə, Səhiyyə Nazirliyinin qərarı ilə məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərdiyi üçün 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.
Bu qərardan Elnarə Rzayevanın vəkili Yasamal Rayon Məhkəməsinə şikayət edib. Vəkil Elnarə Rzayevanın 5 min manat miqdarında cərimə olunması barədə qərarın ləğv edilməsini istəyib.
Yasamal Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmayıb.
Bundan sonra vəkil eyni tələblə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, bu şikayət də təmin edilməyib.
Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2021-ci ildə “Dr.Elnara” MMC-yə məxsus kosmetoloji mərkəzdə yoxlama aparılıb və bu zaman müəssisənin lisenziyasız tibb fəaliyyət (kosmetoloji) göstərdiyi aşkarlanıb.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. MMC barəsində 20.000 manat məbləğində inzibati qaydada cərimə qərarı çıxarılıb.
Lakin bu cərimə cəzası ilə bağlı qərar Nizami Rayon İcra Şöbəsi tərəfindən icra olunmayıb.
Səhiyyə Nazirliyi qərarın icra olunmamasından 2024-cü ilin sonlarında məhkəməyə müraciət edib və MMC-nin barəsində təyin olunmuş cərimənin icrası üçün Nizami Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbulu xahiş edilib.
Şikayət onunla əsaslandırılıb ki, Nizami Rayon Məhkəməsinin 2021 saylı icra sənədinə əsasən borclu “Dr. Elnara” MMC-dən 20000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir.

İcra məmuru Zaur Həmzəyev ətraflı, tam və obyektiv araşdırma aparmadan, icra işini icra edə bilmədiyi üçün geri qaytarıb. Hüquqi şəxsin direktoru olan Cəmilə adlı xanım barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) bircə dəfə belə tədbir görməyib.

Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, hüquqi şəxsin təsisçisi, eyni zamanda direktoru olmuş Rusiya Federasiyasının vətəndaşı Elnarə Rzayeva hazırda da qanunsuz fəaliyyət göstərir. Buna görə Yasamal rayon prokurorluğu araşdırma aparıb və daha sonra Səhiyyə Nazirliyinə məlumat verilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin şikayəti təmin edilib və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün qərar qəbul edilib.
Qeyd edək ki, Elnarə Rzayevanın barəsində Yasamal Rayon Prokurorluğunda da araşdırma aparılıb.
Məyyən edilib ki, Elnarə Rzayevanın əməlində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması üzə çıxıb. Onun barəsində 210.1-ci maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Səhiyyə Nazirliyinə göndərilib.

/Teleqraf
 
Ardını oxu...
Ölkədə böyük bayram tətilləri zamanı şəhərdə adam az olanda, əhali istirahət üçün bölgələrə üz tutanda, ya da evində oturub şəhərə çıxmayanda “obyekt aşiqləri” fəallaşmağa başlayırlar.
Haranısa hasara alır, ağac kəsir, tezbazar yüngül konstruksiyalı obyekt inşa edirlər. Ətrafa diqqət edən insanlar bunu görəndə isə gec olur. Vaxtında görsələr belə, müvafiq dövlət orqanları (icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və s.) tətilə çıxdığı üçün heç yerə zəng edib şikayəti çatdıra bilmirlər. “Obyekt aşiqləri” də bu orqanlara bağlı şəxslər olduğundan bunu yaxşı bilir və “əməliyyat vaxtı” üçün həmin günləri seçirlər.
Artıq Nizami rayonunda bayramı fürsət bilənlər işə keçib. Belə ki, Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.
Bu barədə məlumat paylaşan sakinlərdən biri bildirib ki, bayram günləri məhz gecələr tikinti işlərinin aparılmasının səbəbi məlumdur. Ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir.
Tikintiyə rəsmi icazə verilib-verilmədiyinə aidiyyəti orqanlardan aydınlıq gətirilməsi xahiş olunur.

Tribunainfo.az
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Zamanında yerli KİV-də yayılan informasiyalarda belə qeyd olunurdu ki, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin ən etibarlı kadrlarından olan Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev hələ illər əvvəlindən tədbirini görüb. Və bunun nəticəsidir ki, bu gün Vidadi İsayev xaricdə ən böyük biznes və mülklərə sahib olan oliqarx məmurların sırasında ilk yerlərdən birini tutur.

Bu barədə "DİA-AZ"a verilən məlumata görə, hazırda V.İsayevin təkcə qardaş Türkiyə ərazisində 20-dən artıq yaşayış mənzili, habelə Dənizlidə bir tekstil istehsalı müəssisəsində ortaqlığı var.

Təbii ki, bütün bunlar hamısı deyil və Vidadi müəllim eyni zamanda Azərbaycanda da böyük sərvətə malikdir.

"DİA-AZ"a danışan mənbə iddia edir ki, bu günlərdə Bərdə rayon icra hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir:

"Yəni artıq oliqarx başçı üçün yolun sonu görünür. Çox güman bayramdan sonra qəti qərar veriləcək. Əslində ixtisasca tarixçi olan Vidadi İsayev özü də belə asanlıqla, yəni mühakimə olunmadan yaxasını qurtara bilməsindən məmnun qalacaq..."
 
Ardını oxu...
"Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyi bu gün icra başçısı Seymur Orucovun əsas PULSİLMƏ yeridir, desək, yanılmarıq. Əgər hüquq-mühafizə orqanları yarım saatlarını ayırıb sözügedən idarədə yoxlama aparsa, çox ciddi faktlar üzə çıxar". "DİA-AZ" xəbər verir ki, bu iddialar bir qrup sakin adından edilən müraciətdə yer alıb.

Müraciət müəllifləri bildirir ki, "ölü canlar", izafi xərclər, yalnız sənəd üzərində "görülən işlər" və digər bu kimi faktlar hesabına bu gün Seymur Orucov külli miqdarda vəsaiti hər ay mənimsəyir:

"Sonra da "yuxarıya" hesabat verirlər ki, bəs "əlavə xərclər" məhz Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin "GƏLİRLƏRİ" hesabına ödənilir. Soruşan yoxdur ki, bu GƏLİRLƏRİN QAYNAĞI haradır... nədir..."

Narazı sakinlər Seymur Orucovla bağlı əlavə ittihamlar da səsləndirib. Bu barədə növbəti yazıda. Bizi izləyin...
 
Ardını oxu...
Mərcan klinikasında icra olunan əməliyyatda tibb sanitariya və təhlükəsilik qaydadlarının pozulduğu görünür.

XALQ.AZ -a daxil olan məlumata görə Mərcan klinikasının həkimi Elman Əzimovu burun əməliyyatı zamanı üçün istifadə ediləcək qığırdağı qeyri steril şəraitdə yerdə əzdiyi görünür.

Məlumata görə klinikada əməliyyatlar qeyri peşakarlar tərəfindən aparılır. Doktor Elman Əzimov ümümi cərrah olsada,estetik əməliyyat, lor-cərrahlıq kimi fəaliyyət göstərir və bu sahədə kifayət qədər ixtisaslaşma olmaması bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, bir çox pasiyent sosial şəbəkələrdə şikayətlər yazırlar. Onun icra etdiyi əməliyyatlardan sonra pasiyentlərdə sağlamlığında bir çox fəsadlar yaranıb.

Rinoplastika əməliyyatı gəlirli sahə olduğu üçün Elman Əzimov minlərlə insanın həyatını təhlükəyə atır.

Burun əməliyyatı etdirən şəxslər sağlamlığına heç bir zamənət verilmir.
Ardını oxu...
Son zamanlar Mərcan klinikası olunan əməliyyatlardan sonra pasiyentlərin ölümü adi hala çevrilib.

Məlumata görə onun icra etdiyi proses qeyri steril vəziyyətdə olduğu üçün pasiyentin sağlamlığı böyük risk altına atmış olur, steril mühit olmadan va sanitariya normalarına riayət etmədən bu kimi işi icra edərək, pasiyentlərdə ciddi infeksiya yoluxaması və saglamlılarında ciddi risk olması qaçılmazdır.
Ardını oxu...
Özünü lor cərrah kimi təqdim edən Elman Əzimova Mərcan klinikasının rəhbərliyi niyə bu şəraiti yaratdığı isə hüquq-mühafizə orqanlarının araşdırması daha məqsədəuyğun olar.
Ardını oxu...
Qeyd edək ki, Mərcan Klinikası Milli Məclisin sədri Oqtay Əsədova məxsus olduğu iddia olunur və bu mətbuatda yayılsada təkzib olunmayıb.

Məsələ ilə bağlı Elman Əzimovla əlaqə yaratma mümkün olmadı.

Adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.

Videogörüntülər təqdim edirik:

 
 
 
Ardını oxu...
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi publik hüquqi şəxsi “Gəncə Regional Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi” xidmətinin satın alınması üzrə fərdi sahibkar Axundova Aidə Məmmədəliyevna qızının adından onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qurbanəliyev Çingiz Midhət oğlu arasında bir mənbədən satınalma metodunu tətbiq etməklə 43 200.00 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.

Qeyd edək ki, Dövlət Reklam Agentliyi ötən il, 21.02.2024-cü ildə də Gəncə Regional Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi üzrə Gəncə şəhəri A.İ.Krılov ev 19 ünvanında qeydiyyatda olan Qurbanəliyev Çingiz Midhət oğlu (VÖEN: 2305778012) ilə 3.300 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Satınalmaların portalında qeyd olunan (VÖEN:1404753362) Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev 22, mənzil 17 ünvanında qeydiyyatda olan Axundova Aidə Məmmədəliyevnaya məxsusdur. Bəs onun adından etibarnamə ilə müqavilə bağlayan Qurbanəliyev Çingiz Midhət oğlu kimdir?

Qurbanəliyev Çingiz Midhət oğlu Prezident İlham Əliyevin 3 fevral 2014-cü il tarixli sərəncamı ilə Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” adı alıb. O, bu adı üzü 2000-ci ilin əvvəllərindən Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yolların əsaslı təmiri işlərinin və yeni infrastruktur layihələrinin həyata keçirilməsində şəriksiz lider olan “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC-dəki fəaliyyətinə görə alıb.
Qeyd edək ki,“GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC rəsmən 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Amma ASN-nin daha əvvəllərdən fəaliyyət göstərməsi barədə məlumatlar da var. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur. Amma rəsmi məlumatlarda açıqlanmasa da elektron mediada “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədrinin, yəni əsas pay sahibinin Aqibət Məmmədov olduğu bildirilir. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır.
Çingiz Qurbanəliyevin adı isə hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitinin təyinatından kənar edən iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub.
Bundan əlavə Çingiz Qurbanəliyev həm də “MAYBO” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. MMC 12 saylı Ərazi Vergilər Baş İdarəsində, yəni Gəncə şəhərində 05.10. 2011 -ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə Kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı da Gəncə şəhəri Çexov küçəsi ev 24 göstərilib. Qanuni təmsilçisi Midhət Qurbanəliyev Çingiz oğludur. Midhət Qurbanəliyev “Gəncə Körpü-Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş Çingiz Qurbanəliyevin oğludur. Onun adına Yasamal rayonu, Şəfaət Mehtiyev ev 273C və 93 ünvanlarında qeydiyyatdan keçmiş “MAYBO CALİBRATİON” və “MAYBO SERVICE” MMC-lər də var.
“MAYBO” və “MAYBO CALİBRATİON” MMC-lər əsasən Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdikləri milyonlarla manat dəyəri olan tenderlərin qalibi olublar.
Dövlət Reklam Agentliyinin Gəncə Regional Reklam İdarəsinin inzibati bina sahəsinin icarəsi üzrə bağladığı müqavilə də Çingiz Qurbanəliyevin qazandığı onlarla tenderlərdən biridir. Lakin burada fərq ondadır ki, əksəriyyət tenderlərdə dövlət sifarişlərini yerinə yetirməklə şəxsi büdcəsini artıran Çingiz Qurbanəliyev bu dəfə birbaşa şəxsi gəlirlərini artırmış olub. Necə deyərlər, pul, pul gətirər.
Aktualinfo.org
P.S. Çingiz Qurbanəliyevin Dövlət Reklam Agentliyinin Gəncə Regional Reklam İdarəsinə icarəyə verdiyi binanın vaxtılə hansı pullar hesabına ərsəyə gəlməsi hələ müzakirə mövzusu deyil.
Ardını oxu...
Xəbər verildiyi kimi Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddia edilir.

Məlum məsələdə isə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyevanın (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) adı çəkilir. İddia olunur ki, İlhamə Hacıyeva tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib. Bununla bağlı isə həkimlərin qrupunda aptek əməkdaşının yazışmaları paylaşılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə məlum yazışmalarla bağlı Qusar rayon prokurorluğuna vətəndaşlardan müraciətlər daxil olub. Müraciətlər əsasında isə araşdırma başlanılıb.

Qeyd edək ki, sözügedən iddia ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) də araşdırma aparılır.

Digər məlumata görə Qusar rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin tibb personalının bir neçə əməkdaşı TƏBİB-ə çağırılıb.
 

Dünyapress TV

Xəbər lenti