Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakıda ev şəraitində eltisinə qanunsuz bədənşəkilləndirmə əməliyyatı həyata keçirərək ölümünə səbəb olmaqda təqsirləndirilən “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova məhkəmə hökmü ilə cəzalandırılıb. Məhkəmənin hökmünə əsasən, Ülviyyə İlyasova 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olan Ülviyyə İlyasova “WhatsApp” statusunda işdə olduğunu bildirirək paylaşım edib:

"Bu çətin günlərdə yanımda olan hər kəsə sonsuz təşəkkürlər. 1 il 40 gün çəkən bu haqsızlıq sonunda öz yerini tapdı. Canlarım mənim, narahat olan hər kəs, yaxşı ki, varsınız. Allah gözəl qəlbinizə görə versin. Sizi sevirəm. Həyatda hər şey qarşılıqlıdır. Hər gün işdəyəm, buyurub gələ bilərsiniz".

Qeyd edək ki, Ülviyyə İlyasova aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda tender anlayışı formaldırmı? Yoxsa pulla danışanlar üçün sistemdə xüsusi yollar, görünməyən qapılar açılır? Təbii kifayət qədər ciddi sualdır. Biz aşağıdakı yazıda faktlarla sübut edəcəyik ki, maləsəf, hələ də dövlətimizin büdcə pulları kimlər üçünsə peşkəş edilməkdədir. Hələ də bəzi işbaz məmurlar var ki, dünənə qədər büdcəmizi sümürən dələduzları dövlət büdcəsinə şərik qoşur. Maləsəf bu faktdır və "DİA-AZ" olaraq aşağıda həmin faktlardan birini - Dövlət Su Ehtiyatları Agentliyində baş verməkdə olan TENDER KORRUPSİYASINI təqdim edəcəyik...
Beləliklə... Bu gün keçmiş "Azərsu" – ölkənin su və kanalizasiya infrastrukturuna cavabdeh olan dövlət qurumu – milyonlarla manatlıq layihələri tendersiz şəkildə bir şirkətə verir: "EREN" şirkəti... Bəli... yəqin ki bu şirkət sizlərə tanı gəldi. "Azərsu"nunun əvvəlki rəhbərliyi - Qorxmaz Hüseynovun vaxtında bu şirkətin kəsdiyi başa sorğu-sual yox nidi və sorğusuz-filansız "Azərsu" tenderləri bu şirkətə verilirdi. Çünki az qala ayrılan tender vəsaitinin 20 faizi geriyə "otkad" kimi Qorxmaz müəllimə qayıdırdı. Elə indi də elədir... Qorxmaz Hüseynov yoxdur... amma onun QORXMAZ "EREN" şirkəti var...
Tender keçirilmədən 20 milyon manatlıq layihələr
Son dövrlər 19-20 milyon manatlıq layihələrin tender keçirilmədən, birbaşa Eren şirkətinə verildiyi iddia olunur. Halbuki Azərbaycan bazarında qeydiyyatda olan yüzlərlə şirkət var ki, bu layihələr üzrə həm texniki imkanlara, həm də daha aşağı qiymət təklifinə malikdir.
Lakin onların sənədlərinə baxan belə olmur. Rəqabət sıfırlanır. Ədalət ikinci plana keçir. Və nəticədə – ictimai vəsaitlər yüksək qiymətlərlə xarici şirkətlərə ötürülür.
Ardını oxu...
Köhnə rəhbərlik – köhnə əlaqələr
Məlumata görə, bir neçə il əvvəl "Azərsu"da keçmiş rəhbərlik dövründə "Eren" şirkəti ilə sıx əməkdaşlıq olub. Adları hallanan Qorxmaz və Elman adlı şəxslərin, "Eren" şirkətinə böyük layihələri tender olmadan ötürdüyü deyilir. Məlumata görə, "Eren" şirkəti aldığı pulların 20%-ni onlara geri “təqdim edirmiş. Bu, həmin şirkətin daxili çevrələrində etiraf edilmiş məlumatlar sırasındadır.
Yeni rəhbərlik, köhnə metod
Yenilənmiş rəhbərliklə yollar axtaran "Eren" şirkəti, son 2-ildə yenidən sistemə inteqrasiya olunmağı bacarıb. Və bu dəfə də nəticə dəyişməyib: yenə də bütün böyük layihələr yenidən "Eren"ə verilir.
Layihələrin siyahısı artıq gizli deyil
"DİA-AZ" olaraq araşdırmalarımız nəticəsində ortaya konkret dəlillər də çıxarmışıq. Məsələn, bu günə qədər "Eren" şirkətinin iştirak etmədən aldığı layihələrə aşağıdakılar daxildir:
• Zığ-Hövsan kanalizasiya kollektorü
• Müşfiqabad hövzəsi üzrə gətirici kollektor mikrotunel quyuları
• Xankəndi kollektoru
• Tərtər sol sahil kanalı
• Kəlbəcər infrastruktur layihəsi
və digərləri.
Bu layihələrin əksəriyyəti 50-100 milyon manat arasında dəyərə malikdir.
Ardını oxu...
Sual açıq qalır: Eren kimdir və AXI NİYƏ?
"Eren" şirkətinin rəhbəri Eren Mollaoğlu bu gün Azərbaycanda tender sistemi ilə “öz dilində danışmağı bacaran” biri kimi tanınır. Tender olmadan layihə almaq, istədiyi işi götürmək, rəqibləri kənarlaşdırmaq onun üçün çətin deyil.
Bu vəziyyət yalnız yerli sahibkarların hüquqlarını pozmur, eyni zamanda xalqın büdcəsinin qeyri-şəffaf şəkildə istifadəsinə yol açır.
Hesabatlılıq və şəffaflıq haradadır?
"Azərsu" və digər dövlət qurumları üçün bu sual təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyətdir:
Niyə tenderlər real keçirilmir?
Niyə hər dəfə eyni şirkət qalib olur?
Niyə yerli şirkətlər rəqabətdən kənarlaşdırılır?
Və ən əsası: bu işlərdən kim qazanır? Xalqmı, yoxsa şəxsi maraqlarmı?
VƏ NƏHAYƏT...
Bu yazı bir iddia deyil, görünənlərin və eşidilənlərin səsidir.
Bu ölkədə ədalətli tender sistemi qurulmayınca, ictimai vəsait yalnız seçilmişlərin sərvətinə çevriləcək...
BU DA SON DEYİL...
Bizi izləyin və növbəti yazıda Eren Mollaoğlunun öz dilindən etirafları təqdim edəcəyik. Artıq "Azərsu" tenderlərinin hansı formada təşkil olunduğunu detal-detal biləcəksiniz...
Bizi izləməyə davam edin...
 
Ardını oxu...
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gecə saatlarında ağır qəza keçiriblər.
Dövlət Miqrasiya Xidmətinin mayoru, Səbinə Rzayevanın idarə etdiyi avtomobil, içərisində olan qurumun digər əməkdaşları birgə Sabunçu rayonu ərazisində ağır qəzaya düşüblər.
Qəza nəticəsində xidməti avtomobil qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə zamanı Səbinə Rzayeva və digər əməkdaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qarşı tərəfin sürücüsü isə çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Yaralıların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.
Məlumata görə qəzaya səbəb Səbinə Rzayevanın yol hərəkət qaydalarını pozduğu üçün baş verib.
Hadisə şahidlərinin iddiasına görə qəzanı törədən xanım mayor əməkdaş avtomobili içkili idarə edirmiş.
News365.az-a verilən məlumata görə, Səbinə Rzayeva idmançıdır. Bundan istifadə edərək, öz əlaqələri hesabına məsələnin ört-basdır edilməsini istəyir.
Faktla bağlı araşdırma aparılır.
News365.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Son bir ərzində Qax İcra Hakimiyyəti 9 tender keçirib.

Bu tenderlərdən 3-nü “Cahandar-H” MMC şirkəti udub.

Şirkət ötən gün Qaxda həyata keçiriləcək iki tenderin də qalibi olub. Belə ki, şirkət H.Əliyev prospekti 97, Ü.Hacıbəyov küçəsi 6a, 8a, 8b, N.Nərimanov küçəsi 6 saylı kommunal yaşayış binalarının həyətlərində asfalt-beton örtüyün əsaslı təmirini reallaşdıracaq. Bu məqsədlə İcra Hakimiyyəti ilə MMC arasında 27 min 718 manatlıq müqavilə bağlanıb.

Elə həmin gün “Cahandar-H”la daha bir satınalma müqaviləsi imzalanıb. Bu dəfə MMC Qax şəhəri küçələrində və döngələrdə yol və səkilərin, eyni zamanda şəhər qəbirstanlığının giriş yolunun əsaslı təmirini həyata keçirəcək. Bunun müqabilində isə 306 min 151 manat alacaq.

Qeyd edək kji, Qax Rayon İcra Hakimiyyəti ötən il də “Cahandar-H” MMC ilə tenderi işində olublar. Qax şəhərinin küçələrində yol və səkilərin əsaslı təmiri işlərini həyata keçirmək üçün İcra Hakimiyyəti şirkətə 742 min 597 manat pul ödəyib.

Maraqlıdır ki, “Cahandar-H” MMC şirkəti yalnız Qax İcra Hakimiyyətinin tenderlərini udub. “Cahandar-H” MMC-nin qanuni təmsilçisi Hümmət Kazımovdur. Şirkətin nə zaman yaradıldığı məlum olmasa da, MMC-nin hələ 2020-ci ldən bəri Qaxdakı tenderlərin əksər hissəsi udması açıq mənbələrdə qeyd edilib.
tribunainfo.az
Ardını oxu...
Yasamal rayon sakinlərinin səki problemi bitmək bilmir. Səkilər ya qanunsuz aparılan tikililər səbəbindən zəbt edilir, ya da meyvə-tərəvəz satışı üçün piştaxta rolunu oynayır.

Tribunainfo.az xəbər verir ki, bu problemdən əziyyət çəkən sakinlərdən biri Əlizadə Asi məsələni sosial şəbəkələrdə işıqlandırıb. O bildirib ki, piyadaların ən çox istifadə etdiyi yerlərdə satıcıların yaratdığı problem səbəbindən hərəkət etmək mümkün deyil:

“Bura “İnşaatçılar” metrosunun “Bizim marketə” tərəf olan çıxışıdır. Buradan bu caamat necə keçsin? Çörək qazanırsız, lap yaxsı. Amma adam özündən başqalarını da düşünər. Bu küçə ticarətini bir nizama salmaq lazımdır. Niyə buna nəzarət edən yoxdur? Sürücülər maşın saxlayanda cərimə edirlər. Bəs niyə bu səkiləri, hərəkətin intensiv olduğu yerləri zəbt edənlərə qarşı bir tədbir görən yoxdur?
Buradan keçməyə yol yoxdur. Ancaq bunun qarşısını almaq üçün heç kim çalışmır”.

Yasamal rayonundakı qanunsuz tikililər və səkilərin zəbtini tez-tez ictimailəşdirən ictimai fəal Fimar Asimqızı da bildirib ki, Yasamalda zəbt edilmiş səkilər boşaldılmayınca heç nə düzələn deyil:

“Allahın belə yadından çıxan küçəmiz nəhayət ki, Yasamal rayon İcra Hakimiyyətinin yadına düşüb. Bəri başdan yazım ki, olmayan yerlərdə səki düzəltməyi unutmasınlar. Zəbt olunmuş səkiləri azad etsinlər və küçə boyu səpələnmiş 20-25 maşın təmiri yerlərini bağlatmayacaqlarsa, heç olmasa sayını azaltmayacaqlarsa, filan qədər pulu havaya sovurmasınlar”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Nərimanov rayonu, Atatürk parkının yaxınlığında yerləşən 1403051411-15008 kodlu Bravo marketdə müştəriləri çaşdıran və aldatmağa bənzər hal ilə qarşılaşdım. Marketdə gilasın qiyməti əvvəlcə 8.99 manat göstərilsə də, endirimlə 5.99 manata satıldığı qeyd olunurdu. Lakin kassaya yaxınlaşdıqda məlum oldu ki, məhsul əvvəlki – yəni endirim edilməmiş qiymətlə vurulur.
Ardını oxu...
Müştəri olaraq bu uyğunsuzluğu mağaza rəhbərliyinə bildirdik. Lakin rəhbərlik sadəcə “kassirin səhvidir” cavabını verdi. Maraqlısı budur ki, belə “səhvlər” nədənsə hər zaman müştərinin ziyanına baş verir. Heç vaxt rast gəlməmişəm ki, bahalı bir məhsul təsadüfən daha ucuz qiymətə vurulsun.
Ardını oxu...
Bu kimi hallar artıq məndə belə bir təəssürat yaradır ki, bu cür “səhvlər” təsadüfi deyil, bilərəkdən edilir. Belə yanaşma isə müştəri məmnuniyyətini ciddi şəkildə zədələyir və nəticədə alıcıların mağazadan uzaqlaşmasına səbəb olur. Şəxsən mən, bu hadisədən sonra həmin mağazadan alış-veriş etməməyə qərar verdim.
Azxeber.İnfo
 
Ardını oxu...
Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdən biri də şagirdlərin kütləvi halda davamiyyətə görə kəsilməsidir. Belə ki, semestrin əvvəlində hər il olduğu kimi davamiyyət cədvəli təqdim edilib, divarlardan asılıb, tyutorlar tələbələrə davamiyyət haqqında məlumat veriblər. Hər şey illərdir olduğu kimi qaydasında gedirdi. Bütün tələblər hansı fənlərdən neçə dəfə dərsdən qalmalı olduqlarını bilir və kreditə düşməmək üçün buna riayət edirdilər. Amma Odlar Yurduna yoxlama gəlib getdikdən sonra vəziyyət dəyişdi. Həmin vərəqləri dərhal qaralayıb ortadan qaldırdılar və tələbələrin əksəriyyətinin davamiyyətə görə kreditə qaldığını bildirdilər. Tələbələr dəfələrlə şikayət etsələr də, rəhbərlik özünü haqlı çıxarmaq üçün hər şeyi edir. Sanki heç o davamiyyət vərəqləri yoxmuş kimi bütün şagirdləri günahlandırır, hətta dinləmirlər. Nəzərə alın ki, ödənişli təhsil alan şagirdlər bir də rəhbərliyin səhvi üzündən əlavə bir neçə fəndən kredit ödəməli, yay məktəbinə qatılmalıdır, bu da təxminən əlavə 1000 manata yaxın pul edir. Tələbələrin saylarının çoxluğu isə vəziyyəti daha da kritikləşdirir. Tələbələrinin haqlarının əllərindən alınması, hüquqlarının tapdalanmasına görə rəhbərlik məsuliyyət daşıyır. Yanlış məlumat verməkləri, qərarı dəyişməkləri və tələbələri çarəsiz vəziyyətdə qoymaları düzgün deyildir. Ümid edirik məsələ tezliklə öz həllini tapar. Onlarla tələbənin hüququ bərpa olunar.

tehsilmedia.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
  

Bakıda bir milyon manatdan artıq dələduzluq etməkdə ittiham olunan 1962-ci il təvəllüdlü Azər İsmayılovun barəsində olan iş üzrə məhkəmə başa çatıb.

Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısını kasasiya protesti üzrə qərar verilib.

İttihama görə, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub. O, "Cahad-2004”MMC vasitəsilə xarici ölkələrdən ət məhsulları ixrac etmək barədə tanışlarını aldadıb.

Azər İsmayılov Azər Maqsudovun 533,167,6 manatını ələ keçirib. O, digər şəxslərin də pulunu ələ keçirib.

İş üzrə 8 zərərçəkən şəxs olub. Azər İsmayılov həmin şəxslərin etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib. Azər İsmayılov 1 milyon 200 min manat dələduzluqda ittiham olunub.

İstintaq orqanı tərəfindən Azər İsmayılovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Azər İsmayılov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təxminən 2016-cı ildən MMC-ni təsis edib və bir il sonra bu firma ilə qida sahəsində xarici ölkələrdən Azərbaycana dondurulmuş toyuq, mal ətlərini gətirib, satışı ilə məşğul olmağa başlayıb: "Fəaliyyət göstərdiyim müddətdə 2018-ci ilin ilk aylarında Maqsud Xəlilov mənim Nərimanov rayonunda yerləşən ofisimə gəldi, mənimlə birgə iş görməyi təklif etdi. Məndən şikayət edən şəxslərlə mənim yaxın münasibətim olmayıb. Onların iş təklifi ilə bağlı əlaqələri yarandı. Həmin şəxslər mənimlə indiyə kimi haqq-hesab aparmaq məqsədilə hesabat aparmadılar. Mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxdıqdan sonra zərərçəkmiş şəxs zəng vurdu, görüşmək istədiyini bildirdi. Şamaxinka adlanan yerdə görüşdüyümüz zaman mənə bildirdi ki, maliyyə məsələlərindən xəbərdar olan bir mühasib və bir neçə ağsaqqal gətirsin, aramızda olan haqq-hesabı həll etsinlər. mən 18 yanvar 2020-ci ildə onun bacım oğlu Xudaverdinin vasitəsi ilə tanımışam. Digər iki zərərçəkmişi isə təxminən 15 ildir ki, ortaq tanışlarım vasitəsi ilə tanımışam. 2019-cu ildə Xudaverdi və Nicat dəfələrlə mənə əllərində 100.000 ABŞ dolları pulun olduğunu, həmin pulu mənə verərək birlikdə ət və ət məshullarının idxalı ilə məşğul olaraq gəlir əldə etmək istədiklərini bildirdilər. Mən isə dəfələrlə onlarla şərikli iş görmək istəmədiyimi, təklif edilən vaxt ət məhsullarına tələbatın az olduğunu, özümdə olan vəsaitin kifayət etdiyini bildirməklə işbirliyinə razı olmadım”.

"Mənimlə iş görmək istədiyini təklif etdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan təxminən 2-3 ay sonra Xudaverdi onunla telefon əlaqəsi yaradaraq özünün Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçkala şəhərində oluğunu, İran İslam Respublikasına qoyun əti ixrac etdiyini, lakin alıcının həmin əti almaq üçün bank vasitəsi ilə ona nəğd pul göndərə bilmədiyini, pulun hesabdan hesaba göndərilə biləcəyini deyib, ondan kömək istəyib: "Mən əsassız şəkildə pul köçürməsi etməyin mümkün olmadığını bildirdim. Təxminən 10 gün sonra Xudaverdi yenidən zəng etdi, məsələnin hələ də həll olunmadığını bildirdi. Mən həmin şəxslərin kim olması barədə maraqlandı və məni aldada biləcəklərindən şübhələndim, Xudaverdini bu barədə məlumatlandırdım. Xudaverdiyə kömək etmək üçün Moldova Respublikasında fəaliyyət göstərən tanışımın ət kombinatına pul köçürə biləcəyimi, həmin pulun müqabilində isə "Antadro” şirkəti tərəfindən pulun məbləği qədər Azərbaycan Respublikası ərazisinə sümüksüz ət məhsulları gətirib, həmin məhsulları satılması nəticəsində mənə əldə olunan gəlirdən pul verə biləcəyimi bildirdim. Moldovadakı nümayəndəyə Xudaverdinin əlaqə nömrəsini verdim ki, özləri danışsınlar. Mənim məbləğdən xəbərim olmayıb. Mənim həmin ərəfədə anbarda kifayət qədər ət məhsulum olub. Bundan sonra Xudaverdi mənə özünün pul problemi olmadığını, eyni üsulla mənimlə birlikdə iş görmək istədiyini təklif etdi. Mən də onunla razılaşdım”.

"Onların razılığı ilə hərəkət etməliydim”

Azər İsmayılovun sözlərinə görə, 2019-cu ilin dekabr ayının əvvəlində Xudaverdi ona 5000 dollar verib: "Dekabrın ortalarına yaxın isə 50.000 ABŞ dollar ofisdə mənə verdi. Həmin ilin dekabrın 27-də Xudaverdinin dediyi ət məhsulları Moldovadan Azərbaycana daxil oldu. Gömrükdə MDB ölkələri 18 faiz rüsum ödədiyi halda, bizdən 36 faiz rüsum tələb etdilər. Həmin məhsulların Azərbaycana daxil olduğu zaman gömrük rüsumları bizim göndərdiyimizdən 2 dəfə artıq olduğu üçün həmin məhsulları arzu etdiyimiz qiymətə sata bilmədik. 54.000 dollar dəyərində olan ət məhsulları maya dəyərindən 10.000 manat aşağı satmalı olduq. Xudaverdi yanvar ayının sonlarında mənimlə birlikdə yenidən iş görmək istədiyini bildirdi. Mən Ukrayna Respublikasına köçmək istədiyimi və kifayət qədər müştəri bazarının olduğunu bildirdim. Mən tələbə yoldaşım Yusif Bərdəlini və yeznəsinin qudasını özümlə birlikdə Ukrayna Respublikasına apardım, oradakı kombinatda birlikdə işləməyi planlaşdırdıq. Xudaverdi isə yenidən mənimlə birlikdə iş görmək istədiyini bildirdi. Mən işin ağır olduğunu, Ukrayna Respublikasında kiminsə durmalı olduğunu bildirdim. Xudaverdi ilə Ayna Sultanova heykəlinin arxasında olan çay evində görüşən zaman, o, Ukraynadakı kombinata Ramiz Quluzadəni, oğlu Ramizi isə təsisçi kimi qeydiyyata almağı təklif etdi. Mən də razılaşdım. Ramizi tanısam da, iş fəaliyyətindən xəbərim olmayıb. Faktiki olaraq direktor mən olsam da, onların razılığı ilə hərəkət etməliydim. Ukraynada qalacaq yerini həll etdim və onu yola saldım”.

"İşlərin görülməsi nəticəsində külli miqdarda pul tələb olundu”

Azər İsmayılov qeyd edib ki, daha sonra Xudaverdi ilə arasında olan söhbət zamanı xalası Gülmirə işlə bağlı onunla tanış olmaq istədiyini bildirib: "Mən səbəbini soruşduqda xalasının imkanlı olduğunu, əlində kifayət qədər pulunun olduğunu, həmin günədək mənə verilən pulların da xalasına aid olduğunu bildirdi. Mən 2020-ci ilin fevral ayının sonlarında və 2021-ci ildə gördüm. Sonra Gülmirə, Xudaverdi və Nicat ofisimə gəldilər. Ofisdə olan söhbət zamanı Gülmirə əvvəllər Nicat və Xudaverdinin mənə verdikləri 55.000 ABŞ dolları nağd pul və 54.000 ABŞ dolları dəyərində olan ət məhsullarının özünə məxsus olduğunu dedi, özünün də bu işə vəsait investisiya etmək istədiyini bir daha bildirdi. Dördlükdə olan söhbət zamanı əldə olunan gəlirin üç hissəyə bölünəcəyini, gəlirin bir hissəsinin mənə, bir hissəsinin Gülmirəyə, bir hissəsinin isə Nicat və Xudaverdiyə çatacağını dedim. Mən bu işin risklərindən Gülmirəyə məlumat verdim. 2020-ci il mart ayının əvvəllərində Ukrayna Respublikasına getdim. Mart ayının 3-də getməmişdən əvvəl Nicat və Xudaverdi mənə zəng vurdu, xalası Gülmirədən 50.000 ABŞ dolları pul aldığını bildirdi. Biz görüşdük, Xudaverdi həmin 50.000 dolları mənə verdi. Mən Ukrayna Respublikasındakı işləri həll etmək üçün 10.000 dolları cibimə qoydum. 2020-ci ilin martın 4-də Ukraynaya getdim. Mən oradakı kombinata yollandım və lazımi məsələləri nəzərdən keçirdim. Həmin vaxtlar Kiyev şəhərinin yaxınlığında yerləşən Makarov qəsəbəsində olan ət kombinatını icarəyə götürmək barədə planlarım olduğundan həmin planları barədə onlara məlumat verdim. Kombinatın icarəyə götürülməsi ilə bağlı sənədləşdirmə işlərinin aparılması, həmçinin, kombinatda təmir-tikinti işlərinin aparılması, yeni avadanlıqların alınması və bu kimi işlərin görülməsi nəticəsində külli miqdarda pul vəsaitinin tələb olunduğunu həmin şəxslərin nəzərinə çatdırdım. Kombinatın çatışmazlıqları ilə bağlı hesabat apardıqda təxmini 12.000 dollar pul lazım olduğu aşkarlandı. Özümlə apardığım puldan 7000 dolları həmin məsələlərin həllinə xərclədim. Lakin sonradan bir çox problemlə üzləşdikdə, yeni şirkət yaratmaq qərarına gəldim. Bundan sonra şirkəti yaratdım. Şirkətin faktiki rəhbərliyini özüm həyata keçirsəm də, hüquqi sənədləşdirmədə şirkətin təsisçisi Nicatın atası Ramiz Quluzadə, direktoru isə uzun müddətdir ki tanıdığım və etibar etdiyim Ukrayna Respublikası vətəndaşı olan Fəxrəddin Quliyev təyin edildi”.

"Çalışdım ki, anbardakı malları sata bilim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin mart ayında başlamış pandemiya ilə əlaqədar işləri müəyyən qədər yubanıb və bunun nəticəsində müəyyən miqdarda maddi ziyana düşüblər: "Lakin, həmin dövr ərzində, yəni 2020-ci ilin yanvar-iyun ayları arasında dörd dəfə Ukrayna və Moldova Respublikasından ət məhsulları gətirərək, Azərbaycanın daxili bazarında satmışıq. Lakin 2020-ci ilin mart ayında başlayan pandemiya ilə əlaqədar mən oradan qayıda bilmədim. Bu dövrdə kombinatla bağlı işləri həll etdim. Lazımi avadanlıqları almışam, kamera yerləşdirmişəm, işçilər üçün müəyyən şərait yaratmışam. Ukrayna Respublikasında nazirliklə bağlı məsələləri həll etmişəm. Direktor təyin etdiyim şəxsi güvənilən şəxs olmadığından işdən uzaqlaşdırmışam. 2020-ci ilin iyun ayında Azərbaycana qayıtmalı oldum. Azərbaycana gəldikdən sonra 2020-ci ilin iyul-dekabr ayları arasında Ramiz Quluzdəyə təxmini 7.000 dollar pul yolladım. Şirkətinin hesabına 72.900 dollar pul keçirdim. 2020-ci ilin dekabrında şirkətə 20.000 dollar avans köçürdüm. Ramizlə həmin dövr ərzində danışdığı zaman kombinatda olan işlərin tam qaydasında olduğunu, işlərə özüm tərəfindən nəzarətin aparıldığını bildirdim. Bir müddət sonra Fəxrəddin mənimlə telefonda danışaraq, məni Ukraynaya dəvət etdim, özümün direktor kimi fəaliyyətimi sonlandırmaq istədiyimi dedim. İşlərin qaydasında olmadığını başa düşərək 2021-ci ilin yanvar ayında Ukraynaya yollanaraq orada olan işləri yoxladım. Həmin ilin təxminən 4-5 yanvar tarixlərində Ukraynaya getdim. Kombinatda mənim hesabıma görə 25-26000 ton ət və ət məhsulları olmalıydı. Lakin kamera görüntülərinə baxdıqda isə kombinatda təxmin etdiyimin yarısı qədər mal olduğunu gördükdə şübhələnməyə başladım. Ramiz Quluzadə ilə hesabat apardıqda məlum oldu ki, mallarda əskiklik vardır. Ramiz mənə 15-20 min dolları şəxsi istifadəsinə xərclədiyini dedi. Fəxrəddinlə hesabat apardıqda isə yolladığım 72.000 dollar məbləğindəki puldan 55.000 dollar Ramizə verdiyini bildirdi. Ramiz oradakı işçilərə gündəlik pullar ödəmişdi. Fəxrəddin Ramizin durmadan pul xərclədiyini bildirdi. Hesabatın sonunda Ramizə verilən ümumi məbləğ 92.000 dollar oldu. Mən Xudaverdiyə zəng etdim, olanları danışdım və pul göndərməsini dedim. Xudaverdi də mənə səhəri gün 27.000 dollar göndərdi. Mən artıq hər kəsdən xırda-xırda pul tapmağa çalışdım ki, anbardakı malları sata bilim”.

"5 ay ərzində 135.000 dollar pul xərcləndi”

Azər İsmayılovun sözlərinə görə, sonda banka müraciət edib, pul götürüb və 1-ci maşın malı yola salıb: "5 ay ərzində 135.000 dollar pul xərcləndi. Hesabıma əsasən 35.000 ton ət və ət məhsulları istehsal olundu. Mən maliyyə məsələlərinin Ramizin səlahiyyətinə verilməsi barədə göstəriş verdim. 186.550 dolları Ukrayna Respublikasında olan Ramiz Quluzadəyə yolladım. Ukrayna Respublikasına getdikdə isə vəziyyətin heç də yaxşı olmadığını gördüm. Mənim hesablarıma görə 50.000 dollar ya qazanc olmalı, ya da ət və ət məhsulu olmalı oldum. Ramiz Quluzadə 15.000-20.000 dolları öz şəxsi istifadəsinə xərclədiyini bildirdi. Sonradan mənə kombinatda istehsal olunan ət və ət məhsullarını işçilərin qəsəbədə yerləşən ət mağazasına satdıqlarını bildirdilər. Maraqlandıqda isə qəssab kombinatın işçilərinə əməkhaqqı əvəzinə ət verdiklərini, onların da həmin əti ona satdıqlarını dedi. Ramiz Quluzadə 22-24 dekabr 2020-ci il tarixdə məzuniyyətə çıxması səbəbi ilə göndərilən puldan 1000-2000 dolları özü üçün götürdüyünü bildirdi. Kombinatda həmin zaman 37-38 ton ət və ət məhsulları olub”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarılıb.

Bu hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı Azər İsmayılovun barəsində ittihamedici hökmün çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti təmin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü ləğv edilib və yeni hökm çıxarılıb.

Azər İsmayılov Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib və 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.

Bu hökmdən narazı qalan Azər İsmayılovun müdafiəçisi kasasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bu işə Ali Məhkəmədə baxılıb. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin olunmayıb./Teleqraf

 
 

Ardını oxu...

Dünən Türkiyədə sui-qəsdə məruz qalan Azərbaycan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev özünə gəlib. GundemXeber.Az bildirir ki, Araz Musayev unikal.az-a açıqlama verərək Kinboksinq Federasiyasının rəhbərliyini, yəni Adil Əliyevi ona sui-qəsd təşkil etməkdə suçlayıb: 

 Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular. 

Musayev onu da deyib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.

Musayevin sözlərinə görə, ona beşbarmaqla üzündən, bıçaqla isə başından və bədənindən iki zərbə vurublar: 

-Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim.

 

GundemXeber.Az

 
 
 
 
 

Ardını oxu...Sirr deyil ki, cəmiyyətdə Ümummilli lider Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirənlər var. Bəzən bu işə çox hörmətli adamlarımız da qoşulur. Cildlərlə kitablar yazırlar və həmin kitablar yalnız onu yazanın kitabxanasında özünə yer tapır. Vaxtilə bu, az qala kütləvi hala çevrilmişdi. Ona görə bu işlə möhtəkirlik məqsədilə məşğul olanlara Prezident Administrasiyasından təpki gəlmişdi.
Amma görünür, həmin xəbərdarlıqları hələ də qulaqardına vuranlar var. Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva da təqvimin 10 may günü ərəfəsində Ulu Öndər haqqında kitab nəşr etdirib və məktəblərdə rəhbər vəzifəli təhsil işçilərinə bir nüsxəsini 250 manatdan məcburi satdırır. Kitabda ayrı-ayrı məktəb direktorlarının şəkilləri, onların Heydər Əliyev haqqında söylədikləri qısa həcmli fikirlər yer alıb. Direktorlara verilən kitab nüsxələrinin sayı onların rəhbərlik etdikləri məktəbin müəllim heyəti və şagird kontingentinin böyüklüyündən asılı olaraq bir deyil, bir neçə nüsxə də ola bilər. Bildirilir ki, satış prosesi elə kitabın təqdimatının keçirildiyi tədbirdən başlanıb.
Adama deyərlər, əgər Heydər Əliyevlə bağlı kitabı çap etdirməkdə məqsədin kommersiya deyil, Ulu Öndərin əbədiyaşar xatirəsinə işıq tutmaqdırsa, kitabın mətnini elektron kitabxanaya yerləşdir, qoy onlayn rejimdə oxusunlar. Aydın məsələdir ki, məqsəd pul yığmaqdır.
Nisa Şirvanlı/Nyus.Az

Dünyapress TV

Xəbər lenti