Ardını oxu...
Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri mütəmadi davam edir.

Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu. Lakin pensiya yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha gənc n kadrlar gətirilib. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.

XALQ-ın araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox məmur işini davam etdirir.

Bu məmurlar barədə araşdırmalarımızı təqdim edirik.

1994-cü ildən icra hakimiyyəti başçısı olan 73 yaşlı Adil Məmmədov 31 ildir ki, vəzifədədir.

Məmmədov Adil Məcnun oğlu 15 aprel 1952-ci ildə Vartaşen (Oğuz) rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu “Baytarlıq” ixtisası üzrə bitirmişdir. 15.10.1975-ci il tarixdən 04.09.1981-ci il tarixədək Oğuz rayonu Padar kəndində “Pravda” kolxozunda baytar həkim, 04.09.1981-ci il tarixdən 10.02.1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir.10.02.1982-ci il tarixdən 10.02.1988-ci il tarixədək Xaçmaz kəndində kolxozun idarə heyətinin sədri, 10.02.1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi “Komsomol” kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir.
03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Adil Məmmədov YAP-üzvüdür,ailəlidir 3 övladı var. Bir neçə kitab və elmi məqalənin müəllifidir.

Ardını oxu...
  Sosial şəbəkələrdə Lənkəran şəhərində yerləşən "Kaspi Kids" uşaq bağçasında azyaşlılara qarşı şiddət göstərilməsi ilə bağlı videogörüntülər geniş müzakirələrə səbəb olub.

Paylaşımda müəllimin uşağın başına vurduğu və nəticədə balacanın başının qanadığı qeyd olunub. Uşağın atası bildirib ki, hadisə barədə ona günorta saatlarında xəbər verilib:

"Mən işdə idim. Evdən zəng edib dedilər ki, uşaq başından xəsarət alıb. Kursa getdim, videogörüntülərlə tanış oldum. Müəllim özü etiraf etdi ki, uşağı o vurub. Kadrlarda da görünür ki, müəllim bilərəkdən iki dəfə suqabı ilə övladımın başına zərbə endirib. Vurduqdan sonra isə kömək etməyib. Uşaq iki saata yaxın ağlayıb və köməksiz vəziyyətdə qalıb".

Azyaşlının nənəsi isə bildirib ki, nəvəsi əvvəllər də müəllimin onu döydüyünü deyib, lakin onlar buna inanmayıblar:

"Dəfələrlə evə gəlib deyirdi ki, məni Arzu müəllimə döyüb. Biz inanmırdıq. Elə vurmuşdu ki, nəvəm yemək belə yeyə bilmirdi".

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
“Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsi “Lexus GX550” markalı avtomobilin satın alınması üzrə başladığı açıq tendrə yekun vurub. Birmənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi “LEXUS BAKI” MMC olub və tərəflər arasında 198.900 manat manat məbləğində müqavilə bağlanılıb. Məlumat satınalmaların portalında 27.05.2025-ci ildə dərc edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Azərbaycanın avtomobil alqı-satqısı saytı Turbo.az-da yerləşdirilimiş elanda 0 km, 2024-cü il Lexus GX550 markalı avtomobilin qiyməti 128 000 ABŞ dollarınadır. Bəs maraqlıdır, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna belə bahalı bir avtomobilin alınmasına ehtiyac haradan yaranıb. Yaxud da belə bir bahalı avtomobilin alınmasına nə kimi zərurət olub?

Qeyd edək ki, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, qurumun tabeliyində yaradılan 5 publik hüquqi şəxsdən biridir.

Məlum Fərmandan sonra qurum “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu”yun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna çevrilib. 2024-cü ilin may ayında isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib. Ləğv edilən institutlar birləşdirilərək Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs yaradılıb. Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs onların hüquqi varisi hesab edilib.

Xatırlatmaq istərdik ki,İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir. Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycanda tək olan bu İnstituta artıq uzun illərdir ki, Elbrus Paşayev rəhbərlik edir. Sözügedən şəxsin instituta rəhbərlik etdiyi son illərdə nə kimi layihələrin həyata keçirilməsi barədə konkret məlumatlar yoxdur. Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sabiq sədri Əhməd Əhmədzadə ilə əlbir olub faydasız layihələrdən qazanc əldə etmələri barədə yetərincə məlumatlar saymaq olar. Buraya uzun müddətdir ki, hər il su təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri verilir.

Hələ 2020-ci ilin iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirmişdi ki, “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir.”

Ölkə başçısı daha sonra çıxışında vurğulamışdı ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?”

Bəs dövlət tərəfindən verilən bu qədər vəsaitin qarşılığında institutun layihələri nə üçün səmərəsiz, faydasız olub. Çünki bölgələrdə su çatışmazlığının aradan qaldırılması, yeni su mənbələrinin axtarılması üçün ezam olunanların fəaliyyəti əslində formal bir şey olub. Amma Elbrus Paşayevin rəhbərlik etdiyi qurum hər il yüksək keyfiyyətli işlərin görülməsi barədə yalan hesabatlar verib. Üstü açıldığında isə ölkə başçısına min cür yalanlar danışılıb və İlham Əliyevin qeyd etdiyi kimi: “Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq.” – deyə məsuliyyətdən yaxa qurtarmağa çalışıblar.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Amma görsənən odur ki, “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu”nun direktoru Elbrus Paşayev ölkə başçısının bu çağırışlarını qulaq ardı edərək iki yüz min manat civarında avtomobil alır. Həm də bunu Azərbaycanda su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsini yaxşılaşdırmağa yox, şəxsi rahatlığını təmin etmək üçün.

Aktualinfo.org

Ardını oxu...
  

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Musavat.com-a verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.

Ardını oxu...
" "Kapital bank"la bu gün (dünən nəzərdə tutulur -red.) kripto hesabıma 510 dollar pul göndərmək istədim,.." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elvin Zeynalov adlı istifadəçi qeyd edib.

Narazı vətəndaş daha sonra bildirir: "Məndən 87 manat komissiya tələb etdiyinə görə əməliyyat baş tutmadı. Yaxşı ki baş tutmadı. Balansımda 914 manat var idi. Mən anlamıram: bu qədər fantastik komissiya məbləği niyə qoyulsun axı?

Bunun ancaq bir adı var: biabırçılıq..."
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məlum səbəblərdən adının açıqlanmasını istəməyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Bildirmək istəyirəm ki, Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissənin maliyyə rəisi, kapitan Hüseynzadə Sübhan öz öhdəsinə düşən işi layiqincə yerinə yetirmir.

Belə ki, adını çəkdiyim şəxs hərbi qulluqçulardan və mülki sürücülərdən hər ay pul yığır. Yəni onların maddi yardımlarını, məzuniyyət və ezamiyyət pullarını rüşvət qarşılığında ödəyir.

Hüseynzadə Sübhan ona rüşvət verən şəxsləri incitmir, vaxtında pullarını köçürür. Rüşvət verməyənlərə isə, "büdcədə pul yoxdur", - deyərək ödənişləri bir neçə ay gecikdirir.

Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissədə illərdir bu cür qanunsuzluqlar baş alıb gedir. Məsələni araşdıran şəxs və yaxud da qurum yoxdur. Rəhbərliyin bu məsələdən xəbəri olub-olmadığını da dəqiq bilmirəm.

Qeyd edim ki, bu yeyintinin içində əsgərlərin əmək haqları da var. Heç kim qorxusundan səsini çıxara bilmir. Hər kəs deyir ki, başımızı ağrıtmaq istəmirik, hörmət edirik, pulumuzu vaxtında vurur.

Hüseynzadə Sübhanın bu əməli Dövlər Sərhəd Xidmətinin nüfuzuna xələl gətirir. Bəlkə də bundan rəhbərlik xəbər tutsa, o adamın cəzasını verər.

Məlumat üçün bildirim ki, o, hərbi qulluqçulardan 100 manat, mülki sürücülərdən 50 manat alır. Yalnız yuxarıda "adamı" olanlardan pul ala bilmir, ehtiyat edir.

Müvafiq qurumlar tərəfindən araşdırma aparılsa, onun etdiyi bütün haqsızlıqlar, rüşvətxorluqlar üzə çıxacaq. Telefonunu yoxlasalar, bu dediklərimin yalan olmadığını görəcəklər.

Səlahiyyətli qurumlar xahiş edirəm, məsələ ilə bağlı tədbir görülsün".

Jalə FAMİLQIZI

P.S. Bir daha qeyd edək ki, DSX əməkdaşı adının açıqlanmasını istəmədiyi üçün şikayəti anonim yazmışıq. Amma məsələ ilə bağlı hüquq müstəvisində çəkişmə olarsa, bu zaman səlahiyyətli qurumlara həmin şəxs haqqında məlumat verməyə hazırıq.

Yazıda da qeyd olunduğu kimi, idarə rəisinin telefonunun yoxlanılması xahiş olunur. Çünki köçürülən rüşvət pulları onun şəxsin telefonunda var.

Düşünürük ki, bu məlumatdan sonra Dövlət Sərhət Xidmətinin rəhbərliyi məsələni araşdıracaqdır. Bu halda məsələ ilə bağlı redaksiyamıza məlumat verilməsini də onlardan xahiş edirik.
Ardını oxu...
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışan Rəşidov Mustafa Süleyman oğlu vətəndaşlara məxsus torpaq sahələrinə çıxarışlar verməmək üçün bütün qanunsuz vasitələrə əl atır. Peçatsız, möhürsüz blanklardan istifadə edərək imtina qərarları çıxarır. Hələ bütün bunlar azmış kimi vətəndaşlara doğma valideynlərindən miras qalan bağ sənədlərini də tanımır, onlara çıxarış verməmək üçün min bir yola əl atır. Bu işdə xüsusi canfəşanlığı isə Mustafa Rəşidovun müavini Aidə Məmmədli göstərir. Görünür, müdir və müavini əlbir olaraq vəzifə səlahiyyətlərindən istifadə edirlər. Buradan isə ortaya iki nəticə çıxır. Ya Mustafa Rəşidov və müavini Aidə Məmmədli əlbir fəaliyyət göstərirlər, ya da Mustafa müəllimin müdir kimi sadəcə adı var. Yəni idarədə onun yox, müavini Aidə Məmmədlinin sözü keçir. Nəticədə isə vətəndaşları dövlətdən narazı salırlar. Vətəndaş və dövlət arasında böyük uçurumun yaranmasına səbəb olurlar. İndi görün 1 saylı ərazi idarəsi və onun rəhbərliyi bu cür özbaşınalıqlar və qanunsuzluqlar edirsə, o zaman Əmlak Məsələləri Dövlət Xidmətinin və onun tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin rəhbərliyi vəzifələrindən necə sui-istifadə hallarına yol verirlər. Necə deyərlər, "Balıq başdan iylənir". Görünən odur ki, Mustafa müəllim bu qanunsuzluqları ona göz yuman öz rəhbərliyindən öyrənib. Əks halda ona "dur" deyən tapılar və vətəndaşların incidilməsi hallarına icazə verilməz, həmçinin dövlət və vətəndaş arasında uçurum yaradılmaz, vətəndaşı dövlətə qarşı qoymazdılar.

Üstəlik, nə hikmətdirsə, Mustafa Rəşidova məhkəmələr də bata bilmir. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin qəbul etdiyi qanunsuz qərarlardan məhkəmələrə şikayət edən vətəndaşların əli boşa çıxır. Görünür Mustafa müəllim məhkəmələrə yol tapmağın "yolu"nu da çox yaxşı bilir. Vətəndaşa valideynlərindən qalan bağ sənədlərinin doğruluğunu arxiv sənədlərinə baxaraq yoxlamaq əvəzinə, onlara birbaşa çıxarış verməkdən imtina edən Mustafa müəllimə və onun havadarlarına yəqin ki, "dur" deyən tapılacaq. Çünki Bakı 1 saylı ərazi idarəsini əməlli-başlı rüşvət və korrupsiya idarəsinə çevirib. Rüşvət verməyənlər isə Mustafa müəllimin "qara siyahı"sına düşür. Nəticədə isə əziyyət çəkən yenə vətəndaşlardır. Hərçənd bu ölkədə şah qanun deyil, qanun şahdır. Ümid edirik ki, Mustafa müəllim barədə aidiyyatı qurumlar müvafiq araşdırmaya başlayacaqlar və onun qanunsuz əməllərinin davam etməsinə imkan verməyəcəklər.

TəhsilMedia.az
 
Ardını oxu...
Son günlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə bağlı daxil olan şikayətlərin ardı-arası kəsilmir.

Bu barədə Mia.az-ın elektron poçtuna göndərilən məlumata görə, AHİK-in yeni sədri Sahib Məmmədovun qurmağa çalışdığı yalnış idarəetmə, yerində olmayan bacarıqsız kadrların cəlb olunması, 1 milyondan artıq ittifaq üzvündə qıcıq yaratmaqdadır.

Məlumata görə, belə davam edəcəyi halda, bir çox sahələr üzrə kütləvi sürətdə həmkarlar ittifaqları üzvlüyündən çıxmaq tələbləri qaçılmaz olacaqdır: “Onu da xüsusi qeyd etmək istəyirik ki, Həmkarlar İttifaqları haqqında qanuna əsasən həmkarlar üzvü olmaq könüllük prinsipi əsasında mümkündür. Yəni, ittifaqda birləşmək istəməyən şəxslər, könüllü olaraq üzvlükdən çıxa bilər və əməkhaqqısından tutulan 2 % ödəmənin dayandırılmasını tələb edə bilər”.

Məlumatda o da deyilir ki, 4 aprel 2025-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının konfransı keçirilib:

“Səs çoxluğu ilə Elkiyar Ziyadov Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Adil Atakişiyev isə sədrin müavini seçilib. Elkiyar Ziyadov İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. O, 26 oktyabr 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb, 2018-2021-ci illərdə şirkətin Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2021-2023-cü illərdə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi işləyib. Fotolarda göründüyü kimi, əvvəlki sədr Adil Atakişiyevi tələm-tələsik sədr vəzifəsindən uzaqlaşdıraraq, Elkiyar Ziyadovu sədr vəzifəsinə otuzduran Sahib Məmmədov, Konfederasiyaya üzv təşkilatları birbaşa öz nəzarətinə götürmək, bütün maliyyə və digər işləri birbaşa öz nəzarətinə götürməyə nail olur. Halbuki Elkiyar Ziyadovun mənəvi-psixoloji durumu yerində deyil.

Mədəniyyət Nazirliyi tərəfindən keçirilən və işçilərin kobud sürətdə əmək hüquqlarının pozulduğu bir vaxtda, mədəniyyət işçiləri kütləvi şəkildə “Həmkarlar”dan imdad dilədiyi bir zamanda, Elkiyar Ziyadov günlərlə iş yerində tapılmır. Sual olunur bəs hardadır?!

Çox gülməli və maraqlı məsələ budur ki, Elkiyar Ziyadov 50 minə yaxın mədəniyyət işçisinin əmək hüquqlarını qorumalı olduğu halda, hələ də Sahib Məmmədovun müşaviri vəzifəsində qalaraq, Kurort Turizm İnformasiya Mərkəzinin direktoru vəzifəsini yerinə yetirir. Heç kəsə sirr deyil ki, yay dövründə Konfederasiyanın milyonlarla vəsaitinin dövriyyə etdiyi tək ünvan məhz “putyovka” alveridir. Elkiyar Ziyadovu əvəzolunmaz edən bu səbəb deyil ki?!”.
 
Ardını oxu...
Bakı şəhəri 100 nömrəli tam orta məktəbdə direktor müavini texniki işçilərə hədə-qorxu gəlməsi və müəllimin valideynlərdən məcburi pul toplaması ilə bağlı faktlar ortaya çıxıb.

Patrulaz.az-a daxil olan məlumata görə, 100 nömrəli tam orta məktəbin Təsərrüfat İşləri üzrə direktor müavini Türanə Abbasovanın “WhatsApp” qrupunda texniki işçilərlə kobud və təhqiramiz danışığı əks etdirən səs yazısı yayılıb. O, işçilərə hədə-qorxu gələrək onlara qarşı bu ifadələri işlədib: “Axırıncı dəfə olsun ki, mənə söz qaytarasınız, əks halda dilinizi dibindən kəsərəm… O gün də demişəm, yenə də deyirəm, 5 ayaqyolu təmizləmisiz, birinizin səsi çıxardı da. İndi nə oldu, diliniz mənə çıxır?”, – deyərək direktor müavini işçiləri alçaldıb.

Bununla yanaşı, eyni məktəbdə çalışan Günel müəllimin isə “Son zəng” tədbiri üçün “11 B” sinfinin valideynlərindən 50 manat tələb etdiyi və bu məbləği verməyən valideynləri məcbur etməyə çalışması ilə bağlı yazışmalar da redaksiyamıza daxil olub.

Xatırladaq ki, Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarəkən “Son zəng” tədbirinin təmtəraqla keçirilməsinin qadağan olduğunu bildirib. Onun fikrincə, valideyn-müəllim assosiasiyasının vəsaitləri tədbirin möhtəşəmliyinə yox, yadda qalmasına və mənalı olmasına sərf olunmalıdır. Vəfa Yaqublu həmçinin qeyd edib ki, son zəng günü şagirdlər məktəbli formasında olmalıdır.

Amma buna baxmayaraq, 100 nömrəli tam orta məktəbdə sözügedən müəllim təmtəraqlı “Son zəng” tədbiri keçirilməsi adı ilə valideynlərdən məcburi pul toplayır.
 

Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verməklə məşğuldur.

Ardını oxu...


Zəka Mirzəyev


Gundeminfo.az-ın Tribunainfo.az-a istinadən xəbərinə görə, Fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib. Həmçinin verilən məlumatda deyilir ki, Fond sədri bacısının həyat yoldaşı Şahin Əliyevi də özünə müavin təyin edib.

Ardını oxu...


Zəka Mirzəyevin Mail Məmmədovu və Şahin Əliyevi hansı meyar və göstəricilər əsas vəzifəyə təyin etdiyi məlum deyil. Adı çəkilən şəxslərin peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumat əldə edə bilmədik.

Ardını oxu...


Maraqlıdır, Z.Mirzəyev xalası oğlu və bacısının yoldaşını müəyyən vəzifələrə təyin edən zaman onları hər hansı müsabiqə, yoxlama və ya seçim mərhələsindən keçiribmi?

Bu təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərmişik. Lakin hələlik bununla bağlı sorğuya cavab verilməyib.

Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.

Dünyapress TV

Xəbər lenti