Ardını oxu...
Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz “Şamaxılı Cavid”in durduğu məlum olur

Bu iddia paytaxtda aparılan qalmaqallı tikintilərlə bağlı daxil olmuş məlumatlarda yer alır…

Əcəmi metrostansiyası yaxınlığındakı “Şəki” kafesinin yerində tikilən obyektlə bağlı qalmaqal uzun müddətdir ki, ölkə mediasının gündəmini zəbt edib. Prezidentin “mənim ən yaxın köməkçilərim” adlandırdığı jurnalistlər bu məsələ ilə bağlı kifayət qədər geniş araşdırmalar aparır və obyektin ekologiya, tikinti, şəhər infrastrukturu qaydalarını pozmaqla yanaşı, metro keçidi üzərində yerləşməsi ilə vətəndaşların həyatına təhlükə mənbəyi olduğunu üzə çıxarıb. Bəs bu boyda qanunsuzluğu törədib cəzasız qalan şəxs kimdir?

Bununla bağlı ərazi üzrə Nəsimi Rayon İcra Hakimiyyətindəki mənbələrimizdən məlumat almağa çalışdıq. İcra Hakimiyyətindəki mənbəmiz obyektlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Riyad Qasımovun xüsusi tapşırığı olduğunu bildirib. Onun sözlərinə görə, işə həm də Dövlət Şəhərsalma və Arxitextura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin məsul işçisi “Şamaxılı Cavid” özü şəxsən nəzarət edir: “Bizə obyektin İsrail adlı iş adamına məxsus olduğunu deyilib. Onun üzünü belə görməsək də həm rayon rəhbərliyinə, həm də adıçəkilən qurumlara lazımınca “hörmət” edildiyi şübhəsizdir”.

Çəkilən adla bağlı da özəl mənbələrimizdən xüsusi araşdırma apardıq. Əldə etdiyimiz məlumatlar şok yaradır. Belə ki, Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz bu şəxsin durduğu məlum olur. Bu şəxsin bütün dövlət qurumlarına rahat yol tapdığı və arxasında yüksək çinli dövlət adamının durduğu deyilir. Bu qaranlıq şəxsin əslində kim olduğu və nə ilə məşğul olması ilə bağlı araşdırmamızı davam etdirəcəyik./yenixeber.org
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu isə ən müasir, dünya standartlarına uyğun avadanlıq və sınaq texnologiyalarından ibarət laboratoriyalarla təchiz olunub. İnstitutda müasir avadanlıq və sınaq texnologiyalarından istifadə edilməklə tikintidə mövcud olan inşaat materiallarının müayinə-sınaq işləri, müxtəlif təyinatlı bina və qurğuların müayinəsi, eləcə də onların seysmik dayanıqlığının qiymətləndirilməsi, materialların yanğın təhlükəsizliyinin təyini, geoloji-axtarış və digər işlər həyata keçirilir.

İnsrtitutun bütün bu funksiyaları hansı formada həyata keçirməsini geniş ictimayyətin xəbəri olmasa da, tikinti şirkətləri çox yaxşı bilir. FHN-in Layihə-Konstruktor İnşaat Materialları İnstitutunda dövlət satınalmaları da şübhəli yollarla keçirilir. Məsələn İnstitutun 2024-cü il ərzində zəruri malların və xidmətlərin alınması üçün satınalma planlarına daxil etdiyi tender və kotirovka sorğularının əksəriyyətinin nəticələri barədə heç bir məlumat yoxdu. Bunlar şox güman ki, elan edilmədən, özlərinə və yaxud yaxınlarına məxsus şirkətlər vasitəsi ilə həyata keçirilir. Nəticələri açıqlanan satınalmalarda isə şübhələr özünü açıq aşkar göstərir.

Qeyd edək ki, Elmi-Tətqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu üçün xidməti nəqliyyat vasitələrinin satınalınmasının nəticəsi 13.05.2025-ci ildə açıqlanıb. Qalib təchizatçı “TOYOTA-BAKI MƏRKƏZİ ” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İmzalanması nəzərdə tutulan müqavilənin məbləği isə 185.300,00 manat təşkil edib. Bu vəsaitə neçə avtomobilin alınacağı bəlli deyil.

İnstitut 03.09.2024-cü ildə də avtonəqliyyat vasitələrinin satınalınması üzrə “YENİMOTOR” MMC ilə 187.200 manat məbləğində müqavilə bağladığını açıqlayıb. 29.08.2024-cü ildə isə İnstitut üçün xidməti nəqliyyat vasitələrinin satınalınması üzrə “AZƏRMAŞ PARK” MMC ilə 75.000,00 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi İnstitut son səkkiz ayda nəqliyyat vasitələrinin alınmasına ümumi olaraq 447 500 manat dövlət vəsaiti xərcləyib. Burada nəqliyyat vasitələrin xidməti məqsədlə alındığı bəlli olsa da, neçə avtomobilin alınması məlum deyil. Görünür bu avtomobillər İnstitutun rəhbər vəzifəli şəxslərinin rahatlığını təmin etmək məqsədi ilə alınıb.

Bunlardan əlavə 06.05.2025-ci ildə Elmi-Tətqiqat və Layihə-Konstruktor İnşaat Materiallarıİnstitutunun nəqliyyat vasitələri üçün cari təmir xidmətləri və ehtiyat hissələrinin satınalınması üzrə keçirdiyi tenderin nəticəsi açıqlanıb. Qalib təchizatçı Adı “SK SERVİS ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və bağlanılan müqavilənin məbləği 369.068,00 manat təşkil edib. İnstitut 21.08.2024- cü ildə isə nəqliyyat vasitələri üçün cari təmir xidmətləri və ehtiyat hissələrinin satınalınması üzrə “MY AUTO” MMC ilə 319.474,38 manat məbləğində müqavilə bağlayıb. Göründüyü kimi İnstitut son 10 ayda nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin cari təmir xidmətləri və alınmasına ümumi olaraq 688 542 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Göründüyü kimi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu son on ayda yalnız nəqliyyat vasitələrinin və onların ehtiyyat hissələrinin alınmasına və cari təmir xidmətləri göstərilməsinə bir milyon manatdan çox dövlət vəsaiti xərcləyib. Burada da nə qədər nəqliyyat vasitəsinə servis xidmət göstərilib bəlli deyil. Bəlli olan odur ki, ayrılmış vəsait xeyli şişirdilib.

Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direkturu vəzifəsində uzun illərdir Rüstəm Bağırov oturur. Onun haqqında elektron mediada Fövqəladə Hallar Nazirliyinin digər vəzifəli şəxslərindən fərqli olaraq o qədər də geniş məlumat yoxdu. Yalnız musavat.com hələ 2012-ci ildə yazır ki, Mənbə sement idxalını de-fakto qadağa edən mexanizmi də açıqlayıb: “Ölkəyə gətirilən sementin markasına və keyfiyyətinə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verir. İnstitutun direktoru Rüstəm Bağırov sement idxalı ilə məşğul olmaq istəyənləri bu fikrə düşdüyünə görə sözün həqiqi mənasında peşman edir. Məsələn, ötən ilin noyabrında bir iş adamı Gürcüstandan ölkəmizdə 3 vaqon ”Evro-sement” idxal edir. Ağstafa dəmiryol stansiyasına gətirilən mallara Tovuz Gömrük İdarəsi baxış keçirir. “Euro-sement”in nümunələri S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərilir. İnstitutun direktoru Rüstəm Bağırov isə tərtib etdiyi rəydə yazır ki, ölkəyə gətirilən 3 vaqon 500 marka “Euro-sement” əslində sement yox, eləcə qum imiş”.

Göründüyü kimi Rüstəm Bağırovun adı Fövqəladə Hallar Nazirliyinin digər vəzifəli şəxslərindən fərqli olaraq o qədər də çox hallanmır. Bu da çox güman ki, dövlət satınalmalarında olduğu kimi, onun bütün işləri gizli həll etməsindən irəli gəlir.Təbii ki, Agentliyin rəisi Cəbrayıl Xanlarovla əlbir.
aktualinfo
 
Ardını oxu...
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti ilə bağlı narazılıqlar mövcuddur. Cəmiyyətin sədri, deputat Novruz Aslanın adı maliyyə şəffaflığı ilə bağlı ciddi iddialarda hallanır. Əsas iddialardan biri ianə qutularından toplanan vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, hətta, birbaşa sədrin şəxsi maraqlarına xidmət etməsi ilə bağlıdır.

Məsələ ilə bağlı Demokrat.az-a danışan tanınmış hüquqşünas, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bunları deyib:

“Bu qurum mən bildiyim qədər ictimai təşkilatdır. İctimai təşkilatdırsa, hesabatını açıqlamalıdır. Açıqlamırsa, bu ondan xəbər verir ki, orada nəsə qaydasında deyil. Bilmirəm kimlər bu quruma ianələr verir, söhbət hansı məbləğlərdən gedir?

Adından göründüyü kimi, bu təşkilatın işi yardım etməkdir, onlardan tələb etmək lazımdır ki, öz maliyyə hesabatlarını açıqlasınlar”.

"Ağ Partiya" sədri Tural Abbaslı indiyədək sözügedən qurumun hər hansı yarım kampaniyaları keçirdiyini görmədiyini bildirib:

“Bu qurumun fəaliyyəti ilə bağlı çox məlumatım yoxdur. Beynəlxalq Qızıl Aypara Cəmiyyətinə tabedirlər, yoxsa qeyri-hökümət statusundadır, konkret məlumatım yoxdur. Amma Azərbaycanda fəaliyyət göstərən bir çox qurumlar kimi, bunların da fəaliyyətində şəffaflıq axtarmaq düzgün olmaz.

Azərbaycanın harasında siz Qızıl Ayparanın aktivliyini görmüsünüz? Hanısa uşaq evində, yardıma ehtiyacı olan qazilərin evində, şəhid ailələrinin yanında görmüsünüz?

Yaxud hansısa kampaniyaların təşkilində?

Məncə elə ad olaraq qalır orada o qurum. O ad altında hansı işlərlə məşğul olurlar, bilmirəm. Hər halda Azərbaycanda bu qurumun fəaliyyəti görünmür, Türkiyədəki qədər deyil”.


Cavidan Mirzəzadə
Demokrat.az
 
Ardını oxu...
Bakı şəhər sakini Süleymanov Rüstəm Rzaqulu oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 2020-ci ildə Vətən Müharibəsində könüllü olaraq vuruşsa da, bu günə qədər veteran statusu ala bilmir:

“Mən, Süleymanov Rüstəm Rzaqulu oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, müharibə iştirakçısıyam. Aprel döyüşlərində və Vətən Müharibəsində könüllü iştirak etmişəm. Hərbi biletimdə də bu məlumatlar əks olunub.

Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Amma Müdafiə Nazirliyi ayrı-seçkilik edib mənə veteranlıq vermir.

Xahiş edirəm, problemimi işıqlandırın, bəlkə səlahiyyətli qurumlar bir tədbir görər".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində yaşıl ağaclar kəsilir .
Yenixeber.org: Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində yol boyu həmişəyaşıl şam ağacları kəsilir.

Yaşıl ağaclar kəsilərək traktorla yük avtomobillərinə yüklənib daşınır.

Məsələ ilə bağlı Nərimanov rayon icra hakimiyyətindən heç bir məlumat almaq mümkün olmadı.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyidə heç bir münasibət bildirilmədi.

Qeyd edək ki, son vaxtlar paytaxtda yaşıl ağaclar kəsilərək həmin ərazilər icra başçıslarının “razılaşması” ilə qanunsuz obyektlər inşa olunur.

Bununla bağlı Baş prokurorluq ictimayyəti məlumatlandırır və təbiətə vurulmuş ziyanla bağlı tədbirlər görülür.

Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində yaşıl ağalcların kəsilməsi ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Şirvanda AQTA-nın regional bölməsi sahibkarlara və vətəndaşlara müsibət yaşadır... [/i] Əslində AQTA-nın Şirvanda etdikləri ağıla və məntiqə sığmır, çünki bu qurumun vəzifəsi bu gün Şirvanda etdiklərinin baş verməsini önləməkdir. Amma onlar qurumum təməl qaydalarını özləri pozurlar. Poliqon xəbər verir ki, bu barədə Şirvan şəhərində və yaxın rayonlarda fəaliyyət göstərən ət dükanlarının və şadlıq evlərinin sahiblərindən aldığımız çoxsaylı şikayətlərdə bildirilir. Şikayətlərdə qeyd edilir ki, AQTA-nın Şirvan-Salyan Regional Bölməsinin nəzdində cəmi bir Ət Kəsim Məntəqəsi fəaliyyət göstərir və bu məntəqə sözün tam anlamıyla sahibkarların və vətəndaşların kabusuna çevrilib. Şikayətlərə əsasən Şirvanda yerləşən Regional Ət Kəsim Məntəqəsinin fəaliyyəti sadəcə olaraq regionun ətlə təminatını çətinləşdirməyə və sahibkarlıq fəaliyyətinə mane olmağa, əhalinin qeyri-sağlam qida ilə təmin olunmasına yönəlib. İnsanlara zülm, biznesə zərər... Qeyd edək ki, AQTA-nın Şirvan-Salyan Regional Bölməsinə Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul və Neftçala rayonları aiddir. Şikayətçilər sual edirlər ki, 1 şəhəri və 4 rayonu əhatə edən Regional ərazidə cəmi bir Ət Kəsim Məntəqəsinin fəaliyyət göstərməsi sakinlərin və sahibkarların regional probleminə çevrilib. Açığı bu qədər böyük bir ərazidə ancaq bir Ət Kəsim Məntəqəsinin fəaliyyət göstərməsinin izahı belə yoxdur. Nəzərə alsaq ki, AQTA ət dükanlarından və şadlıq evlərindən heyvan kəsimini ancaq Regional Ət Kəsim Məntəqəsinhə həyata keçirməyi tələb edir, o zaman insanlara verilən zülm və biznesə dəyən zərəri təsəvvür edin... Bir tərəfdən sahibkarlar rayonlardan heyvanları Şirvana gətirmək əziyyətinə qatlaşır, əlavə xərclərə düşürlər, digər tərəfdən isə çəkdikləri əziyyətin və xərcin qarşısında gördükləri xidmət onları sadəcə şoka salır. Çünki saatlarla məntəqədə qalan ət sadəcə xarab olur və istifadəyə yararsız hala gəlir. Təsəvvür edin ki, Biləsuvardan, ya da Neftçaladan Şirvana heyvanı gətirib kəsdirmək və geri aparmaq sahibkarlar üçün nə boyda xərc və nə boyda əziyyətdir. Bu zaman ərzində isə ətin xarab olması da qaçılmazdır. Heyvanı öz dükanında kəsən sahibkarlar isə AQTA tərəfindən 1500 manat miqdarında cərimələnir və cəriməni ödəməyənlərin dükanları bağlanır. Regional Ət Kəsim Məntəqəsində cəmi bir qəssab çalışır 1 şəhər və 4 rayona xidmət göstərən Şirvan Regional Ət Kəsim Məntəqəsində cəmi bir qəssab və onun bir köməkçisi çalışır. Sahibkarlar deyir ki, bu da məntəqədə böyük növbənin yaranmasına səbəb olur. Əlavə xərclərə məruz qalaraq heyvanlarını kəsim üçün Şirvana gətirən sahibkarlar burda növbəyə durmağa məcbur olurlar. Saatlarla məntəqənin qarşısında növbə gözləyən sahibkarlar əti vaxtında alıcıya və şadlıq evlərinə çatdırılmır və faktiki olaraq insanlar həm əziyyət çəkir, həm də ziyana düşürlər.

Digər bir problem isə odur ki, heyvanları kəsdikdən sonra əti sahiblərinə vermirlər. Çünki kəsilmiş ətlərə məntəqənin müdiri sənəd verməlidir ki, bu sənədin də verilməsi saatlarla uzanır. Antisanitar şəraitdə ət saatlarla məntəqədə saxlanılır və bəzi hallarda xarab olur. Sahibkarlar deyirlər ki, əgər Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov əlavə qəssab çalışdırmağı özü üçün artıq xərc hesab edirsə, o zaman onlara öz heyvanlarını kəsmək imkanı versin. Xatırladaq ki, ət dükanlarının sahibləri hamısı uzun illər fəaliyyət göstərən peşəkar qəssablardır. Məntəqədə ətin heç bir müayinəsi aparılmır Şirvan Regional Ət Kəsim Məntəqəsində ətin heç bir müayinəsi aparılmır. Sahibkarlar bildiririrlər ki, məntəqədə həkim və laboratoriya otaqları olsa da, o otaqların qapısı həmişə bağlı olur. Heç məntəqədə ətin müayinəsini həyata keçirmək üçün avadanlıq və mütəxəssis də yoxdur. Laboratoriya və həkimin missiyasını Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov həyata keçirir. Cənab Tərlanovun gözüyumlu imzalayıb möhürlədiyi sənəd isə daşdan da keçir. Bu zaman ətdə hər hansı bir xəstəliyin olub-olmaması isə məntəqə müdirini maraqlandırmır. Qeyd edək ki, regionda tarixən bruselyoz xəstəliyi yayğın olur.

Sahibkarların iddasına görə məntəqədə heç həkim və laborant ştatları belə yoxdur. Məntəqə özəl müəssisə olaraq fəaliyyət göstərsə də, bu ştatların olmaması isə AQTA-ya qarşı böyük suallar yaradır. Çünki Ət Kəsim Məntəqələrini AQTA məhz ətin müayinəsini təşkil etmək və əhaliyə sağlam qida təmin etmək üçün yaradıb. Əgər bu məntəqələrdə laboratoriya və həkim xidməti yoxdursa, o zaman məntəqənin fəaliyyətinə hansı lüzum var? Ümumiyyətlə AQTA-nın Şirvan-Salyan Regional Bölməsi regionda Ət Kəsim Məntəqəsini hansı məntiqlə təşkil edib? Yalnız insanlara zülm edib pul qazanmaq üçünmü? Bu məntiqdən belə çıxır ki, əhalinin sağlam qida ilə təmin olunması AQTA-nın Şirvan-Salyan Regional Bölməsini maraqlandırmır. Yəqin ki, elə AQTA-nın mərkəzi rəhbərliyini də maraqlandırmır. Hər halda görünən mənzərə bunu deməyə əsas verir. Məntəqədə heyvanları elektromişarla kəsirlər və dini qaydalara riayət etmirlər Sahibkarların bizə açıqladığı tükürpədici faktlardan biri də heyvanların kəsilmə qaydasıdır. Bütün sahibkarlar iddia edirlər ki, məntəqədə kəsim islam qaydalarına uyğun aparılmır və bu da yerli sakinlərin və sahibkarların narazılığına səbəb olur. Ən dəhşətli faktlardan biri isə kəsim qaydasıdır. Şikayətçilər bildirirlər ki, kəsim elektromişarla aparılır. Qeyd edək ki, heyvanlara qarşı çox ciddi qeyri-humanitar aktdır və belə bir qeyri-humanitar kəsim qaydası kəskin şəkildə pislənməli və ortadan qaldırılmalıdır. Digər tərəfdən isə heyvanların dini qaydalardan kənar kəsilməsi də ciddi nöqsandır. Xalqımız uzun illərdir ki, heyvan kəsimində bu qaydalardan istifadə edir və bu qaydalara riayət olunmayaraq kəsilən ət haram hesab olunur. Kəsim məntəqəsində antisanitariya hökm sürür Sabibkarlar bildirirlər ki, kəsimin həyata keçirildiyi yerdə anti-sanitariya hökm sürür. Bu isə ümumiyyətlə AQTA-nın qaydalarına ziddir. Yəni AQTA-nın kəsim məntəqələrini hansı səbəbdən yaratması yenidən sual yaradır. Əgər kəsim məntəqələrində ət müayinə olunmursa və ət anti-sanitar şəraitdə kəsilirsə, o zaman bu məntəqələrini yaradılmasının hansı zərurəti qalır? Qeyd edək ki, sahibkarların iddasına görə, bur çox hallarda sahiblərinə çox gec verildiyinə görə, məntəqədə ət xarab olur və istifadəyə yararsız hala gəlir.

Məntəqə xidmət haqqını özü müəyyən edir Şirvan Regional Ət Kəsim Məntəqəsinin xidmətindən istifadə etdiklərinə görə sahibkarlardan və yerli sakinlərdən dana kəsiminə görə 51 manat, quzu kəsiminə görə isə 12 manat alınır. Məntəqənin xidmətindən istifadə edən sahibkarlar bu ödənişin qanunsuz olduğunu, onlara ödənişə görə heç bir qəbz verilmədiyini, ya da qəbz tələb edərkən xidmət haqqının 6 manat yazıldığını bildirirlər. Əgər ödəniş belə qanunların tələbinə uyğun şəkildə aparılmırsa, o zaman rüsumun qanuniliyi də öz mahiyyətini itiririr. Maraqlıdır ki, kəsimə görə ödəniş qiymətinin kim tərəfindən təyin olunduğunu da sahibkarlar bilmir. Onlara sadəcə bu barədə məlumat verilmir. Sahibkarlar isə bir dana üçün 51 manatın həddindən artıq çox olduğunu bildirirlər. Üstəlik bura heyvanı məntəqəyə gətirmək və digər xərclər də əlavə olunur. Bütün bunlar isə təbii olaraq ətin bazardakı qiymətinə təsir edir. Yəni faktiki olaraq, AQTA-nın təşkil etdiyi Kəsim Məntəqələri ətin keyfiyyətini aşağı salaraq, bazara qeyri-sağlam qidanın çıxarılmasının iştirakçısı olaraq və sahibkarlara problemlər yaradaraq bazarda ətin qiymətinin artmasını təmin edirlər. Bu isə o deməkdir ki, AQTA fəaliyyət mahiyyətininin tamamilə əksinə olan fəaliyyətlə məşğul olur. AQTA sahibkarları əsasız yerə cərimə edir Faktiki olaraq heç bir əməli və qanuni fəaliyyətə göstərməyən və bütün fəaliyyəti sahibkara ziyan vurmağa, eyni zamanda bazarda ətin qiymətinin artmasına yönələn AQTA-nın Şirvan-Salyan Regional Bölməsi və Şirvan Regional Ət Kəsim Məntəqəsi əlbir şəkildə sahibkarların cərimlənməsini də təşkil edirlər. Sahibkarlar qeyd edirlər ki, məntəqəyə getməkdən, ya da rüsumun çox olması ilə əlaqədar olaraq ödəniş etməkdən imtina edənlər və şikayətçi olunanlar Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov tərəfindən Şirvan-Salyan Regional Bölməsinə şikayət olunur. Bundan sonra isə Regional Bölmənin əməkdaşları həmin ət dükanını 1500 manat cərimə edirlər və cəriməni ödəməkdən imtina edənlərin dükanları isə bağlanır. Maraqlıdır ki, cərimə nağd şəkildə alınır və bu zaman dükan sahiblərinə qəbz verilmir. Yəni faktiki olaraq dövlət büdcəsinə gedəcək pullar Regional Bölmənin əməkdaşlarının cibinə gedir.
Ardını oxu...
AQTA-nın Şirvan-Salyan Regional Bölməsinin müdiri Ruslan Əsgərov
Sahibkarlar onu da bildiriblər ki, “kal armud kimi onların boğazına keçən” Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanovun hamisi və əsas şəriklərindən biri də Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayevdir. Buna görə də sahibkarların üzləşdikləri dözülməz vəziyyətlə bağlı icra hakimiyyətinə şikayətləri də bir qayda olaraq cavabsız qalır və sonradan həmin şikayətçilər AQTA-nın Şirvan-Salyan Regional Bölməsinin təzyiq və təqibləri ilə üzləşirlər. Eyni vəziyyət sahibkarların AQTA-ya müraciəti zamanı da təkrarlanır. Yəni sahibkarlar faktiki olaraq “sehirli dairə”də dözülməz şəraitə tabe olmağa məcbur edilirlər.
Ardını oxu...
Şirvan Regional Ət Kəsim Məntəqəsinin müdiri İsmayıl Tərlanov
Qeyd edək ki, sadalanan problemlər və qüsurlarla bağlı AQTA-nın mətbuat xidməti ilə əlaqə saxladıq və vəziyyəti şərh etmələrini xahiş etdik. Mətbuat xidmətindən bizə bildirdilər ki, rəsmi sorğu ilə müraciət edək və onlar bu sorğunu araşdırıb bizə cavab verəcəklər. Sorğumuzu göndərəndən sonra dəfələrlə AQTA-nın mətbuat xidməti ilə əlaqə yaratmağa cəhd etsək də, qarşı tərəf telefon zənglərimizə cavab vermədi. Buna baxmayaraq, Şirvan-Salyan Regional Bölməsində yaramış vəziyyətlə və səsləndirilən tükürpədici iddialarla bağlı AQTA-nın mövqeyini dərc etməyə hazırıq.
Poliqon.info
 
Ardını oxu...
Şirvanda yaşıllıqların məqsədli şəkildə məhv olunaraq yerində obyektlərin inşa edilməsi artıq sistemli hal almaqdadır. Şəhərində yaşıllıqlar bir-birinin ardınca məhv edilir. Kəsilən hər ağacın yerində ya obyekt tikilir, ya da yollar salınır. İctimai maraqlara zidd olan bu proses sanki şəhər rəhbərliyi tərəfindən görməzdən gəlinir. Halbuki istənilən adi vətəndaş həyətində bir ağacı budayarkən belə inzibati cəza ilə üzləşir. Bəs necə olur ki, şəhərin mərkəzində, göz önündə yaşıl zolaqlar yox edilir, amma cavab verən yoxdur? "DogruXeber.az" xəbər verir ki, növbəti “ağac qətliamı” şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsindən irəlilədikcə, yolun sağ kənarında çoxsaylı ağacların kəsildiyi, hətta kötüklərinin betonlanaraq izlərinin silinməyə çalışıldığı müşahidə olunub. Rayon sakinlərinin szlərinə görə, “ağac qətliamı” Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Orxan İbrahimovun atası, Əhmədağa İbrahimovun “əl işidir”, bu işlər onun göstərişi və tapşırığı ilə aparılır. Sakinlər bildirir ki, kəsilmiş ağacların yeri betonlanıb. Bunu da heç bir rayon sakini özbaşına edə bilməz. Xüsusilə də rayonun mərkəzində. Məsələ burasındadır ki, adıçəkilən Əhmədağa İbrahimov dövlət vəzifəsi daşıyır. O, Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində çalışır. Həmçinin onun Şirvan və Sabirabad rayonlarında çoxsaylı obyektlərinin olması da məlumdur. Ən təəccüblüsü isə odur ki, bu miqyasda bir ağac kəsimi və torpaq üzərində tikinti prosesi şəhər rəhbərliyi – xüsusilə də icra başçısı İlqar Abbasovun diqqətindən yayınıb. Maraqlıdır, doğrudanmı bu proseslər onun razılığı və ya xəbəri olmadan baş verib? Halbuki rayonda bir vətəndaş həyətində ağac budamaq və ya daşı-daş üstünə qoymaq istəsə, dərhal inzibati reaksiya ilə qarşılaşır. İndi isə şəhərin mərkəzində yaşıllıqlar kəsilir, kötükləri betonlanır, lakin icra hakimiyyəti susur. Deməli, adi vətəndaşın həyətində olanları izləyən gözlər, yaşıllığın ortasında baş verənləri “görmür”. Mövzu ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Yazı hazır olduğu halda, açıqlama gəlmədiyi üçün bir müddət gözlədik. Lakin artıq iki həftədən çox vaxt keçməsinə baxmayaraq, İcra Hakimiyyəti ünvanladığımız sorğuya cavab verməyib. Görünür, ya bu məsələ onları maraqlandırmır, ya da ümumiyyətlə vətəndaş və media sorğuları cavablandırılmır. Qeyd edək ki, yazıda adı keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

 
Ardını oxu...
Nizami rayonunun Coşqun Cəbrayılov sınağı. Paytaxtın ən "gəlirli", rəhbərlik üçün əlverişli rayonlarından birinin Nizami rayonu olduğu gerçəyi danılmazdır. Uzun zamandır ki, yerli saytlarda bunu bu cür də aşkar edən məlumatların ardı-arası kəsilmir. Əsasən də rayonun müxtəlif ərazilərində yaşıllıq ağaclarının məhv edilib yerində yaşayış evləri, yaxud iaşə obyektlərinin tikildiyi barəsindəki məlumatlar şanslı rayon rəhbərliyinin "qaz vurub, qazan doldurduğu"nu deyir. Bunu elə təkcə "Neftçilər " metrostansiyasının ətrafına nəzər saldıqda da aydın görmək mümkündür. Hətta, iş o, yerə çatıb ki, Novruz bayramı ərəfəsində Qara Qarayev prospektində 61 nömrəli tam orta məktəbin ərazisində ağacların kəsilib, yerində iaşə obyektinin tikintisinə başlanıldığına dair görüntülər paylaşıldı. Bəli, Coşqun Cəbrayılov "sərgüzəştlər"i çoxşaxəlidir... Yazdıqca bitməz. Odur ki, çox uzatmadan, rayonun "səfasını sürən" icra başçısının, "gen-bol yararlandığı" rayonun sakinlərinə, xüsusilə də qazilərə, veteranlara münasibətinə diqqət çəkmək istəyirik. Bir neçə gün əvvəl Nizami rayonu Cəmşid Naxçıvanski 6. mənzil 62 ünvanında 32 ildir kirayə yaşayan birinci qrup müharibə əlili Quliyev Atif Əyyub oğlu "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, rayon rəhbərliyinin laqeydliyi ucbatından cana doyduğunu bildirdi. Qazi müraciətində qeyd edir ki, "Naxçıvan qeydiyyatında olsam da, 32 ildir geniş tərkibli ailəmlə birlikdə Nizami rayonu ərazisində kirayədə yaşayıram. İllərdir yaşadığım rayonun ərazisində mənə torpaq sahəsi ayrılması üçün dəfələrlə Nizami rayon icra hakimiyyətinə müraciət etmişəm. Bugünə qədər də müraciətlərim nəticəsiz qalıb. İcra hakimiyyətində mənə deyirlər, "başçı bu vəzifəyə gəlməyib ki, vətəndaşlara xidmət eləsin"." Atif Quliyevin narazılıqlarını daha ətraflı öz dilindən aşağıdakı linkdə izləyək :

Qeyd edək ki, qazinin iddiaları ilə bağlı tərəfimizdən ötən həftə Nizami rayon icra hakimiyyətinə rəsmi sorğu göndərilib, lakin hələ də cavabsız qalıb. Sizin bu uzunmüddətli susmağınızı necə qiymətləndirək, hörmətli Coşqun müəllim? Rayonun ərazisində "görülən işlər" və Coşqun Cəbrayılov fəaliyyətinin görünməyən tərəfləri barəsində daha ətraflı növbəti yazımızda təqdim edəcəyik. Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Ardını oxu...
Milli Məclisin plenar iclasları nə qədər sakit görünsə də, əslində, bəzi deputatların "saman altından su yeritmələri" salondan deyil, elə jurnalistlərin əyləşdiyi foyedən də aydın görünür.

Mia.az-ın məlumatına görə, adətən savadsız, nitq qabiliyyəti kasad, fikirləri dolaşıq və ya "lal deputat"lar heç vaxt əks üstünlüyü olan deputatları həzm edə bilmir. Onların bir çoxu Milli Məclisə savadını, ölkəyə töhfəsini deyil, dəcəl və ya ərköyün uşaqlar kimi saatını, geyimini, maşınını göstərməyə gəlir.

Məsələn, bir ara saytlarda Milli Məclisin plenar iclaslarına qatılan bəzi deputatların layihə müzakirələrindən daha çox, fotosessiya etmələri haqda xəbərlərlə tirajlanmışdı. O xəbərdən sonra bir çox deputatlar özlərini yığışdırsa da, bəziləri hələ də kəmhövsəlilik edir, yaxud fitrətindəki kin-küdurəti, qısqanclıq və yaltaqlıq duyğularından vaz keçəmmir.

Hələ bir qrup deputat var ki, həmkarları çıxış edərkən, öz arşınları ilə guya onlara "ilişir", yaxud uşaq kimi çığallıq edərək yerdən müdaxilə etməyə, kiminsə sözünü kəsməyə, yaxud həmkarının fikrini yayındırmağa can atır.

Mia.az-ın məlumatına görə, belə deputatlardan biri də İmamverdi İsmayılovdur. O, çıxışa hazırlaşan, yaxud yenicə başlamış deputatların fikirini bitirməmiş yerdən "artıq bəsdir, yorulduq, səsə qoyulsun" sözlərinə artıq vərdiş edib. Bilmək olmur, o, bununla 30 il qapazladığı mandatdan yorulub, yoxsa parlamentdən?

Bəlkə bilmədiyimiz başqa nəsə var?

Hər halda 1958-ci il təvəllüdlü deputatın özünü 2008-ci ilin yeniyetməsi kimi aparması anlaşılan deyil.

Belə yerdə rəhmətlik Cəlal Əliyev yada düşür. Axı, o, vaxtilə belə deputatlara əla dərs verirdi..

Deyəsən, belə getsə, İmamverdi İsmayılov da dərsdə danlanan və ya güncə qoyulan dəcəl şagirdin "dramı"nı yaşayacaq...

Samir MUSAYEV

MİA.AZ
Ardını oxu...

DogruXeber.az: - Azərbaycanda təhsilin məlum durumunu hamımız yaxşı bilirik. Orta məktəblər gözümüzün qarşısında, direktorların əməlləri, aldıqları-verdikləri məlum, ali təhsilə qəbul zamanı biabırçı qəbul balları ortada, kolleclərdəki sistemsizlik və sairə barədə nə qədər istəsəniz danışmaq olar.

Bütün bunlarla yanaşı təhsilin çox vacib bir hissəsi də var ki, bunun adı - Peşə Təhsilidir.

Yəni müasir dövrün tələblərinin birləşdiyi, bütün dünya dövlətlərinin hazırda əsas diqqət mərkəzində saxladığı, inkişafın çıxış yolu hesab olunan və Azərbaycan kimi ölkələrə hava, su kimi lazım olan peşə təhsili.

Niyə Azərbaycan kimi ölkələrə peşə təhsili daha çox lazımdır? Çünki biz qeyri neft sektorunu inkişaf etdirməliyik ki, zamanla neftdən asılılığımız azalsın, sənaye, istehsalat sahələri yaradılsın və burda işləyən bacarıqlı işçi qüvvəmiz formalaşsın. Bu qüvvə də peşə təhsili məktəblərində hazırlanmalıdır.

Dövlət son illərdə peşə təhsilinin inkişafına olmazın pulunu xərcləyir, avadanlıqlar alınır, gənclərin bu sahəyə marağını artırmağa çalışır, amma icraedici qurumlar bunu heçə endirməkdə davam edir.

Uzun müddətdir Azərbaycanda peşə təhsili sistemini, burda baş verən yaxşı və neqativləri araşdırmaqda davam edirik.

Bu günə kimi çoxlu sayda qaranlıq qalan suallara cavab axtarmaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinə saysız sorğular göndərmişik. Gec də olsa sorğulara cavab verilib.

Cavabların da hamsı peşə təhsili qanunundan, təlimatdan çıxarışlar formasında olub - "bu belədir, o da belə, təlimat bunu deyir, qanun da onu", vəssalam.

Yəni, bunu cavab hesab etmək olmaz. Çünki, faktlar kifayət qədər ciddidir və araşdırılmaq üçün əsaslar yaradır. Təbii ki, rəsmi qurumdan bundan başqa cavab gözləmək də mümkün deyil. Durub deməyəcək ki, filan peşə məktəbində filan problemimiz var. Bu gün elə bir qurum yoxdur ki, problemini etiraf etsin.

Bütün bunlara rəğmən bu araşdırmalar zamanı saysız faktlar toplanıb, bununla bağlı sistemli, ətraflı məqalələr yazılacaq.
Amma bu dəfə fərqli bir vəziyyət barədə "yol üstü" rastlaşdığımız, qısa araşdırma zamanı ortaya çıxan olduqca maraqlı bir hadisə barədə yazacam.

Çünki bu faktları insanlar, cəmiyyət bilməlidir. İnsanlar anlamalıdır ki, övladları harda, kimin nəzarəti altında və hansı şəraitdə təhsil alır. Hələ bu böyük marağın artdığı Peşə Təhsili sistemidirsə...

Beləliklə başladıq!

Bu günlərdə sosial şəbəkələrdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Vüsal Hüseynov adlı təlim ustasının bir videosu yayılıb. Videoda Vusal adlı bu şəxs açıq aşkar bildirir ki, onu işdən çıxarıblar və üstəlik intihar həddinə də çatdırıblar. İlk öncə onu deyim ki, peşə məktəblərində intihar həddinə çatdırılan xeyli sayda müəllim və təlim ustaları var və bu şəxslər artıq beziblər. Əksər peşə təhsili müəssisələrində vəziyyət eynidir. Bu barədə də gələcək məqalələrdə geniş, ətraflı və adlarla məlumat verəcəm.

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin işdən çıxarılan Vüsal Hüseynov adlı ustası videoda onu işdən çıxaran şəxsin adını çəkir - Direktor əvəzi Əlağa Kərimov...

Qısa xatırlatma edim - Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Bakıxanovda (keçmiş Razin) yerləşir. Bu Mərkəzdə baş verənlər barədə peşə təhsilində işləyənlər yaxşı xəbərdardır. Üstəlik bu barədə ölkə mətbuatında xeyli məlumatlar da yer alıb.

Qısacası, Mərkəzin əvvəlki direktoru Mətləb Hüseynov adlı şəxs, əlaltəları ilə birlikdə təhsil ocağını çapıb talayıb və iş hazırda məhkəmədə araşdırılır. Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. 2 ilə yaxındır davam edən məhkəmə çəkişməsi hələ də davam edir. Yaxın günlərdə bitməsi gözlənilir.

Elə bu səbəbdən də Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi direktorsuz qalıb. Yəni, qanuna görə, məhkəmə davam etdiyi üçün təhsil ocağına direktor təyin edilməyib və qanunla bu müddətdə edilə bilməz.

Başqa bir xatırlatma - Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin qəbulu mərkəzləşmiş imtahan və müsabiqə qaydaları ilə həyata keçirilir. Yəni, direktor, müavin olmaq üçün imtahan verməlisən.

Amma, 2025-ci ilin yanvar ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, yəqin ki, Ceyhun Kərəmov Əlağa Kərimov adlı şəxsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor səlahiyyətlərini icra edə biləcək qədər ödülləndirərək təyinat həyata keçirib. Yəni, Əlağa Kərimov dolayısı ilə imtahansız, müsabiqəsiz müvəqqəti direktor əvəzi təyin edilib.

Hansı ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2025-ci ildə direktor vəzifəsi üzrə işə qəbulun müsabiqə əsasında aparılacağı peşə təhsili müəssisələrinin və vakansiyalarının siyahısında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nə direktor, nə də direktor müavinləri postu vakant vəzifə olaraq çıxarılmayıb. Üstəlik qəbul elanı yanvar ayında verilib, nəticələr də hələ bəlli deyil.

Əlağa Kərimov da yanvar ayında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi və ya birinci müavin təyin olunub. Yəni, bu hal təsdiq edir ki, bu postlar üçün nəinki (direktor və ya müavin vəzifələrinə) imtahan verilməyib, ümumiyyətlə, post vakant olaraq çıxarılmayıb. Elə isə bu təyinatın hansı əmrlə, hansı qayda və qanuna əsaslandırılaraq verilib?

Bu barədə də daha sonra...

Hələliksə, gəlin Əlağa Kərimovun kim olduğunu, bu vəzifəyə hardan gətirildiyini və bu post üçün nə qədər təcrübəyə malik olub-olmadığını bilək.

Qısa araşdırma zamanı bəlli olur ki, Əlağa Kərimov Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri olaraq işləyib. Abşeron Binə Peşə Liseyində keçirilən tədbirlərin foto və videolarına baxdıqda bu açıq-aydın bəlli olur. Nə deməkdir dərs hissə müdiri? Bir qədər bunu aydınlaşdırım ki, qaranlıq heç nə qalmasın.

Peşə təhsili sistemində dərs hissə müdiri vəzifəsinə təyinat imtahansız həyata keçirilir və direktorun əmri ilə təsdiqlənir. Yəni bu vəzifə direktor, müavin kimi imtahan və müsabiqə tələb etmir, direktorun əmri və istəyi ilə həyata keçirilir.

Dərs hissə müdiri dərs saatlarının bölünməsinə və sair kimi işlərə nəzarət edir. Yəni, rəhbər vəzifə deyil. Əlağa Kərimov da bu posta Abşeron Binə Peşə Liseyinin direktoru tərəfindən təyin olunub. Yəni, direktor və ya müavin olaraq heç vaxt işləməyib, bu işdə təcrübəsi də yoxdur. Və nəhayət bu ilin yanvar ayında gözlənilmədən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin olunub.

Oluna bilərmi? Qanun və qaydalar buna imkan verirmi? Əgər elədirsə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi imtahanın effektivliyi, şəffavlığı hara getdi?

Ən nəhayət, Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri işləyən Əlağa Kərimov necə oldu ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin olundu?

Elə ən böyük sual da budur...

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hər kəs danışır ki, Əlağa Kərimov bu posta Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbovun dəstəyi ilə gətirilib.

Daha bır xatırlatma: Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2018-ci ilin noyabrında sabiq Baş nazir Novruz Məmmədovun qərarı ilə təsdiqlənib. Qərara əsasən Aviasiya Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və Abşeron Binə Peşə Liseyi də bu Mərkəzə birləşdirilib.

Rəsmi mənbələrdə qeyd olunur ki, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki "Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"ni dövlət qeydiyyatına alıb. Mərkəzə də Fizuli Talıbov direktor təyin edilib. Yəni, Fizuli Talıbov hazırda bir Mərkəzin və bir neçə peşə məktəb və liseyin direktorudur. Bir sözlə, əli uzun adamdır.

Elə buna görə də, yəqin ki, F.Talıbov çalışıb ki, sahibsiz qalan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də öz nəzarətinə alsın. Görünür istəyinə çatıb da. Hələ Abşeron Binə Peşə Liseyində yayılan başqa bir məlumatda qeyd olunur ki, Əlağa Kərimovun bu posta aparılması üçün Fizuli Talıbov həmişə hər yedə adını çəkmədiyi qohumu kimi qələmə verən generaldan dəstək alıb.

Deyilənə görə, bu generalla qohum olan Fizuli Talıbov hər kəsi onunla qorxudur.

Bildirilir ki, Fizuli Talıbov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Arzu Rəhimovla qudadır və bütün gücü, dəstəyi də guya ondan alır.

Ən nəhayət, peşə təhsili Məkrəzlərinin koridorlarında pıçıltı ilə eşidilən məlumata görə, Əlağa Kərimovun Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə əvvəlcə direktor əvəzi, daha sonra direktor təyinatı üçün "təşəkkür" də edilib.

Yəqin ki, hörmətli, gənc kadr Ceyhun Kərəmov buna aydınlıq gətirəcək və səslənən iddialara hansısa cavabı olacaq. Gənc və perespektivli kadrlar haqqında belə iddiaların səslənməsi həqiqətən də ürəkaçan deyil. Amma ortada olan hallar, imtahansız təyinat açıq qalmış müəmmalar kimi görünür, pıçıltılar üçün əsas yaradır.

Təəssüflər olsun ki, belə söz-söhbətlər danışılır və aidiyyatı qurumlar buna cavab vermək əvəzinə bəzən susmağa üstünlük verirlər.

Başqa bir maraqlı nüansı da qeyd edək.

Sosial şəbəkə platformalarında Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbov barədə çoxsaylı xoşagəlməyən fikirlərə də rast gəlinir.

"Youtube" platformasında onlarla video və narazı insanlar onun insanları necə işdən çıxartdığını, kimlərlə və necə qorxutduğunu açıq aydın danışırlar, kömək istəyirlər. Hər kəs bu sualı verir - bir təhsil Məktəzinin direktoru haqqında səslənən fikirlər, onun əməlləri, narazı insanların müraciətləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tərəfindən niyə araşdırılmır

Həqiqətənmi, qurum rəhbəri bu faktları, şikayətləri görmür?

Bu zaman suallar da yaranır, həqiqətənmi bir neçə ildir Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işləyən Ceyhun Kərəmov Peşə Təhsili Mərkəzlərinə bacarıqlı, təcrübəli kard formalaşdıra bilməyib?

O qədər təcrübəli, bu sahəni bilər, illərini bu sahəyə qoyan peşəkarları niyə yola salıb, narazı qoyub uzaqlaşdırıblar?

Peşə Mərkəzlərinin "Facebook" səhifələrinə diqqət etdikdə onların necə idarə olunduğu, direktorların hansı təcrübəyə malik olduqları açıq aydın görünür.

Təsəvvür edin, Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Abşeron Binə Peşə Liseyinin sosial şəbəkə platformalarında onlarla tədbir videosu var, amma heç birində Mərkəz rəhbəri Fizuli Talıbovun səsi gəlmir. Bir kəlmə belə danışmır.

Videolardan birində görünür ki, hər səhər tələbələr sıra düzülüşündə hərbi müəllimin "düzlən, fərəqət, azad" komandası ilə salamlaşır. Sırada da qadın müəllimlər, təlim ustaları dayanır. Onlar da bu hərəkətləri təkrarlamaq zorundadır. Abşeron Binə Peşə Liseyi hərbi təmayülli məktəbdir, yoxsa texniki lisey?

İndi bu məktəbin dərs hissə müdiri olmuş Əlağa Kərimovu imtahansız, olduqca böyük Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edib "düzlən, fərəqət, azad" əmrlərini buramı daşımaqmı istəyirsiz? Budurmu, sizin uğurlu Peşə siyasətiniz, Ceyhun Kərəmov? Bu kadrlarla peşəkar peşəçilər hazırlamaq istəyirsiz? Açığı deyim, mümkün deyil...

Məlumata görə, imthanlardan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun əmri ilə imtahan verməyən Əlağa Kərimov Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyinatı gözlənilir.

Bununla da onsuz da illərdir şübhə ilə yanaşılan "imtahan"lar məsələsinə son nöqtə qoyulacaq! İmtahansız direktor təyinatı varsa, deməli, imtahan daha lazım deyil...

Nə deyək, bazar olsun! // mediatv.az

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Dünyapress TV

Xəbər lenti