Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.
XALQ.-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.
Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.
Tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız fəaliyyət göstərən sosial şəbəkədə kosmetoloq_ sekine adı ilə reklam edən Səkinə Zamanovadır. Araşdırmalarımız nəticəsində kosmetoloq Səkinə Zamanovanın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.
İddialara görə özünü həkim kimi təqdim edən Səkinə Zamanova tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.
Səkinə Zamanova müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.Səkinə Zamanova necə lisenziyası, sertifakatı olmadan bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?
Məsələ ilə bağlı kosmetoloq Səkinə Zamanova əlaqə saxladıq. Əməkdaşımıza heçdə həkimə yaraşmayan tərzdə cavab verərək “siz kimsiz araşdırma aparırsız, gedin işinizlə məşgul olun” deyərək dəstəyi asdı. Daha sonra həyat yoldaşı əlaqə saxlayıb Səkinə Zamanovanın tibbi təhsili və sertifakatı olmasını bildirib lazımi qurumlara məlumat verilib deyə qeyd etdi.
Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır. XALQ.-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.
Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var. Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Səkinə Zamanova haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.
Son vaxtlar döblət satınalmalarının portalında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssələri, rayon Mərkəzi Xəstəxanaları hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender və kotirovka sorğularının nəticələrini dərc edir.
Qeyd edək ki, 14.04.2025-ci ildən 22.05.2025-ci ilə qədər “BT TEXNO SERVİS” MMC 23 satınalma müsabiqəsinin qalibi seçilib. Müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə ayrı-ayrı tibb müəssilərinin bu şirkətlə bağladıqları müqavilələr xüsusilə diqqət çəkir. Məsələn MMC “Sabunçu Tibb Mərkəzi” PHŞ və tabeliyində olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə 337.294,85 manat, “Şirvan şəhər mərkəzi xəstəxanası” ilə 219.668,8 manat, “Mərkəzi Neftçilər Xəstəxanası” müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə görə 152.697,9 manat dəyərində müqavilələr bağlayıb. Burada tibbi tullantıların miqdarı nə qədər olur ki, daşınması və zərərsizləşdirilməsinə bu qədər dövlət vəsaiti xərclənir? Bunun əvvəlcədən necə müəyyən edildiyi artıq suallar doğurur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BT TEXNO SERVİS” (VÖEN: 2000615511) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.03.2006-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL ŞIXLİNSKİ, ev 38, m. 82, qanuni təmsilçisi kimi isə Bağırov Kamran Kamil oğlu qeyd olunub. Reyestr məlumatlarında MMC 2006-cı ilə qədər TAM ORTAQLI RTZ FİRMASI kimi fəaliyyət göstərib. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Babayev Nəsrulla Natiq oğlu olub. Daha sonra Məmmədov Zabit İlyas oğlu 2018-ci ilə qədər, ondan sonra Ağayev Rahim Fazil oğlu MMC-nin qanuni təmsilçiləri iolub.
Bununla bərabər xəstəxanaların qalib seçdiyi şirkətlərdən biri də “ECO LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyətidir ki, 11.04.2025-ci ildən 22.05.2025-ci ilə qədər 7 satınalmanın qalibi seçilib. Şirkətin rəsmi portalında qeyd olunur ki, ECO Logistics & Waste Management MMC 2018-ci ildə fəaliyyətə başlamışdır. Məqsəd və fəaliyyətinə uyğun olaraq şirkətimiz 2023-cü ildə rebrendinq edərək xidmət standartlarını yüksəltmişdir. Daim böyüməkdə olan şəbəkəmiz və xüsusi agentlər vasitəsilə müştərilərilərimizə tam çeşidli logistik xidmətlər göstəririk. Müxtəlif sinifli təhlükəli, bərk, tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə yanaşı ətraf mühitin qorunması, çirklənməsinin qarşısının alınması şirkətimizin prioritet vəzifələrindədir.
Bu MMC-lərin müvafiq tələblərə cavab verən işçi qüvvəsində tullantıların daşınması və zərərsizləşdirilməsi sahəsində təcrübəli operatorlarının, təchizatçının şəxsi mülkiyyətində olan yandırma qurğusunun olub,olması artıq sual altındar.
Apardığımız ətraflı araşdırmalar zamanı məlum oldu ki, ötən il müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsni TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi həyata keçirib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “AZLOGİSTİKA and MANAGEMENT SERVİCES” Açıq Səhmdar Cəmiyyəti Cəmiyyəti ilə bir mənbədən satınalma metodu tətbiq etməklə 2.622.898,1 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 28.08.2024-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 26.08.2024-cü il, bitmə tarixi 28.02.2025-ci ilə müəyyən edilib.
Apardığımız araşdırma zamanı məlum oldu ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “LV SHIPPING CASPIAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.920.484 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 06.04.2023-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 03.04.2023-cü il, bitmə tarixi 30.06.2024-cü ilə müəyyən edilib.
Bundan əlavə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə “LV SHIPPING CASPIAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.395.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 05.04.2022-ci ildə dərc edilib. Müqavilənin başlanma tarixi 30.03.2022-cü il, bitmə tarixi 31.12.2022-cü ilə müəyyən edilib.
Satınalmaların portalında dərc edilmiş məlumatlardan da göründüyü kimi 05.04.2022-ci ildən 28.08.2024-cü ilə qədər TƏBİB-in tabeliyinə olan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınmasına ümumi olaraq 29 938 382 manat dəyərində müqavilələr bağlanılıb. Bu vəsitlərin həqiqətən də tibbi tullantıların daşınması və zərərsizləşdirilməsnə xərclənməsinə adamın heç inanmağı gəlmir. Burada TƏBİB rəsmilərinin də ciddi məbləğdə payı olduğu açıq-aşkar görsənir.
Adı son zamanlar müxtəlif qalmaqallarda hallanan "AAAF park" yaşayış massivində növbəti özbaşınalıq.
TEREF xəbər verir ki, bu dəfə video fakt xalq.online tərəfindən paylaşılıb və qeyd olunur ki, qanunlardan bixəbər ünvan olan "AAAF PARK"da Alışan adlı şəxs tərəfindən özbaşına tikinti işləri həyata keçirilir.
Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəbər"ə açıqlama verib və baş verənləri danışıb.
Gundeminfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda paytaxtın 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyeva müəllimdən keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyini tələb edib. Müəllim buna etiraz etdiyi üçün direktor onu hədələyir.
Səs yazısında adı keçən məktəbin müəllimi Lalə Şəfaqətova deyib ki, direktor Afaq Əliyevanın işdən çıxan keçmiş direktor müavini ilə şəxsi problemləri olub.
Digər müəllimləri də bu münaqişəyə cəlb edib. Direktor bütün müəllimlərə məhkəmədə Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etmələri üçün təzyiq edib.
Keçmiş direktor müavini Svetlana Hüseynova bildirib ki, işdə olduğu dönəmlərdə direktorun bir neçə qanunsuz əməllərini aşkar edib. Aralarındakı problem də elə bundan sonra başlayıb.
Svetlana Hüseynova bildirib ki, müəllimlər işdən çıxarılmaqdan qorxduqları üçün direktorun dediklərini etməyə məcbur olublar.
Səslənən iddiaları aydınlaşdırmaq üçün televiziya əməkdaşları paytaxtın Nizami rayonunda yerləşən məktəbə üz tutublar. Amma içəri buraxılmayıblar.
Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən bildirilib ki, 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. O da qeyd olunub ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Xəbər verdiyimiz kimi Biləcəridə yaşıl ağaclar kəsilir.
Biləcəri qəsəbəsinin bir çox ərazilərində rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi işçilərinin ağacları budamaq adı altında gizli şəkildə kəsərək “yoxa” çıxartmaları barədə ölkə mətbuatında bir neçə dəfə məlumatlar dərc edilib.
Ancaq dərc edilən məlumatlardan sonra nədənsə aidiyyatı qurumlar Mənzil-Kommunal Təsərrüfatı Birliyi işçilərinin ağac kəsməkməsələsini ört-basdır edilər.
XALQ-ın əldə etdiyi məlumata görə iddia olunur ki, Binəqədi rayonunda və onun qəsəbələrində kəsilən ağacların bir hissəsi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi işçilərinin payına düşür.
İddia olunur ki, Elmin Zamanovun rəhbərlik etdiyi Binəqədi MKTB işçilərinin yol qırağında bəzi ağacları kəsmələrinin əsas səbəbi bu məsələdə rayon icra hakimiyyətinin birbaşa maraqlı olması ilə bağlıdır.
Bildirilir ki, icra hakimiyyətinin tapşırığı ilə Binəqədi MKTB rəisi Elmin Zamanov obyekt üçün yararlı əraziləri “kəşf” edərək budamaq adı altında həmin yerdəki ağacları gizli şəkildə yoxa çıxartdırır.
Həmçinin iddia olunur ki, Biləcəri qəsəbəsində meşəlik ərazisində yaşıl ağaclar kəsilərək mebel sexlərinə satılır.
Mənbə qeyd edir ki, Binəqədi rayonunda qanunsuz tikintilərə bir neçə məmur nəzarət edir. Onlardan biri də məhz rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Elmin Zamanovdur.
Məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Elmin Zamanov açıqlamasında bildirib ki, videoda göründüyü kimi xüsusi-geyimdə olan şəxslər bizim əməkdaşlar deyil., bu məsələdən heç bir məlumatımız yoxdur, bizim əməkdaşlar ağac kəsmir. Ağac kəsimi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Lakin görüntülərdə də görünür ki, Biləcəri qəsəbəsi Natavan küçəsində səkidə olan yaşıl agaclar yerindən çıxarılaraq yük avtomobilənə yüklənir və ərazi xüsusi geyimli şəxslər tərəfindən təmizlənir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir açıqlama almaq mümkün olmadı.
Qurumlarında mövqeyini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, 2018-ci ildən isə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı isə Elxan Allahverdiyevdir.
Paytaxtın Nəsimi rayonunda qanunsuz tikinti zamanı səkini belə zəbt etdilər.
XALQ məlumat verir ki, Nəsimi rayonu Mirmahmud Kazımovski küçəsində iki mərtəbəli qanunsuz obyektin tikintisinə niyə icazə verirlib.? Qanunsuz tikintilərə “yaşıl işıq” yandıran dövlət qurumlarından biri də Nəsimi rayon icra hakimiyyətidir.
Sosial platformada və mətbuatda mütəmadi Nəsimi rayonu ərazisində yaşıl ağacların kəsilməsi və qanunsuz obyektlərin tikintisi ilə bağlı yazılar dərc olunur. Lakin belə məsələlərə aidiyyatı qurumlar heç bir lazimi tədbir görmür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Nəsimi rayonu M. Kazımovski küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.
Məsələ ilə bağlı Nəsimi r rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.
Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
Azərbaycanda bəzən yüksək vəzifələrə, hamı üçün əlçatan olmayan məmur bürokratiyası mexanizmləri vasitəsilə yüksələn şəxslərə rast gəlinir. Lakin elə məmurlar da var ki, hakimiyyət sistemində o qədər məharətlə fəaliyyət göstərirlər ki, onların irəliləyişləri ictimai diqqətdən kənarda qalır. Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyev məhz belə simalardandır. Onun ilkin dünyagörüşü doğulduğu Naxçıvanın məşhur Nehrəm kəndində formalaşıb. Bu kənddən çıxanların bir qismi ölkənin siyasi sferasında, biznes sektorunda əhəmiyyətli yerlər tutub. Buna görə də Mehdiyevin yüksəlişi təkcə şəxsi karyera kimi yox, həm də regional faktorlarla əlaqləndirilir…
53 yaşlı S.Mehdiyev Türkiyənin Egey Universitetində iqtisadi əlaqələr, sonra Bakı Dövlət Universitetində hüquq təhsili alıb, daha sonra İqtisad Universitetində magistr dərəcəsi əldə edib. 2000-ci illərin əvvəllərindən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayıb. 2004-cü ildə sədr müavini, 2006-cı ildə aparat rəhbəri, 2014-cü ildə yenidən sədr müavini və nəhayət, 2018-ci ildə komitəyə rəhbər təyin edilib.
Bu yüksəlişin əsas dayağı DGK-nın keçmiş şefi, general Aydın Əliyev hesab edilir. Amma sonradan məlum oldu ki, Səfər Mehdiyev Komitədə öz avtoritetini qurmaqla kifayətlənməyib, qurum daxilində şəxsi komandasınını da yaratmağa nail olub... İslahat görüntüsü arxasındakı reallıq
2018-ci ildə Prezident tərəfindən DGK sədri təyin olunandan sonra Mehdiyev ilk açıqlamasında belə demişdi: “Gömrük sistemində şəffaflıq təmin olunacaq, rüşvətə yer olmayacaq”.
Amma bu vədlər sonrakı illərdə sosial şəbəkələrdə və mediada satirik formada tez-tez xatırlanacaqdı. Çünki reallıq tam fərqli idi – gömrük sistemində rüşvət mexanizmləri daha da sistemləşdirilmişdi. Sahibkarlar gömrük keçid məntəqələrində sonsuz “gizli tariflər” və qeyri-rəsmi ödənişlərlə üzləşirdilər. Dövlət Gömrük Komitəsinin gəlirlərinin artmasına baxmayaraq, bu artım idxal edilən real mal həcmi ilə uzlaşmırdı. Yəni, dövlət büdcəsindən milyonlarla manat vəsait yayındırılırdı...
Mehdiyev isə medianı aktiv şəkildə yönləndirir, islahatçı imicini yaratmağa və qorumağa çalışırdı. Çıxışlarında rəqəmlərlə manipulyasiyalar edir, gömrükdə “dönüş yaratdıqlarını” iddia edirdi. Halbuki sahibkarlar üçün gömrük keçid məntəqələri daha çox rüşvət qapısı, yük daşıyıcıları üçünsə “əlavə xərclərin mənbəyi” idi.
DGK-da Mehdiyevin təyin etdiyi kadrların əksəriyyəti özünün doğulduğu regiondan, hətta həmin kənddən idi və onlara mühüm vəzifələr etibar olunurdu. Bu təyinatların “qapalı bir sistem” qurmaq məqsədi daşıdığı iddia edilirdi. Bu baxımdam sadiqlik və sədaqətin peşəkarlıqdan önəmli olduöu bildirilirdi.
Səfər Mehdiyevin dövründə gömrük sistemində davam edən problemlər təkcə sosial şəbəkələrdə deyil, hüquq-mühafizə orqanlarının əməliyyatlarında da öz əksini tapdı. Sahibkarların şikayətləri bəzi gömrük prosedurlarının daha da mürəkkəbləşməsi, əlavə gizli haqların tələb olunması, vəsaitlərin yayındırılması və rüşvət sisteminin genişlənməsi barədə idi.
İqtisadi tədqiqatlar göstərir ki, o dövrdə gömrük rüsumlarından dövlət büdcəsinə daxil olan gəlirlər artmasına baxmayaraq, bu artım ölkəyə idxal edilən malların həcmilə uyğun gəlmirdi. Bu isə Mehdiyevin xələfi Aydın Əliyevin dövründə genişlənən problemləri həll edə bilmədiyini göstərirdi.
Dövlət Təhlükəsizlik Xidmətinin 2022-ci ildə həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar da bunu təsdiqlədi. İrimiqyaslı həbslər DGK daxilindəki şəbəkənin Mehdiyevin dövründə də böyük korrupsiyaya əməliyatları həyata keçirdiyini, rüşvət və qaçaqmalçılığa şərait yaratdığını aşkara çıxardı. Bu əməliyyatlar ictimaiyyətdə həm böyük rezonans doğurdu, həm də struktur dəyişikliklərinin labüdlüyünü göstərdi. Bu kontekstdə Səfər Mehdiyevin islahatçı imici də tamamilə illüziya şəklini aldı.
Səfər Mehdiyev dövründə yaxınlarının biznes fəaliyyəti
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə rəhbər təyin olunması ilə eyni dövrdə onun yaxınlarının biznes fəaliyyəti də diqqət çəkməyə başladı. Bu bizneslərin əsasən gömrük sistemi ilə bağlı sektorlarla - idxal-ixrac, logistika, ticarət və “DutyFree” (gömrükdən azad zonalar) sahələrində fəaliyyət göstərməsi ciddi şübhələrə səbəb oldu.
Məlumdur ki, ölkəmizdə gömrük sistemi ilə bağlı şirkətlərə xüsusi imtiyazlar verilir. Belə ki, idxal-ixrac sahəsində işləyən şirkətlər gömrük rüsumları və prosedurlarının yumşaldılması, malların keçidinin sürətləndirilməsi, bəzi hallarda isə gömrük nəzarətindən qismən azad olunma hüququ qazana bilir. Bu cür imtiyazlar isə yalnız çox sıx əlaqələri olan şəxslərə və ya yüksək səviyyəli rəsmilərə yaxın adamlara verilir.
Səfər Mehdiyevin yaxınları məhz bu seqmentdə fəaliyyət göstərən “DutyFree.az”, “Vadi-4” kimi şirkətlər vasitəsilə böyük biznes şəbəkəsi qurmuşdular. Bu şirkətlər, təkcə gömrükdən azad ticarət zonalarında deyil, həmçinin idxal və logistika sahəsində də fəaliyyət göstərirdi. Məhz bu şirkətlər vasitəsilə rəsmi və qeyri-rəsmi şəkildə gömrük qanunlarının “yumşaldılması”, gömrük prosedurlarının manipulyasiyası həyata keçirilirdi.
Məlumatlara görə, “DutyFree.az” şirkəti gömrükdən azad zonalarda fəaliyyət göstərməklə yanaşı, gömrükdə malların saxlanılması və satışı sahəsində inhisarçı səlahiyyət əldə etmişdi. Bu isə sahibkarların həmin mallara çıxışını və rəqabət mühitini ciddi şəkildə məhdudlaşdırırdı. “Vadi-4” isə əsasən idxal-ixrac və logistika xidmətləri ilə məşğul olur, sahibkarlardan rəsmi sənədlərdə göstərilən qiymətlərdən kənar əlavə haqlar tələb edilirdi. Bu haqların böyük hissəsi isə məmurların cibinə gedirdi.
Bu isə həm də onu göstərir ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə yaxın çevrəsinə biznes şəbəkəsini gücləndirmək imkanı verib. Bu biznesin əsl sahibinin isə elə onun özü olduğu iddia edilir...
Gömrük Komitəsinin sədrliyindən getdikdən sonra da onun həmin dövrdə əldə etdiyi imkanlar hesabına yaratdığı biznesin başına keçdiyi bildirilir. Belə ki, Mehdiyevin hazırda inşaat, kənd təsərrüfatı, otelçilik və qida və logistika sektorunda geniş biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. Bu məqsədlə yaxınlarının adına çoxsaylı şirkərtlər yaratdığı bildirilir. məsələn, “APF Group” MMC bunlardan biri kimi gpstərilir. Şirkətə Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbərlik etsə də sahibinin Səfər Mehdiyev olduğ qeyd edilir. Şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlaması da Mehdiyevin əlaqələri ilə izah olunur. Necə deyərlər, məmur kimi “qazandığını” biznesmen kimi xərcləməyə başlayıb.
Nəhayət, şəxsi keyfiyyətlərinə gəlincə, S.Mehdiyevin Yol Patrul Xidməti əməkdaşı ilə dialoqunu əks etdirən məşhur videogörüntülər onun da “islahatçı məmur” imicindən nə qədər uzaq olduğunu, daha çox “harınlamış məmur” təbəqəsinə yaxın olduğunu göstərdi. Özünün bahalı, lyuks avtomobilindən düşərək, onu saxlayan polis əməkdaşını aşağılayan, özünü ”general Mehdiyev” kimi təqdim edən, sonra da maşınına oturub yoluna davam edən gömrük rəisi bir daha Azərbaycanda məmur mədəniyyətinin səviyyəsini göstərmiş, yekəxana məmurların qanuna, hüquqa saymaz münasibətinin, həmçinin, ölkəmizdə “qanun hamı üçün eynidir” tezisinin nə qədər deqradasiyaya uğradığını və gülünc forma aldığını isbatlamışdı...
Bir sözlə, Səfər Mehdiyevin rəhbərliyi dövründə də gömrük sistemindəki korrupsiya və rüşvətlə bağlı problemlərin həll olunmaması ölkə iqtisadiyyatına ciddi zərər vurdu. Bu, sahibkarların, xarici investorların ölkəyə investisiya qoymaqdan çəkindirən ən mühüm faktorlardan biri oldu.
Bu situasiyanın dəyişməsi üçün həm qanunvericilik səviyyəsində islahatlar, həm də rəhbərlikdə ciddi dəyişikliklər zəruri idi. Səfər Mehdiyevdən sonra da davam edən bu “sistemin” dəyişməsi, gömrükdə hamı üçün bərabər imkanların yaradılması və “yad sahibkarlara” qarşı düşmən münasibətin aradan qaldırılması öz aktuallığını qoruyur...(Azpolitika.info)
Bu gün 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı insident baş verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, saat 10:30 radələrində VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) mübahisə zamanı yüngül xəsarət yetirib.
Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.
Zərdab rayonunda meşə zolağı prezidentin sərəncamı ilə məhv edilib?
Sual olaraq oxuyanda belə təəccübdən adamın gözləri böyüyür. Amma nə qədər təəccüblü olsa da bu sözləri Zərdab rayonunun Yuxarı Seyidlər kəndində Kürqırağı ərazidə Tuqay meşə zolağının demək olar ki, axırına çıxan "Körpü-Bina-Tikinti" MMC-nin məsul əməkdaşı Məhəmməd adlı şəxs özü şəxsən bizə deyib.
Məhəmməd bəy bunu niyə deyib biz danışaq, siz qulaq asın.
"DogruXeber.az" xəbər verir ki, redaksiyamıza Zərdab rayonunda böyük bir meşə zolağının məhv edilməsi ilə bağlı məlumat daxil oldu. Məlumatı dəqiqləşdirmək məqsədilə əməkdaşlarımız rayonun Yuxarı Seyidlər kəndinə gedib, deyilən ünvanda olub, vəzifəli şəxslərin bir zad özlərinin nəzarəti altında törədilmiş yaşıl terrorun nəticələrini lentə alıblar.
Qeyd edək ki, əldə etdiyimiz məlumata görə həmin ərazidə Dövlət Su Ehtiyatları Agentliyinin (DSEA) layihəsi əsasında suvarma üçün beton kanalın çəkilməsi nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsi isə ya təsadüfdənmi, ya məqsədli şəkildəəmi əvvəllər Meliorasiya və Su Təsərrüfatı ASC-nin, indi də ADSEA-nın tenderlərinin tez-tez qalibi olan Podratçı şirkət "Körpü-Bina-Tikinti" MMC həyata keçirir. Podratçı şirkətin sözügedən ərazidəki məsul şəxsi Məhəmməd bəyə bələdçiliyi isə Bıçaqçı, Sileyli və Yuxarı Seyidlər kəndlərinin Su mirabı işləyən Hüseyn Rəhmanov edir.
Bizə verilən məlumata görə, Hüseyn Rəhmanov da "Fürsət bu fürsət" deyib, mövcud durumu öz xeyrinə dəyərləndirməyə başlayıb. Belə ki, o, məhv edilmiş meşə zolağının bir hissəsini yavaş-yavaş öz pay torpaqlarına qatıb, təsərrüfat sahəsini genişləndirir.
Materialları əldə etdikdən sonra "DogruXeber.az" informasiya agentliyinin direktoru Kamal Əsgərov adı çəkilən tərəflərin də mövqeyini öyrənmək məqsədilə birinci növbədə podratçı şirkətin məsul şəxsi olduğu deyilən Məhəmməd bəyə zəng etdi. Məhəmməd bəy jurnalist adını eşidən kimi, "iş vaxtım bitib, mən cavab verə bilmərəm" deyib, cavab tapa bilmək üçün növbəti günə qədər vaxt qazandı.
Hüseyn Rəhmanov isə Məhəmməd bəyə nisbətən biraz təcrübəsiz davrandı.
O, əvvəlcə bunun dövlət layihəsi olduğunu, podratçı şirkət olan "Körpü-Bina-Tikinti" MMC tərəfindən həyata keçirildiyini dedi. Sözügedən ərazilərin bir qismini öz pay torpaqlarına qatmasının dövlət layihəsi ilə nə kimi əlaqəsi olduğunu soruşduğumuzda isə o, gah bizə məlumat verəni, gah da bizi təhdid etməyə başladı. Belə olan halda onun danışdıqlarını bəyənməyib, özü danışmaq üçün telefonu onun əlindən alan, avtomobilinin bahalı nömrəsini səsləndirməklə güya "arxalı-dayaqlı" olduğuna işarə vuran, adını deməyə isə xeyli israrımızdan sonra güclə cəsarət edən, amma eyni zamanda bu işlərin harasında olduğunu, nə kimi aidiyyatı olduğunu bilmədiyimiz Məmmədov Səxavət adlı şəxs isə, Şirin kişi demişkən, "hərbə-zorba"dan birbaşa keçid elədi "dostluq əlaqələri"nə. Tanımadığımız müxbir tanışlarının adını çəkməklə, bizə "zeytun budağı uzadan" Səxavət bəy də Hüseyn Rəhmanovun ümidlərini doğrulda bilmədi. Beləcə söhbət bitdi.
Amma yoox, biz bitdiyini zənn etmişik.
Təsəvvür edin, aradan bir neçə dəqiqə keçdikdən sonra Hüseyn Rəhmanovun adını zorla aldığımız oğlu Elvin Rəhmanov zəng edib başladı el dilində desək, qabaqdangəlmişlik etməyə.
Özünü gah hərbiçi, gah, veteran, gah qazi kimi təqdim edən Elvin güya atasını təhdid etdiyimizi, buna görə atasının halının pisləşdiyini və xəstəxanaya düşdüyünü dedi.
Əvvəla, hərbi hissədə mülki sürücü işləyən Elvin Rəhmanovun sahib olmadığı qazi, veteran statusundan sui-istifadə etməyə çalışması, üstəlik bu statuslardan istifadə edərək, jurnalisti təhdid etməsinin özü qanuna zidd əməl hesab olunur.
İkincisi də ki, media nümayəndəsi tərəfindən ona verilmiş, meşə zolağının məhv edilməsi və fürsətdən istifadə edib, öz təsərrüfat ərazisini böyütmək barəsindəki sualına görə Hüseyn Rəhmanovun halının pisləşməsi, cavab vermək əvəzinə telefon dəstəyinin əldən-ələ keçməsi, buna görə jurnalistin təhdid edilməsi daha böyük şübhələr yaradır.
Yeri gəlmişkən, Xəlil Göyüşovun fikirləşmək üçün xeyli zaman əldə edən səlahiyyətlisi Məhəmməd bəyə ertəsi gün yenidən zəng etdik, bu dəfə isə o, elə cavab verdi ki...
Təsəvvür edirsiniz?
Məhəmməd bəy deyir ki, ölkə başçısının sərəncamı ilə ağacları məhv ediblər.
Deyir, "Bu dövlət layihəsidir və ölkə başçısının 2024-cü ilin may ayında verdiyi sərəncamda da deyilir ki, meliorativ tədbirlər zamanı ağacların kəsilməsi üçün icazə alınmır."
Məhəmməd bəy, bu meliorativ tadbir deyil. O, ağaclar köhnə, istifadəsiz kollektorun içində, yaxud ətrafında sonradan bitməyib, söhbət Tuqay meşə zolağından gedir. Qaldı ki, lap deyək ki, siz haqlısınız. Dövlət layihəsi məhz meşə zolağının yerin düşüb. Axı, elə olsaydı belə, ağaclar kəsilməli deyil, başqa bir əraziyə köçürülməli idi.
P.S: Yuxarıda qeyd etdiyimiz məlumatlar barəsində tərəfimizdən aidiyyatı üzrə dövlət qurumlarına göndərilmiş rəsmi sorğuların cavablarını gözləyirik.
62 №-li məktəb-liseyin direktorunun illik gəliri necə 300 min manata çatır? 1. Məktəbə gələn və ya gələcəyi gözlənilən yoxlamalar barədə əvvəlcədən məlumat alması və buna uyğun olaraq hazırlıqlı olması. 2. Elm və Təhsil Nazirliyinə edilən şikayətlərin yuxarı instansiyalara çatmaması üçün onların Mətanət Cabbarlıya geri qaytarılması və məsələlərin yerindəcə hədə-qorxu ilə “həll olunması”. 3. Məktəbdə boş yer olmadığı halda, şagirdlərin sistemdə əlaqəli şəxs vasitəsilə 500 manat müqabilində qəbul edilməsi. 4. Məktəbə qəbul olunacaq yeni şagirdlərin yoxlanışı zamanı zəif nəticə göstərənlərin qəbul edilməsi və həmin şagirdlərin yay aylarında direktorun şəxsi hazırlıq kurslarına yönləndirilməsi halları. 5. Şagirdlərin şəxsi işlərinə baxılaraq, valideynlərinin iş statusuna əsasən daim daha çox rüşvət verən müəllimlərin siniflərinə yerləşdirilməsi. 6. 5-ci bənddə qeyd olunan hallara sübut olaraq, direktora daha çox rüşvət verən müəllimlərin siniflərində qeydiyyatsız şəkildə 34 şagirdin yerləşdirilməsi halları baş verir. 66 yaşında olan bir müəllimin bu qədər şagirdə effektiv dərs deməsi real görünmür. Yoxlama gələn zaman isə bu şagirdlər müvəqqəti olaraq digər siniflərə göndərilir. Elm və Təhsil Nazirliyi bu vəziyyəti sistem üzərindən asanlıqla yoxlaya bilər. 7. Sistemdə manipulyasiya edərək, müəllimlərə "şagird gəlmir" deyə 19 və ya daha az sayda şagird göstərilir və buna əsasən ibtidai sinif müəllimlərinə siniflərin 1500-2000 manat müqabilində verilməsi həyata keçirilir. 8. İbtidai siniflərdə dərsdən sonra hazırlığın keçirilməsinə görə hər müəllimdən şagirdə görə 20 azn alınması. 9. Məktəbdə yığılan vəsait hesabına direktorun özü tərəfindən yaradılmış klublar, dərnəklər və kurslara, həmçinin digər şəxslərlə əlbir olaraq təşkil olunan idman zallarına şagirdlər məcburi şəkildə göndərilir. Sözügedən dərnəklər isə 3-cü şəxslərin adına rəsmiləşdirilərək fəaliyyət göstərir. Bunlara misal olaraq aşağıdakı qurumları göstərmək olar: Empati Education Center, Açar Xüsusi Qayğı Mərkəzi, Açar Tədris Mərkəzi, Empati Kid Center (əlaqəli şəkillər əlavə edilmişdir) 10. Demək olar ki, hər il bütün yaş qrupları üzrə siniflərdə “venetka” (buraxılış albomu) çəkilir və hər şagirddən ödəniş alınmaqla yanaşı, şəkil çəkən şirkətdən də əlavə rüşvət tələb olunur. 11. “Qırmızı Xaç” Cəmiyyəti adı altında məktəb müəllimləri və şagirdlərindən uşaq bezləri toplanaraq, sonradan direktorun nəzarətində olan şəxsi dərnəklərə daşınması.. 12. İbtidai sinifdən yuxarı sinfə keçid zamanı lisey bölməsinə daxil olmaq üçün nəticələri zəif olan şagirdlərin valideynlərindən 300–500 manat məbləğində ödəniş tələb edilməsi. 13. İbtidai siniflərdə direktora daha yaxın olan (yəni daha çox “hörmət edən”) müəllimlər tərəfindən testlər hazırlanır. Daha sonra ümumi test imtahanı keçirilir və təbii olaraq, testi hazırlayan müəllimlərin şagirdləri daha yüksək nəticə göstərirlər. Bu prosesdən sonra zəif nəticə göstərən şagirdlərin müəllimlərinə müxtəlif formalarda təzyiq göstərilir. Nəticədə həmin müəllimlər bayramlar zamanı bu təzyiqlərdən qurtulmaq üçün direktora daha çox pul verməyə məcbur qalırlar. 14. Yuxarı sinif şagirdlərinin hazırlıq kurslarına getmək səbəbilə dərs buraxmalarına görə valideynlərdən 1000–2000 manat arası ödəniş tələb olunur. Təxminən 100 şagirddən 40 nəfərinin bu ödənişi etdiyi nəzərə alınsa, ümumi məbləğ minimum 40,000 manat təşkil edir 15. Məktəbdə çalışan 100-ə yaxın müəllimdən bütün bayramlar və direktorun ad günü münasibətilə 150–300 manat arası məbləğdə pul toplanır (məbləğ müəllimin dərs saatı və hazırladığı şagirdlərin sayına görə dəyişir). Bu proses nəticəsində ildə təxminən 150,000 manat məbləğində vəsait toplanır.(8 mart, Yeni il, Direktorun ad günü, Müəllimlər günü və s.) 16. Yuxarı sinif müəllimlərinin aylıq dərs yükü 20 saat olduğu halda, əlavə dərs saatları üçün ödəniş tələb olunur — 2 əlavə saat üçün 500 manat, 4 saat üçün isə 1000 manat ödənilməsi tələb edilir. 17. Direktorun ad günü yay aylarında olsa da, həmin tarix süni şəkildə may ayına keçirilir və bu bəhanə ilə əlavə hədiyyə və pul yığılır. 15 may 2025 tarixində məktəbin kamerasına baxsanız biz müəllimlərin təbrik üçün əlində pul direktorun otağının qabağında dayandığı açıq aydın görəcəksiniz. 18. Böyük və ya kiçik otaqların müəllimlər arasında pulla bölüşdürülməsi və otağın ölçüsünə görə tələb olunan məbləğ 500–1000 manat arasında dəyişir. 19. Pensiya yaşına çatmış müəllimlərlə hər tədris ili üçün 2000–3000 manat qarşılığında müqavilələrin uzadılması həyata keçirilir. Bu praktika 2025–2026 tədris ilində də davam edir. 20. Yay tətili zamanı müəllimlər üçün nəzərdə tutulan iş günlərində, müəllimlərdən hər gün üçün 10–20 manat arasında ödəniş yığılır və bunun qarşılığında onlar işə gəlmirlər. 21. Məktəbdə şagirdlərə əlavə kitab, jurnal və gündəliyin satılması. (Video əlavə edilmişdir) 22. Rüşvət və direktorun özbaşınalıqları səbəbindən məktəbdən bir neçə kişi müəllim işdən ayrılmışdır. 23. Müxtəlif bayramlarda bəzi restoranlarda yığıncaq təşkil etmək və ordan əlavə gəlirin götürülməsi. Müəllimlərin narazılığından sonra restoran toplantılarında azalma vardır. 24. Məktəb bufetində direktora bişirilən yeməyin bütün məktəbə yayılması nəticəsində, imkanı olmayan və saatlarla ac qalan şagirdlərdə pis iyin psixoloji təsirindən şagirdlər mədə ağrısından şikayət edir. 25. Pul verməyən müəllimlərin iclaslarda təhqir edilməsi halları yayılmış bir haldır. Məktəbdə qadın ayaqyoluna kamera quraşdırlıması hədəsinin görüntü əlavə edilmişdir. 26. Rəhmətə gedən Həsənova Zərifə adlı təsərrüfat müdürü xəstə idi. Əməliyyat üçün müəllimlərdən külli miqdarda yığılan pulun və oynanılan lotereya pulunun bir hissəsinin mənimsənilməsi. Rəhmətliyin 2 övladının yaşadığı evdən soyuducusunu paltaryuyanını gətirib məktəb ambarına qoyması halı baş vermişdir. 27. Hal hazırda təsərrüfat müdiri olan(Tahir) şəxsin ailəsinin dağıdılması evinin satılıb bir hissəsinin direktor tərəfindən mənimsənilməsi, təsərrüfat müdirinin məktəbdə yaşaması və yenidən müəllimlərdən pul yığılıb ona kreditlə evin alınması halının isə heç bir izahı ola bilməz. Direktorla Tahir adlı şəxsin bir birlərinin qara işlərini bildikləri üçün bir birlərindən şikayət edə bilmirlər. 28. Bir direktorun 22 ilə yaxın bir məktəbdə kök atıb oturması nədən xəbər verə bilər? 29. Məktəbin uğurlu seçiılməsində yuxarı instansiyalarla yaxın münasibıtdə olmasıdır. Hər dəfə onlara hörmət olunması ilə məktəb yaxşılar arasına düşür. 30. Yay tətilinə görə təmir pulunun yenidən 150 azn yığıması. 2025-2026 cı tədris ili üçün hal hazırda davam etməkdədir. Müəllimlərdə avtomatik şagirdlərdən yığır pulu. 31. Son zəng barəsində isə yazmağı məsləhət bilmədik, artıq hər şey məlumdur.