Ardını oxu...
“Kraton Clinic” MMC-nin vergi borcu olması üzə çıxıb.

Sözügedən klinikanın dövlətə olan vergi borcu 12 min manatdır (11955.79 AZN).

Bildirək ki, “Kraton Clinic” MMC-nin qanuni təmsilçilisi, direktoru Kəmalə Nəhmətova Cabir Qızıdır. Klinikanın nizamnamə kapitalı 20 manatdır.

K.Nəhmətova həmçinin “Medlink” apteki və “Ak Company” şirkətinin sahibidir.32gun.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Təzadlar" qəzetinin elektron versiyası olan tezadlar.az saytının 21 oktyabr 2024-cü il tarixli sayında “Azcosmetics” MMC-nin vergi ərköyünlüyü” başlıqlı yazı vermişdik. Yazıda bu şirkətin satdığı avadanlıqların pulunu bank hesabına yox, fiziki şəxslərin kart hesabına ödənildiyi və digər nöqsanlar barədə məlumat vermişdik. Əks tərəf kimi şirkətin rəhbəri Kənan Zeynalovla əlaqə saxlayıb, onun da mövqeyini olduğu kimi dərc etmişdik. Təbii ki, K.Zeynalov səslənən ittihamlarla razılaşmamış və şirkət barədə deyilənlərin şər-böhtan olduğunu bildirmişdi. Eyni zamanda şirkətlə yaxından tanışlıq və çay içmək üçün məni ofislərinə də dəvət etmişdi. Maraqlı olduğu üçün dəvəti qəbul etmişdim. Yazının dərcindən sonra, bir həftə ərzində Kənan Zeynalova dəfələrlə zəng etsəm də, zəngimə cavab vermədi. Deyəsən, Molla Nəsrəddin kimi dəvətindən peşman olmuşdu. Bildiyiniz kimi, yay vaxtı,at belində yoldan keçən bir nəfər susadığı üçün Molla Nəsrəddindən su istəyir. Molla da özünü qonaqpərvər göstərmək üçün deyir ki, “a kişi su nədir, düş gəl sənə yaxşı çay verim”.Molla fikirləşir ki, bu adam həyətə gəlməz və suyunu içib gedər. Amma qonaq da üzlü olduğundan dərhal atdan düşüb həyətə gəlir və molladan soruşur ki, atı hara bağlayım? Molla da, Kənan bəy kimi, dediyindən peşman olduğunu bildirmək üçün belə cavab verir: “Atı dilimin ucuna bağla”. İndi Kənan Zeynalov da mənim şirkətdə hər hansı nöqsanlar görəcəyimdən və ya hər hansı şikayətçi ilə rastlaşacağımdan qorxaraq zənglərimə cavab vermədi…Əks halda ən azından adam verdiyi sözü tutar!

Bu yaxınlarda sosial mediadan bizim məlum bu yazımızı oxuyan bir xanım “Azcosmetics” MMC şirkətindən və onun rəhbəri Kənan Zeynalovdan şikayətçi olduğu üçün redaksiyamıza təşrif buyurdu. Gülxar xanım ona qarşı “Azcosmetics” MMC tərəfindən edilmiş haqsız və eyni zamanda qanunsuz əməllər barədə saytımıza geniş müsahibə verdi.

Beləliklə, əziz oxucular və hörmətli səlahiyyətli qurumlar, Gülxar xanımın maraqlı müsahibəsini sizlərə təqdim etməzdən öncə, istəyirəm “Azcosmetics” MMC şirkəti və onun rəhbəri Kənan Zeynalov barədə ötən yazımızdan bəzi məqamları yenidən yada salaq, sonra davam edərik.

“Azcosmetics” MMC-nin vergi ərköyünlüyü” adlı yazıdan sitat: ““Təzadlar” qəzetinin redaksiyasına daha bir ictimai əhəmiyyət daşıyan şikayət məktubu daxil olub. Məktubdan belə aydın olurdu ki, Bakıda Tibbi və Estetik cihazların alqı-satqısı ilə məşğul olan “Azcosmetics” MMC ((VÖEN:1303471401) şirkəti qanunsuz ticarət əməlləri həyata keçirərək, külli miqdarda pulları vergidən yayıdırır. Məsələn, bəlli olur ki, , "Azcosmetics" MMC-dən alğı-satqı münasibətləri çərçivəsində "Centrifuge 80-2C" adlı cihazı əldə edən alıcı Ələsgərova Aynurə Həsənağa qızı, bu şirkətdən satın aldığı malın qiymətini ödəmək üçün şirkətin kart məlumatlarını istəmişdir. Əvəzində isə, şirkət tərəfindən ona hüquqi şəxsə məxsus kart məlumatları yerinə,, həmin şirkətin işçisi olan fiziki şəxsin (Tərlan Əhmədov) kart məlumatları (Kapital Bank; 5239 1517-8234 7564; Hesab nömrəsi: 38810944011023460103) təqdim edilmişdir və bu halda, mal üzrə ödəniş alıcı tərəfindən fiziki şəxsin bank hesabına köçürülmüşdür (həmin şəxsin faktiki ünvan: Qala Pirallahı şossesi, mənzil-3,ev-3). Daha sonra malın qiymətinin qalıq hissəsini ödəmək üçün alıcı A.Ələsgərova yenidən "”Azcosmetics”" MMC-yə gedir. Orada ödənişi nəğd şəkildə həyata keçirdikdən sonra, ona bununla bağlı nəzarət kassa çeki təqdim edilmir... Nəhayət, bir neçə gün sonra isə yuxarıda adı qeyd olunan cihazda nasazlıqlar aşkar edilir. Bu səbəbdən də alıcı ödədiyi vəsaiti geri istəyir və bu pul ona yenidən şirkətin işçisi və fiziki şəxs sayılan Tərlan Əhmədovun şəxsi kart hesabından alıcının hesabına köçürülür. Geri qaytarılma əməliyyatını təsdiq edən qəbzin surəti redaksiyamıza təqdim edilmişdir”.

***

Göründüyü kimi, “Azcosmetics” MMC-də qanusuzlar baş alıb gedir. Fikirləşmək olardı ki, Şirkət rəhbəri kimi Kənan Zeynalov bu qanunsuzluqları tezliklə aradan qaldıracaq və fəaliyyətini ölkəmizin qanunlarına uyğunlaşdırıb davam etdirəcək. Amma, necə deyərlər, sən saydığını say, gör Kənan bəy nə və necə sayır? Gülxar xanımın müsahibəsindən görünür ki, bu şirkətdə elə “Köhnə hamam, köhnə tasdır”. Kənan bəyi isə, ya hamamı, ya da tası dəyişməyə yalnız və yalnız səlahiyyətli dövlət qurumları, konkret olaraq Korrupsiyaya Qaşı Mübarizə Baş İdarəsi, Dövlət Vergi Xidməti, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məcbur edə bilər.

İndi isə, “Azcosmetics” MMC-dən şikayətçi olan Gülxar İbrahimovanın müsahibəsini təqdim edirəm.

***

-Gülxar xanım, “Təzadlar” qəzetinin redaksiyasına xoş gəlmisiniz. Amma bizim üçün maraqlıdır ki, sizi bura gətirən səbəb nədir? Əvvəlcə bu barədə məlumat verin, sonra sizin probleminizlə bağlı danışarıq. Buyurun, sizi dinləyirəm.

-Elçin müəllim çox sağ olun bizi qəbul elədiyiniz üçün, təşəkkür edirəm. Sosial şəbəkədə təsadüfən “Təzadlar”ın saytında “Azcosmetics” şirkət haqqında bir məqalə oxudum. Bu şirkət mənim də başıma oyun açdığı üçün fikirləşdim ki, bu barədə sizə danışım.

-Əcəb eləmisiniz. Bütün vətəndaşlara redaksiyanın qapısı həmişə açıqdır. İnsanlar çoxsaylı problemlərlə bağlı bizə müraciət edirlər. İndi Gülxar xanım, buyurun probleminizi dinləyək. Bəli, biz “Azcosmetics” MMC şirkətindən yazı vermişdik. Orda da sizin kimi bizə müraciətlər olmuşdu və bir neçə xanım tərəfindən şikayətləri var idi. Biz də elə o şikayətlər əsasında da yazını hazırlayıb tezadlar.az saytının 21 oktyabr 2024-cü il buraxılışında dərc elədik. İndi buyurun, sizin də şikayətinizi dinləyək, nədir probleminiz?

-Elçin müəllim, sizin həmin şirkət haqqında yazınızı gördüm, fikirləşdim ki, mən də öz problemimi sizinlə bölüşüm və bəlkə dərdimə bir çarə tapılar. Qoy mən lap əvvəldən başlayım. 2023-cü ildə mən bu buz başlıqlı lazer aparatını “Azcosmetics” şirkətindən qızım üçün aldım. Qızım Aslanlı Şəms Pənah qızı universitetdə oxuyur. Onda III kursda idi, oxuyurdu. Biz iyul ayının 27-də şirkətə gedib aparatı almaq üçün müqavilə bağladıq. Aparat həqiqətən çox xoşuma gəldi. Amma alandan sonra heç onu bir dəfə də işlətmədik. Həmin vaxt, yəni avqust ayında qızım tətildə oldu. Biz təzəcə reklamlara başlayırdıq. Sentyabr ayı gəldi. Bu zaman qızım gəldi ki, bəs bu kursdan dərslərimiz ikinci növbə olacaq. Bəs mən necə işləyəcəyəm? Dedim qızım, bilmirəm, qoy bir danışım, görək nə olur? “Azcosmetics” şirkətində Samirə Hacıyeva adlı bir xanım var. Onunla əlaqə saxladım...

-Üzr istəyirəm, kimdir o Samirə xanım?

-“Azcosmetic” şirkətinin menecer Samirə Hacıyevadır. Mən ona zəng elədim ki, bizdə belə bir problem var. Açığı bu problem nədən oldu? Fikirləşdim əvvəl deməyim, bəlkə düzələr, bəlkə işləyər, bəlkə işlədə bilərik. Gördüm qızım saat 12-də gedir, kəsirləri də var idi, alt qrupda oturur, üst qrupda oturur. Ona görə gördüm ki, qızım saat 9-da gedirdi saat 6-a kimi o uşaq həm kəsir imtahanlarında da otururdu, həm də öz dərslərində otururdu. Ona görə bizdə heç cürə vaxt qalmırdı. O aparatdan 1 manat da gəlir götürmədən 2023-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında ayda 1000 manat şirkətə pul ödədim. Mən Samirə xanıma da zəng elədim ki, mənə kömək eləyin, mən belə bir işə düşmüşəm. Bu ilin yanvar, fevral aylarını ödəmək imkanım olmadı.. Samirə xanım dedi ki, mən danışım müdiriyyətlə bəlkə kömək edər. Mart ayı gələndə dedi ki, qoy müdiriyyətlə danışaq. Şirkətin rəhbəri Kənan Zeynalovdur. Kənan müəllimlə danışılandan sonra aylıq ödənişi 1000 manatdan 600 manata saldılar. Dediyim kimi aldığımız aparatdan heç bir qazanc götürməmişik. Amma bu məbləğ də mənim üçün çox idi. Zəng elədim ki, oranın işçilərindən soruşdum ki, bu aparatı işlətmirik, onun da içində su var, o su ziyan eləməz ki? Dedilər ki, suyu boşaldın. Biz suyu boşaltdıq, amma aparat yenə də bağlı qaldı. Hal-hazırda yenə də bağlıdır. Dəfələrlə Samirə xanımdan xahiş elədim ki, nə olar bir az köməklik eləyin, bu aparatı geri götürün. Yerdə qalan məbləğimi qaytarın, dedilər yox, siz müqaviləyə qol çəkmisiniz.

-Gülxar xanım, bax siz deyirsiniz ki, “Diolasheer İce 1600” markalı Lazer epilyasiya, loru dildə desək, tük yandıran aparatı işlətməmisiniz. Bəs bu aparatı alanda ilkin ödəniş nə qədər elədiniz və aparatın ümumi qiyməti neçə manata idi?

-Aparatın tam qiyməti 29 min 800 manatdır. Mənə dedilər 8 min manat ilkin ödəniş etməliyəm. Sonra dediyim kimi, 1 manat belə qazanc olmadan sentyabr, oktyabr, noyabr və dekabr da daxil olmaqla ayda 1000 manat ödədim. Bu oldu 12 min manat.

- Bayaq söhbətimizdə belə bir ifadə işlətdiniz ki, ilkin olaraq 8 min manat ödəmisiniz, amma müqavilədə 6 min manat yazıblar.

-Biz “Azcosmetics”MMC-də olarkən danışmışdıq ki, ilkin ödəniş 8 min manatdır və onu da ödədim, amma sonradan görürəm müqavilədə 6 min manat qeyd ediblər.

-Deməli, siz ilkin olaraq guya 6 min manat ödəmisiniz. Bəs 2 min manat hara getdi?

-Mən də ona görə sizə müraciət etmişəm ki, bu dərdimə çarə edəsiniz. Mən hara gedim, kimin üstünə gedim?

-Problemin biri aydın oldu, burada açıq-aşkar saxtakarlıq var, yəni 8 min manat pulu müştəridən alıb, 2 min manatı yoxa çıxardırlar, müqaviləyə isə 6 min manat qeyd edirlər.Əlbəttə, bunun özü saxtakarlıq və korrupsiyadır. İndi yəqin ki, biz bu barədə hüquqşünalarla da məsləhətləşəcəyik, bunlar öz yerində. Gülxar xanım, bax, deyirsiniz ki, bu 12 min manat ödəmisiniz, aparatın da qiyməti 29 min 800 manatdır, az qala 30 min manatdır. Siz də bundan heç vaxt istifadə etməmisiniz, heç bir qazanc götürməmisiniz. Bəs indi tələbiniz nədir? Istəyirsiniz ki, aparatı geri götürüb, verdiyiniz bütün pulları qaytarsınlar, yoxsa necə?

-Yox, mən onlara ilkin mərhələdə dedim ki, olarmı siz ödədiyim 12 min manatdan müəyyən bir məğləği götürün yerdə qalan pulumu qaytarın. Aparatı da sizə qaytarım? Dedilər elə bir şey yoxdur, müqavilədə filan bəndlərimiz var ora qol çəkmisiniz, müqaviləmizi oxumamısınız, Mən də qaldım belə. Yəni yenə də artıq bu aparatın pulunu ödəyə bilmirəm axı. Yaxşı, buna razı olmadılar, dedim onda hissə-hissə 600 manata saldım, dedim bəlkə ödəyə bilərəm, onu da bu günə qədər ödəyə bilmirəm.

-Deməli, siz bu aparatı qaytarmaq istəyirsiniz. Həm də istəyirsiniz ki, işlətməsəniz də, ödədiyiniz puldan müəyyən qədər çıxılsın. Yəni 12 min ödənilib. Sonrakı aylarda da bir neçə dəfə ödəniş etmisiniz, amma deyirsiniz onları qeyd etməyiblər.

-Bax mən elə onun üzərinə gəlmək istəyirəm ki, ötən ilin dekabr ayı da daxil olmaqla 12 min manat ödənilib. Bəli, mənim arada ödəmə axsamalarım olubdur. Amma mən 2024-cü ilin yanvar ayından iyul ayına qədər ödəmələr etmişəm axı, amma onları da qeyd etməyiblər. Hardasa, orada mənim 12 min manatdan əlavə, 2 minə qədər də ödəməm var. Bu ilin martında 600 manat ödəmişdim, qəbzlər məndədir. Mən onlara 14 mindən çox pul ödəmişəm.

-Bəs siz heç fikirləşmisinizmi ki, bu aparatın qiyməti başqa yerlərdə neçəyədir? Yəni bilərdiniz ki, bu aparatı ucuz, ya baha almısınız...

-Bilirsiniz necə oldu, mən bunu alandan sonra sosial şəbəkələrdən qarşıma bir şirkət çıxdı. Adı “Az Estetik”dir. Şirkətin telefon nömrəsini götürüb, onlarla əlaqə qurdum. Soruşdum ki, sizdə bu cihaz necəyədir? Eşitdiyim qiymət məni şoka saldı. Məlum oldu ki, “Az Estetik Group” MMC şirkəti bu aparatı 21 min manata satır. Dərhal “Azcosmetics”-ə zəng edib Samirə xanıma etirazımı bildirdim ki, siz bu aparatı mənə az qala 10 min manat baha satmısınız. Samirə xanım da cavab verdi ki, guya onların aparatı saxtadır: “ Bizim aparatın başlığı Amerikada istehsal olunmuş amerkan başlıqlıdır”. Amma sonradan öyrəndim ki, elə saxta onların aparatıdır. Eyni zamanda bildim ki,onların bu fırıldaq toruna düşən tək mən deyiləm, bir çox adamların başına belə oyunlar açıblar. Elə onlardan bir neçəsi barədə siz öz saytınızda yazmısınız. Elə mən də onları oxuyub sizin yanınıza gəldim.

-Gülxar xanım, bizim də “Azcosmetics” MMC şirkəti barədə müəyyən araşdırmalarımız var. Çünki o oxuduğunuz yazı vaxtı da, biz Kənan Zeynalovla şirkət rəhbəri kimi, xeyli telefon söhbətlərimiz oldu. Çox təəssüf ki, sonrakı telefon zənglərinə o cavab vermədi ki, onun da münasibətini öyrənək. Daha doğrusu mövqeyini öyrəndik. Həmin yazıda görmüsünüz yəqin, Kənan Zeynalovun da fikirlərini olduğu kimi vermişik. Əlbəttə ki, onun mövqeyini, fikirlərini biz verməliydik. Əsas şikayətçilər, konkret faktlar var idi. Ona görə deyirəm bu alqı-satqıda sizi az qala 10 min manata qədər aldadıblar. Bundan əlavə, ilkin ödənişdə sizdən 8 min alıb, müqaviləyə 6 min qeyd ediblər.2024-cü ildə etdiyiniz 2 min manata qədər olan ödənişləri də yoxa çıxarıblar. Bu açıq-aşkar soyğunçuluq və korrupsiya əməlidir, vergidən yayınmadır.

- Bəli, doğrudur. Mən dəfələrlə, o xanıma zəng etmiişəm ki, ödəmə cədvəlini və ya müqaviləmi verin, vermirlər. Deyirəm heç olmasa, bir arayış verin görüm mən nə qədər pul ödəmişəm? Yenə vermirlər. İndi pulu ödəmədiyim üçün məni məhkəməyə veriblər.Məhkəmədən gələn şikayət ərizəsində isə cəmi 12 min manat ödədiyim yazılıb.. Yenə də 2 min manat yoxa çıxıb. Hələ mənim 2024-cü ildə olan ödəmələrim də yoxdur. Mən onlardan dəfələrlə xahiş etdim ki, 600 manatdan bir az aşağı salın, ödəməyə gücüm çatmır. Aparat da ağzı bağlı eləcə qalıb. Onlar mənə dedilər ki, biz sizə bir dəfə kömək etmişik, şansı bir dəfə vermişik. Yəni bu işləmir, bilə-bilə ki, mənim qızım ikinci növbədə oxuyur və gündüz saat 12-dən axşam saat 6-ya kimi dərsdə olursa, yorğun-arğın 7-də dərsdən evə gəlir. Bu, hansı müştəriylə işləyə bilər və ayda tələbə uşaq 1000 manatı, lap 600 manat olsun, necə ödəyə bilər? Bu pulları biz valideynlər – anası kimi mən və atası borc-xərc edib ödəmişik.Yəni evimizin büdcəsindən kəsib vemişik. Daha ödəyə bilmirik. Dəfələrlə xahiş elədim ki, köməklik eləyin ayda 200-300 manat ödəyim, eləmədilər. Dedilər ki, biz sizə bir dəfə köməklik etmişik və artıq mən məhkəməyə verilmişəm.

-Deməli, sizi, vaxtında krediti ödəmədiyinizə görə məhkəməyə veriblər. Bizə təqdim etdiyiniz məhkəmə sənədlərinə də baxıram və görürəm aparatın istifadəsinə həbs qoyulub.

- Bəli, həbs qoyulub. Onsuz da biz o apartı işlətmirik. Yaxşı, həbs qoydunuz.. Adi uşaq da bilir ki, siz bununla məndən həm pulu istəyirsiniz, həm də bu avadanlığa həbs qoyursunuz. Tutaq ki, mən o aparatı işlətmək istədim. Bəs necə işlədəcəyəm. Bəlkə işlədib sizin pulu vermək istədim. Həbs qoyulmuş aparatı necə işlədəcəyəm?.

-Bilirsiniz, Gülxar xanım, mən də bəzi araşdırmalar aparıram. Həm sizin sənədləriniz var, həm də müəyyən informasiyalar alırıq, biz də bu şirkət barədə nəyisə əldə edirik. Biz öyrənmişik ki, 2023-cü ildə siz o aparatı alanda, “Azcosmetics” MMC şirkətinin həmin avadanlığı ümumiyyətlə, satmağa nə ixtiyarı var, o əmtəə nişanı. O zavodla birbaşa onun həmin adını çəkdiyiniz “Az Estetik Group” şirkətinin səlahiyyətli nümayəndəsi var, onlar ala bilər, sata bilər, reklam edə bilər. Onu başqa bir şirkət nə sata bilər, nə də reklam edə bilər. Yəni artıq bunu bilə-bilə təzədən sizi məhkəməyə verirlər ki, bizə avadanlığın pulunu vermir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, heç bir məhkəmə araşdırması aparmadan ki, şirkətin bu aparatı satmağa səlahiyyəti var və ya yoxdur, nəsə tələb edər, edə bilməz və götürüb sizin əleyhinizə qərar çıxardır, yəni aparata həbs qoyub ki, işlədilməsin. Bundan ötəri siz bir hüquqşünasa müraciət etmisinizmi? Və ya hardasa bir iddia ərizəsi vermək fikriniz varmı ki, sübut edəsiniz bu şirkətin, həmin avadanlığa yaxın durmağa belə ixtiyarı və səlahiyyəti yoxdur.

-Elçin müəllim, mən onu bir neçə nəfərdən soruşdum. Yəni bu məhkəmə işçilərindən soruşdum ki, belə bir şey ola bilərmi məhkəmə olmadan gəlib həbs qoymaq olar, olmaz? Bəziləri dedi olar, bəziləri dedi olmaz. Ona görə də mən üz tutub gəlmişəm sizin yanınıza ki, bir yol götərəsiniz, mən nə edim, hara müraciət edim, necə edim? Bəli, iddia ərizəsi vermişəm. Məhkəmə olmayıb hələ.

- Axı məhkəmə qərarı ilə həbs qoyulub avadanlığınıza.

-Mən də onu deyirəm də, məhkəmə olmadan necə həbs qoyula bilər?

-Yox qoyulub məhkəmə qərarı var da burda. Sizin özünüzün bizə təqdim etdiyiniz sənədlərdən görünür ki, məhkəmə qərar çıxardıb və aparata həbs qoyub.

- Amma məhkəmə yanvar ayında olacaq hələ.

- Gülxar xanım, baxın, 22.11.2024-cü ildə məhkəmə olub. Onda belə çıxır ki, sizsiz qərar qəbul ediblər.

- Həmin vaxtı mən qızımla məhkəməyə getdik, hakim Ülkər xanım bizə dedi ki, sizi kim çağırıb bura? Ülkər xanım bizi qaldırdı ayağa dedi, xanım niyə gəlmisiniz? Dedim Aslanlı Şəmsin işinə görə gəlmişəm, anasıyam. Dedi işiniz COP-29 günlərinə düşdüyünə görə sizə mesaj gələcək. Siz gəlməməlisiniz, sizi kim dəvət edib?

- Bəli, düzdür bəzi idarə və müəssisələr həmin günlərdə 30 faiz işə gəliblər, qalanları onlayn işləyiblər. Amma burda belə bir nəticə var. Baxmısınız siz bu qərara?

-Yox ora baxmamışam.

-Bax yazılır ki, qərara aldım, ərizə təmin edilsin “Diolasheer ice1600” aparatının üzərinə həbs qoyulsun.

-Mən olmamışam o məhkəmədə.

-Qərarda yazılıb ki, cavabdeh Aslanlı Şəms Pənah qızına aparatından istifadə edilməsi və özününküləşdirməsi qadağan edilsin. Qərardad dərhal icra edilsin.

-Bəs Elçin müəllim, mən sizin qəzetinizdə bu şikayətləri gördüm gəldim ki, məhkəmə olmadan, bizim iştirakımız təmin edilmədən aparata necə həbs qoyula bilər?

-Gülxar xanım, belə çıxır ki, sizin iştirakınız olmadan məhkəmə keçirilib, qərar da qəbul eilib. Bu da bir qanunsuzluqdur, yəni niyə hətta COP-29 gedən ərəfədə son günlərdə bu tədbir olan vaxtı məhkəmə də qərar çıxarıb. İndi əlbəttə, siz hüquqşünasla, vəkillə məsləhətləşəcəksiniz. Yəqin siz Apellyasiya Məhkəməsinə müraciət edəcəksiniz. İndi bir şey də maraqlıdır ki, bax siz bizə sənədlər təqdim etmisiniz Bilirsiniz, mən hər şeyi qoyuram bir kənara, loru dillə deyirəm ki, hər bir şirkətin özünün yəni hesab yeri olur, yəni bank hesabı. Sizin bizə verdiyiniz sənədlərdən, qəbzlərdən görürəm ki siz ödənişləri şəxsi hesaba ödəmisiniz, kartlara. Bax əlimizdə Kənan Zeynalovun şəxsi kart hesabı var. Hansı banka məxsus idi bu kart? Onu bilmirəm, amma Siz “Leobank”ın sizə məxsus kartından Kənan Zeynalovun şəxsi kartına pullar ödəmisiniz. Halbuki nağdsız ödənişlər artıq çoxdan qadağandır. Bu əməliyyatların hamısı bank vasitəsilə həyata keçirilməli idi. Şirkətin hansısa bankda şəxsi hesab nömrəsi olmalıdır və siz pulları ora ödəməliydiniz. Deməli, “Azcosmetics” MMC-nin rəhbəri Kənan Zeynalov pulları öz şəxsi kartına ödətdirməklə, həm vergidən yayınıb, həm də dövləti aldadıb ki, bunlar da tam qanunsuzluqdur və birbaşa korrupsiya faktıdır.

-Mənim qanunlardan tam olaraq başım çıxmadığı üçün, bunları çox sonralar araşdırmışam. Bax, sizi tapmasaydım, yanınıza gəlməsəydim, bu qanunsuzluğu bilməyəcəkdim. Bu sənədləri də gətirmişəm ki, bunlar sizə də gərək olar. Bəli, yaxşı araşdırma aparmısıniz. İstəyirəm mənə köməklik edəsiniz, mən hara müraciət edim? Mən iddia ərizəmi yazıb, göndərmişəm.

-Çox gözəl Gülxar xanım, biz bu məsələləri aidiyyəti qurumların diqqətinə çatdıracğıq, həm də bu sənədlər lazımi ünvanlara, həm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarədsinə, həm Dövlət Vergi Xidmətinə təqdim olunacaq.

- Elçin müəllim, bu şirkət, heç yerdə işləməyən 20 yaşında, tələbə bir qıza necə 30 minlik bir aparatı kreditə verirlər? Dəfələrlə demişəm ki, o uşaqdı, universitetdə oxuyur, o qədər pulu bir tələbə qız necə ödəyə bilər? Heç olmasa, imkan yaradın ki, biz valideynlər az-az da olsa, ödəyək. Biz demokratik ölkədə yaşayırıqsa, bugünkü gün siz o cavanlara, tələbələrə kömək eləməlisiniz. Siz satanda da gördünüz ki, bu tələbədir və biz valideyn olaraq kömək edirik. Axı Şəms Aslanlı dövlətdən məvacib almır, biz bu aparatdan qazanc əldə edib ödənişlərimizi etməliyik.

-Bəs niyə heç bir yerdə işləməyən tələbənin adına 30 minlik aparatı kredit verirlər? İş yerindən heç bir arayış tələb etmədilər?

-Yox heç bir arayış tələb eləmədilər. Bildilər ki, bu uşaq universitetdə oxuyur. Tələbəyə krediti verirlər, bu da bir haqsızlıqdır, qanunsuzluqdur. Bəli, tələbədir, oxuyur. Mən onu dəfələrlə dedim ki, aylıq ödənişi bir az aşağı salsınlar. Mən istəyir 1000, istəyir 600 manat olsun, fərqi yoxdur, o boyda pulu ödəyə bilmirəm.

-Bilirsiniz Gülxar xanım, bayaqdan o söhbətə qayıdıram ki, bu şirkətin, yəni o 2023-cü ildə ola bilər ki, o həmin qayda qəbul olunmayıb. O siz dediyiniz “Az Estetik Group” şirkəti ilə də əlaqə saxlayacağam, onların da fikrini öyrənəcəyəm. Mənim bildiyimə görə “DİOLASHEER İCE” əmtəə nişanı ölkəmizdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş müvafiq Şəhadətnaməyə əsasən nişanın əsl sahibi olan Çinin " Beijing Nubway S&T Co., LTD. (ünvan: Room 307, 3rd Floor, No. 5 Building, Mauhwa Induistry Park, No. 1 Caida 3rd Street, Nancai Town, Shunyi District, Beijing) şirkətinin adına qeydiyyata alınmışdır. Həmin şirkət lazer və epilyasiya avadanlıqlarının istehsalı və satışı ilə məşğuldur. Azərbaycan Respublikasında şirkətin əqli mülkiyyət və digər biznes maraqlarını bildiyimə görə, Qasımov Rəşad Surxay oğlu təmsil edir. Çox sağ olun ki, onun şəhadətnaməsini də tapıb gətirmisiniz və necə deyərlər yaxşı araşdırmalar aparmısınız. Qeyd olunan aparatların alınması, satılması, reklamı və əmtəə nişanı Əqli Mülkiyyət Agentliyində birbaşa həmin şirkətə məxsusdur.Çindəki zavoddan onların birbaşa alınmasını yalnız “Az Estetik Group” MMC şirkəti həyata keçirə bilər. Amma “Azcosmetiks”MMC şirkəti qeyri-qanuni olaraq bu aparatların satışı və reklamı ilə məşğuldur. Özləri də süni qiymət artımına gedərək,Azərbaycan Respublikasının qanunvericiliyini pozurlar. Eyni zamanda ödənişləri də şəxsi kart hesabı ilə həyata keçirirlər ki, bu da bir ciddi qanun pozuntusudur. Bundan əlavə, heç yerdə işləməyən tələbəyə 30 min manatlıq aparatı kreditə vermək də bilə-bilə qanunsuzluğa getməkdir. Bu Şirkətin fəliyyətində çoxsaylı qanun pozuntusunu görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Təbii ki, yenə biz hüquqşünasla mələhətləşəcəyik.

-Elçin müəllim, mən yenə də deyirəm, sizin saytda həmin yazını görməsəydim gəlməyəcəkdim. Saytınızda da o gedib, qəzetdə də. Bəli, orada gördüm ki, bu tam mənə uyğun bir mövzudur. Məni ətraflı dinlədiyinizə görə Sizə və rəhbərliyinizə təşəkkür edirəm.

-Biz sizə informasiya dəstəyi verəcəyik, Gülxar xanım. Eyni zamanda “Azcosmetics”MMC şirkəti barədə araşdırmamız da davam edəcək. “Az Estetik Group” MMC şirkəti ilə də əlaqə saxlayacağıq. İstəyirik bilək ki, bu işlərin içində olan şirkət kimi, onların fikri, mövqeyi necədir? Onlara məxsus avdanlığı başqa bir şirkət necə sata bilər və bu haqda hansısa tədbir görürlərmi? Onlarla da mütləq əlaqə saxlayacağıq və sizə də məsələni gündəmdə saxlamaqla maksimum dəstəyimiz olacaq. Yəni siz haqsızlığa məruz qalmısınız. Həmçinin biz məsləhət görürük ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova da müraciət edəsiniz, o da yəqin müəyyən dərəcədə dəstək göstərər. İnşallah.

tezadlar.az
 
Ardını oxu...
“Şagirdlər yazıqdır, onların təhsil hüquqları pozulur”

“Üç ildir ki, ixtisaslı kadrlar uğrunda mübarizə aparıram. Hər il Elm və Təhsil Nazirliyinin qəbuluna düşməyə çalışıram, amma mane olurdular. Nəhayət, tələb etdiyim ixtisaslı kadrları bu ilin oktyabrında gətirdə bildim. Amma son üç ildəki qeyri-ixtisas fənlərinə görə məhkəmə iddiam davam etməkdədir. Şagirdlər yazıqdır, onların təhsil hüquqları pozulur. Uduzsam belə, sona qədər gedəcəyəm”.

Bunu Lerikin Orand kənd sakini Vaqif Cənnətov Meydan TV-yə deyib.

“Maddi maraqlar illərlə şagirdlərin savadsız yetişməsinə səbəb olur”

O, üç ildir ki, Əhəd Rzayev adına Orand kənd məktəbində ixtisaslı kadrların olmaması uğrunda mübarizə aparır.

2 il bundan əvvəl də bu barədə Meydan TV-də vətəndaşın şikayəti verilib.

Həmin şikayətə əsasən 2021-ci ildən 2024-cü ilin tədris ilinə qədər məktəbdə çatışmayan fənn müəllimlərinin dərslərini direktor Babək Rəhimov özünə və məktəbdə çalışan ailə üzvlərinə həvalə etmişdi.

2021-ci ildən edilən şikayət və 20-dən çox məhkəmə çəkişməsinin səbəbi texnologiya ixtisaslı direktorun musiqi, qardaşı fizika müəllimi Müqabil Rəhimovun kimya, digər qardaşı fiziki tərbiyə müəllimi Ramiz Rəhimovun biologiya, onun kollec təhsilli ibtidai sinif müəllimi olan oğlu Mustafa Rəhimovun riyaziyyat və kürəkənləri, direktor müavini, texnologiya müəllimi Asəf Rəhimovun isə informatika müəllimi kimi çalışmasıdır.

Nəhayət, bu ciddi problem vətəndaşın israrlı tələbindən sonra bu ilin oktyabrın sonunda həllini tapıb.

Onun sözlərinə görə, məktəbə iki fənn üzrə MİQ-lə, digər çatışmayan fənlər üzrə isə müqavilə ilə müəllimlər cəlb olunub:

“İcazə verib-verməsələr də, cənub zonasında keçirilən nazir qəbullarına gedirəm. Bu il gedib Lənkəran Astara Regional Təhsil sektorunun qəbuluna düşdüm. Müdir qəbul edib söz verdi ki, məktəbə ixtisaslı kadrlar göndəriləcək. Sentyabr keçdi, oktyabrda təkrar mən Bəhruz müəllimə verdiyi vədi xatırlatdım və bu, narazılığa səbəb oldu. Oktyabrın sonu kimya, fizika, informatika, ingilis dili, coğrafiya, tarix və Azərbaycan dili müəllimi gətirildi. Tarix və Azərbaycan dili müəllimi MİQ yolu ilə təyinat alıb. Gəlməyənə qədər ingilis dilini tarix müəllimi tədris edirdi. Anormal vəziyyətdir. Nə qədər ki ixtisaslı müəllimlər gəlmir, direktor və ətrafına, regional təhsil sektoruna sərf edir. Çünki bir-birlərinə görüm-baxım edirlər. Maddi maraqlar illərlə şagirdlərin savadsız yetişməsinə səbəb olur”.

“Oktyabrın sonu müəllimlər gələndən sonra Rəhimovların əlindən bu “fürsət” alındı. İndi də dərnək və fakultativ məşğələləri götürüblər. Kənddə çox valideyn narazıdır, ancaq açıq mübarizəyə girmir. Çünki görürük ki, yazanı, tələb edəni şərləyib həbs edirlər. Mən 20 dəfə məhkəməyə getməli, mübarizə etməliydim ki, müəllimlər gətirilsin? Nazirlik çatışmayan kadrları görmür?” – o qeyd edib.

“Digər siniflərin şagirdləri niyə ixtissalı fənn müəllimindən məhrum edilməlidir?”

Ancaq vətəndaş yenə mübarizəsini və məhkəmə çəkişmələrinin davam etdirir. Səbəbi isə qonşu Niravud kənd məktəbindən müqavilə ilə cəlb olunan kimya – biologiya müəllimi Əhməd Əzizovun ancaq şikayətçinin qız övladının oxuduğu yeddinci sinfə təhkim edilməsidir.

Digər siniflər üzrə kimya- biologiya fənnini həmişəki kimi direktorun qardaşı Müqabil Rəhimov icra edir.
Ardını oxu...
Foto: Meydan TV
Onun sözlərinə görə, həmin məktəbdə təhsil alan 128 şagirdin keyfiyyətli təhsil alma hüququ pozulur. Baxmayaraq ki, öz övladı Nərmin Cənnətli ixtisaslı müəllim tərəfindən təhsil alır.

Vətəndaş deyir ki, Əhməd Əzizov yaşla əlaqədar müqavilə ilə işlədiyindən bu işə “məcbur” edilib. Hansı ki əks təqdirdə işdən birdəfəlik uzaqlaşdırılar. Ona görə də qorxudan bir sinfə dərs keçməyə razı olub:

“Əhməd müəllim qocaman müəllimdir, müqavilə ilə işləyir. Gəlmək istəməyib, yaşına görə qorxudublar. Qız övladımın təhsil aldığı yeddinci sinifdə dərs keçir. Həftədə iki gün gəlib keçib gedir. Əlavə məşğələ üçün müraciət etdim, ödənişli şəkildə. Öncə razılaşdı, sonra təsir etdilər razı olmadı. Müəllimlərə mənlə ünsiyyətə icazə verilmir. Onlar qorxur və işini itirmək istəmir. Şikayətim də budur ki, kimya müəllimi niyə tək 7-ci sinifə dərs keçir. Bütün siniflər üzrə kimya-biologiya ona həvalə olunmalıdır. Müqabil Rəhimov niyə digər siniflərə kimya fənnini tədris edir. O, fizika müəllimidir”.

“Məndən çəkindikləri üçün qızımın sinfinə Əhmədi gətirdiblər. Digər siniflərin şagirdləri niyə ixtisaslı fənn müəllimindən məhrum edilməlidir? Fənn müəllimi varkən Müqabil Rəhimov niyə ixtisasına aid olmayan fənni tədris etməlidir. Hətta ötən il məndən qisas almaq üçün birinci sinifdə oxuyan oğluma informatika dərsini sinif müəllimi keçirdi. Halbuki informatika müəllimi vardı, o bütün siniflərə dərs keçirdi, tək birincilərdən başqa. Bu da qisas idi. Bu il birinci sinfi də informatika müəlliminə təhvil verdilər. Şirvan İnzibati Məhkəməsindən Apelyasiya Məhkəməsinə verdim. İndi də qərar çıxıb ki, dərs bölgüsü mülki məsələdir. Mülki məhkəməyə vermişəm, ayın 23-də baxılmalıdır. Yüz faiz lehimə qərar çıxarmayacaqlar, ancaq sona qədər gedəcəyəm. Mən həmişə burada olmayacam, amma vicdanım buna yol vermir. Şagirdlər yazıqdır, onların gələcəyi var”, – deyə Lerik sakini bildirib.

“Niyə bu özbaşınalığa üç il göz yumuldu?”

Məhkəmə çəkişməsinin davam etdirilməsinin bir digər səbəbi isə son üç tədris illində Rəhimovların onların ixtisasına aid olmayan fənləri məqsədli şəkildə mənimsəməsidir. Hansı ki bu, Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 6.2-ci bəndinə ziddir.

Həmin bəndə əsasən, kənd rayonlarında yerləşən ümumtəhsil ocaqlarında kadr çatışmadıqda məzmun və mahiyyət etibarı ilə nazirlik məlumatlandırılmaqla uyğun fənn müəllimlərinin tədrisinə icazə verilir.

Həmin müvafiq fənlər isə ancaq kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatika-riyaziyyat, tarix-coğrafiya və coğrafiya-tarix ixtisası üzrə ola bilər.

Odur ki, vətəndaş uduzsa belə sona qədər gedəcəyini deyir:

“İndiki iddiam son üç ildə Rəhimovların, xüsusilə məktəb direktorunun qanunsuz şəkildə qeyri- ixtisas fənlərini tədris etməsidir. Əgər bu mübarizəni yarımçıq saxlasam, onlar yenidən ixtisaslı kadrları didərgin salıb, əvvəlki dövrdəki kimi dərsləri mənimsəyəcək. Rəhimovlar və onları müdafiə edənlər mən kəndi tərk etsəm, sevinəcək. Mübarizəm ötən illərin haqsızlıqlarına qarşıdır ki, niyə bu özbaşınalığa üç il göz yumuldu?”

“Mənlik deyil, vakant yerləri elan edirik, təmin edən yoxdur”

Orand kənd məktəbinin direktoru Babək Rəhimov Meydan TV-yə bildirib ki, musiqi fənnindən başqa digər ixtisaslar öz həllini tapıb. Musiqi fənnini də artıq özü deyil, ədəbiyyat müəllimi tədris edir:
Ardını oxu...
Foto: Meydan TV
“Əhməd Əzizov adlı kimya müəlliminə gəldikdə isə o, Nuravud kəndində dərs keçir deyə iki gün vaxtı qalır. Digər şagirdlərin keyfiyyətli təhsil hüququ pozulmur. Qardaşım Müqabil Rəhimov savadlı kadrdır. Ancaq nəinki Orand, Lerik rayonunun əksər kənd məktəblərində çoxlu ixtisaslı kadrlar çatışmır. Bunlar isə musiqi daxil, daha çox təbiət və dəqiq fənn müəllimləridir. Əhməd Əzizovun isə ikinci iş yeri olduğundan 7-ci sinifdən başqa əlavə dərs götürə bilmir. Odur ki, Əzizov Vaqifin qızının oxuduğu sinifdə ixtisaslı müəllim kimi onun övladına dərs keçir. 30 ildən çoxdur ki, Müqabil müəllim o məktəbdə kimya və fizika fənnini tədris edir. Hansı ki şikayətçinin qardaşı məktəb direktoru çalışan vaxtlardan o eyni fənləri tədris edib. Mən heç bir müəllimə təsir edə bilmərəm. Vaqif bəy son məhkəmə iclasında etiraf etdi ki, 2024-2025 – ci ilin tədris ilindən narazılığı yoxdur. Müqabil Rəhimovla bağlı qərəzli davranır. Kimya-biologiya müəllimi isə çatışmır. Lerik rayonun əksər məktəblərində bu ixtisaslı kadrlar çatışmır. Qonşu kəndlərin özündə belə yoxdur ki, müqavilə ilə gəlib çalışsınlar. Əhməd müəllim məktəbdə ixtisasca biologiya fənni üzrə bütün dərsləri keçir. Təkcə 7-ci sinfə kimya dərsini keçir. Müqabil müəllim isə kimya fənnini tədris edir, 7-ci sinifdən başqa bütün siniflərdə. İki ildir ki, Müqabil müəllimi də yalvarıb işdə saxlamışam. O heç işləmək arzusunda deyil. O da getsə, fizikadan da müəllimsiz qalacağıq. Hər ikisi yaşlıdır. Güclə razılaşdırıb gətirmişik”.

“Müqabil Rəhimov mənim özümə dərs deyib. Respublika səviyyəli müəllimdir. İxtisasdan 40 sualdan 38-in yazıb. Şagirdləri olimpiadalarda qalib olub. Kimya fənnini 30 il ərzində tədris edib. Ancaq etiraf edirəm ki, kadr çatışmır, məktəbimizdə çatışmazlıqlar var. İllərdir ki, vakant yerlərə müəllimlər gəlmir. Bu da mənlik deyil, vakant yerləri veririk, gələn yoxdur”, – direktor belə deyir.

“Rayonda əsasən kimya-biologiya, savadlı fizika müəllimi çatışmır”

O deyir ki, məktəbə təyinat alan müəllimlər Vaqif Cənnətovun şikayəti ilə deyil, özləri seçim edərək gəliblər:

“Bu il gələnlər isə Vaqif Cənnətovun şikayəti əsasında yox, sadəcə şərait yaranıb, müəllimlər özü gəlib. İngilis dili, informatika, kimya müqavilə ilə gəlib. Tarix fənn müəllimi ötən ildən gəlib. Azərbaycan dili isə MİQ yolu ilə təyinat alıb. Necə müəllimi gətirdim? Vakansiya verilib, saatı bəlli. Kim istəyir, gəlsin. Zəng edirəm məktəblərə ki, müəllim varsa, gəlsin. İngilis dili müəllimini Masallıdan, Sumqayıtdan tanışlıqla tapıb gətirmişik”.

“Lerikdən, gəlib məktəblər üzrə araşdırma aparılsa, 90 faizində kimya-biologiya, savadlı fizika müəllimi çatışmır. İndi isə artıq riyaziyyat müəllimləri də ciddi problemə çevrilib. Ətraf kəndlərdə musiqi fənn müəllimi heç yoxdur. Riyaziyyat üzrə 10 saat vakansiya qoymuşuq, gələn yoxdur. Riyaziyyat və fizika müəlliminin 35 saat dərsi var, cədvəl üzrə də gün ərzində 7 saat dərsdir, bunu necə bölüşdürək, çatdıraq? Bir də görürsən müəllimin səhhətində problem var, məcburuq ki, kənar ixtisaslı müəllimləri cəlb edək. O da illərlə çəkir və nəticəyə təsir edir. Bu il ali təhsil məktəblərə qəbul da olmadı”, – deyə o, cavab verib.

Regional idarə nə deyir?

Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə bildiriblər ki, sözügedən məktəbdə dərs bölgüsünün düzgün aparılmaması ilə bağlı daxil olmuş müraciət araşdırılıb.

“2024-2025-ci tədris ili üzrə adıçəkilən təhsil müəssisəsində dərs bölgüsü müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi və sertifikasiya imtahanının nəticələrinə uyğun olaraq aparılıb. İxtisaslı kadrlar olmayan bir sıra fənlər üzrə dərs saatları məktəb rəhbərliyi tərəfindən vakant elan olunub və ixtisaslı müəllim təyinatı aparılıb, eləcə də təhsil müəssisəsinin pedaqoji şurasının qərarına əsasən tədris ilinin sonunadək yaxın fənn müəlliminə həvalə edilib”.

“Orand kənd sakini Vaqif Cənnətovun şagirdlərə bir sıra fənlərin qanunamüvafiq qaydada tədris edilməməsi, eləcə də övladının keyfiyyətli təhsil alma hüququnun pozulduğu ilə bağlı iddiaları Şirvan İnzibati və Apelyasiya məhkəmələri tərəfindən təmin edilməyib. Hazırda həmin kənd sakininin iddiaları Lerik Rayon Məhkəməsinin icraatındadır”, – idarədən bildirilib.

Ölkədə 4422 ümümtəhsil müəssəsi var ki, 2007-ci ildə bu təhsil müəssisələrinin sayı 4555 olub.

2007-ci ildə Dövlət Statistika Komitəsinin məlumatına görə ümumtəhsil ocağında fəaliyyət göstərən müəllimlərin sayı 170 min 344 nəfər olub.

On iki il sonra bu göstərici 153 min 24 nəfərə çatıb.

Hazırda isə üç min də azalıb 150 min 868 nəfərdir. Bu rəqəmin 130 minini müəllimlər təşkil edir. Digərləri direktor və direktor müavinidir.

Ümumilikdə isə 147 min 240 nəfəri dövlət, 3628 nəfər özəl məktəblərdə çalışır. Onun da 124 min 840-nı qadınlar təşkil edir.

Ekspertlər də ildən-ilə müəllimlərin özəl təhsil ocaqlarına can atdığını və kənd, region məktəblərindən paytaxta doğru üz tutduğunu qeyd edir.

İşə qəbula gəldikdə isə 2023-2024- cü il tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 2967 gənc müəllim müddətsiz, 3114 gənc müəllim müddətli müqavilə ilə işə qəbul olub.

2024-2025-ci tədris ili üzrə isə 1544 namizəd uğur qazanaraq müddətli müqavilə ilə, 5701 nəfər isə müddətsiz çalışmaq imkanı əldə edib.

7345 müəllimdən 2123-ü Bakı məktəblərinə təyinat alıb. Onların da 1084 nəfəri müddətsiz müqavilə ilə işə alınıb. Son 5 il ərzində 35 min müəllim işə qəbul olunub ki, onun da 19 mini bölgələrdə fəaliyyət göstərir.

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə kadr probleminin yaşanmadığını desə də, ancaq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi Təhsilin Təşkili Şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu imtahanları (MİQ) ilə bağlı keçirilən brifinqdə əksini demişdi: “İki mindən artıq vakant müəllim yeri üç ildir, heç bir namizəd tərəfindən seçilmir”.

“Vakansiya göstərilməyən məktəblərdə belə ciddi müəllim çatışmazlığı var”

Təhsil eksperti Cahid İmanlı qeyd edir ki, çatışmayan kadrlar ucqar rayon və kənd məktəblərinin payına düşür.

Ekspert deyir ki, son onilliklərdə sosial-iqtisadi problemlərdən dolayı əhalinin kəndlərdən şəhərə axını çoxalıb. Bu da təhsil sahəsinə təsirsiz ötüşmür:


Foto: Cahid İmanlının şəxsi arxivindən
“Çünki təhsil dövlətin ən strateji, prioritet hədəfini təşkil edir. Məsələnin mahiyyəti odur ki, şəhər məktəblərində həm müəllim, həm də şagird sıxlığı olduğu halda, kənd yerlərində əksinə mövcud azsaylı şagird kontingenti və ixtisaslı müəllim çatışmazlığı konteksti yaşanır. Bu xüsusilə dərs saatı az olan fənlərdə müşahidə olunur. Səbəb isə sadədir: əhalini şəhərə köçməyə məcbur edən amillər müəllimləri də ucqar dağ kəndinə getməyə çəkindirir. Yol, internet, işıq, kommunal və digər bu kimi faktorlar gənc müəllimlərin, xüsusilə xanım müəllimlərin ucqar dağ kəndlərində işləməsinə mane olur. Onlar hansısa kənd məktəbinə işə qəbul olanda da adətən “direktorlarla razılaşıb” həftənin müəyyən günündə, sadəcə, jurnal yazmaq üçün gedirlər. Deməli nəinki rəsmi olaraq faktiki vakansiya olan məktəblərdə, həm də vakansiya göstərilməyən məktəblərdə belə ciddi müəllim çatışmazlığı var. Hazırda bu problemi köklü sürətdə həll etmək tam mümkün olmasa da, həlli istiqamətində müəyyən işlər görmək vacibdir”.

Yüksək əməkhaqqı vədi, yoxsa distant təhsilin tətbiqi?

Təhsil eksperti çatışmayan kadrlarla bağlı yüksək əməkhaqqı və distant təhsil sisteminin tətbiqini uyğun görür:

“Tədbirlərdən biri razılığa əsasən 3-5 illik müqavilə və yüksək əmək haqqı vermək şərti ilə müəllimləri kənd məktəblərinə işləməyə göndərmək olar. Digər tədbirlərdən biri kimi distant təhsili məsləhət görə bilərəm. Onsuz da hazırda kənd yerlərində yaşayan onlarla şagird “şəhər müəllim”lərinin “onlayn” məşgələsinə qoşulur. Yəni bu təcrübə mövcuddur. Bunu rəsmiləşdirib, müəyyən təhsil platforması üzərindən şagirdləri dərsə cəlb etmək olar. Nazirlik, bu baxımdan şagirdlərin müəyyən texniki ehtiyaclarını qarşılayıb, “onlayn” siniflər yarada bilər. Bu həm də hazırda şagird sayı az olan məktəblərin diferensiallaşması baxımından da önəmli ola bilər. Belə ki, nəqliyyat çətinliyi olan, daşınması mümkün olmayan dağ kənd məktəbinin şagirdlərini bu yolla təhsilə cəlb etmək olar, həm də nəinki eyni məktəb, bir neçə məktəbin şagirdlərini. Bu zaman mərkəzləşmiş qaydada dərslərə nəzarət də etmək daha asan olar”.
 
Ardını oxu...
Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti Publik Hüquqi Şəxsi Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tətbirlərin aparılması (Sabirabad rayonu) məqsədilə Kür çayı üzərində üzən nasos stansiyasının və suqəbuledici qurğunun tikintisi üzrə “ENSOL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.401.843,48 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 27.11.2024-cü ildə dərc edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti son aylarda belə, milyonlarla manat dəyəri olan satınalma keçirib və müqavilələr bağlayıb. Buna təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Prezident İlham Əliyevin verdiyi Sərəncamdan sonra başlanılıb.
Bu arada isə Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar etdiyi barədə məlumat yayıb. Məlumata görə Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqredasiyasına qarşı mübarizə üzrə fəaliyyətin audutu çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir.
Qiymətləndirmələrlə audit obyekti tərəfindən Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsinin fəaliyyəti ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyi müəyyən edilsə də, aşağıdakı nəticələr də əldə olunmuşdur:

Son illərdə qlobal səviyyədə problemlərin yaranmasına səbəb olan iqlim dəyişikliklərinin təsirini azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş mühüm strateji sənədlərdə su ehtiyatlarının formalaşması ilə bağlı mövcud vəziyyət, torpaqların deqradasiyasına qarşı mübarizə, eləcə də su resurslarının idarə edilməsi tədbirləri, kollektor-drenaj sisteminin fəaliyyəti ilə bağlı məsələlər öz əksini tapmış və su qıtlığı şəraitində su ehtiyatlarının düzgün idarə edilməsi ilə həmin ehtiyatlardan səmərəli istifadə olunması, torpaqların şorlaşması səbəbindən deqradasiyaya uğraması kimi məsələlər və həyata keçirilməli olan müvafiq tədbirlər nəzərdə tutulsa da və suvarılan torpaqlarda şorlaşma səviyyəsi azalsa da, həmin tədbirlərin qismən icra edilməsinin də təsiri ilə Kür-Araz ovalığında ümumilikdə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaq sahələrinin xüsusi çəkisi respublika üzrə 2019-cu ildəki, müvafiq olaraq, 29,2%, 24,2% və 24,1% göstəricilərindən, 2024-cü ildəki, müvafiq olaraq, 34,1%, 29,1% və 24,4% göstəricilərinədək artmışdır. Belə vəziyyət qeyd edilən istiqamətlərdə mövcud problemlərin hələ də aktual olduğunu göstərmişdir.

“Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi (Sabirabad rayonu üzrə II mərhələ)” layihəsi çərçivəsində 15950 ha sahədə suvarma və dren-kollektor şəbəkələri qurulsa da, həmin ərazinin böyük massivlərində heç bir əkin aparılmamış, həyata keçirilmiş əkinlər isə, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə, seyrək olmuş, qeyd edilənlər görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini göstərmişdir.

Layihə çərçivəsində suvarma suyunun Kür çayından kanala vurulmasına xidmət edən nasos stansiyasının su qəbuledicisinin Kür çayının kritik səviyyəsinə adekvat olmayaraq nisbətən yuxarı hissədə yerləşməsi çayın səviyyəsinin düşdüyü hallarda nasos stansiyasının davamlı fəaliyyət göstərə bilməməsi risklərini və əlavə xərc potensialını yaratmış, ərazidəki drenaj nasos stansiyasının işlək vəziyyətdə olmaması yığıcı kalektorlarda toplanan dren sularının səviyyəsinin qalxmasına və şor suların təkrar əkin sahələrinə sızmasına səbəb olmuşdur.

Bu arada xatırlatmaq istərdik ki, Prezident İlham Əliyev hələ 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə bildirmişdi ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur.”

Göründüyü kimi Prezident İlham Əliyev hələ 2020-ci ildə indiki Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti, o vaxtkı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin həyata keçirdiyi layihələrin səmərəsiz olduğunu bildirmişdi.

Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” (Sabirabad rayonu üzrə II mərhələ) üzrə “Akkord STİK” ASC ilə 27.887.824,39 manat məbləğində satınalma müqaviləsini 24.12.2020-ci ildə bağlamışdı. Sözügedən müqavilə üzrə işlər 28.02.2022-ci ildə başa çatmalı idi.

Bəs necə oldu ki, iki il əvvəl 28 milyon manata yaxın vəsait ayrılan layihəyə iki milyon yarım manat yenidən ayrılır? Çünki, əvvəl ayrılmış milyanların hamısı təyinatı üzrə xərclənməyib. Hesablama Palatasının da açıqladığı kimi, layihə çərçivəsində 15950 ha sahədə suvarma və dren-kollektor şəbəkələri qurulsa da, həmin ərazinin böyük massivlərində heç bir əkin aparılmamış, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini göstərmişdir.

Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin Ramiz Vəkilov olub. O, bu quruma 25 ildən çox rəhbərlik edib. Onun rəhbərlik etdiyi dövrdə, respublika ərazisində, meliorasiya, iriqasiya və suvarma sistemlərinin fəaliyyətini yaxşılaşdırılması məqsədi ilə son illər yüz milyonlarla manat dövlət vəsaitləri ayrılıb. Lakin qurumun gördüyü işlərin səmərəli olmadığını Prezident İlham Əliyev də 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə açıqlamışdı.

Struktur islahatlrı aparıldıqdan sonra Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin yeni direktoru Məmmədov Samir Teymur oğludur. Ramiz Vəkilov onun yanında baş məsləhətçidi.

Aktualinfo.org
 
Ardını oxu...
Abşeron rayonu Novxanı kəndinin “əzəli və əbədi” bələdiyyə sədri Şahin Tağıyev gözlə gördüyü hər şeyi pula çevirməkdə davam edir...

Sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə bələdiyyə sədri 5-6 ildir ki, Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adını daşıyan küçədə yolu satıb. Nəticədə hər iki tərəfdən magistral yola çıxışı olan məhəllədə sakinlər bir yolun və bir çıxışın ümidinə qalıblar. Sakinlər iddia edir ki, yolun satılması səbəbi ilə təcili tibbi yardım maşınlarının məhəlləyə girişi çətinləşib, onların və eləc də yanğınsöndürən maşınların yolu isə bir neçə kilometr uzanıb.

Dəfələrlə yolun açılması tələbi ilə Şahin Tağıyevə müraciət etdiklərini bildirən sakinlər urğulayır ki, bələdiyyə sədri yolun məhz onmun tətəfindən satıldığını inkar etmir. Əksinə, açıq şəkildə bildirir ki, vətəndaşlardan birinə torpasq borcu olduğu üçün bu addımı atıb. Vətəndaşlar qarşıdan gələn bələdiyyə seçkilərində Şahin Tağıyevə səs verməyəcklərini bildirsələr də, bələdiyyə sədrinin seçkiləri saxtalaşrıb yenidən sədr olacağındna ehtiyat edir.

Bəllədiyyə sədri Şahin Tağıyev uzun illərdir ki, asfalt üznə həsrət qalan, qışda palçıq, yayda toz əlindən keçilməz olan Məmmədağa Tərlanov küçəsindəki yol problemini özünəməxsus şəkildə “həll edib”. Bələdiyyə sədrinin yola asvalt adı ilə karbonat tökməsindən sonra yol keçilməz, evlər isə yaşanmaz hala gəlib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə ağır tonajlı maşınların təkəri altında belə əzilməyən, mismar kimi sərt və dimdik qalan karbonatlar avtomobillərin təkərlərini, eləcə də “peredokunu” sıradan çxıarıb. Sakinlər isə iddia edir ki ,sıradan çıxan yalnız avtomobillər deyil, həm də evlərdir.

Yoldfakı karbonatın kömür tərkibli qarasının piyadaların ayaqqabısı, həmçinin, əsən küləklə evlərə dolduğunu bildirən sakinlər, evləri hər gün, hər saat təmizləmək məcburiyyəti qarşısında qaldıqlaırnı bildiriblər. Vətəndaşlar deyir ki, bəh-bəhlə yola töklən karbonatın yoldan yığışdırılması üçün bələdiyyə sədrinə müraciət etsələr də, Şahin Tağıyev bildirib ki, bunu edə bilməz. Bələdiyyə sədri səbəb kimi yola tökülən karbonatın sənədləşdirildiyini, buna görə vəsait silindiyini bildirir. Halbuki, sənədlərdə asfalt yoldan söhbət getsə də, reallqıda yola – təxminən 200 metr məsafədə adi karbonat tökülb ki, bu da vətəndaşları hər gün amddi-mənəvi itkiyə məruz qoyur.
 
Ardını oxu...
Vətəndaşlardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Ərşad oğlu Məmmədova aid olduğunu iddia etdiyi mülkün görüntülərini çəkərək sosial şəbəkədə paylaşıb.

XALQ.AZ məlumat verir ki, görüntülərdən məlum olur ki, ətraf mühafizə və kameralarla təmin edilib. Bağ evinin sahibi üçün xüsusi elektrik stansiyası qurulub. Küçəyə çəkilən asfalt örtüyü isə çox yüksək səviyyədədir.

Sol və arxa tərəfdə dostuna və öz yaxın adamlarına eyni ərazidə ev aldığı iddia edilir. Görüntüləri paylaşan şəxs qeyd edib ki, dəfələrlə öz küçəsinə asfalt örtüyünün çəkilməsi üçün müraciət etsə də, büdcədə pul olmadığı bildirilib. Eyni zamanda şəxs qeyd edir ki, binanın ətrafına əkilən dekorativ ağaclar da olduqda bahalıdır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlasaq da, cavab ala bilmirik.

Ətraflı videoda:
 
 

Daha öncə mediada pis mənada hallanan Astara şəhər 4 saylı tam orta məktəbdən gələn xəbərlər, bu dəfə dözülməz dərəcədə dəhşətlidir!
Bəribaşdan qeyd edək ki, əslində, direktor Hüseynovanın zorakılıqları əvvəldən mövcud imiş. Məktəbin yenidən işə qayıdan psixoloqu Yunis Dürüst, bütün sübutları yığaraq, Elm və Təhsil Nazirliyinə və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciətlər edib, lakin təəssüf ki, nəticəsiz qalıb. İndisə, konkret sübutlar aşkara çıxdığı üçün müstəqil QHT olan “Təhsil Araşdırmalar Mərkəzi” məsələyə əl atmalı olub.

Bəli, görüntülər və səslər hər şeyi deyir, əlavə etməyə ehtiyac yoxdur. Aşkar olan budur ki, direktor Rəna Hüseynova və onun müavini Nigar Novruzova ikilisi-özlərini təhsil qabaqcılı kimi yox, mafiya, quldurbaşı kimi hiss edirlər! Hər halda, hətta azyaşlı şagirdlərə belə, rəhm etməyən şəxslərin hansı ləyaqətindən, mənəvi üstünlüklərindən danışmaq olar?!…
Onlar, məktəbin rəhbər işçisi və psixoloqunun qanuni və əsaslı etirazına məhəl qoymurlar, hətta kameradan belə, çəkinmirlər. Kamera qarşısında uşağı döyürlərsə, görün, kamera olmayanda nələr edirlər!

Sual olunur: Yalnız mənfi göstəricilərə sahib olan, özbaşına Rəna Hüseynovanı görəsən 10 ildir ki, kimlər direktor saxlayır? Görəsən, cənab Emin Əmrullayev bu biabırçılıqları, şagirdlərin döyülməsini yenəmi görməzdən gələcək? Axı, deyilir ki, vəziyyətlə bağlı nazir aylar öncədən xəbərdar edilib.
Üstəlik də, görünən budur ki, problem çoxşaxəli və dərindir. Çünki, məsələ təkcə bullinq və şagirdlərə zorakılıq deyil. Rəna Hüseynovanın, ən vacib fənn olan riyaziyyat dərsində uzun-uzadı telefonla danışması, yaxud da ümumiyyətlə, dərsinə girməməsi, onun nəinki direktorluğa, bütövlükdə təhsilə yararlı olmadığını sübut edir.

Hər halda problem artıq ictimaləşdiyinə görə, media olaraq, işin sonuna qədər getmək borcumuzdur.

Qeyd: Dəhşətli vəziyyətlə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən reaksiya almaq cəhdimiz nəticəsiz qaldı.

Xeberciniz.biz

Ardını oxu...
 
Ardını oxu...
Bir həftə əvvəl Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırıldı. "DİA-AZ" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilirdi: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Yəni göründüyü kimi, Nəsir Məmmədov postunda uzun çəkmədi... Və bu da ortaya ilginc iddiaların atılmasına nədən olub.

"DİA-AZ" bildirir ki, bu barədə jurnalist Sima Babayeva maraqlı paylaşımı ilə diqqət çəkib. Onun açıqlamasında deyilir:

"Dövlət başçısının sərəncamı ilə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov geri çağırılıb.
Onun adı çirkli işlərdə hallanırdı. Kişinin oğlu səfirliyi alverxanaya çeviribmiş. 20 dollara verilməli olan vizanı astronomik qiymətə-500 dollara sırıyırmış.
Bu işdə ona müəyyən firmalar vasitəçilik edib... Nəsir Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin keçmiş müavini Natiq Məmmədovun oğlu, Milli Məclisin deputatı Hicran Hüseynovanın kürəkənidir.
Cəmi bir il idi səfir göndərilmişdi. Gedən kimi özünə yaxşı qazanc yeri tapıb. Necə deyərlər,uşaqda fərasətə bax.Mən də deyirəm qaynanası nə yaxşı bu son aylar Fransada mülk alıb kompleks tikdirir, qiyməti 10 min manat olan brend dəri çanta götürür.
Sən demə, xanımın pulunun üstünə pullar gəlirmiş.Bir sözlə,kürəkəndən "yarıyıbmış". Amma sevinci çox çəkmədi..."
 
Ardını oxu...
Şəki rayonu, Yeni Çələbixan köçkünlər qəsəbəsində məskunlaşan Abdullayev Əbdül Nurqələm oğlu özünüməşğulluq proqramından yarımayanlardan biridir. ANAXEBER.INFO xəbər verir ki, Laçın rayonundan olan Əbdül Abdullayevin sözlərinə görə, ona 21 baş heyvan verilib, lakin hamısı xəstə çıxıb. Vətəndaş bildirir ki, öz cibindən dava-dərmana xərc çəkib, 200 manat məsrəf edib, indi də aptekə borcu qalmaqdadır, amma heyvanlar sağalmayıb. Ona təklif olunub ki, yeni heyvanları alsın, sadəcə, razılaşmayıb. Bilib ki, növbəti dəfə zərərə düşəcək. "Bir dəfə başına gəldi, 200 manat xərcim çıxdı, hələ də aptekin pulunu ödəyə bilməmişəm. Biz kasıb adamlarıq, istədik ki, dövlətin özünüməşğulluq proqramından istifadə etməklə bir gün ağlayaq, müavinətə möhtac olmayacaq. Amma bizə xəstə heyvanlar verildi, nəticəsi də budur. Biz dövlətimizdən kömək gözləyirik".
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara xəstə heyvanlar verilməsi iddialarını bölüşmür. Deputat Siyavuş Novruzov da qeyd etdi ki, heyvanlar xəstədir və ölür. Bunun davamı olaraq, onlarla sübut, şikayət, video müraciət təqdim olunub, amma Sahil Babayevin nazirliyi heç nə olmamış kimi işinə davam etməkdədir.

Azər Talıbov
Anaxeber.info
Ardını oxu...
 
Ardını oxu...
Tikinti sektorunda illərdir fəaliyyət göstərən "UPSİLON” MMC şirkəti məktəblər, parklar, ofislər və bir sıra dövlət əhəmiyyətli tikinti layihələrinin tikintisini həyata keçirən şirkət kimi tanınır. Lakin son zamanlar bu şirkətin adı neqativ məsələlərdə hallanır.

"Upsilon” MMC-nin təsisçisi İlkin Məmmədovdur. Onun İmişlidən olduğu bildirilir.
Ardını oxu...
İlkin Məmmədov
Şirkət rabitə işlərinin görülməsi üçün "Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans pul alıb. Lakin bu dövlət vəsaitinin hara xərclənməsi məlum deyil.

Belə ki, "Upsilon” MMC bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi üçün dövlətdən ayrılan vəsait hesabına işçilər cəlb edib və onlara normal məbləğdə əməkhaqqı vəd edib.

Söhbət rayonlarda və kəndlərdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini yerinə yetirən 60-a yaxın işçidən gedir. Onlar aylardır ki, rayon-rayon, qapı-qapı gəzib gördükləri işin əməkhaqqısını ala bilmirlər.

İşçilərin bəziləri 3 ay, bəziləri 4, bəziləri isə 6 aydır ki, maaş üzü görmür. Şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir.
İşçilər onlara həvalə olunan işi vaxtında təhvil verdiklərini bildirirlər.

"Upsilon” MMC-nin direktoru İlkin məmmədovun yaxın qohumu Fikrət Qafarovdur.
Ardını oxu...
Fikrət Qafarov
Fikrət Qafarov həmçinin şirkətin maliyyə işlərinə nəzarət edir, bundan əlavə bu işə Qasım adlı bir şəxs də cəlb olunub.

"Upsilon” MMC isə ilin sonunadək təhvil-təslim prosesini yekunlaşdıracağı və işçilərin maaşlarını tam ödəyəcəyini söz versə də, bu günə kimi sözünə əməl etməyib.
Hətta haqqında dəfələrlə ərizə və şikayətlər yazılsa da, müxtəlif televiziya kanallarında yayımlanıb, media mənsublarında dərc olunsa da, bu vecsiz şirkət yenə heç nəyi vecinə almayıb.

"UPSİLON” şirkətilə 15 mart 2024-cü ildən əmək müqaviləsi bağlayaraq işə başlayan Bakı sakini İlham Məmmədov dəfələrlə ərizə və şikayət dolu məktublarla müxtəlif yerlərə müraciət edib, lakin yenə də ona vəd edilən 1800 manat əmək haqqı, 250 manat öz maşınına görə xərc, yanacaqla təminat və ezamiyyət xərcini ala bilməyib.

Daha bir şikayətçi Məmmədov Pərviz Qarabağda, işğaldan azad olmuş Ağdamın Uzundərə ərazisində işləyib. Pərviz Ağdamda işləyib pulunu ala bilməyən işçilərin adından günlərlə şirkətin qapısına gəlib getsə də, qapını açmırlar, telefonları söndürüb, heç bir cavab vermirlər.

Hətta əməkhaqqı verilmir deyə işdən çıxan işçilərin əmək kitabçalarını özlərinə qaytarmırlar. Məsələ ilə bağlı Əmək Müfəttişliyi şirkəti cərimə etsə də, nəticə yoxdur.

Onlar təkcə rabitə işçilərinin deyil, yüzlərlə adamın haqqını vermir. Əlimizdə olan məlumata görə, şirkət hətta öz ofis işçilərinə külli miqdarda pul borcludur və verməməkdə israrlıdır.

Görüləcək işlərlə bağlı müqavilə əsasında mal-material aldıqları şəxslərə, yaxud şirkətlərə yüz minlərlə – 150 min, 50 min, 60 min, 30 min manat borcları var. Məlumata görə, şirkət bazara 3 milyon yarım borcludur.

İlkin Məmmədov və yaxın ətrafı hesaba gələn pulları (hesablarında sərəncam var) nağdlaşdırmaq üçün özlərinə əlaltılar da tapıblar. Pulları Aygün adlı mühasibin və İnsan Resursları üzrə mütəxəssis Aytacın hesabına 5-6 min manat köçürərək mənimsədiyi iddia edilir.

Daha bir məlumata görə, pullar şirkət rəhbərliyində olan çoxlu sayda şəxsiyyəti məlum olmayan "işçilər”in adlarına kartlara vurularaq çıxarılıb.

Bu maxinasiyalara, maliyyə fırıldaqlarına getməyən işçilər, mühasiblər "maddə ilə işdən qovulmaq”la şantaj olunurlar. Onlardan biri də Fuad adlı mühasibdir ki, hal-hazırda şirkət rəhbərliyi tərəfindən şantaj olunur.

Bir sözlə, "UPSİLON” şirkətində özbaşınalıq baş alıb gedir, dövlətin qanunları sayılmır, işçilərin hüquqları tam şəkildə pozulur.

Şirkətin boclu qalmadığı şirkətləri isə barmaqla saymaq olar. "Mətanət A”, "Kontakt Home” və bu kimi böyük şirkətlər "Upsilon” MMC-dən narazıdır, hətta məhkəməyə müraciət ediblər.

Etibarlı mənbədən aldığımız məlumata görə, şirkət rəhbərliyi bütün əmlaklarını öz adlarından çıxarıb qohumlarının adlarına yazdırıb ki, həbs olunsalar, heç nə əllərindən alınmasın, müsadirə olunmasın.

Şirkət rəhbərliyi artıq arendaya götürdüyü ofisdən qovulub, özləri isə qaçıb gizləniblər, telefonlara da cavab vermirlər.

Mənbə: interpress

Qarşı tərəf mövqe bildirə bilər.
TEREF

Dünyapress TV

Xəbər lenti