Ardını oxu...
“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibləri müəyyən olub.

Rəsmi mənbələr xəbər verir ki, qalib şirkətlər “Arko Təmir Tikinti Şirkəti” MMC və “Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi olub.

Belə ki, açıqlanan məlumatda “Azərsu” ASC Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması xidmətinə görə “Arko Təmir Tikinti Şirkəti” MMC-yə 511 milyon 505 min 76 manat ödəyəcəyi qeyd olunub.

“Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi isə Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınmasına görə “Azərsu” ASC-dən 4 milyard 947 milyon 605 min 986 manat alacağı bildirilib.

Qeyd edək ki, 10 manat nizamnamə kapitalı olan “Arko Təmir Tikinti Şirkəti” MMC-nin qanuni təmsilçisi Əhmədov Rasim Qazməmməd oğludur. Şirkət 25 fevral 2011-ci ildə təsis edilib.

“Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi isə 7 may 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Emrah Ucardı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
"DogruXeber.az" bildirir ki, bu xəbər 2022-ci ilin avqust ayının 6-da yayımlanıb.

Həmin dövrdə "Azərsu" ASC-nə mərhum Köçərli Həsənov müvəqqəti rəhbərlik edirdi.
İndi haqq dünyasındadır deyə rəhmətliyin dövlət qurumunu necə yağmaladığı barəsindəki məlumatlara geniş yer ayırmırıq.

Təbii ki, onun bu qədər talanı təkbaşına etməsi mümkün deyildi. Özü də elə bir ərəfədə ki, qurumun Zaur Mikayılovun tabeliyinə verilməsi üzərində işlər aparılırdı.

Beləliklə, bir neçə ay sonra (2023) bu qurum Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi və bundan sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti adlandırıldı.

Əlqərəz...

Yuxarıda, Gəncə şəhərinin su təchizatının yenilənməsi üçün xərclənməsi nəzərdə tutulan məbləği gördünüz.

Rəsmi xəbərlərdə qeyd olunur ki, "Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyevin sözlərinə görə, şəhərdə bu il ərzində 12 min metr içməli su, 10 min metr kanalizasiya xətti çəkilib: “Həmçinin 1 500 ədəd su sayğacının quraşdırılması nəzərdə tutulub. Hazırda işlər yekunlaşmaq üzrədir. 47 % su xətti, 44 % kanalizasiya xətti çəkilib. Gəncə şəhərinin 71 500 abonentinin 40 mini dayanıqlı içməli su ilə təmin olunur”."

Gəncə sakinləri isə bildirir ki, buvaxta qədər şəhərin cəmi 3-4 mərkəzi küçələrində su təchizatı yenilənib vəssalam. Yəni, görülən işlər rəsmi xəbərlərdə həddindən ziyadə şişirdilmiş formada yayımlanıb.

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, hətta cəmi 3-4 küçədə yenilənən su boruları nəzərdə tutulduğundan ucuz qiymətə satılan materialdandır və diametri də nəzərdə tutulduğundan nisbətən kiçik istifadə olunub ki, bu da yeyinti metodlarından biridir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu ilin yanvar ayının 23-də Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalandı.

İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyevin EBRD-nin prezidenti Odile Reno-Basso ilə keçirdiyi görüş çərçivəsində baş tutdu.

Belə olan halda sual yaranır: bəs 4 milyard 947 milyon 605 min 986 manatın aqibəti necə oldu ki, bu işlər üçün bir də ölkə xaricdən kredit almaq məcburiyyətində qaldı?

Ümumiyyətlə, DSEA-nin sədri Zaur Mikayılov təhvil aldığı külli miqdarda məbləğdən bəhs edən bu işləri hansı formada təhvil alıb, necə icra edib?

Təbii ki, mövcud məsələdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və Su kanal İdarəsinin rəisi Şöhrəddin Verdiyevin də rolu böyükdür.

Eləcə də Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və DSEA sədri Zaur Mikayılov 5.4 milyard manatın "taleyini yazan" və cavabdehlik daşıyan şəxslərdirlər.

Üstəlik İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin kütləvi ixtisarlar aparmasına və digər tədbirlər görməsinə rəğmən ötən ili yüksək məbləğdə zərərlə başa vurduğu barəsində də rəsmi məlumat dərc olunub.

Paytaxtın, Binəqədi rayonunda iki küçədə, Xətai rayonunda 8 noyabr prospektində və Səbayıl rayonunda - Bibiheybət ərazisində bir küçədə yenilənən su təchizatının yenilənməsinə 5,4 milyar manat vəsait xərclənməsi absurddur.

2022-ci ildən bugünə qədər Bakı və Gəncənin su təchizatının yenilənməsinə ümumilikdə təqribən 10 milyard manat xərclənməsi məsələsi əsaslı şübhə doğurur. Düşünürük ki, aidiyyatı qurumların bu məsələni ciddi şəkildə araşdırmaları mütləqdir.

Xatırladaq ki, DSEA-nin tabeliyində olan Su kanal idarələrinin də ayrı-ayrılıqda mütəmadi olaraq keçirdikləri tenderlər, icarəyə verilən idarə texnikaları və sair barəsində qurum rəhbəri Zaur Mikayılov xəbərdardır və bu barədəki məlumatlara, şikayətlərə ümumiyyətlə məhəl qoymur, qanun pozuntusuna yol verən şəxslərə "gözün üstə qaşın var" demir. Bu da belə düşünməyə əsas verir ki, Zaur Mikayılov özü də bu qanun pozuntularından "məmnundur".

Bəs Eldar Əzizov ilə Niyazı Bayramov bu işin harasındadır? Bu barədə növbəti yazıda ətraflı bəhs edəcəyik.

Hər iki müəmmalı tender barəsində əlavə məlumatlarımız olacaq.

DogruXeber.az
 
 

 


Ardını oxu...
Müştəri “AZZA Gastronom” şirniyyat evinin bayram günlərində etdiyi fırıldağı üzə çıxarıb.
Ardını oxu...
Müştəri “AZZA” şirniyyat evinin fırıldağını ortaya çıxardı – Foto
Ardını oxu...
XALQ.AZ xəbər verir ki, bu barədə Samir İsmayılov məlumat paylaşıb. O bildirib ki, şirniyyat evi bayram günlərində qiyməti münasib olan tortları satışdan yığışdırır:Azza
Ardını oxu...
“Şikayətim “AZZA Gastronom” filiallarındandır. Son vaxtlar fikir verirəm, bayram ərəfələrində daha münasib qiymətə olan “Skazka” tortunu satmırlar. 14 fevralda da, 8 Martda da neçə yerdən girib soruşdum. Hamısında da satıcılar bildirir ki, bayramdan sonra olacaq. Niyə? Çünki “Skazka” tortu 12,5 azn-dir. Çox adam da daha ucuz və daha münasib olduğu üçün bu tortu alır. Amma “AZZA” bilərəkdən bu tortları bayram günlərində satmır. Bayramlarda isə vitrinə ancaq 18 manata və daha baha olan tortları yığırlar”.
Ardını oxu...
 
Ardını oxu...
Yerli KİV-də şübhəli şəkildə vəzf olunan və son günlər bu yöndəki təbliğat işləri daha da intensivləşən, cəmiyyət arasında "Putinin dostu" kimi təqdim olunan və şübhəli şəkildə "professor" ünvanı ilə təqdim olunan iş adamı İlham Rəhimovla bağlı sosial şəbəkələrdə olduqca ağır ittihamlar yayılıb. "DİA-AZ" xəbər verir ki, bu ittihamlar arasında daha çox diqqətləri cəlb edəni İlham Rəhimovun son 10-15 il ərzində Rusiyada yaşayan və fəaliyyətdə olan sahibkarları bir-birinin ardından necə zərərsizləşdirməsindən bəhs edilir.

Aydın olur ki, konkret olaraq əslən Şəmkir rayonundan olan tanınmış sahibkar Məhərrəm Quliyevə ( məşhur "pokrovka" MəhərrəmTEREF) qarşı "Putinin dostu"nun az qala DÜŞMƏN FƏALİYYƏTİ son nəticədə bu gün Rusiyada meyvə-tərəvəz bazarının rəsmən soydaşlarımızın əlindən çıxması ilə nəticələnib. Halbuki buna qədər Rusiyada minlərlə azərbaycanlıya çörəkyeri qzandırmış, iş yeri vermiş Məhərrəm Quliyev məhz İlham Rəhimovun hücumları nəticəsində sözügedən biznesdən sıxışdırılır, nəticədə Rusiyadakı onminlərlə soydaışımız və onların Azərbaycandakı ailələri olur.

Bu da hamısı deyil. Yazılanlarda o da iddia olunur ki, Məhərrəm Quliyev zaman-zaman Rusiyaya köç etməkdə olan soydaşlarımızın hətta sənəd-sünəd işləri, onıların qısamüddətli də olsa (özlərini tutana qədər) yaşayış yerləri ilə təmin olunmasına belə dəstək olurmuş və məhz İlham Rəhimovun məlum zərbəsindən sonra soydaşlarımız həm də belə bir himayədarlarını da itirmiş hesab olunurlar.

Onu da qeyd edək ki, özünü Putinin DOSTU kimi təqdim edən və Azərbaycanın NƏFİNƏ bu dostluğu zərrə qədərində də israf olunmayan İlham Rəhimovla bağlı ittiham dolu iddiaların hamısı bu deyil və daha dəqiq, daha konkret ittiahmalr da səsləndiurilməkdədir.

Bu barədə daha geniş faktları növbəti yazımızda təqdim edəcəyik. Hər halda, bu gün bütün Azərbaycan İlham Rəhimovun DOSTUNDAN üzür gözləyir və bu hal bizlər üçün MİLLİ ŞƏRT anlamındadır... Və bəllidir ki, bu durum yalnız bir hadisə ilə bağlı - təyyarəmizin vurulması ilə bağlı yaranmış gərginliyin yekunudur və buna qədər də Rusiya ilə davamlı gərginliklərimiz olub, olacaq. Bütün bunların fonunda susan, dostluğunu bir qırağa qoyub öz kefində olan İlham Rəhimov vəziyyət bir balaca səngiyən kimi MÜDRİKANƏ görkəmdə mediamızda az qala bir XEYİRXAHLIQ TƏCƏSSÜMÜ kimi poz verməyə başlayır... Daha onu vəsf edənlər qayıdıb demirlər ki, bu dostluq müddətində bir dəfə də olsun Azərbaycan dövlətinin maraqlarına Putindən yararlanıbmı? Təbii ki yox və bu gün də yox...

Nə isə... növbəti yazımızı gözləyin...
ardı var
 
Ardını oxu...
Səs yazısından da göründüyü kimi, tədris ilinin əvvəlindən şagirdlərin dərsə davamiyyətində ciddi qüsurlar var

Son günlər Xırdalan şəhər 2 nömrəli tam orta məktəb və bu məktəbin direktoru Gülnaz Kərimova az qala ölkə mediasının ulduzuna çevrilməkdədir. Adıçəkilən məktəbə 2022 ci ilin sentyabr ayından direktor təyinatı alan Gülnaz Kərimova o gün-bu gün sosial şəbəkələrin gündəmindən düşmür. Bir müddət əvvəl biz də, Yenixeber.org olaraq bu məktəblə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinə sorğu ünvanlamışdıq. Sorğu üçün məlum müddət bitdikdən sonra “cavab” aldıq. Ona görə dırnaqarası yazırıq ki, dəfələrlə təkidimizdən sonra aldığımız bir cümləlik “cavab” obrazlı desək belə idi: Xırdalan şəhər 2 nömrəli tam orta məktəb və məktəbin direktoru “aydar arı, sudan da durudur”.

Budur, indi redaksiyamıza Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə yaşananlar və məktəbin direktoru Gülnaz Kərimovanın bu yaşantılarda oynadığı rolla bağlı həm geniş ictimai, həm də aidiyyatı dövlət strukturlarının marağına səbəb olacaq səs yazıları və məlumatlar daxil olub.
Ardını oxu...
Gülçin Salmanova və Mətanət Abbasova

Həlik onu xatırladaq ki, mənbəmizin verdiyi məlumata görə, vaxtı ilə müavinlərin bir neçəsini şərləmək, (Onlardan biri ölkəni tərk etdi.) onların adına ləkəli ifadələr işlətmək, (Üzlərinə deyə bilməsə də, arxasınca danışa bilir.) müəllimlərin şərəf və ləyaqətini alçaltmaq və s. bu məktəbin idarəçiliyində əsas prinsipə çevrilib. Məlumata görə, bunlar yetməmiş kimi, indi də əl atıb məktəbin şagirdlərinə. Onları polislə, məktəbdən qovmaqla hədələyir… Məsələ burasındadır ki G. Kərimova məktəbə gəlib, davamiyyəti yerində olan, qiymətləri aşağı yazılan şagirdləri bu vəziyyətə salır. Məktəbə gəlməyənlərin isə sayı-hesabı bilinmir. Keçək əsas məsələyə…

Təhdid və minnət qoxulu səs yazıları

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə yaşananlarla bağlı Yenixeber.org-a daxil olan səs yazılarında sinif rəhbərləri şagirdlərə sabah dərsə gəlməyi xahiş edirlər, bir az da təhdidlə…Səs yazısında xüsusi ilə diqqət şəkən fakt sinif rəhbərinin “uşaqlar yəqin ki, məni eşitdiniz, bu sentyabrdan bu yana atdığım səslərdən deyil. Sabah ciddidir, yəni ciddinin-ciddisidir ha…” deməsidir. Belə məlum olur ki, tədris ilinin əvvəlindən bu məktəbdə dərsə davamiyyətdə yumşaq desək ciddi qüsur var(?)

Direktor Gülnaz Kərimovanın tapşırığına əsasən MİQ-dənkənar müavini olan və hal-hazırda qara işlərlə məşğul olan Gülçin Salmanova (Səs yazısını təqdim edirik.) şagirdləri məktəbə gəlməyə səsləyir. Səbəb sadədir: dərsə gəlməyənlər o qədərdir ki, onların yerini doldurmaq lazımdır. Qanunvericiliyə görə şagirdin məktəbə davamiyyəti mütləq olmalıdır və şagirdlər də bunu dərk etməlidirlər. Ancaq bu məktəbdə o qədər boşluqlar var və o cümlədən məlum maraq müqabilində məktəbə gəlməyənlər o qədərdir ki, sinif rəhbərləri qruplara səs atıb, az qala yalvarırlar ki, heç olmasa bir gün məktəbə gəlin. Məktəbə Elm və Təhsil Nazirliyinin (ETN) Daxili Nəzarət Şöbəsinin əməkdaşlarının gələcəyini bildirən Gülçin Salmanova “əgər məktəbə gəlməsəniz sizi ETN əməkdaşları məktəbdən qovacaq” kimi ifadələr də işlədir. Xüsusi ilə 11A sinifinin qanunsuz sinif rəhbəri Mətanət Soltan qızı Abbasova bu məsələdə daha fəal iştirak edir. (Onun da, səs yazısını təqdim edirik. Red.)

Qeyd edək ki, İsmayıllı rayonunda qanunsuz işləyib və hansısa naməlum yolla Xırdalan şəhər 2 nömrəli məktəbə yerdəyişmə edən Gülçin Salmanova məktəbdə qara işlərlə məşğulolma faizinə görə öndə durur. Məlumata görə, 11A-nın sinif rəhbəri əslində Aytən Qasımovadır. Onun adına yazılan sinifi Mətanət Abbasova idarə edir və güman ki, aldığı 30 manat da özündə qalmır….

Yeri gəlmişkən, Gülnaz Kərimovaya himayədarlıqda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın adı hallanır. Bi iddia həm də ona görə inandırıcıdır ki, Gülnaz Kərimova haqqında sosial şəbəkələrdə az qala həndəsi silsilə şəkilində yazıların getməsinə baxmayaraq, Elm və Təhsil naziri Emin Əmirullayev və MÜTDA-nın rəhbəri Eşqi Bağırov səssiz qalmaqdadırlar.

Onu da qeyd edək ki, Gülnaz Kərimova ETN-ni rəsmi olaraq tanımadığını bir neçə yerdə qeyri-rəsmi bildirib, ancaq Eşqi Bağırovun da onu “yaxşı” tanıdığı haqda dəflərlə öz ətrafına danışıb: “Eşqi Bağırov bilmir ki, mən kiməm, söz sahibi Gülnaz Kərimovadır” kimi ifadələrlə. Anlaşılan deyil ki son bir ildə günaşırı sosial şəbəkələrdə Xırdalan şəhər 2 nömrəli məktəbdə nələrin yaşandığı haqqında silsilə yazılar dərc olunur, ancaq heç bir tədbir görülmür. O zaman belə çıxır ki Gülnaz Kərimova tamami ilə haqlıdır?

Hörmətli ETN və MÜTDA, müəllimlər və o cümlədən övladlarını sizlərə etibar edən valideyinlər sizin bu məsələyə biganə qalmağınızı necə qəbul etsinlər? Məgər Gülnaz Kərimova əvəzedilməzdir? Bu qədər vaxt ərzində yazılanlara, səslənən ittihamlara göz yumulmaqda məqsəd nədir? Şübhəsiz ki Abşeronda yetərincə kadrlar var ki, məktəbə peşəkar və vicdanla rəhbərlik edə bilərlər. Məgər hansısa məktəbdə kitab satmaq direktor olmaq deməkdir, yoxsa hər sinifdən 200 manat bayram pulu almaq. Yoxsa, ETN və MÜTDA-nın bu sayaq eybəcərliklərə biganə qalması hansısa “ÖZƏL” səbələrdən qaynaqlanır? Və s. /yenixeber.org
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
 
 
Ardını oxu...
Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında “Aqua Park” və onun ətrafında, həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında obyektlər qanunsuz olaraq tikilib və hazırda da inşa edilməkdədir...

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 27 oktyabr 2023-cü il tarixli – 0970 və 30 yanvar 2025-ci il tarixli -0067 nömrəli qərarları olmasına baxmayaraq ərazidəki sözügedən həmin tikililərin inşaatı yenədə davam etməkdədir. Dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq dövlətin bu istiqamətdə mövcud olan qanunları gözardı edilərək tikinti işləri davam etdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin bütün tikinti tələblərinin pozulduğu bu tikililər həm də ehtiyyat fondu təyinatlı torpaqlarda aparılır. Və təbii ki, tikililər barədə müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi də alınmıyıb.

Əldə etdiyimiz məlumata görə tikinti işlərinin dayandırılması üçün FHN-i tərəfindən sifarişçi “A Ənd J Holding “MMC-ə dəfələrlə rəsmi xəbərdarlıq edilib. Sözügedən bu MMC-isə milli məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsusdur. Daha doğrusu onun qardaşına! Sonuncu parlament seçkilərindən əvvəl Əlibala Məhərrəmzadə illərlə rəhbərlik etdiyi həmin MMC-nin rəhbərliyini öz qardaşına həvalə edib.

Sözügedən qanunsuz tikililər barədə hüquq mühafizə orqanlarınada rəsmi müraciət edilib.

DİN-nin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov verdiyi açıqlamada bildirib ki, “Məsələ ilə bağlı Quba Rayon Polis Şöbəsinə məlumat daxil olub. Araşdırma aparılır.”

“A Ənd J Holding” MMC-nin Quba şəhəri ərazisində özbaşnalıq etdiyi digər bir məkan isə “Şahdağ” Hotelidir. Quba şəhəri Əziz Əliyev küçəsində yerləşən bu Hotelə bitişik yol və səkilər qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına olaraq zəbt edilib və orada qanunsuz tikinti-quraşdırma işləri aparılıb. Ümumi istifadədə olan həmin ərazilər zəbt edildiyi üçün ərazidəki yollarda və yolayrıclarında piyadaların və nəqliyyatın hərəkəti mümkünsüz hal alıb.

Deputat Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində rəsmi olaraq isə qardaşının adında olan bu tikililərin inşaatı nəticəsində həm Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti tələbləri, həm də Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli,375 nömrəli fərmanının tələbləri pozulur. Çünki həmin fərmanda nəzərdə tutulduğu kimi dövlət qrumlarının tikinti barədə dəfələrlə rəsmi xəbərdarlıq etməsinə baxmayaraq “A Ənd J Holding” MMC bu xəbərdarlıqlara heç bir məhəl qoymadan özbaşına tikinti işlərini qərəzli olaraq davam etdirir. Eyni zamanda ölkə başçısının 2014-cü il tarixli 17 noyabr 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin keçirilməsi qaydaları”-nın 2.20 bəndinin tələbinə uyğun olaraq sifarişçi “A Ənd J Holding” MMC-yə tikinti işlərinin dayandırılması ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilib.

Məsələ barədə münasibət almaq üçün deputat Əlibala Məhərrəmzadənin köməkçisi Qalib Hidayətov ilə əlaqə saxladıq. O, bu barədə məlumatsız olduğunu bildirərək bu məsələnin onun işinə heç bir aidiyyatının olmadığını qeyd edib.

Qubada və regionun digər rayonlarında son zamanlarda sökülən qanunsuz tikililəri çoxumuz görmüşük yəqin. Onların arasında əlbəttə ki, Əlibala Məhərrəmzadənin millət vəkili olduğu dairənin seçiciləridə az deyil.

Qanun əmrdən onun amiranəliyini, əmr isə qanundan onun labüdlüyünü götürür. Maraqlıdır, görəsən nə vaxta həmin seçicilər Əlibala Məhərrəmzadənin qəbuluna gəlib müraciət etmiş olsalar o, özünün əməl və riyayət etməyib,məhəl qoymadığı bu qanunların labüdlüyünü o seçicilərə necə izah edə biləcək görəsən? Belə olan halda deyilib, tövsiyyə edilə biləcək bir məqam qalır. Ya mənim yolumu təlqin edin, ya da öz yolununuzu tapan mürşid olun.

/7times.az


 
 
 
Ardını oxu...
Dekan və kafedra müdirləri məcbur oub, öz maaşları hesabına kağız alır, dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar

"DogruXeber.az" bildirir ki, bu iddia Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən redaksiyamıza göndərilən şikayət məktubunda qeyd olunub.

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:

Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmədiyinə görə rektor Yusif Yusibovun özbaşınalığı pik həddə çatıb. Rektorun bu özbaşınalığının arxasında Mikayıl Cabbarov və Ceyhun Bayramov dayanır. Ona görə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəridir. Ceyhun Bayramovun qardaşı Azər Bayramov isə Maliyyə Nazirinin müavinidir və Yusif Yusibovla çox yaxındırlar. Sahil Babayevin Maliyyə Naziri təyin olunması kollektivdə sevinclə qarışlandı ki, bəlkə bu özbaşınalıqların qarşısı alına. Rektor o qədər "uzaqgörəndir" ki, beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını gətirib öz korrupsiya əməllərini qanuniləşdirir.

Universitetin əməkdaşlarının maaşı ən aşağı səviyyədədir. Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq, Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat çoxdur. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi naməlumdur. Yeni il, Novruz bayramı ərəfəsində respublikadakı digər universitetlər işçilərə maaşları müqabilində bayram hədiyyəsi verdi. Bayram münasibəti ilə ən az pul verən universitetlər 300 manat bayram hədiyyəsi verilməsi haqqında qərar verdi. Yusif Yusibov isə hər iki bayramda hər əməkdaşa 50 manat pul verilməsi haqqında göstəriş verdi, bu hədiyyə verilmiş 50 manata da vergi tətbiq olunur, nəticədə 37-38 manat pul qalır, bu kollektivi təhqir etmək deyilmi??? Ayıb deyilmi, 37 manata nə düşür ki, bunu da bayram hədiyyəsi adlandırırlar.

“Kimya və biologiya müəllimliyi” ixtisasında pedaqoji fəaliyyətlə məşğul olan, guya "xüsusi bacarıq və səriştələri olan müəllimlər"in əmək haqlarına əlavələr olunur. Rektorun özü həmin fakültənin əməkdaşı olduğundan maaşlarına əlavələr edilən müəllimlər onun yaxın ətrafıdır. Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir, universitetdə adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir. Dekan və kafedra müdirləri məcbur oub öz maaşları hesabına kağız alır, dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar. Universitetdə maaşları qaldırmağa pul tapmayan rektor xidməti maşın almaqda davam edir. GDU-da 8 xidməti maşın var. Rektorun köməkçisinə, 4 prorektora, rektorun müşavirinə, magistr təhsili olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə belə xidməti maşın və sürücü ayırıblar. Rektorun özünün xidməti maşını olduğu halda, bu günlərdə "Leksus" modelli ən son model daha bir bahalı xidməti maşın aldı.

Universitetdə təhsil və elmlə bağlı layihələrə ayrılan vəsait İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənovun əli ilə rəhbərlik tərəfindən açıq-aşkar qəddarlıqla mənimsənilir.

Bu şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız Vasif Həsənova yaxın olan bir neçə şəxslər faydalanır. Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxsin ya özü, ya da yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir. Universitetin Akreditasiyası zamanı ən az balı İnnovasiyalar Deportamenti alıb. Bunlar öz işlərini düzəltmək əvəzinə bütün günahları kollektivin üzərinə atırlar. Bu deportamentdə 5 şöbə var, bunların nə işlə məşğul olduğu və funksiyası məlum deyil. Bu şöbə öz funksiyasına aid olmayan işlərlə məşğuldur, məsələn imtahanların götürülməsi işi ilə.

Deportamentin direktoru Vasif Həsənov əl altdan prorektor Şahin Xurşudovun quyusunu belə qazıb, onunla rektorun arasını vurub, prorektor olmaq sevdasına düşüb.

Ardını oxu...

Universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa bu universitetin respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar. Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb, yoxlama aparır, bir dərsdə beş-altı dəfə müxtəlif adamlar girib yoxlama aparır, tədris prosesi tam iflic vəziyyətindədir. Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000-10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır. Görəsən qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?
Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə müxtəlif adamları göndərib təkrar-təkrar yoxlatdırır ki, onu haqq-hesabda aldatmasınlar.

Rektorun qəbul saatı yoxdur, heç bir əməkdaş rektoru görə bilmir, çünki əməkdaşları qəbul etmir. Kabinetdən çölə çıxmır. Bu semest keçirilən imtahanlarda təkcə İqtisadiyyat fakültəsində 1700- dən artıq imtahan kəsiri var. Elə tələbə var ki, bir neçə imtahandan kəsilib. Bu kəsirlər Şahin Xurşudovun əl altdan aldığı rüşvət hesabına imtahandan xeyli müddət keçməsinə baxmayaraq listləri dəyişdirməklə düzəldilir. İmtahandan yığdığı pullar buna bəs etmir. Bu adam pul çıxan hər şeyə girişir. Müxtəlif adamları rüşvət müqabilində universitetə müxtəlif vasitələrlə müəllim təyin etdirir. Belə şəxslərdən biri də işlədiyi bütün yerlərdən biabırçılıqla qovulan Mais Gülalıyevdir. Gözü götürməzlik, yanlış məlumat vermək, mərdiməzarlıq və onun-bunun dalınca danışmaq Mais Gülalıyevin həyat tərzidir. Bu adam vaxtı ilə Soros fondu ilə əlaqəli olub, İqtisadiyyt İnstitutunda, Mingəçevir Dövlət Universitetində, Azərbaycan Texologiya Universitetində və s. kimi yerlərdə rəhbər vəzifələrdə çalışıb, işlədiyi yerlərdən isə biabırcasına qovulub. Bu şəxc həm də Azərbaycan Yaşıllar Partiyasının Sədri olub. İndi isə Şahin Xurşudova verdiyi rüşvətin sayəsində Gəncə Dövlət Universitetinə transfer olub. Hələ bu azmış kimi verdiyi rüşvətin müqabilində Şahin Xurşudov onu Menecment və Turizm işi kafedrasına müdir təyin etdirməyə çalışır. Halbuki həmin kafedranın hal-hazırda müdiri işləyən Əli Allahverdiyev işlədiyi sahədə respublikada kifayət qədər dəst-xətti olan, savadlı, kifayət qədər iş təcrübəsinə malik, fakültədə xüsusi nüfuza malik bir şəxsdir. Lakin Şahin Xurşudova belə kadr lazım deyil. Ona rüşvət verən ,eyni zamanda bu işdə kifayət qədər təcrübəsi olan adam lazımdır. Yığdığı rüşvətlərin hesabına bahalı maşınlara, Bakıda, Tovuzda eləcə də Gəncədə kifayət qədər obyektlərə və daşınmaz əmlaka sahiblənməyi bacarıb. İndi isə şəhərin yaxşı yerində Sehrli dayə adlı uşaq başçası açıb. Bu baxçanın yerləşdiyi çox mərtəbəli villa da Şahin Xurşudovun mülkiyyətindədir. Hal-hazırda müxtəlif adamlardan işə qəbulla bağlı pullar alıb, lakin rüşvətin miqdarında rektora fırıldaq gəldiyi üçün rektor tərəfindən gözdən salınıb. Rektor həmin şəxslərin əmrini vermir, bu da həmin rüşvət verənlərin əlində qalıb. Verdiyi rüşvəti geri tələb edən adamlar onun kabinetinin qarşısında növbəyə dayanır.

Kollektiv gözləyir ki, Elm və Təhsil Naziri Emin Əmrullayev rektor Yusif Yusibovun, onun pul yığanları Vasif Həsənovun, Şahin Xurşudovun cinayətkar əməllərinə nə vaxt son qoyacaqdır????

Redaksiyadan: Mövzu ilə əlaqədar yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
Uzun illərdir ölkənin gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı mübarizəyə start verildiyi iddia edilir.

Bizimxeber.az -a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi və Azər Məmmədovun rəhbərlik etdiyi İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi uzun illər boyu fəaliyyət göstərən, DSMF ödəmələri etməyən, anbarı olmayan, vergi ödəməyən şirkətlərə qarşı tədbirlər görməyə başlayıb.

Qeyd olunur ki, son günlər gömrükdə bir dəfəlik əməliyyalar üçün yaradılan şirkətlərin, gömrük işindən xəbərsiz olan fiziki şəxslərin adına olan VÖEN-lə gətirilmiş yüklər saxlanılır, onlardan əlavə sənədlər tələb edilir, qanuni tələblərə əməl etmələri istənilir. Eyni zamanda ardıcıl fərqli məlumatlar gəlir və bütün bunlar məqsədin tamamilə başqa olduğunu ortaya qoyur.

Belə ki, illərdir ölkə mətbuatında gömrükdə fəaliyyət göstərən qanunsuz şirkətlərin adı çəkilir və onların əsl sahiblərinin yüksək çinli məmurlar olduğu qeyd olunur. Bu şirkətlər əsl sahiblərinə böyük mənfəətlər qazandırır, dövlət bürcəsinə böyük ziyan vurur, vergidən yayınır və DSMF ödəmələri etmir.
Lakin, belə bir vəziyyətin uzun müddət ərzində necə görməzlikdən gəlindiyi və yalnız indi bu şirkətlərə qarşı mübarizəyə başlanması böyük suallar yaradır.

Nə baş verir? Həqiqətənmi, Gömrük Komitəsi və İdxal-İxrac İdarəsi bu şirkətlərə qarşı mübarizəyə start verib və məqsəd qanuni fəaliyyət göstərən şirkətlərin, sahibkarların önünü açmaqla büdcəyə böyük gəlirlər gətirmək, belə qanunsuz şirkətlərin dövlətə vurduğu ziyanın qarşısını almaqdır? Yoxsa, bu hansısa məqamlara və məqsədlərə hesablanmış, görüntü yaratmaq məqsədilə həyata keçirilən bir addımdır?

Bu addımların əsas məqsədi qanunsuz şirkətlərin fəaliyyətini zərərsizləşdirmək, dövlət büdcəsinə gəlir gətirmək və əsasən Qarabağın dirçəlməsinə töhfə vermək olduğu iddia edilərkən, əslində daha çox süni sıxlıq, narazılıq yaratmağa və nəticədə hansısa maraqları qorumağa çox oxşayır.

Məlumata görə, bu cür tədbirlər vasitəsilə görüntü yaradılaraq, guya ciddi islahatlar həyata keçirilir və "işləyirik, mübarizəyə start verdik" kimi bir imic formalaşdırıla, görüntü yaradıla bilər. Bununla da qanunsuz fəaliyyət göstərən şirkətlərin gələcək fəaliyyətinə bəzi qanuni "don" geyindirilə, fəaliyyətlərini davam etdirmələri üçün müəyyən yollar tapıla bilər. Yəni, nə şiş yansın, nə də kabab... Ümumiyyətlə, bu gün qurumların əksəriyyətində eyni vəziyyət hökm sürür.

Özlərini uzun illərdən bəri qalmış problemləri guya həll edirmişlər kimi göstərmək, fotolar, videolar hazırlamaq... Əsas odur ki, yuxarı instansiyalara "belə hallarla mübarizənin çətin olmasına baxmayaraq, işləyirik, mübarizə aparırıq" görüntüsü yaratmaq və göstərmək...

Buna misal olaraq, illər əvvəl yükdaşımalarda baş verən "VÖEN qalmaqalı"nı göstərmək olar. O zaman da müəyyən qadağalar tətbiq etməklə "narazı sahibkarlar" ordusu yaradılmışdı və nəticə olaraq heç nə dəyişməmişdi. Bir müddət sonra yenə eyni fəaliyyətə davam dedilər.

Bütün bunların fonunda bu yeni addımların da əvvəlki praktikalardan fərqli olmayacağına dair narahatlıqları ortaya çıxarır. Problemlər yerində qalacaq, sadəcə olaraq, onların yerini dəyişdirmək məqsədi ilə yeni yollar tapılacaq?

Məlumatlara görə, guya bu yeni addımların məqsədi, gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətləri aradan qaldırmaqla dövlət büdcəsinə gəlir artırmaq və belə qanunsuz şirkətləri vergilərə cəlb etməkdir.

Lakin, illərdir bu məsələyə qarşı hər hansı ciddi addımlar atılmaması suallar doğurur. Niyə illər ərzində bu məsələlər gözardı olunub və indi bir anda ciddi islahatlar həyata keçirilməyə başlanıb? Əgər bu qədər illər ərzində gömrükdə fəaliyyət göstərən, dövlət büdcəsinə böyük məbləğdə ziyan vuran bu şirkətlər indi gözə çarpırsa, bu, ciddi şübhələrə yol açmırmı?

Gömrükdə fəaliyyət göstərən bu qanunsuz şirkətlərin əsas gəlir mənbələrindən biri də ƏDV maxinasiyalarıdır. Bu şirkətlər müxtəlif yollarla idxal edilən malların dəyərini şişirdir, saxta sənədlər tərtib edir və vergidən yayınırlar. Hətta bəzi hallarda mallar tamamilə kağız üzərində "idxal" edilərək ƏDV-nin qaytarılması mexanizmi vasitəsilə dövlət büdcəsindən milyonlarla manat vəsait çıxarılır. Uzun illər bu sxemlər hər kəsə məlum olsa da, heç bir ciddi tədbir görülməyib.

Gömrük orqanlarının, vergi qurumlarının və digər aidiyyəti dövlət strukturları həqiqətənmi, bu hallardan xəbərsiz olub? Bu, yalnız konkret şəxsləri və ya şirkətləri sıxışdırmaq üçün nəzərdə tutulmuş müvəqqəti bir kampaniyadır, yoxsa həqiqətən də sistemli dəyişikliklərə başlanılıb? Həqiqətənmi, bu qurumlar indi ayılıb ki, bu şirkətlər dövlətə böyük ziyan vurur? Yoxsa bu, sadəcə yeni bir sistemin tətbiqi və köhnə problemlərin üstünü örtmək üçün bir "oyun"dur?

Bu sualların cavabı yaxın gələcəkdə aydın olacaq. Əgər məqsəd qanunsuz fəaliyyətin dayandırılması və vergi ödəmələrinin artmasıdırsa, o zaman bu prosesdə həqiqətən ciddi islahatlar edilməli, arxasında dayanan şəxslər məsuliyyətə cəlb edilməli və sistem kökündən dəyişdirilməlidir.

Bu məsələni diqqətlə izləmək lazımdır, çünki gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərlə mübarizə yalnız görüntü xatirinədirsə, heç bir real nəticə əldə edilməyəcək. İslahatların gerçəkliyi zamanla daha da aydın olacaq.
Ardını oxu...
Göyçay rayonu Bığır kənd sakini Şəfiyev Azad Məhəmməd oğlu tərəfindən

ŞİKAYƏT

Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Göyçay rayon Məhkəməsində məni və qardaşım Bəyləri aldadıb qanunsuz qətnamə çıxarmaq istəyirlər.
Hansı ki, bir neçə ay əvvəl ünvanımıza Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun tərəfindən bizə qarşı verilmiş iddia ərizəsi göndərilmişdir.
Həmin iş üzrə iddiaçı qonşumuz İsmayılov Rəşad Hüseyn oğlu mənə və qardaşım Bəylərə qarşı inventarlaşdırma işlərinin aparılmasına cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması tələbi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir.Biz iddia ərizəsi ilə tanış olub hüquqşunas tərəfindən etiraz yazdırıb məhkəməyə təqdim etdik. Bir neçə dəfə məhkəmə iclası keçirildi ancaq qətnamə çıxarılmadı. Növbəti məhkəmə prosesi barədə mənim və qardaşımın telefonuna mesaj gəldi. Sonradan bizə məlum oldu ki, hakim İbrahim Fəttahov qonşumuz Rəşad İsmayılovun iddia ərizəsini dəyişdirib tələbi yolun açılmasına yaranmış maneənin aradan qaldılmasına dair etdirmişdir.
Bu məhkəmə sestemində indiyə qədər baş verməmiş qanunsuzluqdur ki, hakim İbrahim Fəttahov etmişdir. Həttda dəyişdirilən iddia ərizəsi bizə təqdim edilməyib ki, tanış olub etirazımızı yaza bilək. Hakim hətda bizim savadsızlığımızdan sui-istifadə edib iddia ilə razı olmağımıza dair diqtə ilə bizə ərizədə yazdırmışdır.
İddianın mahiyəti isə budur ki, vəfat etmiş atam öz vəsaiti hesabına uzun illər bundan əvvəl 3 ailə üçün çəkdirdiyi ensiz- darısqal yoldan qonşumuz Rəşad İsmayılovda istifadə edə bilsin.Hansı ki, həmin yolun eni 2,5 metrdir ki, 3 ailə oradan güclə istifadə edir. Həmçinin Rəşad İsmayılovun evinə gediş-gəlişi təmin edən eni 6 metr olan yol var, asfalt yola isə bir başa yol sala biləcək şəraiti var.
Rəşad İsmayılovun məqsədi nəyin bahasına olur -olsun evinə ikinci gediş-gəliş yolunu açıb 3 ailənin rahatlığını pozub maneələr yaratsın.
Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov isə vəzifəsindən və bizim savadsızlığımızdan sui-istifadə edərək iddianı dəyişdirib bizə diktə ilə razılıq ərizəsi yazdırıb oyunlar qurmuşdur.
Yuxarıda qeyd etdiyim kimi AzərbaycanRespublikasının məhkəmə tarixində bəlkədə ikinci belə bir qanunsuzluq olmayıb ki, bunu hakim İbrahim Fəttahov etmişdir.
Mən bu barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova və digər aidiyyatı qurumlara şikayət ərizələri ilə müraciətlər etmişəm. Mətbuat vasitəsi ilədə müraciət ünvanlayıb xahiş edirəm mənim şikayət ərizəmi obyektiv araşdırıb vəzifəsindən və bizim savadsızlığımızdan sui-istifadə edərək iddianı dəyişdirib bizə diktə ilə razılıq ərizəsi yazdırıb oyunlar quran Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz.

 
 
 
Ardını oxu...
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət verməsi ölkə gündəmini zəbt etdi. Çox keçmədi media buna səbəb Turizm Agentliyinin Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrildiyi barədə məlumatlar yaydı. Məlumatlarda Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafının davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırmaları, hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürmələri iddia olunurdu.

Ardından qurumda işləyən bir neçə nəfərin vəzifəsindən azad edilməsi və Fuad Nağıyevlə yanaşı bir sıra şəxslərin də istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar yayıldı. Bütün bunlar Fuad Nağıyevin bu töhmətdən heç də asanlıqla yaxa qurtara birmələyəcəyinə bir işarədir.

Bəs istintiqaq zamanı araşdırılıarsa Fuad Nağıyevin işində daha nə kimi nöqsanlar üzə çıxa bilər?

Aktualinfo.org hələ 2022-ci ildə Turizm Agentliyi tərəfindən Qubanın Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsaitin ayrılması barədə məqalə yaymışdı. Xatırladaq ki, həmin araşdırma məqalədə Dövlət Turizm Agentliyinin “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması üzrə “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı ilə 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağladığına toxunulmuş, bu zaman qiymətlərin süni şəkildə şişirdildiyinə şübhələr olduğunu açıqlamışdıq. Həmin vaxt “MAQRO CONSTRUCTION” MMC Xınalıq kəndindəki qəzalı evləri təxmini hesablamalarımıza görə 99 945 manata bərpa edəcəyini yazmışdıq. Portalda müqavilənin başlanma tarixi 12.10.2022-ci il, bitmə tarixi isə 20.12.2024-cü ilə müəyyən edildiyi göstərilirdi.

Sonra isə məlum oldu ki, bu vəsait çatmayıb və Turizm Agentliyi 2024-cü ildə bitməli olan “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda qəzalı evlərin bərpası (44 ev) üzrə əlavə işlər görə də “Maqro Construction” MMC ilə “Maqro Construction” MMC ilə 11.09.2024-cü ildə 2.231.893,91 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqladı. Bu isə ümumilikdə 6 629 511 manat vəsaitin ayrılması deməkdir. Bu isə Xınalıqda bir qəzalı evin təxminən 150 min manata bərpa olunması anlamına gəlir.

Qeyd edək ki, Turizm Agentliyi hələ 2021-ci ildə də Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsait ayırmışdı. Onda Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (16 ev) işləri üzrə keçirmiş olduğu tenderdə 1 183 023.88 manat məbləğində satınalma müqaviləsini 22.07.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlamışdı. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Dövlət Turizm Agentliyi Xınalıqdakı qəzalı evlərin təmiri və bərpası (16 ev) işlərinin satın alınmasına 04.05.2021-ci ildə də 876 181.18 manat məbləğində bir satınalma müqaviləsi də “PERLİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

Göründüyü kimi Turizm Agentliyi 2021-2024-cü illərdə yalnız Xınalıq kəndindəki qəzalı evlərin (44+16) bərpasına ümumi olaraq 8 688 715 manat dəyərində vəsait ayıraraq 4 satınalma müqaviləsi bağlayıb.

Elektron mediada yer alan məlumatlarda hələ 2022-ci ilin oktyabrında “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir-bərpa işlərinə baxış zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, “Xınalıq kəndi dəniz səviyyəsindən təxminən 2 200 metr hündürlükdə yerləşdiyi və burada qış sərt keçdiyi üçün ilin yalnız 4-5 ayı ərzində iş aparmaq mümkündür: “Odur ki, təmir-bərpa işlərinin mərhələli şəkildə icra olunması nəzərdə tutulub. Özünəməxsus memarlıq üslubu, coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 ev təmir-bərpa ediib, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülüb, yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır”.

Göründüyü kimi Turizm Agentliyi Xınalıqda qəzalı evlərin bərpası işləri üzrə 3 şirkətlə müqavilə bağlayıb. Burada eyni yerdə, eyni işləri görən şirkətlərin fərqli qiymətlərlə təmir bərpa işləri apardığı açıq aydın görsənir. Bu mütləq araşdırılmalıdır.

Digər tərəfdən, Agentliyin sədri Fuad Nağıyev də açıqlamasında qeyd edir ki, Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay, may-sentyabr aylarının olduğunu göstərir. Elə isə tenderlər nə üçün sentyabrda keçirilib. Axı, sentyabrdan sonra Xınalıqda tikinti işləri aparmaq olmur. Sentyabrda tender keçirib, növbəti ilin may ayında işə başlanılırsa ortada olan 8 ay müddətinə ayrılan pullar necə olur? Tenderləri ilin əvvəllindən, mart-aprel aylarından keçirib, may ayından işlərə başlamaq olmazmı? Hesab edirik ki, burada da bir çox qaranlıq məsələlər var. Bu da araşdırılmaladır.

Qeyd edək ki, şirkətin hansı ölkəyə məxsus olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.05.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİŞİR NƏVAİ, ev 17. qanuni təmsilçisi kimi isə Emrah Ucar qeyd olunub.

Apardığımız ətraflı araşdırmalar zamanı məlum oldu ki, MMC Azərbaycanda fəaliyyətə başlayandan cəmi 1 il 4 ay sonra “Azərsu” ASC-nin “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 49 476 059.86, “Azergold” QSC-nin isə Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 40 757 001 manat udub. Yəni 2022-ci ilin 4 ayı ərzində tam 90 milyon manat. Ümumi dəyəri milyonlarla ölçülən dövlət satınalmalarında iştirak edən, lakin barəsində heç bir məlumat olmayan bu şirkətin qalibi olduğu tenderlərə baxdıqda isə qəribə mənzərə yaranır, birində su təchizatı və kanalizasiya sistemi işləri, digərində qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri, başqa birində isə qəzalı evlərin təmir, bərpa işləri.

Göründüyü kimi Turizm Agentliyi Xınalıqda qəzalı evlərin bərpası işlərinə 2021-2024-cü illərdə 9 milyon manata yaxın dövlət vəsaiti ayırıb. Xınalıqda bərpa olunmuş qəzalı evlərə baxış keçirilərsə çox qaranlıq mətləblərin üstü açılar. Onda Fuad Nağıyevə verilən şiddətli töhmət başqa ciddi cəzalarala əvəzlənə bilər.

Aktualinfo.org
 
 
 

Dünyapress TV

Xəbər lenti