Gömrükdə qanunsuz şirkətlərə qarşı həqiqi mübarizə, yoxsa görüntü? -
Uzun illərdir ölkənin gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı mübarizəyə start verildiyi iddia edilir.

Bizimxeber.az -a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi və Azər Məmmədovun rəhbərlik etdiyi İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi uzun illər boyu fəaliyyət göstərən, DSMF ödəmələri etməyən, anbarı olmayan, vergi ödəməyən şirkətlərə qarşı tədbirlər görməyə başlayıb.

Qeyd olunur ki, son günlər gömrükdə bir dəfəlik əməliyyalar üçün yaradılan şirkətlərin, gömrük işindən xəbərsiz olan fiziki şəxslərin adına olan VÖEN-lə gətirilmiş yüklər saxlanılır, onlardan əlavə sənədlər tələb edilir, qanuni tələblərə əməl etmələri istənilir. Eyni zamanda ardıcıl fərqli məlumatlar gəlir və bütün bunlar məqsədin tamamilə başqa olduğunu ortaya qoyur.

Belə ki, illərdir ölkə mətbuatında gömrükdə fəaliyyət göstərən qanunsuz şirkətlərin adı çəkilir və onların əsl sahiblərinin yüksək çinli məmurlar olduğu qeyd olunur. Bu şirkətlər əsl sahiblərinə böyük mənfəətlər qazandırır, dövlət bürcəsinə böyük ziyan vurur, vergidən yayınır və DSMF ödəmələri etmir.
Lakin, belə bir vəziyyətin uzun müddət ərzində necə görməzlikdən gəlindiyi və yalnız indi bu şirkətlərə qarşı mübarizəyə başlanması böyük suallar yaradır.

Nə baş verir? Həqiqətənmi, Gömrük Komitəsi və İdxal-İxrac İdarəsi bu şirkətlərə qarşı mübarizəyə start verib və məqsəd qanuni fəaliyyət göstərən şirkətlərin, sahibkarların önünü açmaqla büdcəyə böyük gəlirlər gətirmək, belə qanunsuz şirkətlərin dövlətə vurduğu ziyanın qarşısını almaqdır? Yoxsa, bu hansısa məqamlara və məqsədlərə hesablanmış, görüntü yaratmaq məqsədilə həyata keçirilən bir addımdır?

Bu addımların əsas məqsədi qanunsuz şirkətlərin fəaliyyətini zərərsizləşdirmək, dövlət büdcəsinə gəlir gətirmək və əsasən Qarabağın dirçəlməsinə töhfə vermək olduğu iddia edilərkən, əslində daha çox süni sıxlıq, narazılıq yaratmağa və nəticədə hansısa maraqları qorumağa çox oxşayır.

Məlumata görə, bu cür tədbirlər vasitəsilə görüntü yaradılaraq, guya ciddi islahatlar həyata keçirilir və "işləyirik, mübarizəyə start verdik" kimi bir imic formalaşdırıla, görüntü yaradıla bilər. Bununla da qanunsuz fəaliyyət göstərən şirkətlərin gələcək fəaliyyətinə bəzi qanuni "don" geyindirilə, fəaliyyətlərini davam etdirmələri üçün müəyyən yollar tapıla bilər. Yəni, nə şiş yansın, nə də kabab... Ümumiyyətlə, bu gün qurumların əksəriyyətində eyni vəziyyət hökm sürür.

Özlərini uzun illərdən bəri qalmış problemləri guya həll edirmişlər kimi göstərmək, fotolar, videolar hazırlamaq... Əsas odur ki, yuxarı instansiyalara "belə hallarla mübarizənin çətin olmasına baxmayaraq, işləyirik, mübarizə aparırıq" görüntüsü yaratmaq və göstərmək...

Buna misal olaraq, illər əvvəl yükdaşımalarda baş verən "VÖEN qalmaqalı"nı göstərmək olar. O zaman da müəyyən qadağalar tətbiq etməklə "narazı sahibkarlar" ordusu yaradılmışdı və nəticə olaraq heç nə dəyişməmişdi. Bir müddət sonra yenə eyni fəaliyyətə davam dedilər.

Bütün bunların fonunda bu yeni addımların da əvvəlki praktikalardan fərqli olmayacağına dair narahatlıqları ortaya çıxarır. Problemlər yerində qalacaq, sadəcə olaraq, onların yerini dəyişdirmək məqsədi ilə yeni yollar tapılacaq?

Məlumatlara görə, guya bu yeni addımların məqsədi, gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətləri aradan qaldırmaqla dövlət büdcəsinə gəlir artırmaq və belə qanunsuz şirkətləri vergilərə cəlb etməkdir.

Lakin, illərdir bu məsələyə qarşı hər hansı ciddi addımlar atılmaması suallar doğurur. Niyə illər ərzində bu məsələlər gözardı olunub və indi bir anda ciddi islahatlar həyata keçirilməyə başlanıb? Əgər bu qədər illər ərzində gömrükdə fəaliyyət göstərən, dövlət büdcəsinə böyük məbləğdə ziyan vuran bu şirkətlər indi gözə çarpırsa, bu, ciddi şübhələrə yol açmırmı?

Gömrükdə fəaliyyət göstərən bu qanunsuz şirkətlərin əsas gəlir mənbələrindən biri də ƏDV maxinasiyalarıdır. Bu şirkətlər müxtəlif yollarla idxal edilən malların dəyərini şişirdir, saxta sənədlər tərtib edir və vergidən yayınırlar. Hətta bəzi hallarda mallar tamamilə kağız üzərində "idxal" edilərək ƏDV-nin qaytarılması mexanizmi vasitəsilə dövlət büdcəsindən milyonlarla manat vəsait çıxarılır. Uzun illər bu sxemlər hər kəsə məlum olsa da, heç bir ciddi tədbir görülməyib.

Gömrük orqanlarının, vergi qurumlarının və digər aidiyyəti dövlət strukturları həqiqətənmi, bu hallardan xəbərsiz olub? Bu, yalnız konkret şəxsləri və ya şirkətləri sıxışdırmaq üçün nəzərdə tutulmuş müvəqqəti bir kampaniyadır, yoxsa həqiqətən də sistemli dəyişikliklərə başlanılıb? Həqiqətənmi, bu qurumlar indi ayılıb ki, bu şirkətlər dövlətə böyük ziyan vurur? Yoxsa bu, sadəcə yeni bir sistemin tətbiqi və köhnə problemlərin üstünü örtmək üçün bir "oyun"dur?

Bu sualların cavabı yaxın gələcəkdə aydın olacaq. Əgər məqsəd qanunsuz fəaliyyətin dayandırılması və vergi ödəmələrinin artmasıdırsa, o zaman bu prosesdə həqiqətən ciddi islahatlar edilməli, arxasında dayanan şəxslər məsuliyyətə cəlb edilməli və sistem kökündən dəyişdirilməlidir.

Bu məsələni diqqətlə izləmək lazımdır, çünki gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərlə mübarizə yalnız görüntü xatirinədirsə, heç bir real nəticə əldə edilməyəcək. İslahatların gerçəkliyi zamanla daha da aydın olacaq.

Bölmənin digər xəbərləri

10 Mart 2025 Maliyyə nazirinin müavini rektoru himayə edir ?! - GDU-nun bitməyən dərdi…
10 Mart 2025 Yeni Günəşlidə 3 mərtəbəli qanunsuz obyekti kim tikdirir?- Fotofakt
10 Mart 2025 Göyçay rayon Məhkəməsinin dolanbaclarında nələr baş verir ŞİKAYƏT/VİDEO
10 Mart 2025 Xınalıqdakı qəzalı evlərin bərpasına ayrılan milyonlar araşdırılsa Fuad Nağıyevi nələr gözləyir
10 Mart 2025 Heç kim və heç nə Abidin müəllimin UMRUNDA DEYİL... - BU DA FAKT...
09 Mart 2025 DSMF filial müdirinin piyadanı vurması ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
08 Mart 2025 Hüseynova masajçıdır yoxsa kosmetoloq?- Video- Foto
08 Mart 2025 İş adamı ilə əlbir olan 8 saylı RETSİ rəisi Akif Məmmədovdan SAXTA RƏY - cinayət işi açıldı, HƏBSLƏR GÖZLƏNİLİR
08 Mart 2025 Xırdalan 1 nömrəli məktəbdə 8 mart YIĞIMI - Şagirdlər hədiyyələri məktəbin arxa qapısından belə daşıyır/ANBAAN GÖRÜNTÜLƏR
08 Mart 2025 Gəncə ŞİH ilə Su Kanalı idarəsinin rəisi dövlətin 49 milyon 500 min dollar kanalizasiya pulunu necə mənimsədilər?! - DE-FAKTO
08 Mart 2025 Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– TƏFƏRRÜAT
07 Mart 2025 Müəllimlərə “hinduşkabaş” deyən direktorun şok səs yazısı – ÖZƏL
07 Mart 2025 Yasamal rayonu böyük təhlükədə: “FHN niyə susur?” - FOTOLAR
07 Mart 2025 149 saylı məktəbdə pul yığılması təsdiqləndi... - Valideynlər üsyan edir
07 Mart 2025 İlqar Abbasov Şirvan şəhərini belə “yaşıllaşdırır” – Bir nəfərə məxsus müxtəlif MMC-lərlə
07 Mart 2025 Abidin Fərzəliyevdən ŞOK ÖZBAŞINALIQ - Görün, HARANI SATDI...
07 Mart 2025 Azpetrol"dan "Aİ-95" benzini vurdu, maşını sıradan çıxdı (Video)
07 Mart 2025 "Sərin”də kabablar hansı ətdən hazırlanır? FOTO
07 Mart 2025 Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?
07 Mart 2025 DSMF pensiyanı dələduzluqla kəsməsini “dövlət sirri” sayır

Dünyapress TV

Xəbər lenti