Dövlət büdcəsini TALAYANLARın izi ilə... - FOTO
“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibləri müəyyən olub.

DogruXeber.az: - Rəsmi mənbələr xəbər verir ki, qalib şirkətlər “Arko Təmir Tikinti Şirkəti” MMC və “Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi olub.

Belə ki, açıqlanan məlumatda “Azərsu” ASC Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması xidmətinə görə “Arko Təmir Tikinti Şirkəti” MMC-yə 511 milyon 505 min 76 manat ödəyəcəyi qeyd olunub.

“Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi isə Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınmasına görə “Azərsu” ASC-dən 4 milyard 947 milyon 605 min 986 manat alacağı bildirilib.

Qeyd edək ki, 10 manat nizamnamə kapitalı olan “Arko Təmir Tikinti Şirkəti” MMC-nin qanuni təmsilçisi Əhmədov Rasim Qazməmməd oğludur. Şirkət 25 fevral 2011-ci ildə təsis edilib.

“Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi isə 7 may 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Emrah Ucardı.

Dövlət büdcəsini TALAYANLARın izi ilə... - FOTO


Dövlət büdcəsini TALAYANLARın izi ilə... - FOTO


Dövlət büdcəsini TALAYANLARın izi ilə... - FOTO


"DogruXeber.az" bildirir ki, bu xəbər 2022-ci ilin avqust ayının 6-da yayımlanıb.

Həmin dövrdə "Azərsu" ASC-nə mərhum Köçərli Həsənov müvəqqəti rəhbərlik edirdi.
İndi haqq dünyasındadır deyə rəhmətliyin dövlət qurumunu necə yağmaladığı barəsindəki məlumatlara geniş yer ayırmırıq.

Təbii ki, onun bu qədər talanı təkbaşına etməsi mümkün deyildi. Özü də elə bir ərəfədə ki, qurumun Zaur Mikayılovun tabeliyinə verilməsi üzərində işlər aparılırdı.

Beləliklə, bir neçə ay sonra (2023) bu qurum Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi və bundan sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti adlandırıldı.

Əlqərəz...

Yuxarıda, Gəncə şəhərinin su təchizatının yenilənməsi üçün xərclənməsi nəzərdə tutulan məbləği gördünüz.

Rəsmi xəbərlərdə qeyd olunur ki, "Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyevin sözlərinə görə, şəhərdə bu il ərzində 12 min metr içməli su, 10 min metr kanalizasiya xətti çəkilib: “Həmçinin 1 500 ədəd su sayğacının quraşdırılması nəzərdə tutulub. Hazırda işlər yekunlaşmaq üzrədir. 47 % su xətti, 44 % kanalizasiya xətti çəkilib. Gəncə şəhərinin 71 500 abonentinin 40 mini dayanıqlı içməli su ilə təmin olunur”."

Gəncə sakinləri isə bildirir ki, buvaxta qədər şəhərin cəmi 3-4 mərkəzi küçələrində su təchizatı yenilənib vəssalam. Yəni, görülən işlər rəsmi xəbərlərdə həddindən ziyadə şişirdilmiş formada yayımlanıb.

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, hətta cəmi 3-4 küçədə yenilənən su boruları nəzərdə tutulduğundan ucuz qiymətə satılan materialdandır və diametri də nəzərdə tutulduğundan nisbətən kiçik istifadə olunub ki, bu da yeyinti metodlarından biridir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu ilin yanvar ayının 23-də Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalandı.

İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyevin EBRD-nin prezidenti Odile Reno-Basso ilə keçirdiyi görüş çərçivəsində baş tutdu.

Belə olan halda sual yaranır: bəs 4 milyard 947 milyon 605 min 986 manatın aqibəti necə oldu ki, bu işlər üçün bir də ölkə xaricdən kredit almaq məcburiyyətində qaldı?

Ümumiyyətlə, DSEA-nin sədri Zaur Mikayılov təhvil aldığı külli miqdarda məbləğdən bəhs edən bu işləri hansı formada təhvil alıb, necə icra edib?

Təbii ki, mövcud məsələdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və Su kanal İdarəsinin rəisi Şöhrəddin Verdiyevin də rolu böyükdür.

Eləcə də Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və DSEA sədri Zaur Mikayılov 5.4 milyard manatın "taleyini yazan" və cavabdehlik daşıyan şəxslərdirlər.

Üstəlik İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin kütləvi ixtisarlar aparmasına və digər tədbirlər görməsinə rəğmən ötən ili yüksək məbləğdə zərərlə başa vurduğu barəsində də rəsmi məlumat dərc olunub.

Paytaxtın, Binəqədi rayonunda iki küçədə, Xətai rayonunda 8 noyabr prospektində və Səbayıl rayonunda - Bibiheybət ərazisində bir küçədə yenilənən su təchizatının yenilənməsinə 5,4 milyar manat vəsait xərclənməsi absurddur.

2022-ci ildən bugünə qədər Bakı və Gəncənin su təchizatının yenilənməsinə ümumilikdə təqribən 10 milyard manat xərclənməsi məsələsi əsaslı şübhə doğurur. Düşünürük ki, aidiyyatı qurumların bu məsələni ciddi şəkildə araşdırmaları mütləqdir.

Xatırladaq ki, DSEA-nin tabeliyində olan Su kanal idarələrinin də ayrı-ayrılıqda mütəmadi olaraq keçirdikləri tenderlər, icarəyə verilən idarə texnikaları və sair barəsində qurum rəhbəri Zaur Mikayılov xəbərdardır və bu barədəki məlumatlara, şikayətlərə ümumiyyətlə məhəl qoymur, qanun pozuntusuna yol verən şəxslərə "gözün üstə qaşın var" demir. Bu da belə düşünməyə əsas verir ki, Zaur Mikayılov özü də bu qanun pozuntularından "məmnundur".

Bəs Eldar Əzizov ilə Niyazı Bayramov bu işin harasındadır? Bu barədə növbəti yazıda ətraflı bəhs edəcəyik.

Hər iki müəmmalı tender barəsində əlavə məlumatlarımız olacaq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Dünyapress TV

Xəbər lenti