b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_df765b9852c624b48949913fb729bd68.jpg
  

"Zirə" Misli Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Milli.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox stressli, emosional oyun alındı. Cavid Hüseynovu təbrik edirəm, çox yaxşı işlər görür, yaxşı komanda formalaşdırır. Rəqibi analiz edəndə müəyyən çətinliklər çəkirdik. Qış fasiləsindən sonra iddialı klublara uduzmamışdılar. "Səbail" əzmkar komandadır. Çətin olacağını bilirdik. Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin. Ancaq cəhdlərimiz uğursuz alınırdı. İkinci hissədə də qol epizodlarımız oldu. Şükürlər olsun ki, qol vurub, qalib gəldik. Futbolçular ruhdan düşmürdü. Onları təbrik edirəm.

- Çox qol epizodu yaratdız. Sizcə, niyə yalnız biri qol oldu?

- Bu tip oyunarda nadir hallarda qalib gəlirsən. Qol vurmasaydıq da, oyunçularıma oyuna görə minnətdarlıq bildirəcəkdim. Üç dirəkdən dönən topumuz oldu. Son hücumda qol vurmaq dramatik alındı. Bu da futbolçularımızı bir az da böyütməlidir. Özümüz üçün nəticə çıxarmalıyıq ki, sona qədər oynamaq lazımdır. Əvvəlki matçlarda da son dəqiqədə qol vurmuşuq. Amma bu başqa şey idi. Əslində, komandamızı böyütməlidir.

- Yeni transfer barədə nə deyə bilərsiniz?

- Qimanı 4-5 ildir tanıyıram. "Zirə"yə yeni gələndə də danışıqlar aparırdıq, daim əlaqədəydik. Ondan sonra Portuqaliyaya getdi, Polşada oynadı. Uğurlu karyerası olub. Yayda da danışırdıq. Fürsət yarandı, onu gətirdik. Hələ hazır deyil. 2 aydır klubsuzdur. Özünə gəlməsi ay yarım vaxt çəkəcək.

- Son saniyədə Məqsəd İsayevə cərimə meydançasına daxil olmaq göstərişi verdiz. Qolun gələcəyini hiss etdiz?

- Məqsəd dönən toplara cavabdeh idi. Hakim də futbolçulara göstərdi ki, son hücumdur, kornerdən sonra matç bitəcək. Ona görə Məqsədə bildirdim ki, hakim işarə verib, oyun bitir, cərimə meydançasına daxil ol. Uğurlu alındı. Qolu da futbolçularım vurub, pay sahibi onlardı.

- Son saniyədə gələn qol futbol tanrısının sizə hədiyyəsi idi?

- Allah birdir, təkdir. Futbol tanrısı, basketbol tanrısı deyə, bir şey yoxdur. Allah sonda bizə kömək oldu. Onun köməyi olmadan uğur əldə edə bilmərik.

- Adətən qələbəni futbolçular qazanır, məğlubiyyət isə baş məşqçinin olur. Niyə?

- Vəziyyətə, duruma görə ola bilər ki, fikirlərimiz dəyişsin. Bir yerdə uduzub, bir yerdə qazanmışıq. 4,5 ildir buradayam, həmişə belə olub.

Bölmənin digər xəbərləri

10 Mart 2025 Hemilton Milan küçələrində belə “avtoşluq” etdi – VİDEO
09 Mart 2025 "Barselona"nın həkimi öldü - Matç təxirə salındı
08 Mart 2025 Azərbaycan klubları UEFA-dan nə qədər gəlir əldə edib?
07 Mart 2025 15 avtomobili, bir kubunu və buz düzəltmə aparatını lombard qoydu / BORCUNA GÖRƏ
07 Mart 2025 Kuryoz zədə alan Bəhlul Mustafazadənin son durumu bəlli oldu
06 Mart 2025 UEFA Çempionlar Liqası: “Liverpul” PSJ-dən üstün olub, “Bavariya” “Bayer 04”ü darmadağın edib
05 Mart 2025 Superkompüter Çempionlar Liqasının qalibi olacaq komandanın adını açıqladı
05 Mart 2025 UEFA Çempionlar Liqası: Madrid derbisində üç qol vuruldu
04 Mart 2025 Ukrayna Rusiyanı dəstəkləyən Kaxa Kaladzeni və bir neçə digər idmançını titullarından məhrum etdi
04 Mart 2025 Barselonada Petrosyanla yeyilən xəngəl: Adnan Əhmədzadə ermənilərin planını necə pozub?
03 Mart 2025 Ronaldu İrana gedə bilmədi
02 Mart 2025 Paris Olimpiadasının medalları qaytarılır- SƏBƏB
02 Mart 2025 Türkiyə Super Liqasında ölümcül zədə - VİDEO
28 Fevral 2025 "Qalatasaray" "Konyaspor"la bacarmadı
27 Fevral 2025 Neymar “Barselona”ya qayıda bilər
27 Fevral 2025 "Mançester Yunayted" yeni mövsümdə baş məşqçi postunu Xaviyə həvalə edəcək
26 Fevral 2025 Nurlana Məmmədzadə vəzifəsindən azad edildi
26 Fevral 2025 İspaniya Kuboku: "Barselona" - "Atletiko" matçında 8 qol vuruldu
25 Fevral 2025 Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirildi VİDEO
25 Fevral 2025 "Qalatasaray" "Fənərbağça"ya görə bu oyunu qurban verdi"

Dünyapress TV

Xəbər lenti