HAKAN FİDANDAN KRİTİK AÇIQLAMA -
“Region ölkələri “İŞİD” terror qruplaşmasına qarşı birgə fəaliyyət göstərmək və bu məqsədlə əməliyyat mərkəzi yaratmaq barədə razılığa gəliblər”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, terrorçulara qarşı birgə mübarizə vacibdir: “Biz region ölkələri olaraq İŞİD-ə qarşı mübarizədə qərarlıyıq. Türkiyə uzun müddətdir bu mübarizəni öz tərəfində aparır. İŞİD təkcə bir ölkəyə deyil, regionun bir çox dövlətinə zərər vurduğundan qruplaşma ilə təkbaşına mübarizə aparmaq çətindir.

Ona görə də bizim bir araya gəlib güclü platforma yaratmağımız vacib idi. İndi biz bu platformanın yaradılması istiqamətində ilk addımı atmışıq. Bunun başlanğıcı birgə əməliyyat mərkəzinin yaradılması olacaq”.

Fidan əlavə edib ki, PKK regional problem olduğundan ona İŞİD-ə qarşı tətbiq olunan metodologiya və tədbirlərlə yanaşılmalıdır:

“PKK Türkiyədə bir kvadrat metr əraziyə nəzarət etməsə də, Suriyanın üçdə birini işğal edib və enerji qaynaqlarına nəzarət edir. İraqda İraq Kürdüstanında 700 kəndi, Sincar bölgəsini və bəzi başqa əraziləri işğal ediblər. Yəni bu, təkcə Türkiyənin problemi deyil”.

Qeyd edək ki, birgə əməliyyat mərkəzinin yaradılmasında Türkiyə, Suriya, İordaniya, İraq və Livan iştirak edəcək.
 

Bölmənin digər xəbərləri

10 Mart 2025 Trampın Rusiya planı: ABŞ Moskvanı bu ölkədən ayırmağa çalışır – Yeni “Molotov-Ribbentrop paktı” hazırlana bilər?
10 Mart 2025 Yaxın Şərqdə yeni ittifaq: Türkiyə, İordaniya, İraq, Suriya və Livan ABŞ və İsrailin planlarına qarşı birləşdi
10 Mart 2025 Tramp bütün müttəfiqlərini satır?- Ukraynanı Putinlə bölür, Tayvanı....
09 Mart 2025 Xamenei Trampın danışıqlar təklifinə cavab verib
09 Mart 2025 Zelenski gələn həftə Səudiyyə Ərəbistanına GEDİR
08 Mart 2025 Ərdoğan Amerika və Rusiyanın planlarını DAĞITDI - masaya yeni PLAN GƏLDİ
08 Mart 2025 "Zelenski Ciddədə ABŞ ilə danışıqlarda iştirak etməyəcək"- KİV
08 Mart 2025 Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər
08 Mart 2025 Pezeşkian və Xomenei qarşıdurmasında İKİ VARİANT: "Ya danışılmış bir oyundur, ya da ki..."
07 Mart 2025 İlham Əliyev 22 il öncə Ərdoğanla belə görüşdü, bu sözləri verdi! Tərəzi kimi VİDEO
07 Mart 2025 Matviyenko Bakıya hansı MESAJLA GƏLİR? - DETALLAR
06 Mart 2025 Ərdoğandan İlham Əliyevlə bağlı təsirli paylaşım: "Əbədi qardaşlıq yolunda yeni mərhələ"
06 Mart 2025 Azərbaycan hökumətinin BMT təşkilatlarının Bakı ofislərini bağlamaq niyyətində olduğu bildirilir
06 Mart 2025 Dünyadakı hazırkı şüar: "Daha çox kapitalizm, daha az demokratiya!"
06 Mart 2025 İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər — FOTO
06 Mart 2025 Vaşinqton və Kiyev nadir metalların hasilatı sazişinin müzakirəsində irəliləyiş əldə edib - "İnterfaks"
06 Mart 2025 Hikmət Hacıyev Ankaradan paylaşım etdi
06 Mart 2025 Cənubi Qafqazı "çalxalayanlar" kimlərdir? - AKTUAL
05 Mart 2025 Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ
05 Mart 2025 “Sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazırıq” – Zelenski

Dünyapress TV

Xəbər lenti