Ardını oxu...
Tanınmış televiziya aparıcısı Zamirə Dadaşova "Azəriqaz"dan şikayətçidir

AFN.az xəbər verir ki, bu barədə o özünün feyzbuk səhifəsində yazıb. "Azəriqaz"ın artıq hesablama apardığını deyən Z.Dadaşova bildirib ki, sonuncu dəfə 2024-cü il noyabrın 24-də yaşadığı evin qaza olan borcu ödənilib: "61 manat ödəniş olub. 2025-ci il yanvarın 1-də limitlə əlaqəli sayğacın sıfırlanması gözlənilirdi. Xəzər rayon qaz idarəsinin əməkdaşı ancaq fevralın 1-də gəlib sayğaca baxış kecirib və qəbz də təqdim etməyib. Məlum olub ki, fevralın 1-nə qədər mən limiti kecmiş olmuşam (baxmayaraq yanvarın 1-də limit sıfırlanmalı idi) və 360 manat ödəməliyəm. Dediklərinə görə, fevralın 1-dən 2025-in hesabatı aparılacaq. Yəni 1200 kub limit hesablanacaq. Hec nə demədik. Fevral ayı ücün sərfiyyat 720 kub olduğu halda mən "limiti kecmiş" hesab olundum və sərfiyyat 22 qəpikdən hesablandı. Mən "Azəriqaz"ın rəhbəri Azər Məmmədovdan soruşuram: niyə bu xalqı sevdiyi, canını belə verməyə hazır olduqları dövlətdən iyrəndirirsiz? Düşmənisiz bu dövlətin? Əgər siz mənim 100-200 manatıma qalmısızsa gəlin istəyin verim. Mənim kimi yüzlərlə insan var bu özbaşnalıqla üz üzədir. Deyəndə də abonenti borclu cıxarırlar və bu durum hec kimin vecinə deyil. Mən əminəm, Cənab prezident onu sevən xalqa qarşı bu addımları atanların cəzasını verəcək! Azər Məmmədov və onun kimi məmurlar sizin Allahınız yoxdur, bəlli. Amma bu xalqın Allahı var! Ən ağır cəzanı isə o verir! Unutmayın! Bu xalqın ahı yerdə qalmayacaq!

Sözüm bütün məmurlaradır: Dövlət başcısı cənab İlham Əliyev sizi bu fəzifəyə təyin etməyib ki, onu dəstəkləyən və sevən xalqı əzib tapdalayasız. Bəsdirin bu insanların cibinə girib arvadınıza, sevgililərinizə lyüks həyat yaşatdınız! Siz bu millətin, bu xalqın əziyyətlə qazandığı pullarla varsız!"
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ötən il Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına sədr təyin edilən Araz Paşayev 2 ay sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarıldı.

AzFakt.com xəbər verir ki, Araz Paşayevin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasına səbəb Hesablama Palatasının bu qurumun fəaliyyətində aşkarladığı qanunsuzluqlar idi.

Xüsusi təmtəraq və təqdimatla himayədarları tərəfindən vəzifəyə gətirilən, ictimaiyyətə savadlı, yenilikçi və şəffaf kadr kimi təqdim olunan yeni sədrin fəaliyyətində Hesablama Palatasının ciddi nöqsanlar aşkarlaması və bu barədə aidiyyatı qurumlara rəsmi müraciətlər etməsi Araz Paşayevin əsas himayədarı olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Rüfət Mahmudu çətin vəziyyətə salıb.
Ardını oxu...
Əldə etdiyimiz məlumata görə Rüfət Mahmud Araz Paşayev barədə yuxarılara verdiyi yüksək təqdimata görə qınanılıb.

Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı bacarıqsızlığı onun Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına necə rəhbərlik edəcəyini ciddi sual altına alıb.
Ardını oxu...
Məlumata görə Elm və Təhsil nazirliyinin rəhbərliyi və digər aidiyyatı qurumlar Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yeni sədri barədə heç də ürəkaçan fikirdə deyillər. Onlar Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı uğursuz fəaliyyətinin İttifaqda da təkrarlana biləcəyindən narahatlıq keçirir, dəfələrlə tədbir və iclaslarda bunu Rüfət Mahmudin diqqətinə də çatdırıblar.

Qeyd edək ki, Araz Paşayev Təhsil Tələbə Krediti Fondunda əvvəl hüquqi ünvanı Rüfət Mahmuda məxsus mənzildə qeydiyyatda olan “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub.

Bu şirkət bir çox dövlət qurumlarında dəyəri milyon manatlarla ölçülən tenderlərdə qalib elan edilib.
 
Ardını oxu...
Bir müddət əvvəl xəbər vermişdik ki, Bakının Nərimanov rayon ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almağa başlayıb. Tribunainfo.az bildirir ki, rayonun bir sıra yerlərində bu hallar daha açıq şəkildə müşahidə olunmaqdadır.
Belə ki, Yusif Vəzir Çəmənzəminli küçəsində yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbə obyektə çevrilib. Bundan başqa, Nərimanov rayonu, Mirzə Uluqbəy və Faiq Yusifov küçələrində də analoji durum yaşanır.
Amma məsələ orasıdır ki, bunca ictimailəşməsinə baxmayaraq, Nərimanov rayonunda qanunsuz obyektlərin tikintisi prosesi dayanmayıb.
Ötən gün daha bir qanunsuz tikinti işinin üstü açılıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə qanunsuz tikinti işlərinin aparılması Nərimanov rayonunun Təbriz küçəsində qeydə alınıb. Orada iri ticarət obyekti inşa edilir.
Aydın məsələdir ki, bu prosesdən Nərimanov rayon İcra Hakimiyyəti və digər səlahiyyətli qurumların xəbəri var. Əgər xəbərləri yoxdursa, o zaman nəyəsə görə göz yumublar.
Maraqlıdır ki, Nərimanovun icra başçısı Elgün Həbibullayev bu cür ciddi hadisələri görməzdən gəldiyi halda, balkonuna bir mismar vuranı daha tez görür. Deyə biləcəyimiz isə odur ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub. Həbubullayev isə buna əhəmiyyət vermir, göstərişə əməl etmir və öz bildiyi kimi davranır.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Şəhid ailəsi onlara məxsus olan həyətyanı torpaq sahəsinin zəbt edildiyini iddia edir.

“Qafqazinfo”ya müraciət edən şəhid Saleh Səfərovun atası Səfərov İrzəxan Həmzəxan oğlu bildirib ki, ona məxsus 0.06 ha həyətyanı torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən qanunsuz olaraq ələ keçirilib.

Ata deyir ki, Masazır bələdiyyəsinin 16.04.2007-ci tarixli, 17 saylı qərarına əsasən, alqı-satqı müqaviləsi ilə İslamova Zümrüd Rəşid qızına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsini notarial qaydada 24.12.2024-cü ildə alıb.

Daha sonra torpağı rəsmi olaraq adına keçirmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinə müraciət edib: “Qurumun 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən isə bildirildi ki, torpaq başqa vətəndaşa məxsus torpaq sahəsilə üst-üstə düşdüyündən çıxarış almaq mümkün deyil. Qanunla mənə məxsus olan torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən başqa şəxsə satılıb. Bu işdə hətta Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin keçmiş müdiri Elvin Quliyevin də əli olub”.

Məsələyə aydınlıq gətirmək üçün Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri, hazırda isə sədr müavini olan Elşad Sadıqovla əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədi.

Yeni seçilən bələdiyyə sədri Firdovsi Cəlalov isə suallarımızı belə cavablandırdı: “Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bununla bağlı cinayət işi açılıb. Dünən də məhkəmə iclası olub, hazırda proses davam edir. Bəzi lazım olan sənədlər də təqdim ediləndən sonra növbəti məhkəmə iclası keçiriləcək”.

Qeyd edək ki, Saleh Səfərov 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Korrupsiya... Rüşvətxorluq... Qohumbazlıq... Özbaşınalıq... Saxtakarlıq... Mənimsəmə... Dələduzluq... Talama... Oğurluq... Bütün bunlar Abşeron-Xızı Regional Təhsil İdarəsi rəhbərliyinin həyat kredosudur, desək, yanılmarıq. Bir gün İnşaAllah əlləri qandallı rəzil durumda həbsxanaya yola salınar bu idarənin rəhbəri olan Abdullayeva İlhamə... Sənin cinayətlərini nə Allah bağışlayar, nə də Dövlət!!!" "DİA-AZ" xəbər verir ki, bu ağır ittihamları səsləndirən Şamil Nəcəf adlı sosial şəbəkə istifadəçisi əlaqədar qurumları Abşeron-Xızı Regional Təhsil İdarəsində təftiş-yoxlama həyata keçirməyə də çağırıb.

"DİA-AZ" bildirir ki, tək bu deyil və sosial şəbəkələrdə "DİA-AZ"a İlhamə Abdullayeva ilə bağlı onlarla anoloji iddia və ittihamların yer aldığı müraciətlər ünvanlanıb. Onlardan bəzilərini olduğu kimi təqdim edirik:

Baxşiyeva Fəridə yazır ki, qızının toyunda dəvət olunan qonaqlar qarşısında qeyri-adi tələb qoyan İlham Abdullayeva hər bir gələn dəvətlinin toya ən aşağısı 1000 manat yazdırmalı olduğunu, qonağın əynindəki geyimin isə minimum 500 manat olmalı olduğunu istəyib. Hər halda bu fakt ciddi harınlıq dəlaləti kimi qəbul olunmalıdır...

Nəbi Əmrahlı adlı sosial çəbəkə istifadəçisi isə bunları yazır: "Sumqayıtda məktəblərdə özbaşalıq,korrupsiya halları pik həddə çatıb.Direktorların çoxu qubatlıdan olan qaşqınlardı və heç kimdən,heç nədən qorxuları yoxdu.Vaxtıdı?!"

Turan adlı istifadəçi isə Abşeron məktəblərinin ümumi halını təsvir edib: "Məktəblərdə təhsil yoxdur... ancaq pul yığmaq... valideynlərin hesabına pul qazanmaqdır bunların məqsədi. Təhsildən əsər-əlamət də yoxdur. Valideynlər də məcbur olub övladlarını repetitor yanına yollayır..."

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
 
Ardını oxu...
Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyin edilməsinin yeddinci ili aprel ayında başa çatacaq. Onun bu vəzifəyə təyinatından sonra məcburi köçkünlər Komitədə illərlə yığılıb qalan problemlərin nəhayət öz həllini tapacağını düşünürdü. Lakin ən böyük problemi Elə Prezident İlham Əliyev özü 44 günlük Vətən müharibəsində həll etdi. Artıq 30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin yurd-yuvalarına qayıdışına başlanılıb.

Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ən başlıca funksiyası doğma torpaqlarını tərk etmiş məcburi köçkünlərin ata-baba yurduna qaytarılmasını təşkil etməkdir. Bununla belə müxtəlif bölgələrə səpələnmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam edir. Bu işlərə əsas cavabdeh qurum Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentidir. Sözügedən bu qurumda vaxtı ilə çox ciddi qanun pozuntularına yol verilməsi barədə sosial şəbəkələrdə və elektron mediada kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi, millət vəkili Rövşən Rzayevin 2018-ci ilin aprel ayında sözügedən quruma rəhbər təyin edilməsindən sonra burada köklü dəyişikliklərin olacağı gözlənilsə də, bu baş vermədi.

Əksinə Rövşən Rzayevin Departamentə direktor təyin etdiyi Səbuhi Əhmədov narazılıqları daha da artırdı. Qeyd edək ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Rövşən Rzayevin Dövlət Komitəsinə sədri təyin edilməsindən az sonra vəzifə başına gətirdiyi şəxslərdən biri də məhz Səbuhi Əhmədov olub.

Məlum olduğu kimi uzun müddətdir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayrılıb. Yeni mənzillərin tikintisindən tutmuş, fərdi yaşayış evlərinin təmiri üçün ayrılan vəsaitlərin məbləğini rəsmi dövlət qurumlarından başqa kimsə bilməz. Səbuhi Əhmədov isə oturduğu kreslodan və sədrin ona etibarından sui-istifadə edərək ayrılan bu dövlət vəsaitlərindən şəxsi məqsədləri üçün istifadə etməyə başlayıb. Ortada, yəni Komitədə, Rövşən Rzayevin digər kadrları arasında narazılıq da bundan sonra başlayıb.

Əldə etdiyimiz məlumatlara görə hazırda Səbuhi Əhmədovun kreslosu silkələnir. Yəni Dövlət Komitəsinin digər şöbə və departament rəhbərləri Səbuhi Əhmədovun atdığı hər addımı dərhal Rövşən Rzayevə çatdırırlar. Bu da təbii ki, Komitə sədrinin xoşuna gəlmir və Səbuhi Əhmədovun işini xeyli çətinləşdirir. Bəs bu narazılıqlar haradan qaynaqlanır?

Məlum olduğu kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər il milyonlarla manat dövlət vəsaiti ayrılır. Səbuhi Əhmədovun rəhbərlik etdiyi qurum isə fərdi yaşayış evlərinin təmirinə, yolların təmirinə və digər məqsədlər üçün ayrılan vəsaitin çoxunu şişirdilmiş qiymətlərlə özünə yaxın şirkətlər vasitəsi ilə “həyata keçirir”. Bu zaman onun əldə etdiklərini Komitənin digər şöbə və departament rəhbərləri həzm edə bilmirlər və onun yerini tutmağa çalışırlar. Sözügedən Departament tərəfindən son illər keçirilmiş tenderlər ətrafında apardığımız araşdırmalar burada hər şeyin heç də şəffaf olmadığını göstərir və mövzuya yaxın günlərdə ayrıca qayıdacağıq.

Rəhbərlik etdiyi Departamentdə satınalmalardan qazandığı azmış kimi, Səbuhi Əhmədov köçkünlərin hesabına daha çox qazanmaq üçün müxtəlif yollara da baş vurur. Belə ki, Bakı şəhərində məcburi köçkünlər üçün tikilən çoxmənzilli binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə tanışlarının əli ilə satır. Yəni ticarət obyekti kimi işlətmək üçün saxta sənədlərlə kənar şəxslərə verir. Məlumatlara görə Səbuhi Əhmədov və adamları artıq boşaldılan həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Şuşa şəhərciyində vətəndaşdan 40 kv metr bir yerdə iaşə obyektinin tikintisinə rəsmi qurumun möhürü ilə təsdiqlənmiş, Səbuhi Əhmədovun imzası ilə saxta sənəd verən vətəndaş ödədiyi 13 min manatı hələ ala blməyən vətəndaşın şikayəti də buna bir misaldır. Məlumatlara görə Səbuhi Əhmədov hətta qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.

Butün bu kimi hallar isə Komitənin digər şöbə və departament rəhbərlərinin gözündən qaçmır və dərhal Rövşən Rzayevə çatdırılır. Odur ki, “Qaçqınkom”da Komitə sədrinin sadiq kadrı Səbuhi Əhmədov haqqında verəcəyi son qərarı gözləyənlər çoxdur.


Aktualinfo.org
 
Ardını oxu...
Prezident İlham Əliyev cənablarının sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinin artırılmasından sonra paytaxta aparılan tikintilərin normativ qaydalara uyğunlaşması, Bakı şəhərinin ümumi Baş planı ilə əlaqələndirilməsi istiqamətində mühüm addımlar atıldı. Komitə rəhbərliyinin qısa zaman ərzində işlək vəziyyətə gətirdiyi tikinti qaydalarının və tikintiyə icazənin sadələşdirilməsi sadə vətəndaşları sevindirsə də, bu sahədə əvvəllər böyük miqdarda vəsaitlər qazanan bəzi rayon icra hakimiyyətlərinin heç də ürəyindən olmadı. Hələ də bəzi icra hakimiyyətlərinin başçıları səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz tikintilərə şərait yaradırlar.

AzFakt.com xəbər verir ki, qanunsuz tikintilərə "yaşıl işıq" yandıran dövlət qurumlarından biri də Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevdir.

Rafiq Quluyevin "qayğısı" ilə inşa edilən qanunsuz tikintilərdən biri də Xətai rayonunun Qədir Məmmədov küçəsində aparılır.
Ardını oxu...


Ümumi sahəsi 1000 kvadrat metrdən artıq olan tikintinin Rafiq Quluyevin yaxın dostuna məxsus olduğu bildirilir.

Obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə alınmayıb. Hər halda bu barədə Dövlət Komitəsinin saytında heç bir məlumata rast gəlinmir.

Ardını oxu...


Məlumata görə obyekdə tikinti işləri yekunlaşdıqdan sonra sənədləşdirmə işləri aparılacaq.

Ardını oxu...
Ardını oxu...


Qeyd edək ki, son zamanlar Xətai rayonunda qanunsuz tikintilər geniş vüsət alıb. Maraqlıdır ki, bu qanunsuz obyektlərin əksəriyyəti dövlət rəhbərliyi tərəfindən xüsusi himayəyə alınmış "veteran", "qazi", "şəhid ailəsi" kimi imtiyazlı şəxslərin adından istifadə edərək inşa edilir.

Xətai rayonunda qanunsuz tikintilərə icra başçısının yaxın dostu kimi tanınan, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovun nəzarət etdiyi bildirilir.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf heç bir açıqlama vermədi.
Ardını oxu...
Sadiq oxucularımız xatırlayarlar, bir neçə gün əvvəl gundemxeber.az saytında “Direktor qaziləri təhqir edir” sərlövhəsi altında Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçilərinin ölkə başçısına, birinci xanıma və surətini əlaqədar qurumlara ünvanladıqları şikayəti təqdim olunmuşdu.
Mətni kifayət qədər uzun olan şikayətnamənin yalnız bir hissəsini dərc etsək də, məsələ elmi və tibbi ictimaiyyət arasında rezonans doğurub.
Xatırladaq ki, şikayətin 7 bəndlik birinci hissəsində İnstitutun baş direktoru Mətanət Əfəndiyevanın işçilər arasında ayrı-seçkilik etməsindən, hüquqpozmalara rəvac verməsindən, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulmasından, qazilərə verilən yemək menyusunda əskiklik olmasıından, direktorun yarıtmaz idarəçilik siyasətinə etiraz edən işçilərin daim aşağlanmasından və s. qanunsuzluqlardan bəhs olunurdu.
Şikayətnamənin davamını təqdim edirik:
8. Aylıq rüşvət müqabili əsasında bəzi həkimlərə (hətta yeni işə götürülmüş cavan kadrlara) elmi işçi tam ştatı ilə yanaşı həkim yarımştat əlavə paylanıb, rüşvət verməyənlərə isə ümumiyyətlə bu vakant yerləri elan etmədən, “struktur dəyişir, gözləyin” deyilərək aldadılaraq yola salınır.
9. Müvafiq ixtisas üzrə rəsmi Şəhadətnamələri (Sertifikatları) olmayan həkimlərə şərait yaradılıb, onlar növbədə qalır, stasionarda xəstə aparır, bizim sənədlərimiz tam yerində olmasına baxmayaraq işimizdə məhdudlaşma və manelər yaradılıb, xəstə aparılmasına stasionarda imtina olunur. Bizim bacarıqlarımıza uyğun olan manipulyasiyalar icbari tibbi sığorta xidmətlər zərfində qarşılansa da, və biz bunu bacarsaq da, institut rəhbərliyi süni şəkildə bu prosedurların aparılmasına qadağa qoyur, məcbur oluruq xəstələrimizi başqa klinikalara yönəldək. Lakin manipulyasiya və iynə otaqlarında 10-15 AZN müqabilində xəsətələrə intravenoz infuziyalar qoşulur.
10. İxtisasına uyğun olmayan sənədsiz vəzifə tutanların sayı - hesabı yoxdur. Artıq əmək haqqları dövlətin hesabından verilir. Əksinə, otuz beş il təcrübəsi olan elmi işçi aylıq 575 azn əmək haqqı alır. İşçilərin rifahını düzəltmək əvəzinə, özlərinə yaxın və rüşvət aldıqları həkimlərə əlavə ştatlar, əlavə bonus və mukafatlar verilir, lakin digərlərinin əmək haqqısı və bonusları kəsilir, sosial bərabərsizlik və işçilər arasında ayrı-seçkilik yaradır, lakin bu ayrıseçkilik peşə nailiyyətlərinə uyğun aparılmaq əvəzinə, əksinə peşə nailiyyətləri olmayanlara verilir, peşə nailiyyətləri olanlara isə töhmətlər yapışdırılır.
11. Əsas Tibbi Xidmətlərdən əlavə bir neçə lazımsız vəzifələr üçün vakansiyalar yaradılıb, direktorun köməkçisi vəzifəsində kimdir və nə işlə məşğuldur? İnstitut üçün faydalı əmsalı varmı? İnstituta gəlir gətirən bəzi fağır həkimlər qul kimi işlədilən zaman, bəzi lazımsız vəzifələrə artıq pullar xərclənir, lakin doğrudan da lazımi kadrlar və işçilər cəlb edilmir. Bizim müəssisəmiz Publik Hüquqi Şəxsdir, dövlətə tabe olsa da kollektivin də səsi nəzərə alınmalıdır, niyə bizi eşidən yoxdur?
12. İnstitutun avadanlıq balansında qeydiyyatda olmayan, mənşə sertifikatı instituta təqdim edilməyən tibbi avadanlıq və aparatlar bəzi həkimlər tərəfindən qeyri-qənuni şəkildə istifadə edilməsinə institutun rəhbərliyi “göz yumur”. Lakin dəfələrlə tələbnamə yazdığımız avadanlıq alınmır, hətta əl yumaq üçün salfet və sabun məcbur aylarla öz cibimizdən almışıq.
13. Xəstəyə baxılan və tədqiqat aparılan bir müəssisədə necə olur ki, pensiya yaşına görə farmako-nəzarət üzrə mütəxəssis əvəzi tapılmadan işdən çıxarılır, lakin 72 yaşlı pensioner həkimi xəstələrə baxmaq üçün təyin edirlər? Təqaüdçü əməkdaşlar həm təqaüd, həm əmək haqqı alır, bu azmış kimi təqaüd yaşında poliklinika və stasionarda əlavə yarım ştat vahid vəzifə də verilərək əmək haqqı alırlar. Keçən il sertifikasiyasını hələ almamış Artroloqiya şöbəsinin müdiri, İnstitutun böyük elmi işçisi Sevinc Kərimova 72 yaşinda klinikada əlavə yarım ştat vahid həkim vəzifəsi alıb.
14. Xəstənin hüququ var ki, fayda və sağlamlıq, düzgün müalicə gördüyü həkimi seçsin, öz həkiminin adına gələn xəstəni süni şəkildə maneələrlə, həkimin arxasınca “o nə bilir, o kimdir mənim yanımda, mən rus məktəbiyəm, o isə azərbaycan, sizə rus məktəbi bitirən həkim daha yaxşı məsləhət verə bilər” deyilərək başqa həkimlərə yönləndirilir, xəstələr isə bu faktlardan narazı olurlar. Bu nə siyasi ayrı-seçkilikdir? Bizim Azərbaycan məktəbini bitirən alimlərimiz və həkimlərimiz bir çox ölkələrdə tanınır və sayılır, bu diskriminasiyadır, xəstələrin gözü önündə belə şəkildə həkimi alçaltmaq və nüfuzunu yerə salmaq yolverilməzdir.
Yazıda adıçəkilən və ittiham olunan şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Davamı olacaq.

GundemXeber.Az
 
Ardını oxu...
Ötən gün Qubadlı rayonunda tikinti işlərini həyata keçirən "Amal Group”un subpodratçı şirkət olan "Upsilon” MMC-nin ödənişini həyata keçirməməsi barəsində xəbər yayımlamışdıq.

TEREF xəbər verir ki, Unikal saytı "Amal Group” haqqında maraqlı faktlar üzə çıxarıb.

Belə ki, "AMAL Group" şirkətinin yüksək vəzifəli məmurlar tərəfindən himayə edilirmiş.

"Amal Group” şirkətinin sahibi Teymur adlı şəxsdir. O, bəzi iri ranqlı məmurlarla yaxın qohumluq əlaqələrinə malikdir. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov "Amal Group”un sahibi Teymurun qayınatası, iqtisadiyyat nazirinin müavini Anar Axundov isə bacısının həyat yoldaşıdır.

Qeyd edək ki, 2023 və 2024-cü illərdə "Amal Group” bir sıra böyük tenderlərin də qalibi olub.

Mənbə: Konkret.az
Ardını oxu...
"Bakı şəhər İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal ixrac əməliyyatları üzrə nəzarət baş idarəsinin şöbə rəisi Səbuhi Nağıyev və oranın əməkdaşları İsmayılov Tural Tofiq oğlu, Ruhullayev Xəyyam Mehdi oğlu, Məmmədov Rövşən Mahmud oğlu, Manafov Əsgər Azər oğlu bunlar vəzifəsindən süni və məqsədyönlü şəkildə istifadə edərək Ənvər Seyidovla əlbir olub vətəndaşı oyuna gətir öz şəxsi maraqları üçün calışırlar".

"DİA-AZ" xəbər verir ki, bu ittihamı Sumaqyıt sakini Elman Eynullayev yuxarıda adları çəkilən şəxslərin dövlət adından rəsmən reketçilik etdiklərini, aksiz markalarını şəxsi bizneslərinə çevirdiklərini iddia edir.

Narazı vətəndaş bununla bağlı Prezident İlham Əliyevə müraciət edərək kömək istəyir. O müraciətində daha sonra qeyd edir:

"Şəxsi maraqları baş tutmadıqda isə cərimə yazırlar. Və nədənsə aidiyyatı üzrə dövlət orqanları bütün bu baş verənlərin qarşısında susur...

Söhbət büdcədən gedirsə, vətəndaş oyuna gəlməlidir?

Qeyd edim ki, bütün bu maxinasiyalara həmin idarənin rəisi Azər Məmmədov da şübhəli şəkildə susur..."

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
 
 
 

Dünyapress TV

Xəbər lenti