Ardını oxu...
Uzun müdət Bakının Suraxanı və Nərimanov kimi böyük rayonlarının icra başçısı olmuş İlqar Abbasov artıq 6 ilə yaxındır ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısıdır. İnternet axtarış sistemlərinə onun ad və soyadını yazmaq kifayətdir ki, Şirvan şəhər sakinlərinin saysız-hesabsız şikayətləri ortaya çıxsın. Bu şikayətlərdə narazılıqlar ən çox İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri barədədi.

Aktualinfo.org İlqar Abbasovun kadrlarından sayılan, Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi Ağalar Soltanovun rəhbərlik etdiyi qurumun dövlət satınalmalarında işbirliyi qurduğu şirkətlər ətrafında araşdırma aparıb. Araşdırmalarda Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası tərəfindən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi, keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə ciddi qanun pozuntularına yol verildiyi məlum olmuşdur. Bunlar nələrdən ibarətdir?

Əkin materiallarının satın alınması üzrə 09.05.2024-cü ildə başlamış müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 6.467,58 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 12.07.2024-cü ildə dərc edilmişdir.

Xüsusi geyim və təsərrüfat alətlərinin satın alınması üzrə 06.04.2024-cü ildə başlamış müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 6.875,15 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 12.07.2024-cü ildə dərc edilmişdir.

Nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə bir mənbədən satınalma metodu olə keçirilmiş müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 11.186,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 05.11.2024-cü ildə dərc edilmişdir.

Sürtkü materiallarının satın alınması üzrə bir mənbədən satınalma metodu olə keçirilmiş müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 2.736,42 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 05.11.2024-cü ildə dərc edilmişdir.

Qeyd edək ki, “KRİSTAL-LM” MMC 2024-cü ildə Şirvan şəhərində bir neçə dövlət qurumları tərəfindən keçirilmiş ayrı ayrı lotlar üzrə 9 müqavilə bağlamışdır. Bu da MMC-nin müvafiq sahədə peşəkarlığında, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, təcrübəsində, bir sıra şübhəli məqamların olduğu ehtimalı artırır.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “KRİSTAL-LM” MMC (VÖEN 2100694871 ) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 13.01.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, 1 MAY, ev 112 A -da yerləşir. MMC-nin qanuni təmsilçisi İbrəhimova Könül Balaeyvaz qızıdır. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Rütəmov Əlibala Cəfər oğlu olub.

Qeyd edək ki, Rütəmov Əlibala Cəfər oğlu həm də Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin 2023-cü ildə satınalma müqaviləsi bağladığı “TƏCHİZAT-24” MMC-nin qanuni təmsilçisidir.

Bundan əlavə Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin 2022-ci ildə iki satınalma müqaviləsi bağladığı “TƏCHİZAT CİTY” MMC Şirvan şəhərində “KRİSTAL-LM” MMC ilə eyni ünvanda 1 MAY, ev 112 A -da yerləşir ki, bu MMC-lərin də bir nəfər, Rütəmov Əlibala Cəfər oğlu tərəfindən idarə olunması ehtimalını artırır.

Göründüyü kimi Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası 2022-ci ildən sonra dövlət satınalmalarında Şirvan şəhərində bir nəfər tərəfindən idarə olunan MMC-ləri qalib seçmişdir. Bu isə satınalmadan çox işbirliyi anlamına gəlir. Belə ki, Təsərrüfat İdarə kotirovka sorğularının keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, MMC-lərin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və ödəmə qabiliyyətini, etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bu şübhələrin başında da təbii ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dayanır. Çünki, Rütəmov Əlibala Cəfər oğlunun qanuni təmsilçiləri olan bir neçə MMC-yə Şirvan şəhərində keç kim eninə-boluna şərait yaratmazdı. Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi Ağalar Soltanova buradan nə qədər pay çatır baş mühasibi Oqtay Əliyev daha yaxşı bilər. Çünki, maliyyə işlərinə o baxır. Qurumun Satınalma Komissiyasının rəhbəri kimi mətbuatın sorğusuna da cavab verməyi lüzum bilmir.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Abşeron rayon Xırdalan şəhəri Qalibiyyət küçəsi-3 ünvanında yerləşən bir çoxlarının xatırladığı qəzalı binanın qarşısında qazıntı işləri aparılır. Bina hər an uça bilər. Binada yaşayan sakinlər qorxu içindədir.

Bu barədə "Azərbaycan Reallığı"na bina sakinləri məlumat verib. Onların sözlərinə görə, yaşayış binasının altı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən satılıb, gecə-gündüz demədən ağır texnikalar qazıntı işləri aparır hələ üstəlik binanın önundə olan ağaclarda məhv edilir. Bizim təhlükəsizliyimiz nəzərə alınmır.

Binamız hər an çökə bilər. Türkiyədə olan faciə burda da təkrarlana bilər. Bir binanın altı və qarşısı ağır texnikalarla bu qədər qazıla bilməz.

Bunlara bu səlahiyyəti kim verib bilmirik, buna Ekalogiya Nazırliyi, Fövqəladə Hallar Nazirliyi, Şəhər Salma Arxektura İdarəsi, Əmlak Komitəsi, Abşeron rayon icra hakimiyyəti demək olar bütün səlahiyyətli qurumlar göz yumur. Bina bir gecənin içində çökəcək, böyük faciə baş verəcək.

Sonda həyacan təbili çalan bina sakinləri bir daha aidiyyəti qurumlardan kömək istəyib: xaiş edirik bizə köməklik göstərsinlər. Bu özbaşınalığa son qoyulsun- deyə bildiriblər.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakıda bir sürücü "Azpetrol" yanacaqdoldurma məntəqəsində qarşılaşdığı problemlə bağlı narazılığını ifadə edib.

32gun.az xəbər verir ki, şikayətçi bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, "BMW" markalı avtomobilinə "Azpetrol"-dan "Aİ-95" markalı benzin vurduqdan sonra maşında texniki problem yaranıb. Yanacaq nasosu sıradan çıxdığı üçün avtomobil işə düşməyib.
 
 
Ardını oxu...
Bakının Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən “Sərin” şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb.
Ardını oxu...
XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.
Ardını oxu...
Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb:
Ardını oxu...
“Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Pensiyası azaldılan qazinin həyat yoldaşının da pensiyası azaldılıb

İki ildir ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasına 8 il qabaq çıxarılan məhkəmə qərarı ilə əlavə olunan 110 manatın dələduzluqla kəsilməsinə, pensiyasının 2023-cü ildə ayda 138,79 manat, 2024-cü ildə ayda155 manat, bu ilin iki ayında hər ay 167 manat azaldılmasına hüquqi qiymət verilmir.

Bu iki ildə prokurorluğa, ombudsmana, PA-ya,MM-ə, NK-ya, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə, Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə, Hesablama Palatasına, Məhkəmə Hüquq Şurasına,… minə yaxın şikayətlər edilsə də, vurğuladığımız kimi, əlil-qazinin (daşınar) əmlakı nəinki qaytarılıb, pensiyası bərpa edilib, əksinə, 12 ildir 10 nəfərlik ailəsi ilə növbəsində olduğu, 9 ildir məhkəmə qərarı ilə də haqq etdiyi daşınmaz əmlakından-mənzilindən də məhrum edilib. Ayrı-seçkiliyin, tənqidə görə təqibin dərəcəsinə baxın, 1-ci dərəcəli Qarabağ qazisinin dövlət orqanlarına müraciəti 2 əlil elmi işçisi, 4 körpəsi olan ailəsinin də sosial təminatdan məhrum edilməsi ilə sonuclanıb. Hətta 1-ci dərəcəli əlilə qulluq edən həyat yoldaşının pensiyası da gizlin, xəbər vermədən azaldılıb, hər ilin birinci ayının artımı “dövlət dələduzluğu” ilə mənimsənilir.

Qərəzli ayrı-seçkilik, dələduzluq o həddədir ki, 32 ildir işləməyən əmək pensiyaçısı kateqoriyasına keçən 1-ci dərəcəli Qarabağ əlilinin pensiyası işləməyi davam etdirdiyinə görə yığılan sığorta-pensiya kapitalına uyğun “Əmək pensiyaları haqqında” qanunun 37.3.2-1 maddəsi əsasında (müraciət etsə də,) yenidən hesablanmır. DSMF yetkililəri rəsmi məktublarla pensiyanın əlil-qazinin ölüb işləməyi dayandıracağından sonra (??) yenidən hesablanacağını bildirir. Hələ də bu boyda nazirlik, bu yekəlikdə fond yetkililəri qərəzlə, ayrı-seçkiliklə anlamırlar ki,“işləməyən kateqoriya” anlayışı-termini işi dayandırmaq demək deyil. Ölənəcən işi dayandırmayan pensiyaçının pensiyası bəyəm öləndən sonra yenidən hesablanacaq? Absurd deyilmi? Qanunverici bu absurdluğa hələ də “biz nə edə bilərik” deyir…

Baş prokurorluğun 161 -korrupsiya ilə mübarizə əlaqə xidmətinə şikayət yenə də qanuna zidd olaraq barəsində şikayət edilən DSMF-ə göndərilib. Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov bu il də Konstitusiyanın qüvvədə olmadığını, pensiyanın öləndən sonra yenidən “ölənə kimi yığılan kapitala və ölü iş stajına uyğun” hesablanacağını “hörmətlə” bildirib. Hörmətli departament müdiri şikayətçi əlilin həyat yoldaşının pensiyasının azaldılmasını isə “dövlət (dələduzluq) sirri” kimi “Fərdi məlumatlar haqqında” qanuna zidd olduğundan (?-M. B.) cavablandırmaqdan imtina edib.

Pensiyamızdan məhrum olsaq da, ölmədik, bunu da gördük; heç demə, pensiyanın məbləği, kəsilməsi barədə məlumat “fərdi” məlumat imiş, “dövlət dələduzluq sirri” kimi qorunurmuş! (??) Belə çıxır, Qarabağ qazisi öləndən sonra da pensiyası yenidən hesablanmaycaq, “fərdi məlumatdır” axı, ailəsinə yox, yalnız ölənə verilə bilər!(?)

Məğrur BƏDƏLSOY

P. S. Yeni maliyyə və əmək və əhalinin sosial müdafiəsi nazirinin qərəzli ayrı-seçkiliyə son qoyacağına ümidliyik.
hurriyyet.az
Ardını oxu...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Musa Kılıç Uzman Fizioterapevt Reabilitoloq kimi saxta diplom əsasında fəaliyyət göstərməsi təsdiqləndi.

Türkiyə vətəndaşı uzman fizioterapevt Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Ardını oxu...
Qeyd olunub ki, martın 2-i sosial mediada Türkiyə vətəndaşı Musa Kılıçın bakalavriat səviyyəsi üzrə Tbilisi Dövlət Tibb Universitetindən əldə etdiyi diplomun saxta olduğuna dair məlumat paylaşılıb və müvafiq qurum tərəfindən adıkeçən şəxsin kvalifikasiyasının tanınmadığına dair fərziyyə irəli sürülüb.
Ardını oxu...
Xarici kvalifikasiyaların tanınması üzrə məsul qurum olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) qeyd olunan məqamı aydınlaşdırmaq zərurəti yaranıb:

“Qeyd etmək istərdik ki, M.Kılıc “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə əldə etdiyi dövlət nümunəli (həqiqi) ali təhsil sənədi ilə xarici kvalifikasiyasının tanınması üçün TKTA-ya müraciət edib. M.Kılıçın müraciəti üzrə icraat Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılıb. M.Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunmuş, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə etmiş və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Sözügedən şəhadətnamədə də qeyd olunduğu kimi akademik tanınma ərizəçiyə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi (səviyyəsi) üzrə təhsilini davam etdirmək hüququ verir”.“Qafqazinfo”
Ardını oxu...
Qeyd edək ki, daha əvvəl xəbər dərc olunmuşdur ki, Musa Kılıç MedEra hospitalında Uzman Fizioterapevt Reabilitoloq kimi fəaliyyəti qanunsuzdur və bunula bağlı hüqu- mühafizə orqanları araşdırma aparılması vurğulanırdı.
 
Ardını oxu...
Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovun qanun pozuntularına yol verdiyi iddia olunur.

Bu barədə Bizim.Media-ya xəstəxananın hüquqşünası Habil Ağayev məlumat verib.

“Saatlı Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovla bir yerdə 3 ildir işləsək də, daim mənə təzyiq edir. Müəssisədə baş verən qanun pozuntuları ilə bağlı dəfələrlə etdiyim müraciətlərə cavab vermir”, - deyə hüquqşünas bildirib.

Şikayətçi iddia edir ki, baş direktor əmək intizamını ciddi şəkildə pozur:

“İş saatı 09.00-da başlasa da, o, saat 10.00-dan tez işə gəlmir. Müəssisədə əmək qanunvericiliyinə əməl olunmur. Çox zaman da Pərvin Məmmədov işçiləri qanunları pozmağa vadar edir. Onun dediklərinə əməl etməyənlərə isə psixoloji təsir göstərir, şərləyir. Onun haqsızlığı ilə üzləşənlərdən biri də mənəm. Əsassız yerə mənə töhmət verib. Üstəlik, Saatlı rayon Məhkəməsinə də şərəf və ləyaqətinə, işgüzar nüfuza “xələl gətirdiyimə” görə məni məhkəməyə verib.

O heç bir şikayətçini qəbul etmir. İş otağı əla vəziyyətdə olsa da, xəstəxananın vəsaitindən 20 min manatdan yuxarı vəsait xərcləyərək onu yüksək səviyyədə təmir etdirib. Giriş qapısı işcilərdən yığılan pul hesabına təmir edilib”.

Şikayətçinin sözlərinə görə, baş direktor vəzifə səlahiyyətlərini aşaraq qanunsuz işlər görür:

“Əmr, sərəncam və digər hüquqi sənədlər məndən gizlədilir. Bunun da obyektiv səbəbləri var. 200-dən yuxarı insanı işə götürüb, lakin hüquqşünasın dərkənarı yoxdur. Maliyyə, alqı-satqı müqavilələri hüquqşünasla razılaşdırılmadan həyata keçirilir. Özü üçün ayrıca giriş qapısı qoydurub və müşahidə kamerası ilə təchiz edilib. Halbuki, qaydaya görə kamera təhlükəsizlik bölməsinin rəisinin otağında olmalıdır. Baş verən qanunsuzluğa səsimi qaldıranda da deyir ki, “göz yum, maaşını al”.

Habil Ağayev məsələ ilə bağlı TƏBİB-ə müraciət etdiyini, lakin heç bir tədbir görülmədiyini bildirib.

Sözügedən iddialarla bağlı Pərvin Məmmədovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Mövzunu diqqətdə saxlayacağıq.
Ardını oxu...
Bakı şəhər sakini Rüfət Razim oğlu Əsgərov 2008-ci ilin iyun ayında “MuğanBank”a (lisenziyası 2023-cü ildə ləğv edilib) yerləşdirdiyi əmanətin yoxa çıxdığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən R.Əsgərov illər əvvəl banka qoyduğu 300 min dollar pulu və faizlərini geri ala bilmədiyini deyir.

Şikayətçi bildirir ki, həmin il bankın Gəncə filialında fiziki şəxs kimi uzunmuddətli və sığortalanmış depozit hesabı açıb: “Əmanəti və faizini müddət bitəndən sonra götürəcəkdim. Yeddi müqavilə bağlayaraq əmanət yerləşdirdim və həmin gün Azərbaycandan çıxıb başqa ölkəyə getdim. İldə bir-iki dəfə Gəncəyə gedərkən “MuğanBank”a baş çəkərək müqaviləm haqqında maraqlanırdım, hər dəfə mənə heç bir problemin olmadığı deyilirdi. 2019-cu ilə qədər bu formada davam etdi”.

R.Əsgərovun sözlərinə görə, 2020-ci ildə “MuğanBank”dakı əmanətini götürmək istəyib: “Banka zəng edib bildirdim ki, bir həftəyə Gəncəyə gələcəyəm, əmanətimi hazırlasınlar, gəlib götürəcəyəm. Həmin vaxt mənə dedilər ki, “sizin bank hesabınız yoxdur”. Hesab nömrəmi təqdim etdikdə həmin hesabın Gəncədə deyil, bankın Goranboy filialında olduğunu dedilər. Dərhal Gəncə filialına, həm də “MuğanBank”ın Bakıdakı baş ofisinə məktub göndərdim. Cavab gəldi ki, hesabımın Gəncə filialına aid olduğu doğrudur. Lakin guya mən şəxsən gedib əmanəti tam şəkildə çıxarmışam. Onlar göstərdiyi tarixdə isə mən Azərbaycanda olmamışam”.

Bundan sonra vətəndaş məhkəmələrə üz tutmalı olub: “Məhkəmədə qalib gəldim. Lakin bank Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə də Dövlət Arxiv İdarəsindən sənədin başqa cür formasını istədiyi üçün iş yenidən Apellyasiya Məhkəməsinə göndərildi. Dövlət Arxiv İdarəsindən və Mərkəzi Bankdan Apellyasiya Məhkəməsinə cavab gəldi. Cavabda mənim haqlı olduğum, bankın isə yalan dediyi bir daha sübut olundu. Lakin sabahı gün “MuğanBank”ın lisenziyası ləğv olundu”.

Bank bağlanandan sonra R.Əsgərov Əmanətlərin Sığortalanması Fonduna müraciət edib: “Bütün məhkəmə sənədlərinin surətini onlara təqdim etdim. 59 gün sonra fonda getdim ki, bir məlumat əldə edim. Oradan mənə bildirdilər ki, siz bizə müraciət etməmisiniz. Lakin sonra fonddan bildirildi ki, “siz sığortalı əmanətçilərin siyahısına düşməmisiniz və sizə pul verilməyəcək”. Mənə adi qaydada, şablon cavab verdilər. Lakin mənim məsələm şablon cavab tələb etmir, bu iş məhkəmə müstəvisində sübuta yetirilib.

Ekspertiza müəyyən edib ki, mənə ümumilikdə faizlərlə birgə 537 min dollar qaytarılmalıdır”.

O, məsələni yenidən məhkəmə müstəvisinə daşıdığını əlavə edib: “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş vaxtı bankın lisenziyası müflisləşmə ilə bağlı ləğv edildiyindən işə mülki icraatda baxılması mümkün olmadı və icraata xitam verildi. Mən kreditor tələbimi Əmanətlərin Sığortalanması Fondunda qeydiyyatdan keçirdim və 2024-cü ildə kreditor tələbimi qəbuledilməzlər siyahısına salınmasına dair Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası qərardad qəbul edib. İndi mənim tələbimə mülki qaydada baxılması mümkün deyil, inzibati icraat qaydasında da bankın ƏSF-yə təhvil verdiyi sənədlər arasında mənim pul vəsaitimlə bağlı sənəd olmadığından inzibati icraat qaydasında da kreditor tələbim təmin olunmur. İndi mən neyləyim? Qanunsuz olaraq illərlə məhkəmə çəkişməm gedir. Hazırda da Ali Məhkəməyə hər iki məhkəmə aktından şikayət vermişəm”.

Məsələ ilə əlaqədar Əmanətlərin Sığortalanması Fonduna sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hazırda məsələ ilə bağlı məhkəmə çəkişməsi davam edir: “Vətəndaş Əsgərov Rüfət Razim oğlunun özünün də bildirdiyi kimi, hazırda bankla sonuncu arasında məhkəmə mübahisəsi davam edir. Kreditorun mübahisələndirdiyi tələb üzrə məhkəmə yekun aktı qanuni qüvvəsini aldığı təqdirdə tərəfimizdən qərarla bağlı ətraflı məlumat təqdim edilə bilər”.
 
Ardını oxu...
Milli Onkologiya Mərkəzinin girişində xəstə yaxınlarından əlavə ödəniş tələb olunduğu iddia edilir.

Patrulaz.az-a müraciət edən vətəndaşlar Milli Onkologiya Mərkəzində xəstə yaxınlarına qarşı qanunsuz məhdudiyyətlər tətbiq edildiyini iddia edirlər. Onların sözlərinə görə, gün ərzində bir xəstənin yanına maksimum iki nəfərin buraxılmasına icazə verilir. Əgər üçüncü şəxs və ya daha çox insan xəstəni görmək istəsə, mühafizəçilər onlardan əlavə ödəniş tələb edir.
Xəstə yaxınları bunun heç bir hüquqi əsasının olmadığını bildirirlər: “Burada yatanların çoxu ağır vəziyyətdə olan xəstələrdir, bəziləri isə bəlkədə ömrünün son günlərini yaşayır. Onların ailə üzvlərinə və sevdiklərinə ehtiyacı var. Belə bir vəziyyətdə yaxınlarını görmək üçün insanlardan pul tələb edilməsi heç bir yerə sığmır,” – deyə şikayətçilər bildiriblər.

İddialara görə, bu hərəkətlər xəstəxana mühafizəçilərinin təşəbbüsü ilə həyata keçirilir. Vətəndaşlar adiyyatı qurumlardan bu halların araşdırılmasını və xəstə yaxınlarına maneələr yaradılmamasını xahiş edirlər.
 
Ardını oxu...
Sabirabad rayon Şəhriyar kənd sakini Faiq Abdullayev deyir ki, ona məxsus torpaq sahəsi qanunsuz olaraq, Sabrabad rayonunun torpaq şöbəsinin müdiri Vəli Əliyev tərəfindən qeyri-qanuni olaraq icarəyə verilib.

"DİA-AZ"ın məlumatına görə, şikayətçi açıqlamasında deyir ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb. Abdullayevin iddiasına görə, bu qanunsuz əməlin arxasında İcra hakimiyyətinin 1-ci müavini Həsən Həsənov durduğu üçün onun şikayətinə baxan yoxdur.
Ardını oxu...
Ona məxsus obyektə getdiyində Həsən Həsənov və Vəli Əliyev onu ölümlə hədələyir. O, bununla bağlı dəfələrlə Sabrabad rayonunun icra başçısının qəbuluna düşmək istəsə də, Həsənov buna mane olub.

Şikayətçi deyir ki, 5 nəfərdən ibarət ailə üzvü var, maddi durumu çox zərifdir. Qanunsuz olaraq torpağı əlindən alındığı üçün təsərrüfatla da məşğul ola bilmir.

O, aidiyyatı qurumlara müraciət edərək ona məxsus olan torpağın qaytarılması üçün kömək etmələrini xahiş edir.

Məsələ diqqətimizdədir...
 

Dünyapress TV

Xəbər lenti