Bir zamanlar, "Hələ mən deputat ola-ola bir qapı açmaq üçün icra başçısı məndən 30 min manat rüşvət istəyirsə, gör vətəndaşlar nə çəkir" deyə, mətbuata gileylənən Adil Əliyev barəsində narazılıqlar bu gün davam edir. Amma biraz fərqli formada.
Adil Əliyev indi özü də icra başçısıdır və bir neçə vətəndaşlar tikinti aparmağa icazə vermək üçün Suraxanı icra hakimiyyəti əməkdaşlarının onlardan rüşvət tələb etdiyini deyirlər.
"DogruXeber.az" xatırladır ki, tikinti apara bilməsi üçün yerli icra hakimiyyəti işçisinin ondan rüşvət tələb etdiyini, bir neçə il əvvəl tikdirdiyi hasarı, "qanunsuzdur" deyə, icra hakimiyyətinin uçurtduğunu deyən şəhid qardaşı İlqar Şahmurovun və bu kimi problemlər içində çırpınan digər Suraxanı sakinlərinin məlumatlarını yayımlamışdıq.
Təəssüf ki, narazı Suraxanı sakinlərinin çoxu da da ailə başçısı olmayan qadınlar, eləcə də qazi və şəhid ailələrindən ibarətdir.
Yuxarıda şəhid qardaşı - Suraxanı sakini İlqar Şahmurovun adını çəkdik.
Xatırlayırsınızsa, İlqar Şahmurov mediada yayılan səs yazısında 2016-cı ildə 18 min manat pul ödəyərək satın aldığı və ətrafını üst-üstə qoyulmuş tikinti daşları ilə hasara aldığını, Adil Əliyev sözügedən rayona icra başçısı təyin edildikdən sonra onun torpağının əlindən alındığını və hasarının dağıdıldığını iddia edirdi. Bu səs yazısı yayıldıqdan sonra o, icra hakimiyyəti tərəfindən torpağının özünə qaytarıldığını, hətta tikinti üçün qum və daş köməkliyi olunduğunu dedi. Amma, nə hikmətsə Suraxanı icra hakimiyyəti onun bu sevincini yenə qursağında qoydu. O, jurnalist Veysəl Əylisli ilə telefonla danışarkən, yenə tikintisinin qarşısının alındığını deyib.
Onu da vurğulayaq ki, şəhid qardaşı onun icra hakimiyyəti tərəfindən əlindən alınan torpaq sahəsinin Adil Əliyevin dayısının istifadəsində olduğunu bildirib.
Yeri gəlmişkən, jurnalist Veysəl Əylisli özü də Suraxanı rayonunda tikinti aparmaq istədikdə İcra hakimiyyəti işçisinin ondan 12 min manat pul tələb etdiyini iddia edir. Hətta, bildirir ki, buna etiraz etdiyinə, sosial platformada yayımladığına görə Adil Əliyev onu xüsusi ittiham qaydasında məhkəməyə verib.
Qeyd edək ki, Adil Əliyevin onu məhkəməyə verdiyini deyən daha bir suraxanı sakini də qazi Ceyhun Ağayevdir. Ceyhun Ağayev isə iddia edir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində apardığı tikintisi pul vermədiyinə görə Suraxanı rayon icra hakimiyyəti tərəfindən dağıdılıb. Halbuki, həmin ərazidə hazırda 10-larla tikintilər aparılmaqdadır.
Qazinin sözlərinə görə, o, həmin tikintilərin də görüntüsünü şəxsi sosial hesabında paylaşdıqdan sonra Adil Əliyev onun da barəsində xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıb.
Belə yerdə deyiblər, "oğru elə bağırdı, doğrunun bağrı yarıldı".
Gördüyünüz kimi, Adil Əliyevin adını çəkmək kifayət edir ki, Suraxanı sakinlərinin dərdi açılsın. Elə, adlarını qeyd etdiyimiz Veysəl Əylisli və Ceyhun Ağayevin Adil Əliyev barəsində paylaşdlqları videoların şərh bölməsində yazan istifadəçilər də müxtəlif məlumatlar qeyd ediblər.
Kimisi Adil Əliyevin Hövsan qəsəbəsində də xeyli ərazini zəbt etdiyini, kimisi Bülbülədə yaşıllıq ərazini məhv edərək, özü üçün şərait yaratdığını, kimisi də Binə qəsəbəsində ev tikməyə icazə verməsi üçün hər kəsin yerli icra hakimiyyətinə 7000 (yeddi min) manat rüşvət verdiyini və sair qeyd ediblər. Heyrətləndirən məqamlardan biri də budur ki, yazanlar arasında "Suraxanının tası 20 mindir", "Sənə hörmət edib 12 min deyiblər, orda ev tikmək 20 mindir" deyə cümlələr qeyd ediblər.
Hətta, şərh bölməsində müxtəlif şəxslər tərəfindən "qoçular idarəçiliyi"nə də toxunulub ki, bu da təsadüfi deyil. Adil Əliyev idarəçiliyindən narazı olan Veysəl Əylisli də, Ceyhun Ağayev də, İlqar Şahmurov da paylaşılan videoçıxışlarında "qoçular"la təhdid edildiklərini deyirlər.
"Qoçu" mövzusu da illərdir Adil Əliyevdən bəhs edən məlumatların demək olar ki, sujet xəttini təşkil edir.
P.S: Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində aparılan qanunsuz tikintilərlə bağlı göndərdiyimiz rəsmi sorğular nə Suraxanı rayonu icra hakimiyyəti, nə Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, nə də Şəhərsalma və Arxitektura komitəsi tərəfindən bugünə qədər də cavablandırılmayıb, hər hansı bir qanuni tədbir görülüb-görülmədiyinə dair redaksiyamıza heç bir məlumat verilməyib.
Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 3 övlad atası, təqaüdçü, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin qanunsuz hərəkətlərindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir: "Cənab Prezident! Sizin daxili və xarici siyasətinizi hər zaman bəyənərək, daima dəstəkləməyə hazırıq. Siz hər zaman vətəndaşların üzləşdiyiyi məmur özbaşınalığı barədə signal verməyi tövsiyyə edirsiniz.Mən bir təqaüdçü, ali təhsilli ziyalı, Qusar şəhər sakini kimi üzləşdiyim məmur özbaşınalığından Sizə signal və məlumat verirəm : — Mən, Qusar şəhər sakini, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu 2003-cü ildə, Qusar rayonun Samur qəsəbəsi ərazisindən 12 ( on iki ) milyon pul ödəməklə 02 hektar torpaq sahə almışam. Həmin torpaq sahə 2003-cü ildən etibarən Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında hal-hazıra qədər mülkiyyətimdə olmaqla istifadəmdədir. Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev cənabları 2024-ci ildə, 22 il ərzidə dövlət aktı əsasında mülkiyyətimdə, istifadəmdə olan 02 hektar torpaq sahəni təkrarən, 2-ci dəfə pul ödəməklə, həmin torpaq sahəni satın almağımı məndən tələb edir. Mən bir şeyi anlaya bilmirəm, hansı əsasla, hansı Qanuna, qanunvericilik tələblərinə əsasən və nəyə görə, eyni bir torpaq sahəni 2-ci dəfə pul ödəməklə Əmlak Məsələləri Dövlət Xidmətindən satın almalıyam ? Azərbaycan Respublikasının belə bir Qanunu, qanunvericilik tələbləri mövcuddurmu ? Mən bir vətəndaş, ali təhsilli ziyalı kimi hesab edirəm ki, eyni bir torpaq sahənin 2 dəfə pul ödənilməklə satın alınması barədə Azərbaycan Respublikasının belə bir Qanunu və qanunvericilik tələbləri mövcud deyildir. Hörmətli cənab prezdent ! Üzləşdiyim məmur özbaşınalığının araşdırılması, hüquqi cəhətdən qiymətləndirilməsi, vətəndaşların Qanunla qorunan Konstitusiya hüquqlarını bilərəkdən, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə məhdudlaşdıran məmurlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi və problemimin həlli məqsədiə aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən dönə-dönə xahiş edirəm".
Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Qazax-Tovuz Regional filialının rəhbəri Elvin Vəliyev xaricdəki səyahətləri ilə diqqət çəkir.
"DogruXeber.az" 32gun.az-a istinadən xəbər verir ki, sadə məmur maaşı alan filial müdiri istirahət üçün ailə üzvü ilə dünyanın müxtəlif şəhərlərinə üz tutur.
Vəliyevin səyahət etdiyi ölkələr arasında Monteneqronun məşhur Budva şəhəri xüsusi yer tutur. Turistlər arasında “Balkan Mayamisi” adlandırılan bu şəhər, gözoxşayan təbiəti və dəbdəbəli istirahət imkanları ilə seçilir. Bununla yanaşı, o, Stari Bar, Perast, Sveti Stefan, Budva Bələdiyyəsi kimi məşhur Monteneqro məkanlarında da olub. Səyahət marşrutu təkcə Monteneqro ilə bitmir – Vəliyev Albaniyanın Şkodra şəhərində də vaxt keçirib. O, həmçinin Ponta Beach Bar kimi lüks istirahət məkanlarında da olub.
Elvin Vəliyevin xarici səyahətləri bəzi suallar doğurur. Onun sadə məmur maaşı ilə ölkə-ölkə gəzintiləri diqqətçəkən məqamlardandır.
Məlum olan budur ki, o, Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Vəliyevin oğludur.
Məmur övladlarının aktiv və dəbdəbəli həyat tərzi cəmiyyətdə daim maraq doğurub və bu tip xəbərlər ictimai diqqət mərkəzində qalmağa davam edir.
"Azərbaycan Reallığı"na video müraciət göndərən sosial şəbəkələrdə blogger "Alisa-999" kimi tanınan Aysel Musayeva Xətai rayonu Seyid Əzim Şirvani küçəsi 3a ünvanda yerləşən "Balım Uşaq Baxçası"na qarşı bir sıra ittihamlar səsləndirib. O, bildirir ki, 2 yaşlı övladını yaşadığı ünvanın yaxınlığında yerləşən özəl olan "Balım Uşaq Baxçası"na qoyub, bunun müqabilində onunla heç bir rəsmi sənədləşmə işləri aparılmayıb.
İlkin olaraq 15 gün üçün 345 manat ödəniş etdim. Bu vaxta kimi hər şey qaydasında idi, ikinci ayın ödənişi üçün kart hesabımdan daha 450 manat baxçanın kartına ödəniş etdim. Bununla da bağlı mənə rəsmi olaraq heç bir sənəd verilmədi.
Təxminən 10 gün keçdikdən sonra övladımda problemlər başladı, bir gün gözünün altı göyərmiş vəziyyətdə evə gəldi. Bir gün saçı yolunmuş halda gəldi. Bu problemlər günü-gündən böyüməyə başladı. Uşaq göbəyinin aşağısı bişmiş formada gəlirdi.
Vəziyyət danışıb təsəvvür etdiyimdən də betər və bərbad halda idi. Hər dəfə də baxçada "Qəbul şöbəsi"-də oturan xanıma şikayət və iradlarımı bildirsəm də buna baxılmırdı.
Baxçanın direktoru Səbinə xanımın otağına yaxınlaşdım, ona uşağa vaxtı-vaxtında baxılmadığını deyib, bütün problemləri danışıb bildirdim ki, özəl baxçada belə halın olması yaxşı deyil. O, mənə bildirdi ki narahat olmayın, hər şey qaydasına düşəcək. Bir gün uşaq evə gəldi, uşağa baxan "niyanka"ya dedim uşağa bax, uşağın pampersi açılanda natəmizlik, üfünət iyindən dayanmaq olmurdu.
Səhəri günü uşağı baxçaya göndərməkdən imtina etdim. Baxçaya yaxınlaşıb etiraz etdim, uşaqın vaxtı-vaxtında yuyulması ilə bağlı sübutlərı istədim. Mən ailə üzvülərimlə getmişdim, bizə hörmətsizlik edib otaqdan çıxardılar. Direktor Səbinə xanım bacımı təhqir etdi, onun köməkçisi bizə səviyyəsiz və mədəniyyətsiz kimi ifadələr işlədirdi.
Bu barədə hüquq-muhafizə orqanlarına şikayət etdim, bütün problemləri şikayətimdə bildirdim. Nə məndən alınan pulları qaytardılar, nə də dəymiş ziyanı. 345 manat bir ödəmişəm, 450 manatda bir. Bunun müqabilində mənə heç bir çek verilməyib. Sadə bir kağız verilib, orada da ad soyadım yazılıb.
Onlarda məndən şikayət edib, guya mən onları təhqir etmişəm. Amma mən o mədəniyyətin sahibi deyiləm ki, kimisə təhqir edim. Mən buradan valideynlərə səslənirəm: Əziz valideyinlər, əksəriyyətiniz işlədiyiniz üçün baxçada uşağa baxmağa zaman və vaxtınız olmur.
Xüsusilə "Balım Uşaq Baxçası"da olan uşaq valdeyinləri, çalışın uşaqlarınızı orada nəzarətdə saxlayın, ehtiyatlı olsun. Onlar pul alırlar amma uşağa baxmırlar. Mənim pulumun arxasına keçdilər, heç bir yer buna əhmiyyət vermədi. Uşağımı o baxçadan çıxarmışam, mənim ödənişimi qaytarmadılar.
Deyirlər get, hara deyirsən de, ödəniş etməyəcəyik. Mən də bunu sosiallaşdırmaq qərarına gəldim.
Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.
Səs yazısına əsasən belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmadığı üçün müəllimləri təhqir edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə haqqında əlavə məlumat veriləcək.
Son günlər Sumqayıt şəhərində yerləşən 16 nömrəli məktəblə bağlı sosial mediada bir sıra şikayətlər yayılıb. Valideynlər və şagirdlər məktəbdə təhsil mühitinin pisləşdiyini, rüşvət və kommersiya fəaliyyətlərinin artdığını iddia edirlər. İddiaları təqdim edirik: Sinif otaqlarının icarəyə verilməsi: Bəzi valideynlər bildirir ki, məktəbin sinif otaqları müəyyən şəxslərə icarəyə verilir. Bu səbəbdən şagirdlər hər gün fərqli sinif otaqlarına köçürülməyə məcbur olur. Bu isə onların təhsil keyfiyyətinə mənfi təsir göstərir və qeyri-sabit mühit yaradır. Pul yığımı və maliyyə problemləri: Şagirdlərin valideynlərindən müxtəlif adlarla pul yığıldığı iddia edilir. Valideynlərdən birinin rəyinə görə, əgər müəllimlərə verilən pullar yığılsa, bu məbləğ bir avtomobil almağa kifayət edər. Şikayətlərin nəzərə alınmaması: Şagirdlər və valideynlər tərəfindən edilən şikayətlərə baxılmadığı iddia edilir. Rəylərdə vurğulanan əsas məqam odur ki, təhsil müəssisəsində problemlərin həll olunması əvəzinə, məsələnin ört-basdır edilməsinə çalışılır. Təzyiq və qorxu: Bəzi valideynlər bildirirlər ki, məktəbdəki problemlər haqqında açıq danışanlar müəyyən təzyiqlərlə üzləşirlər. Bu səbəbdən çoxları narazılıqlarını açıq şəkildə ifadə etməyə çəkinir. Nəticə etibarı ilə Məktəbdə baş verən bu problemlər ictimai narazılığa səbəb olub. Valideynlər aidiyyəti qurumlardan araşdırma aparılmasını və məktəbdəki vəziyyətin yaxşılaşdırılmasını tələb edirlər. Təhsilin keyfiyyətinin qorunması və şagirdlərin hüquqlarının müdafiəsi üçün rəsmi qurumların bu məsələyə ciddi yanaşması vacibdir. Məqalədə təqdim edilən iddialarla bağlı Abşeron - Xızı Regional Təhsil İdarəsinin sözcüsünün məsələyə münasibətini dinləməyə verəcəyi fikirlərin dərc edilməsinə hazırıq.(aknews.az)
***
Yenixeber.org olaraq xatırladaq ki, bu məktəblə bağlı zaman-zaman mediada təhsil adına yaraşmayan məlumatlar yer alıb. Bir müddət əvvəl də, Sosial şəbəkələrdə yayılan səs yazısı müzakirələrə səbəb olmuşdur. Səs yazısına görə, bu məktəbdə açıq-aşkar şəkildə şagirdlərdən pul tələb olunurdu.
Belə ki, müəllimə Hacıyeva Nəcibə Murtuz qızı “WhatsApp” qruplarından birinə 11-ci sinif şagirdlərindən attestat haqqı və digər xərcləri tələb edən səsyazısı göndərib.
Abşeron-Xızı regional təhsil dairəsindən bildirilmişdir ki, hazırda idarə əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılır.
Qeyd edək ki, Sumqayıt şəhər 16 saylı tam orta məktəbin direktoru Sevil Behbudbəylidir. Bildirildiyinə görə, Sevil xanımın Abşeron-Xızı Regional Təhsil İdairəsinin müdiri İlhamə Abdullayeva ilə qohumluq əlaqəsi də var. Və bu səbəbdən də, xanım direktora "gözün üstə qaşın var" deyən yoxdur.
Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.
Yenixeber.org: Səs yazısından belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmayıb və buna görə onları təhqir edib.
İddia edilir ki, direktorla bağlı dəfələrlə şikayət edilsə də, haqqında heç bir tədbir görülməyib.
“3 ilə yaxındır ki, 231 nömrəli məktəbin direktoru vəzifəsində çalışır və 3 ildə kifayət qədər şikayət olunub. Hətta müəllimin başına stəkan vurub. Amma Bakı şəhər Təhsil İdarəsi (BŞTİ) bu xəbəri gizlədib. İndi isə yeni bir şikayətlə qarşılaşırıq”, – deyə sosial şəbəkə istifadəçilərdən biri yazıb. Lamiyə İlhamsoy
Xatırladaq ki, iki il əvvəl məktəb direktoru müəllimlərin ona hədiyyə aldığı 600 manatlıq qızıl-zinət əşyasını özünə yaraşdırmayaraq pedaqoqları təhqir etdiyi iddia olunmuşdu.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılacaq, nəticəsi haqqında əlavə məlumat veriləcək.
Son zamanlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə şöbəsi ilə bağlı ciddi korrupsiya iddiaları gündəmə gəlib. "DİA-AZ" xatırladır ki, keçən ilin 03-04 dekabr tarixlərində Sumqayıt şəhər 15 nömrəli orta məktəbdə aparılan daxili yoxlamalar nəticəsində dörd vəzifəli şəxs işindən uzaqlaşdırılıb. Yoxlamaların aparıldığı zaman məktəb direktorunun bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Komissiyasında sədr olması və onu müvəqqəti əvəzləmək üçün hərbi rəhbər Saruxanov Saruxan İslamuddin oğluna səlahiyyət verilməsi ciddi suallar doğurur. Halbuki, məktəbdə dörd direktor müavininin olduğu nəzərə alınarsa, bu seçimin məqsədli olduğu ehtimal edilir.
Araşdırmalar zamanı məktəbdə idman zalının olmadığı halda, fiziki tərbiyə dərslərinin bölünməsi, qanunsuz maliyyələşmə və bunun nəticəsində ciddi maliyyə pozuntularına yol verilməsi müəyyən edilib. Konkret olaraq, aşağıda adları qeyd edilən müəllimlərə sinifdən xaric fiziki tərbiyə dərsləri üçün əmək haqqı ödənilib:
Ümumilikdə, məktəbdə yalnız fiziki tərbiyə dərsləri üzrə 7782.61 AZN məbləğində dövlət vəsaiti qanunsuz şəkildə xərclənib. Bu məbləğin təkcə dörd ay ərzində formalaşdığı nəzərə alınarsa, illik hesablamalar əsasında 24.000 (iyirmi dörd min) AZN, beş il ərzində isə təxminən 120 (yüz iyirmi min) AZN yeyinti olduğu ortaya çıxır.
Məktəbdə baş verən bu qanunsuzluqların arxasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə şöbəsinin rəhbəri Orxan Şirəliyevin olduğu iddia edilir. Şirəliyev əvvəllər 1 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində çalışıb və hazırda Regional Təhsil İdarəsinin maliyyə şöbəsinə rəhbərlik edir. Onun dövründə təhsil müəssisələrində dövlət vəsaitinin qanunsuz xərclənməsi, korrupsiya hallarının artdığı və dövlət vəsaitlərinin qəsdən mənimsənilməsi ilə bağlı ciddi şübhələr mövcuddur.
Maraqlıdır ki, yoxlamalar yalnız son dörd ayı əhatə edib. Halbuki, məktəbin direktoru Elmira Yaqubova 2019-cu ildən bu vəzifədə çalışır və onun rəhbərlik etdiyi beş il ərzində baş verən maliyyə pozuntuları niyə araşdırılmır? Məktəbdə yaranmış yeyintinin kökləri daha dərin olub və niyə məhz Elmira Yaqubova seçkidə olduğu vaxt gündəmə gətirilib? Həmçinində qeyd edək ki Orxan Şirəliyevdə məhs 2019-cu ildən İdarənin maliyyə şöbə rəhbəri olaraq vəzifədə olduğu deyilir.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu məsələyə dərhal müdaxilə etməli, yalnız son dörd ayı deyil, son beş ili əhatə edən genişmiqyaslı maliyyə yoxlaması aparmalıdır. Əgər 120 min AZN-lik yeyinti təkcə fiziki tərbiyə dərsləri üzrə baş veribsə, məktəbin ümumi büdcəsinə vurulan ziyanın real miqyası daha böyük ola bilər. Görünən odur ki, bu pozuntular yalnız aysberqin görünən hissəsidir.
Bu hadisə göstərir ki, Abşeron-Xızı RTİ daxilində ciddi qanunsuz işlər gedir və İlhamə Abdullayevanı nüfuzdan salmaq istəyənlər tabeliyində olan bəzi köhnə direktorlarla gizli sövdələşmələr aparıblar. Elm və Təhsil Nazirliyinin Mərkəzi Apparatında baş verən vəzifə çəkişmələri və qruplaşmalar Abşeron-Xızı Regional Təhsil İdarəsinə də təsirsiz ötüşməyib. Müvafiq qurumlar bu məsələylə bağlı ciddi tədbirlər görməlidirlər. Əgər dövlət bu cür qanunsuzluqlara göz yumarsa, təhsil sahəsində baş verən maliyyə pozuntuları daha da dərinləşəcək və dövlət vəsaitlərinin mənimsənilməsi davam edəcəkdir.
Bütün bu neqativ hallar fonunda sualı verməmək olmur: İlhamə Abdullayeva hansı səbəbdən neqativ fəaliyyəti ilə seçilən tabeliyindəki şəxslərlə bağlı təqdimatı Elm və Təhsil Nazirinə təqdim etmir? Əgər bu təqdimatlar edilmirsə, bu, ya onun özünün bu qanunsuzluqlara göz yummasından, ya da müəyyən maraqların qorunmasından irəli gəlir. Təhsil sistemində şəffaflığın təmin edilməsi üçün ciddi islahatlara və korrupsiyaya qarşı sərt tədbirlərə ehtiyac var.
"DİA-AZ" qeyd edir ki, bu faktlar bəzi KİV-lərdə rəsmi qurumlara istinadən israrla təkzib olundu. Lakin məsələnin nə yerdə olduğu hər kəsə bəllidir və inanırıq ki, gərəkən qurumlar sözügedən regional təhsil idarəsində toital təftiş qərarını nəhayətdə verəcək...
Ötən gün redaksiyamıza müraciət edən Bakı şəhəri, 8-ci mikrorayonda yerləşən 248 nömrəli tam orta məktəbin direktoru Xəyyam Fərəcov və müavini Reyhanə Qurbanova haqqında şikayət məktubu daxil olub. Tribunainfo.az xəbər verir ki, şikayət edən Saleh Quliyev, Mətanət Həsənova və Məhəmməd Mahmudov məktəbdə özbaşınalığın baş alıb, getdiyini yazıblar.
Şikayətçilər iddia edirlər ki, əgər Reyhanə Qurbanovanın əmək kitabçasına dair məsələ araşdırlarsa, bu məsələ ilə bağlı cinayət işi açıla bilər. “Reyhanə Qurbanovanın əmək kitabçası 2005-2009-cu ilə qədər olduğu halda, saxta möhürlə fəaliyyətinə davam edir, yoxlayan da yoxdur”.
Onların yazdığına görə, Reyhanə Qurbanova məktəbin yuxarı sinif şagirdlərindən 2000-3000 məbləğində rüşvət alaraq, bütün yuxarı sinif şagirdlərini kütləvi olaraq illik icazəli edib. “Hətta 8-9-cu siniflərin şagirdləri məktəbin yolunu belə bilmir. Şagirdlərə qiymət pulla yazılır”.
Onların sözlərinə görə, şagirdlərin imtahan listinə görə, 2 manatdan pul yığılır. “Direktorun və Reyhanə Qurbanovanın ad günündə şagirdlərdən 50-100 manat arası, 8 Martda isə 30 manat pul yığılır”.
Şikayətçilər bildirirlər ki, direktor Xəyyam Fərəcov laborantın və texniki işçinin maaş kartını alaraq, özlərinə icazə verir ki, işləməsəinlər. “Laborant Nərmin xanım və texniki işçi Dürdanə xanım hazırda Almaniyadadır”.
Redaksiyamıza müraciət edən şəxslər iddia edirlər ki, sinif rəhbərliyini də direktor və müavini alır. “Reyhanə Qurbanova yığdığı rüşvətlə özünə Yeni Yasamalda 2 ev alıb, direktor Xəyyam Fərəcov isə özünə 3-cü mikrorayonda yeni ev alıb”.
Şikayətçilərin Tribunainfo.az-a ünvanladığı şikayət məktubunda deyilir ki, sözügedən şəxslər saxta yollarla 1000 manat rüşvət alaraq məktəbə müəllimlər gətirirlər. “Onlardan biri Səadət Əliyevadır. Hansı ki, rüşvətlə qrup müəllimi kimi fəaliyyətdədir. Həmçinin Aynurə İbrahimova da rüşvətlə psixoloq kimi məktəbdə fəaliyyət göstərir. Çünki Reyhanə Qurbanovanın rəfiqəsidir. Adı psixoloq kimi getsə də, keçilməyən dərslərin jurnallarını yazmaqla məşğuldur. Bu azmış kimi, Prezidentin fərmanına məhəl qoymadan 3 müəllimin pulunu alaraq 65 yaşdan sonra məktəbdə müəllimlik etmələrinə şərait yaradıblar. Həmin müəllimlər Xuraman xanım, Şölə xanım və Validə xanımdır”.
Onlar daha sonra iddia edirlər ki, dərsə gəlməyən müəllimlər 30 manat rüşvət verir. “Şagirdlər var ki, Zabratda, bazarda qəssab və satıcı işləyir. Buna göz yumurlar, rüşvəti alıb şagirdin dərsə gəlməməsini təşkil edirlər.
Dərs bölgüsü üçün müəllimlərdən 200-300 manat pul alınır. Xadimə yarımştat edilərək idman müəllimi, Elman bəyin gəlininə maaş yazılır. İşə gəlməyənlər staj toplayır, məktəb də pul qazanır”.
Şikayət edən vətəndaşlar aidiyyatı qurumların məktəbdə ciddi yoxlama işləri aparmalarını rica edirlər.
Xırdalan dairəsinin yaxınlığında yerləşən "EvroHome" tikinti bazarı vergidən yayınır.
Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə bazarda yükdaşıma fəaliyyəti göstərən avtomobillərdən yığılan vəsaitlər vergidən yayındırılır.
Avtomobil sürücülərindən hər gün toplanan vəsaitlərin əvəzində bazar rəhbərliyi heç bir qəbz vermir.
Bazarda fəaliyyət göstərən avtomobillərin həcmindən asılı olaraq sürücülərdən hər gün 3-5 manat arası pul alınır. Bazarda yükdaşıma xidməti göstərən avtomobillərin ortalama sayının 40-60 civarında, aylıq toplanan vəsaitlərin isə 10 min manata yaxın olduğu deyilir.
Qeyd edək ki, "EvroHome" tikinti bazarının sahibi Azay Möhnətovdur.
A.Möhnətovun "EvroHome" adı altında Bakının bir neçə yerində tikinti bazarı var.