Ardını oxu...
2 il paytaxtın Nərimanov, 16 il Suraxanı kimi böyük rayonlarının icra başçısı işləmiş və 5 ildir ki, Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun iməmur kimi fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırma apardıq. Məlum oldu ki, məhz İ.Abbasovun yarıtmaz fəaliyyətinin nəticəsi həm rayonun simasının zədələnməsinə səbəb olub, həm də sakinlər əlavə problemlərlə üzləşmək məcburiyyətində qalıblar.
Kimdir İlqar Abbasov?
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun haqqında «vikipediya» səhifəsində elə də zəngin məlumat yoxdur. Onun neçənci ildə və harada anadan olması göstərilməyib. Həmin səhifədə qeyd olunub ki, İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası prezidentinin 21 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı, 2020-ci ildə Şirvan Şəhər icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Suraxanıda torpaq alveri, tikinti icazəsi və biznes…
Apardığımız araşdırmalarımız göstərir ki, ötən illər ərzində İlqar müəllim Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməyib. Daha dəqiq desək, buna cəhd belə göstərməyib. Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb. Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu başçıya məxsusdur. Növbəti yazıda bunu şəkillərlə və daha geniş faktlarla diqqətinizə çatdıracağıq. Hörmətli icra başçısı iddia edə bilər ki, həmin obyektlər onun adına deyil. Amma bu cənab başçının biznes fəaliyyəti ilə məşğul olmadığı anlamına gəlmir.
Çoxları bilir ki, bu şəxs icra hakimiyyəti strukturlarında işləməmişdən əvvəl aktiv biznes fəaliyyəti ilə məşğul olub. Deyəsən, İlqar Abbasov Suraxanı rayonuna və onun qəsəbələrinə, rayonun yerli idarə və müəssisələrinə də biznes strukturu kimi baxır. Bəlkə də… Başçının adı torpaq alverində tez-tez hallandırılır. Məhz bu səbəbdən mediada Suraxanının adı çox vaxt torpaq alveri ilə bağlı hallandırılıb. Bildirilib ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Tikinti üçün verilən sərəncamlar 3000 manatdan yuxarıdır.
İki Bacanağın Şirvan monopoliyası
İlqar Abbasov Şirvana təyinat alandan sonra müavini Etibar Yolçuyevi Suraxanıda tək qoymadı, dərhal yanına gətirdi, onu müavini təyin etdi ki, qeyri-rəsmi işlərini asanlıqla görə bilsin. Çünki Abbasovla Yolçuev ayrılmaz məmur cütlüyüdürlər. Bu da təsadüfi deyil. Yolçuyev Abbasovun bacanağı olduğu üçün can deyib, can eşidir, birgə addımlayırlar.
Suraxanını viran qoyan, abadlıq işləri görməyən icra başçısı ilə müavini Şirvana gəldiyi gündən də əlini ağdan qaraya vurmayıb. Şəhərdə nə abadlıq-quruculuq işlərində, nə Mərdan Camalovdan qalan problemlərin həllində hansısa dəyişiklik olunub.
Bütün maxinasiyaları gizlətmək üçün komandaya “yad adam” buraxmaq olmaz. Bəli, İlqar Abbasov Nərimanovda, Suraxanıda qazandığı təcrübəni indi də Şirvanda tətbiq edir. İ.Abbasovun kadr təyinatlarının qəribəliyi təkcə bacanağını yanına gətirməsi ilə məhdudlaşmır. Məsələn, Sabirabad rayon sakini Şirvan şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub. Belə ki, Şirvan şəhər icra hakimiyyətinin başçısına şəhər təsərrüfatı üzrə müavin təyin olunan Orxan Əhmədağa oğlu İbrahimov Baş Şirvan kollektor idarəsinin rəisi Əhmədağa İbrahimovun oğludur. Əhmədağa İbrahimov İlqar Abbasovla yaxın dostdurlar. Mərhum müavin Şəfahət Əsgərovun vəzifəsini Orxan İbrahimov kimi şəhərdən bixəbər, naşı və savadsız gəncə həvalə etmək yalnız İlqar Abbasovun idarəçilik məharətinin məhsulu ola bilərdi.

Abbasov qardaşlarının digər macəraları

Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun qardaşları İmran Abbasov və İlham Abbasov haqda ilginc məlumatlar var. Icra başçısının böyük qardaşı İlham Abbasov isə 2014-cü ildə bakıda şirniyyatçı kimi fəaliyyət göstərən Vüqar Əhmədovun pulunu və avtomobilini mənimsəyib. Belə ki, Vüqar Əhmədov İlham Abbasova aid Xırdalanda fəaliyyət göstərən və “Az Pal” şirkətindən un alıb. Bir müddət sonra una görə şirkətə borcu yaranıb. Şirkət sahibi də ona borcu qaytarması üçün iki ay möhlət verib. Əvəzində isə onun hələ kredit ödənişi başa çatmayan “Mercedes” markalı avtomobilini qeyri-rəsmi girov götürüb. Vüqar Əhmədov borcu ödəyəndən sonra avtomobilini geri istəyəndə ona məlum olub ki, şirkət sahibi avtomobili ona satmış şəxslə əlbir olaraq başqasına satıb. İndi isə cumhuriyyet.az-a İlham Abbasovun yeni dələduzluğu ilə bağlı məlumat daxil olub. Belə ki,. Onun qızı və həyat yoldaşı vətəndaş Səadət Həsənovanın 47 min manatını mənimsəyib. Bu haqda vətəndaş özü danışır:

Redaksiyamıza daxil olan məlumata görə icra başçısının digər qardaşı, əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra, Azərsu ASC-də departament rəisinin müavin və daha sonra indiki vəzifəsinə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına, arpa, buğdaya qədər payı var.

cumhuriyyet.az
Ardını oxu...
Bakının ən tanınmış və geniş filial şəbəkəsinə malik telefon mağazalarından biri olan "World Telecom"la bağlı qaydalara uyğun olmayan ödəniş əməliyyatları barədə iddia ortaya atılıb.

32gun.az-ın qaynar xəttinə daxil olan şikayət və görüntüdə sözügedən mağazalar şəbəkəsində qanunvericilikdən kənar "kartdan karta" ödəniş üsullarının tətbiq edildiyini göstərir.

Saytımıza daxil olan görüntüdə "World Telecom" mağazalarının Nərimanov filialında ödəniş "kartdan karta" əməliyyatlarla həyata keçirildiyi görülür.

Bundan əlavə, POS-terminal vasitəsilə ödəniş qəbul edilmir, yalnız şəbəkənin Sahil filialında bu xidmətin mövcud olduğu qeyd olunur. Bu vəziyyət istehlakçı hüquqlarının pozulması və qanunvericiliyin tələblərinə zidd fəaliyyət kimi qiymətləndirilə bilər.

Onlayn ödənişlərdə ƏDV probleminə diqqət
Şikayətçilər həmçinin bildirirlər ki, onlayn şəkildə həyata keçirilən kredit ödənişlərində Əlavə Dəyər Vergisi (ƏDV) hesablanmır və ödəniş qəbzlərində bu məbləğ göstərilmir. Bu isə müştərilərə əlavə maliyyə şəffaflığının təmin olunmaması deməkdir. Şirkət rəhbərliyi isə bu problemlərə müxtəlif bəhanələrlə yanaşır.

Bu kimi hallar qanun pozuntuları ilə yanaşı, müştəri məmnuniyyətinin azalmasına və brend etibarına ciddi zərər verə bilər.

Müştərilər bildirirlər ki, POS-terminalın olmaması və ƏDV-nin qeydə alınmaması ilə bağlı mağaza tərəfindən müxtəlif bəhanələr gətirilir. Ancaq bu vəziyyət həm istehlakçı hüquqlarının, həm də dövlət büdcəsinə ödənilməli olan vergi öhdəliklərinin pozulması ehtimalını artırır.

Qeyd edək ki, Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

 
 
 
Ardını oxu...
Anar Aslanovun adının müxtəlif cinayətlərdə hallandığı və hüquq-mühafizə orqanlarının bu məsələlərə laqeyd yanaşması cəmiyyətdə müzakirələrə səbəb olur. Əldə edilən məlumata görə, Anar Aslanov bir neçə dəfə vergi yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilib. Lakin onun adının Aqil Babayevin cinayət işində oğurluq etmiş şəxs kimi hallanmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.

İddialar və Faktlar
Məlumata görə, Anar Aslanov Aqil Babayevin evindən oğurladığı 9 milyon 500 min manat məbləğində vəsaiti “TT Cars” avtosalonun genişləndirilməsinə və bununlada oğurlanmış vəsaitin gizlədilməsinə nail olub. Beləki 2021ci ildə baş vermiş oğurluq hadisəsindən sonra əldə etdiyi pul vəsaitini premium sinif avtomobillərə sərmayə olaraq yatırıb. Əvvəllər kiçik bir məkanda – Məmməd Araz küçəsi, 44-50 ünvanında fəaliyyət göstərən TT Cars” avtosalonuna bu qədər avtomobili yerləşdirə bilmədiyindən, hadisəni törədəndən bir müddət sonrasalonda olan avotmobilləri “Qış Parkının” altında yerləşən qarajda iki il müddətində gizlətmək üçün istifadə edib. Daha sonra, 2023ci ilin may ayında Aqil Babayevin cinayət işinin apellyasiya mərhələsi başa çatdıqdan sonra, həmin qarajda olan avtomobilləri daha gözə baxımlı bir məkana– Xətai ray, F.Bayramov 33 ünvanında yerləşən Bakı Əyləncə Mərkəzinə köçürərək fəaliyyətini genişləndirib və qısa müddətdə premium sinif avtomobillərin satışı üzrə iri bir mərkəzə çevrildiyi qeyd olunur.
Ardını oxu...
Anar Aslanovun “Shaurma N1” restoranlar oğurluq pul vasitəsi ilə genişlənmə prosesi ilə bağlı oğurluq yolu ilə əldə edilən vəsaitlərin istifadəsi ilə bağlı iddialar irəli sürülsə də, hüquq-mühafizə orqanları tərəfindən bu barədə heç bir araşdırma aparılmayıb.

Hüquqi Boşluqlar və Laqeydlik
Cəmiyyətdə belə suallar yaranır: Anar Aslanovun əvvəllər vergi yayınmaları ilə bağlı təqsirli bilinməsi və hüquqi məsuliyyətə cəlb edilməsi məlum olduğu halda, onun oğurluqla əlaqədar ittihamları niyə araşdırılmayıb? Xüsusilə də “Shaurma N1” restoranlar şəbəkəsinin şəriki Aqil Babayevdən oğurladığı külli miqdarda pul vəsait hesabına “TT Cars” avtosalonunun genişləndirildiyi ilə bağlı konkret iddialar mövcud olduğu halda, bu məsələ hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalıb. Aqil Babayevin ailə üzvləri hüquq-mühafizə orqanlarının bu məsələyə dair araşdırma aparmasının və hüquqi boşluqların aradan qaldırılması yönümündə atılan addımların vacibliyini vurğulayırlar. Bu vəziyyət hüquq sistemində şəffaflığın və ədalətin təmin edilməsinin vacibliyini bir daha vurğulayır.
Cumhuriyyet.az
Şok iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF

          
Ardını oxu...
"307 saylı orta məktəbin 6E sinfində oxuyan oğlum fizika müəllimi tərəfindən zorakılığa məruz qalıb. Sinif rəhbəri isə onu məktəbdən qovacağı ilə hədələyir".

TEREF xəbər verir ki, bunu Bakupost.az -a şagirdin anası, 346 saylı məktəbdə müəllim işləyən Məlahət Nağıyeva bildirib.

Onun sözlərinə görə, fizika müəllimi Günay Şamilova təbiət fənni dərsi zaman şagirdə fiziki şiddət göstərib:

"Günay Şamilova uşaq dərslə bağlı sual verəndə onun başına bərkdən vurub və "Yekəbaş, sən niyə bunu bilmirsən?" deyib. Uşaq deyir ki, əli ilə elə bərk vurdu ki, şappıltısına bütün uşaqlar güldü".

Valideynin sözlərinə görə, oktyabrın 30-da isə sinif yoldaşı oğlunun boğazından yapışaraq başını lövhəyə çırpıb, daha sonra isə yerə yıxıb və təpikləyib:

"Uşaq dedi, az qala nəfəsim kəsilmişdi. Sıxmaqdan boğazında cırmaq izləri qalmışdı. Səhəri gün direktorun yanına apardım. Sinif rəhbərinə dedim. Direktor dedi ki, başqa sinifə keçirək, ya da alınmırsa, uşağı məktəbdən çıxarın. Uşağın döyülməsi ilə bağlı heç bir tədbir görmədi.
Ardını oxu...
Sinif rəhbəri Vüsalə Əliyevanın oğlu başda olmaqla 7 nəfər idman zalının geyim otağında uşağı döyüblər. Arxadan uşağın alt geyimini çəkiblər. O da onlardan birini itələyib ki, sən neynirsən. Sonra 7 nəfər birləşib onu döyüblər.

Sinif rəhbəri isə valideynlərə şikayət yazdırmaq istəyib ki, uşağı məktəbdən çıxartdırsın. Bəzi valideynlər razılaşmayıb. Deyiblər ki, biz onları tanımırıq, niyə yazaq? Hətta bir valideyn mənə yazdı ki, bizə ərizəni məcbur yazdırdılar. Vüsalə müəllimə uşağa deyib ki, ya səni sinifdən çıxaracam, ya da özüm çıxacam".

Məlahət Nağıyeva oğlunun artıq 10 gündür dərsə getmədiyini deyib. Onun sözlərinə görə, tez-tez məktəbdə uşağı aşağılayır, fiziki təzyiq göstərirlər:

"Uşaq psixloji sarsıntı, stress keçirir. Hər dəfə məktəbə gedəndə eyni şeyləri yaşamaqdan yorulub".
Ardını oxu...
Məsələ ilə bağlı 307 saylı məktəbdən Bakupost.az -a bildirilib ki, döyüldüyü iddia olunan VI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda digər şagirdlərə təzyiq edir:

"Şagirdlə məktəb rəhbərliyi, məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək, övladının uyğunsuz davranışı ilə bağlı ona məlumat verilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

Müəllim və sinif rəhbərinin də yazılı şəkildə mövqeyi alınıb, onlara məsələyə daha həssas yanaşmaları tövsiyə olunub.

Müəllimin VI sinif şagirdinə fiziki təzyiq göstərməsi ilə bağlı valideynin iddiaları əsassızdır. Müəllimə qarşı əsassız ittiham KSQ-də obyektiv qiymətləndirmə nəticələrinin valideyni qane etməməsindən qaynaqlanır".

DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, paytaxtın Sabunçu rayonunda yerləşən orta məktəblərin birində oxuyan şagirdin həmyaşıdları və müəllimi tərəfindən döyülməsi ilə bağlı ərazi üzrə polis orqanına daxil olmuş məlumatla bağlı araşdırma aparılır:

"İnsidentdə adı hallanan müəllim, həmçinin şagirdlərin valideynlərinin iştirakı ilə izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədi ilə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir".
 
 
 
Ardını oxu...
Bu yazı Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 206-cı maddəsinin 206.1. bəndinin tələblərinə (cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.) uyğun hazırlanıb və bütün aidiyyatı dövlət qurumlarının vaxtında və operativ ölçü götürmələri üçün nəzərdə tutulub. Sözügedən Məcəllənin 206.2. bəndinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər.

Qeyd edək ki, ötən həftə Aktualinfo.org-da dərc edilmiş bu məlumatlar daha öncə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Nəqliyyat və Xüsusi Texnika İdarəsinin, 1 nömrəli avtoparkın müdiri – Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qsəbəsi, Dadaş Bünyadzadə küçəsi 10E ünvanında qeydiyyatda olan Süleymanov Elçin Zakur oğlu tərəfindən başda prezident İlham Əliyev olmaqla hüquq mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə də göndərilib.

Elçin Süleymanovun müraciətindən sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verənlərlə bağlı ətraflı araşdırma apardıq.

Dövlət Su Ehtiyyatları Agentliyinin sədri Zaur Mikayılovun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”indəki kadrı kimi tanınanlardan biri də Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Şahin oğlu Cəbrayılovdur. O, daha əvvəllər Dövlət Gömrük Komitəsində işləyib. 08 avqust 2016-cı ildən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Onun gömrük orqanlarından xaric edilməsinin əsl səbəbi bizə bəlli olmasa da, özü 30.10.2024-cü il tarixində 1 nömrəli avtoparkda rəhbər və mühəndis heyəti ilə keçirilən iclasda etiraf edib ki, (vedomateriallar mövcuddur) Dövlət Gömrük Komitəsində işlədiyi dövr ərzində rüşvət yolu ilə pul əldə edib, hətta 300 000 AZN məbləğində mövcud olmayan mal-materialları qəbul edib və qəbul sənədinə imza atıb.

O daha sonra Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində təsərrüfat şöbəsinin müdiri vəzifəsinə gətirilib. Bu 2021-ci ilin aprelində Zaur Mikayılovun Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsindən sonra baş tutub. Dövlət Su Ehtiyatları Agentliyinin razılıq məktubu ilə 21.06.2024-cü ildən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, sözügedən idarə istər Qorxmaz Hüseynovun dövründə “Azərsu” ASC-nin tabeliyində olduğu dövrdə, istərsə də indi ən korrupsiyaya bulaşmış bir yerdir. Burada hər il milyonlarla manat dövlət vəsaiti silinir. Bütün aidiyyatı qurumlar da burada baş verənləri görməzdən gəlirlər. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 nömrəli avtoparkın müdiri, zorla işdən çıxarılmış Bakı şəhər sakini Süleymanov Elçin Zakur oğlu burada baş verənlərlə bağlı ən yuxarı instansiya dövlət qurumlarına müraciət edib.Lakin bütün aidiyyatı qurumlar göstərilənlərin araşdırılmasını yenə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə tapşırıblar.

Burada Elçin Süleymanovun avtopark müdiri işlədiyi dövrdə şahidi olduğu cinayət əməllərini bir daha diqqətinizə çatdırırıq.
1. Külli miqdarda (100 000 tonlarla) yanacağın talan edilməsi. (Hələ iyul ayında Nəqliyyat və Xüsusi Texnika İdarəsində işçilərlə rəhbərlik arasında qalmaqal yaşandığını, İdarədə “yox” olmuş 150 ton benzin və dizel yanacağının pulunu işçilərin ayağına yazmaq istəyərkən işçilər buna etiraz etdikdə ciddi narazılıq yaranması barədə yazmışdıq – red.)
2. Təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılması və digər nəqliyyat vasitələrinə quraşdırılması.
3. Uzun müddətdə təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının ehtiyyat hissələrinin talan edilməsi.
4. Silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi.
5. Müxtəlif ehtiiyat hissələrini satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələrinin digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi.
6. Sürücülərə məcburi ehtiyyat hissələrinin aldırılması.
7. Nəqliyyat və xüsusi texnikaların mühərriklərinin yağ dəyişməsi müddətlərinin uzadılaması və bununla dövlət əmlakına qəsdən ziyan vurulmasi.
8. 70 % nəqliyyat və xüsusi texnikalarının səs boğucularının daxilində olan katalizatorların çıxarılması və satılması.
9. Ford Trasit markalı nəqliyyat vasıtələrinin üzərindən olan Turboların çıxarılması və yoxa çıxması.
10.Müxtəlif səbələrdən icazə alan işçilərin işdə olmadığı müddət barəsində ərizələrin alınmaması və tabellərdə qanunsuz olaraq günlərin hesablanması.
11. Avtomobilləri yuyub təmizləyən ştatında olan Rüstəm Xəlilov adında işçinin illərlə işə gəlmədiyi halda əmək haqqının veriməsi.
12.Ezamiyyətə gedən sürücülərin ezmiyyət məvaciblərinin günlərlə geciktirilməsi.
13.Əlavə saata qalan və qeyri iş günləirndə işə cəlb olunan sürücülərin və çilingərlərin əmək haqqına əlavələrin kəsilməsi və geciktirilməsi.
14. Bir sıra nəqliyyat vasitələrinin mühərrik nömrələrinin texniki pasportda mövcud olan nömrələrə uyğun olmaması.
15.Təmirə gələn nəqliyyat və xüsusi texnikaların təmir kitabında qeydiyyata alınmaması, qüsur və quraşdırma aktlarının tərtib edilməməsi.
16.Bir sıra mühəndis və fəhlələrin vəzifələrinə təyin olunması barəsində əmrlərin olmasına baxmayaraq, elektron müqavilələrin olmaması.
17.Ehtiyyat hissələri və bütün növ yağların qaima-faktura ilə verilməsi əvəzinə müvəqqəti buraxılış vərəqəsi ilə verilməsi. Qaima-faktura isə 2 aydan sonra təqdim olunması.

İndi gəlin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınmasına ayırdığı pullara baxaq .

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 16.09.2024-cü ildə başladığı açıq tenderə 27.11.2024-cü ildə yekun vurub. Müsabiqənin qalibi “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 3.866.241,68 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir.

Qeyd edək ki, elektron mediada “AVTO TEXNİKA DETALİNG” MMC-nin adı bir sıra dövlət qurumları ilə keçilən şübhəli satınalmalarda hallanır. MMC son illər daha çox Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumlara ehtiyyat hissələri satmağı ilə tanınır.

“Azərsu” ASC kimi isə qurum 2024-cü ilin 3 ayı ərzində nəqliyyat vasitələri üçün süzgəclərin satın alınması üzrə “AS MOTORS” MMC ilə 129.345,38 manat, yağ və sürtkü materiallarının satın alınması üzrə “AZ BATTERY” MMC ilə 662.371,76 manat, diyircəkli yastıqların satın alınması üzrə “ZRM BEARİNG” MMC ilə 83.732,8, akkumlyatorların satın alınması üzrə “PARK SERVİS” QSC ilə 193.678,99 manat, avtoşinlərin satın alınması üzrə “ŞURATAZ LTD” MMC ilə 884.905,6 manat məbləğində satınalma müqavilələri bağlanıb.

Həmçinin dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son 2023-cü il ərzində nəqliyyat vasitələri və xüsusi texnikalar üçün ehtiyyat hissələrinin alınmasına 3 353 569 manat dövlət vəsaiti ayırıb.

Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” son iki ildə yalnız ehtiyyat hissələrinin alnmasına bizim dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında təxmini hesablamamıza görə 9 173 841 manatdan çox dövlət vəsaiti ayırıb. Əgər avtopark müdiri işləmiş Elçin Süleymanovun qeyd etdikləri kimi, təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələri qanunsuz çıxarılaraq digər nəqliyyat vasitələrinə quraşdırılırsa, uzun müddət təmirə dayanan nəqliyyat və xüsusi texnikaların ehtiyyat hissələri talan edilirsə, silinməyə gedən nəqliyyat və xüsusi texnikaları talan edilirsə, müxtəlif ehtiiyat hissələri satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələri digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilirsə, sürücülərə məcburi ehtiyyat hissələri aldırılırsa ayrılan milyonlarla manat dövlət vəsaitləri hara gedir?
Ardını oxu...
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən “Dayanıqlı həyat tərzi üçün çağırışlar” eko-startaplar, daha dayanıqlı gələcək üçün yaradıcılıq müsabiqələrinin, “İqlim dəyişimləri” mövzusunda ekoklublarda İqlim Elçiləri tərəfindən xüsusi təlimlər, “Yaşıl gələcək naminə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəblilərin Beynəlxalq IX Ekoloji Forumu “Kosmik Odissiya” adlı gənc astronavtların maarifləndirmə proqramı ilə bağlı məktəblilər arasında astronomiya elminin təbliğatı, astronomiyaya marağı olan gənclərin üzə çıxarılması və şagirdlərin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin 2015 ci ildən başlatdığı, gənc astronavtlar hərəkatına qoşulmasını təmin etmək məqsədilə təlim xidmətinin satınalması üzrə 15.10.2024-cü ildə başlanılmış kotirovka sorğusuna 20.11.2024-cü ildə yekun vurulub və “FURGONAR RR SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 89.888 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmalarının vahid internet portalında 20.11.2024 -cü il tarixdə dərc edilib.

Qeyd edək ki, elektron axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı “FURGONAR RR SERVİS” MMC -nin fəaliyyət sferası haqqında heç bir məlumat əldə edə bilmədik ki, bu da təchizatçının müvafiq sahədə ixtisas göstəricilərində, təcrübəsində bir sıra şübhəli məqamların olduğunu üzə çıxardı.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FURGONAR RR SERVİS” (VÖEN: 2008318661) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.11.2023-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XUDU MƏMMƏDOV, ev 41, m. 11, qanuni təmsilçisi kimi isə Əliyev Arif Heydər oğlu qeyd olunub.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “FURGONAR RR SERVİS” MMC bir dövlət qurumunun tikili və avadanlıqların cari təmiri üzrə, başqa bir qurumun dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə, digər bir qumun mətbəə mallarının satınalınması üzrə keçirdiyi kotirovka sorğularının qalibi olub ki, bu da sözügedən şirkətin ixtisas göstəricilərinə olan şübhələri artırır.

Qeyd edək ki, “FURGONAR RR SERVİS” MMC Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə satınalma müqaviləsi bağlamazdan əvvəl Qazax Dövlət Sosial-iqtisadi Kolleci ilə dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 20.250 manat məbləğində, Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu ilə tikili və avadanlıqların cari təmiri üzrə 5.925 manat məbləğində satınalmamüqavilələri bağlayıb.

Maraqlıdır ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə satınalma müqaviləsi bağladıqdan sonra isə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə istehlakyönümlü müxtəlif xidmətlərin ( sürətçıxaranın baraban və lazerinin təmiri, komputerin ana platasının təmiri və s.) satınalınması üzrə 12.550 manat, Bakı şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsilə isə nəqliyyat vasitəsinə ehtiyat hissələrinin alınması üzrə 1.373 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Göründüyü kimi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “FURGONAR RR SERVİS” MMC-nin müvafiq sahədə ixtisas göstəricilərini, təcrübəsini, digər uyğunluq göstəricilərini nəzərə almamışdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Sözügedən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Satınalma Komissiyasına ünvanladığımız sorğuya cavab olaraq bildirdilər ki, Məlumat üçün bildirirəm ki, RUGİM-in keçirəcəyi tədbirlər Az. Resp.İNAİBNDX -inin 20 noyabr 2024-cü il tarixli 12549/2024 saylı qərara əsasən yoxlanılmış və təsdiq edilmişdir. Yəni burda heç bir qanun pozuntusuna yol verilə bilməz. Əlavə məlumat almaq istəsəniz portal səhivələrindən izləyə bilərsiniz.

Bundan əlavə Uşaq-Gənclər İnkişaf Mərkəzinə zəng edib “FURGONAR RR SERVİS” MMC-nin əlaqə vasitələrini öyrənməyə çalışdıq. Mərkəzin baş mühasibi Şövqiyyə Həşimova onların əlaqə vasitələrini bilmədiyini, pulunu ödədiyini və tədbirini keçirdiyini bildirdi. Çox maraqlıdır ki, başlama tarixi 21.11.2024-cü ilə müəyyən edilmiş kotirovkanın pulu nə tez ödənildi və tədbir nə vaxt keçirildi?

Qeyd edək ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ( RUGİM) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisəsidir. RUGİM 2016-cı ildə ümumilikdə 8 mərkəzin birgə bazasında yaradılaraq fəaliyyətə başlayıb. Burada Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı və digər 5 məktəbdənkanar mərkəz mövcuddur.



Aktualinfo.org
Ardını oxu...
Göyçay rayonu, Şəhadət kənd sakini Yusifov Mətləb Rəhim oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsi onlara məxsus torpaq sahəsini zəbt etməyə çalışır:

“Göyçay rayonu Şəhadət kəndində yerləşən, bizim ailəyə məxsus 0,50 ha torpaq sahəsini qanunsuz olaraq, zorla əlimizdən almaq istəyirlər. Hansı ki, həmin torpaq sahəsini 1996-cı il tarixdən biz istifadə edirik və 1999-cu il tarixdə bələdiyyə tərəfindən mənim istifadəmə verilmişdir.

Aqrar İslahat zamanı bizim ailəyə verilmiş 0,78 ha torpaq sahəsi əkinə yararsız olduğu üçün həyətyanı torpaq sahəmin yaxınlığında olan 0,50 ha torpaq sahəsini əkib-becərmişəm.

1999-cu il tarixdə Azərbaycan Respublikasında Bələdiyyələr yarandıqdan sonra Göyçay rayonu S.Vurğun adına Yerli Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli, 4 saylı qərarı ilə bizim ailəyə verilmiş 0,78 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində saxlanılmaqla 0,50 ha torpaq sahəsi bizim ailənin istifadəsinə verilmişdir. Biz həmin 0,50 ha torpaq sahəsinin üzərində nar bağı salmışıq qulluq edib hər il məhsul götürüb, satıb ailəmizi dolandırırıq.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsi həmin torpağın onlara məxsus olmasını qanunsuz əsas gətirərək əlimizdən almaq istəyir. Hansı ki, həmin 0,50 ha torpaq sahəsi heç vaxt Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinə məxus olmayıb dövlət torpağı olub və 1999-cu il tarixdə bələdiyyənin mülkiyyətinə, həmin tarixdən isə qərarla mənim istifadəmə verilib. Buna dair sənədlər var. Hansısa iş adamı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinə məxsus 100 hektar torpaq sahəsini istifadəyə götürüb gözləri doymadığı üçün mənim istifadəmdə olan 0,50 ha torpaq sahəsinidə ələ keçirmək istəyir.

Təxminən 2-3 il əvvəl ölkə üzrə elektron kadastr planı hazırlanan zaman bəzi vəzifəli şəxslər şəxsi və bələdiyyə mülkiyyətində olan torpaqların bir hissəsini Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinin balansına keçriblər.

Bu açıq aşkar quldurluq, vəzifə cinayəti mülkiyyət əlehinə terror hesab edilir. Əvvəl dövlətə sonra isə bələdiyyəyə məxsus olan 0,50 ha torpaq sahəsi necə ola bilər ki, 30-40 ildən sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinin mülkiyyətə keçirılir?

Bir neçə vəzifəli şəxslərin cinayət əməlləri nəticəsində bizim ailənin çörək yeri olan 0,50 ha nar bağının ələ keçirilməsi bir ailənin aclıqdan məhv olması deməkdir.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm, bizə kömək edin imkan verməyin ki, işbazlar saxtakarlıqla qanunsuz olaraq istifadəmizdə olan 0,50 ha nar bağını ələ keçirsinlər, həmin torpaq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinə aid deyil cinayət yolu ilə sənəd tərtib edilib”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
Ardını oxu...
Özünüməşğulluq proqramından yararlanmaq istəyən daha bir vətəndaş - Göygöl sakini Kərim Mehdiyevə iki xəstə inək verilib.
Anaxeber.info bildirir ki, bu barədə K. Mehdiyev "Xəzər-Xəbər"ə danışıb. Onun sözlərinə görə, heyvanları görəndə narazılığını bildirib, Dövlət Məşğulluq Xidmətinin yerli əməkdaşları da kinayə ilə deyiblər ki, onun axtardığı mal-qara bazarda tapılar, imtina yazılsın.
Amma vətəndaşın azyaşlı övladı inəklərin verilməsini istəyib deyə o da bu vəziyyətdə qəbul edib. Lakin 17 gün sonra iki inəkdən biri tələf olub. K. Mehdiyev deyir ki, digər inəyin isə baytarlar tərəfindən müalicəsi davam etdirilir.
Qeyd edək ki, deputat Siyavuş Novruzov büdcə müzakirələri zamanı bu problemi qaldırmışdı. Onun sözlərinə görə, xəstə inəklər verilir və ölürlər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə ittihamları qəbul etməmişdi. Lakin neçə elə faktdır ki, S. Babayevə sübut kimi təqdim olunur.
Anaxeber.info
Ardını oxu...
"Əziz saxta sertifikatlı plastik cərrahlar, siz çox mən tək. Özünüz yetməzmiş kimi, ölkə nərdivan altı “öyrətdiyiniz” qeyri-peşəkarlarla da doludur. Təbii ki, bu sözlər hamınıza aid deyil, lakin bəzilərinizin fəaliyyətləri artıq ictimaiyyət üçün aydındır. Bu dəfə isə endokrinoloq sonra nevroloq, daha sonra isə özünü plastik rekonstruktiv cərrah elan edən və Səhiyyə Nazirliyindən bu barədə sertifikat alan Sevinc Heydərovadan danışacağam".

“Sitat.info” xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb.

Q.Ataşova Sevinc Heydərovanın ixtisası üzrə saxta diplom aldığını qeyd edib:

"Sevinc xanım özünü plastik cərrah etmək üçün Səhiyyə Nazirliyinə həm də belə bir sənəd təqdim etmişdi. Sənədə əsasən, o, guya 6 ay müddətində estetik plastik və rekonstruktiv cərrahiyyə, yağ alma (liposaksiya), inyeksiya texnikaları, anti-aging müalicələr və stromal vaskular fraksiya tətbiqləri üzrə təhsil aldığını iddia edib. Səhiyyə Nazirliyi ona plastik cərrah sertifikatını həm də bu sənədə əsasən verib. Amma bu gün mən Prof. Dr. Məhməd Bozkurtla danışdım. Əslində, doktor bu məsələni çoxdan mənə çatdırmışdı və bildirmişdi ki, onun Sevinc Heydərovanın təhsilində heç bir rolu olmayıb. Professor Sevinc xanımın nazirliyə təqdim etdiyi sənədin saxta olduğunu dedi. Bu gün isə Dr. Məhməd Bozkurtun səsli mesajını sizə təqdim edirəm ki, həqiqəti öz qulaqlarınızla eşidəsiniz. Dr. Bozkurt, geniş akademik və praktiki təcrübəsi ilə plastik cərrahiyyə sahəsində həm Türkiyədə, həm də beynəlxalq səviyyədə nüfuz sahibi olan mütəxəssislərdəndir. İkinci Qarabağ müharibəsində yaralanan əsgərlərimizin estetik rekonstruktiv (bərpa)cərrahiyyə işlərində yaxından iştirak edib. Amma görürük ki, bizim bəzi həkimlərimiz hətta nüfuzlu doktorların adına belə ləkə gətirməkdən çəkinmirlər. Səhiyyə nazirliyinə, Azərbaycanın xalq artisti, Şərəf ordenli canlı əfsanə Flora Kərimovaya, bizə, insanlarımıza hörmət etmədiyiniz bəllidir, heç olmasa, başqa peşəkarların əməyinə hörmət edin".

Məsələ ilə bağlı Dr.Sevinc Heydərovanın da fikirlərini dərc etməyə hazırıq.

 
Ardını oxu...
Sosial şəbəkələrdə tanınmış həkim, oftalmoloq Cahid Şahbazovla bağlı iddia səsləndirilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Cahid Şahbazov tərəfindən əməliyyat olunan xanım iddia edir ki, həkim onun gözünü kor edib:

“Sol gözüm iflic vəziyyətdədir. Estetik əməliyyat üçün yox, gözümdə kəskin ağrılar olduğu üçün həkim Cahid Şahbazova müraciət etdim. Etdiyi əməliyyat nəticəsində gözüm görmür. Tək göz ilə yaşamaq istəmirəm”.

Videonun sonunda şikayətçi insanları həkim Cahid Şahbazova inanmamağa səsləyib:

“Cəzasını çəkməlidir. Bəlkə də nə qədər insanı yanlış əməliyyat edib”.

Xanımın şikayəti ilə bağlı tanınmış stilist Anar Ağakişiyev də sosial şəbəkədə rəy yazıb:

“Eyni halı mən də o həkimlə yaşamışam. Allah köməyiniz olsun. Onun qüsurunu düzəltmək üçün xaricdə üç dəfə əməliyyat oldum. Sizi çox gözəl anlayıram. Ümumiyyətlə, Səhiyyə Nazirliyi hara baxır!”

Məsələ ilə bağlı Bakuplus.az-ın əməkdaşı şikayətdə adı hallanan oftalmoloq Cahid Şahbazov ilə əlaqə saxlamağa çalışıb. Köməkçisi həkimin məsələ ilə bağlı “Instagram” sosial şəbəkəsindəki şəxsi səhifəsində açıqlama verdiyini bildirib. Əməkdaşımızın həkimlə əlaqə saxlayıb, daha ətraflı açıqlama almaq istəyi isə cavabsız qalıb. Köməkçi xanım “əgər həkim razı olsa, sizinlə əlaqə saxlayacam” deyib. Amma aradan bir saatdan çox vaxt keçsə də, Şahbazov əlaqə saxlamayıb. Görünür həkim sadəcə İnstaqramda açıqlama verməklə işini bitmiş sayır.

Cahid Şahbazov sosial şəbəkədə yayımladığı videocavabda xanımın iddiasını şantaj hesab etdiyini açıqlayıb:

“Bu tələbi biz qarşılmayacağıq. Yardım istəsə, Türkiyədəki müəllimimlə konsultasiya və 3-cü əməliyyat təklif edə bilərik. Həm də 3-cü əməliyyatı özümüz də edə bilərik. Bu xanım mənə sosial mediada şantaj edəcəyini dəfələrlə bildirib, bu, yazışmalarda da qeyd olunub.

Belə olduğu halda hüquq-mühafizə orqanlarına müraciət edəcəyik".
 

Dünyapress TV

Xəbər lenti