"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" çempionatının beşinci mərhələsində, Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsində qalib gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat verib.
Qeyd olunur ki, son dörd "Formula-1" çempionatının qalibi mövsümün ikinci, karyerasında isə 42-ci poulunu qazanıb.
İkinci yeri "McLaren"dən avstraliyalı Oskar Piastri, üçüncü yeri isə "Mercedes"dən britaniyalı Corc Rassel tutub.
Üçüncü təsnifat seqmentində mövsümün lideri britaniyalı Lando Norrisin ("McLaren") avtomobili qəzaya uğrayıb və yarışda 10-cu yerdən start götürəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Qran-prisi yarışı aprelin 20-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.