Avropa Ağ Evin daxili intriqalarını diplomatik masada uğura necə çevirir?
İlk növbədə qeyd etmək lazımdır ki, Parisdə ABŞ-ı Stiv Uitkoff və Marko Rubio təmsil edirdi. Avropada Uitkoff və Rubioya münasibət tamamilə fərqlidir. Uitkoff heç bir siyasi-diplomatik təcrübəsi olmayan, sadəcə Trampın dostu olduğu üçün vəzifəyə gətirilmiş təsadüfi bir şəxs kimi qiymətləndirilir. Təbii ki, Rubioya münasibət fərqlidir — o, ciddi və təcrübəli siyasətçi kimi qəbul olunur və avropalılar onunla dialoqa açıqdırlar.
Bundan əlavə, Uitkoff və Rubio arasında gərginlik və rəqabət var. Çünki Uitkoff Yaxın Şərq və Ukrayna məsələlərində faktiki olaraq dövlət katibi funksiyalarını yerinə yetirir ki, bu da Rubionun narazılığına səbəb olur.
Parisə gəlincə, Makron bu daxili gərginlikləri yaxşı bildiyi üçün Uitkoffu nümayişkaranə şəkildə diqqətdən kənarda saxladı və Rubionun rolunu xüsusi olaraq vurğuladı. Britaniyalılar və almanlar da eyni mövqe sərgilədilər — Uitkoffu nə “görür”, nə də “eşidirdilər”.
Makronun əsas məqsədi Uitkoffun gətirdiyi planı neytrallaşdırmaq və Rubionun vasitəsilə Makron-Starmer planına dəstək qazanmaq idi. Rubio bu oyuna qarşı deyildi və nəticə olaraq, məhz o, Lavrova zəng etdi və məhz o, ABŞ-ın prosesdən çəkilə biləcəyini, vaxtın isə günlərlə ölçüldüyünü bəyan etdi.
Bu ultimatum açıq şəkildə Rusiyaya yönəlmişdi.
Eyni zamanda, Ukrayna müdafiə naziri Ümerovun bu gün verdiyi “Ukrayna ABŞ planının 90%-ni dəstəkləyir” bəyanatı da onu göstərir ki, Avropa və Ukrayna üçün qəbul olunan mövqe Rubionunkudur. Uitkoffla isə heç kim danışmaq istəmir və bu da dolayısı ilə Trampa mesaj kimi qəbul edilir.
Gələn həftə intensiv diplomatik həftə olacaq və London görüşünə qədər bir çox məqamlar aydınlaşacaq.
Kamran Cəfərov
TEREF
 

Son vaxtlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qanunsuz parklanma siyasəti ilə bağlı ictimai narazılıqlar artmaqdadır.

Demokrat.az xəbər verir ki, bu narazılıqlar əsasən yaşayış binaları ərazisində pulsuz parklanma yerlərinin zəbt olunması, yüksək cərimələr və AYNA rəhbərliyinin sakinlərin razılığı olmadan qeyri-rəsmi formalarda ayrı-ayrı vəzifəli şəxslərin göstərişlərini həyata keçirməsi ilə bağlıdır.

Digər ciddi qanunsuzluq isə AYNA-nın insanları bezdirərək, onlardan topladığı vəsaitlərin ictimaiyyətə hesabatını verməməsi faktıdır.

Məsələ ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona tətbiq olunan cəriməyə sərt etirazını bildirib.

Partiya sədri qurumun fəaliyyətini kəskin tənqid edərək, topladığı vəsaitlərin şəffaflığına dair suallar qaldırıb.

İqtisadçı deyib ki, bu gün maşınını yalnız ofisinin qarşısında saxlayıb və həmin ərazi binaya məxsus olduğu üçün giriş şlaqbaum vasitəsilə mümkündür. Lakin buna baxmayaraq, AYNA tərəfindən cərimə olunub:

“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən, AYNA, sizdən indicə mesaj aldım. Bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur və maşın 7 saatdır ofisin qarşısındadır. Yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?”.

Partiya sədri həmçinin çağrı mərkəzinə zəng etdiyini, lakin 4 dəqiqə gözlətdikdən sonra telefonun qapatıldığını vurğulayıb.

O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini də açıqlayıb:

“Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz!”.

Natiq Cəfərlinin AYNA-nın fəaliyyəti barədə iradlarına bir sıra ictimai şəxslər və ayrı-ayrı vətəndaşlar tərəfindən sosial media üzərindən çoxsaylı dəstək şərhləri verilib.

Jurnalist Mayıl Ağaxanov isə qeyd edib ki, AYNA-nın fəaliyyətsizliyi ictimai nəqliyyatı iflic edib:

“Bu qurumun başı pul yığmağa qarışıb, ictimai nəqliyyata nəzarətin başını buraxıblar”.

Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, 20 milyon 15 min 120 manat pul qoparıblar sizdən-bizdən:

“BNA necə milyonları çırpışdırıb aradan çıxdısa, sabah bunlar da adlarını dəyişib mahiyyəti dəyişmədən yeni adla daha çox soyğunçuluq edəcəklər. Süni tıxaclardan kimlər neçə milyon qazanırlar, artıq hamı gözəl bilir. 30 günə yüz milyonlarla vəsait əldə olunur və o pul da rahatca bölünür "ağıllılar" arasında. Biz də saatlarla tıxaclarda deyinib əsəb xəstəsi oluruq. Necədir sizin üçün?“.

Yaranan problemlərin həlli üçün yeganə çıxış yolu olaraq vətəndaşlar AYNA-nı məhkəməyə verməyi təklif edirlər.
 

Dünyapress TV

Xəbər lenti