Ardını oxu...

Balababa Rzayevin qardaşı oğlu "BCC Group" şirkətinin rəhbəri Vüqar Rzayev işçilərin əmək haqqını vermir. Mingəçevir şəhərində tikintisi bitmək üzrə olan 1280 MW stansiyanın tikintisi zamanı çalışmış işçilər işlədikləri "əlavə saatların" əmək haqqını ala bilmirlər. Stansiyada çalışan işçilərdən verilən məlumatda bildirilir ki, BCC şirkəti ilə bağladıqları müqavilədə 8 saat saat 08:00-dan 16:00-a qədər olmasına baxmayaraq artıq saat işləmələri xahiş edilib. İşçilər razılqla artıq saat işləməklərinə baxmayaraq işlədikləri artıq saatların pulu verilmir. Hansı işçilər ki, haqqını tələb edir, pulunu istəyir o, işçilərlə bağlanmış müqavilə ləğv edilib, 10 günlük müqavilə bağlanaraq 10 tamamında sizinlə olan müqaviləmiz bitib deyib işdən azad edirlər. Yəni hüquqi savadı olamayan, haqqını bilməyən işçiləri bu kimi müqavilərlə işdən azad edirlər. Bundan sonra işdən çıxarılacağından qorxan işçilər "BBC group”un şərtləri ilə razılaşıb işləmək məcburiyyətində qalırlar.
BCC group şirkətinin başqa qanunsuzluqlarının olduqu bildirilir.
Qanusuzluqlarından biri əmək haqqının gecikdirilərək cari ay bitdikdən sonra növbəti ayın 10-da verilməsidir. Digər bir məsələ isə vergidən yayınma məsələsidi. Stansiyada işləyən işçilər bildirir ki, əmək haqqları əlbəəl verilir.
Mövzunu diqqətdə saxlayacağıq.



Ardını oxu...
Paytaxt sakini yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yarandığını iddia edir.

Ötən ilin aprel ayında septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədova bildirib ki, əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.

O, əməliyyatı icra edən özəl klinika "MedAura”nın həkimi Kəmalə Mirzəyevadan şikayətçidir.

Şikayətçi iddia edir ki, əməliyyata 1400 manat ödəniş edib. Təkrar əməliyyat üçün isə 6000 manat lazımdır. Onun tələbi bu ödənişin ona verilməsidir ki, başqa klinikada yenidən əməliyyat olunsun.

Sözügedən özəl klinikanın baş həkimi Nigar Məhəmmədova bildirib ki, həkim Kəmalə Mirzəyeva artıq işdən çıxarılıb. Baş həkim özü də ondan şikayətçidir.(Xəzər TV)

 
 
 
Ardını oxu...
Qarabağ muharibəsi veteranı, polkovnik-leytenant Mustafayev Zeydulla Müqabil oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Ölkə rəhbərliyinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Qarabağ uğrunda Ağdarə, Laçın və Fizuli istiqamətində gedən döyuşlərdə iştirak etmişəm. İki dəfə kontuziya almışam, bir dəfə yaralanmışam.

İndi isə yoldaşımın başına gələnlər haqqında yazmaq istəyirəm. Belə ki, yoldaşım Mustafayeva Sevinc Hacıbəy qızı Sumqayıt “Nəqliyyat MMC-1”-də işləyirdi. 9 iyun 2023-cü ildə “öz arzusu ilə” işdən çıxması üçün ərizə yazmaq haqda göstəriş verdilər. O, da ərzəni yazdı. Mən həmin vaxt gəlib Kadrlar Şöbəsində ərizəni oxudum, düzgün yazıb-yazmadığını öyrəndim.

İş tapmaq üçün yoldaşıma 1 (bir) ay vaxt verdilər. 12 iyun 2023-cü ildə yoldaşım iş tapdıqdan sonra maaşını almaq üçün mühasib işləyən Vüsalə Hüseynovaya (kassaya çavabdeh) müraciət etmişdir və ona maaş verilməyəcəyini bildirmişdir.

Vüsalə Hüseynova icra başçısı Zakir Fərəcovun qohumudur və onun göstərişi ilə yoldaşımı işdə azad ediblər. Yoldaşım həm fiziki, həm də söz təhqirinə məzur qaldığı üçün DİN-in 102 qaynar xəttinə zəng etmişdir. Polis gəldikdən sonra Vusaləni sakit edə bilmişdilər.

Onu da qeyd edim ki, bütün otaqlarda video-çəkiliş var. Polis əməkdaşı video-görüntünü istəyəndə, müəssisənin rəisi Elgiz Fərəcov kameranın işləmədiyini bildirmişdir. Yəni videodan aydın olur ki, kim kimə təcavuz etmişdir.

İş instintaqa göndərilir. İntintaqda Şamil Məmmədov yoldaşımın azərbaycanca yaxşı danışmadığından istifadə edərək, ona verilən göstərişlər əsasında cinayət işi qaldırmışdır. Müstəntiq həyat yoldaşıma psixoloji təzyiq göstərmişdir.

İş Azərbaycan Prosessual və Konstitusiya Məcəlləsi pozulmaqla, birtərəfli qaydada aparılıb. Həyat yoldaşımın polisə müraciət etməsi, ertəsi gün Məhkəmə Tibbi Ekspertizadan keçməsi və hamının buna göz yumması bir yana, müəssisənin rəhbəri Elgiz Fərəcov videonu gizlədərək, instintaqa öz işçilərindən 3 nəfər yalançı üzəduran gətirmişdir.

Müstəntiq birbaşa sübutu olmadan və həyat yoldaşıma şiddətli təzyiqlərdən sonra, prokurorun göstərişi ilə iş məhkəməyə göndərildi. Məhkəmədə yenə də eyni hərəkətlər təkrar olundu. Bizim vəkilin və yoldaşımın göstərdiyi dəlillər, şahidlərin yalan danışmasını təsdiq edən sənədlərə baxmayaraq, hakim Zaur Hacıyev xuliqanlıq maddəsini təsdiq etdi.

Siz fikirləşin, Kadrlar Şöbəsində Dildar xanımın mənə göstərdiyi ərizə yoxa çıxdı. Məhkəmədə Dildar xanımın yalanları üzə çıxdı. Onun yoldaşı şahid olmuşdur, ona hörmətim var idi. Lakin o, şahid yoldaşı kimi hərəkət etmədi.

Hakim heç bir dəlilə fikir vermədən, notarius kimi 221-ci maddəni təsdiq etdi. Bundan sonra yoldaşım Məhkəmə Hüquq Şurasına, Baş Prokurorluğa, DİN-ə müraciət etdi ki, işınə düzgün baxılsın. Hamısı standart cavablar göstərdilər.

Apellyasiya Məhkəməsində hakim Elman Əhmədov da heç bir dəlili araşdırmadan, 1 saat içində eyni vəzifəni yerinə yetirdi. Mən bilmirəm, icra başçısı Zakir Fərəcovun bu işlərdən xəbər var, yoxsa yox. Amma bacısı oğlu Elgiz Fərəcov və Vüsalə Huseynova onun adına istifadə edərək, Sumqayıtda fironluq edirlər.

Onu da qeyd etmək istəyirəm ki, yeni işə qabul olunmuş qadına qarşı da Vüsalə Huseynova eyni hərəkəti etmiş, məcbur olub onu işdən azad etmişlər.

Mən də məcbur olub Prezidentə müraciət etmişəm. Məmur özbaşınalığının, məhkəmələrin göstərişlə işləməsinin insanlar arasında hakimiyyətə qarşi nifrət yaratdığını başa düşmürlər. Mən isə həmişə dövlətimizin tərəfində olmuşam”./hurriyyet.az
Ardını oxu...
Balakən rayon sakinləri son vaxtlar tibbi sığortadan tam istifadə etmək imkanından məhrum olduqlarını bildirirlər. Məlum olub ki, Balakən Mərkəzi Xəstəxanası laboratoriya analizləri və ultrasəs müayinəsi (UZİ) üçün vətəndaşları "AYMED" Klinikasına göndərir. Nəticədə, bu, vətəndaşların tibbi sığorta çərçivəsində pulsuz tibbi xidmətlərdən yararlana bilməməsinə və nəğd ödəniş etməyə məcbur qalmasına səbəb olur.

Sakinlərin bildirdiyinə görə, Balakən Mərkəzi Xəstəxanasında qeydiyyata düşən hər bir vətəndaşdan 1 manat məcburi ödəniş alınır. Həmçinin, qan analizlərinin bir qismi Mərkəzi Xəstəxanada aparılmadığı üçün vətəndaşların "AYMED" Klinikasına istiqamətləndirildiyi deyilir.
"AYMED" Klinikasında laborator və UZİ müayinələri üçün əhaliyə məqsədyönlü şəkildə ödənişli xidmətlər təklif edilir. Qiymətlər aşağıdakı kimidir:

✔️ Qalxanabənzər vəzin yoxlanması - 20 AZN

✔️ Qanda qlükozanın yoxlanması (gizli şəkər) - 25 AZN

✔️ Tam optimal müayinə - 30 AZN

✔️ Exo Kardioqramma - 50 AZN

✔️ Anti CCP - 42 AZN

Yuxarıda qeyd edilən analizlərin hər birini dövlət xəstəxanasında çıxarılması üçün hər bir şərait Səhiyyə Nazirliyi və Təbibin təşəbüsü ilə yaradıldığı cəmiyyətə aydın olan məlumatdır. Lakin hər şey göründüyü kimi deyil RMX-nın rəhbərinin arzuları çərçivəsində reallaşdırılır. Görüntü və əməllər bir birin tamamlamayır.
Sakinlərin narazılığına səbəb olan daha bir məqam Balakən Mərkəzi Xəstəxanasının keçmiş UZİ həkimi Elşən Kərimovla bağlıdır. Nə baş verdisə məhs elə sığortanın tətbiqindən sonra Mərkəzi xəstəxana alternativ qazanc yolların icad etmək çox müddət çəkməyib. Elə bu minvalla "AYMED" klinikası ilə Balıakən Mərxəzi Xəstəxana arasında gizli saziş əldə edilib. Mərkəzi Xəstəxanada lazımi bütün avadanlıqların olmasına baxmayaraq xəstələr analizlər üçün "AYMED" özəl kilinikasına yönləndirilirki buda klinika rəhbərliyinin Mərkəzi xəstəxana rəhbəri Dilbər Quliyevanı görməsi sayəsində baş verir. Bundan əlavə olaraq Məkrəzi xəstəxana və özəl klinikaanın həkimləri xəstələrə reseptlərə fima dərmanlarını yazaraq öncədən anlaşdıqları firmalardan faizlərini aylıq və ya öncədən almaqla iş birliyinə girməkdədir deyə etibarlı mənbə məlumatında qeyd edir.
Ən əsasıda bildirilir ki, "AYMED" Klinikasının işə başlamasından sonra Elşən Kərimov Mərkəzi Xəstəxanadan ora köçürülüb və UZİ aparatı da "AYMED" Klinikasına aparılıb. Bu dəyişiklik sakinlərin tibbi sığorta çərçivəsində pulsuz tibbi xidmət görmə imkanlarını daha da məhdudlaşdırıb.
Balakən sakinləri mövcud duruma ciddi narazılıq edərək, tibbi sığorta sisteminin effektiv işləmədiyini bildirirlər. Onlar aidiyyəti qurumlardan bu problemi aradan qaldırmaq və tibbi sığorta vasitəsilə pulsuz tibbi xidmətlərə çatımlılığı tam təmin etməklə bağlı addımların atılmasını tələb edirlər.
Yenixeber.org
 
 
 
Ardını oxu...
Bərdənin 2 saylı orta məktəbində olan şəraitsizlik heç Qəzza zolağındakı hansısa təhsil müəssisəsində belə yoxdur. Yerli sakinlərin verdiyi məlumata görə, prezidentin sərəncamı ilə təmir edilən məktəbin nə işığı, nə istilik sistemi mövcuddur. Bu mövzuda şəhid anası da dövlət rəhbərliyinə müraciət edib. Deyib ki, şagirdlərin təhsil alması üçün məktəbin işıq və istliklə təmin olunmasına ehtiyac var. Anaxeber.info bildirir ki, söhbət Bərdənin şəhər məktəbindən gedir və bu məsələyə yerli icra hakimiyyəti, regional təhsil idarəsi ciddi şəkildə laqeydlik nümayiş etdirir. Məktəbin acınacaqlı vəziyyətlə üzləşməsinə heç bir tədbir görməyən icra başçısı Vidadi İsayev və regional təhsil idarəsi rəhbərliyi bu məsələdə susur. Halbuki dövlət vəsaitindən bu məktəbə böyük pullar xərclənib. Eyni zamanda, Elm və Təhsil Nazirliyinə edilən müraciətlər nəticə vermir. Sakinlər xahiş edirlər ki, onların səsinə səs verilsin və tezliklə məktəbin fəaliyyəti bərpa olunsun. Çünki yüzlərlə şagird təhsildən məhrum olub. Bu da ciddi bir zərbədir. İlin-günün bu vaxtında Bərdənin mərkəzində məktəbin işıqsız və istiliksiz qalmasını yalnız biabırçılıq adlandırmaq olar. Amma vəziyyət o həddə çatıb ki, prezidentdən köməklik istənilir. Hərçənd, bir məktəbin probleminin həlli yerli icra başçısı Vidadi İsayev və təhsilə cavabdeh məmurların tapşırığı əsasında də həll oluna bilərdi. Amma onların biganəliyi sakinləri dövlət başçısına müraciət etməyə məcbur qoyub.

Azər Talıbov
Anaxeber.info
 
 


 
Ardını oxu...
Sabirabad rayon Narlı kəndinin bir qrup sakinləri 15 ildir ki yollarının bərbad olduğunu bildirirlər. Sözü gedən kənddə yaşayan şəhid Qoşqar Əliyevin qardaşı Haqverdi Əliyev deyir ki, COP29-a ev sahibliyi edən ölkənin hansısa bir kəndinin yolunun bucür bərbad vəziyyətdə olması utancvericidir. Vətəndaş Sabirabad rayonunun Narlı kəndi ilə yanaşı digər 6 kəndin də yollarının bu vəziyyətdə olduğunu deyir.
Şikayətçilər dəfələrlə problemlə bağlı Azəryolun sədri Saleh Məmmədova müraciət etdiklərini, lakin nəticəsimin olmadığını qeyd edirlər.
Şəxsi büdçələri yolları təmir etməyə yetmədiyi üçün, onlar kanalımız vasitəsilə aidiyyatı qurumlardan kömək istəyirlər.

 

Ardını oxu...
Son dövrlər Abşeron rayonu Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin girişində aparılan tikinti işi yüzlərlə ailənin ciddi etirazına səbəb olub. Buna səbəb Vüqar Sədibəyli tərəfindən vətəndaşların parkinq yerinin zəbt edilməsi və həmin ərazidə qanunsuz inşaat işinin aparılmasıdır. Tikinti işinə Ulu öndərin guşəsinə hörmətsizlik etmək – onu ərazidən götürməklə başlayan Vüqar Sədibəyli, ictimai qınaq və narazılığınq arşısını alamq üçün uğursuz cəhdlərə əl atmaqdadır. Bəzi media orqnalarında ərazidə heç bir tikinti işinin aparılmadığı, sadəcə "abadlıq işlərinin” görülməsi ilə bağlı yalan məlumatlar dərc etdirib. Halbuki, ərazidə genişmiqyaslı tikinti işlərinin aparıldığı göz önündədir.

Təəccüb doğuran məqamlardan biri də ondan ibarətdir ki, bütün bu qanunsuzluqalr Abşeron Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeronun baş memarı Kənan Babayev, FHN də tikinti təhlükəsizliyinə nəzarət Agentliyinin sədri Cəbrayıl Xanlarov, FHN-nin tikntiyə nəzarət şöbəsinin rəisi Samir Musayev, Şəhərsalma Arxitektura komitəsinin Sədri Anar Quliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin gözləri qarşısnda baş verir. Bu şəxslərin heç biri qanunsuz tikintinin sökülməsi, bu qanunsuzluğa rəvac verən şxəslərin məsuliyyətə cəlb edilməsi istiqamətində heç bir addım atmır. Ramin Abdullayevin yaxın qohumu və "kassası” olan Tikintiyə Nəzarət Şöbəsinin rəisi Fərid Hüseynov tərəfindən də məlum qanunsuzluqla bağlı heç bir reaksiya sərgilənmir. Bu isə yüzlərlə ailənin haqlı narazılığına və etirazına səbəb olmaqdadır.

Məlumat üçün qeyd edək ki, Vüqar Sədibəyli məlum ərazidə üçmərtəbəli qeyri-yaşayış binası inşa etmək niyyətindədir. Onun əsas himayədarı isə Abdin Fərzəliyev, Namiq Hümmətov və Ramin Abdullayevdir. Xatırladaq ki, Namiq Hümmətov və Ramin Abdullayevin adı həm də xaricə milyonlarla dollar məbləğində vəsait çıxarmaqda və qanunsuz əmlak almaqda hallanır.

Mənbə: Cumhuriyyet.az
Ardını oxu...
Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka" sularının istehsalı ilə məşğul olan “Gədəbəy Mineral Suları” MMC-nin külli-miqdarda vergi borcunun olması bu şirkətin idarəetməsində korrupsiya elementlərinin olması barədə ehtimalları artırır.

AzFakt.com-un əldə etdiyi məlumata görə artıq bir sıra aidiyyatı dövlət qurumları ölkənin ən iri su istehsalçılarından biri olan “Gədəbəy Mineral Suları” MMC-nin dövlətə milyonlarla vergi borcu olduğuna görə qısa zamanda ciddi araşdırmalara başlayacaq.

Ölkənin ən dilbər guşəsindən olan Gədəbəy rayonunun dağlarında mineral tərkibi zəngin olan bulaqları istismar edərək böyük vəsaitlər qazanan şirkətin hansı səbəbə görə vergi borcunu ödəməməsi iqtisadçı ekspertlər arasında da müzakirə mövzusuna çevrilib.

Əldə etdiyimiz məlumata görə “Gədəbəy Mineral Suları” MMC-nin 8 milyon manata yaxın vergi borcunun yaranmasına əsas səbəb bu şirkətin rəhbərliyinin uğursuz iş mexanizmi və müxtəlif məzmunlu büdcədən israf edilən xərclər olub.

Belə ki, şirkət rəhbərliyi büdcədən mal və avadanlıqların alınmasına, cari təmir işlərinə xərclənən vəsaitləri şişirdib.

Eyni zamanda "Gədəbəy" və "Slavyanka" sularının reklamına da büdcədən külli-miqdarda vəsaitin silindiyi bildirilir.

Məlumata görə “Gədəbəy Mineral Suları” MMC-nin vəsaitlərinin talan edilməsi 2021-ci ildən başlayıb.

Qeyd edək ki, “Gədəbəy Mineral Suları” MMC-yə müxtəlif dövlərdə ayrı-ayrı şəxslər rəhbərlik edib. Şirkətə 2011-ci ildən başlayaraq müxtəlif dövrlərdə Cabbarov Rasim Əmir oğlu, Vəliyev İntiqam Şahmalı oğlu, Əliyev İlham Paşa oğlu, Əhmədov Rövşən Nurəddin oğlu və Əlizadə Füzuli Camalxan oğlu rəhbərlik edib.

2021-ci ilin aprel ayının 22-də “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə Haqverdiyev Adil Fəxrəddin oğlu gətirilib.

2023-cü ilin oktyabr ayının 4-də şirkətin rəhbərliyində Haqverdiyev Adil Fəxrəddin oğlunu Fərzəliyev Ramil Calal oğlu əvəzləyib.

Ramil Fərzəliyev “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə gətiriləndən qısa zaman sonra Adil Haqverdiyev yenidən “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi olub.

Adil Haqverdiyev 2025-ci ilin əvvəlinə qədər bu vəzifədə çalışıb.

“Gədəbəy Mineral Suları” MMC-yə rəhbərlik etmiş digər şəxslərın hazırda hansı sahədə çalışdığı barədə məlumat əldə edə bilməsək də, 2021-ci ildən sonra şirkətə rəhbərlik edən Adil Haqverdiyevin hazırda "İstisu" şirkətinin rəhbəri olduğu deyilir.

Cari ilin əvvəlində Ramil Fərzəliyev yenidən “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə gətirilib. Müxtəlif illərdə şirkətə rəhbərlik etmiş hər iki şəxsin aidiyyatı qurumlarda sorğulanacağı vurğulanır.

Xatırladaq ki, “Gədəbəy Mineral Suları” MMC-nin hazırda dövlətə 7.678.035 manat vergi borcu var.
 
Ardını oxu...
Azərbaycanda dövlət qurumlarının keçirdikləri tenderlər həmişə diqqət mərkəzində olub. Açıq mənbələrdən də aydın görünən odur ki, bu tenderlərin əksəriyyəti qurumlar tərəfindən əsasən özlərinə yaxın olan şirkətlərə verilir. Elə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun son bir ildə keçirdiyi tenderlərin nəticələrindən də bu aydın görünür.

TEREF-in məlumatına görə, Tribunainfo.az-ın bu yöndə apardığı növbəti araşdırma isə AzTeleKom MMC ilə bağlıdır. 2024-cü ildə 24 tender keçirən sözügedən qurum ümumilikdə 8 milyon 849 min 90 manatlıq satınalma müqaviləsi imzalayıb.

Rəsmi satınalma saytında qeyd edilir ki, “AzTeleKom” MMC bu vəsaitlərin 4 milyon 488 min 652 manatını təkcə bir şirkətlə alqı-satqıya xərcləyib. Söhbət “MOTOR CLINIC” MMC ilə il ərzində bağlanmış iki müqavilədən gedir.

Belə ki, bu iki tenderin hər ikisi minik nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi və ehtiyat hissələrinin alınması məqsədi ilə təşkil olunub. “Minik nəqliyyat vasitələri üçün servis xidmətinin və ehtiyat hissələrinin” satın alınmasına MMC 3 milyon 14 min 897 manat, “Yük nəqliyyat vasitələri üçün servis xidmətinin və ehtiyat hissələrinin” satın alınmasına isə 1 milyon 473 min 755 manatlıq müqavilə bağlayıb.

“AzTeleKom”un balansında konkret olaraq hansı sayda avtomobilin olması barədə dəqiq məlumat yoxdur. Lakin görünən odur ki, bu nəqliyyat vasitələri üçün bunca vəsait bir qədər şişirdilmiş formadadır. Çünki bu qədər vəsait ən azı 1000 və ya ona yaxın sayda maşın üçün yetərli ola bilər ki, bu qədər nəqliyyat vasitəsinin “AzTeleKom”da olması bir qədər şübhə doğurur.

“AzTelekom” MMC-nin 2024-cü il ərazində keçirdiyi digər bahalı tenderlərin sayı isə iki olub. Onlardan biri 1 milyon 521 min 553 manat təşkil edən və “ALTEN” MMC ilə bağlanılmış müqavilədir. Bu müqaviləyə əsasən MMC şirkətə soyutma sistemlərinin (kondisionerlərin) dövri və ya təkrar texniki xidmətin göstərilməsini əhatə edir.

Üçüncü tender isə “AzTeleKom”la “Turan.İ.O” MMC-yə verilib. Kombi və qazanxana sisteminə texniki baxım və təmir xidmətlərinin göstərilməsini əhatə edən birinci tenderin dəyəri 803 min 67 min manat olub. Fasad və dam örtüklərinin əsaslı təmiri işlərinin satınalınması müsabiqəsinə görə isə tərəflər arasında 170 min 149 manatlıq müqavilə imzalanıb.

Keçirilmiş digər 19 tenderlərə gəldikdə isə onların məbləğləri elə də böyük olmayıb. Əsasən işçilər üçün geyimlərin, ehtiyat hissəslərinin və xüsusi promo məhsullarının alınmasına vəsait xərclənib.

Bəs, “AzTeleKom”un bahalı müqavilə bağladığı üç şirkət kimlərə məxsusudur və MMC ilə onlar arasında hansı əlaqə var? Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “Motor Clinik” MMC haqqında elə də tutarlı məlumat yoxdur. Bəzi resurslarda şirkətin bir neçə təmir və ehtiyat hissəsləri satışı mərkəzləri fəaliyyət göstərdiyi, rəhbərlərindən birinin isə Fariz Şərifov olduğu qeyd olunur. Şirkətin nə rəsmi saytı, nə də hər hansı əlaqə nömrəsi yoxdur. Fariz Şərifova gəldikdə isə onun barəsində də hər hansı tutarlı məlumat əldə etmək mümkün olmayıb.

“AzTeleKom”un ikinci ən böyü tenderlərinin müştərifi olan “Alten Group” MMC isı 2009-cu ildə yaradılıb. Kondisoner və soyutma sistemləri üzrə aparıcı şirkətlərdən biri hesab olunur. Şirkət Yaponiyanın “Mitsubishi Heavy Industries Ltd” şirkətinin ölkəmizdəki dstribyütorudur. Şirkətin hüquqi ünvanı olaraq N. Nərimanov pr., ev 206, məh. 466 göstərilsə də, hazırda şirkətin Bakı şəhəri, Tbilisi prospekti 54 ünvanında ofisinin yerləşdiyi qeyd edilir. Hətta şirkətin rəsmi saytında belə rəhbərlik barədə heç bir qeyd yoxdur.

“Alten Group” Vergilər Xidmətinin rəsmi saytında riskli vergi ödəyicisi kimi qeyd edilməsə də, 2015-2023-cü illər ərzində davamlı olaraq cərimə edilib və maliyyə sanksiyaları tətbiq edilib. 2023-cü ildə isə şirkətin toplam 4500 manatdan çox vergi borcu olub. Bundan başqa, şirkət dəfələrlə audit yoxlamasından imtina edib və məhkəməyə verilib.

“TURAN.İ.O” MMC-yə gəldikdə isə bu şçirkət 2018-ci ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 46, qanuni təmsilçisi isə Hüseyinov Nicat İldırım oğludur. 10 manat nizamnamə kapitalı olan “TURAN.İ.O” MMC digər dövlət qurumlarının da iri tenderlərinin əsas “müştərisi”dir. Hərşeyşünas olan bu şirkətlə Təhsil Nazirliyi arasında təmir işlərinin satınalması prosesi həyata keçirilsə də, digər qurumlara mebel və avadanlıq satıb.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Tural Pirverdiyevdir. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus törəmə şirkətlərə də birbaşa rəhbərlik edəcək. Belə ki, Pirverdiyev Azeronline LTD, “Bakı telefon Rabitəsi” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelekom”un əsas səhmdarı olduğu “Azercell”ə də rəhbərlik edir.

Yazıda adı keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
Yardımlı rayonunda Yardımlı Rayon İcra Hakimiyyətinin məmurları tərəfindən ekoloji terror aparılıb. Yardımlı Masallı magistral yolunun üst hissəsində yerləşən yaşıllıq ərazidə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində minlərlə cavan fidan ağacları vəhşicəsinə məhv olmuşdur. Həmin ərazi texnikalarla vəhşicəsinə qazılaraq orada olan ağaclar məhv olunmuş, ərazidə istirahət mərkəzi nəzərdə tutulmuşdur. Həmin ərazidə çəkilmiş fotoşəkilləri ərizəyə əlavə edirəm.
Ardını oxu...
Ardını oxu...
TEREF yazır ki, poçtumuza daxil olmuş məktubda müəllif belə yazıb. Müəllif dediyi kimi faktların sübutu kimi məqaləsinə fotoşəkilləridə əlavə edib.
Müəllif davam edərək yazır:
Yardımlı Rayon İcra Hakimiyyətinin məmurlarının əməlləri bununla bitmir. Olan rayonunun Viləş çayını demək olar ki, məhv ediblər. Viləş çayının yataqları qazılaraq oradan kamazlarla qrabel, qum çınqıl daşınaraq satılmışdır. Əgər Viləş çayının Yardımlı rayonunun Arus altı adlanan ərazi, Dəryavar kəndinin qarşısı, Avun və Avur kəndlərinin qarşısından keçən hissəsinə baxış keçirsəniz bu ekoloji fəlakətin şahidi olacaqsınız. Onlar bu qazıntı işlərindən minlərlə, bəlkə də milyonlarla qanunsuz yolla vəsait əldə etmişlər. Bu çox dözülməz haldır. 2024- cü ildə Yardımlı rayonunun Horavar, Keçələkaran, Əfçədulan kəndlərinə asfalt örtüyü çəkildiyi zaman qeyri qanuni olaraq Viləş çayının yataqları qazılaraq həmin yolların asfalt örtüyündən əvvəl rahatlanmasına istifadə edildi. Yardımlı rayonunun Əfçədulan, Horavar, Keçələkaran kəndlərinə gedən asfalt yolun Viləş çayından keçən hissəsinə baxış keçirsəniz bu ekoloji fəlakətin şahidi olacaqsınız. Bu qanunsuzluqlardan Yardımlı Rayon İcra Hakimiyyətinin məmurları qanunsuz olaraq külli miqdarda vəsait əldə etmişlər. Bundan başqa Yardımlı rayonunun Viləş çayı zibilliyə məruz qalıb. Demək olar ki, orada çox dözülməz bir hal mövcuddur. Çox xahiş edirəm bu barədə tədbir görülməsinə köməklik edəsiniz. Çox xahiş edirəm Yardımlı rayonunu ekoloji fəlakətdən xilas edilməsinə köməklik edəsiniz.
TEREF məsələ ilə bağlı gün boyu Yardımlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsədə sadəcə bizlə əlaqə saxlayacaqlarını deyərək telefonu qapatdılar.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti