Ardını oxu...
Elm və Təhsil Nazirliyinin daha bir təhsillə əlaqəsi olmayan kadrosunun təhsil sahəsində tətbiq etdiyi yeniliklərin möhtəşəm yekunları…
UNEC nəzdində Sosial-İqtisadi Kollecində qış imtahan sessiyasında 1414 tələbəmiz iştırak edibdir. Ortada 800-dən çox kəsir, 64 imtahana buraxılmayan binəva tələbə, yaranmış vəziyyəti görüb oxumaqdan imtina edən əlavə 40 tələbə və cəmi-cümlətani 12 əlaçı ilə yekunlaşan imathan prosesi. Bu nəticədirmi yoxa məqsəd?
Kollecdə belə nəticə son 10 ildə olmamışdır. Bu il kəsilən tələbələrin sayı ötən ilin qış imatahan sessiyasında kəsirlərin sayı iki dəfədən də çoxdur. Kollecdə tək köklü dəyişiklik isə yeni təyin olunan direktor məsələsidir ki,öz qayda-qanunu ilə belə nəticə ortaya qoyubdur. Bu məsələni cəmiyyətlə bölüşməkdə ciddi faydanı onda görürəm ki, təhsil millətə bağlı məsələdir və bu sturukturda təsadüfi proses ola bilməz. Baş verənlər ümimi təhsil siyasətinin bir parçasıdır, bir hissəsidir, lakin bizlərə yaxşıheç nə verə bilməz.
Əvvala yuxarda sadaladığım faktların nədən qaynaqlandığına nəzər yetirək!
Nə məsələdir?
Sizcə bu qədər kəsirlərin səbəbi nədir? Bəlkə bütüvlükdə təshil sistemində müşahidə edilən, lakin adını hələ heç kimin dəqiq qoya bilmədiyi hansısa bir prosesin elementləridir? O prosesin ki, xeyli sayda məktəblər bağlanır, mümkün qədər müəllim və digər pedaqoji personal ixtisara salınır, büdcəyə əlavə yollarla vəsaitlər cəmlənir, həm də bu prosesi təhsil sahəsinə aid olmayan Azərsun, Azqranat, Azərçay, dost, yüksəliş kimi kadroların əli ilə həyata keçirir?
Yəqin xatırlayırsınız, Rəis Rəcəb Tayyib Ərdoğan maraqlı bir müraciət formasından istifadə edirdi. Rəqiblərinə, rəqiblərindən xalqa səsləniş edəndə “Eyyy CHP, Eyyy Kılıcdaroğlu” və.s formasında səslənir, ardınca sözlərini, fikirlərini çatdırardı. Ölkəmizdə elə əndrabadi hadisələr baş verir ki hətta cənab Ərdoğanın nədən belə heybətli hayqırışını,başqa yol tapa bilmədiyini anlayırsan. Adi müraciət formasında inanmırsan ki, kimsə bu vurhavurda kiminsənin dərdini anlaya, kitabını oxuya. Odur ki nəhayət sizə səslənirəm:
Eyyy cənab Bakanımız Emin Əmirullayev!
Bu, Bakı şəhərində Bakıxanov qəsəbəsində olan UNEC nəzdində Sosial-İqtisadi Kollecinə kadro təyin edəndə əcəba niyə baxmadınız ki, bu adam bircə gün də olsa dərs deyibmi?,
müəllim işləyibmi?,
müəllimlərin, millətin balalarının yaşayış vəziyyətini anlaya biləcəkmi? Təhsil müəsissəsini, azərsunun “kadrolar idarəsi” ilə qarışdırmayacaq ki?
Cavan, laçın bir oğlanı Sosial-İqtisadi kollecə direktor təyin etmisiniz. Bu arada adı da Şəhriyar Laçınovdu. İnsafən heç kim deyə bilməz ki, imtahan prosesində kimsədən nəsə alınıb və.s. Amma, kollecə gələndən gününü əsasən Azərsundan əxz etdiyi, özünün də qeyd etdiyi kimi “nümunəvi iş təcrübəsi” ni müəllim və əməkdaşlardan birindən digərinə qarşı “xidməti izahat” almaqla keçirir. Kollec olub sözün əsl mənasında az qala “dövləti cinayətlər üzrə istintaq idarəsi”. Hamının başı qarışıb intizam komissiyasının iclaslarna “xidməti müəlumat”lar, izahatlar və sair yazmağa.
Direktor təyin olunandan cəmi 8-9 ay keçib. Baxmayaraq onun da 3 aya yaxını yay tətilinə, 1 ayı da cop -29 düşüb, lakin, maşallah da yenilikləri olubdur ki, bu yeniliklərlə sizi tanış edim.
1. Kollecdə dərslər Azərbaycan Himni ilə başlardı. Daha başlamır. Təzə direktor icazə verməyibdir, Azərbaycan Himnin kollecdə səsini qəti olaraq kəsiblər.
2. Kollecdə bu günlərdə keçirilən Pedaqoji şuranın iclasında səslənən məlumatlara görə imtahana 1414 nəfər qatılıb ki, onlardan da kəsilən tələbələrin sayı barədə hesabat verənin çox tələsik və sürətli oxuması ucbatından bir sıra faktları qeyd etmək mümkün olmadı.Məncə həm də məlumatlar qeyri səhih idi. Amma həm də məlum oldu ki, kəsirlərin sayı 800 dən xeyli çoxdur. 60 nəfər də imtahana buraxılmayıbdır, 40 nəfər tələbə isə sosial vəziyyətlərinin ağırlığından, təhsil xərclərini ödəyə bilməməsi səbəbindən (1000 manat) və kollecdə kəsilmək etimallarının yüksək olduğundan oxumağın daşını atıb və sənədlərini kollecdən geri alıbdır. Yəni 900 - dən çox kəsir yaranıb və ya kəsilib, ya da bu və digər səbəblərdən təhsildən kənarda qalıblar. 1414 nəfərdən isə cəmi 12 tələbə əlaçı olub. Bu 12 nəfər tələbədən də bir neçəsi yəqin ki qiyabi tələbələrin payına düşür. 181 tələbəmiz isə A.B.C qiymətlər alıb. Oda bildirildi ki, kollecdə son illərdə heç vaxt bu qədər tələbə kəsilməyibdir. Ötən illə müqayisədə iki dəfədən çox kəsir olubdur. Nəticədə ümidini təqaüd almağa bağlayan tələbələrin nakam ümidləri də puç oldu. Təzə direktorumuz bu məsələni də beləhəll etdi. Ümumiyyətlə Kollecdə müəllimlərin maaşı kimi tələbələrin təqaüdü də çox aşağıdır, müəllimin maaşı 463, tələbənin təqaüdü isə 70 manatdır. Bu məsələyə növbəti yazılarımda qayıdacağımdan başqa daha əlaqəli məsələlərə toxunmaq istəyirəm.
3. Bir daha sualımı təkrarlıyaraq soruşmaq istəyirəm, tələbələrin bu qədər çox kəsilməsinin səbəbi nədir?
Bəlkə tələbələr elə kollecə qəbul olandan savadsız idilər?
Bəlkə Kollecə qəbul olandan sonra oxumadılar?
Ola bilərmi ki, müəllimlər dərs keçməsinlər?
Yoxsa bilmədiyimiz daha mübhəm səbəblər var?
Qeyd edim ki, bizim millətimiz savadsız deyildir, əksinə zəkidir, çalışqandır, onlara ürəklə, həvəslə oxumaq nə üçün həyati əhəmiyyətlidir məsələsini anlatsaq, izah etsək tələbələrin mütləq əksəriyyəti oxuyacaqdır və ciddi nəticələr ortaya qoyacaqdır.
Məni tanıyan xeyli dost-tanışlar bilir ki, Bakı Dövlət Universitetinə qəbul olandan sonra ailəmizin 10 nəfərdən çox üzvü Universitetin tarix, hüquq fakultələrinə qəbul oldular. Onları mən hazırladım. Bu gün də hər biri çox nümunəvi müəllim və ya mütəxəsis kimi çalışırlar. Kollecdə olan tələbələrimin içərisindən də öz evimdə təmənnasız olaraq hazırladığım tələbələr ciddi uğurlar əldə etdilər, kollecin verdiyi balla deyil, köhnə illərin məzunu kimi imtahan verib BDU-nun hüquq, tarix fakultələrinə qəbul olublar. Millətimizin övladlarında savadla bağlı heç bir problemi yoxdur.
Problem isə başqa məsələlərdədir ki, əslində sizinlə, adiyyatı qurumların səlahiyyətli şəxsləri ilə bu məsələləri bölüşmək istəyirəm. Nümunə üçün bildirim ki, bu il Azərbaycan tarixi üzrə dərs dediyim qiyabi şöbənin 2304 qrupunda imtahan verən tələbələrimin biri də kəsilməyibdir. Niyəsini təkrar bildirirəm ki, sonrakı yazılarımda mütləq aydınlıq gətirəcəyəm.
Zənnimcə Azərbaycan təhsilində yaşanan bu tipli problemlər olduqca ciddi amillərdən qaynaqlanır və onun əsas səbəvləri aşağdakılardır.
1. Ardı var
Qelender Muxtarli
TEREF
 
Ardını oxu...
Xəbər verildiyi kimi, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması və ifşa olunanlar arasında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov, Eldar Mahmudovun çəkilməsi böyük maraq doğurub.

Yenixeber.org: Xatırladaq ki, bu xəbərdən bir neçə gün ötməmiş sözügedən sayt Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Bakının Üzeyir Hacıbəyli küçəsində yerləşən ofisdən çıxarılmasından dıqdan sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynı olan iş adamı Elçin Həsənovun əl-ayağa düşərək “Russkiy dom” üçün yeni ofis axtarışına çıxdığını iddia edib.

Bu isə Rəhimovun qohumlarınını diqqət mərkəzinə gətirib.

Maraqlıdır, bu iddialar Azad Rəhimovun qudası, oğlu Arif Rəhimovun qudası olan Gəncənin icra başçısı Niyazi Bayramovu narahat edirmi? Bu, ağır ittiham onun karyerasını bitirə bilərmi?

Mia.az bu suala Gəncə İcra Hakimiyyətindən cavab ala bilməyib.

Azad Rəhimovun oğlu Arif Rəhimovun isə ölkədə olmadığı haqda xəbərlər var.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Xatırladaq ki, Niyazi Bayarmov 2018-ci ilin 28 avqust tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. O, buna qədər Mingəçevridə icra başçısı işləyib. Və elə həmin illərdə icra başçısı Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovla quda olub. Onun qızı Cahan Bayarmova Azad Rəhimovun oğlu Arif Rəhimovla nigaha girib.

İddia var ki, cütlük o vaxtdan İngiltərədə yaşasa da, Bkaı və digər Avropa ölkələrində də böyük daşınmaz əmlaklara sahibdirlər. Sözsüz ki, burada atalarının müstəsna "xidmətləri" var.

Bayramov-Rəhimov ailələrinin kifayət qədər böyük biznesləriin olmasıda sirr deyil.

Mövzuya qayıdacağıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
mia.az
 
 
 
Ardını oxu...
Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva məktəblərdə anarxiya yaradıb: Nazir isə göz yumur, niyə?

İlhamə Abdullayevanın Xırdalan şəhər 2№-li tam orta məktəbə xüsusi münasibəti niyə araşdırılmır?!

Yenixeber.org: Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında medianın ən “sevimlisi”nə çevrilib. Mediada bu idarə ilə bağlı yazılar az qala ədədi silsilə şəkilini alıb. Konkret faktların yer aldığı yazılarda bu idarənin müxtəlif tabeli müəssisələri tənqid olunmaqdadır...

On gün əvvəl isə məlumat yayıldı ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Regional Maliyyə Müfəttişliyi Abşeron-Xizi Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində maliyyə təsərrüfatının yoxlamasını həyata keçirir. Yoxlama çərçivəsində adıçəkilən regiondakı uşaq bağçaları və məktəblərdə son 5 il üzrə tarifləşmə, invertarların mövcudluğu və silinməsi, ərzaq təminatı, qida qalıqlarının hesablanması, əvəzçilik, xəstəlik bülletenlərinin uçotu, dərs bölgüsü və müəssisələrdə işçilərin, təhsilverənlərin və təhsilalanların davamiyyətinin yoxlanılması həyata keçirilir.

Bu arada Yenixeber.org-a daxil olan məlumata görə maliyyə yoxlaması Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunur. Təkcə ona görə yox ki, bu yoxlamanın bütün istiqamətlərdə təhlükəli nəticə ilə sonuclanacağı gözlənilir. Həm də, ona görə ki, budəfəki yoxlamanı “yola vermək” mümkünsüz görünür. Səbəb də, yenicə təyin edilmiş maliyyə naziri Sahil Babayevin kimsəni ”yaxına buraxacağına” ümidin olmamasıdır...

Yumşaq desək bu yoxlama İlhamə Abdullayeva üçün heç də, yerinə düşən olmadı. (Bu haqda qarşıdakı günlərdə geniş yazımız olacaq. Red.)



Qohumbazlıq nümunəsinin fəsadları



Yuxarıda qeyd etdiyimiz kimi, Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında mediada hər nə qədər haqqında çox yazılandırsa, Xırdalan şəhər 2№-li tam orta məktəb də, bu idarənin əhatə dairəsində olan təhsil müəssisələri sırasında medianın ən “sevimlisi”nə çevrilib. Bu məktəb və məktəbin direktoru Gülnaz Kərimova haqqında google üzərindən bir axtarış yetər ki, “N” sayda yazılarla rastlaşaq. Həm də, qalmaqallı... Elə ötən ilin son ayında Gülnaz xanım rəhbərlik etdiyi məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva ilə çəkişməsi ilə gündəmə gəlmişdir. İşdən haqsısz yerə, direktorun istəyi ilə çıxarıldığını iddia edən müəllim məsələni məhkəmə müstəvisinə daşıyıb...
Ardını oxu...
Gülnaz Kərimova ilə bağlı Yenixeber.org-a daxil olan məlumatlarda da, yumşaq desək təhsil ocağı ilə uyğun olmayan iddialar yer alır. Biz məlum qanun və prinsiplərə uyğun olaraq bu məlumatların araşdırılıb, redaksiyamızın məlumatlandırılması məqsədi ilə İlhamə Abdullayevaya 15.01.2025-ci il tarixdə 05/025№-li rəsmi məktub ünvanladıq. Təəssüf ki, bir aydan artıq vaxt keçsə də, məktubumuz hələ də, cavabsız qalmaqdadır(?) Baxmayaraq ki, bizimlə telefon əlaqəsində ən qısa zamanda məktubun cavablandırılacağı deyilmişdi.

Məlumatlarda İlhamə Abdullayevanın xalası nəvəsi (Bu məlumat dəfələrlə mediada yayılıb. Red.) Gülnaz Kərimovanın Pedaqoji Şurada hədə-qorxu gəlməsindən, dərs saatlarını 100 manata satmasından, yeni il bayramı üçün hər sinifdən 100 manat tələb etməsindən və s. bəhs edilir. Hətta bayramla bağlı onu təbrik etməyən müəllimləri təzyiqlə təhrik etməsi də bildirilir. Ki, gəlib, kabinetində onu “təbrik” etsinlər. Məlum təyyarə qəzası ilə bağlı digər təşkilatlar təntənəli bayram şənliyi etməsələr də, Gülnaz xanımın fərqli mövqedə olduğu da deyilir... Bugünlərdə aldığımız məlumata görə, yuxarıda qeyd etdiyimiz maliyyə yoxlamasının Xırdalan şəhər 2№-li tam orta məktəbdən yan keçməsi üçün obrazlı desək, bütün qüvvələr səfərbər olub. Əlbəttə, İlhamə Abdullayevanın rəhbərliyi ilə...Mənbəmizin bildirdiyinə görə Gülnaz Kərimova məhz qohumu İlhamə Abdullayevanın güvənliyi ilə özünü məktəbin direktoru yox, sahibi kimi aparır.

***

Qrşıdakı günlərdə aşağıdakı sualların araşdırılması ilə mövzunu davam etdirəcəyik:

1.Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Abşeron-Xizi Regional Təhsil İdarəsində hazırkı yoxlaması hansı səbəblərdən doğdu?

2.Yoxlamalar daha çox hansı istiqamətlərdə və hansı faktorlar üzərində köklənib?

3.Yoxlamalar İlhamə Abdullayevanı xüsusi ilə hansı səbəblərdən narahat edir?

4.İlhamə Abdullayeva yaxın günlərdə hansı posta transfer etməyi hədəfləyib?

5.Məktəb direktorlarının təyinatında İlhamə xanımın hansı rolları olub və hansı qayda və prinsiplər əsas olub?

6.Uşaq bağçaları və məktəb rəhbərləri ilə xanım müdir hansı qaydalarla işləyir?

7.Bəzi məktəb direktorlarının məlum yaş senzini keçməsinə baxmayaraq, vəzifələrini davam etdirməsinin sirri nədir? Və.s.(Yenixeber.org)

***

Bu saatlarda ( 1620 radələrində) məktubumuza cavab aldıq:

Xırdalan şəhər 2№-li tam orta ümumtəhsil məktəbinin direktoru Gülnaz Kərimovanın fəaliyyəti ilə bağlı araşdırma aparılmasına dair məktubunuza baxılmışdır. Bildiririk ki, qeyd olunan məsələlərlə bağlı araşdırma aparılmış, məktəb rəhbərliyi, rəhbərləri, müəllimlər və valideyinlərlə söhbətlər aparılmış, müvafiq izahatlar alınmışdır. Alınmış izahatlarda göstərilən faktlar təsdiqini tapmamışdır.Əlavə olaraq bildiririk ki, məktəb rəhbərliyinin verdiyi məlumata əsasən sabiq riyaziyyat müəllimi Vəfa Həziyeva ilə bağlanmış əmək müqaviləsi işdə yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tələblərinə uyğun olaraq 04.11.2024-ci il tarixdən ləğv edilmişdir. Hazırda V. Həziyevanın iddia tələbinə məhkəmə qaydasında baxılır.

 
Ardını oxu...
Azərbaycan Texniki Unversitetində elm qalıb bir yanda, rəhbərlik “oyunbazlıqla” məşğuldur…

Bu iddia Azərbaycan Texniki Unversiteti ilə bağl XALQ.AZ-a ünvanlanan müraciətdə yer alır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisar və düzəlişlərlə dərc edirik:

Azərbaycan Texniki Unversitetində universitetində ezamiyyətə ancaq universitet rəhbərliyi və onların öz yaxın ətrafı (rektor, özünə yaxın olan prorektorlar, dekanlar, kafedra müdirləri, şöbə müdirləri və ən çoxda “seçilmiş” kadrlar) göndərilir. İş o yerə çatıb ki, ayrı-ayrı qrant layihələri üzrə ezamiyyətə gedənlərə belə mane olmağa çalışılır, orda da öz adamlarını göndərmək istəyirlər.

Sonrada deyirlər elm niyə inkişaf etmir? Elmin inkişafı üçün bir alimi bir beynəlxalq konfransa göndərmək ıazımdır, bir xarici elm mərkəzləri, nümayəndələri ilə münasibət qursun. Ancaq yaxın adamları Universitetin pulları hesabına xaricdə guya təhsil alırlar.

Vilayət Vəliyevin qeyri-qanuni işlərindən biri də, Unversitetin ayrı-ayrı işlərini aldadıb müxtəlif adlar altında unversitetə gətirdiyi müəyyən şəxslərə gördürüb, pulunu ödəməməsi, puldan söhbət açılmasın deyə həmin şəxslərə təzyiq göstərməsidir. Ziyalıları, alimləri yaxşı vəzifə adıyla işə dəvət edirlər, sonra ona kiçik işlərdən başlamaqla unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırırlar. İşlər yerinə yetirildikcə, azğınlaşır, daha böyük xərcli işlər tapşırılır. Sonrada, “işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, işdən azad edirlər. İnsanların “işə” cəlb olunmasında isə hətta prorektorlar, “seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı “moşenniklik” sxemi qurulmuşdur. Təzyiq vasitəsi kimi, müxtəlif oyunlar” qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, “oyunbazlıqla” məşğuldur. Bu işlərə onun çirkin əməllərinə kölə olmuş prorektorlar, dekanlar məcburən cəlb olunur. Bu adamlarında bəzisini onun rəhbər olduğu elmlər namizədi üzrə ixtisaslaşmış şuranın işi ilə, bəzilərinin fakultəsinin adını dəyişdirərək işdən xaric etməklə təhdid edərək müti vəziyyətə salmışdır. Ona görədə bu adamlar məcburiyyətdən Vilayət Vəliyevin məddahlığı ilə məşğuldurlar.Vilayət Vəliyevin nə üçün 2024-cü ildə 117 tələbəni qovmasının səbəbini açıqlamaq əvəzinə (Bu işdə Nəqliyyat və logistika dekanı Allahverdi Şərifov və Energetika fakultəsi dekanı Hüseyqulu Quliyev xüsusi fəallıq göstərmişdir) qazilərə qarşı mənfi münasibətini bir az da inkişaf etdirərək, Energetika fakultəsi Elmi Şurasının yarısını bir qazinin imtahanda suallara cavab verə bilməməsinə (axırda bir Elmi Şura üzvü bildirib ki, qazilər lazımi yerdə — cəbhədə öz cavablarını vermişdir), Unversitetin Fizika kafedrasının dosenti Cuməli müəllimin Vilayət Vəliyevin ədalətsiz işlərinə qarşı heç nə edə bilməyəcəyindən danışmışdır. Cuməli müəllimin əsas iradlarından biridə Vilayət Vəliyevin qızını, oğlunu, baldızını və neçə belə qohumlarını unversitetə yığması, lakin tədris-köməkçi heyətini ixtisara salmasıdır. Artıq unversitetin bütün aparıcı alimləri, kafedra müdirləri – prof. Nizami Yusifov, dos.Hikmət Əliyev, prof. Ələkbər Hüseynov hətta iclaslarda belə açıq şəkildə rektorun şərait yaratdığı biabırçı kadr axınının qarşısının alınmasının vacibliyindən danışır.

Cuməli müəllim (fizika kafedrası) bu məsələləri, unveristetin çatışmazlıqların, hərc mərcliyi, qanunsuzluğu, moşennikliyi, dələduzluğu dediyinə görə Vilayət Vəliyev onun qeyd etdiyi qanunsuzluqları “araşdırmaq” üçün bir “komissiya” düzəltdi. Komissiya elə işlədi ki, Cüməli müəllim “borclu”, “günahkar” çıxdı (50 ilin dosenti guya “laboratoriya” dərsi deyə bilmirmiş).

Vilayət Vəliyev bir alimin ard-arda ixtiraları olduğunu, qrant udduğunu bildikdə onu qiymətləndirmək əvəzinə, həmin alimin işlərini aşağılamağa, qiymətdən və həvəsdən salmağa çalışır. Özü isə, ancaq Unversitetdən gələn pulları sağa-sola dağıtmaqdan başqa bir iş görmür. Ödənişli təhsildən gələn milyonlarla pullar (1 tələbənin illik ödənişi 2000-3000 manatdır, unversitetdə ən azı 3000-4000 ödənişli əsaslarla oxuyan tələbə-magistr on milyon ətrafında vəsait alınır) hara xərclənir, necə silinir bilinmir. Bütün qanunsuzluqlara “qanuni” don geyindirmək üçün Unversitetin Elmi Şurasını “Milli Məclisə” çevirib, Əmək məcəlləsinin maddələrinə “düzəlişlər” etdirir.Cüməli müəllim demişdi ki, necə olur bir ailənin 3 üzvü unversitetdə işləyir? Qızı kimya kafedrasının müəllimidir, ancaq iqtisadiyyat üzrə enerji ixtisaslarında magistr dissertasiyasına rəhbərlik edir. Rəhbərliyi ilə hazırlanan magistr dissertasiyası bir kurs işi səviyyəsində deyil. Hər halda bu qanunsuzluğu, Elm və Təhsil naziri Emin müəllim araşdırılmasına göstəriş verər. Yoxsa, bu elə belə davam edəcək, ildənilə saxta dissertantların sayı artacaq. Keçən il Vilayət Vəliyevin professoru olduğu, kuratorluq etdiyi, iqtisadiyyat kafedrası üzrə 200-dən çox magistr dissertasiyasının pulla işlənildiyi meydana çıxdı. Unversitet bu xəbərlə çalxalandı, ancaq o fakultədən indidə bakalavr qrupları qan ağlayır. Maraqlıdır, dərsi oldu-olmadı bütün müəllimləri unversitetə yığır, görəsən qızı da müəllimdi, o da unversitetə gəlirmi?

Guya kaferdra müdirlərini, dekanları yığıb tapşırır ki, tələbə “tapşırmaq” olmaz, müstəsna hal kimi özüm həll edəcəm, deyir. Halbuki, oğlu qapı-qapı düşüb müəllimlərə adam tapşırırdı. Ölkə rəhbərliyi həmişə bildirmişdir ki, imkanlı məmurların yaxınları özlərini təvözakar aparmalıdır. Rektorun qohumlarının bahalı maşınları unversitet həyətində, yarışlarda olduğu kimi şütüyür.

Ancaq bu hərəkətlər dağıdılan pulların adı tutulmasın, onlar haqqında fikirləşən olmasın və fikri başqa istiqamətə yönəltməkdən başqa bir şey deyil. Bu da ancaq dağıdılan vəsaitlərdən fikri yayındırmaq üçündür.

Onlarla adamı işindən gücündən edib, aldadlb Unversitetə çağırıb, sonrada, müxtəlif bəhanələrlə yolları ayırmaqdan danışır. Özbaşınalıq o qədər artıb ki, veteranlara iş gördürüb, pulunu vermir. Müxtəlif bəhanələrlə, vaxtı uzadır, çox inad edəndə, təzyiqlər göstərirUnversitetdə moşenniklik, özbaşınalıq, dələduzluq o qədər artıb ki, belə bir traqikomik hadisə baş verib: Bir vəzifə sahibi ziyalını Vilayət Vəliyev aldadıb, işindən gücündən edib, gətirib universitetdə vəzifə verib. Üstündən bir müddət sonra ona unversitet adına xərcli bir iş tapşırıb, deyib işi yerinə yetir nə xərc çəksən qaytaracağıq. O ziyalıda inanıb 3000-4000 xərc çəkib, işi tamamlayıb, üstündən aylar, illər keçir nəinki pulunu qaytarırlar, hələ adınada söz çıxarırlar ki, guya o ziyalını işə götürəndə o ziyalı pul söz vermişdi, pulu vermir. Bu başıbəlalı ziyalı onu unversitetə gətirən dekanla hər bu Vilayət Vəliyevin özünə münasibətindən danışanda dekan əli ilə, “jest”lə “5” göstərirmiş. Bu ziyalıda deyir bəlkə səhv başa düşür. Ancaq o, onu unversitetə gətirən prorektorun yanında olanda, baxır ki, o da əli ilə jestlə “5” göstərir. Sonra naəlac qalan bu ziyalı unversitetdə çoxdan işləyən biri ilə, bu haqda danışır, həmin şəxsdə ziyalıya vəzifələrin necə satıldığı haqqında məlumat verirlər. Bu ziyalıda 3000-4000 manatının necə batdığını və o “5”liyin də nə qədər olduğunu başa düşür. Nə qədər ziyalıda olsa, dələduzluq və moşenniklikdən başı çıxmasada bilir ki, başa düşür ki, “5”liklər qurtaran deyil lap bu gün 3000-4000 manat kimi sabah “5”liklər “6”lıq, “7”lik olacaq. Nə isə, ziyalılarında ard-arda unversitetdən kənarlaşdırılmasınında sirri belə açılır.

Unversitetdə sadalanan rəzillikləri edən rektorun, prorektorun, dekanların nə şəhidlərimizlə, nə qazilərimizlə nə də veteranlarımızla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur (bunlar o adamlardandı ki, müxtəlif çirkli əlaqələri ilə yaxınlarını müharibə alovundan kənar saxlamağı bacarıblar). Türklərin bir məsəli yada düşür: “Ölüsü ölməyənə halva şirin gələr”. Odur ki, inanırıq ki, bunların etdikləri göydə Allahın yerdə Möhtərəm Prezidentimizin nəzərindən yayınmayacaq.

Məsələ ilə bağlı Texniki Universitetdən heç bir açıqlama almaq mümkün olmadı .

Qarşı tərəfin cavab haqqını tanıyırıq..
anaxeber
 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyi ona görə təsis edildi ki, onun fəaliyyət dairəsi genişləndirilsin, respublikanı tam əhatə eləsin, tərkibinə də ayrı-ayrı strukturlar tabe etdirildi ki, bir mərkəzdən idarə olunsun, yüksək səviyyəli performans ortaya qoyulsun. Yəni məram xoş idi və qarşıya qoyulan tapşırıqlar da böyük idi. Söhbət ölkənin su təsərrüfatı sahəsində illərlə yığılıb qalan müxtəlif növ problemlərdən gedirdi. Çünki Qorxmaz Hüseynov dönəmində bu strukturda korrupsiya fontan vururdu. Zaur Mikayılovun sədr gətirilməsi ilə prezident ona etimad göstərdi ki, qoyulan öhdəliyi yerinə yetirsin. Amma su problemi ilə bağlı şikayətlər saysız-hesabsızdır. Elə bu günlərdə adi bir problemin belə həll olunmadığı üzə çıxdı. Hətta Xəzər TV sakinlərin narazılığını ictimailəşdirmişdi. Belə ki, Xaçmaz rayonunun Xudat şəhər camaatı
anbardan əhaliyə verilən su borularının vaxtında təmizlənmədiyini bildirmişdi. Digər tərəfdən, su fasilələrlə verildiyindən hər dəfə problemlər yaranır. Axı indi hansı zəmanədir ki, su fasilə ilə verilsin, yaxud təmizlənməsin?! Dünya İlon Maskın süni intellekt sahəsində inqilablarından bəhrələnir, amma ADSEA və onun sədrinin səriştəsizliyi Xudat əhlini adi bir sosial problemlə üz-üzə qoyub. Halbuki indi belə problemlər arxaik olmalıdır. Sakinlər iddia edirlər ki, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, şəhərin bir çox küçəsində yaşayan insanlar təmiz sudan istifadə edə bilmirlər. Xüsusən də Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə içməli su təminatı ya yoxdur, ya da fasilələrlə verilir.
Həmçinin qeyd edirlər ki, suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həll edilməyib. Bu fakt isə Zaur Mikayılovun rəhbərliyi altında ölkənin su probleminin hansı səviyyədə olduğunu gözlər önünə sərir. Eyni zamanda, etinasızlıq qeyd edilməlidir. Qurumun və onun şöbələrinin başı nələrə qarışıbsa, vətəndaşların içməli su problemini həll etmək yada düşmür. Əslində, onlarla belə faktlar var. Misal üçün Bakının Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətinin binasına hələ də sayğaclar quraşdırılmayıb. Sonuncu dəfə "Azərsu" əməkdaşları əraziyə gələrək su probleminin həll ediləcəyinə söz vermişdilər. Deyilmişdi ki, mənzillərə sayğaclar qoyulacaq. Amma o gedən gediblər, hələ bir xəbər yoxdur. 165 mənzil isə Zaur Mikayılova etdiyi müraciətin nəticəsini gözləməkdədir.
Bundan başqa, Masazır kəndini göstərmək olar. Bu günlərdə İctimai Televiziya sakinlərin şikayətini işıqlandırmışdı. Masazırda ay yarımdır ki, su gəlmədiyi deyilirdi. Gələn isə havadır. Abşeron su-kanal idarəsinə müraciət isə nəticəsiz qalıb. Yəni istər Bakı, istər regionlarda əhalinin su problemi ilə bağlı yüzlərlə belə şikayətlərə rast gəlmək mümkündür. Problem isə bu qədər müraciətlərin əvəzində qarşı tərəfin susmasıdır. Prezident isə Zaur Mikayılovu təyin edib ki, sələfi Qorxmaz Hüseynovdan fərqlənsin. Fərqlənə bilirmi? - Bunu söyləmək çətindir...
Anaxeber.info
 
Ardını oxu...
“Avrora” MMC-də nəzarətçi-gözətçi vəzifəsində işləmiş şəxs məhkəməyə müraciət edib. O, müqavilədə nəzərdə tutulan iş saatından artıq işlədildiyi üçün etiraz etdiyini, buna görə də işdən çıxarıldığını bildirib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, Rasim (ad şərtidir) hazırda MMC-dən 2 min manat tələb edir.

Rasim şikayətində bildirir ki, aylıq əmək haqqı 400 manat olub. Müqavilədə günlük 12 saat iş vaxtı göstərilib, lakin əlavə saatlarda işə cəlb edilib:

“İşlədiyim müddətdə artıq 130 saat işə cəlb edilmişəm. Sonra 14 saat gecə növbəsi və 24 saat günlük rejimdə işə cəlb etdikləri üçün etiraz etdim. Buna görə işdən çıxarıldım. MMC-nin İnsan Resursları Departamentində məni qəbul etdilər. Dedilər ki, işə buraxılmadığım günlərin əmək haqqısı və artıq işə cəlb etdikləri iş saatlarının əmək haqqını ödəyəcəklər. Hər iş günü işə başlayanda və işdən çıxanda turniketə barmaq izi vururuq. Artıq işlədiyim saatları müəyyənləşdirmək olar”.

Şikayətçinin sözlərinə görə bu barədə MMC-nin rəhbərinə də məlumat verib: “İşdən çıxandan bir müddət sonra Şuşa şəhərində keçirilən türk dövlətlərinin qeyri-rəsmi görüşündə ofisiant işləmək üçün Şuşa otelinə getmişdim. Təsadüfən MMC-nin prezidenti Ceyhun Abbasovu gördüm. Ona edilən haqsızlıqları bildirdim. Öz şəxsi mobil nömrəsini verdi, bildirdi ki, narahat olma. Bakıya qayıdanda Ceyhun müəllimə yenidən yazdım. İnsan Resurslarına yaxınlaşmağımı istədi. Ora gedəndə dedilər ki, işə qayıdım, ayın sonu da bütün ödənişlərini edəcəklər. Yenidən işə başladım. Amma ödənişləri etmədilər. Ərizə yazıb işdən çıxdım. Rəsmi qurumlara da müraciət etmişəm. Ceyhun Abbasovun və insan resurslarının əməkdaşı Leyla xanımın mənə verdikləri sözləri təsdiq edən səs yazıları və yazışmaları var. Amma pulumu ala bilmirəm”.

Qeyd edək ki, şikayətə Binəqədi Rayon Məhkəməsində baxılıb. Amma məhkəmə şikayəti təmin etməyib.
 
 

 



Ardını oxu...
Azərbaycanda bütün qurumlar ilboyu tenderlər keçirir, öz təlabatlarını ödəmək və lazım olan işlərin həyata keçirilməsi üçün milyonlarla manat sərf edirlər. Tribunainfo.az xəbər verir ki, bu araşdırmalar zaman üzə çıxan əsas məqamlardan biri də odur ki, dövlət qurumları çox vaxt yüksək məbləğli tenderləri öz yaxın şirkətlərinə verməkdə maraqlı olurlar.

Son araşdırmamız zamanı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) analoji hala yol verdiyi məlum olub. Belə ki, sözügedən qurum 2024-cü ildə toplam 24 tender keçirib. Bu tenderlər üzrə açıq mənbələrdə qurumun 17 745 543 manatlıq satınalma müqaviləsi bağladığı qeyd olunur.

İlk olaraq bildirək ki, AQTİ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərkibində fəaliyyət göstərir və onun hazırda rəhbəri Əli Nəbiyevdir. Açıq mənbələrdə Nəbiyevin AQTA rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı olduğuna dair bir çox məlumatlar var.

İndi isə keçək əsas mətləbə. Tribunainfo.az-ın araşdırması zamanı məlum olub ki, AQTİ-nin il boyu keçirdiyi 24 tednerdən 5-i bir şirkət tərəfindən udulub. Söhbət “AVAZ GROUP” MMC-dən gedir. Elə açıq mənbələrd aydın şəkildə görünür ki, AQTİ 5 müsabiqə üzrə 17.7 milyon manatlıq pulun 13 milyon 313 min 40 manatını və ya 75 faizini bu şirkətə həvalə edib. Bu məbləğlər isə AQTİ “Avaz Group”dan yalnız labaratoriya avadanlığı və bəzi reaktivlər alıb.

Sözügedən şirkətlər bağlı açıq mənbələr üzərindən apardığımız araşdırmada bəzi maraqlı məqamlar diqqəti çəkir. Vergilər Nazirliyinin reysterində qeyd edilib ki, “Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqovdur.

Rentry.co saytına yer almış xəbərdə isə vurğulanır ki, bu şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirlib.

Sayt daha sonra qeyd edir ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilir. Lakin 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun “Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.
AQTİ-nin həyata keçirdiyi maraqlı tenderlər sırasında isə avtomobil həvəskarlıqı diqqəti çəkir. Belə ki, bu qurum bir ilin içində 655 min 500 manatlıq avtomobillər alıb. Onlardan 4-ü “LEXUS-BAKI” MMC-dən alınıb. Bu sedan tipli maşınlara AQTİ 448.800 min manat xərcləyib. İkinci tender isə “TOYOTA ABSHERON MERKEZI” MMC-nin “bəxtinə” düşüb. 3 avtomobilin alınmasına 206.700 manat sərf olunub.
Yazıda adı keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq
Ardını oxu...
Xəzər rayon İcra hakimiyyətinin başçısı Elşən Salahovun atası Rövşən Salahov ticarət mərkəzi tikdirib.

Bu barədə əldə etdiyimiz məlumatda deyilir.
Obyekt Mərdəkan qəsəbəsinin ən prestijli yerlərindən sayılan Yesenin küçəsindədir.
Ümumi sahəsi 300 kvadrat olan obyektin hazırda ticarət mərkəzi kimi fəaliyyət göstərdiyi bildirilir.
Ticarət mərkəzinin real bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir.
Qeyd edək ki, Rövşən Salahov Xəzər rayon Ağsaqqallar Şurasının sədridir.
Xatırladaq ki, Elşən Salahov 2019-cu ildə Xəzər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

/qlobal.az
 
Ardını oxu...
TEREF yazır ki, Abşeron rayon Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Abasov Şahin Vidadi oğlu saytımıza ünvanladığı şikayət məktubunda
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cənablarına şikayət edib.

Şikayətdə deyilir:


Hörmətli cənab nazir!

Mən Abasov Şahin Vidadi oğlu 1985-ci ildə Cəlilabad rayon Gülməmmədli kəndində anadan olmuşam. Hazırda Bakı şəhərində yaşayıram, ailəliyəm iki övladım var. Özüm “Atico MMC”də sürücü işləyirəm. Hər gün işə gedib-gələndə benzin pulu üçün idarə etdiyim “Mercedes” markalı avtomobillə yoldan adam başı 1 manat olmaqla 4 nəfər sərnişin götürürəm. Bu il yanvarın 8-i işdən çıxıb “20 Yanvar”dan qadın və kişi olmaqla maşınıma 2 nəfər adam mindirdim. “Şamaxinka”dan isə daha 2 nəfər cavan oğlan götürdüm və onlardan biri sərxoş idi. Sərxoş şəxs arxada orta oturacaqda, sağında qadın, solunda isə daha bir sərnişin əyləşmişdi.
Həmin şəxs dedi ki, “içkili olduğum üçün maşınımı Yol polisi cərimə meydançasına apardı, amma pulun verib çıxardacam, maşındı da tutublar” belə öz-özünə danışmağa davam etdi. Mən də sakit maşınımı sürürdüm, yol tıxac idi, yavaş-yavaş gedirdik. Sonra həmin şəxsə zəng olundu. O, telefonda qeyri-etik ifadələr işlətməyə başladı və yanındakı qadın sərnişin bu sözlərinə görə ona iradını bildirdi. O, qadınla mübahisə edərək dedi ki, “kəs səsini, xoşun gəlmir düş rədd ol başqa maşına min get”. Mən ona dedim ki, ayıbdır, bu nə hərəkətdi edirsən, hörmət elə qadına. O, isə bu dəfə mənim üstümə qışqırdı və təhqir etdi. Ondan sonra maşını saxladım düşdüm. Sağ tərəf arxa qapını açdım xanım düşdü və sonra sərxoş şəxsə dedim ki, mənim maşınımı tərk elə! O, isə məni təhqir elədi, söydü və yumruq atdı o da alt dodağıma dəydi bu azmış kimi, köynəyimin də boynunu cırdı. Sonra mən bunu maşından çəkib düşürdüm. Onu da xatırladım ki, hadisə Yeni avtovağzalın yaxınlığında baş verib”.

Hörmətli cənab nazir!

Mən yoluma davam edəndə sərxoş şəxs dedi ki, “hara qaçırsan, onsuz da gəlib tapacam səni”. Elə evimə təzə çatmışdım ki, gördüm evin qapısını sındırırlar. Evdə isə 7 və 8 yaşında iki azyaşlı uşağım və həyat yoldaşım bu səsdən qorxmağa başladılar. Uşaqlar qorxudan əsirdilər. Onların evimə girərək ailəmə hücum edəcəklərindən ehtiyat edib özümü evdən həyətə atdım. Bunu görən həyat yoldaşım qorxduğu üçün Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə zəng vurdu. Küçəyə çıxanda gördüm ki, iki maşın dayanıb və 7 nəfər adam qapımın ağzında məni gözləyir.

Həmin şəxslər mənim qollarımı tutdular və mübahisə etdiyim şəxs mənim burnuma, ağzıma zərbələr endirməyə başladı. Onda məni aldığım zərbələr yox, iki azyaşlı övladlarımın “Buraxın atamızı, öldürməyin onu”, - deyə qışqırtısı ağrıtdı. Ona qədər mən övladlarımın gözündə dünyanın ən güclü atası idim. Amma həmin gün 7 nəfərin qarşısında çox aciz qaldım, çünki qollarımı tutmuşdular və mübahisə etdiyim şəxs isə dayanmadan mənə zərbələr endirirdi. Həmin şəxslər maşınlarına minib gedəndə dedilər ki, “biz söhbətimizi belə həll edirik”. Zərbələrin təsirindən huşumu itirdim və qonşular kömək edərək məni yerdən qaldırıb evə apardılar. Həmin şəxslərin evimə gəlməsiylə bağlı kamera görüntüləri də var və istintaqa təqdim etmişəm.

Hörmətli cənab nazir!

Ondan sonra polis əməkdaşları məni Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinə apardılar və orda izahat yazdım. Burnumun isə qanı dayanmırdı deyə Abşeron rayon Mərkəzi Xəstəxanasına gəldim və burnumu rentgen etdilər. Məlum oldu ki, burnumu sındırıblar. Həmin vaxt isə xəstəxanada lor həkimi olmadığı üçün məni M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinə göndərdilər. Orda həkimlər burnuma sarğı qoydu”. Həkim dedi ki, təcili əməliyyat olunmalısan. Yanvarın 11-də burnumdan çox ağır əməliyyat keçirdim.

Hörmətli cənab nazir!

Hadisəni Abşeron Baş Polis İdarəsi araşdırır. Hadisəni törədən şəxslərin kimliyi də artıq müəyyən edilib. Məlum oldu ki, mənimlə mübahisə edib, burnumu və dişimi sındıran şəxs Sənan Eyvazovdur. Mən S.Eyvazovla polis idarəsində üz-üzə gəldim. Müstəntiqin otağında o mənə dedi ki, “şikayət etdiyinə görə sən o ünvanda yaşayamayacaqsan. Həbsdən çıxandan sonra səni belə qoymayacam”.

Hörmətli cənab nazir!

Mən istintaqın gedişindən narazıyam. Evimə 7 nəfər hücum edib, qollarımı tutublar, S.Eyvazov məni döyüb. Bu gün isə təkcə S.Eyvazov saxlanılıb, qalan şəxslərdən 5-nin izahatı alınıb sərbəst buraxılıb, qollarımı tutan bir nəfər isə ümumiyyətlə istintaqdan gizlədilir. Hansı ki, həmin şəxslərin də günahı S.Eyvazov qədərdir. Amma bu gün onlar azadlıqda gəzir. Siz təsəvvür edin ki, iki azyaşlı övladımı və həyat yoldaşımı psixoloqa aparıram ki, mənim döyülmə səhnəmi yadlarından çıxara bilsinlər. Azyaşlı övladlarım çox pis travma alıb. Özüm bir ay işə gedə bilməmişəm. Zərbəyə görə burnumda sağ çəpərdə defarmasiya var, nəfəs almağımda çətinlik yaradır.
S.Eyvazovun adamları isə bir neçə dəfə evimə gəlib mənə deyiblər ki, “şikayətçi olub özünə düşmən qazanma”.

Hörmətli cənab nazir!

Sizdən xahişim odur ki, bu hadisəni şəxsi nəzrətinizə götürəsiniz və həmin şəxslərin də məsuliyyətə cəlb edilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
Abasov Şahin Vidadi oğlu
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
TEREF yazır ki, Britaniyada seksual təzyiqdə ittiham olunan Azərbaycanın 2001-2007-ci illərdə Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri olmuş Rəfael İbrahimovun həyat yoldaşı Dinara İbrahimovanın çanta kolleksiyası gündəmə gəlib. Bu xnımın brend çanta kolleksiyasından araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır:
"Azərbaycanın Londonda həbs olunmuş keçmiş səfiri Rəfael İbrahimovun həyat yoldaşı Dinara İbrahimovanın çanta kolleksiyasından cəmi 3 ədədinin
Qiyməti 122.000 avrodur.."
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti