Ardını oxu...
“Azpulmat” Bank Olmayan Kredit Təşkilatı (BOK) müştərilərini aldadır...

Poliqon xəbər verir ki, bununla bağlı redaksiyaya vətəndaşlardan şikayətlər daxil olub.

Şikayətçinin bildirdiyinə görə, hazırda ölkədə onlayn kredit təklif edən “Azpulmanat” ötən ilin sonunda cəlbedici kampaniyaya başlayıb. Kampaniyaya əsasən, həmişə götürdükləri kreditə görə, yüksək məbləğdə faiz ödəməli olan müştərilərə bu dəfə krediti əldə etdikdən 45 gün sonra cəmi 70 manat faiz ödəmək təklif olunub. Bu təklif “Azpulmat”ın tətbiqində hər zamankı kimi kredit götürmək üçün istifadə olunan həlqələrdə də göstərilib. Belə ki, həmişə yuxarı və aşağı dairələri çevirməklə məbləği, vaxtı və ona uyğun qaytarılacaq məbləğ göstərilirdisə, bu dəfə həlqələrin birində 500 manat, digərində isə 45 gün göstərilib və yekun 570 manat məbləğ yazılıb. Bunu yeni il kampaniyası hesab edən müştərilər təbii ki, “Azpulmat” kimi həmişə yüksək dərəcəli faizlər göstərən bir BOK-un bədəfəki təklifini göydəndüşmə hesab edib məbləği seçiblər.

Lakin ödəmə vaxtı yaxınlaşanda məlum olub ki, “Azpulmat” heç də kampaniya təşkil etməyibmiş, faiz dərəcələri də aşağı salınmayıb, həmişəki kimi qalıbmış. Misal üçün, 500 manat götürən müştəri, düşündüyü kimi 45 günün tamamında 70 manat deyil, 210 manat ödəməlidir.

Bu barədə kredit sifarişi qəbul edildikdən sonra gələn müqavilədə də yazılıbmış. Sadəcə müştərilərin əksəriyyəti pulu görmək sevinci içində heç müqaviləyə baxmayıblar. Təəssüf ki, müştərilərin bu zəif nöqtələrini bilən “Azpulmat” BOK da belə bir hiylə işlədərək müştəriləri aldadıb, necə deyərlər, qarmaq atıb, balıq tutub.

İndiki vəziyyətdə müştərilər BOK-a zəng edib aldadıldıqlarını, “Azpulmanat”ın dələduzluqla məşğul olduğunu söyləsələr də BOK-dan aydınlıq gətirmək yerinə, vətəndaşları məlum məbləği ödəməyi tələb edirlər.

Məsələ ilə bağlı “Azpulmanat”dan münasibət öyrənmək istəsək də əlaqə qurmaq mümkün olmayıb. Şikayətçi bildirir ki, əlaqədar qurumlar isə “Azpulmanat”ın bu özbaşınalığına və dələduzluğuna göz yumur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Poliqon.info
 
Ardını oxu...
Şikayətim “Baku Electronics”dəndir. 2 ay əvvəl satıcılarının təkidi ilə VİP zəmanətli, 6 il ərzində istənilən nasazlığı aradan qaldıracaqlarının vədini verdikləri soyuducunu almışam, 2300 manata. Cəmi 2 ay keçib. soyuducunun səsi evi bürüyüb. Hər qapısını açıb bağlayanda, hər işə düşəndə səs eləyir.

Tribunainfo.az xəbər verir ki, bu problemlə üzləşən şikayətçi Rauf Osmanovdur. O, problemli məhsula baxmaq üçün “Baku Electronics”in servisinin də əlavə ödəniş istədiyini deyir:

“İlk bir ayda belə səslər gəlmirdi. Servislərindən bildirirlər ki, 25 manat ödəyin, usta gəlsin. Deyirəm axı müqavilədə istehsal qüsurlarının ödənişsiz aradan qaldırılması yazılıb. Deyir onu deyən satış şöbəsidir, biz servisik.

Deməli, mən 2300 manat verib soyuducu alıram, cəmi 2 ay sonra nasazlığı çıxır ortaya. Ona gəlib baxmağları üçün 25 manat da pul istəyirlər.

Tərəfləri dinləməyə hazırıq.

Ardını oxu...
 
Ardını oxu...
“Lukoil” şirkətinin rəsmi dileri olan və avtomobil, yük maşınları, sənaye, gəmiçilik üçün mühərrik yağları və sürktkü materialları istehsal edən “Xazar Oil” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Xazar Oil” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Xazar Oil” şirkəti ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 12 fevral tarixində hakim Qədim Babayevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Xazar Oil” şirkəti 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
 

 


 

Ardını oxu...
  

Paytaxtın Nizami rayonunda yerləşən "Orbita" adlı bağçada tərbiyəçi-müəllimin uşağa qarşı zorakılıq tətbiq etdiyi iddia olunub.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, həmin tərbiyəçi-müəllim işindən azad edilib. Məsələ ilə bağlı bağçanın rəhbəri Samir Mehdiyev bildirib ki, yoxlama işləri gedir:

"Planlaşdırırıq ki, belə bir hadisə bir də təkrar olunmasın. Buna görə hər kəsdən üzr istəyirik".

Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd edilib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Beyləqan-Daşburun avtomobil yolunun kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti aparılır.

“Yeni Çağ”ın redaksiyasına daxil olan məlumata görə, ümumi sahəsi 2 min kvadrat metrdən çox olan obyektin inşası üçün müvafiq dövlət qurumlarından – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyindən heç bir icazə alınmayıb.

Şikayətçilərin sözlərinə görə, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir, ancaq Beyləqan-Daşburun avtomobil yolunun kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına, ümumiyyətlə, riayət olunmur. Apardığımız araşdırmalardan da məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında həmin obyekt barədə heç bir qeyd yoxdur.

Bununla belə, müvafiq icazəsi olmayan və tikintisi sürətlə davam edən obyektlə bağlı aidiyyəti qurumların hələ də heç bir tədbir görməməsi ciddi suallar yaradır.

Qeyd edək ki, obyekt Beyləqan rayonunda müvəqqəti məskunlaşmış, Füzuli rayon sakini, sahibkar Nərimanov Malik Abduləli oğlu tərəfindən tikilir. Sözügedən tikilinin qəssabxanalar üçün ət kəsimi mərkəzi olacağı bildirilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
İlhamə Abdullayevanın rəhbərliyi altında Abşeron-Xızı Regional Təhsil İdarəsinin özünün və tabeliyindəki bir çox məktəb və uşaq bağçalarının fəaliyyətlərindən dəfələrlə bəhs etmişik.

Abşeron təhsili: Gələn gəlirlər necə bölüşdürülür?!

Hansı ki, dərc etdiyimiz o, yazılarda hansı məktəblərə İlhamə Abdullayevanın qohumları, yaxınları rəhbərlik edir, məktəb direktorları və bağça müdirləri inventarları necə mənimsəyiblər, eləcə də hansı formada valideynlərin "ciblərinə girdikləri" barəsində məlumatlar yer alırdı.

Bu dəfə çatdıracağımız məlumatlarda isə biləcəksiniz ki, yuxarıda qeyd etdiyimiz o, mənimsəmələr sözügedən təhsil idarəsi üçün qəpik-quruş imiş.

"DogruXeber.az" olaraq, əvvəllər də təhsil sahəsində toxunduğumuz mövzularda təhsilin ən "çörəkli" tərəflərindən birinin "daxili nəzarət" sistemi olduğunu vurğulamışdıq. O, daxili nəzarət ki, özü öz dili ilə avazının çıxdığı qədər səsini ucaldaraq, valideynlərdən hər ay 20 manat fond pulu yığdığını etiraf edən Fəranə Məhərrəmovanın fəaliyyətində güya qüsur tapmadı, 12 saylı Lənkəran şəhər uşaq bağçasının təqdim etdiyimiz real görüntülərinə rəğmən, bağçanın müdiri Zəminə İsayeva ilə "dil taparaq" görüntünü çəkdiyinə görə işçiləri danlayıb geri qayıtdı və sair...

Əlbəttə ki, bütün bunların da havayı-qarşılıqsız olmadığını dəqiq bildiyimiz bir dövrdə yaşayırıq.

Əlqərəz...

Bu dəfə isə biz Elm və Təhsil Nazirliyinin daxili nəzarət sisteminin yetirmələrindən biri olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin maliyyə üzrə müavini Aydın Rəhimovun qurumun içində qurduğu bizneslərindən danışacağıq.

Əvvəla, nəzərinizə çatdırırıq ki, etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə bir neçə gündür sözügedən təhsil idarəsində maliyyə yoxlamaları aparılır və Aydın Rəhimov bütün günü həyəcanla yoxlama qrupunun yanında olur.

Görünür Rəhimov bərk təşvişə düşüb.

Zarafat deyil e... söhbət milyonlardan gedir.

Onu da bildirək ki, maliyyə yoxlamaları dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi üzrə aparılır, amma nəzərə alsaq ki, idarənin tabeçiliyində təqribən 186 orta məktəb, 39 məktəbəqədər təhsil müəssisəsi - uşaq bağçaları, liseylər var və onların hər birindən müxalifət formada gəlir mənbəyi kimi istifadə olunur, o zaman İlhamə Abdullayeva və onun "qanadının altında"kı digər səlahiyyət sahiblərinin - müavinlərinin qazancını hesabladıqca müəyyən rəqəmdən sonra insan beyni error verəcək.

Düzdür, bəzi qüvvələr niyəsə bu məsələlərdə İlhamə Abdullayevanı "süddən çıxmış ağ qaşıq" kimi qələmə alırlar. Lakin, hamımız heç bir idarədə rəhbərin məlumatı və razılığı olmadan qanuni, yaxud qanunsuz hər hansı bir işin icrasının mümkün olmadığını biləcək qədər ağıllı, şüurlu insanlarıq.

Baxın, bir neçə gün əvvəl "7news" saytında dərc olunan məlumatda deyilir ki, "Aydın Rəhimovun icazəsi olmadan heç bir məktəb direktoru rəhbərlik etdiyi təhsil müəssisəsinə fotoqraf dəvət edə bilməz. Tədbirlərə yalnız Rəhimovun "qol qoyduğu" fotoqraflar gedə bilər. Məzun (vinetka) çəkilişlərindən isə danışmağa dəyməz. Burda Rəhimov əməlli-başlı "gül vurur". Regiona daxil olan yüzlərlə məktəbin şagird sayını hesablasaq və bir məzun üçün əldə olunan gəlirin miqdarını düşünsək, gözqamaşdırıcı rəqəmlərlə rastlaşarıq. Bəli, Aydın müəllim məzun çəkilişlərini öz monopoliyasına daxil edib və hətta müdür İlhamə Abdullayevanın ona etiraz etməyə cəsarəti çatmır."

Məlumatın İlhamə Abdullayevaya aid hissəsinin mübaliğə olduğu bəllidir. Amma, yazıda xanımın xüsusilə müdafiə olunması da diqqətimizdən qaçmadı.

Aydın Rəhimov 2024-cü ildə İlhamə Abdullayevanın maliyyə işləri üzrə müavini təyin olunub. Yəni, heç bir il də deyil.

Sual yaranır, bəs Aydın Rəhimova qədər bütün bu bufetlərdən, vinetkalardan, fotoqraflardan və sair gələn gəlirlər kimin, yaxud kimlərin cibinə gedib?

Baxın, 11 illik orta təhsil dövründə 3 dəfə - 4,9 və 11-ci sinfi bitirdikdə buraxılış olur. Hər buraxılış ilində uşaqlar üçün məzun kitabçası (vinetka) çıxarılır. Hər kitabçanın qiymətinin minimum 50 manatdan hesabladıqda və regionalın tabeliyindəki məktəb sayının 200-ə yaxın olduğunu, hər məktəbin şagird sayının orta hesabla 500-600 nəfər olduğunu nəzərə aldıqda əldə olunan gəliri özünüz təsəvvür edin.

Qeyd: Sözügedən regional təhsil İdarəsinin tabeliyində 1000, 4000, hətta 8000 şagird sayı olan məktəblər də fəaliyyət göstərir.

Qeyd edək ki, biz minimum 50 manat dedik, amma əslində siniflərə görə dəyişir. Bizdə olan məlumata görə hələ ibtidai sinif buraxılışı üçün olan qiymətlər 50 manatdan başlayır.

Bundan əlavə, regionala tabe olan bütün məktəblərin yeməkxanalarının da Aydın Rəhimovun monopoliyasında olduğu, orada satılan qida məhsullarının marketlərdən fərqli olaraq ikiqat qiymətə satıldığı deyilir.

Üstəlik, tədbirlərdə dəvət olunan fotoqraflar, tədbir üçün xüsusi geyimlərin kirayəsi də monopoliya bəlasının ağuşunda olan nüanslardandır. Amma, bunların heç birindən güya İlhamə Abdullayevanın xəbəri yoxdur - daha doğrusu, qarışmaq ixtiyarı yoxdur.

Bəlkə də Aydın Rəhimovun məhz Elm və Təhsil Nazirliyinin ən gəlirli bölməsi olan Daxili nəzarət sistemində adi bir işdə işlədiyi halda, sürətli sıçrayışla regional Təhsil İdarəsinə müdir müavini vəzifəsinə getməsini, onun yuxarıda sadaladığımız "mükəmməl bacarıqları"nın Emin Əmrullayevin alqış və etibarını qazanmasının göstəricisi kimi düşünmək olar. Və yəqin edə bilərik ki, onun bu sürətli sıçrayışı İlhamə Abdullayevanı təşvişə salıb. Xanım Aydın Rəhimovun növbəti sıçrayışının məhz onun kürsüsündə lövbər salacağından narahat olduğu üçün özünün "aydan arı, sudan duru" kimi təqdim edildiyi bu cür "dedi-qodu"ların yayılmasına şərait yaradıb.

Daha bir ehtimala görə isə, Aydın Rəhimovun dünən gəlib, bu gün meydanı ələ alması və yüksək gəlirlərə şərik çıxması xanımın qəzəbinə səbəb olub.

Hər halda yuxarıda sadaladığımız gəlir mənbələri həmişə olub və İlhamə Abdullayeva da bu idarəyə 2018-ci ildən rəhbərlik edir. Bu illər ərzində isə Xırdalan şəhər 1, 2, 5, 11 və sair nömrəli, eləcə də Sumqayıt şəhərində bir neçə orta məktəblərdə ardıcıl baş verən qalmaqallar biri-birini əvəz etməkdə davam edir.

İlhamə Abdullayevanın rəhbərliyi altında fəaliyyət göstərən iki yüzə yaxın orta məktəblərdən yalnız birində - 2 saylı Xırdalan şəhər tam orta məktəbində olan yeyinti hallarının bir qismini təqdim edirik:

"Araşdırma: Məktəbə gəlməyən şagirdlərin qiyməti; - rus bölməsi üçün 1500-2000 AZN, Azərbaycan bölməsi üçün 1000 -1500 arasında dəyişir.

Dərs saatlarının pulla satılması inkar olunmazdır.

Ümumilikdə məktəb üzrə bölünən 1717 dərs saatı yükünün qeyri-qanuni yollarla talanması mövcuddur. Bu hesabla hər ay 51510 (əli bir min beş yüz on) manat, illik isə 618120 (altı yüz on səkkizmin yüz iyirmi) manat yəni, yarım milyondan bir qədər artıq dövlət vəsaiti Gülnaz Kərimova tərəfindən mənimsənilir. Mən hələ 524 saat fiziki tərbiyə dərslərini bura əlavə edərək bildirirəm ki,qış aylarında idman zalı soyuq olduğundan dərslər sinif otağında keçirilir. Noyabr, dekabr, yanvar və fevral aylarında cəmi 2096 saat olmaqla hər ay orta hesabla 4872 manat, illik isə 584784 manat saat hesabı ilə dövlət büdcəsində mənimsəmə olub. Ümumilikdə hər ay 100242 ( yüz min iki yüz qırx iki ) manat, illik isə 1202904 (bir milyon iki yüz iki min 904 manat) manat dövlət büdcəsinin talanması Gülnaz Kərimova tərəfindən həyata keçirilib. Sözsüz ki, İlhamə Abdullayeva bundan xəbərsiz deyildir." (aftv.az)

Gülnaz Kərimovanın inventarları mənimsədiyi deyilən özündən əvvəlki direktordan məktəbi hansı şərtlərlə təhvil aldığı barəsində də maraqlı məlumatlar əldə etmişik. Növbəti yazıda həmin məlumatları, eləcə Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbində baş verən yeyinti halları barəsində faktları da diqqətinizə çatdıracağıq.

Bizi izləməkdə davam edin.

"DogruXeber.az"
Ardını oxu...
Nəsirli Vahid Elşən oğlu bu ilin 24 yanvarında Dövlət Sərhəd xidmətində əsgərliyə başlayıb. Lakin ailəsi onun səhhətində olan problemlərlə bağlı dövlət qurumlarına müraciət edib. Elşən Nəsirli bildirir ki, oğlu Vahid 10-cu dərəcəli skaliozdur, ürək sıxılması var. Buna baxmayaraq, gənc çağırışçı hərbi xidmətə aparılıb. Anaxeber.info bildirir ki, ailənin müraciətində Vahid Nəsirlinin yenidən tibbi müayinədən keçirilməsi istənilir. Çünki sosial şəbəkələrdə müayinə görüntüləri yayılan gəncin zahiri cəhətdən sağlam olmadığını təxmin etmək mümkündür. Eyni zamanda, hərbi komissarlığın həkimləri onun skarlioz olduğunu müəyyən etməliydilər. Amma sual doğurur ki, komissarlığın həkimləri Vahidin xəstə olduğunu necə qeydə bilməyiblər?! Bu, qanun pozuntusudur. Kadrlardan da görünür ki, Vahid Nəsirli sağlam gənc deyil.

Bu faktın özü bir daha sübut edir ki,
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) komissarlıqları xəstə, sağlam olmayan gəncləri əsgərliyə göndərir. Qurumun rəhbərliyində dəyişikliklərdən sonra gözləntilər varıydı ki, bu sahədə dərin islahatlar həyata keçiriləcək, şəffaflıq təmin olunacaq. Ancaq xidmət rəisi Mürsəl İbrahimovun rəhbərliyi altında hərbi komissarlıqlarda ciddi dəyişiklik müşahidə olunmur. Vahid Nəsirlinin nümunəsində görünür ki, 10-cu dərəcəli skarlioz olan gənci heç nəyə baxmadan əsgərliyə aparıblar. Buna görə məsuliyyət daşımalı olan hərbi komissarlıq isə reaksiya belə vermir. Eyni hal Suraxanı hərbi komissarlığına aiddir. Talıbov Turan Azər oğlunun "14 B" diaqnozu təsdiqlədiyi halda, komissarlıq təkrar müayinə tələb edir ki, əvvəlki əməkdaş rəhmətə gedib və onun dövründə verilən nəticə sayılmır. Bax, belə bir ədalətsizlik hökm sürür və sözügedən qurum şikayətlərə, müraciətlərə reaksiya vermir. Vahid Nəsirlini sərhəd xidmətinə göndərən bir hərbi komissarlığın hansı əsasla onun xəstəliyini görə bilməməsi də sual doğurur. Belə çıxır ki, ya xəstə uşaq əsgər getməlidir, ya da ailəsi məcbur qalıb pul verməlidir. Halbuki xəstəliyi faktdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi Mürsəl İbrahimovun qurumun fəaliyyətində şəffaflıq yaratması barədə aparılan təbliğat görüntü xarakteri daşıyır.

Anaxeber.info
Ardını oxu...
Göyçay rayon sakini Balaseyid Əliyev Göyçay rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığından və özbaşnalığından şikayətçidir. "DİA-AZ"ın məlumatına görə, narazı vətəndaş, deyir ki, bir müddət əvvəl ürəyində problem yarandığı üçün paytaxt xəstəxanalarənın birində açıq ürək əməliyyatı olunub.

Şikayətçi iddia edir ki, yaşadığı Göyçay rayonuna gəldikdən sonra ürəyində ağrıları olub və rayon Xəstəxanasına müraciət etdikdən sora həkim məsləhəti ilə Göyçay rayon xəstəxanasına yerləşdirilub. Əliyevin iddiasına görə ona nəinki iynə-dərman müalicəsi ediblər, heç maraqlanan belə olmayıb. Şikayətçi deyir ki, bununla bağlı dəfələrlə Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Talıb Məmmədova bildirsə də, heç bir nəticəsi olmayıb.

Vətəndaş bildirir ki, xəstəxanada xəstələrə vaxtı keçmiş qida veriıdiyi üçün şikayətçi olan tək o deyil. Vətəndaş deyir ki, xəstəxana perisonalının etdiyi özbaşnalıqlar təkcə xəstələrə laqeyidlik etməklə bitmir, vaxtı keçmiş qidalar belə xəstələrə verməkdən çəkinmirlər...

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Mən özümü tanıyandan həmişə böyüklərimdən eşitmişəm ki , su həyat mənbəyidir, su axan arxa bir də gələr, su axar, çuxurunu tapar.

Bu aforizmləri sadalamaqla bir vacib nüansı qeyd etməyi özümə vacib borc bildim. Su axıb çuxurunu tapmaq istəyir . Amma…..

Ona görə amma deyirəm ki, İsmayıllı rayonu İvanovka kəndi ərazisində yerləşən Aşıqbayramlı su anbarının başının üstünü qara buludlar alıb. Sahəsi 0,5 m², həcmi 3,6 m³ olan bu su anbarı 1951- ci ildə Göyçay rayonunun pambıq tarlalarının suvarmaq üçün istifadəyə verilib. O gündən üzü bu yana ölkənin ən böyük su anbarı kimi adını tarixə yazdıra bilib.

Görünür su anbarının adının tarixdə qalması bəzilərini sözün əsl mənasında ciddi narahat edir. Su anbarının suyunu bulandırmaq istəyən bir qrup şəxs anbarın üzərində restoran tikməyi gözə alıb. Daha doğrusu restoranın tikilişi artıq başlayıb. Rəhmətlik nənəm demişkən, şıdırğı da iş gedir.

Redaksiyamıza daxil olan məlumatlara əsasən demək olar ki, işin başında bir neçə idmançı , bir də qazi dayanır . Əslində bu adamların restoran biznesinə yaxından – uzaqdan heç bir aidiyyatı yoxdur. Həmin idmançıların qolu, qazinın də ” sözü ” güclü olduğu üçün iş icraçısı onları görünüş üçün gələnin – gedənin qarşısına çıxardır. Bunları ona görə dedim ki , Aztimes.az – a daxil olan foto və videoları sosial şəbəkələrdə paylaşan kimi
Seyid Hüseyn oğlu İbrahimov zəng edib hədə – qorxu gəldi.

Hörmətli , Seyid İbrahimov , əvvalə diqqətinizə yetirim ki , restoran tikdiyin ərazi haqqında yuxarıda bəzi qeydləri aparmışam. Həmin ərazi bildiyim qədər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə aiddir. Hansı təyinat üzrə tikilib , anbarın fəaliyyəti nədən ibarətdir onu da imkan olsa mütləq araşdır , oxu. Oxuyub öyrənmək qəbr evinə qədər lazımlıdır . Goru çartdamış Lenin belə deyirdi.

Mənə zəng edib hədə – qorxu gəlmək , işin başında qoyduğun idmançıların və qazilərin də səlahiyyətində deyil.

Həmin qol gücünə arxalandığın idmançılar gücünü mənə yox idman zallarında , idman döşəklərində göstərsə daha məqsədəuyğundur. Mənə zəng edib söyüş – qarğış edən qazi qardaşımızın da nəzərinə yetirim ki, Aztimes. Az və şəxsən mən, Pərvin Abışova bugünə qədər ən çox qazi və şəhid ailələrinin problemlərini əynimə kəfən geyinib işıqlandırmışam.

Məqalənin sonunda Aşıqbayramlı su anbarının üzərində restoran tikib , gəlirini artırmaq istəyənlərə isə sözüm belədir. Su hər şeyi təmizləyər, üz qaralığından başqa.

Pərvin Abışova/AzTimes.az/
 

Ardını oxu...
 

 

Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Binyamin Musayevin cinayət işinin maraqlı təfərrüatları məlum olub. B.Musayev tərəfindən guya idman yarışlarının keçirilməsi, ezamiyyətə göndərilən müəllimlərə ezamiyyə xərclərinin verilməsi, qaliblərin mükafatlandırılması və digər bəhanələrlə 130 min manatlıq dövlət vəsaiti mənimsənilib.

Musavat.com xəbər verir ki, B.Musayev Yevlax rayon icra hakimiyyət başçısının sərəncamı ilə 2007-2021-ci il tarixədək həmin vəzifədə işləyib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına görə Binyamin Musayev qeyd olunan vəzifədə işləyərkən işə çıxmayan şəxslərin əmək funksiyalarını icra etmələri barədə cədvəlləri, habelə mükafatlandırma, ezamiyyə və qurumun fəaliyyətilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla, 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Məhkəmədə dindirilən B.Musayev deyib ki, elan edilmiş ittihamla razı deyil. O, qeyd edilən 129 min manatın 1 manatını da özünə xərcləmədiyini deyib. Bildirib ki, bütün idman yarışları keçirilib, müəllimlərin maaşları və ezamiyyət xərcləri ödənilib. B.Musayev özünə 1 manat xərcləmədiyini desə də 130 mini kimə və ya kimlərə xərclədiyini deməyib.

O, istintaq dövründə 5 ay ərzində 50 min manatı ödədiyini söyləyib. Qalan məbləği də məhkəmə istintaqı zamanı dövlətə ödədiyini bildirib. Himayəsində iki övladının, xəstə anasının olduğunu nəzərə alaraq barəsində yüngül cəza çıxarılmasını xahiş edib.

İş üzrə şahidlər dindirilən zaman məlum olub ki, B.Musayev tanışı olan bir neçə nəfəri müəllim kimi işə qəbul edib. Lakin həmin şəxslər işə gəlməyib. Sadəcə əmək kitabçaları olsun deyə B.Musayevlə razılaşıblar. Həmin şəxslər fəhlə, sürücü kimi fərdi əməklə məşğul olurmuşlar.

Yevlax şəhər Gənclər və İdman idarəsinin əməkdaşlarının ifadələrindən isə məlum olub ki, sənədlərdə bəzi idman yarışlarının keçirildiyi, qaliblərə, müəllimlərə, aparıcılara mükafatlar yazıldığı qeyd edilsə də belə yarışlar olmayıb. Həmçinin müəllimlər onlara ezamiyyə xərclərinin ödənilmədiyini, yol xərclərini belə özlərinin çəkdiklərini deyiblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Musayev barəsində yüngül cəza təyin edilib.

B.Musayev Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 il 6 ay,  Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilib.

Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməyib.

İ.Muradov
Musavat.com

Dünyapress TV

Xəbər lenti