Ardını oxu...
Baku TV-yə müraciət edən bir qrup sahibkar "Yol Tikintiservis" MMC-dən şikayətçidirlər.

Sahibkarların sözlərinə görə, yük avtomobilləri ilə xidmət göstərdikləri şirkət onlara olan 200 min manata yaxın borcu ödəmir.

"Sentyabrda həmin şirkətlə müqavilə bağlamışıq. İki ay onlara xidmət göstərmişik. Lakin pulun qalan hissəsini bizə ödəməkdən boyun qaçırırlar. Hər dəfəsində bir bəhanə gətirir, "hara şikayət edirsinizsə edin" deyirlər. Heç kimdən də qorxmurlar", - sahibkar Tahir Baxşəliyev söyləyib.

Sözügedən şirkətin layihə rəhbəri Pərviz Mustafayev icra etdikləri layihədən kənarlaşdıqlarını bildirib.

"Vəsait mövzusuna görə işi davam etdirmədik. Biz oradan çıxdığımıza görə, həmin işi başqa şirkətlər yerinə yetirir. Layihənin tələblərinə əsasən, müəyyən mərhələ çatmamış sifarişçi pulu ödəmir. Onlar bizə ödənişi mərhələli şəkildə edirlər", - deyə o əlavə edib.

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, əgər tərəflərdən biri müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəlikləri icra etmirsə, yəni xidmət haqqı olaraq ödəməli olduğu pul vəsaitini ödəmirsə və ya bundan yayınırsa, digər tərəf həmin vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaqla pulunu tələb edə bilər.

 
 
 
Ardını oxu...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xeyli müddətdir paytaxtda ictimai nəqliyyatın işini qaydasına sala bilmir. Müasir sərnişindaşıma prinsipləri hələ də gözlənilmir, nəzərə alınmır. Sərnişin dayanacaqda avtobusu nə qədər gözləməli olduğunu bilmir. Paytaxtda, lap elə bölgələrdə də şəxsi minik avtomobilləri yerdəyişmə üçün ən uyğun vasitə olmaqda qalır.

Bizimyol.info xəbər verir ki, AYNA tıxac yaratmaq missiyasını uğurla yerinə yetirməyə başlayıb. Hər hansı yolda işlər qaydasındadırsa, agentlik səhnəyə çıxır və həmin istiqamətdə ciddi problem ortaya çıxarır. Boşuna qınamırıq, götürək Ukrayna dairəsini. Sürücülər üçün ən uyğun yollardan birində indi inanılmaz tıxaclar olur. Niyə? Çünki işə AYNA qarışıb. Dairə daraldılıb. Guya dairəyə daxil olmadan sağa çıxanlara şərait yaradılıb. Əslində isə qaşınmayan yerdən qan çıxarılıb. İndi dairədə hərəkət ardıcıllığını təmin etmək müşkülə çevrilib. Çünki geniş yerdə darısqal mühit yaradılıb.

Nəriman Nərimanov prospektindəki xaotik vəziyyəti heç cür anlamaq olmur. Yolun quruluşu belədir ki, Nərimanovun heykəlinə yaxınlaşanda sağa istiqamət almaq məcburiyyəti yaranır. Yəni heykəlin arxa hissəsindən dönəndən sonra yola davam edə bilirsən. Bundan başqa, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinə yönlənmək olar. Amma AYNA heç bir nişanlanma lövhəsi olmadan üç yolun qovuşduğu yerdə xətləri ayırıb. Sürücülər öyrəşdiyi kimi, sağ zolaqla hərəkət edəndə qəfildən yalnız Qurban Xəlilov küçəsinə dönmək məcburiyyəti ilə üz-üzə qalırlar. Halbuki əksəriyyət ya Mikayıl Müşfiq küçəsinə istiqamətlənir, ya da heykəlin arxa hissəsindən Nərimanov prospektində yolunu davam etdirir.

AYNA sürücüləri niyə belə çaşbaş salır? Sanki məhz cərimə olunmaqlarını təmin etmək üçün. Çünki sağ zolaqla heykələ yaxınlaşan sürücülər Mikayıl Müşfiq küçəsinə keçmək və ya Nərimanov prospektində yolu davam etdirmək üçün təhlükəsizlik adacığını aşmalı olur. Bu da onların cərimələnməsi ilə nəticələnir.

AYNA-da anlamalıdırlar ki, agentliyin əsas missiyası yollarda təhlükəsiz və rahat hərəkəti təmin etməkdir. Cərimə üçün tələlər yaratmaq dövlət-vətəndaş münasibətlərini zədələyir. Dövlət qurumu belə işlərlə məşğul olmamalıdır.
 
Ardını oxu...
Kondisionerlərin Servisi və Təmir Xidmətləri üzrə tender ləğv edildi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə” tərəfindən kondisionerlərin servisi və təmir xidmətlərinin satınalınması üzrə keçirilən müsabiqə ləğv edilib.

XALQ.AZ xəbər verir ki, ləğv edilmə səbəbi olaraq, satınalmada iştirak etmək üçün təklif təqdim etmiş və müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu səbəbdən, müsabiqənin tamamlanması mümkün olmayıb. Tenderin ləğv edilməsi “Satınalma Haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən həyata keçirilib. Qanunvericiliklə müəyyən edilən minimum tələblərə cavab verməyən təchizatçı sayı səbəbindən tender prosesi dayandırılıb.32gun.az

Qeyd edək ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsədin Namazovdur.
 
Ardını oxu...
Yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və dəstəsi İmişli rayonunda balıq monopoliyası yaradıb

"COB-29" kimi beynəlxalq ekoloji tədbirə təşkilatçılıq edən ölkəmizdə ekoloji soyrıqım həyata keçirilir.

AzFakt.com xəbər saytı ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxucularına məlumat vermişdir.

Həmin məlumatda qeyd edilirdi ki, Ağgöl Milli Parkından gündəlik tutulan balıqlar İmişli, Beyləqan və Ağcabədi və digər ətraf rayonların bazarlarında satılır. Brakonyerlik yolu ilə əldə edilib gizli satışa çıxarılan balıqların tonlarla olduğu bildirilir. Milli Parkın ərazisində həyata keçirilən brakonyerliyi isə qurumun bəzi əməkdaşları mütəşəkkil formada həyata keçirirlər.

Əldə etdiyimiz səhih məlumatlara görə Ağgöl Milli parkında brakonyerliyi qoruğun mühafizəsi ilə məşğul olan yegerlər edirlər. Parkda brakonyerlik fəaliyyəti ilə məşğul olan mütəşəkkil dəstənin əsas rəhbərinin isə yeger vəzifəsində işləyən Rahim Gəncəliyev olduğunu və onun gündəlik Ağgöl Parkından 200-250 kq balıq tutaraq müxtəlif şəxslərin vasitəsilə bazarlarda satışa çıxarır. Baş verən bu cinayət hadisəsinə isə aidiyyatı qurumlar, o cümlədən Ağgöl Milli Parkı rəhbərliyi "göz yumur".

AzFakt.com-un əldə etdiyi məlumata görə Ağgöl Milli Parkında daimi qanunsuz balıq ovu ilə yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və onun ortaqları məşğul olur. Məlumatda bildirilir ki, Məhəmməd Gəncəliyevin Ağgöl parkında rahatçılıqla brakonyerlik fəaliyyəti ilə məşğul olmasına şəraiti atası Rahim Gəncəliyev və Ağgöl Milli Parkının rəhbərliyidir. Bu belə olmasaydı M. Gəncəliyev Ağgöl Milli Parkında rahatçılıqla balıq ovu ilə məşğul ola bilməzdi.

Həmçinin Ağgöldə brakonyerlik fəaliyyəti ilə məşğul olan şəxslərin direktorun yaxın qohumları ilə əlaqəli olduğu bildirilir. Bu barədə növbəti yazımızda.
Ardını oxu...
Xəzər Məhərrəmov

Qeyd edək ki, hazırda Ağ Göl Milli Parkının direktoru vəzifəsində işləyən Xəzər Məhərrəmov vaxtı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yol verdiyi ciddi nöqsanlara görə qurumdan çıxarılıb. Hətta Xəzər Məhərrəmovun qəsdlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi haqqında yalan məlumat yayması və buna görə inzibati qaydada tənbeh edilməsi ilə bağlı ETSN-nin rəsmi saytında məlumat yerləşdirilib.

Araşdırmalarımız davam edir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
"Azərbaycanda qanunsuz tikililər problemi bu gün də öz aktuallığını qorumaqdadır. Bakı şəhəri də daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında qanunsuz şəkildə tikinti işlərinin aparılması barədə məlumatlara mətbuatda tez-tez rast gəlinir. Qanunsuz tikililərə daha çox harada rast gəlinir sualına cavab axtaranda, çox da baş sındırmağa ehtiyac olmur. Göz önünə dərhal paytaxtın Nizami rayonu gəlir". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Buradakı problem digər yerlərdəki problemlərdən fərqli olaraq daha dərin xarakterdədir. Çünki Nizami rayonunda qanunsuz tikililər əksər hallarda məmurlar tərəfindən himayə olunur. Burada rüşvət müqabilində məmurlar istənilən qanunsuz tikiliyə göz yuma, işlərin sürətli şəkildə aparılmasına şərait yarada bilirlər. Bu kimi hallar rayonun keçmiş icra başçısı Arif Qasımovun dövründə daha çox yaşansa da, onun xələfi olan Coşqun Cəbrayılov da qanunsuz tikililərə münbit şəraitin yaradılmasında keçmiş başçıdan demək olar ki, geri qalmır.
Bu yöndəkli qanunsuz işlərdə isə daha çox Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılovun adını çəkirlər. Ən dəhşətlisi odur ki, bu adam korrupsiya və rüşvətə görə bir neçə dəfə məşəl ayağına çəkilib. Lakin hansısa sehirli vasitələrlə “içəriyə” düşməkdən yayınmağı bacarıb. Burada bir vacib məqama da diqqət yetirilməlidir. Firdovsi Cəbrayılov 2014-cü ildə Səbail bələdiyyəsinə üzv seçilib, 2015-ci ilə qədər isə bələdiyyənin sədri olub. Cəbrayılov bu vəzifəsindən öz ərizəsi
ilə istefa verib.Səbəb isə belə olub. Həmin dövrdə Səbail rayonu İcra Hakimiyyətinin başçısı olmuş Eldar Əzizov bələdiyyə sədrinin qanunsuz əməllərindən xəbər tutaraq, onun bu kimi fəaliyyətini məhdudlaşdırmağa başlayıb, yəni qısaca olaraq deyə ki, icra başçısı Cəbrayılovun “bazarını” bağlayıb.
Artıq əvvəlki kimi qanunsuz torpaq sata və digər bu kimi qanunazidd davranışlarını davam etdirə bilməyən bələdiyyə sədri istefa ərizəsi yazmaq məcburiyyətində qalıb. Digəl, adam hazırkı vəzifəsində də köhnə vərdişlərini davam etdirir, üstəlik həyasız bir şəkildə Eldar Əzizovun adından yararlanmağa çalışır. Yəni Cəbrayılov Nizami rayonu İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun Eldar Əzizovla yaxınlığından da saxtakarlıqla öz mənfəəti naminə yararlanır.
Halbuki, bunu çoxları bilir , Firdovsi Cəbrayılov yaxasını Eldar Əzizovdan güc-bəla ilə qurtarıb..."

NÖVBƏTİ YAZIDA Firdovsi Cəbrayılovun qanunsuz tikililərə himayədarlıq etdiyini göstərən konkret faktları təqdim edəcəyik...

BİZİ İZLƏ/MƏYƏ DAVAM EDİN...
 
Ardını oxu...
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Enerji İstehsalı Operatorunun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsi var. Sözügedən İdarənin əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir-tikinti işlərinə nəzarət etməkdir. Xidmət İdarəsinin rəisi Yusifov Üzeyir Milan oğludur.

Qeyd edək ki, Üzeyir Yusifov 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyon manat ziyanı (o vaxtın kursuna görə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır (lakin faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmamışdır).

Məhkumluq həyatını başa vurduqdan sonra Üzeyir Yusifov Gəncə şəhərindəki zavodların birində işə düzəlmiş, 2018-ci ildə Baba Rzayevin (əslində isə həmyerlisi, “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin)” sayəsində Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində rəis vəzifəsinə gətirilmişdir.
TEREF yazır ki, bloqumuzun poçtuna Yusifov Üzeyirin nigahdan kənar qızı Yusifova Şamba Üzeyir qızıından şikayət məktubu daxil olub. Məktubun nöqtə vergülünə toxunmadan oxuculara təqdim edirik:
"Mən Yusifova Şamba Üzeyir qızı nikahdan sonra ( Rəhmanova) 1992 ci ildə aprelin 21de Mingəçevir şəhərində anadan olmuşam. Bacım Yusifova Səmar Üzeyir qızı nikahdan sonra ( Məmmədova) 1993cü ildə noyabrın 22də cəlilabad rayonunda anadan olmuşdur. Biz Yusifov Üzeyirin nikahdan kənar olan övladlarıyıq. Lakin 2000ci ildə Yusifov Üzeyir həbs edildikdən sonra anama çoxsayli vədlər verərək həbsdən azad olunduqdan sonra bizə öz atalıq borcunu yerinə gətirəcəyini, ailə olacağını vəd etmişdir.
Ardını oxu...
Bu səbəblədə bizi azyaşli himayədarları olaraq göstərib, məhkəmənin qət etdiyi hökmün azaltmasına nail olmuşdur. Həbsdə olarkən anamla birgə dəfələrlə 10sayli cəzaçəkmə müəssəsində görüşünə getmişik. Lakin əfsuslar olsunki Yusifov Üzeyir Milan oğlu həbsdən azad olduqdan sonra 2dəfə bizi ziyarətə gəlib. Daha sonra əlaqəni tamamilə kəsmişdir. Bu illər ərzində mən və bacım anamin minimum əmək haqqısı və öz imkanlarımızla həyata tutunmağa çalışmışıq. Müxtəlif mağazalarda fəhlə köməkçisi təmizlikçi satıcı və s çalışmıq. 2012ci ilden bakida kirayə yaşayırıq. Anamın səhhəti yol vermədiyi üçün işləmir. 2018-ci ildə aile həyatı qurmuşam. 2020ci ilin yanvar ayında yoldaşım işdən çıxıb ailə münaqişəsi zəmnində ölkəni tərk edib. Yoldaşim tərk edəndə qızıma hamilə oğlum isə 6aylıq idi. Hal hazırdada kirayədə qalıram heç bir sosial yardım almıram. 400man gəlirlə satıcı çalışıram. 2024cü ildə iyul ayında atam Yusifov Üzeyirin axtarışına başladım. Çoxsaylı cəhdlərdən sonra əlaqə nömrəsini tapdım. Saytlarda çox saylı məqalələrinidə çap olunduğunu da oxudum. İlk öncə ondan yardım kiçik video cəkdim problemlərimi bildirdim şəxsi nömrəmlə əlaqə saxlamasını dəfələrlə xahiş etdim. Bundan sonra mən elaqə saxlayaraq yenidən problemlərimin olduğunu çox böyük maddi sıxıntı içərisinde olduğumu kirayə haqqını xərclərimi ödəyə bilmədiyimi bildirdim. Bundan sonra mənim bank kartımı götürərək 55, 60, 90,85, 100ve s xırda məbləğlər göndərərək xərcələrimi qarşılamağımı bildirdi. Halbuki digər qızı Yusifova Aysunun qarajında 3lüks avtomobil bir neçə çoxotaqlı mənzillər ve dəyəri yüzminlərlə ölçülən daşınmaz əmlaklar var. En son oğlumun səhhəti ilə bağlı əməliyyatı üçün 1100man( Bir min yüz manat) istədim. Qarşıllğında isə mənim imkanım yoxdur İtaliyaya getmişdim orda ayağımı böcək dişliyib ondan virus kecib ayağim cürüyür ayağımı kəsirlər sənə o qədər pul verə bilmiyəcəm. Daha sonra əlaqə saxladım və 3gün vaxtım olduğunu bildirdim və mənə cavabında "Mənə müddət qoyma" mən onsuzda mart ayından təqaüdə çıxıram. Əldə etdiyim məlumata görə 15il əvvəl təqaüdə çıxıb. Çarəsizcə yardım istədiyim Atam bütün müraciətlərimi cavabsız qoyur. 2-3aydan bir kirayələrin qiymətləri artır bu səbəbdən maddi imkanim yol vermədiyi üçün 2azyaşlı körpələrimlə mənə maddi dəstək durub evlə təmin etməsini istəmişdim."

TEREF yazır ki, mətbuatda gedən və təkzib olunmayan məlumatlara görə Yusifov Üzeyir sərvəti heç də az deyil və onun nigahdan kənarda olsa ( doğum şəhadətnaməsində onun atalığı qeyd olunub)qızlarına kömək etməmə\si başa düşülən deyil
Aktualinfo.org saytınn verdiyi məlumata görə onun əmlakı aşağıdakı siyahıda qeyd olunanlardır:
Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280 000 manat olan 4 otaqlı mənzil,

Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440 000 manata aldığı 4 otaqlı, 165 kv.m sahəsi olan təmirli mənzili,
Bakının Binəqədi rayonu, Novxanı qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500 000 mant olan iki mərtəbəli villası,
Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.
Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200 000 manata aldığı Rang Rover avtomobili,
2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili,
Kürəkəninə aldığı 2020-ci il buraxılışlı 99 CY 199 nömrəli MERCEDES avtomobili,
CİP Camar markalı avtomobili,
2019-cu il burxılışlı KİA STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,
Hazırda yeni 2022-ci il buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.
Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600 000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan “AY Beauty Gallery” gözəllik salonu.,
Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500 000 manat dəyəri olan mənzili,
2024-cü ildə həyat yoldaşı Suğra Yusifovanın adına sənədləşən Mingəçevir şəhərinə bir neçə km qalmış, yolun sağında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində tikilməkdə olan 2 ədəd ikimərtəbəli villalar.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Xırdalanda yerləşən “Kristal Abseron”un 1-ci yaşayəş kompleksindən şikayətçiyəm”.

Məlumata görə bu barədə Nübar Əsədova adlı sakin giley edir.
Narazı vətəndaş daha sonra bildirir: “Həm MTK və həm də komendantlıq dövlət içində dövlət qurublar… Ürəkləri istədikləri kimi idarə edirlər…
Burada qayda-qanun yoxdur. Kefləri istəyəndə qiymət artımına gedirlər. Komendantlığa ödənilən aylıq pullar nə üçündür… bilinmir… Antisanitariya baş alıb gedir.
Hər gün dava-haray… Maşın parkinqi ancaq pulludur (ordan ev alan peşman olur)…
Bir parka bənzər yer vardı… Oranı da zəbt edə-edə bapbalaca bir yerə çevirdilər. 1 il yarımdan coxdur ki, parkda tikinti gedir və bitmək bilmir…”(Dia.az)
Ardını oxu...
Milli Onkologiya Mərkəzinin (MOM) keçirdiyi tenderlərin əvəzolunmaz qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Naxçıvan Muxtar Respublikasında keçirilən satınalma müsabiqələrini də “fəth” etməyə başlayıb.

TEREF Qaynarinfo.az-a istinadən xəbər verir ki, şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin (TTYX) regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyasının təchizatının gücləndirilməsinə dair malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 760 350,81 manatdır.

TTYX bu məbləğə aşağıdakı malları almağı planlaşdırır:
Xəstəbaşı monitor – 64 ədəd
Şırınqa pompası – 64 ədəd
İnfuziya pompası – 64 ədəd
Venadaxili infuziyalar üçün ştativ – 64 ədəd
4 motorlu çarpayı – 32 ədəd
3 motorlu çarpayı – 32 ədəd
Larinqoskop seti – 32 ədəd
Defibrilyator / monitor – 32 ədəd
Xəstəbaşı panel – 64 ədəd
Təcili yardım arabası (Crash cart) – 32 ədəd
Xəstədaşıma xərəyi – 32 ədəd
Xəstədaşıma kreslosu – 32 ədəd
Oksigen terapiya dəsti – 32 ədəd
Oksigen konsentratoru 10L – 32 ədəd
Portativ aspirator (sorucu) – 32 ədəd
Divarüstü diaqnostik dəst oftalmoskop – otoskop – tonometr – 32 dəst.

“Azəri Med” QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Şirkət tibbi avadanlıqların satışını həyata keçirir. Bu sahədə inhisarçı şirkətlərdən hesab edilir.

Şirkətin deputat Kamaləddin Qafarova məxsus olması barədə iddialar var. Şirkətlə bağlı məlumatları təhlil etdikdə bu iddiaların əsassız olmadığı qənaəti yaranır.

“Azəri Med” QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kamaləddin Qafarovun yaxın qohumudur.
Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.

Kamaləddin Qafarov deputat olmamışdan əvvəl MOM direktor müavini vəzifəsində çalışıb. “Azəri Med” QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bununla əlaqələndirilir.

Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.
 
Ardını oxu...
Azərbaycanda hərbi xidmətə çağırışın da deyəsən, ASAN Xidmətə verilməsinin zamanı çatıb. Çünki bu gedişlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti narazılar ordusu yaradacaq. Bu narazılar ordusunun formalaşmasına səbəb isə Dövlət Xidmətinin yaratdığı əngəllər, vətəndaşların incidilməsi hallarıdır. Bu faktlardan biri Talıbov Azər Məmməd oğlunun elektron poçtla və media üzərindən etdiyi müraciətə qurumdan gələn cavabdır. Belə ki, Anaxeber.info-nun baş redkatoru olan Azər Talıbov oğlu Turan Talıbovla bağlı məsələnin araşdırılmasını xahiş edib. Daha əvvəl etdiyi müraciətində Azər Talıbov məlumat verib ki, həm "B14" diaqnozu qoyulmuş, həm ürək problemi olan bir gəncin tibbi müayinəsinin nəticələrinə məhəl qoymadan onu süründürür, hərbi xidmətə göndərmək üçün müxtəlif bəhanələr gəzirlər. “Demişdim ki, bütün müayinələrdən keçmişik və Turan Talıbovun problemləri təsdiq olunub, əlimizdə müayinənin nəticələri var. Amma Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul sayılmır, bizdən təkrar müayinə tələb edilir. Xidmətin əməkdaşı vəfat edib deyə niyə müayinənin nəticələri qəbul edilməməlidir? Ona görə də Suraxanı hərbi komissarlığının Turan Talıbovun sağlam olduğu haqda verdiyi kağızı əllərindən aldım. Onlar isə uşağın fotosunu və kağızı cırıb tulladılar. Bu barədə Xidmət rəisi Mürsəl İbrahimova məktub ünvanladım. Onların bu hərəkətinin qanunsuz olduğunu vurğuladım. Amma verilən cavab rüsvayçılıqdır”.

SHXÇDX vətəndaşın müraciətinə cavabında bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən 20.11.2024-cü ildə təkrar müayinə təyin olunub, bu ilin yanvarında Turan Talıbov Suraxanı hərbi komissarlığına dəvət olunub və aidiyyatı tibb məntəqələri tərəfindən tərtib olunan qərar qəbul ediləcək. Qurum əlavə edib ki, aparılan təhqiqat nəticəsində Suraxanı hərbi komissarlığının əməkdaşlarının fəaliyyətində qanun pozuntusuna yol verilmədiyi müəyyən olunub. Bu cavab təşkilati nəzarət baş idarəsinin rəisi Əziz Hidayev tərəfindən verilib. Amma Suraxanı hərbi komissarlığının əməkdaşlarının qanun pozuntusuna yol vermədiyini qeyd etmək, mədəni şəkildə söyləsək, absurddur. Çünki uşağın fotosunu və kağızı cırıb atıblar. Bu, özbaşınalıq, qanun pozuntusudur.

Sadəcə, Mürsəl İbrahimovun rəhbərliyi dövründə bu xidmət daha bərbad hala düşüb. Ən azından Suraxanı rayon hərbi komissarlığının həkimlərinin xəstə uşaq haqda sağlam rəy verməsi bunu təsdiqləyir. Ona görə də Turan Talıbovun atası Azər Talıbov bu rəyi məişət tullantısı hesab edir: “Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də onların sənədinə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım. Sonra bu haqda məktub yazdım, indi gələn cavabdan da görünür ki, Xidmət rəhbərliyi Suraxanı hərbi komissarlığının əməkdaşlarını qoruyur, onların tərəfini saxlayır. Hərçənd, onların hərəkəti, davranışı qanun pozuntusudur. Belə aydın olur ki, Mürsəl İbrahimovun idarəsi haqsız da olsa, öz əməkdaşlarını müdafiə edir”.

A.Talıbov gözləyir ki, bu məsələləri üzə çıxdıqdan sonra aidiyyatı üzrə obyektiv rəy veriləcək və Turanın xəstəliyi əsasında qərar qəbul olunacaq. O, oğlunun məsələsi ilə bağlı yol verilən bu özbaşınalığa son qoyulması üçün Prezident İlham Əliyevdən kömək istəyib.

AnaXeber.info

A.Talıbov
 

Dünyapress TV

Xəbər lenti