Ardını oxu...
"BEYNƏLXALQ BANKIN BLOKLADIĞI KARTDAN PUL OĞURLANIB... bank məsuliyyətdən yayınır! Ehtiyatlı olun!.." "DİA-AZ" xəbər verir ki, bu iddia ilə çıxış edən tanınmış hüquqşünas Əkrəm Həsənov eyni zamanda aşağıdakı faktları da təqdim edərək bildirir:
"Vətəndaşların bank kartlarından onlara məxsus vəsaitlərin oğurlanmasından da böyük bəla var. Vətəndaşdan icazəsiz ona kreditin verilməsi. Əgər birinci bəlada çempion “Kapital Bank”dırsa, ikincidə liderlik Azərbaycan Beynəlxalq Bankındadır (ABB).
Konkret misal. Deməli, vətəndaş kibercinayətkarların qurbanı olmuşdur. Onun ABB Tamkart kredit kartından 10704.83 manat məbləğində kredit silinmişdir (özü də vətəndaşın ABB-yə verdiyi telefon nömrəsi üzrə deyil, onun başqa nömrəsi üzrə). Halbuki, vətəndaş son anda məsələni başa düşərək dərhal ABB ilə əlaqə saxlayıb kartının bloklanmasını istəmişdir. Sənədlərdən də görünr ki, saat 21:57:52-də bank kartı bloklamış, lakin 30 saniyə sonra, yəni saat 21:58:32-də vəsait silinmişdir.
Vətəndaş polisə və ABB-yə müraciətləri heç bir nəticə verməmişdir. Vətəndaşın özünü təqsirkar çıxarıblar ki, özün məlumatları kibercinayətkarlara vermisən. Halbuki, qeyd etdiyim kimi, vətəndaş son anda banka müraciət edib və kart bloklanıb. Bloklanmış kartdan vəsait necə silinə bilərdi axı?
Bu, onun göstəricisidir ki, ABB-nin müvafiq sistemləri bərbad haldadır. Buna görə də təqsirini boynuna almaq istəmir. Nədir-nədir, saytında Standart Şərtlər yerləşdirib və onun müştəri üçün məcburi olduğunu iddia edir. Halbuki, həmin sənədin xeyli müddəası sadəcə məsuliyyətdən yayınmaq alətidir, buna görə də etibarsızdır (Mülki Məcəllənin 419-420-ci maddələrinə əsasən)!
Necə olur ki, Milli Qəhrəman Hökumə Əliyevanın atasının kartından vəsait oğurlayanları polis tapa bildi, amma bloklanmış kartdan pul oğurlamış şəxsləri tapa bilmədi?
Təəssüf ki, məhkəmələrimiz də bu cür işlərdə birmənalı olaraq bankların, xüsusilə iri bankların tərəfini tutur. Bu iş üzrə də Nəsimi rayon məhkəməsi (hakim Ceyhun Tağıyev) və Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Məhəmməd Rüstəmli) vətəndaşın iddiasını rədd ediblər. Hazırda kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır (sərdlik edən Elşanə Vəliyeva).
İş hələ məhkəmədə olduğu üçün barəsində ətraflı yazmıram. Yekun qərar barədə ətraflı yazacağam. Çünki bu, vacib presedent olacaq. Əgər bloklanmış kartımızdan da vəsaitlər oğurlana bilərsə, işimizi bilək bizim bank sistemimizlə, xüsusilə ABB kimi bir bankla..."
 
Ardını oxu...
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Enerji İstehsalı Operatorunun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsi var. Sözügedən İdarənin əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir-tikinti işlərinə nəzarət etməkdir. Xidmət İdarəsinin rəisi Yusifov Üzeyir Milan oğludur.

Qeyd edək ki, Üzeyir Yusifov 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyon manat ziyanı (o vaxtın kursuna görə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır (lakin faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmamışdır).

Məhkumluq həyatını başa vurduqdan sonra Üzeyir Yusifov Gəncə şəhərindəki zavodların birində işə düzəlmiş, 2018-ci ildə Baba Rzayevin (əslində isə həmyerlisi, “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin)” sayəsində Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində rəis vəzifəsinə gətirilmişdir.

Qeyd etdiyimiz kimi Xidmət İdarəsinin əsas funksiyası “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir-tikinti işlərinə nəzarət etməkdir. Məlum olduğu kimi son illər Azərbaycanın enerji sektorunda bir çox mühüm layihələr həyata keçirilir və dövlətimiz tərəfindən bu məqsədlərlə yüz milyonlarla manat vəsait ayrılır.

Məlum olduğu kimi Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində “Azərenerji” tərəfindən əlavə 1280 MVt istehsal gücündə yeni elektrik stansiyası yaradılır. 2023-cü ilin fevralın 13-də Bakıda, “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev bildirmişdi ki, “İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır”.

Qeyd edək ki, yeni elektrik stansiyasınıın 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur və tikinti prosesini İtaliya və Çin şirkəti ilə bərabər ixtisaslaşmış yerli şirkət həyata keçirəcək. Redaksiyamıza verilən məlumata görə 2024-cü ilin dekabrında yeni elektrik stansiyasınıın sınağı keçirilib. Bu zaman Üzeyir Yusifovun rəhbərlik etdiyi Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin üzərinə düşən öhdəlikləri layiqincə yerinə yermədiyi bəlli olub. Prezident İlham Əliyevin də iştirakı ilə açılışı yanvarda baş tutmalı olan stansiyanın açılışı aprelə qədər uzadılıb.

Buna səbəb Baba Rzayevin sayəsində vəzifəyə gətirilmiş Üzeyir Yusifovun rəhbərlik etdiyi qurumun yeni elektrik stansiyasının tikintisi zamanı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə bilməməsi olub. Bu olayı isə yuxarı dairələr narazılıqla qarşılayıblar. Göründüyü kimi Üzeyir Yusifovun idarəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir –tikinti işlərinə nəzarət etmək funksiyasını layiqincə yerinə yetirə bilməmişdir. Amma dəstəsi ilə birlikdə dövlət büdcəsinə külli-miqdarda ziyan vurmaqda davam edir, özünə və ətrafına dəyəri yüz minlərlə ölçülən əmlaklar alır.

Qeyd edək ki, Aktualinfo.org bir müddət əvvəl “Azərenerji” ASC Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində rəhbərliyə başladıqdan sonra Üzeyir Yusifovun əldə etdiyi milyonlarla manat dəyəri olan daşınmaz əmlaklarla bağlı məlumat yaymışdı. Verilən ən son məlumatlarda isə onun yeni əmlaklarının bir neçəsinin fotosu göndərilib və Üzeyir Yusifovun 2015-ci ilə qədər ailəsi ilə birlikdə yaşadığı Sabunçu rayonu 3 saylı xəstəxananın yanındakı köhnə binadakı 2 otaqlı təmirsiz evlə müqayisə edilir.

Ardını oxu...
Üzeyir Yusifovun 2018-ci ildən əvvəl və sonra sahib olduğu əmlakların siyahısını bir daha diqqətinizə çatdırırıq.
Ardını oxu...
Ardını oxu...
Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280 000 manat olan 4 otaqlı mənzil,

Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440 000 manata aldığı 4 otaqlı, 165 kv.m sahəsi olan təmirli mənzili,
Bakının Binəqədi rayonu, Novxanı qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500 000 mant olan iki mərtəbəli villası,
Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.
Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200 000 manata aldığı Rang Rover avtomobili,
2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili,
Kürəkəninə aldığı 2020-ci il buraxılışlı 99 CY 199 nömrəli MERCEDES avtomobili,
CİP Camar markalı avtomobili,
2019-cu il burxılışlı KİA STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,
Hazırda yeni 2022-ci il buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.
Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600 000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan “AY Beauty Gallery” gözəllik salonu.,
Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500 000 manat dəyəri olan mənzili,
2024-cü ildə həyat yoldaşı Suğra Yusifovanın adına sənədləşən Mingəçevir şəhərinə bir neçə km qalmış, yolun sağında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində tikilməkdə olan 2 ədəd ikimərtəbəli villalar.
Qeyd edək ki, Üzeyir Yusifovla bağlı məlumatlar bunlarla bitmir. Son zamanlar elektron mediada yayılanları təkrar etmək istəməzdik. Amma xatırlatmaq istərdik ki, Üzeyir Yusifovun xanım işçilərə (bəzilərinin adı mediada hallanıb) aldığı bahalı hədiyyələrdən “Azərenerji” ASC-nin bütün işçıləri, sıravisindən tutmuş vəzifəlisinə qədər, Şirvandan tutmuş, Mingəçevirə qədər hamı bilib. Təbii ki, bəzi məlumatlar aidiyyatı dövlət qurumları tərəifndən Baba Rzayevə çatdırıldıqda, sədr tədbirlər görüb, Üzeyir Yusifovun İdarədə geniş şəraitlər yarıtdığı xanım artıq işdən çıxarılıb. Ən son məlumata görə isə rəis indi də Mingəçevir şəhərində başqa bir xanıma ev alıb.

Hələ bir neçə ay əvvəl Üzeyir Yusifovla bağlı qalmaqallı məlumatların mediada yayılması Baba Rzayevin qəzəbinə tuş gəlmişdi. Amma maraqlıdır ki, Baba Rzayev 4-5 ildir vəzifəyə təyin edilmiş Üzeyir Yusifovun topladığı milyonlarla manatlıq var-dövlətin haradan, hansı yollarla əldə olunmasına nədənsə qəzəblənməyib. Yuxarıda qeyd etiyimiz kimi Üzeyir Yusifova bütün bu kimi özbaşınalıqları törətməyə şəraiti həm də ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin yartdığı söylənilir. Verilən ən son məlumatlarda hətta qeyd edilir ki, vitse-prezident Ziyəddin Quliyevin göstərişi ilə işə götürdüyü bir xanımı Üzeyir Yusifov son bir ildə şəxsi vəsaitləri hesabına bir neçə dəfə Türkiyənin bahalı otellərində istirahətə göndərib. Hardandı Üzeyir Yusifovda bu qədər pul?

Redaksiyamıza fotosu ilə bərabər verilən ən son məlumatların biri də Üzeyir Yusifovun rəhbərlik etdiyi idarədə pulu hansı yollarla qazanması barədədi. Məlumatlı şəxsin dediyinə görə foto Üzeyir Yusifovun masasının üstündə olub, hansısa maliyyə əməliyyatının iki variantda hesablanmasıdır. Yəni, birinci variantda nə qədər vəsait silmək olar, bir də ikinci varintda.
Ardını oxu...
Dövlətin təmir-tikinti, quraşdırma işləri üçün “Azərenerji”yə ayırdığı pulların bu şəkildə talan edilməsinə, şəxsi məqsədlərə, bahalı hədiyyələrə xərclənməsinə Üzeyir Yusifova kim səlahiyyət verib?

Qeyd edək ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Korporativ Etika Qaydaları müəyyən edib. Cəmiyyət daxilində Korporativ Etika Qaydalarının məqsədi yüksək etik davranış standartlarının tətbiqinə nail olmaq; “Cəmiyyət” daxilində etik davranışı həvəsləndirmək və qeyri-etik davranışa görə cəzalandırmaq; rəhbərlikdə olanlar və işçilər tərəfindən yerinə yetirilməli olan müvafıq standart və davranışa əsaslanan etik davranışı “Cəmiyyət” daxilində inkişaf etdirməkdir.
“Cəmiyyət”in önəm verdiyi dəyərlərə diqqət yetirək. “Cəmiyyət” bütün daxili və xarici əlaqələrində öz öhdəliklərini bu dəyərlərə əsaslanaraq yerinə yetirir: şəffaflıq, məsuliyyət, səmərəlilik, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, İnsan hüquqlarına hörmət; Biznesin vicdanlılıq və ədalətlilik çərçivəsində həyata keçirilməsi, rüşvət və
korrupsiyanın və ya oxşar qəbul olunmaz işgüzar təcrübənin rədd edilməsi və işgüzar ənənədən irəli gələn və əhəmiyyətsiz olduğu və nadir hallarda baş verdiyi hallar istisna olmaqla hədiyyənin verilməsi və qəbul edilməsindən imtina.

İndi, buradan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevə sual vermək istərdik. Enerji İstehsalı Operatorunun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifovun bu əməlləri “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə nə dərəcədə üst-üstə düşür.
 
Ardını oxu...
 
“Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçədə məhəlləarası yollar bərbad vəziyyətdədir. Şəxsən özüm qonşularla birlikdə 2 dəfə Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qəbulunda olmuşam. Məhəllənin işıqlandırılmasını özümüz xərc çəkib etmişik. Onların quraşdırdığı işıqlar yanmırdı. 200-300 manatdan yığıb kanalizasiya xəttimizi düzəltmişik. Ondan sonra yollara asfalt qırıntısı alıb tökmüşük. Süleyman Mikayılov dedi ki, siz yolun alt hissəsini bərkidin, biz asfalt çəkərik. Bezmişik bu şəxsin əlindən, cana yığılmışıq. Yalandan vədlər verir, heç bir iş görmür. 1 aydır yağış yağmır, amma bizim məhəllədə su qurumur. Bərbad haldadır”
Ardını oxu...
Bunu Moderator.az-a Lökbatan qəsəbə sakini, şikayətçi Cəlal Ağamalıyev deyib. Daha sonra həmin küçənin digər sakini əlavə edib:
 
“COP-29-a görə yalandan gəlib binanı ağardıb getdilər. Dedilər ki, sizin məhəlləyə də baxacağıq. Yenə də aldatdılar bizi. Bizdə problemlər bitib-tükənmir. Yol, işıq, kanalizasiya problemləri var. Ən əsası və vacibi yoldur. Bundan əlavə sahibsiz itlər də çoxdur. Günün günorta çağı, axşamın qaranlığında it əlindən hərəkət etmək olmur. Bir neçə dəfə sakinlərə hücum edib. Həyatımız təhlükədədir. Lökbatan qəsəbəsini yaddan çıxarıblar. Elə bil ki, belə bir qəsəbə yer üzündə yoxdur. 15-20 gündən bir İcra Hakimiyyətində görüş keçirilir. Yalandan hesabat verirlər ki, filan yer düzəldilib, bəhmən yer düzəldilib. Yalandan niyə məlumat verirsiniz ki? Artıq hər müraciətimiz cavabsız qalır” deyə şikayətçi iddia edərək bildirib.
 
P.S. İddialarla bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi qanda insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi və İİV infeksiyası ilə mübarizə aparmaq məqsədilə birdəfəlik istifadə vasitə və malların satınalınması üzrə 09.12.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “DADAŞ-N” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 424.012,94 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırırlır. Məlumat dövlət satınalmalarının internet portalında 23.01.2025-ci ildə dərc edilib.

Müsabiqənin şərtlərinə görə “DADAŞ-N” MMC QİÇS-lə Mübarizə Mərkəzini daşıyıcı parcalı loqolu 40 ədəd, kepka loqolu orta 50 ədəd, birdəfəlik istifadə vasitə (N3) 90 000 paçka, xüsusi loqolu cap edilmiş yazili fincan 5 ədəd, loqolu yazı koynək 50 ədəd kimi mallarla təchiz etməlidir.

Bundan əlavə Respublika QİÇS-lə Mübarizə Mərkəzi insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə işinin təkmilləşdirilməsi və profilaktikası məqsədilə malların satınalınması üzrə 10.12.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “GLOBAL STATIONERY OFFICE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 198.075,39 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırırlır. Məlumat dövlət satınalmalarının internet portalında 23.01.2025-ci ildə dərc edilib.

Bu müsabiqənin şərtlərinə görə “GLOBAL STATIONERY OFFICE” MMC QİÇS-lə Mübarizə Mərkəzini “Məlumat yazılı nişan yaxalıq” 18.200 ədəd, “Xüsusi loqo yazılı qovluq tipli çanta” 18.800 ədəd, iki tərəfli yazılı gel qələm 22.250 ədəd, “Xüsusi yazı məlumatlı qeydiyyat bloknot” 19.500 ədəd kimi mallarla təchiz etməlidir.

Bu məlumatlardan da göründüyü kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzi yuxarıda qeyd etdiyimiz şirkətlərlə bir gün ərzində ümumi dəyəri 622 088 manat dəyəri olan iki satınalma müqaviləsi bağlamağa hazırlaşır.

İndi gəlin QİÇS-lə Mübarizə Mərkəzinin aldığı altı yüz min manatdan çox dəyəri olan mallara nəzər salaq. Hesablasaq ən keyfiyyətli 40 ədəd parcalı loqolu daşıyıcının, 50 ədəd loqolu kepkanın, 5 ədəd xüsusi loqolu fincanın, 50 ədəd loqolu koynəyin qiyməti 3-4 min manat etməz. Mərkəzin almaq istədiyi 90 000 paçka birdəfəlik istifadə vasitəsi (N3) isə qarışıq kontraseptivlər və estrogenlərlərdir. “Aptekonline.az” dərman çatdırılma xidmətinin saytında (N3) 1 paçka kontraseptivin (prezervativ) qiyməti 1-5 manat arası dəyişir. Əgər topdan alınarsa bu qiyməti xeyli aşağı da salına bilər. İndi kim zəmanət verə bilər ki, “DADAŞ-N” MMC 1 mantlıq vasitəni QİÇS-lə Mübarizə Mərkəzinə 3 manata, yaxud da 2 manatlığı 4 manata satmayacaq.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DADAŞ-N” (VÖEN:4401087631) Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.10.2016-cı il tarixdə Qarabağ Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanının AĞDAM RAYONU, AĞDAM ŞƏHƏRİ, 20 YANVAR KÜÇƏSİ , ev Ağdam Sənaye Parkı, qanuni təmsilçisi kimi isə Dadaşov Nəsimi Cəfər oğlu qeyd olunub. MMC-nin ilk hüquqi ünvanı QƏBƏLƏ RAYONU, VƏNDAM kəndi olub.

“DADAŞ-N” MMC daha çox yumşaq inventarlar və xüsusi geyimin satınalınması ilə məşğuldur. Mətbuata yayaılan məlumata görə MMC-nin direktoru Nəsimi Dadaşov 1995-ci ildən fəaliyyət göstərən müəssisənin Azərbaycanda sənaye üsulu ilə xalça istehsalını həyata keçirən yeganə şirkət olduğunu vurğulayıb. Maraqlıdır şirkət 1995-ci ildən fəaliyyət göstərirsə nədən Vergi Xidmətinin məlumatlarında 2016-cı ildə qeydiyyata alındığı göstərilir.

Ötən ilin martında yayılan digər bir məlumata görə “DADAŞ-N” MMC-nin qanuni təmsilçisi və direktoru Dadaşov Nəsimi Cəfər oğlu Ağdam Sənaye Parkında özünə məxsus olan iplik və xalça fabriki inşaa etdirir. İş adamı ölkəmizdə iş icazəsi olmayan İran İslam Respublikasının vətəndaşı Nikrouz Forouzandehi həmin fabrikinin memarı və layihə rəhbəri kimi çalışdırıb. Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən şirkətin sahibinə İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Nəsimi Dadaşov İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib və 15.000 manat məbləğində cərimə edilib. Qeyd edək ki, Dadaşov Nəsimi Cəfər oğlu bundan başqa “BARAMA-N”, “SASAR İSTEHSAL MALLARI”, “NƏSİMİ 1965″ ,”SARAR İSTEHSAL MALLARI” MMC-lərin də qanuni təmsilçisidir.

QİÇS-lə Mübarizə Mərkəzinin iki yüz min manata yaxın vəsait ayırdığı digər satınalmada da şübhəli məqamlar çoxdu. Mərkəz 18.200 ədəd məlumat yazılı nişan yaxalıq almaq istəyir ki, “umico” marketdə müxtəlif ölçülərdə yazılı yaxa nişanlarının qiyməti 45 qəpikdən başlayaraq 2 manata qədər dəyişir. “Antaris” ofis ləvazimatları mağazasında qovluq tipli çantaların qiyməti isə 5-12 manat arası dəyişir.”Libraf” mağazalarında isə iki tərəfli yazılı gel qələmin qiyməti 32 qəpokdən başayıb 1,10 manata qədər dəyişir. “Antaris” ofis ləvazimatları mağazasında qeydiyyat bloknotların qiyməti səhifəsinə görə 6 manatdan 30 manata qədər qədər dəyişir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GLOBAL STATIONERY OFFICE” (VÖEN:1405058441) Məhdud Məsuliyyətli Cəmiyyətinin12.02.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ,BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV, ev 15, m. 24, qanuni təmsilçisi kimi isə Cavadov Mayıl Pərviz oğlu qeyd olunub.

MMC daha çox dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə məşğuldur. Yalnız 2024-cü ildə bir çox dövlət qurumlarının keçirdiyi 60-dan çox açıq tender və kotirovka sorğularının qalibi olub. Respublika QİÇS-lə Mübarizə Mərkəzi sözügedən MMC ilə 291.723,02 manat məbləğində 15.02.2024-cü ildə, 29.172,02 manat məbləğində 14.05.2024-cü ildə də iki satınalma müqaviləsi bağlayıb. Topdan dəftərxana ləvazimatı satışı ilə məşğul olan bu MMC-nin nə saytı aktiv deyil. Marsol qrupun məlumatlarında MMC -nin 12-dən artıq xarici şirkətlərin təmsilçisi olduğu göstərilir. Ünvaı isə Sədərək TM şirniyat sıra 11 mağaza 71-73-də yerləşir.

Göründüyü kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzi “DADAŞ-N” və “GLOBAL STATIONERY OFFICE” MMC-lərlə hələ pərakəndə satış qiymətləri ucuz olan mallara ümumi dəyəri 622 088 manat vəsaiti bir gün ərzində ayırıb. Yüz minlərlə manat dövlət vəsaitinin bu kimi malların alınmasına ayrılmasını mütəxəsislər hesablasa daha yaxşı olardı. Amma qiymətlərin şişirdildiyi də burada açıq-aydın görsənməkdədir.

Qeyd edək ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədovdur. O, bu vəzifəyə 02 sentyabr 2021-ci ildə hələ səhiyyə nazirinin birinci müavini olarkən Teymur Musayevin əmri ilə təyin edilib.

/Aktualinfo.org
 
 

 


Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyədən olan bir qrup müəllim və inzibati heyətlə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, satınalma müqaviləsinin imzalandığı şəxslər Türkiyənin Ege Universitetinin əməkdaşlarıdır.
Qeyd edək ki, müqavilənin bitmə tarixi bu ilin sonuna nəzərdə tutulur.
Dövlət Aqrar Universitetinin müqavilə imzaladığı şəxslər və onlara ödəniləcək məbləğ belə olacaq:
Edip Açıl – 26 746,68 manat;
Zülal Metiner – 13 373,28 manat.

Məlumat üçün onu da bildirək ki, Dövlət Aqrar Universiteti ötən il ərzində də Türkiyənin Ege Universitetinin əməkdaşları ilə çoxsaylı satınalma müqavilələri imzalayıb. Bu müqavilələrin bəziləri il ərzində eyni müəllimlə təkrar imzalanıb.
- Dövlət Aqrar Universiteti 12.11.2024-11.01.2025-ci il tarixləri üçün imzaladığı müqavilələr və əcnəbi müəllimlərə ödənilən vəsait:
Mustafa Gümüş – 16 048 manat;
Uğur Çakaloğulları – 16 048 manat;
Hakan Fethi Geren – 16 048 manat;
Arif Behiç Tekin – 16 048 manat;
Alayunt Nezahat Fazilet – 16 048 manat;
Akif Ferit Turanlı – 16 048 manat;
Betül Kamer Özer – 16 048 manat;
Tuncay Günhan – 16 048 manat;
Murat Boyacı – 16 048 manat;
Arzu Yazğı – 16 048 manat;
Ersin Firdevs – 16 048 manat;
Mahmut Tepecik – 16 048 manat;
Lütfü Ömer Elmacı – 16 048 manat;
Hatice Gürgülü – 16 048 manat.

- Dövlət Aqrar Universiteti 14.09.2024-12.11.2024-cü il tarixləri üçün imzaladığı müqavilələr və əcnəbi müəllimlərə ödənilən vəsait:
Hülya İlbi – 15 780,53 manat;
Aliye Yıldırım – 15 780,53 manat;
Sait Engindeniz – 15 780,53 manat;
Sezai Delibacak – 15 780,53 manat;
Pervi Kınay – 15 780,53 manat;
Galip Kaşkavalcı – 15 780,53 manat;
Vedat Demir – 15 780,53 manat;
Emrah Özçakal – 15 780,53 manat;
Gölçen Yönter – 15 780,53 manat;
Ahmet Hatipoğlu – 15 780,53 manat;
Gülsüm Öztürk – 15 780,53 manat;
Harun Yalçın – 15 780,53 manat.

- Dövlət Aqrar Universiteti 29.04.2024-31.12.2024-cü il tarixləri üçün imzaladığı müqavilələr və əcnəbi müəllimlərə ödənilən vəsait:
Galip Kaşkavalcı – 13 373,33 manat;
Saner Gamze – 13 373,33 manat;
Hüseyn Yurdem – 13 373,33 manat;
Harun Yalçın – 13 373,33 manat;
Ali Kılınc – 13 373,33 manat;
Füsun Çam – 13 373,33 manat;
Cem Karagözlü – 13 373,33 manat;
Süleyman Türkseven – 13 373,33 manat;
Erhan Akkuzu – 13 373,33 manat;
Brcip Tosun – 13 373,33 manat;
Gürman Asuman Şahin – 13 373,33 manat;
Mehmet Ali Arif – 13 373,33 manat;
Behcet Kır – 13 373,33 manat;
Deniz Eroğlu – 13 373,33 manat;
Turqay Taşkın – 13 373,33 manat;
Oya Özbakir – 13 373,33 manat;
Serra Hepaksoy – 13 373,33 manat;
Uğur Çakaloğulları – 13 373,33 manat;
Atıl Hülya – 13 373,33 manat;
Serdar Gökhan Şenol – 13 373,33 manat;
Arzu Yazğı – 13 373,33 manat.

- Dövlət Aqrar Universiteti 11.03.2024-31.12.2024-cü il tarixləri üçün imzaladığı müqavilələr və əcnəbi müəllimlərə ödənilən vəsait:
Edib Açıl – 26 746,68 manat;
Zulal Metiner – 13 373,28 manat.

- Dövlət Aqrar Universiteti 13.02.2024-13.04.2024-cü il tarixləri üçün imzaladığı müqavilələr və əcnəbi müəllimlərə ödənilən vəsait:
Oktay Yerlikaya – 12 240 manat;
Mustafa Özgür Tatar – 12 240 manat;
Vedat Demir – 12 240 manat;
Tuncay Günhan – 12 240 manat;
Sinan Akgöl – 12 240 manat;
Öztekin Gölgen Bahar – 12 240 manat;
Özgür Avşar – 12 240 manat;
Mustafa Gümüş – 12 240 manat;
Murat Kılıç – 12 240 manat;
İştipliler Deniz – 12 240 manat;
İbrahim Duman – 12 240 manat;
Hatice Özaktan – 12 240 manat;
Hakan Adanacıoğlu – 12 240 manat;
Hakan Geren – 12 240 manat;
Hasan Kağan Yayla – 12 240 manat;
Fulsen Özen – 12 240 manat;
Halil Baki Ünal – 12 240 manat;
Figen Kırkpınar – 12 240 manat;
Dal Fadime – 12 240 manat;
Çiğdem Takma – 12 240 manat;
Aykut Güvensen – 12 240 manat;
Arif Behiç – 12 240 manat;
Ahmet Hatipoğlu – 12 240 manat.
 
Ardını oxu...
"Ucar rayon Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov dövlətə məxsus böyük su boruluranı satmaqla məşğuldur". "DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən rayondan edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra bildirir: "Artıq çoxlu sayda böyük həcmli su boruları satılmaq üçün yerlərdən qazılaraq çıxarılıb idarənin (su anbarının) həyətinə yığılıb.
Zaur Əzizovun özü ilə vəzifəyə gətirdiyi Zərdab rayon sakini Ceyran Miraslanlı operator vəzifəsində işləsə də, müdir müavini Zaur Əzizovun yanında oturub bütün işlərə nəzarət edir. Belə getsə Ucarda su boruları qalmayacaq....
Ardını oxu...
Zaur Əzizov vəzifəyə gəldiyi ilk gündən Ucar rayonunda suyun verilməsi azaldılıb abonentlərdən əlavə pullar tələb olunur. Sayğaclara müdaxilələr edilir ki, bu yolla vətəndaşların cibini soya bilsinlər.Ucar Su Meliorasiya Sistemləri Birliyinin bütün texnikaları hər gün xalturaya cəlb edilir. Əldə edilən pullar Zaur Əzizov tərəfindən bölünür.
Qeyd edək ki, Ucar Su Meliorasiya Sistemləri Birliyinin müdiri Müşfiq Məmmədov rayon icra başçısı Mənsur Məmmədovun qardaşıdır.Zaur Əzizovun isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Zaur Mikayılovun adamı olduğu deyilir. Elə bu səbəbdəndir ki, Zaur Əzizov müdiri Müşfiq Məmmədovu saya salmır idarədə əməlli-başlı hegomonluq edir.
Ardını oxu...
Ucar rayonunda suvarma sistemləri bərbad vəziyyətdədir, su kanalları vaxtlı -vaxtında təmizlənmir. İdarəyə ayrılan yanacaqlar və digər vəsaitlər satılaraq talan edilir. İllərlə təmizlənməyən kanalların ildə bir- neçə dəfə təmzilənməsinə dair saxta sənədləşmələr aparılaraq dövlətin ayırdığı vəsaiti mənimsəyirlər.
Buna görə də hüquq mühafizə orqanları Ucar Su Meliorasiya Sistemləri Birliyinin fəliyyətini araşdırıb qanunu tədbirlər görməlidilər..."
 
Ardını oxu...
Yanvarın 23-ü səhər saatlarında Bakıda, 212 saylı məktəbdə valideyn İlahə Hüseynova təhsil ocağının direktoru və adıçəkilən müəssisədə mühafizəçinin hücumuna məruz qaldığını iddia edir.

Lent.az xəbər verir ki, bu barədə “Hörümçək TV”-yə məktəb rəhbərinin, direktor müavini və mühafizəçinin hücumuna məruz qaldığını söyləyən İlahə Hüseynova məlumat verib.

Valideyn İlahə Hüseynovanın iddiasına görə, bu gün səhər 212 saylı məktəbə çağırılıb.

Övladının sinif rəhbərinin çağırışı ilə təhsil ocağına gələn valideyn burada hücuma məruz qaldığını dilə gətirib:

“Övladım Nərimanov rayonunda yerləşən 212 saylı məktəbin rus bölməsində təhsil alır. Yeddinci sinifdə təhsil alan Markov Məmmədxan Alekseyeviçin anasıyam. Bu səhər qızımı aparıb məktəbə düşürdüm. Qızım birinci növbədə təhsil alır. Saat 9-da gördüm oğlumun sinif rəhbərindən – Nüşabə Qasımovadan mənə mesaj gəlib. Mesajda qeyd olunurdu ki, bütün müəllimlər, valideynlər Məmmədxandan şikayətçidirlər və Məmmədxan təcili şəkildə məktəbdən çıxmalıdır. Mən də bir ana, valideyn olaraq sinif rəhbərinə səs atdım ki, Nüşabə müəllimə indi özümü məktəbə çatdırıram. İşdə də ola bilərdim, sonra da gedərdim, amma valideyn kimi məsuliyyət daşıyıram, getdim”.

Valideyn İlahə Hüseynovanın iddiasına görə, hadisələr elə bu zaman özünün kuliminasiya nöqtəsinə çatıb:

“Oğlumun sinif rəhbərinə dedim ki, kimlər, hansı müəllimlər Məmmədxandan şikayət yazıblarsa, çağırın, söhbət edək. Görək, uşağın problemi nədir?! Müəllim dedi ki, vaxtım yoxdur, mən səni çağırmamışam. Cavab verdim ki, necə çağırmamısınız, axı, siz mənə səsli mesajlar göndərmisiniz?! Biz dəhlizdə söhbət edirdik. Bir az emosional danışırdım, çünki iki gündən bir məni məktəb direktorunun otağına çağırırdılar. Övladım cinayət törətməyib, heç kimin uşağına sataşmayıb, kiminsə cibinə girərək pul oğurlamayıb. Heç kimi təhqir etməyib. Bu barədə direktor Sevil Cavadovaya məlumat verdilər. Direktor da bayıra çıxdı və möhkəm şəkildə əlimdən tutaraq məni itələdi. Ona dedim ki, niyə məni bayıra çıxarırsınız, mən sizin yanınıza söhbətə gəlmişəm. Bildirdim ki, gedək otağınıza, orada söhbət edək. Gördü ki, mən yerdən bərk yapışmışam, çıxmaq istəmirəm. Bu zaman məktəbin direktoru mühafizəçini çağırdı ki, gəlib ona kömək etsin. Sonra məktəbin qapısını bağladılar (ağlayır-T.T), sonra məktəbə gələn uşaqlara dedilər ki, içəriyə arxa qapıdan keçsinlər. Mühafizəçi ilə birlikdə məni itələyə-itələyə bayıra çıxardılar”.

İlahə Hüseynova iddia edir ki, bu zaman ona zor tətbiq edənlər daha aşağılayıcı hərəkətlər ediblər:

“Saçımdan tutub itələdilər. Bu zaman kofta əynimdən elə çıxdı ki, iç paltarım görsəndi. Bütün bunlar şagirdlərin gözünün qarşısında baş verdi. Çünki tənəffüs idi. Müəllimlər də baş verənləri gördülər. Məni məktəbdən bayıra atdılar. Məktəbin qapısını da, darvazanı da bağladılar. Bir valideyn olaraq məni niyə bayıra atırlar, səbəbi nədir?! Mənə əl qaldırdılar, döydülər. Axı, mən ora adam döyməyə, təhqir etməyə gəlməmişdim?! Özümü çox pis hiss edirəm, rahat danışa bilmirəm, üzr istəyirəm. Direktor dedi ki, sən yüksək tonla danışırsan və mənim sakitliyimi pozursan (yenə ağlayır). Direktor mənə dedi ki, məni başqa direktorlarla səhv salma, halbuki, 8 ildir həmin məktəbdə 3 uşağım təhsil alır. Bu günə qədər heç bir müəllimlə, direktorla problem yaşamamışam”.

İlahə Hüseynovanın redaksiyamıza göndərdiyi şəkillərdən belə aydın olur ki, Məmmədxan Markov fəal şagirdlərdəndir. Sinif rəhbəri ilə çəkdirdiyi fotolarda yaxasından xeyli medal asıldığı, əlində “Diplom”, “Fəxri fərman” tutduğu görünür.

Məmmədxanla sinif rəhbəri burada qalsın, indi sizə kimdən deyim, nədən danışım – məktəb direktoru Sevil Cavadovadan və onun bizə söylədiklərindən...

Məsələ ilə bağlı qarşı tərəfin – 212 saylı təhsil ocağının direktoru Sevil Cavadova ilə əlaqə saxlayıb onun mövqeyini öyrənməyə çalışdıq. Amma ilk cümləsindən hiss olundu ki, məktəb direktoru sualımızdan yayınmağa çalışır:
- Sevil xanım, salam!
- Salam!
- Sizi narahat edən “Hörümçək TV-dən Turaldır.
- Buyurun.
- Valideyn İlahə Hüseynova redaksiyamıza müraciət ünvanlayıb. Bu gün siz və müavininiz tərəfinizdən təhqir olunduğunu, döyüldüyünü iddia edir. Məsələyə münasibətinizi öyrənmək istəyirik.
Bir neçə dəfə imzamı və əməkdaşı olduğum “Hörümçək TV”-nin adını təkrarlayır. Məktəb direktoru sanki hansı cavabı verəcəyi ilə bağlı “vaxt udmağa” çalışırdı. Müəyyən qısa sükutdan sonra telefonun o başından məktəb rəhbərinin səsi eşidilir:
- Hazırda bələdiyyə seçkiləri ilə bağlı işdə deyilik. Seçkidə məntəqə sədri kimi fəaliyyət göstəririk. Təfərrüat öyrənildikdən sonra sizə məlumat verilər.
- Müəllim, valideyn sizi şəxsən ittiham edir. Yəni əsas ittiham olunan tərəf sizsiniz. Hansı təfərrüatı nəzərdə tutursunuz?
- Təfərrüatı öyrənib sizə məlumat verərik, təşəkkür edirəm – deyib, valideyn döyməkdə ittiham olunan məktəb direktoru telefonu üzümüzə söndürür.

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Bakıda fəaliyyət göstərən “Evim” uşaq bağçasının müdiri dələduzluqda ittiham edilir. Yanvarın 22-də Bizim.Media-da ““Evim” uşaq bağçası ilə bağlı QALMAQAL – Müdir işçidən xəbərsiz adına KREDİT GÖTÜRÜB?” başlıqlı yazı dərc ediləndən sonra redaksiyamıza sözügedən bağçanın daha bir neçə işçisi müraciət edərək, onların da adına kredit götürüldüyünü iddia ediblər.

Onların bildirdiklərinə görə, bağça müdiri Xanım Əliyeva Rüxsarə Əliyevadan əlavə, bağçada işləyən daha 6 nəfərin adına da onlardan xəbərsiz “Azpulmat” və “Manato” kredit təşkilatı vasitəsilə kredit götürüb.

Həmin 6 nəfərdən biri, “Evim” uşaq bağçasında müəllim işləmiş Səbirə Nəcəfovadır. O bu gün öyrənib ki, adına “Azpulmat”-dan 70 manat, “Manato”-dan isə 235 manat kredit götürülüb.

Səbirə Nəcəfova Bizim.Media-ya açıqlamasında deyib ki, zərərçəkən Rüxsarə Həsənova vəziyyət barədə onu xəbərdar edib, o da bundan sonra “MilliÖn” aparatından borcunun olub-olmadığını yoxlayıb, görüb ki, adına 98 manat 51 qəpik borc var. Bu gün isə “Azpulmat”-ın ofisinə gedərək məlumatı dəqiqləşdirib və məlum olub ki, 14 noyabr 2024-cü ildə adına kredit götürülüb”.

Səbirə Nəcəfova da krediti Xanım Əliyevanın götürdüyündən əmindir. Çünki təşkilat ona pulun götürüldüyü gün təqdim olunan şəkillərini göstərib. Səbirə Nəcəfova görüb ki, bu müdirin otağında çəkilən fotolardır.

“Ötən ilin oktyabr ayından həmin bağçada işləyirdim. Xanım Əliyeva noyabrın 14-ü otağına çağırıb dedi ki, işlə bağlı müqavilə üçün SİMA proqramından qeydiyyatdan keçməliyik, şəxsiyyət vəsiqəsinin və mənim şəklimi çəkdi. Daha sonra isə müqavilənin yenilənməli olduğunu, diplomun şəklinin düşmədiyini və s bahanələr deyərək məni yenidən otağına çağırıb şəklimi çəkdi. Pulu həm mənim nömrəmlə, həm də mənim telefonumla götürüb. Çünki telefonu məndən alıb dedi ki, şifrəsini aç burada qalsın, mən qeydiyyatı həll edəcəm. Sən də get, uşaqlarla maraqlan. Mən də müqaviləni həll edəcəyi üçün güvəndim, telefonu orada qoydum.

Telefonuma “Azpulmat”-dan şifrə də gəlib, o özü həll edib, mesajı silib. Mesajlar bölməsinə baxdım, şifrənin gəldiyi mesajı tapa bilmədim. Təxmini dekabr ayının sonu, yanvar ayının əvvəli yenidən otağına çağırdı. Mənə dedi ki, müqaviləni yeniləyirik, bu dəfə isə şəklimi öz telefonuyla çəkdi. Şəxsiyyət vəsiqəmi üzümün yanında tutmağımı, sağa-sola baxmağımı istədi”.

“Bəs sizin nömrənizlə qeydiyyatdan keçilibsə, borc ödənmədiyi günlərdə sizə zəng gəlməyib” sualına gəlincə Səbirə Nəcəfova “əlavə məbləğ ödənərək tarix uzadıldığı üçün mənə zəng edilməyib”,-deyə müsahibimiz açıqlayıb.

Səbirə Nəcəfovanın sözlərinə görə aylardır əməkhaqqı almır, üstəlik aldadıldığını bildiyi üçün bu gün işdən ayrılıb:

“Azpulmatın ofisindən çıxdıqdan sonra bağçaya getdim, çünki hələ də orada işləyirdim. Amma bu hadisədən sonra bu gün işdən çıxdım. Bağçada dedilər ki, müdir xəstədir gəlməyib. Ancaq anası Leyla Əliyeva orada idi, deyilənə görə, onun bu olanlardan xəbəri yoxdur. Bizə dedi ki, borcunuz bu gün ödəniləcək, sabah isə 2 aydır atılmayan maaşınız köçürüləcək. Çünki maaşım ən son noyabr ayında ödənib. Digər işçilərdən 3-4 aydır ki, maaşını almayanlar var.

Orada aşpaz işləmiş Yeganə xanımla danışdım, onun adını “Azpulmat”-da yoxladıq, borc çıxmadı. Ancaq “Manato”da 352 manat 88 qəpik məbləğdə borcu var. Müdirə zəng etdim və haqqımı tələb edəcəyimi bildirdim. İşçilərin tez-tez işdən çıxmasının səbəbi maaşların gecikdirilməsidir. Çıxanların da maaşlarını vermədən yola salır”.

Xatırladaq ki, Xanım Əliyeva dünən saytımıza açıqlamasında iddiaları rədd etsə də, sonradan şikayətçi Rüxsarə Həsənovanın adına olan borcu ödəyib. Bu gün isə Səbirə Nəcəfovayla danışarkən əməli boynuna alıb. Hətta gün ərzində hər kəsin borcunu ödəyəcəyini vəd edib.

Maraqlıdır, Xanım Əliyeva 6 nəfərin adına xırda məblğlərdə niyə kredit götürüb? Məqsədi nə olub?

Bu suallar açıq qalır...

Onu da bildirək ki, ötən gün sözügedən məsələ ictimailəşdiyinə görə Xanım Əliyeva “İnstagram”dakı səhifələrində “Evim” uşaq bağçasının adını dəyişərək, “Nağıllar dünyası” adı ilə əvəzləyib. Bu gün müdirin valideynlərə verdiyi məlumata əsasən isə bağça sabahdan fəaliyyətini dayandırır.

Qeyd edək ki, şikayətçilərin bir neçəsi artıq hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət ediblər.

Yazıda qarşı tərəfin növbəti dəfə mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Neçə müddətidir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasovun həm səhhətindəki problemlər, həm də sosial durumu ictimai müzakirəyə çıxarılsa da, nədənsə bu məsələdən daha çox qayğılanmalı, narahat olmalı olan əlaqədar simalar hansısa tədbirə əl atmağa maraq belə göstərmirlər. Əvəzində öz həyatlarına - əvvəlki YEYİNTİ ab-havasına davam edirlər.

"DİA-AZ" olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Ramiz Mehdiyev ənənələrinin günü bu gün də yaşadığını, müxtəlif bəhanələrlə pulsilmə mahiyyətli tədbirlərə xərclənən astronomik məbləğlərin fonunda AMEA çalışanlarının (təbii ki, bu ifadələr çirkaba bulaşmışlara aid deyil -red.) durumunun daha da gərginləşdiyin xüsusi şəkildə vurğulamışıq və davamlı olaraq bu mövzunu diqqətdə saxlayırıq. Amma faydası nədir?..

Yenə də AMEA-nın qocaman aKOMEDİK heyəti büdcə pullarını istədikləri kimi xırıd edirlər. Elə aşağıda təqdim edəcəyimiz fakt da əslində bu aKOMEDİK ÇAX-ÇUXUN bir nümunəsidir...

Verilən xəbərlərə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
"DİA-AZ" xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.
“Alov-Mühafizə” MMC 2025-ci il ərzində (12 ay) Akademiya şəhərciyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA “Alov-Mühafizə” MMC-yə 472 min 497 manat 49 qəpik ödəyəcək.
Qeyd edək ki, Akademiya şəhərciyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsinə ümumilkdə 42 nəfər cəlb olunacaq ki, onlardan 36-sı mühafizəçi, digərləri isə rəislər və paturullar olacaq.
Açıqlanan məlumatlardan da göründüyü kimi, hər bir mühafizəçiyə düşəcək orta aylıq məbləğ 937,5 manat olacaq.
Onu da qeyd edək ki, AMEA “Alov-Mühafizə” MMC ilə daha 2 müqavilə imzalayıb. Bunlardan biri Radiasiya Problemləri İnstitutunun, digəri isə Dendrologiya İnstitutunun mühafizəsi ilə bağlıdır.
“Alov-Mühafizə” AMEA Radiasiya Problemləri İnstitutunun mühafizəsini 18 nəfərlə təşkil edəcək və qarşılığında 144 min 7 manat 20 qəpik (bir nəfər 666,7 manat) alacaq. Dendrologiya İnstitutunun mühafizəsiylə üçün isə 7 nəfər cəlb olunacaq və 81 min 504 manat 96 qəpik (bir nəfər 970,3 manat) alınacaq.
AMEA-nın əvvəlki illərdə keçirdiyi analoji tenderlərdə də “Alov-Mühafizə” MMC qalib olub. Ötən il AMEA Dendrologiya İnstitutunun mühafizəsini təşkil etmək üçün “Alov-Mühafizə”yə builkindən az – 49 min 860 manat ödəyib.
Məlumat üçün bildirək ki “Alov-Mühafizə” MMC 21 aprel 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.
Mətbuatda yayılan sənədlərdən məlum olur ki, “Alov-Mühafizə” MMC-nin baş idarə rəisi Qasımov Etibar Ağahüseyn oğlu olub. Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən “Riyad Mühafizə Xidməti” və “Vətən-N Mühafizə Xidməti” MMC-lərin qanuni təmsilçisi olub.

Yuxarıdakı faktlardan və rəqəmlərdən də aydın olur ki, AMEA-nın aKOMEDİK rəhbərliyi üçün alimin bir mühafizəçi qədərində qiyməti yox imiş...
 
Ardını oxu...
“Təsəvvür edin, həkimə müraciət edirsiniz, o isə sizin sağlamlığınızla maraqlanmaq əvəzinə öncədən ödəniş tələb edir. Özü də qanunsuz formada, yəni kartdan karta köçürmə ilə”.

Baku TV-nin qaynar xəttinə belə bir şikayət gəlib.

Ginekoloq Yeganə Əliyeva ona müraciət edən xəstələrdən həkim qəbulu üçün ödənişi kartdan karta köçürmə ilə göndərməyi tələb edir, həm də müayinəyə gəlməzdən bir neçə gün əvvəl.

Y.Əliyevanın çalışdığı Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalından bildirilib ki, məsələnin onlara heç bir aidiyyəti yoxdur.

Hospitalda hərbi qulluqçuların tibbi təminatı və mülki şəxslərə göstərilən xidmətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən isə qeyd olunub ki, sözügedən hal araşdırılacaq.

Qanunvericiliyə əsasən, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000, ikinci dəfə 3 000, üç dəfə və daha çox yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti