Ardını oxu...
2-ci qrup əlil, Müdafiə Nazirliyinin təqaüdçüsü Əhmədov Vaqif Əlibaba oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Sumqayıt Kompressorlar zavodunda baş verən qanunsuzluqlardan yazan şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Sizin obyektivliyinizə tam əmin olaraq, Sumqayıt Kompressorlar zavodunun faciəsi barədə məlumat vermək istəyirəm. Zavod möhtəkirlərinin mənə, eləcə də aldıqları xəsərətə görə təqaüd həsrətində olan 60 nəfər işçinin başlarına gələnlər haqda danışmaqdan əvvəl, bu zavodun yaranma tarixi barədə qısaca məlumat verim.

Bakı Soyuducular İstehsalat Birliyi və onun tərkibində Sumqayıt Kompressorlar zavodunun 1969-cu ildə tikilib istifadəyə verilməsi, həmçinin Bakı Kondisionerlər Zavodunun, Qaradağ Dərin Özüllər zavodunun Azərbaycan Respublikasında inşa edilib istifadəyə verilməsi hələ Sovet dövründə Ulu öndər Heydər Əliyevin xalqımıza verdiyi ən gözəl töhfələrdəndir. Ancaq, görək, bu əmanətlər necə qorundu, müəssisələrin bu günki vəziyyəti necədir və konkret olaraq Sumqayıt Kompressorlar zavodu kimlər tərəfindən xarabalığa çevrildi...

Məsələn, müdafiə sənayesində istifadə üçün yararlı, yüz min tondan artıq çəkisi olan unikal dəzgahlar “metalloma” satıldı. Anbarlarda olan ehtiyat hissələri, avadanlıqlar və inşaat materialları talan edildi. Mənim Qazaxıstanın Aktau şəhərindən göndərdiyim inşaat materialları ilə tikilən yaşayış binalarının taleyi məlum deyil…

2007-ci ildə dövlət tərəfindən bizə müavinətlər ödənildi və iclas çağırıldı ki, zavod adı bizə məlum olmayan şəxslər tərəfindən özəlləşdirilir. Bildirdilər ki, biz özəlləşdirilmə çeklərimizi yeni rəhbərliyə təhvil edərək sahibkarlıq hüququ qazanacağıq və UVÇ-yə görə alacağımız təqaüdlər yeni sahibkarlar tərəfindən ödəniləcək.

Direktor vəzifəsinə Valeh Sadıqov təyin edildi, sahibkarlar və əlavə olunan şəxslərlə birlikdə İdarə Heyəti seçildi, zavod fəaliyyətini davam etdirdi. Valeh Sadıqov rəhmətə getdikdən sonra İskəndər Həmidov adlı şəxs direktor təyin edildi. Lakin onun rəhbərlik etdiyi müddətdə müəssisə xarabalığa çevrildi.

Yeri gəlmişkən, dəfələrlə onunla telefon əlaqəsi yaradaraq ağır vəziyyətdə olduğumu bildirmişəm. Məni yalanlarla aldadaraq, aradan çıxıb.

Alqı-satqıdan sonra yeni təyin edilmiş direktoru məhkəməyə dəvət ediblər. Bu zaman məlum olub ki, onlar müəssisənin 60 nəfərə əmək haqqı borcunu 2007-ci ildən ödəmədikləri barədə məlumat verməyib. 29.10.2024-cü il tarixində keçirilən iclas zamanı məlum oldu ki, köhnə səhmdarlar aksiyaları onlara satmış və vergiyə 50 000 AZN borc olduğunu bildirmişlər. Zavodun bizə hansı məbləğdə pul borclu olduğundan onların məlumatı yoxdur, həmin borcu ödəməkdən imtina edir və bizə məxsus aksiyaları 2 manatdan onlara satmağı təklif edirlər. Ölkədə bu qədər hərc-mərclik və nadanlıq olduğunu təsəvvür edə bilməzdim.

1988-ci il, dekabr ayının 8-nə qədər mən zavodda mexaniki təmir sexinin rəisi vəzifəsində çalışmışam. 1969-cu ildə fəaliyyətə başlayan zavod ilk dəfə 1988-ci ilin may ayından tam istehsal gücü ilə işləməyə başlayıb və ayda 94 000 ədəd kompressor istehsal edilib.

1988-ci il, dekabrın 7-də Ermənistan SSRİ-nin Leninakan-Spitak rayonlarında baş vermiş zəlzələ zamanı Azərbaycandan xilasetmə işləri üçün köməyə göndərilən 11923 saylı “polk”un tərkibində 1-ci rotanın siyası işlər üzrə müavini vəzifəsinə təyin edilib, Sovet ordusu tərkibində fəaliyyət göstərmişəm. Türküstan cəbhəsinin komandiri, ordu generalı Zaytsevin əmri ilə 11923 saylı “polk”un komandir əvəzi vəzifəsinə təyin edilmişəm. Xilasetmə işləri zamanı ermənilər tərəfindən vurularaq, İrəvan şəhərinə hərbi hospitala göndərilmişəm. Orada, bir gün əvvəl təyyarə qəzasından yeganə sağ qalmış xilas etdiyim Fəxrəddin Balayevlə birgə müalicə almışam.

Dekabr ayının 23-də Fəxrəddini müalicə üçün Moskvaya göndərdim və özüm Sumqayıta qayıtdım. Sumqayıt Bərpa Xəstəxanasının koordiologiya şöbəsində uzunmüddətli müalicədən sonra II qrup əlil kimi təqaüdə çıxdım. Zavod o zaman SSRİ Müdafiə Nazirliyinin tabeçiliyində olduğuna görə Azərbaycan Respublikasının Hərbi Komissarının müraciəti əsasında, aktla 80% təqaüdün ödənilməsini Həmkarlar Təşkilatının qərarı ilə zavod öz üzərinə götürdü.

2007-ci ilə qədər ödədi. 2007-ci ildən ayda 60 AZN olmaqla, həmin vəsaiti zavodun sahibləri ödəməyi öz üzərinə götürdü. 2007-ci ildən bu günə qədər mənə 2 600,0 AZN pul ödənilib və zavodun mənə 9 940,0 AZN borcu qalıb.

1994-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1994-cü ildə Milli Məclisin sədr müavini Arif Rəhimzadənin və Prezidentin hərbi məsələlər üzrə müşaviri T.Ağahüseynovun qəbulunda oldum. Nəticədə, yardıma gedərkən təyyarəmizin qəzaya uğrama səbəbləri araşdırıldıqdan sonra terror faktı sübut olundu və qəza nəticəsində həlak olan 78 nəfərə şəhidlik statusu verildi. Həmin vaxt Azərbaycan Respublikasının müstəqil Müdafiə Nazirliyi olduğundan, qəza nəticəsində həlak olmuş 4 nəfər zabitin ailəsinə və mənə MN tərəfindən təqaüd təyin edildi. Qəzada sağ qalan Fəxrəddin Balayevə də I qrup Qarabağ əlili kimi təqaüd təyin edilmişdi. O, öldükdən sonra ailəsinə həmin təqaüdün verilməsi dayandırıldı. Mənə isə heç bir status verilmədən 54% pensiya təyin etdilər, hansı ki, II qrup əlil olduğumdan, ən azı 80% ödəməlidirlər və indiyə qədər dəfələrlə MM-ə etdiyim müraciətlər nəticəsiz qalır.

Hörmətli redaksiya!

“Sumqayıt Kompressorlar zavodu” ASC-dən mənə 2007-ci ildən borclu olduqları vəsaitin təcili verilməsi üçün köməklik etməyinizi xahiş edirəm”.

"Hurriyyet"
Ardını oxu...
Bəli... Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... Sən demə, Xaçmaz sakinlərinin xəbəri yox imiş ki onlar öz icra başçılarına necə min könüldən bir könülə aşiq olubmuşlar...

Olsun arada şikayətlər də olub... Düzdür bu şikayətlər haqlı da olub... Doğrudur, bu şikayətlər günbəgün artır... Amma olsun...

Əsas odur ki, Xaçmaz camaatı rayonun icra başçısı Elnur Rzayev cənablarına sidqi-ürəkdən bağlıdırlar...

Nə isə... İndi isə keçək mətləbə...

***

"DİA-AZ bildirir ki, bu ilin oktyabr ayının 31-i tarixində vəzifə başında 5-ci ildönümünü keçirən Elnur Rzayevin Xaçmaza necə rəhbər olmasını müəyyənləşdirmək üçün yerli sakinlər sosial şəbəkələrdə sorğu keçirmək istəsələr də... bu baş tutmayıb.
Ardını oxu...
Əslində baş tutmuş kimi görünür... Lakin diqqətlə müşahidə etdikdə aydın olur ki, "yuxarıları" aldatmağa vərdiş etmiş Elnur Rzayev cənabları özü barəsində sosial rəydə də saxta təəssürat formalaşdırmağa daha çox maraq göstərir, nəinki narazılıqlara səbəb olan amilləri aradan qaldırmağa...

Buna görədir ki, sıravi vətəndaşların başlatdığı sorğu, heç şübhəsiz ki başçının şəxsi göstərişi ilə TROL HÜCUMUNA məriz qalıb. Nəticədə, "ALLAH ELNUR MÜƏLLİMİN CANINI SAĞ ELƏSİN" ovqatlı yalanmı qənaətlər sorğunun ciddiliyini əməllicə şübhəyə alıb...

***

Əslində belə bir sorğuya ehtiyac da yoxdur. Elə Elnur Rzayevin adını axtarış verib sosial şəbəkələrdə rəy öyrənməyə çalışsanız onun yaratdığı eybəcərlikləri görmək mümkündür. Bunu elə "yuxarıda" oturanlar da yaxşı görür. Onlar hətta Elnur Rzayevin TROL XİDMƏTİ hesabına yaratdığı saxta təəssüratdan da xəbərdardırlar. Sadəcə olaraq...

Hər şeyin öz vaxtı var...
Ardını oxu...
Keçən həftə "DİA-AZ" olaraq Azərbaycana qeyri-leqal yolla gətirilən diri mal-qaranın monopoliyası barədə müəyyən bir anons xarakterli informasiyanı təqdim etdik.

YAZISI BURADA: İdxal olunan DANA ƏTİ İNHİSARÇILARI... - İşin içində HƏR KƏS VAR...

Bununla bağlı "DİA-AZ" ilginc informasiyalar daxil olub. Həmin məlumatı təqdim edirik:

"Bu işin başında əsas olaraq Teyyub Hüseynov (Peykan, Teymur) dayanıb. Əslən Tovuzun Əlimərdanlı kəndindəndir. 2016-cı ildə yaradıb bu monopoliyanı və ölkədən Rusiyaya milyonlara dollar çıxardıb.

Özünü akademik, "Putinin dostu" kimi tanınan İlham Rəhimovun işlərini aparan insan kimi təqdim edir.

Gömrükdəki havadarı Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovdur. Pərviz Rəhimov isə İlham Rəhimovun qardaşı oğludur.

Bu şəbəkənin AQTA-dakı havadarları Qida Təhlükəsizliyi agentliyi sədrinin müavini Balarəhim Quliyev və Baş baytar Qalib Əbdüləliyevdir.

İşin içinmdə olan Dadaş Şükürov isə dövlətə 1.4 milyon vergi borcu olan 1 şəxsdir... "Full-D şirkəti" onunöz adınadır və Dadaş Şükürov 2003-cü ildə 308.2 və 177.3.2 ci maddələri ilə həbs olunub və 7 il azadlıqdan məhrum olunub.

2017-ci ildə isə Piralları rayonunda neft şirkətinin borularının satdığına görə DTX tərəfindən həbs olunub. Onların AQTA-dakı havadarlarından digəri isə Sumqayıt regional Qida Agentliyinin rəisidir..."

DAVAMI MÜTLƏQ OLACAQ... Bizi izləyin...
 
Ardını oxu...
Qubadlı rayon İcra Hakimiyyəti tender keçirərək, nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, İH ağac və bitki kollarının satın alınması prosesini həyata keçirəcək.
Qeyd edək ki, “EKO FERMA AZƏRBAYCAN” MMC ilə satınalma müqaviləsi imzalayan Qubadlı İH, bu işlərə 45.000 manat xərcləyəcək.
Tenderin qəribə tərəfi odur ki, İcra Hakimiyyəti 500 ədəd zeytun ağacı, 1000 ədəd isə Buksus kolu alacaq. Və bu ağac və kolların dibçəkdə alınması da tenderin əsas tələbi kimi qoyulub.
Qubadlı rayonu 2020-ci ildə rəşadətli və qəhrəman ordumuz tərəfindən işğaldan azad edilib. Lakin idarəçilik sistemində edilən dəyişiklik səbəbindən hazırda rayonda İcra Hakimiyyəti hər hansı fəaliyyətlə məşğul deyil. Üstəlik, Qubadlının yenidən qurulması və abadlaşdırma işləri Prezidentin xüsusi nümayəndəsinin ixtiyarına verilib. Yəni, hazırda Sumqayıtda fəaliiyyət göstərən Qubadlı İcra Hakimiyyəti 1000 ədəd kol və 500 ədəd zeytun ağacını niyə alır, harada əkəcək sualı açıq qalır. Yəqin ki, İcra Hakimiyyəti bu barədə məntiqli açıqlama verəcək.
Sözügedən dövlət qurumunun satınalma müqaviləsi imzaladığı “Eko Ferma Azərbaycan” MMC isə Sumqayıtda “tenderlərin qənimi” kimi tanınır. Bu şirkət son bir neçə ildə ölkənin üçüncü şəhərində iri tenderlərin qalibi olub. 2 fevral 2022-ci ildə qeydiyyata alınmış MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşən şirkətin qanuni təmsilçisi isə Masimov Rüfət Ramazan oğludur. Rüfət Masimov əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Qubadlı rayonunun icra başçısı Malik İsaqovdur. 71 yaşlı icra başçısı 08.09.2001-ci ildə Qubadlı rayonuna rəhbərlik edir.
 
Ardını oxu...
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -300-100 manat arasında...

ƏƏMSN-nin işçiləri, iş vaxtı nərd çempionatı keçirirlər!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli qurumun işçiləri bekarçılıqdan iş vaxtı nərd çempionatı keçirməklə məşğuldur.

Yenixeber.org: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda Respublikada əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi və gələcək meyillərin müəyyən olunması üçün məlumatlara əsaslanan proqnoz sistemi, ekspert rəyləri və hesablamaları əsasında keyfiyyət analizi, ali, orta ixtisas və peşə təhsili məzunları arasında mütəmadi sorğuların keçirilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi nəticəsində müvafiq səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasında Əmək Bazarı üzrə Milli Observatoriyanın yaradılması nəzərdə tutulmuşdur.
Ardını oxu...
Dövlət başçısının 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanı ilə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi yaradılmış, Nizamnaməsi təsdiq edilmişdir. Qurum yaradılarkən nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil etmiş və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılmışdır. Məlumat üçün bildiririk ki, ölkədə bütün müəssisə və təşkilatlardan hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi işəgötürəndən, işçinin əməkhaqqının 0,5 faizi olmaqla işçidən işsizlikdən sığorta haqqı tutularaq İşsizlikdən sığorta fonduna ödənilir.
Ardını oxu...
Məlumat üçün bildiririk ki, Milli Observatoriyanın adı daha öncə mətbuatda müxtəlif xarakterli qalmaqallarla, o cümlədən İdarə Heyətinin üzvü Hasil Abbasovun qurumun sürücüsü, II Qarabağ müharibəsi qazisini istismar etməklə yadda qalmışdır.(xeberşiniz.biz)
Ardını oxu...
Mövzunu davam etdirəcəyik.



Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
 
Ardını oxu...
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) bir totalitarizm mühiti hökm sürür. Xüsusən də Rövşən Məmmədovun sədr təyin olunmasından bir müddət sonra Şimali Koreya rejiminin bir modeli yaradılıb. Rövşən Məmmədovun mövqeyini
möhkəmləndirməsi nəticəsində bu Qapalı Səhmdar Cəmiyyətində öz qaydalarını tətbiq etməyə başladı. Sanki gestapo şəraitidir və bütün kollektiv nəzarət altındadır. Halbuki bir yaradıcı mühitdə, media strukturunda bu dərəcədə əməkdaşların azadlıqları buxovlana bilməz. Ən azı işçilərin sosial şəbəkə paylaşımlarına total nəzarət şəxsi həyata müdaxilədir. Lakin AzTV sədri ən kiçik paylaşıma belə həssaslıqla yanaşır, trol batalyonu saxlayır, o cümlədən əməkdaşlarının nələr paylaşdığına dair nəzarət mexanizmi yaradıb. Yəni onun komandasında sırf işçilərin sosial media paylaşımlarını pusquda dayanıb izləyənlər var və bu haqda Rövşən Məmmədovu məlumatlandırırlar. Elə bunun nəticəsidir ki, AzTV-nin təcrübəli jurnalistlərindən biri olan Günay Novruz absurd bir səbəb göstərilərək ixtisar edilib. Anaxeber.info məlumat verir ki, bu haqda jurnalist özü tik-tok hesabında video paylaşıb. Günay Novruz deyib ki, AzTV sədri Rövşən Məmmədov onu heç kimin adını çəkmədiyi bir statusa görə işdən çıxarıb. Jurnalist postunda yazıb ki, bir ay qabaq həmin statusu paylaşıb. Orada deyib ki, "Allahım mənə düz yol göstərdiyin üçün minnətdaram, böyüksən, varsan..."
Yəni jurnalist heç kəsə replika atmayıb, ad çəkməyib, Allah təşəkkür bildirib. Günay Novruzun sözlərinə görə, onun işdən çıxarılması barədə əmrdə səbəb kimi həmin status göstərilib. Jurnalist deyir ki, AzTV rəhbərliyi bu statusda qurumun maliyyə rəisinə və onun baş redaktor olan həyat yoldaşına söz atıldığı nəticəsi çıxarıb: "Onların övladı rəhmətə gedib və bu statusdan belə qənaətə gəliblər ki, guya mən onlara söz atmışam, Allaha minnətdarlıq etmişəm. Bu dərəcədə absurd bir ittihamla əmr verilərək məni işdən azad ediblər".
Günay Novruz 1985-ci il iyun ayının 14-də Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində dünyaya gəlib. Qəsəbənin 6 saylı orta məktəbini bitirib. ABU-nun jurnalistika fakültəsinə daxil olub və 2008-ci ildə oranı bitirib. 2012-2014-ci illərdə isə Bakı Slaviyan universitetinin yaradıcılıq fakültəsində oxuyub. Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüdür. İki kitab müəllifidir. Prezident təqaüdünə layiq görülmüşdür.
Lakin bu ilk belə hal deyil. Zaman-zaman ixtisara salınan AzTV əməkdaşları rəhbərliyi məntiqsiz qərarlarına görə tənqid ediblər. Bu günlərdə isə haqqin.az saytının rəhbəri Eynulla Fətullayev AzTV sədrinin özünü də, dissertasiyasını da “geydirmə” adlandırmışdı.
Deməli, geydirmə AzTV-nin geydirmə sədrinin dissertasiyası da geydirmə imiş. Geydirmənin doktorluq dissertasiyası: “Azərbaycan diasporasının mətbuatı”. Ay səni geydirmə”.
Eynulla Fətullayev bununla da kifayətlənməyib və digər postunda lənət oxuyub: “Ümummilli lənət: Görüm sizi ömrünüzün sonuna kimi AzTV-yə
baxasınız!”.
AzTV isə öz növbəsində “Haqqin.az” saytının əməkdaşlarını “cahil” adlandırıb.
Mətbuatda gedən başqa xəbərlərdə, konkret olaraq konkret.az saytında dərc edilmiş məqalədə isə deyilir ki, işçiləri ilə kobud davranış, işçilərin haqlarının pozulması, yalnız yaxın çevrəsinə yüksək qonorarların yazılması, kollektivin əksəriyyətinin dolanışıq səviyyəsinin getdikcə azalması qurumda gedən özbaşınalığın yalnız bir hissəsidir. Keçirdiyi tenderlər, kotirovka sorğularında kütləvi maxinasiyalar haqqında mətbuatda kifayət qədər məlumat gedib. Əmək Məcəlləsinə uyğun olmayaraq, işçilərin haqsız yerə əməkhaqlarından pul tutulmaları isə başqa bir mövzudur. Həmçinin, yeyintilər haqda da məlumatlar verilir. Bütün bunların Rövşən Məmmədovun dövründə olduğu iddia edilir. Bakuexo.az isə yazmışdı ki, Rövşən Məmmədov yaxın çevrəsinə vəzifələr paylayıb:

Ranar Musayev, AzTV-nin bədii rəhbəri Məmmədovların ailəvi dostu

Rafael Məmmədov, Bədii rəhbərin müavini-Rövşənin qaynı

İlhamə Hüseynova , Kadrlar Departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi

Nərgiz Rəfiyeva, Sosial media və ictimaiyyətlə əlaqələr departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi

Ülfət Rəhimova, Teleradio Akademiyasının prorektoru- Rövşənin xanımının rəfiqəsi

Niyaməddin Quliyev, Maliyyə və Mühasibat uçotu departamentinin rəisi (Rövşənin “qara kassası)- Rövşənin xanımının yaxın qohumu

Turan Babayev ,“Səhər” Musiqi-informasiya redaksiyasının baş redaktoru-Rövşənin ailəvi dostu

Anar Həsənov, “Ekstrim qrup”un rəhbəri- Rövşənin ailəvi dostu

Elnur Əlizadə , Texniki İstehsalat Birliyinin direktoru- Rövşənin ailəvi dostu

Müşviq İbrahimov, Maddi-Texniki Təchizat və İstehsalat Departamentinin rəisi-Rövşənin qohumu və uşaqlıq dostu

Vüqar Bəşirov, Təsərrüfat

AnaXeber.info
 
Ardını oxu...
04 oktyabr 2024-cü ildə “Reytinq” onlayn qəzetində Bakı sakininə külli məbləğdə zərər vurulması ilə bağlı məqalə dərc etmişdik. Həmin məqalədə Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 26 ünvanında Elxan Qarayevə məxsus qarajın darvazasının və içərisindəki əmlakının oğurlanması, dağıdılması və yararsız hala salınmasından bəhs olunur.

Reyting.az-ın yeni əldə etdiyi məlumata görə, Bakı sakini Elxan Qarayevə məxsus əmlakın qəsdən dağıdılıb talan edilməsində əsas şübhələr vəzifəli şəxslərin üzərinə yönəlir. İddia olunur ki, vətəndaşa məxsus daş qarajın darvazasının, digər dəmir hissələrinin, həmçinin qarajda saxlanılan əmlakın bir hissəsinin oğurlanaraq naməlum istiqamətə aparılmasına, qarajın damının uçurulmasına, nəticədə qarajda saxlanılan digər əmlakın tam yararsız vəziyyətə salınmasına göstərişi Nərimanov rayonunda fəaliyyət göstərən hüquqi şəxs «Gold Residense» MMC-nin direktoru Anar İsazadə və digər vəzifəli şəxslər veriblər. Onlar qanuni əsas olmadan öz vəzifə səlahiyyətlərini aşıb, vəzifələrindən sui-istifadə edərək Aşıq Molla Cümə küçəsi, 26 ünvanında, hələ Sovet dövründə inşa edilmiş və E. Qarayevə məxsus əmlakı dağıtdırıblar.

Elxan Qarayevin əmlakına zərər vurulması ilə bağlı aidiyyəti dövlət qurumlarına etdiyi əsaslı şikayətlərə baxılmır, MMC tərəfindən qaraj bu günədək bərpa edilməyib, ona qəsdən vurulmuş maddi zərər ödənilməyib. Şikayətçi dəfələrlə cəhd etsə də, «Gold Residense» MMC-nin rəsmi sənədlərində direktoru kimi göstərilmiş Anar İsazadə ilə görüşə bilməyib. Hər dəfə ona MMC-nin direktoru kimi fərqli şəxsləri təqdim edirlər: Elnur Hüseynov və Asif İsazadə. Şikayətçi isə iddia edir ki, qarajın söküntüsünə və talan edilməsinə rəhbərlik edən elə bu şəxslərdir.

Reyting.az-ın əməkdaşı isə «Gold Residense» MMC barəsində aşağıda göstərilən rəsmi məlumatları öyrənə bilib:

«Gold Residense» MMC-nin qeydiyyat ünvanı Sumqayıt şəhəri, Novxanı Bağ massivi, ev, 4715Q, direktoru İsazadə Anar Sabir oğlu.(VÖEN: 2905808451)

MMC-nin hazırda yerləşdiyi faktiki ofisi: Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, «Krone» otelinin 1-ci mərtəbəsi.

Bu MMC 2020-ci ilin aprel ayında qeydiyyata alınıb. Rəsmi olaraq direktorları Elnur Hüseynov, Cəmil Qasımov olub və hazırda Anar İsazadə rəhbərlik edir.

Cəmil Qasımova 2023-cü ildə prokurorluq orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Elnur Hüseynov isə bu ilin fevral ayında qeydiyyata alınmış «Gold Premium Residence GPR» MMC-nin direktorudur. Bu MMC-nin də hüquqi ünvanı Sumqayıt şəhəri, Novxanı Bağ massivi, ev 4715Q-dir. Hansı işlə məşğul olduğu hələ bəlli deyil. Amma elə bu faktın özü də aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılması üçün bir siqnaldır. Adətən eyni insanlar tərəfindən oxşar adlarla şirkətlər vergidən yayınmaq və digər qanunsuz işləri həyata keçirmək məqsədi ilə yaradılır.

Müxtəlif rəsmi sənədlərdə «Gold Residense» MMC-nin direktoru kimi müxtəlif şəxslər göstərilir. Bir şirkətin eyni vaxtda bir neçə direktoru necə ola bilər?

Hüquqi şəxs kimi fəaliyyət göstərən «Gold Residense» MMC-nin və onun vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq E. Qarayevə külli miqdarda zərər vurmaqla əmlakını qəsdən məhv etmələri, qarajına qanunsuz daxil olaraq oğurluq etmələri və digər cinayət əməllərinə hüquqi qiymət verilməsi, onların cinayət məsuliyyətinə cəlb olunmaları üçün polis və prokurorluq orqanlarına müraciət edilməsinə baxmayaraq bu günədək hər hansı bir tədbir görülməyib, təqsirkar vəzifəli şəxslər barəsində cinayət işi başlanmayıb. Güman edirik ki, «Gold Residense» MMC-nin havadarları buna mane olurlar.

Prokurorluq orqanları tərəfindən qanuni araşdırma aparıldığı halda «Gold Residense» MMC-nin rəhbər vəzifəli işçilərini yol verdikləri bu qanunsuzluqlara görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə) və digər maddələri ilə məsuliyyət gözləyir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyəti isə şikayətlərə ümumiyyətlə baxmır və cavab vermir. Hansı ki, «Gold Residense» MMC-nin vəzifəli şəxsləri ərazidə yol verdikləri qanunsuzluqları Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli sərəncamı ilə əsaslandırırlar. Bu sərəncam qanunsuzdur və ləğv olunmalıdır. Həm də, ləğv olunmalıdır ona görə ki, orada göstərilən bəndlərin tələblərini MMC lazımi səviyyədə icra etmir, tələbləri pozur. Sərəncama əsasən 1,178 ha ərazini icarəyə götürən MMC hazırda 2 ha-dan çox ərazini qanunsuz olaraq hasarlayib. Həmin hasarın arxasında isə istənilən qanunsuzluqlara yol verirlər, özlərini ağa, ərazidəki mülk sahiblərini isə qul sayırlar. Ərazidəki mənzil, obyekt və qaraj sahiblərini zəlil ediblər. Onlara müxtəlif qanunsuz təzyiqlər göstərərək, hədə-qorxu gələrək mülklərini qəpik-quruşa əldə etməyə çalışırlar. Sosial şəbəkələrdə və mətbuatda bu barədə, həmçinin həmin MMC-nin və onun vəzifəli şəxslərinin Nərimanov rayonunda yol verdikləri qanunsuzluqlar barədə kifayət qədər məlumatlar, şikayətlər var, amma onlara baxan yoxdur. Sanki bu MMC toxunulmazdır.

Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli sərəncamından gördüyünüz kimi (aşağıdakı fotoya baxın:), «Gold Residense» MMC-yə E. Qarayevə aid qarajların ərazisinin icarəyə verilməsi və orada söküntü-tikinti işlərinin aparılması nəzərdə tutulmayıb. MMC özbaşına olaraq E. Qarayevin qarajının bir hissəsini söküb, dağıtmış və əmlakını talan etmişdir.

«Gold Residense» MMC-nin ofislərindən biri E. Qarayevin qarajları ilə üzbəüz «Krone» otelinin 1-ci mərtəbəsində yerləşir. MMC qarajların ərazisinə göz dikib, onları qanunsuz söküb, yerində özünə parkovka, yəni avtomaşınları üçün dayanacaq tikmək niyyətindədir.

Azərbaycan Respublikasının Baş prokuroruna, həmçinin Daxili işlər nazirinə edilmiş şikayətlərin isə heç bir nəticəsi yoxdur. «Gold Residense» MMC-nin vəzifəli şəxsləri barəsində olan şikayətlərə heç bir hüquq-mühafizə və dövlət orqanları baxmır. Hansı ki, bu şəxslərin qanunsuz əməllərində AR CM-nin bir çox maddələrinin tərkibi var. Buna görə də məsələ barədə şikayət ərizələri yazmaqla və mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidentini məlumatlandırmaq lazımdır. Hesab edirik ki, ölkə rəhbərliyinin müdaxiləsindən sonra «Gold Residense» MMC-nin qanunsuz fəaliyyətinə son qoyular, cinayət törədən vəzifəli şəxsləri isə öz layiqli cəzalarını alarlar.
Ardını oxu...
Ardını oxu...
Reyting.az
 
Ardını oxu...
“Torqovıy”da yolu bağlayıb taksi sürücüsünü döyən 77-AA-019 dövlət qeydiyyat nişanlı avromobilin sahibi və avtomobili idarəetmə hüququ olan şəxsin kimliyi bəlli olub.

TEREF Ajans.az-a istinadən xəbər verir ki, avtomobili idarəetmə hüququ olan Abşeron sakini 1991-ci il təvəllüdlü Mütəllimov Namiq Fərhad oğlu “Mastel Holding” MMC nin sex rəisi vəzifəsində çalışır.

77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi isə “SSMOVİE” MMC-dir

Qeyd edək ki, “SSMOVİE” MMC-yə ötən il gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Şirkətin məhkəməyə verilmə məlumatları Fed.az saytından götürülüb

Taksi sürücüsünü kimin döydüyü barədə hələ ki dəqiq açıqlama yoxdur.
Ardını oxu...
Son günlər kərə yağının bahalaşmasından şikayət edirlər. Mən evdə Təbrizin istehsalı olan "Şekilli" və "Pegah" yağlarından istifadə edirəm. Bir ay öncə 15 manata aldığım yağ indi 23-25 manat olub.
İranda müəyyən bahalaşma var. Amma bu 50-60 faiz yox, 10-12 faizdir. Yəni, bir ay bundan öncəyə qədər İranda adlarını yazdığım kərə yağının topdan qiyməti 9,50-10 manat idisə, hazırda bu rəqəm 11-12 manat təşkil edir.
TEREF yazır ki, bunu JAMAZ.info saytının baş redaktoru Fikrət Fəraməzoğlu öz sosial şəbəkə səhifəsində yazıb. Fikrət bəy daha sonra yazır:
Bəs, necə olur ki, cəmi 560 km yol gələn məhsul Azərbaycanda iki dəfədən çox bahaya satılır? Bəziləri sahibkarları möhtəkirlikdə ittiham edə bilər. Əslində isə günahı sahibkarda yox, həşəmətli Gömrük Komitəsi və AQTA-da axtarmaq lazımdır.
Məsələ belədir: AQTA hər mal çeşidi üzrə icazənin verilməsini 400 manatdan 1000 manata qaldırıb. Bu o deməkdir ki, əgər bir maşında 6-7 çeşid mal olarsa, sahibkar əlavə olaraq 6-7 min manat ödəməlidir. Gömrük Komitəsi isə ƏDV və gömrük rüsumlarını toplam 36 faiz saxlasa da, o qədər kənar xərclər yaradıb ki, bu rəqəm 55-60, bəzən 100 faizə qədər yüksəlir. Məsələn, hər maşına görə, tələb olunan 1500-2000 manat pul 4500-6000 manata qədər artırılıb. Bundan başqa, yük maşını gömrüyün həyətində qalarsa, günlük əlavə 150-200 dollar tələb olunur. Əvvəllər bu 100 manat idi.
Bəli, bir də işin içinə Səhiyyə Nazirliyi də daxildir. Nazirlik xaricdən gətirilən bütün mallar üzrə (hər ada görə) illik icazə verməlidir. Bir də kvota müəyyənləşdirmək haqqına sahibdir. Bu işin icrası isə Respublika GEM-ə tapşırılıb. Yəni, sahibkar AQTA, DGK ilə yanaşı SN-in də bığının altından keçməlidir.
Əlaqədar təşkilatlaında mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 


 

Dünyapress TV

Xəbər lenti