Ardını oxu...
İş icraçısı Namiq Məmmədov aidiyyatı orqanlarla “anlaşdıqlarını” bildirir
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin girişində Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa edilir.

TEREF Ulusal.az-a istinadən xəbər verir ki, “AAAF Park” yaşayış kompleksinin layihəsində həmin ərazidə başqa tikilinin yer alması nəzərdə tutulmamasına baxmayaraq kompleksin girişində ərazi hasarlanaraq gecə-gündüz tikinti aparılır. Hasarlanan ərazidə 24 saat aparılan tikinti işləri ərazidə yaşayan sakinlərədə narahatçılıq yaratmaqdadır. Obyektin tikildiyi ərazidə bir neçə şam ağacının gecəykən kəsildiyi iddia edilir.
Ardını oxu...
Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına riayət olunmur. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.
Ardını oxu...
Lakin Ulu Öndər Heydər Əliyevin sökülən poster və guşəsinin yerində aparılan tikinti sahəsində heç bir məlumatlandırma löhvəsi yoxdur. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində aparılan tikinti barədə məlumatlara rast gəlinmir.
Ardını oxu...
Bu isə o anlama gəlir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan heç bir icazə alınmayıb.
Ulusal.az-ın əldə etdiyi məlumatda bildirilir ki, “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində qanunsuz inşa edilən obyekt Vüqar Sədibəyli adlı iş adamına məxsusudur. Tikintini işlərinə rəhbərlik edən Namiq Məmmədov adlı şəxs ətrafdakı sakinlərə bildirib ki, “lazımı olan yerlərlər anlaşıb tikntiyə icazəsni almışıq”.
 
 
Ardını oxu...
Cənab Ali Baş Komandan bizi xilas edin!Cənab Ali Baş Komandan!

Biz Sabirabad rayon sakinləri olaraq sizə müraciıt edirik:

Sabirabad rayon Cavad kəndi rayonun ən qədim kəndlərindən biridir. Bu kənddə əhali hər zaman sizin siyasətinizi dətstəkləyib. Lakin bir qrup insan 44 günlük Vətən Savaşından sonra sizin qazilrimizə, müharibə iştirakçılarımıza qarşı sizin tövsiyyələrinizi icra etmir. Bunu görməzdən gəlirlər.

Məsələn Cavad kəndinin sahibi bu adamdır.
Ardını oxu...
Qardaşı da Saleh Nuriyev!!!

Elman Nuriyev Kür və Araz Çaylarında Bəndlərin Mühafizə İdarəsinin rəisidir. Onun da qardaşı Cavad kəndində saysız obyektlətlərə sahibdir.
Ardını oxu...
Kənddə yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək. Saleh Nuriyevin oğlu Nihad Nuriyev ömrü boyu hazır vəzifələrdə işləyib. Bir gün də olsun çalışdığı idarənin qapısını açmayıb.

Cənab Ali Baş Komandan!

İndi kəndimizdə sizin iradənizin əksinə olaraq bələdiyyə seçkilərini pozmağa çalışan adamlar məlumdur. Kənd camaatı seçkilərin demokratik keçirilıməsini, illəridr bu seçkilərdə qanunsuzluq edənləri yaxşı tanıyır. Təəssüf hissi ilə qeyd edək ki, bəzi rayonlarda əhalinin sizin siyasətinə dəstək olmaq istəyən ictimayyət nümayəndələrinin qaralaması həyata keçirilir.

Bir kənddə bələdiyyə üzvü seçilməyə mane olurlar.

Ümidvarıq ki, 67 saylı Dairə Seçki Komissiyası ilə bağlı, Cavad Bələdiyyəsinə seçkilərin ədalətli keçiriləsinə xüsusi diqqət edəcəksiniz.

Cavad Kənd camaatı sizlərə böyük sevgi ilə dəstəyimizi ifadə edirik!
gundeminfo.az
Ardını oxu...
Bir müddət öncə Stavropol Yol Polis şöbəsinin direktoru, korrupsiya ittihamı ilə həbs edilən Aleksey Safanovun evində axtarışda üzə çıxan faktlar çoxlarını təəccübləndirmişdi. Belə ki, rüşvət ittihamı ilə nəzarətdə olan Safanovun evinin içərisi qızıl işləmələrlə tamamilə örtülüb. Fotolara əsasən polkovnikin ikimərtəbəli malikanəsinin darvazası, sütunları qızıl suyuna çəkilib. O cümlədən evin içərisində dəbdəbəli mebellər, bahalı lüstürlər qeydə alınıb. Evin tualetində isə qızılı unitaz qoyulub, vanna otağının qapısı da qızıl suyuna çəkilib, kranların da hamısı qızıl suyu ilə işlənib. Onun mülkiyyətində 22 mənzilin olduğu üzə çıxıb, mənzillərin ümumi dəyəri 50 milyon rubla yaxındır. Azərbaycanda da məmurlar acgözlükdə Rusiyadakı həmkarlarından geri qalmırlar. Yəhudilərin “pul yeyən doymaz” atalar sözü bizim məmurların həyat devizidir. Ümumiyyətlə, pulla bağlı məsələlərdə məmurlarımız yəhudi düşüncə tərzinə çox yaxındırlar. Fərq ondadır ki, məmurlarımız öz pullarını deyil, xalqın cibindən oğurladıqlarını artırmaqla, bizneslərini genişləndirib şaxələndirməklə məşğuldurlar. Oğurladıqca iştahlanır, oğurlayırlar…
Ümumdünya axtarış sistemi Google-də “məmur mülk siyahı” sözlərini yazıb daxil etmək kifayətdir ki, Stavropolda korrupsiya ittihamı ilə həbs edilən Aleksey Safanovun bizim məmurların yanında “balaca oğru” olmasını görəsən. Biz də elə bu şəkildə axtardıq, 3 sözü daxil etməklə böyük oğurluqların xəritəsinə vaqif olduq. Əvvəllər “Azneft“ İstehsalat Birliyin Baş direktorun Əməyin mühafizəsi üzrə müavini, indi isə idarə rəisi olan Səmədov Cəlayir Qubad oğluna aid topdağıtmaz sərvət də bura aiddir. Bununla bağlı redaksiyamıza daxil olan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
Xətai rayonunda 10, Nizami rayonunda 10, Nərimanov rayonunda 10 mənzil, Nizami rayonunda 4 mərtəbəli Golden fitnes, Xətai rayonunda Diamond Lach restoranı və Erolux maqazası, Əhmədlidə 2 mərtəbəli POOP Qalery geyim mağazası, Nərimanov rayonu “Şəhər bağları”nda 4 ev, Həzi Aslanovda gül mağazı və Günel ticarət mərkəzi C.Səmədovun daşınmaz əmlakının bir hissəsidir. Ona aid avtomobillər markası və nömrəsi də diqqət çəkir: 10 EP 111 Range Rover, 10 CF 005 Range Rover, 10 DV 111 Qalen Vaqer, 10 OF 333 Lexus 570, 99 VV 111 Toyota.
Məlumatda məmurun qardaşı Möhkəm Səmədovun böyük məbləğdə faizə pul verdiyi deyilir. Digər detalları növbəti yazımızda diqqətə çatdıracağıq.
MƏNBƏhttps://cumhuriyyet.az/2025/01/21/milyoncu-m%c9%99murun-topdagitmaz-s%c9%99rv%c9%99ti-c%c9%99lair-s%c9%99m%c9%99dov-s%c9%99rv%c9%99ti-il%c9%99-rekord-qirirt/:
 
Ardını oxu...
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır?

19 saylı Yol İdarəsinin müdiri Nazim Eynallı ilə keçmiş katibəsi haqqında ölkə mediasında yayılan məlumatlar hər kəsə məlumdur. Biz məlum məsələnin etik çalarlar əxz etdiyini nəzərə alaraq Nazim Eynallı ilə bağlı bu olaydan bəhs etməyəcəyik. Lakin 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsində yaşanan çoxsaylı qanunsuzluqlar var ki, bu barədə əlaqədar qurumların məlumatlanmasına və zəruri tədbirlər görməsinə ehtiyac var.

Məlumat üçün qeyd edək ki, Nazim Eynallı 19 saylı Yol İdarəsini faktiki olaraq ölü canlar idarəsinə çevirib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, bu gün həmin idarədə adı getsə də, həmin idarənin yerini belə tanımayan xeyli şəxs var. Bu şəxslərin bir qismi Nazim Eynallının yaxın qohumlarından ibarətdir. Bura Nazim Eynallının xalası oğlu, əmisi nəvəsi və digər yaxın qohumları daxildir. Hansı ki, qanun dövlət büdcəsindən maliyyələşən idarədə rəhbər vəzifədə tutan şəxsin qohularının həmin qurumda işləməsini qadağan edir. Asfalt hazırlanması üçün gərəkli olan xammalın müxtəlif yollarla mənimsənilməsi, asfalt örtüyünü lazımi standartların altında çəkməklə yüz minlərlə vəsaitin mənimsənilməsi də Nazim Eynallıya xas fəaliyyət üsullarındandır. Nazim Eynallı asfalt örtüyünün yenilənməsindən də böyük vəsaitlər əldə etməkdədir. Yolların qaşınması nəticəsində əldə edilən asfalt tullantısının hər maşınını 150-200 manata satan Nazim Eynallı, iş adamları, sahibkarlarla təmasa girərək onların şəxsi obyektlərinə asfalt çəkir, ictimai əhəmiyyətli yol və küçələrin isə asfaltlanmasından imtina edir.

Nazim Eynallı həm də “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov əleyhinə fəal iş aparan idarə müdirlərindən hesab olunur. Bu haqda daha ətraflı informasiya təqdim edəcəyik.
MƏNBƏ:https://cumhuriyyet.az/2025/01/22/katib%c9%99-qalmaqali-il%c9%99-gund%c9%99m%c9%99-g%c9%99l%c9%99n-nazim-eynallinin-olu-canlar-idar%c9%99si/?fbclid=IwY2xjawH9gf5leHRuA2FlbQIxMQABHUWz1_2-4xFu7yXSWxUfe3-Uxz1Rt1Ryx8xcCwJDoxy9mwa7xemINTwmEw_aem_8dFlyGnQC_RAk2Btt3V8Jw
 
 

 


Ardını oxu...
Naxçıvan Dövlət Universitetində qiyabi təhsil başlasa da, tələbə olan yüksək vəzifəli məmurlar dərslərdə iştirak etmirlər. Bu sıraya hüquq fakültəsi tələbələri olan Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli, Həmkarlar İttifaqı Şurasının sədri Qəzənfər Abdullayev və digər yüksək vəzifəlilər daxildir. Bu barədə “Gündəlik Naxçıvan”a universitetdə çalışan bir qrup müəllim məlumat verib.
Müəllimlərin sözlərinə görə, universitet rəhbərliyinin göstərişi ilə bu məmurlara qayıb yazmaq qadağan olunub və onlara ən yüksək qiymətlərin verilməsi tapşırılıb.
Təhlükəsizlik səbəbindən adını açıqlamayan bir müəllim bildirib ki, bu göstəriş onları çətin vəziyyətdə qoyur:
“Bu məmurların vəzifələri hüquq təhsili tələb edir, buna görə də qiyabi təhsili seçirlər. Lakin dərslərdə iştirak etməyə nə həvəsləri, nə də maraqları var. Özlərinə sığışdırmırlar ki, adi tələbələrlə birlikdə dərs keçsinlər. Buna görə də universitet rəhbərliyinə təzyiq göstərərək dərsə gəlmədən yüksək qiymət almağa nail olurlar. Nəticədə heç bir bilik əldə etmədən məzun olurlar. Bu, saxta təhsilin bir nümunəsidir. Belə şəxslərə verilən diplomlar yalnız formal xarakter daşıyır. Biz etiraz etsək, dərhal deyirlər ki, 'istəmirsən, ərizəni yaz, işdən çıx.'”
Eyni qrupda təhsil alan tələbələr isə, bərabərlik hüquqlarının pozulmasından narazıdırlar:
“Biz dərsə 5 dəqiqə geciksək, qayıb yazırlar, sonra deyirlər ki, kəsilmisiniz. Amma bu məmurlar dərsə ümumiyyətlə gəlmir, yüksək qiymət alırlar. Müəllimlər isə bəhanə gətirir ki, onların işləri çoxdur, dövlət idarə edirlər. Əgər təhsil almaq istəyirlərsə, ya təhsil məzuniyyəti götürsünlər, ya da vəzifədən istefa versinlər.”
Tələbələr bu cür yanaşmanı həm təhsil sisteminə, həm də cəmiyyətin ədalət prinsiplərinə ciddi zərbə vurduğunu hesab edirlər.
Ardını oxu...
Hesablama Palatası yanvarın 13-də 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirməsi barədə məlumat yaydı. Məlumata görə, audit 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin I rübündə dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Məlumatda araşdırmanın nəticəsində aşkar olununan bir sıra nöqsanlar açıqlanıb. Həmçinin təmir işlərinin icrası zamanı təşkil olunan nəzarətin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilməyən işlərə görə əlavə ödənişlər edilib. Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edilib. Satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin ümumi həcmi 2022-ci ildə 8,6 %, 2023-cü ildə isə 18,7 % təşkil edib ki, bu da beynəlxalq təcrübələrlə müqayisədə məqbul sayılmayan yüksək göstəricidir. Satınalmaların müsabiqəsiz aparılması və bəzi hallarda müqavilə şərtlərinin hüquqi tələblərə uyğun şəkildə dəyişdirilməsi də audit zamanı aşkarlanan nöqsanlardan olub-məlumatda bildirilir.

Aktualinfo.org Hesablama Palatasının yaydığı bu məlumatdan iki ay əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı tərəfindən keçirilmiş açıq tender prosedurları ətrafında araşdırma aparmış və bəzi şübhəli məqamlara aydınlıq gətirilməsi üçün qurumun Satınalma Komissiyasına sorğu ünvanlamışdı. Təssüflər olsun ki, sorğu cavabsız qaldı. Bəs Universitetin Zaqatala filialının satınalmalarda yol verdiyi şübhəli məqamlar nədir?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı yataqxana və idman binasının əsaslı təmir işlərinin satınalınması üzrə keçirdiyi açıq tenderdə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 4.224.357,88 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 01.03.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, “KONEKS CONSTRUCTİON” MMC-nin adı elektron mediada yayılan məlumatlarda bir çox şübhəli satınalmalarda hallanır. MMC-nin daha çox rayon İcra Hakimiyyətlərinin sifarişlərini sövdələşmə yolu ilə icra etdiyi iddia olunur. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, ixtisas göstəricilərində, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində bir sıra şübhəli məqamların olduğu bildirilir.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “KONEKS CONSTRUCTİON” MMC (VÖEN 3103278031 ) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, m. 202-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

MMC müxtəlif dövrlərdə öz qanuni təmsilçisini bir neçə dəfə dəyişib. İlk qanuni təmsilçisi Xurşudov Samir Azad oğlu olsa da, daha sonra təmsilçilik Osmanlı Vahid Cuma oğlu və Fərzəliyev Mehdi Məhəmmədəli oğluna keçib. Açıq mənbələrdə Mehdi Fərzəliyev barəsində hər hansı məlumat yoxdur. Araşdırmamız zamanı məlum oldu ki, əvvəllər daha çox yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də təmir-tikinti işləri də aparırmış.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında “KONEKS CONSTRUCTİON” MMC-nin müvafiq orqanlar tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə icazə və lisenziya ilə təmin olunması haqqında heç bir məlumat yoxdu.

Rəsmi dövlət qurumlarının bazasında MMC barədə bundan artıq məlumat yoxdur. Belə olan halda suallar yaranar. Universitetin Zaqatala filialı müvafiq sahədə icazə və lisenziyasının olmadığı halda “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətininn ilə necə satınalma müqaviləsi bağlaya bilib. Filialın Satınalma Komissiyası təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduruna nə üçün əməl etməyib?

Göründüyü kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialınin Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmişdir. Universitetin Zaqatala filialının satınalmalarda yol verdiyi qanunsuzluqlar bunlarla bitmir.

Hesablama Palatasının Dövlət İqtisad Universitetində satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin yüksək olduğunu da aşkar etmişdi. Universitetin Zaqatala filialı da 2023-cü ildə bir mənbədən satınalmalar yolu müqavilələr bağlayıb ki, o da şübhələr doğurur.

Universitetin Zaqatala filialı İKT avadanlıqlarının satınalınması üzrə “ISOFT” MMC ilə 25.12.2023-cü ildə 49.516,3 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bundan bir ay əvvəl isə Universitetin Zaqatala filialı və “ISOFT” MMC arasında bir mənbədən satınalma yolu ilə müqavilə bağlanıb. UNEC Zaqatala filialında turniket və termal kameraların quraşdırılması üzrə 49.490,97 manat dəyərində.

Maraqlıdır, Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində yoxlama apararkən Zaqatala filialında yol verilən bu kimi şübhəli məqamları da araşdırıbmı? Məsələn Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edildiyini açıqlayıb. Amma Universitetin Zaqatala filialının yataqxana və idman binasının əsaslı təmir işlərinə ayrılan vəsaitlərin nə qədər şişirdildiyini araşdırmayıb.

Zaqataladakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə ötən ilin may-iyul aylarında Universitetin Zaqatala filialında təmir işləri aparılıb. Yataqxana və idman binasının fasad divarlarının təmir olduğunu bildirən məlumatlı mənbənin sözlərinə görə filialda əsaslı təmirdən daha çox kosmetik işlər aparılıb. Bu təmir işlərinə isə 4 milyon manatdan çox vəsaitin xərclənməsi real görünmür.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru dosent Raqif Qasımovdur. O, bu vəzifəyə İqtisad Universitetinin rektoru Ədalət Muradov əmri ilə 27 iyul 2023-cü ildə gətirilib. Əvvəlcə direktor vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Bir neçə aydan sonra isə direktor vəzifəsinə təyin edilib.

/Aktualinfo.org
Ardını oxu...
Günlərdir Quba rayonunun Ağbil və Əlibəyqışlaq kəndlərinin sakinləri tərəfindən redaksiyamıza müraciətlər gəlməkdə davam edir.

"DogruXeber.az" vurğulayır ki, bütün müraciətlərin əsasını Quba rayon icra başçısı və adıçəkilən kəndlərin bələdiyyə sədri Şahin Tağıyev barəsində çoxsaylı narazılıqlar təşkil edir.

Kənd sakinlərinin sözlərinə görə 3 kəndin bələdiyyə sədri olan Şahin Tağıyev hər üç kəndin ərazisindəki həyətyanı və pay torpaq sahələrini satıb, örüş yerlərini zəbt edərək, yaxınlarının istifadəsinə verib.

Yerli sakinlər tərəfindən redaksiyamıza göndərilən videogörüntüləri izlədikdə aydın görünür ki, kəndlərin torpaq sahələrindən ata mülkü kimi gen-bol yararlanan bələdiyyə sədri bərbad vəziyyətdə olan küçə yollarını və zibillik paliqonuna çevrilmiş kənd ərazilərini buvaxta qədər görməzdən gəlib.

O, da "haqlı", belə işlər pul gətirmir, əksinə xərc tələb edir ki, bu da Tağıyevin şəxsi maraqlarına ziddir.

Xatırladaq ki, ötən yazımızda da vurğulamışdıq ki, Ağbil kənd sakini Valeh Məmmədovun iddiasına görə bələdiyyə sədrinin ona 10.000 (on min) manata satdığı 0.18 ha torpaq sahəsini əlindən zorla alaraq, zəbt edən Qabil Tağıyev bir neçə gün əvvəl redaksiyamıza gəldiyində, bələdiyyə sədri olan qardaşı barəsində, "Şahin kimdir ki, icra başçısından icazəsiz torpaq satsın" ifadəsini işlətmişdi.

Qabil Tağıyevin bu etirafı bir daha sübut edir ki, bələdiyyə sədrlərinin himayədarı birbaşa yerli icra başçılarıdır.

Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov bu rayona yeni təyin olunsa da görünür qısa müddətdə hər kəsin "ipini əlinə yığmağı" bacarıb. Bəlli ki, digər sahələrdə topladığı təcrübələr boşa getməyib.

İlqar Mahmudov kimdir?

Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İlqar Mahmudov bu vəzifəyə təyinat alana qədər təhsil sahəsində müxtəlif vəzifələrdə çalışıb. Hələ gənc yaşlarında sabiq Təhsil naziri Misir Mərdanovun köməkçisi işləyib. Yerli mediadan əldə etdiyimiz məlumatlara görə elə o, zamanlardan əlini rüşvətə alışdıran bu cavan oğlan rüşvət yolu ilə əldə etdiyi "balta kəsməyən" - "hər qapının açarı" olan pulları və yüksək vəzifələrdə çalışan himayədarları sayəsində Misir Mərdanovdan sonra da bu sahədə müxtəlif vəzifələrdə çalışmağa davam edib.

Mətbuatın yazdığına görə bir müddət Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışan İ. Mahmudov, "iki yüz min verib, vəzifəyə gəlmişəm, pulumu çıxarıram" deyərək, sözügedən müəssisədə korrupsiyanı iş prinsiplərinə daxil edibmiş. Hətta, bəzi yerlərdə özünü keçmiş MTN rəhbəri Eldar Mahmudovun qohumu kimi təqdim edərək, "Mahmudov" soy adından bəhrələndiyi barəsində də yerli saytlarda məlumatlar yer alır.

Daha sonra çalışdığı vəzifə isə Elm və Təhsil Nazirliyinin ən gəlirli şöbələrindən biri və birincisi sayılan Daxili nəzarət şöbəsinin rəhbəri olub. Məktəb direktorlarının, Uşaq bağçası müdirlərinin "xoxan-xortdan" gözündə gördükləri bu şöbəni onların "ciblərinin ən qəddar düşməni" adlandırsaq yanılmarıq.

Bəli, belə çıxır ki, bu cür "çörəkli" vəzifələrdə kifayət qədər təcrübə toplamış İlqar Mahmudov indi də ölkə başçısının ona göstərdiyi etimadı fürsətə çevirməyi bacarıb. O, rəhbərlik etdiyi rayonun bütün bələdiyyə sədrlərini "ram edərək", əmrinə itaət etməyi öyrədib.

Təkrarçılıq olmasın, bunu biz demirik, Ağbil bələdiyyəsinin sədri Şahin Tağıyevin doğmaca qardaşı Qabil Tağıyevin etirafıdır.

Doğrusu, qulağa da inandırıcı gəlir.

Yerli mediada adının korrupsiya, rüşvət məsələlərində hallanması, həmçinin evindən oğurlandığı, lakin ya həqiqətən oğrunun simsar olması, ya da o, qədər pulun mənbəyinin sual yaradacağı qorxusundan "açıb-bükə" bilmədiyi 250.000 (iki yüz əlli min) manat məsələsi (7gün.org) İlqar Mahmudovun xalqa xidmət etmək əvəzinə, dövlət qurumlarında tutduğu vəzifələri mənfəətə çevirdiyini göstərir.

Bu kimi şəxslərin nəinki bir rayona rəhbərlik etməsi, hətta hər hansı bir vəzifədə çalışması dövlətin və xalqın sabahı üçün böyük təhlükə, həyəcan siqnaldır.

Qeyd edək ki, redaksiyamıza Quba rayon sakinləri tərəfindən şikayət və müraciətlər gəlməkdə davam edir. Odur ki, mövzunu davam etdirəcəyik.

DogruXeber.az
 
 
 
Ardını oxu...
Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən "kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

XALQ.AZ-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.
Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda "kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: "Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı "kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.
Ardını oxu...
Lisenziyasız və sertifakatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə kosmetoloq_aygunmelikova adı ilə reklam edən Aygün Məlikovadır.
Ardını oxu...
Araşdırmalarımız nəticəsində A. Məlikovanın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur.Yəni o heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaəliyyət göstərir.
İddialara görə Aygun Məlikova tibbi prosedurları lisenziyasız həyata keçirərək qanunvericiliyimizi heçə sayır.

Belə ki, Aygun Məlikova müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.
Açıqlamasında Aygun Məlikova əməkdaşımıza bildirilib ki, sizə kim ixtiyar verib ki, kosmetoloqları araşdırırsız…..Nə lisenziya nə sertifika…..Siz kimsiz mənə zəng etmisiz? Bütün etik qaydaları pozaraq özünü ailə üzvü kimi təqdim edən şəxs telefon dəstəyində əməkaşımıza SƏNİ MƏHV EDƏRƏM uca səslə bildirərək get işinlə məşgul ol… deyərək dəstəyi asdı.
Ardını oxu...
Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən "ixtisaslanmış həkimlər” və "kosmetoloqlar” sosial hesablarını bağlayır.
XALQ.AZ-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi miidaxilalar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.
Ardını oxu...
Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.
Ardını oxu...
Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Aygün Məlikova haqqında Analitik Ekspertiza Mərkəzinə və hüquq mühafizə orqanlarına müraciət olunub.

Qarşı tərəf mövqe sərgiləyə bilər.

Qlobal.az
 
 

 


Ardını oxu...
Son zamanlar uğursuz cərrahi əməliyyatlar nəticəsində bir sıra insanın həyatını itirməsi və ya ciddi sağlamlıq problemləri yaşaması cəmiyyətdə narahatlıq doğurur.

Uğursuz əməliyyatların səbəbləri kimi qeyri-peşəkar, təhsilsiz və təcrübəsiz cərrahlar, keyfiyyətsiz materiallar və tibbi standartlara əməl edilməməsi göstərilir. Təcrübəsiz, təhsilsiz cərrahların saxta sertifikatlarla xəstələri aldatması məsələsi gündəmin ən aktual və müzakirə olunan məsələlərindən biridir.

DİN-in və Səhiyyə Nazirliyinin bu sahədə araşdırmaları diqqətəlayiqdir. Onu da qeyd edək ki, bir çox cərrah uğursuz əməliyyatlarında məsuliyyət daşımamaq üçün hüquqi boşluqlardan istifadə etməyə çalışırlar.

Bu cür əməliyyatlardan əziyyət çəkən və ya dünyasını dəyişən məşhurlar da az deyil. Bu halların qarşısını almaq və məlumatlılığı artırmaq məqsədilə bəzi nümunələri nəzərdən keçirək:
Xalq artisti Flora Kərimova, tanınmış teleaparıcı Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlov, mərhum aktrisa Çimnaz Sultanova, bloger Nərmin İsgəndərova, 30 yaşlı Nəzrin Mansurova və s.

Əməliyyat zamanı tibbi standartlara əməl olunmaması, səhv diaqnoz qoyulması və ya prosedurun düzgün icra edilməməsi, əməliyyatdan sonra ağırlaşmaların və ya ölüm hallarının baş verməsi müxtəlif məhkəmə çəkişmələrinə gətirib çıxarır.

Bu məhkəmə çəkişmələrindən biri də tanınmış teleaparıcı, QHT sədri Günel Gözəlova və “Buta” klinikasının uroloq-cərrahı Araz Bayramov arasında yaranmış qalmaqaldır. Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlov 2021-ci ilin fevral ayında böyrək daşı əməliyyatı keçirib.

Əməliyyatdan sonra Anar Gözəlov ikitərəfli beyin insultu keçirərək özünü idarə edə bilməyən vəziyyətə düşüb. Günel Gözəlova bu vəziyyətə görə həkim Araz Bayramovu günahlandıraraq məhkəməyə müraciət edib və 1 milyon manat təzminat tələb edib.

Araz Bayramov isə ittihamları rədd edib və məsuliyyəti boynundan atmağa çalışır. Qeyd edək ki, əməliyyat “Buta” klinikasında həyata keçirilib və klinikanın baş həkimi Araz Bayramovun atası Eldar Bayramovdur.

Bu hadisə ilə bağlı məhkəmə prosesi davam edir və nəticələri barədə əlavə məlumat almaq üçün “Buta” kilinikası ilə əlaqə saxladıq. Klinika cavab vermək əvəzinə bizi Araz Bayramovun köməkçisinə yönəltdi.

Zəngimizə cavab verən köməkçi isə suala cavab verməkdən yayınaraq, həkimlə əlaqə saxlamağı məsləhət gördü. Həkimin nömrəsini istədikdə isə nömrəni bizə verə bilməyəcəyini bildirdi.

Məlumat üçün bildirək ki, Araz Bayramov 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Seçki kampaniyasında iştirak etsə də, Araz Bayramov deputat seçilməyib.

Həmçinin Araz Bayramov Azərbaycana qarşı ikili standartlar yürüdən, düşmənçilik siyasəti aparan Fransanın Bakıdakı səfirliyi ilə sıx əlaqələri ilə tanınır.

Mövzunu davam etdirəcəyik.

Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

İnterpress.az
 

Dünyapress TV

Xəbər lenti