Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Günlərdir Quba rayonunun Ağbil və Əlibəyqışlaq kəndlərinin sakinləri tərəfindən redaksiyamıza müraciətlər gəlməkdə davam edir.

"DogruXeber.az" vurğulayır ki, bütün müraciətlərin əsasını Quba rayon icra başçısı və adıçəkilən kəndlərin bələdiyyə sədri Şahin Tağıyev barəsində çoxsaylı narazılıqlar təşkil edir.

Kənd sakinlərinin sözlərinə görə 3 kəndin bələdiyyə sədri olan Şahin Tağıyev hər üç kəndin ərazisindəki həyətyanı və pay torpaq sahələrini satıb, örüş yerlərini zəbt edərək, yaxınlarının istifadəsinə verib.

Yerli sakinlər tərəfindən redaksiyamıza göndərilən videogörüntüləri izlədikdə aydın görünür ki, kəndlərin torpaq sahələrindən ata mülkü kimi gen-bol yararlanan bələdiyyə sədri bərbad vəziyyətdə olan küçə yollarını və zibillik paliqonuna çevrilmiş kənd ərazilərini buvaxta qədər görməzdən gəlib.

O, da "haqlı", belə işlər pul gətirmir, əksinə xərc tələb edir ki, bu da Tağıyevin şəxsi maraqlarına ziddir.

Xatırladaq ki, ötən yazımızda da vurğulamışdıq ki, Ağbil kənd sakini Valeh Məmmədovun iddiasına görə bələdiyyə sədrinin ona 10.000 (on min) manata satdığı 0.18 ha torpaq sahəsini əlindən zorla alaraq, zəbt edən Qabil Tağıyev bir neçə gün əvvəl redaksiyamıza gəldiyində, bələdiyyə sədri olan qardaşı barəsində, "Şahin kimdir ki, icra başçısından icazəsiz torpaq satsın" ifadəsini işlətmişdi.

Qabil Tağıyevin bu etirafı bir daha sübut edir ki, bələdiyyə sədrlərinin himayədarı birbaşa yerli icra başçılarıdır.

Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov bu rayona yeni təyin olunsa da görünür qısa müddətdə hər kəsin "ipini əlinə yığmağı" bacarıb. Bəlli ki, digər sahələrdə topladığı təcrübələr boşa getməyib.

İlqar Mahmudov kimdir?

Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İlqar Mahmudov bu vəzifəyə təyinat alana qədər təhsil sahəsində müxtəlif vəzifələrdə çalışıb. Hələ gənc yaşlarında sabiq Təhsil naziri Misir Mərdanovun köməkçisi işləyib. Yerli mediadan əldə etdiyimiz məlumatlara görə elə o, zamanlardan əlini rüşvətə alışdıran bu cavan oğlan rüşvət yolu ilə əldə etdiyi "balta kəsməyən" - "hər qapının açarı" olan pulları və yüksək vəzifələrdə çalışan himayədarları sayəsində Misir Mərdanovdan sonra da bu sahədə müxtəlif vəzifələrdə çalışmağa davam edib.

Mətbuatın yazdığına görə bir müddət Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışan İ. Mahmudov, "iki yüz min verib, vəzifəyə gəlmişəm, pulumu çıxarıram" deyərək, sözügedən müəssisədə korrupsiyanı iş prinsiplərinə daxil edibmiş. Hətta, bəzi yerlərdə özünü keçmiş MTN rəhbəri Eldar Mahmudovun qohumu kimi təqdim edərək, "Mahmudov" soy adından bəhrələndiyi barəsində də yerli saytlarda məlumatlar yer alır.

Daha sonra çalışdığı vəzifə isə Elm və Təhsil Nazirliyinin ən gəlirli şöbələrindən biri və birincisi sayılan Daxili nəzarət şöbəsinin rəhbəri olub. Məktəb direktorlarının, Uşaq bağçası müdirlərinin "xoxan-xortdan" gözündə gördükləri bu şöbəni onların "ciblərinin ən qəddar düşməni" adlandırsaq yanılmarıq.

Bəli, belə çıxır ki, bu cür "çörəkli" vəzifələrdə kifayət qədər təcrübə toplamış İlqar Mahmudov indi də ölkə başçısının ona göstərdiyi etimadı fürsətə çevirməyi bacarıb. O, rəhbərlik etdiyi rayonun bütün bələdiyyə sədrlərini "ram edərək", əmrinə itaət etməyi öyrədib.

Təkrarçılıq olmasın, bunu biz demirik, Ağbil bələdiyyəsinin sədri Şahin Tağıyevin doğmaca qardaşı Qabil Tağıyevin etirafıdır.

Doğrusu, qulağa da inandırıcı gəlir.

Yerli mediada adının korrupsiya, rüşvət məsələlərində hallanması, həmçinin evindən oğurlandığı, lakin ya həqiqətən oğrunun simsar olması, ya da o, qədər pulun mənbəyinin sual yaradacağı qorxusundan "açıb-bükə" bilmədiyi 250.000 (iki yüz əlli min) manat məsələsi (7gün.org) İlqar Mahmudovun xalqa xidmət etmək əvəzinə, dövlət qurumlarında tutduğu vəzifələri mənfəətə çevirdiyini göstərir.

Bu kimi şəxslərin nəinki bir rayona rəhbərlik etməsi, hətta hər hansı bir vəzifədə çalışması dövlətin və xalqın sabahı üçün böyük təhlükə, həyəcan siqnaldır.

Qeyd edək ki, redaksiyamıza Quba rayon sakinləri tərəfindən şikayət və müraciətlər gəlməkdə davam edir. Odur ki, mövzunu davam etdirəcəyik.

DogruXeber.az
 
 
 

Bölmənin digər xəbərləri

22 Yanvar 2025 Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı ortaya nələr çıxardı
22 Yanvar 2025 Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir İDDİA
22 Yanvar 2025 “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
22 Yanvar 2025 Məzahir Pənahovun nəzərinə - Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq, tayfabazlıq ... -- FOTOLAR/İDDİA
22 Yanvar 2025 Valideynlərin BSQ üsyanı: Nazirlik özü qoyduğu qaydaları niyə pozub? - VİDEO
22 Yanvar 2025 Gəncə Tibb Kollecində rüşvət tələb olunur?
22 Yanvar 2025 "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
22 Yanvar 2025 Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
21 Yanvar 2025 İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" - FOTOLAR
21 Yanvar 2025 Astarada iki hakimiyyət: Allahverən Mahmudov Qəzənfər Ağayevin kreslosuna göz dikib
21 Yanvar 2025 Xırdalan şəhər 1 nömrəli məktəbdə BSQ testləri üçün pul yığılır iddiası: Təhsil Nazirliyi araşdırma aparmalıdır
20 Yanvar 2025 Gəncə Tibb Kollecində rüşvət İDDİASI: 500 manat TƏLƏB OLUNUR
20 Yanvar 2025 Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
19 Yanvar 2025  “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
19 Yanvar 2025 NAXCIVAN SƏHİYYƏ NAZİRİ SAMİQ SADIXOVDÖVLƏT BÜDCƏSİNƏ GÖRƏN NİYƏ QƏNİM KƏSİLİB?
19 Yanvar 2025 Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir
19 Yanvar 2025 Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...
19 Yanvar 2025  “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
19 Yanvar 2025 SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi...
18 Yanvar 2025 Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA

Dünyapress TV

Xəbər lenti