Ardını oxu...
Qarşıdan 29 yanvar Bələdiyyə Seçkiləri gəlir. İctimaiyyətin bu seçkilərə də inamı qalmadığı göz qabağındadır. Çünki bir çox rayonlarda artıq bələdiyyə sədrlərinin təyin olunduqları danılmaz fakt kimi ortadadır. Onlardan biri də, seçkilərə hazırlıq səviyyəsi sıfıra bərabər olan paytaxt Bakının Səbail rayonudur. Dəhşət ondadır ki, bu yazıda adları keçən namizəd şəxsləri heç kəs tanımır və onların bu rayonun taleyüklü məsələlərində, sosial həyatında heç bir nə effektiv rolları olmayıb.

Ümumiyyətlə, Səbail rayonunda fəaliyyət göstərən yerli idarəetmə orqanlarından mediada ən çox tənqid olunan bələdiyyələrdir. Səbail və Badamdarın bələdiyyə sədrləri barəsində təkzibolunmaz sübutların tirajlanmasını da hamı bilir. Təəssüf ki, onların barələrində hələki adekvat tədbirlər görülməyib.

AzToday.az-ın media üzərindən apardığı araşdırmalardan məlum olur ki, Səbail Bələdiyyəsindəki özbaşınalıqlar inanılmaz dərəcədə çoxdur. Belə ki, sədr Hacı Əliyevin özü ilə bərabər, burada işlə təmin etdiyi doğma-yaxınları və tanışları da, şəxsi mənafeləri naminə hər oyundan çıxmaqdan çəkinmirlər. Bir sözlə, burada şəxsi mənafe amili gözləri elə qapadıb ki, heç onun özünün, eləcə də burada işlə təmin etdiyi doğma-yaxınlarının və tanışlarının, bələdiyyələrin işləriylə bağlı ölkə başçısının tapşırıq, tələb və tövsiyələrini həyata keçirmək, həssas təbəqədən olan əhaliyə göstərilən xidməti yaxşı səviyyədə təşkil etmək belə yadlarına düşmür. Konkret desək, Hacı Əliyev bələdiyyə sədri olandan, ətrafında bir "ailə ansamblı" yaradaraq, burada işlə təmin etdiyi səlahiyyət sahibi doğma-yaxınlarının adıyla, "rəsmi qaydada olaraq", indiyəcən, külli miqdarda bələdiyyə pullarını mənimsəyib?!
Ardını oxu...
Hacı Əliyevin özü bu rayonda yaşamasa da, onun bələdiyyə sədri necə seçilməsi hamını indiyədək düşündürür.
Səbail rayonunun Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovun adı isə, mediada keçmiş peşəsinə sadiq qalaraq, maklerlik fəaliyyəti, torpaq alqı-satqısı, ev və obyekt inşası məsələsində hallanır. Məlumata görə Təzəxan Məmmədov sadəcə torpaqların satışı ilə deyil, həm də onların üzərində ev və obyekt inşası ilə də məşğul olur. Bələdiyyə sədri ondan torpaq alan hər bir müştəriyə torpaq üzərində ev, yaxud obyekt inşa etdirəcəyi təqdirdə bəlli məbləğ qarşılığında tikinti inşasına nəzarət edən bütün lazımi adamlarla anlaşma yaradacağını təklif edir. Bu prosesdə isə Təzəxan Məmmədovun əsas güvəndiyi şəxs icra başçısının birinci müavini Vüqar Şıxməmmədovdur. Bələdiyyə sədrinin əsas himayədarı kimi tanınan Şıxməmmədov üç ildir bu vəzifəyə təyin olunub və bu gün rayonun “qara kassası” kimi tanınır. Öz yaxınlarını Badamdar bələdiyyəsində və DOST xidmətinin sahələrində işə düzəldən müavinin sədrlə birgə bələdiyyə büdcəsini tam nəzarətdə saxladığı bildirilir.

Bu arada AzToday.az-a daxil olan məlumatlara görə, həm Hacı Əliyev, həm də Təzəxan Məmmədov yenidən bələdiyyəni ələ keçirmək üçün hərəkətə keçiblər. Bildirilir ki, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev bu vəzifədə istədiyi kimi hərəkət etməkdən çəkinmir. Paytaxt Bakının olduqca böyük bələdiyyələrindən biri olan Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədovla bərabər sanki buranı özəlləşdiriblər. Ciddi olan namizədlik məsələsini dəyiş-düyüş oyununa çevirməkdən çəkinməyiblər. Qohumbazlığı, tayfabazlığı... bu seçkilərdə də, əsas prinsip olaraq qarşılarına məqsəd qoyublar.
Ardını oxu...
Bəli, namizədlərin irəli sürülməsində oyunbazlıqları göz qabağındadır. Hacı Əliyev öz doğma-yaxınlarının namizədliklərini Badamar Bələdiyyəsindən, Təzəxan Məmmədov isə, Səbail Bələdiyyəsinin özündən irəli sürüblər.
Belə ki, sədrin nəvəsi Nurel Badamdar, Təzəxan Məmmədovun qızı Nəzrin Vahidova isə, Səbail Bələdiyyəsindən namizəd kimi qeydə alınıblar. Onların yaxınları Vahidə Cəfərova və Hüseyn də namizəd kimi istədiklərini edirlər. Hacı Əliyevin bələdiyyə işçisi olan qardaşı oğlu Şahin, rayon vergisində rəis müavini postunu tutan bacanağı Fərhad müəllimin qızı Pərvin də seçki qalibi olacaqlarını indidən bilirlər.

Dəhşət ondadır ki, namizədlərin heç biri Səbaildə yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur. Halbuki bu rayon Bələdiyyəsinin namizədləri burada qeydiyyatları olub, yaşayanlar ola bilərlər. Onların doğum haqqında şəhadətnamələrinin surətləri deyilənlərin təsdiqidir.

Səbail rayonunun bələdiyyələrində baş verən özbaşınalıqlarla bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Bəzi valideynlər dərslərin tam bitməməsi və yarımilliyin başa çatmaması səbəbindən orta məktəblərdə Böyük Summativ Qiymətləndirmənin (BSQ) keçirilməsindən narazıdır. Onlar təhsil prosesində qanunvericiliyin tələblərinə riayət olunmadığından şikayətlənirlər.
Bakupost.az xəbər verir ki, bununla bağlı narazılıq edən valideynlərdən biri Nərimanov rayonu 45 saylı orta məktəbin "4c" sinfində şagirdlərin hüquqlarının pozulduğu bildirib.
Onun sözlərinə görə, hələ 1-ci yarımillik başa çatmadan "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" fənləri üzrə BSQ keçirilib. Halbuki, təhsil qanunvericiliyinə əsasən, summativ qiymətləndirmələr tamamlayıcı dərslərdən sonra, yarımilliyin sonuncu həftəsində keçirilməlidir:
“1-ci yarımillik hələ bitməyib. Tətil yanvarın 27-si başladığı üçün bu tarixdə bitmiş olacaq. Mən təhsil qanunlarını oxudum və dəqiqləşdirdim ki, orada BSQ tamamlayıcı dərsdən sonra və həmin yarımilliyin son həftəsində - sonuncu dərs günü olur. Amma Nərimanov rayonu 45 saylı orta məktəbin “4c” sinifində hələ keçən həftədən "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi" summativlərini yazıb bitiriblər”.
Valideyn qeyd edib ki, "Azərbaycan dili" fənnindən 14, "Riyaziyyat"dan isə 16 dərs keçirilməli olduğu halda, summativ qiymətləndirmə artıq keçən həftədən aparılıb:
“Mən indi cədvələ baxıram ki, "Azərbaycan dili" fənnindən hələ 14 dərs keçməlidirlər, bu fənn bitməyib, amma keçən həftədən BSQ veriblər. "Riyaziyyat"dan BSQ-dən sonra hələ 16 dərs keçməlidirlər. Yəni 16 dərs keçmədən öncə müəllimin BSQ yazdırması nə dərəcədə doğrudur? Bu dərslərin keçirilmədən summativlərin yazdırılması təhsil qaydalarına nə dərəcədə uyğundur?"
Valideyn "Həyat bilgisi" fənnində də oxşar problemlər olduğunu qeyd edib:
“Bunların qanunsuzluqları bununla bitmir. "Həyat bilgisi"ndən hələ 4 dərs keçilməlidir, amma bunlar artıq həmin fənnin summativini yazıb bitiriblər. Üstəlik, "Həyat bilgisi" dərsi olmayan gün. Həftənin 1-ci günü üçün "Həyat bilgisi" dərsi yoxdur, bunlar gecə saat 11-də qəfil deyirlər ki, sabah filan fənnlərdən summativ olacaq. Mən müəllimə irad tutdum ki, ay müəllim, gecə saat 11-dir, mən hansı uşağı yuxudan oyadıb deyim ki, sabah sənin BSQ-n var, dur təkrarla? Deyir, 1 həftə öncədən bunu məlumatlandırmışdım. Mən də deyirəm, axı uşaq arxayındır ki, son dərs günü gələn həftənin 5-ci günüdür, yəni ən tezi həftənin 3-cü gününə summativ ola bilər. Bunlar hansı qanunla işləyirlər, mən başa düşə bilmirəm?!”
Məsələ ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, BSQ 1-ci və 2-ci yarımilin sonunda keçirilməlidir:
“Əslində qaydalara görə, BSQ 1-ci yarımilin və 2-ci yarımilin sonunda, sonuncu dərsdən sonra keçirilməlidir. Amma dekabrın sonunda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər Ümumi Təhsil üzrə Agentlik (MÜTDA) və ya təhsil yerli idarəetmə orqanları tərəfindən bütün məktəblərə təlimat göndəriblər ki, qiymətləndirmə yanvarın 16-sından başlayır".
Bakupost.az
Ekspertin sözlərinə görə, bu vəziyyət məktəblərin öz qərarlarının deyil, onlara verilən qanunsuz təlimatın nəticəsidir:
“Burada məsələ məktəblərdə deyil. Məktəblər tabe olduqları orqanların qanunsuz və özlərinin yazdıqları qaydaları pozan təlimat məktubuna əsasən, addım atırlar. Dediyim kimi, bütün məktəblərə yazılı təlimat gəlib ki, yanvarın 16-sından başlayaraq, qiymətləndirməni keçirdin. Məktəblər də həmin təlimata uyğun olaraq, yanvarın 16-sından başlayaraq BSQ keçirirlər”.
Elşən Qafarov əlavə edib ki, BSQ keçirildikdən sonra kiçik summativ qiymətləndirmə (KSQ) keçirilməsi qadağandır:
"Hazırda məktəblər qiymətləri qeyd etmədən BSQ keçirirlər, lakin qiymətlər yalnız yanvarın 26-sında yazılacaq.
Son 10 gündə tədris proqramlarında KSQ var. Orada göstərilib ki, BSQ keçirildikdən sonra KSQ keçirmək olmaz. İndi məktəblər qiymət yazmırlar. Qiyməti ayın 26-sı, sonuncu dərs üçün yazacaqlar.”
Ekspert bu qiymətləndirmə metodunun şagird nailiyyətlərini düzgün şəkildə əks etdirmədiyini və müəllimlərin, məktəbin nüfuzunu zədələdiyini bildirib:
“Biz illərdir təklif edirik ki, bu qiymətləndirmə metodu ləğv edilsin, əvvəlki kimi rəqəmlərlə olan qiymətləndirmə tətbiq edilsin. Ümumiyyətlə, bu qiymətləndirmə müəllimin, məktəbin nüfuzunu aşağı salan və şagird nailiyyətlərini doğru-düzgün ortaya qoymayan bir qiymətləndirmədir”.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığınız sorğuya cavab olaraq bildirildi ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir: "20 yanvar tarixi Ümumxalq hüzn günü, 25-26 yanvar tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün böyük summativ qiymətləndirmənin 16 yanvar tarixindən başlanması məqsədəuyğundur".
Lalə Novruz, BakuPost
 
 
 
 
Ardını oxu...
Gəncə Dövlət Tibb Kollecində oxuyan tələbə onlardan rüşvət tələb olunduğunu iddia edib.

"DogruXeber.az" oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədəki səhifələrin birində bu məsələ müzakirə mövzusu olub.

İddia olunub ki, kollecin müəllimi praktika üçün tələbələrdən 500 manat məbləğində pul tələb edir.

"Məlahət xanım hələ də tələbələrdən praktika üçün pul tələb edir. İl başlayandan 20 AZN istəyirdi, praktika üçün isə 500 AZN istəyir. Öz haqqımız olan praktikaya çətinliklə gedirik. Oxuyanlar qalırlar qıraqda, pul verənlərə təqaüd verilir", - deyə paylaşımda bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi yayılan məlumatı əsassız hesab edib.

Qeyd edilib ki, paylaşımın olduğu səhifədə bundan əvvəl də oxşar anonim məlumat paylaşılıb.

"Səhiyyə Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb, tələbələrlə ayrı-ayrılıqda görüşlər keçirilib, nəticədə faktlar təsdiqini tapmayıb.

Səhifədə yer alan məlumatların anonim olması şikayət edənlə əlaqə yaradılmasını və məsələnin qanunvericilik çərçivəsində araşdırılmasını mümkünsüz edir.

Hər hansı bir fakt və sübutlar olarsa, Səhiyyə Nazirliyi şikayətçini qəbul edib məsələnin qanunvericilik çərçivəsində araşdırılmasına hazırdır. Bundan əlavə, şikayətçi əlindəki faktlarla hüquq-mühafizə orqanlarına da müraciət edə bilər", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında da kollecdəki analoji problemlə bağlı məlumatı işıqlandırmışdıq. Həmin vaxt tələbələrdən birinin valideyni sosial şəbəkədəki səhifələrin birində Tibb bacısı fakültəsinin şöbə müdiri Yeganə Abbasovanın kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb etdiyini iddia etmişdi.
Ardını oxu...
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə hüququ tapdanan işçi müraciətini ictimailəşdirib. "DİA-AZ" xəbər verir ki, "Azeri Drillinq Fluds LTD" şirkətinin işçisi Məmmədyarov Teymurun başına gələnləri təqdim edən M.Qəhrəmanlı onun dilindən yazır:
"Mən Məmmədquliyev Teymur Şahin oğlu 2004-cü ildən "Azeri Drillinq Fluds LTD" şirkətində supervayzer vəzifəsində işləyirdim. 09.12.2022 il tarixində iş vaxtı iş yerində xəsarət almışam . ( Sağ bilək aypara sümük sınığı və sol ayaq pəncəsi sınığı ) İki dəfə əməliyyat olunmağıma baxmayaraq bu günə kimi fiziki funksional pozğunluq qalmışdır.Bunu təsdiq edəcək bütün sənədlərim var.
Müfəttişlik tərəfindən NK-27 saylı qərarına uygun təhqiqat aparılmışdır.(Akt 01/23 09.02.2023) İZ aktına əsasən şirkət təqsirli sayılır.İz aktından əlavə DSMF -nin 06.02.2024 ci il № 3-17-1/2-M-27276/2024 sənəddə də şirkətin günahkar olduğu təsdiqlənib.
Mənim iş vatxı xəsarət almağıma baxmayaraq şirkət tərəfindən heç bir köməklik ,maddi yardım olunmamışdır.Eyni zamanda mənə xəstə olduğum günlər üçün əmək qabiliyyətinin itirilməsi günləri üçün ödəniş düzgün hesablanmamışdır .2023 cü il sentyabr ayından bu ödənişlər tam dayandırılmışdır. 09.12.2022 dən 16.05.2024 tarixinədək xəstəlik vərəqəsi davam edirdi.
Bundan əlavə Dəfələrlə Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı müraciət etməyimə baxmayaraq heç bir nəticə yoxdur.
01.10.2024 tarixində məni 67 C maddə ilə işdən azad etdilər.
Hal-hazırda bu işlə bağlı məhkəmə də davam edir..."
"DİA-AZ" qeyd edir ki, müraciətin sonunda M.Qəhrəmanlı baş verənlərə hüquqi qiymət də verib: "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
AR Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.Maddədədiqqətyetirəsiiki məqam var. Birincisi, hansı halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə zəruriyyətin yaranmasıdır. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün işəgötürəninciddiəsasıolmalıdır. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
AR Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
AR Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir..."
 
 
 
Ardını oxu...
Şəki rayonu, Baş Göynük kənd sakini,hazırda Bakı şəh., Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 73, mənzil 19-da kirayədə yaşayan ağır sağalmaz xəstə ( Daun sindromlu ) Saatov Əziz Nəzirməmməd oğlunun anası Saatova Nuranə Alı qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Xatırladım ki, mənim oğlum Əziz 2015-ci ildə Şəki rayonun Baş Göynük kəndində andan olub. 2 yaşından məlum olub ki, uşaqda daun xəstəliyi var.

Yəni, övladım birdəfəlik əlil olmuşdur. Dəfələrlə uzun müddətli müalicələr etsək də effect vermədiyinə görə əlil kimi nəzərə alınmışdır. Mən anasına da baxıcı kimi aylıq 100 manat pul verilmişdir. Lakin 4 aydır ki, 2016-cı ildən təyin olunan pensiyasını əsassız olaraq kəsiblər. Bu məsələ üçün uşaqla birlikdə 2024-cü ilin dekabrın 4-də və 10-da ƏƏSMN-nin 17 saylı TSEK-də həkim komissiyasında olduq.Dediləer ki, 1 həftəyə komissiyanın cavabı olacaq. Lakin həftələr keçməsinə baxmayaraq onlar pensiyanın kəsilməsinə qərar versələr də bu barədfə bizə rəsmi məlumat vermirlər. Lakin fakt bundan ibarətdir ki, 2033-cü ilə qədər nəzərdə tutulmuş əlillik ləğv edilmişdir ki, pensiya da verilmir. Mahmud həkim də Natiq həkim də bildirirlər ki, uşağa əlillik düşmür. Bu həmin adamlardır ki, 24.02.2016-cı ildə 17 saylı TSEK üzvləri 2033-cü ilədək əlilliyin təyin olunması bardə qərar qəbul etmişlər. Lakin uşaq indiyədək məktəbə getmir, və heçnə bilmir. Və heçnə də öyrədə bilmirik. Yəni ciddi daun sindromlu ( F71, F-72, F-73, Q90) xəstədir. Axı necə ola bilir ki, əvvəl əlillik təyin edilir. İndi isə heç bir səbəb göstərmədən əlillikdən məhrum edilir. Dünyanın bütün ölkələrində belə uşaqlar həmişə əlil hesab ediliblər. İndi ƏƏSMN-nin 17 saylı TSEK nə fikirləşibsə daun sindromlu ciddi xəstə olan oğlumu əlil hesab etmirlər. Sadəcə heç bir izahat vermədən deyirlər ki, əlillik düşmütr. Vəsəlam. Mən bu əsassız fikir və düşüncələrlə razı deyiləm.

İndi də özlərini ağıllı hesab edən, əslində Hipokrat andına tüpürüb, evinə maraqları təmin edilməklə çörək aparan bu tiplər uşağı əsassız olaraq əlillikdən məhrum etmişlər.Və bununla da bilərəkdən böyük bir cinayətə yol vermişlər.

Bunların əsassız qərarından sonra mən bir ana kimi...

Həkimlərin əsassız rəyindən isə nəticə çıxır ki, guya Əziz Saatov artıq sağalmaq üzrə imiş. Doğrudur, biz çox kasıb vəziyyətdə yaşadığımıza görə pulumuz olmur.Əzizin atası Nəzirməmməd indi böyrək çatışmazlığından əziyyət çəkir. Hər dəfə dualism aparataına qoşulur. Başımı ata və oğul xəstələr arasında tam itirmişəm. Yoldaşım iş qabiliyyətini itirmişdir. Birtəhər yeməyə quru çörək tapırıq. Hesab edirəm ki, ona görə də vicdansız həkimlər tərəfindən belə formada “cəzalandırıldıq”.

Cənab Səhiyyə naziri Teymur Musayev!

Xahiş edirəm ki, Siz bu ƏƏSMN-nin həkim komissiyasının “peşəkar” üzvlərinizi başa salasınız ki, sağalmaz xəstəlik –daun sindromu diaqnozu qoyulanoğlumun müalicəsi mümkünsüzdür ki, sağalsın.

Tibbi komissiyanın belə bir ağır xəstənin əlillik hüququndan məhrum etməsi başa düşülən deyil.

Hesab edirəm ki, adi həkim adına təhqirdir, savadsızlıqdır, təxribatdır. Heç olmasa özünüzü orta təhsilli tibb bacısı səviyyəsində aparın, insanların heysiyyatı ilə oynamayın! Bir az Utanın..."
 

Ardını oxu...
Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsində qanunsuz tikinti aparılır.

Qlobal.az xəbər verir ki, bu barədə Dosye.org saytı məlumat yayıb.

Ərazidə açıq-aydın qanunsuz tikintinin getdiyi və ağacların məhv edildiyi görünür. Aparılan tikintinin heç bir qanuni sənədi yoxdur.

Sözügedən qanunsuz tikinti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Naziliyi tərəfindən məhv edilmiş ağaclarla bağlı akt tərtib olunmuş, obiyektin sahibi isə cərmələnmişdir. Lakin cərmənin məbləği o qədər aşağıdır ki, təbiətə qənim kəsilənlər asan yollarla məsüliyyətdən yayına bilir.

Digər tərəfdən Binəqədi rayonunda qanunsuz fərdi evlərin tikintisinin də sürətlə davam etdiyi vurğulanır.

Məlumatlara görə, Binəqədidə qanunsuz tikintiyə nəzarət edən Tahir adlı şəxsdir. Bu rayonda kürsülü evin tikintisi 4-5 min manat, iki mərtəbəli evin tikintisi isə 9-10 min manat aralığında "qiymətləndirilir”.

Məsələ ilə bağlı qarşı tərəf mövqe sərgiləyə bilər.

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Astara rayonunda ikihakimiyyətlilik hökm sürür.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda deyilir.

Məlumata görə rayon sakinləri İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdən daha çox birinci müavin Allahverən Mahmudova etimad edir.

Problem və qayğılarının həlli ilə bağlı rayon rəhbərliyinin qəbuluna gələnlər İcra başçısı Qəzənfər Ağayevin qəbuluna yazılmaq istəmirlər.

Ardını oxu...

Sakinlər bunu icra başçısının onların probleminə başdansovdu yanaşdığına, heç bir problemin həllinə kömək etməməsinə görə edirlər.

Məlumatda bildirilir ki, astaralılar Allahverən Mahmudovu faktiki icra başçısı kimi görürlər. Allahverən Mahmudovun qəbulunda qaldırılan hər bir problemin qısa zamanda həll edildiyi bildirilir.

Ölkədə yuxarı instansiyalarla sıx əlaqəsi olan, hər bir sözü eşidilən Allahverən Mahmudovun yaxın zamanda Astaraya icra başçısı təyin ediləcəyi vurğulanır.

Ardını oxu...


Astara rayon sakinlərinin Qəzənfər Ağayevə etimadları o qədər tükənib ki, hətta onun səyyar qəbul və görüşlərinə də problemi olan sakinlərin gəlmədiyi vurğulanır.

Belə ki, Q.Ağayevin Şağlazüzə və Maşxan kəndlərində keçirdiyi səyyar qəbul görüşdə də az sayda adam iştirak edib.

Bu adamların da yeli icra nümayəndəsi və bələdiyyə tərəfindən gətirildiyi bildirilir.

Astaralılar ən adi problemlərini həll edə bilməyən icra başçısının görüşündə gedib vaxt itirmək istəmirlər.

Astarada yaranan bu vəziyyətdən Allahverən Mahmudov maksimum yararlanmaq istəyir. Buna görə də Bakıda münasibətdə olduğu iri ranqlı məmurların dəstəyindən istifadə edərək Astara rayonuna başçı gəlmək istəyir.

Qeyd edək ki, Qəzənfər Ağayev 2012-ci ildən Astara rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Ardını oxu...
"Azərbaycan Reallığı"nın redaksiyasına daxil olan məlumata görə, Xırdalan şəhər 1 nömrəli məktəbin müəllimləri şagirdlərdən BSQ (Bilik Səviyyəsinin Qiymətləndirilməsi) testləri üçün pul yığır. Məktəbin adı açıqlanmayan bir şagirdi bildirir ki, hər sinifdən bu testlər üçün 300 manat məbləğində pul tələb edilir.

Məlumatda vurğulanır ki, bu yığımlar məktəb rəhbərliyinin məlumatı və razılığı ilə həyata keçirilir. Xırdalan şəhər 1 nömrəli məktəbin direktoru Arifə Balakişiyeva bu iddialarla bağlı hələlik hər hansı açıqlama verməyib.

Təhsil Nazirliyinin bu kimi hallar barədə konkret mövqeyi var: dövlət məktəblərində testlər və digər tədris xidmətləri üçün əlavə ödəniş tələb edilməsi qanunsuzdur. Təhsil müəssisələrində belə qanunsuz pul yığımlarının olması həm valideynlər, həm də şagirdlər arasında ciddi narazılıqlara səbəb olur.

Qeyd edək ki, bu iddialar cəmiyyətin geniş marağına səbəb olub. Təhsil Nazirliyi məsələyə dərhal müdaxilə edərək ciddi araşdırma aparmalı və iddiaların doğruluğunu təsdiqləyərsə, məsuliyyətli şəxslər barəsində qanuni tədbirlər görməlidir.

Valideynlərə də bu cür hallarla qarşılaşdıqları təqdirdə
 

Ardını oxu...
Gəncə Dövlət Tibb Kollecində oxuyan tələbə onlardan rüşvət tələb olunduğunu iddia edib.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədəki səhifələrin birində bu məsələ müzakirə mövzusu olub.

İddia olunub ki, kollecin müəllimi praktika üçün tələbələrdən 500 manat məbləğində pul tələb edir.

"Məlahət xanım hələ də tələbələrdən praktika üçün pul tələb edir. İl başlayandan 20 AZN istəyirdi, praktika üçün isə 500 AZN istəyir. Öz haqqımız olan praktikaya çətinliklə gedirik. Oxuyanlar qalırlar qıraqda, pul verənlərə təqaüd verilir", - deyə paylaşımda bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi yayılan məlumatı əsassız hesab edib.

Qeyd edilib ki, paylaşımın olduğu səhifədə bundan əvvəl də oxşar anonim məlumat paylaşılıb.


"Səhiyyə Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb, tələbələrlə ayrı-ayrılıqda görüşlər keçirilib, nəticədə faktlar təsdiqini tapmayıb.

Səhifədə yer alan məlumatların anonim olması şikayət edənlə əlaqə yaradılmasını və məsələnin qanunvericilik çərçivəsində araşdırılmasını mümkünsüz edir.

Hər hansı bir fakt və sübutlar olarsa, Səhiyyə Nazirliyi şikayətçini qəbul edib məsələnin qanunvericilik çərçivəsində araşdırılmasına hazırdır. Bundan əlavə, şikayətçi əlindəki faktlarla hüquq-mühafizə orqanlarına da müraciət edə bilər",
- deyə açıqlamada bildirilir.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında da kollecdəki analoji problemlə bağlı məlumatı işıqlandırmışdıq. Həmin vaxt tələbələrdən birinin valideyni sosial şəbəkədəki səhifələrin birində Tibb bacısı fakültəsinin şöbə müdiri Yeganə Abbasovanın kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb etdiyini iddia etmişdi.
Ardını oxu...
İlin əvvəli nadir bir hadisə ilə yadda qaldı. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən eyni vaxtda iki ticarət şəbəkəsi - “Kontakt Home” ticarət nişanı ilə fəaliyyət göstərən “ABC-TELECOM” MMC və “Baku Electronics” MMC-yə qarşı inzibati xətalara dair protokollar tərtib edilib.

Hər iki fəaliyyət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun pozulması ilə bağlıdır. Dövlət qurumu şirkətin keyfiyyətsiz (müqavilənin şərtlərinə cavab verməyən) mal satdığını və onları dəyişdirməkdən və geri almaqdan imtina etdiyini bildirdi.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynov mövzuya dair AYNA-ya şərhində deyib ki, əslində, yerli pərakəndə satış şəbəkələrində keyfiyyətsiz və nasaz avadanlıqların satışı ilə bağlı problem hər zaman olub: “Bizim quruma da mütəmadi olaraq aldadılmış alıcılardan şikayətlər daxil olur. Adətən belə əhvalatlar belə inkişaf edir: vətəndaş avadanlıqları kreditlə və ya nağd şəkildə alır, sonradan məlum olur ki, o işləmir, yaxud hansısa qüsurları var. Təbii ki, şəxs mağazaya gedir, lakin satılan malı geri almaqdan imtina edirlər. Müştəri pərakəndə satış şəbəkəsinə aid olan texniki xidmət mərkəzinə göndərilir, burada müxtəlif bəhanələrlə malı dəyişdirməyə və ya qaytarmağa icazə vermirlər. Xidmət işçiləri avadanlığın zədələnməsinə görə tez-tez alıcını günahlandırırlar. Məsələn, problemli mobil telefonda onu cızaraq qəbul etməkdən imtina edə, müştərini günahlandıraraq avadanlıqların onun təqsiri üzündən xarab olduğunu bildirə bilərlər”.

“Mobil telefonlara gəlincə, satıcılar adətən nasaz avadanlıq üçün ödənilən pulu qaytarmaqdan imtina edərək izah edirlər ki, müştəri telefonu cızıb və guya bu səbəbdən indi bu seçim onun üçün əlçatmazdır. Odur ki, avadanlıq gətirsəniz, sayıq olun. İşçilərin özləri belə bir cızıq salırlar ki, onu geri qaytara bilməyəsiniz – hazırda bu, ən çox yayılmış hiylədir. Lakin əlbəttə ki, bahalı təmirdən imtina etməyin başqa yolları da var”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, AİB adətən pərakəndə satış şəbəkəsi ilə danışıqlar yolu ilə belə hadisələri həll etməyə çalışır: “Lakin onlar heç kimi qəbul etmirlər - nə öz müştəriləri, nə də bizim təşkilatı. Baxmayaraq ki, qanunla onlar müştərinin tələbi ilə 14 gün ərzində zədələnmiş avadanlığı dəyişdirmək və ya geri qəbul etmək məcburiyyətindədirlər”.

Əslində, bir çox böyük elektronika pərakəndə şəbəkələri müştərilərinə "qızıl zəmanət" təklif edir, lakin bu da problemləri aradan qaldırmır. Hüseynovun qeyd etdiyi kimi, sözügedən marketinq hiyləsi ölkəmizdə on ildən artıqdır ki, tətbiq edilir, lakin zəmanət öhdəlikləri heç də həmişə yerinə yetirilmir.

“Zəmanət öhdəlikləri də çox vaxt problem yaradır, xüsusən də söhbət mürəkkəb texniki cihazlardan gedirsə. Elə olur ki, şirkətin xidmət mərkəzinə müraciət etdikdən sonra məlum olur ki, bu və ya digər hissə çatışmır. Sadə dillə desək, kifayət qədər aktiv reklamı ilə müştəriləri cəlb edən şirkətlər, satın alınan məhsulla bağlı problem yaranarsa, praktiki olaraq bu barədə eşitmək də istəmir. Və sonra heç kim bilmir ki, hansı məhsullar və hallar üçün zəmanət verilməlidir. Tutaq ki, paltaryuyan maşının bir hissəsi yanırsa, pərakəndə satış şəbəkələri buna görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edir. Yerli sahibkarlar bu cür nüansları özləri həll edir, lakin problemi qanunvericilikdə axtarmaq lazımdır”, - deyə hüquq müdafiəçisi vurğulayıb.

Əlavə edib ki, broblem təkcə biznesdə deyil: ““İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanunun bir neçə onillik yaşı var və onun yenilənməsinə ehtiyac var. Bununla bağlı AİB artıq parlament və digər məsul strukturlarla əlaqə saxlayıb. Vətəndaşlar vicdansız satıcıların saxlama müddəti ötmüş mal satmasından, elektronika dükanlarının qüsurlu mal satmasından şikayətlənirlər və son vaxtlar bu siyahı genişlənərək onlayn alış-veriş zamanı baş verən hadisələrə də rast gəlinir. Məsələn, sosial şəbəkələrdə məşhur marketlərdən birində zinət əşyaları sifariş edən qadının əvəzinə yerli istehsal olan şokolad qutuları aldığı videosu yayılıb”.

Onlayn mağazalara çoxlu sayda şikayətlər daxil olur. Məsələn, şikayətçilərdən biri xaricdən çox baha qiymətə buxarlı ütü alıb və məhsulun xarab olduğu üzə çıxıb. Elə olur ki, vətəndaşlar televizor kimi bahalı avadanlıqlar sifariş etməklə vaxt və xeyli pul itirirlər. Alıcının malın alıcı tərəfindən zədələnmədiyini sübut etməsi çox çətindir.

E.Hüseynov əmindir ki, internet mağazalardan gələn sifarişlərlə bağlı şikayətlərin sayına görə, respublikada onlayn ticarət məsələləri ilə bağlı qurum yaradılmalıdır. Hazırda bütün Azərbaycanda müştərilərimizin problemlərini həll edən yalnız bir ictimai birlik var - Azad İstehlakçılar Birliyi. Amma istehlakçıların maraqlarını müdafiə edən qurumun normal fəaliyyəti üçün belə strukturlar çox olmalıdır. O zaman xarici internet mağazalardan ölkəyə mal idxalı zamanı yaranan çətinliklər aradan qaldırılacaq, vətəndaş aldığı nasaz avadanlıq və ya saxta mallarla tək qalmayacaq.
 

Dünyapress TV

Xəbər lenti