Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində avtomobil yollarında təhlükəli vəziyyət hökm sürür. Xırdalanın mərkəzindəki əsas yollarda belə piyada zolaqları silinib.

Problemlə bağlı Tribunainfo.az-a yazan sakinlər bildirib ki, Xırdalanın illərdir həll olunmayan yol problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, xüsusilə Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da heç bir tədbir görülməyib.

Xırdalan sakini Aqil Həmidov bildirib ki, icra hakimiyyəti bu problemləri həll etməkdə maraqlı deyil:

“Xırdalanda Abşeron rayon İcra Hakimiyyəti binasının qarşında piyada zolaqı silinib. Hər gün o yoldan uşaqlar istifadə edib məktəbə, baxçaya gedirlər. Bu xüsusilə uşaqlar üçün çox təhlükəlidir. İcra başçısı maşından düşəndə bu mənzərəni görməlidir axı”.

Digər sakin Elnur Əliyev isə bildirib ki, Xırdalanda hər yerdə vəziyyət belədir:

“Evimizin yanında, M.Hadi küçəsindəki vəziyyətin şəkillərini çəkib AYNA-ya göndərmişəm. Amma reaksiya vermirlər. Hər gün uşağım oradan keçib məktəbə gedir. Allah eləməsin, bir hadisə baş versə AYNA-nı partladıb həbsə gedəcəm”.

Sakinlər bildirib ki, Xırdalanın əksər yollarında piyada nişanını külək aşırdıb, düzəldən isə yoxdur:

“Həm piyada zolağı silinib, həm də piyada nişanı aşıb. Təsvir edin ki, o yoldan keçmək necə təhlükəlidir. Yaxınlarda bir piyadanı həmin yerdə maşın vurdu, dünyasını dəyişdi. Gözləyirlər bu kimi ölümlər artsın, ondan sonra bir tədbir görsünlər”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində avtomobil yollarında təhlükəli vəziyyət hökm sürür. Xırdalanın mərkəzindəki əsas yollarda belə piyada zolaqları silinib.

Problemlə bağlı Tribunainfo.az-a yazan sakinlər bildirib ki, Xırdalanın illərdir həll olunmayan yol problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, xüsusilə Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da heç bir tədbir görülməyib.

Xırdalan sakini Aqil Həmidov bildirib ki, icra hakimiyyəti bu problemləri həll etməkdə maraqlı deyil:

“Xırdalanda Abşeron rayon İcra Hakimiyyəti binasının qarşında piyada zolaqı silinib. Hər gün o yoldan uşaqlar istifadə edib məktəbə, baxçaya gedirlər. Bu xüsusilə uşaqlar üçün çox təhlükəlidir. İcra başçısı maşından düşəndə bu mənzərəni görməlidir axı”.

Digər sakin Elnur Əliyev isə bildirib ki, Xırdalanda hər yerdə vəziyyət belədir:

“Evimizin yanında, M.Hadi küçəsindəki vəziyyətin şəkillərini çəkib AYNA-ya göndərmişəm. Amma reaksiya vermirlər. Hər gün uşağım oradan keçib məktəbə gedir. Allah eləməsin, bir hadisə baş versə AYNA-nı partladıb həbsə gedəcəm”.

Sakinlər bildirib ki, Xırdalanın əksər yollarında piyada nişanını külək aşırdıb, düzəldən isə yoxdur:

“Həm piyada zolağı silinib, həm də piyada nişanı aşıb. Təsvir edin ki, o yoldan keçmək necə təhlükəlidir. Yaxınlarda bir piyadanı həmin yerdə maşın vurdu, dünyasını dəyişdi. Gözləyirlər bu kimi ölümlər artsın, ondan sonra bir tədbir görsünlər”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakıda Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” tikinti materialları satış ticarət mərkəzində qanunsuz fəaliyyət mövcuddur. Belə ki, dəfələrlə vergilər nazirliyinə, Fövqəladə hallar nazirliyi və sair dövlət qurumlarına müraciət olunsa da yekunda həmin dövlət qurumları adıçəkilən ticarət mərkəzinin mövqeyini müdafiə etmişlər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, həm vergilər nazirliyi, həm də fövqəladə hallar nazirliyi həmin ticarət mərkəzini müəyyən məbləğdə cəriməlyib, ancaq heç bir nəticəsi olmayıb və bu gün də həmin qanunsuzluqlar daha qabarıq şəkildə davam edir .Ticarət mərkəzində fəaliyyət göstərən mağazalarda kassa aparatları yoxdur,satılan mallar kassaya vurulmur,alıcılara hər-hansı qəbz verilmir. Alıcılara verilən fakturalar saxtadır və heç bir dövlət qurumları ilə uyğunluq təşkil etmir. Mağazalarda işləyən işçilərin əmək müqaviləsi yoxdur və bu da vergidən yayınma hallarının baş verməsinə səbəb olur. Eyni zamanda tacirlər arasında alqı-satqı zamanı pulun ödənilməsi kartdan -karta ödənilməklə həyata keçirilir ki, bu da qanunla qadağandır.
Ümumiyyətlə,”Eurohome” girişdən çıxışadək qanunsuz işlərlə məşğuldur və burada qara mühasibatlıq yolu ilə hər gün dövlətin milyonlarla maliyyə vəsaitləri ogurlanır, dövlət büdcəsindən yayındırılır.Bu ticarət mərkəzi Azərbaycan dövlətinin maliyyə sisteminə qarşı fəaliyyət göstərir.
“Eurohome” Dərnəgül filialındada eyni qanunsuz əməlləri həyata keçirir. “Eurohome” ticarət mərkəzi “AF HOLDİNQƏ” daxildir.Holdinqin rəhbəri Azay Möhnətovdur.

Redaksiyadan: Adıçəkilən ticarət mərkəzində baş verən digər qanunsuz işlərlə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə həmin faktları yenidən izləyicilərimizə təqdim edəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik…
cumhuriyyet.az

 
Ardını oxu...
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun vaxtilə bələdiyyə sədri işlədiyi Talıstan kəndi ərazisindəki balıq və qaz-ördək bəslənən gölü yerli sakinlərin ciddi etirazı ilə qarşılanmaqdadır…

«Təzadlar»a daxil olan şikayət məktubu və əlavə edilmiş foto və videogörüntülər təəssüf hissi yaradır. Məlum olur ki, İsmayıllı RİH başçısının müavini Mahmud Süleymanov bir vaxtlar rayonunun Talıstan Bələdiyyəsinin sədri işləyərkən «Burda mənəm, Bağdadda kor Xəlifə» fəlsəfəsini əsas tutaraq səlahiyyətindən qanunsuz formada istifadə etməyə başlayıb. Sitat: «…O, istədiyini edirdi, kəsdiyi başa sorğu-sual yox idi. Belə ki, o, Talıstan Bələdiyyəsinə aid «Ceyil» adlanan ərazidə torpağın təyinat və strukturunu dəyişdirərək orada özünə balıq və qaz, ördək bəsləmək üçün süni göl yaradıb, bu gün də həmin göldən qanunsuz istifadə edir. Həmin ərazi isə kənd sakini Qubadov Şikar Qubad oğluna məxsusdur. Lakin M.Süleymanov həmin əraziyə yiyələnib. O, həmçinin kəndin cənub ərazisində 4 ha torpaq sahəsini zəbt edərək əkin-biçinlə məşğuldur. Kənd sakinləri isə həyətyanı torpaq sahəsi istəyəndə deyirlər ki, torpaq sahəsi qalmayıb… Hazırda da həmin sahə əkilib… Kəndin şimal hissəsində isə Şahdağ Milli Parkına məxsus olan meşə fondunun bir hissəsini zəbt edərək özü üçün «Forest» Ailəvi İstirahət Mərkəzi yaradıb. Həmin istirahət mərkəzini Mahmud Süleymanovun yaxın qohumu Teymur Quliyev işlədir...» və sair.

Ardını oxu...
Maraqlıdır, niyə bəzi rəhbər şəxslər onlara verilən səlahiyyəti şəxsi ehtiyaclarının təminat aləti kimi qəbul edirlər? Doğrudanmı onlar ölkə Prezidentinin tövsiyyələrindən xəbərsizdirlər? Yoxsa, özlərini görməzliyə və ya eşitməzliyə vururlar?

Redaksiyaya daxil olmuş digər xüsusatlar isə tərəfimizdən araşdırılır.

Mahmud Süleymanovun da məsələ ilə bağlı mövqeyini yayımlamağa hazırıq.
Ardını oxu...
«Təzadlar»dan: Azərbaycan Cinayət Məcəlləsinin 188-ci maddəsində deyilir:

«Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma:

-188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, strukturunu dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma: -8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma: -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə: -üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

-188.4.1. təkrar törədildikdə;

-188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə: -5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır».
Ardını oxu...
 
Ardını oxu...
Prezident İlham Əliyevin 2022-cilin iyul ayında imzaladığı fərmanla Azərbaycan Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələrinin əksəriyyəti Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildi. Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisələrdən biri də Geologiya və Geofizika İnstitutudur. Geologiya və Geofizika İnstitutu Elm və Təhsil nazirliyinin tabeliyinə veriləndən sonra da, əvvəlki kimi müstəqil olaraq dövlət satınalmaları həyata keçirir.

Qlobal.az Geologiya və Geofizika İnstitutunun sifarişçi olduğu bir sıra satınalmalar üzərində araşdırma aparıb:

Geologiya və Geofizika İnstitutu 2023-cü ilin noyabr ayının 27-də "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu tərəfindən Geologiya və Geofizika İnstitutu üçün polikristal materialların keyfiyyət və kəmiyyət faza analizi üzrə çoxməqsədli toz difraksiya analitik cihazı üçün qeyri-üzvi materialları və həmin materialların sürətli şəkildə müəyyənləşdirilməsini asanlaşdıran proqram təminatının satın alınması" lotu üzrə satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 34.000 manat, qalibi isə "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Ardını oxu...

"DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilin avqust ayında təsis edilib. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Xan Şuşinski ev 49, qanuni təmsilçisi isə Əhmədov Rauf Əlisa oğludur.

Geologiya və Geofizika İnstitutunun növbəti şübhəli satınalmalarından biri isə təxminən bir ay əvvəl - 2024-cü ilin dekabr ayının 12-də keçirilib.
Ardını oxu...
"Qeyri-maddi aktivlərin (proqram təminatı) satın alınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 26.500 manat, qalibi isə yenə də "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

İnstitut bu satınalmadan 15 gün sonra - 2024-cü ilin dekabr ayının 27-də daha bir satınalmaya yekun vurub. İnstitutun "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu tərəfindən institutun laboratoriyalarında tədqiqat işlərinin aparılması məqsədilə zəruri olan avadanlıqların satın alınması" lotu üzrə yekun vurduğu satınalmanın məbləği 59.000 manat, qalibi isə "DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Ardını oxu...
"DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin may ayının 16-da təsis edilib. Şirkətin hüquqi ünvanı Geologiya və Geofizika İnstitutunun 2023-cü ilin noyabr ayının 27-də və 2024-cü ilin dekabr ayının 12-də keçirdiyi satınalmada qalib elan etdiyi "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ilə eynidir - Yasamal rayonu, Xan Şuşinski ev 49.

Ardını oxu...
"DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi isə İnstitutun yuxarıda qeyd edilən tarixlərdə qalib elan etdiyi şirkətin - "DR. LAB" MMC-nin qanuni təmsilçisi Əhmədov Rauf Əlisa oğludur.

Ardını oxu...
Geologiya və Geofizika İnstitutunun müxtəlif zamanlarda hüquqi ünvanı və qanuni təmsilçisi eyni şəxs olan təşkilatları sifarişçi olduğu satınalmada qalib elan etməsi bir sıra suallara yol açır.

Qlobal.az qalib elan edilən şirkətlərin qanuni təmsilçilərinin və hüquqi ünvanlarının eyni olması ilə bağlı Geologiya və Geofizika İnstitutundan mövqe öyrənib.

Açıqlamada deyilir:

"Qalib elan edilən şirkətlərin hüquqi ünvanlarının və qanuni təmsilçilərinin eyni olması keçirilən satınalmanın şəffaflığına şübhə salmır. Geologiya və Geofizika İnstitutu satınalma elanı verdikdə və qalib seçilənə qədər heç cür bu prosesə müdaxilə etmək imkanına malik deyil. İddiaçı təşkilatların hüquqi ünvanları və qanuni təmsilçiləri barədə məlumatların yoxlanılması bizim səlahiyyətimizə aid deyil. Bu Dövlət Satınalmaları Haqqında Qanuna ziddir".

Ardını oxu...
Akademik Akif Əlizadə

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadədir.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu 1926-cı ildə yaradılıb. İnstitut Neft və qazın geologiyası və geokimyası, Petrologiya və Metallogeniya, Regional geologiya, Yer fizikası və Neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və praktikası sahələri üzrə fəaliyyət göstərir.

Cahandar Laçınlı

Qlobal.az
 
Ardını oxu...
Bakının Suraxanı rayon Hərbi Komissarlığı deyəsən, "əhd" edib ki, sağlam olmayan şəxsi əsgərliyə göndərəcək. Bu qərəzin və hikkənin səbəbi məlum olmasa da, fakt budur ki, həm "B14" diaqnozu qoyulmuş, həm ürək problemi olan bir gəncin tibbi müayinəsinin nəticələrinə məhəl qoymadan onu süründürür, hərbi xidmətə göndərmək üçün müxtəlif bəhanələr gəzirlər. Söhbət Talıbov Turan Azər oğlundan gedir. Bu barədə Anaxeber.info-ya Talıbov Turanın atası danışıb, övladının başına gələn son məsələləri açıqlayıb. Saytın baş redaktoru olan Azər Talıbov bildirib ki, oğlunun üzləşdiyi problemi ictimailəşdirdikdən sonra Suraxanı rayon Hərbi Komissarlığı əlaqə saxlayıb və övladı Turan Talıbovu çağırıb. "Mən Prezidentə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova müraciətimdə bu məsələnin həllini xahiş etmişdim. Bildirmişdim ki, oğluma " B 14" diaqnozu qoyulub, üstəlik, yanaşı ürək problemi də var. Demişdim ki, bütün müayinələrdən keçmişik və Turan Talıbovun problemləri təsdiq olunub, əlimizdə müayinənin nəticələri var. Amma Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul sayılmır, bizdən təkrar müayinə tələb edilir. Xidmətin əməkdaşı vəfat edib deyə niyə müayinənin nəticələri qəbul edilməməlidir?
Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib. "Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar.

Halbuki Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də onların sənədinə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım. Dediyim bu məsələlər ötən həftə mediada yayıldı, sosial şəbəkələrdə paylaşıldı, şikayətimi çatdırdım. Ondan sonra Suraxanı hərbi komissarlığı mənimlə əlaqə saxladı və deyildi ki, uşağı göndərin. Mən də həmin saat özüm vaxt edə bilmədim deyə uşağı dayısı ilə komissarlığa yolladım".
Azər Talıbovun sözlərinə görə, Suraxanı hərbi komissarı ilə görüş olub və deyib ki, bir anlaşılmazlıq yaranıb, göndəriş verəcək: "Onun yanından çıxandan sonra şöbənin Zahir adlı əməkdaşı, özü mülki formada olan şəxs yaxınlaşıb və məsələni öyrənib. Məlum olub ki, həmin Zahir adlı şəxsdən şikayət etdiyimə görə acığa düşüb, prinsip aparmağa başlayıb, Turanın işini yenə dolaşığa salıb. Halbuki şöbənin komissarı anlaşılmazlıq olduğunu deyərək göndəriş verəcəyini bildirmişdi. Ancaq Zahir komissarın otağına girib, çıxdıqdan sonra Turana və dayısına deyib ki, sizə göndəriş verilməlidir, həm 2 saylı psixiatriya xəstəxanasından, həm Sabunçu xəstəxanasından keçəsən. Sonra deyib ki, biz psixiatriya xəstəxanasına çağırışçının yanında öz əməkdaşımızı göndəririk, amma hazırda getməyə adamımız yoxdur".
Azər Talıbov şikayətində qeyd edir ki, Zahir adlı şəxsin dediyi qanunsuzdur və komissarlıq komissiyadan keçməli olan hər çağırışçıya heç də öz əməkdaşını qoşmur: "Gün ərzində onlarla insan müayinədən keçir. Onlara bu qədər əməkdaş tapıb göndərmək olar? Əlbəttə ki, Zahirin qərəzi, hikkəsi obyektiv olmağa imkan verməyib. Onun məqsədi bu idi ki, kimisə Turanla göndərsin, 2 saylı psixiatriya xəstəxanasında sağlam olduğu haqda yalan rəy yazdırsın. Çünki Sabunçu xəstəxanasında ürəklə bağlı müayinəyə komissarlıq işçisi göndərmək lazım gəldiyini deməyib. Çünki ürək problemi yandaş xəstəlikdir, əsas Turanın "B 14" diaqnozudur ki, komissiya bu rəyi birinci götürür. Qanunla bizə göndəriş verməliydi, biz də gedib 2 saylı psixiatriyada keçməliydik. Ancaq Turanla guya əməkdaşlıq getməli imiş və guya işçi tapılmayıb. Yenə deyirəm, qanunsuz məsələdir, göndərişi verməliydi ki, gedək. Sadəcə, adının hallanması, ondan şikayət etməyimə görə acığa düşüb və komissarın yanına gedərək işimizə əngəl olub".
Azər Talıbov bildirir ki, bundan sonra oğlu və onun dayısı komissarlıqdan evə qayıdıb: "Mən bu məsələni ictimailəşdirmək məcburiyyətində qaldım. Çünki oğlum hərbi xidmətə yararsız, sağlam olmadığı halda, bu cür süründürməçiliyə yol verirlər, keçdiyimiz müayinənin nəticələrini tanımırlar ki, komissarlığın rəhmətə gedən işçisi Namiq Orucovun vaxtında olubmuş. Yəni ilk gündən bəhanələr, əsassız tələblər irəli sürülür. Ona görə də mən bir daha dövlət rəhbərliyindən və Mürsəl İbrahimovdan xahiş edirəm ki, bu iş nəzarətə götürülsün. Artıq başqa yol qoymurlar və hər dəfə problem yaradırlar. O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri də hazırdır, ümumiyyətlə, təkrar müayinə tələbi qanunsuzdur.
mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün, bizə mane olan komissarlıq işçiləri ilə bağlı məsələ araşdırılsın".
Onu da qeyd edək ki, bu Xidmətdə belə əməkdaşların sayı az deyil. Bunu qurumun açıqladığı rəqəmlər sübut edir. Təkcə 2024-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə SHÇDX-nin yaydığı məlumatda bildirilir. Vurğulanır ki, 2023-cü ildə 78, ötən il 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib.
Anaxeber.info
 
Ardını oxu...
2023-cü ildə maliyyə sektorunda məcmu kapital artımı və kredit aktivliyi müşahidə olunsa da bir sıra banklar 2024-cü ili zərərlə başa vurmaq üzrədirlər. Söhbət 30 ildir fəaliyyət göstərən "Yelo Bank"dan gedir. Həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərən maliyyə qurumunun bu ilin doqquz ayında cəmi öhdəliklər və kapital portfelində, aktivlərində, nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərində, banklar və digər maliyyə institutlarındakı depozitlərində, qiymətli kağızlar üzrə faiz gəlirlərində ciddi azalmalar baş verib. Əvəzində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri artıb.

Bankın aktivlərində ciddi azalma

Hurriyyet.az xəbər verir ki, ilin doqquz ayı, konkretləşdirsək, üçüncü rüb "Yelo Bank" üçün ürəkaçan keçməyib. Bank 30%-ə yaxın kiçilib. Belə ki, bankın aktivləri 388,7 milyon manat azalaraq 1 milyard 177 milyon manat təşkil edib. Xatırlatmaq yerinə düşərdi ki, 2023-cü ilin sonuna bu rəqəm 1 milyard 566 milyon 452 min manat idi.

Diqqəti çəkən bankın aktivlərinin 80 faizinin müştərilərə verilən kreditlərin təşkil etməsidir. Son 3 ildə əsas gücünü kredit bazarına yönəldən bankın 1 milyard 177 milyon manat aktivinin 897,898 milyon manatını müştərilərə verilən kreditlər təşkil edir. Qurum istər istehlak, istərsə də biznes kreditləşməsini artırıb. Bunun hesabına faiz gəlirlərini də yüksəldib. İlin üçüncü rübündə bankın xalis faiz gəliri 2023-cü ilin sonundakı 48,6 mln manatdan 70,7 mln manata çatıb. Valyuta mübadiləsi, eləcə də komissiya haqqlarından yığılan vəsaitlərin daxil olduğu, bir sözlə banklar üçün rahat qazanc mənbəyi olan qeyri-faiz gəlirlərini isə 7,174 milyon manatdan 24,395 milyon manata yüksəlib. Göründüyü kimi, "Yelo Bank" depozit portfelində itirdiyi gəlirləri sözdə aşağı faizlə kredit təklif edərək, yüksək komissiya haqqları almaqla kompensasiya edib.

Şirkətlər pullarını bankdan geri çəkir

Acınacaqlı vəziyyət bankın depozit portfeli ilə bağlıdır. Bu ilin əvvəlindən başlayaraq hüquqi şəxslər bankdakı əmanətlərini geri çəkirlər. Yanvar-sentyabr aylarında bankdakı depozitlərin həcmi 841,526 milyon manat olub. Halbuki bank 2023-cü ili 1 milyard 292 milyon manatla başa vurmuşdu.

Cari ilin doqquz ayında hüquqi şəxslər – şirkətlər 516.500 milyon manatdan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindəki 720,590 milyon manatdan 204,029 milyon manata düşüb. Bu da 3,5 dəfə azalma deməkdir. Bankın depozitlərinin kəskin azalması nəticəsində maliyyə qurumunun nağd pul vəsaitləri də 4 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 687 milyon manatdan 182 milyon manata düşüb.

Bankın maliyyə vəziyyəti ilə bağlı diqqəti çəkən daha bir məqam, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin artmasıdır. Bu yöndə öhdəlikləri 91 milyon manatdan 107 milyon manata yüksəlib. Eləcə də bankın banklar və digər maliyyə institutlarındakı depozitlərinin, ticarət və investisiya qiymətli kağızlarının həcmi azalıb.

Sözdə "sərfəli" kredit təklifi

Bu gün "Yelo Bank" 8 növ kredit təklif edir. Doğrusu, rəsmi maaşınız varsa, kredit tarixçəniz tələblərə cavab verirsə, bu bankdan borc vəsait almaq asan və sürətlidir. Lakin şərtlər göründüyü qədər asan deyil. "Yelo Bank" əməkdaşlarının müştərilərə göndərdikləri şirnikləndirici mesajlarda, eləcə də zənglərdə irəli sürdükləri 11,7 faizlə kredit təklifi reallıqdan tamamilə uzaqdır. Müştərinin xəyalları bankın qapısında puç olur. Məsələn, 6 aydan 59 aya qədər təklif edilən istehlak kreditlərində faktiki illik faiz dərəcələri 23%-ə qədər yüksəlir. Məbləği 1000-20 000 manat təşkil edilən qızıl təminatlı kreditlərdə faktiki illik faiz dərəcəsi isə minimum 24,3%, maksimum 28,5% -dir. Kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü də göstərir ki, "Yelo Bank" ötən dövrdə daha çox istehlak və ipoteka krediti verib. Bu portfel 341,128 milyon manat təşkil edib. Hamıya aydın şəkildə bəllidir ki, bankların istehlak kreditlərinə üstünlük verməsinin başlıca səbəbi bu növ kreditlərin daha çox qazanc gətirməsidir. Bir zamanlar belə bir təcrübə bank kartları vasitəsilə ölkə əhalisinin yarıdan çoxunu borca salan "Bank of Baku" kimi bankların fonunda yaşanıb.

Məsələnin başqa tərəfi depozit portfeli azalan bir bankın kreditləşməni artırmasıdır. Nəzərə alsaq ki, kreditlər cəlb olunmuş vəsaitlərdir, yəni bank onu əmanətçilərdən cəlb edir və həmin pulu faizlə kreditə verərək qazanc əldə edir. "Yelo Bank"ın kredit bazarında yerini qoruyub saxlaması suallar doğurur.

Ödəniş cədvəllərindəki qarışıqlıq

"Yelo Bank" Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi ikinci bankdır və 2,58 indeksi ilə qırmızı zonaya düşüb. Müştərilərin şikayətləri isə əsasən ödəniş cədvəllərində ilk öhdəliklər üzrə faiz ödənişlərinin önə salınması, göstərilməyən xidmətlərə görə vətəndaşdan haqq tələb edilməsi, kredit müqavilələrindəki uyğunsuzluqlarla bağlıdır. Xüsusilə istehlak kreditlərində müqavilədən kənar ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Yəni bank kredit üzrə hesabladığı faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışır. Faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışır. Lakin bankın bu siyasəti müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və ədalətli bölgüsünə imkan yaratmır. "Yelo Bank" borc bazarında qazanmaq naminə özünü risklərdən elə sığortalayıb ki, verilən 897,8 milyon manat kreditə qarşı təminatsız kreditlərin payı cəmi 192,9 milyon manat təşkil edir.

Onu da xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən "Yelo Bank" ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib.

Teleqraf.com
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yüksək texnologiya avadanlıqlarının icarəsi xidmətlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə keçirdiyi açıq tenderə yekun vurub və “IXUN Lasertechnik” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib. Müsabiqənin qalibi ilə 330.659,6 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 10.01.2025-c ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

Amma göründüyü kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qanunun tələblərinə baxmadan, təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki,”IXUN Lasertechnik GMBH” şirkəti Almaniyada fəaliyyət göstərir. Lazer şüalanması ilə səthin emalı sahəsində nou-hau və çoxillik təcrübə ilə IXUN Lasertechnik GmbH fərdi və seriyalı komponentlərin emalı üçün fərdi həllər təklif edir, sənaye üçün xüsusi daxili və xarici örtük optiklərinin istehsalı ilə məşğuldur. IXUN Lasertechnik GmbH ən müasir lazer və idarəetmə sistemlərinə malikdir.

Mediada yayılan rəsmi məlumata görə, 2016-cı ilin əvvəlindən Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin 634-ü xarici investisiyalı şirkətlərdir: Onlarla yeni yaradılan şirkətlər arasında Almaniyanın “İBBAZ” MMC, “Socar-Uniper” MMC, “İxun Lasertechnik” MMC-nin Azərbaycan Respublikasindaki filialının da adı keçir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “IXUN LASERTECHNİK” (VÖEN: 1403605081) Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı 05.12.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı açıqlanmayan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLIQ PR., ev 20, qanuni təmsilçisi kimi isə Şirinova İlhamə Bahadur qızı qeyd olunub.

Reyestr məlumatlarında MMC-nin ilk qanuni təmsilçisinin Şirinov Hikmət Bahadur oğlu olduğu göstərilir. Daha sonra MMC-yə Quliyeva Gülnarə Bahadur qızı rəhbərlik edib.

Qeyd edək internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada o da məlum oldu ki,”Ixun Lasertechnik” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində gömrük qaydaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub. Elektron mediada 12.07.2024 məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli sürülüb. İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılıb.

İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə edilir.

Bu məlumatlardan da göründüyü kimi “IXUN Lasertechnik” MMC-nin fəaliyyətində şübhəli məqamlar var. MMC malların emal edilməsi qaydasının pozulmasına, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətalar törədib.

Maraqlıdır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Satınalma Komissiyası “IXUN Lasertechnik” MMC-ni bu satınalmaya cəlb edərkən bu məqamları görməyibmi? Məlum olduğu kimi MMC satınalmalara cəlb olunarkən uyğunluq göstəriciləri müəyyən edilir, maliyyə, bank, vergi və sosial ödəniş sənədləri ilə bərabər, məhkəmə qərarı ilə barəsində hər hansı bir cinayət əməlinin olub olmaması barədə sənədlər tələb olunur. Görünən odur ki, Universitetin Satınalma Komissiyası burada bir sıra sənədlərə göz yumub. Tenderin bir mənbədən satınalma yolu ilə keçirilməsi də çox güman ki, “IXUN Lasertechnik” MMC-nin çatışmayan sənədlərini gizlərməq məqsədi daşıyır. Yaxud da kim zəmanət verə bilər ki, MMC rəsmiləri bəzi sənədləri gömrükdə olduğu kimi, burada da saxtalaşdırmayıb?

Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əsgərovdur. Bu vəzifəyə Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə 13 iyul 2023-cü ildə təyin olunub. O, 10 İyul , 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilmiş Mustafa Babanlını əvəz edib.

Qeyd edək ki, son günlərdə elektron mediada qədim tarixə malik Universitetin bərbad duruma salınması ilə bağlı bir qrup müəllim və işçi heyyətinin müraciəti yayılıb. Müraciətdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetin rektor əvəzi Vazeh Əsgərovun yarıtmaz fəaliyyətindən bəhs edilir.
Aktualinfo.org
 
Ardını oxu...
Bu günlərdə olaylar və bu hadisələrə səbəb olan şəxslərlə bağlı çox ilginc məlumatlar medianın gündəmini zəbt etdi. Beləki, ölkədə MTK şirkətlərinin yeni-yeni layihələrin icrası zamanı insanların Konistutusiya ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmaqla həyata keçirilir. Lakin insanların Ali Baş komandana Cənab Prezidentə olan inamı və Azərbaycan qanunlarının icrasının tək qarantisi hesab etdiklərindən daim ona müraciət edir və müraciətləridə cavabsız qalmamaqdadır.

İndi isə məsələnin əsil siması “GOLD MƏKAN” MMC-nin təsisçilərindən olduğu deyilən (gizli simaları) aparılan araşdırmalarımız nəticəsində məlum olur. Beləki, mmc- barədə mediada yetəri qədər İXM-nin müvafiq bədləri ilə cəzalanması və qanunsuz fəaliyyətlərinə qarşı sərt qərarlarla gündəmə gəlib. Hazırda bu şirkətin gizli simalarından olan Azər və Mahir Eyvazovlar tərəfindən sərt qərarları insan həyatına ciddi təhlükə hesab edilməkdədir. Fətəli Xan Xoyski və Faiq Yusifov küçələrin kəsişməsində yerləşən 5 mərtəbəli binaların sökütüsü zamanı insanların evində olduğu halda binanıln söküntüsü həyata keçirilir. Mahir Eyvazovun verdiyi qərarlar nəticəsində Redaksiyamız tərəfindən alınan müsahibədə birinci qrup əlil Mamıyeva Seyidxanım Miri qızının əmlak hüququna qarşı etinasız yanaşılmaqdadır. Onun mənzilini zorla əlindən alınmasına cəhd edilməsinə dair aldığımız telefon zəngi ilə hadisə yerində olduq. Hadisə zamanı bir çox jurnalsitlərin çəkiliş aparmasına baxmayaraq şirkət məməkdaşları fiziki və psixoloji şiddətət əl atmaqdan çəkinmədilər. Gördüyümüz mənzərə ürək parçalayan idi. Seyidxanım dəfələrlə söküntü gedərkən zəng edərək evinin içində qorxulu anları yaşadığını burada ölümlə üz üzə olduğun vurğuladı. Ağlayan əlil qadının yanına keçmək üçün dəfələrlə cəhdimiz boşa çıxırdı.
Şirkət üzvləri qurduqları mühafizə zolağında zorakılıq və qanunsuz qapı baqlamaqla yaşayış binasının ərazisinə girməyə imkan yaratmayır və söküntülərinə davam edirdi. Qeyd etməliyik ki, Gizli sahibkar Mahir Eyvazovun bu qədər qədar və amansız əlil qadına qarşı həbs həyatı yaşatması ona göstərilən psixoloji addımları onun əmlakının ələ keçirilməsinə hesablanmışdı. Lakin qadın hüquqların bildiyi üçün əmlakını Mahir Eyvazova vermək niyyətində deyildi. Məslənin təhlükəsin nəzərə alaraq Daxili İşlər Nazirliyinin qaynar xətti 102 xidmətinə məlumat verərək baş verə biləcək qəzanın qarşısının alınması üçün kömək istədik. Jurnalist olmaq hələdə köməyə ehtiyacı olana qarşı göz yumulması vicdansız yanaşma sərgiləmək demək deyildir. Jurnalistin vəzifə borcu kömək istəyənin səsi olmaq onun görən gözü danışan dili olmaq deməkdir. Mahir Eyvazovda bunu yaxşı bildiyindən Seyidxanımın müsahibə verməsinin qarşısını almağa çalışırdı. Lakin Azərbaycan Polisinin dəyanətli oğulları sayəsində Seyidxanımın yanına daxil ola bildik. Müsahibə zamanı çox şeylərə aydınlıq gəldi. Qadın şirkətlə anlaşmamaq kimi heç bir iddiası yoxdu onun istəyi qanuni olaraq əliliyinin nəzərə alınması və illərlə kirayələrdə ev tikintisi gözləmək istəyi deyildi. Evinin qarşılığında yaxın ərazidə ona eyni otaq sayı olan məzilin alınıb verilməsi nəticəsində evini şirkətə verəcəyi tələbi idi. Seyidxanım “Gold Məkan” MMC-nin rəsmi sənədlərində qanunsuz fəaliyyətinin olmasını onlara etimad göstərərək mənzilini tərk etmək niyyətində olmadığın deyir. Doğurdanda aparılan araşdırmalardan məlum olur ki, Məhkəmə və aidiyyatı qurumların qərarlarıda məhs Seyidxanımın və qonşulların bildirdiyi ilə üst-üstə düşməkdə idi. Odur ki, görsənməkdən ehtiyyat edən Mahir Eyvazov (gizli sima) şirkəti məscidə ofisiant günlük qazancı ilə şərəfi ilə ailəsinə qazanc aparan Allahşükür Əliməmməd oğlu Məmmədovun adına “Gold Məkan” MMC rəsmiləşdirilib. Şəxsin insanların başına açılan bu olaylardan hasiələrdən xəbərsiz olduğun deyən sakinlər bir ofisiant işləyən bu şəxsin bizə mənzilərimizin tikilməsi ilə bağlı hansı qanat verə bilər deyə sual edir. Şəxsin şəxsiyyətinə və ya insani dəyərlərinə qarşı hər hansı ittiham yoxdur.
Lakin şəxsin adına hansısa 10 manat sərmayəsi olan bir şirkətin açılması MMC-nin adının qaranti olması demək deyil. Mahir eyvazov və Nərimanov rayon icra hakimiyyətində Rayon təsərüfat şöbəsinin baş məsləhətçisi Əbdülov Eldəniz Bəxtiyar oğlunun birinci qrup qadına qarşı əxlaq normalarına sıxmayan danışıq və rəftarındanda video müsahibəsinə danışan xanım Ölkə rəhbərindən yardım istəyib. İcra hakimiyyətinin siması olaraq Mahir Eyvazova yancılıq edən Eldəniz Əbdülovun tutduğu vəzifəsindən sui-istifadə etməsi vətəndaşın mülkiyyət hüququna zorakılıqlara göz yuması qanunlarımızın təbiri ilə desək mülkiyyət əleyhinıə cinayət hesab edilməkdədir. Elgin Həbibulayevin bu kimi qondarma MMC rəhbərlərinə arxa dayaq durması ona Prezident tərəfindən göstərilən etimadı doğrulda bilməməsinin bariz nümunəsidir. Digər məlumatda isə sima olaraq Mahir Eyvazov mediadan gizləndiyi yalnız Azər Eyvazovun sözcü olaraq göründüyü digər simaların isə özlərin gizli saxlamaq cəhdlərindən məsələ ilə bağlı qaranlıq tərəflərin olmasınada şübhələr yaranır. Görən şəffav fəaliyyəti olduğun düşünənlər niyə simasın gizlədir? Deyə sualda yaranır. Özlərini gizlədən və özlərinə iş adamı şəhərin gözəlləşməsi tək amalları olduğun deyənlər bu gün xalqın və məzlumun haqqını verməkdən yayınmağından şəffav iş prinsipinə söykənməyən fəaliyyətləri göz önündədir. Məsələ ilə bağlı dəfələrlə qarşı tərəfi dinləmək cəhdimiz isə hər dəfəsində boşa çıxıb. Qarşı tərəfin Əlil qadının ev tələbinə qarşı Nərminov rayonunda evlərin qiyməti 500 min manatdır o bizdən bu məbləği istiyir ittihamı ilə danışması isə cəfəngiyyatdır. Seyidxanım şirkətdən Asan xidmət vasitəsi ilə qanuni adına 3 otaqlı mənzilin verilməsi qarşılığında mənzilini tərk edəcəyin bildirir. Lakin şirkət tərəf ona şəhər mərkəzində olan evinin qarşılığında 150 min təklif edir. Bu məbləğə isə heç şəhərdən kənarda mənzil alınması mümkün olmadığı halda. Reallığa söykənməyən təklifə əlil qadının razılaşmasın gözləməyin özüdə insanları dolamaqdır. Seyidxanımın bütün kamunallarını kəsən “GOLD Məkan” MMC ölkə vətəndaşının hüquqların kobud şəkildə pozmaqdadır. Onun qanunla tanınan hüquqlarına təcavüz edilməkdədir.

Yenixeber.org

 
 
 
Ardını oxu...
"Əslən Laçın rayonundan olan iş adamı Kamal Məmişov dövlət torpaqlarının zəbtini davam etdirir. Uzun illərdir ki, dövlət torpaqlarına qənim kəsilən Kamal Məmişov bugünə qədər hektarlarla dövlət torpağını dədə-baba malı kimi sataraq bundan yüz min manatlarla qanunsuz vəsait əldə edib. Kamal Məmişova bu işdə dəstək verən əsas simalardan biri isə Abşeron rayonu Masazır icra nümayəndəsi Şahlar Əsgərovdur". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Şahlar Əsgərovun himayəsinə sığınan Kamal Məmişov zəbt etdiyi torpaqların bir hissəsində nəhəng fermer təsərrüfatı qurub, böyük otlaq sahələri ələ keçirib. Şahlar Əsgərovun dəstəyindən və üstün maddi durumundan istifadə edərək digər fermer təsərrüfatlarını sıxışdıran Kamal Məmişovla nə icra hakimiyyəti, nə güc orqanları, nə də məhkəmələr bacarmır. Kamal Məmişov bugünə qədər bir neçə dəfə məhkəməyə verilsə də, zəbt etdiyi torpaq sahələrinin bir qarışını belə dövlətə qaytarmayıb.

İş adamı zəbt və istismar etdiyi torpaqların qarşılığında dövlətə heç bir vergi ödəmir. İllərdir yığılıb qalan çoxsaylı vergi borcuna görə də iş adamı dəfələrlə məhkəməyə verilib. Amma məhkəmələr də Kamal Məmişovdan dövlət rüsumunu ala bilmir. Şahlar Əsgərovun Kamal Məmişovu himayə etməsinin isə bir sıra səbəbləri mövcuddur. Bütün zəbt prosesində Kamal Məmişovu məcburi köçkün kimi qabağa verən Şahlar Əsgərov himayəsinin qarşılığlnda torpaqların, yaxud satılan torpaqlardan əldə edilən pulun bir hissəsini özünə götürür. Bir sözlə, Kamal Məmişov və Şahlar Əsgərov “alan razı, verən razı” prinsipi ilə çalışmaqdadır. İtirən isə dövlət, onun büdcəsidir..."
 

Dünyapress TV

Xəbər lenti