Ardını oxu...
“1 ay bundan əvvəl Şahinin ürəyindən şikayəti var idi. “Liv Bona Dea Hospital”-ın kardioloqu Abbasəli Abbasəliyev onu müayinə edərək dedi ki, stent qoyandan sonra hər şey yaxşı olacaq. Amma Şahinin ürəyinin şah damarı tutulub, çürüyüb.
Ardını oxu...
Ona qətiyyən stent olmazdı. Anju edəndə sən ürəyin damarlarının tutulduğunu görürsənsə, necə stent qoya bilərsən? Şahin ağrısını heç kimə hiss etdirmirdi. Həyat yoldaşı ilə yenidən həmin xəstəxanaya getdi. Həkim onu müayinə etməmiş dərmanlarını dəyişdi. Dərmanları içəndən 2 gün sonra ümumiyyətlə vəziyyəti ağırlaşdı”

Bunu Moderator.az -a dünən dünyasını dəyişən aparıcı Şahin İbrahimlinin bacısı Nara Nəcəfova deyib.
Ardını oxu...
O daha sonra iddia edib ki, həkimi Şahinin öləcəyini bilirmiş:

“Öz ayağı ilə getmişdi xəstəxanaya. 5-ci gün reanimasiyaya yerləşdirdilər ki, 1-ci günə kimi yaxşı olsa yenidən əməliyyat edəcəklər. Hamı bilirmiş ki, Şahin öləcək. Onu öldürdülər. Bazar günü yanına getdik, danışdıq, dedik-güldük. Özünü yaxşı hiss edirdi, saturasiyası da yerində idi. Gördük ki, yaxşıdır daha xəstəxanada qalmadıq. Bu görüşün üstündən 2 saat keçmədi ki, bizə xəbər etdilər ki, Şahin keçinib. Xəstənin halı pisləşəndə nə bizə məlumat veriblər, nə də ilkin müdaxilə ediblər. Heç bir kömək etməyiblər. Deyirlər ki, guya 2 saat ürəyini masaj ediblər. Abbasəli həkimi də qaçırdıb gizlədiblər. Nə görüntü verirlər, nə də bir başqa məlumat. Biz xəstəxanaya gedəndə polisləri çağırıb tökmüşdülər. Sən özündən qorxursan ki, polis çağırırsan da. Əslində polisi biz çağırmalı idik. Dərdimiz böyükdür, ürəyimiz yanır. Cavan, dağ boyda oğlan həkim səhlənkarlığı ucbatından bu işıqla dünyaya əlvida dedi” deyə Şahin İbrahimlinin ailə üzvü iddia edib.
Ardını oxu...
Qeyd edək ki, Şahin İbrahimli AzTV-nin “Xəbərlər” proqramının sabiq aparıcısı olub. O həmçinin İTV-nin Xəbərlər Departameninin direktor müavini o həmçinin mərhum idman jurnalisti Elnur Əşrəfoğlunun yaxın qohumu idi.
 
Ardını oxu...
Yardımlı rayonunda biznes layihələri həyata keçirmək, bunun üçün rayonda tikinti-quruculuq işləri aparmaq istəyən iş adamları məmur özbaşınalığı, bürokratik əngəllər, süni maneələr, hətta təzyiqlərlə, təhdidlərlə belə üzləşirlər.

Bu barədə saytımıza Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli məlumat verib. Onun sözlərinə görə, rayonda məşğulluq məsələsi ilə bağlı vəziyyət ürəkaçan deyil:

“Məhz işsizliyin artığına, dolanışığın çətin olduğuna görə rayonda demoqrafik durum da acınacaqlıdır, kəndlər günü-gündən boşalır. Biz Yardımlı Xeyriyyə Cəmiyyəti olaraq xaricdə yaşayan həmyerlilərimizi rayonumuza investisiya yatırmağa, biznes qurmağa, yeni iş yerləri açmağa təşviq edirik. Təəssüflər olsun ki, rayondakı məmurlar, xüsusilə icra hakimiyyəti nümayəndələri bunun əksini edir. Rayonumuza düşmən kəsiliblərmiş kimi, səsimizə səs verən, öz həmyerlilərinə gün ağlamağa çalışan iş adamlarına süni əngəllər yaradırlar. Rayonda iş yerlərinin açılmasını şərait yaratmaqdansa, kəndlərin boşalmasının qarşısının alınması üçün özləri çalışmaqdansa, iş görmək istəyənə də mane olurlar”.

M.Seyidbəyli fikirlərini konkret faktlarla da əsaslandırıb:

“Savalan Eyvazov adlı gənc bir həmyerlimiz, iş adamı Qazaxıstandan gəlib, çox həvəslə rayonda gözəl işlər görmək istəyir. Həm rayon mərkəzində, həm də Vərgədüz kəndində gözəl biznes layihələri icra etmək istəyir. Təəssüflər olsun ki, rayon icra hakimiyyətindən iş adamına imkan vermirlər. Sərvər adlı bir arxitektor ondan, rayon icra hakimiyyətinin başçısı Ayaz Əskərovun adından 3500 manat pul tələb edib. Bildirib ki, həmin məbləği versə, icra başçısı göz yumacaq və iş adamı da tikintini davam etdirəcək. İş adamı da soruşur ki, nəyə göz yumacaq, axı mənim sənədlərim qaydasındadır”.

M.Seyidbəyli rayon camaatının üzləşdiyi bu bürokratik əngəllərin, məmur özbaşınalığının səbəbkarı kimi Yardımlı ziyalılarını da günahlandırıb:

“Rayonumuzdan olan ziyalılar, millət vəkilləri isə bu baş verənlər qarşısında susur, etirazlarını bildirmirlər, özbaşınalıqlara qarşı çıxmırlar. Nəticədə də həmin məmurlar rayonumuzu yiyəsiz, sahibsiz bilirlər, öz məkrli xislətlərindən əl çəkmirlər. Bunların “fəaliyyəti” nəticəsində Yardımlının 65 min əhalisindən heç 20 mini hazırda rayonda yaşamır. İnsanlarımızı didərgin salırlar vətəndən”.

Moderator.az

Ardını oxu...
   

Şabranda 10-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirib.

Musavat.com Modern.az-a istinadən məlumat verir ki, şagird xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən də açıqlama verilib. Qurumdan bildirilib ki, hadisə yanvarın 8-də səhər saatlarında baş verib.

Belə ki, Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

"Şagirdlərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - nazirlikdən verilən açıqlamada deyilir.

Ardını oxu...
Abşeron rayonu Novxanı kəndinin “əzəli və əbədi” bəlıədiyyə sədri Şahin Tağıyev gözlə gördüyü hər şeyi pula çevirməkdə davam edir. Sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə bələdiyyə sədri 5-6 ildir ki, Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adını daşıyan küçədə yolu satıb. Nəticədə hər iki tərəfdən magistral yola çıxışı olan məhəllədə sakinlər bir yolun və bir çıxışın ümidinə qalıblar. Sakinlər iddia edir ki, yolun satılması səbəbi ilə təcili tibbi yardım maşınlarının məhəlləyə girişi çətinləşib, onların və eləc də yanğınsöndürən maşınların yolu isə bir neçə kilometr uzanıb.

Dəfələrlə yolun açılması tələbi ilə Şahin Tağıyevə müraciət etdiklərini bildirən sakinlər urğulayır ki, bələdiyyə sədri yolun məhz onmun tətəfindən satıldığını inkar etmir. Əksinə, açıq şəkildə bildirir ki, vətəndaşlardan birinə torpasq borcu olduğu üçün bu addımı atıb. Vətəndaşlar qarşıdan gələn bələdiyyə seçkilərində Şahin Tağıyevə səs verməyəcklərini bildirsələr də, bələdiyyə sədrinin seçkiləri saxtalaşrıb yenidən sədr olacağındna ehtiyat edir.

Bəllədiyyə sədri Şahin Tağıyev uzun illərdir ki, asfalt üznə həsrət qalan, qışda palçıq, yayda toz əlindən keçilməz olan Məmmədağa Tərlanov küçəsindəki yol problemini özünəməxsus şəkildə “həll edib”. Bələdiyyə sədrinin yola asvalt adı ilə karbonat tökməsindən sonra yol keçilməz, evlər isə yaşanmaz hala gəlib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə ağır tonajlı maşınların təkəri altında belə əzilməyən, mismar kimi sərt və dimdik qalan karbonatlar avtomobillərin təkərlərini, eləcə də “peredokunu” sıradan çxıarıb. Sakinlər isə iddia edir ki ,sıradan çıxan yalnız avtomobillər deyil, həm də evlərdir.

Yoldakı karbonatın kömür tərkibli qarasının piyadaların ayaqqabısı, həmçinin, əsən küləklə evlərə dolduğunu bildirən sakinlər, evləri hər gün, hər saat təmizləmək məcburiyyəti qarşısında qaldıqlaırnı bildiriblər. Vətəndaşlar deyir ki, bəh-bəhlə yola töklən karbonatın yoldan yığışdırılması üçün bələdiyyə sədrinə müraciət etsələr də, Şahin Tağıyev bildirib ki, bunu edə bilməz. Bələdiyyə sədri səbəb kimi yola tökülən karbonatın sənədləşdirildiyini, buna görə vəsait silindiyini bildirir. Halbuki, sənədlərdə asfalt yoldan söhbət getsə də, reallqıda yola – təxminən 200 metr məsafədə adi karbonat tökülb ki, bu da vətəndaşları hər gün amddi-mənəvi itkiyə məruz qoyur.
/cumhuriyyet.az/
 
Ardını oxu...
Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

XALQ.AZ-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son 5 ildə kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov rayona yeni bələdiyyə sədri gətirir. Bununla bağlı ALFA.TV-nin məlumatına görə, Səbailin yeni bələdiyyə sədri Bəhram adlı biznesmen olacaq. Uzun müddətdir ki, Bakıətrafı qəsəbə və kəndlərdə geniş fermer təsərrfatı quran bu şəxs, bugünə qədər Vüqar Zeynalovun bir sıra layihələrini maliyyələşdirib və bu layihələrə görə icra başçısı büdcədən xeyli vəsait mənimsəməyə nail olub. Elə bu xidmətlərinə görə də, adıçəkilən biznesmenin Səbailə bələdiyyə sədri gətirməyə qərar verilib. Badamdarın indiki bələdiyyə sədri Təzəxan Məmmədov bu günədək icra başçısına maklerlik xidməti göstərərək hektarlarla torpaq sahəsinin qeyri-qanuni şəkildə satılmasında aktiv iştirak edib, bu alqı-satqılardan yüz min manatlarla vəsait qazanılıb. Bu qanunsuz torpaq biznesinin üstü açıldığından Vüqar Zeynalov ortağı ilə yollarını ayırmaq niyyətindədir.

 
Ardını oxu...
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərini pozur. Bu qanuna əsasən vəzifəli şəxsin yaxın qohumu onun tabeliyində işləyə bilməz. Qanunun 7-ci maddəsinin müvafiq bəndlərində bu qadağa göstərilib:
- Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
Ardını oxu...
Qida Təhlükəsizliyi Agentinin qanun pozuntusu ondan ibarətdir ki, bu təşkilatın Daxili Nəzarət sektorunda bir ailədən iki nəfər işləyir. Beləki, AQTA-nın Daxili Nəzarət sektorunun müdiri Elçin Məmmədovun qızı Məmmədova Gülarə Elçin qızı bu agentliyin Bakı regional bölməsində qida təhlükəsizliyi nəzarəti sektorunda işləyir və baş idarədə struktur rəhbəri olan atası ilə bilavasitə tabeçilik əlaqəsi olduğuna görə yuxarıda qeyd olunan qanunun tələbləri pozulub. Bu barədə AQTA sədri cənab Qoşqar Təhməzlinin fikrini bilmək maraqlı olardı.
Xahiş edirəm məsələyə aydınlıq gətirəsiniz.
Sima Babayeva
TEREF
Ardını oxu...
2023-cü ildə Lənkəran şəhər icra başçısının müavini vəzifəsindən azad edilən Rasilə Arifqızının Lənkəran şəhəri üzrə yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyini irəli sürülüb. Xatırladaq ki, Rasilə Arifqızının şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı cinayət işi açılmışdı. İttihama görə, o, 2022-ci il iyulun 14-də attestat verilməsini bəhanə edərək xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirmişdi. Yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərmiş, həmçinin bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdi.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilmişdi. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Rasilə Arifqızı 4 min manat cərimə olunmuşdu(Metbuat.az).
 
Ardını oxu...
Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.

Ölkə.az xəbər verir ki, həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib.

Görüntülərdən məlum olur ki, "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.

Bildirilib ki, məsələ ciddi araşdırılacaq:

"Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək".

Ətraflı videoda:

 
 
 

        

Ardını oxu...
Məktəbli qız uşağına zorakılıq etdiyinə görə 2023-cü ildə vəzifəsindən çıxarılan Lənkəran rayon icra hakimiyyəti başçısının sabiq müavini Rəsilə Arifqızı (Əliyeva) yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülüb.
AzFakt.com xəbər verir ki, Rəsilə Əliyeva 2023-cü ildə vəzifəsindən azad edildikdən sonra məhkəmə qərarı ilə “Əliyev” soyadından imtina edərək rəsmi Rəsilə Arifqızı olub.
Əldə etdiyimiz məlumata görə Rəsilə Arifqızının Əliyeva soyadından imtina etməsinin səbəbi adının internet resurslarında uşaq zorakılığında hallanması ilə bağlıdır.
Belə ki, internet resurslarında Rəsilə Əliyeva adlı şəxsi axtarışa verdikdə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı çoxsaylı xəbərlər üzə çıxır.
Müvafiq qurumlardan vəzifə tələb edən R.Əliyevaya media resurslarında imici ilə bağlı neqativ xəbərlərin çox olması irad tutulub. Bundan sonra Rəsilə Əliyevanın özünə rəsmi olaraq yeni soyad götürdüyü bildirilir.
Ardını oxu...
Qeyd edək ki, Rəsilə Əliyeva uzun illər pedoqoji sahədə fəaliyyət göstərib.
R.Əliyevanın işgüzarlığı və bacarığı sonradan Lənkəran rayon icra Hakimiyyətinin başçısı Taleh Qaraşovun diqqətini çəkmiş, onu özünə müavin təyin etmişdir.
Xatırladaq ki, Rəsilə Əliyeva bir neçə il öncə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq etdiyinə görə vəzifədən azad edilib. Həmçinin o Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti