İcra başçısının sabiq müavini “Əliyeva” soyadından niyə imtina edib? – FOTO
Məktəbli qız uşağına zorakılıq etdiyinə görə 2023-cü ildə vəzifəsindən çıxarılan Lənkəran rayon icra hakimiyyəti başçısının sabiq müavini Rəsilə Arifqızı (Əliyeva) yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülüb.
AzFakt.com xəbər verir ki, Rəsilə Əliyeva 2023-cü ildə vəzifəsindən azad edildikdən sonra məhkəmə qərarı ilə “Əliyev” soyadından imtina edərək rəsmi Rəsilə Arifqızı olub.
Əldə etdiyimiz məlumata görə Rəsilə Arifqızının Əliyeva soyadından imtina etməsinin səbəbi adının internet resurslarında uşaq zorakılığında hallanması ilə bağlıdır.
Belə ki, internet resurslarında Rəsilə Əliyeva adlı şəxsi axtarışa verdikdə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı çoxsaylı xəbərlər üzə çıxır.
Müvafiq qurumlardan vəzifə tələb edən R.Əliyevaya media resurslarında imici ilə bağlı neqativ xəbərlərin çox olması irad tutulub. Bundan sonra Rəsilə Əliyevanın özünə rəsmi olaraq yeni soyad götürdüyü bildirilir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736351991_2.jpg
Qeyd edək ki, Rəsilə Əliyeva uzun illər pedoqoji sahədə fəaliyyət göstərib.
R.Əliyevanın işgüzarlığı və bacarığı sonradan Lənkəran rayon icra Hakimiyyətinin başçısı Taleh Qaraşovun diqqətini çəkmiş, onu özünə müavin təyin etmişdir.
Xatırladaq ki, Rəsilə Əliyeva bir neçə il öncə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq etdiyinə görə vəzifədən azad edilib. Həmçinin o Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

09 Yanvar 2025 Respublika Klinik Xəstəxanasında xəstəyə tibbi müdaxilənin mümkün olmadığı deyilib - SƏBƏB/VİDEO
09 Yanvar 2025 “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
09 Yanvar 2025 Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
09 Yanvar 2025 Şabranda şagirdlər arasında DAVA: Məktəbli xəsarət aldı
09 Yanvar 2025 Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb, sakinlər dad edir
09 Yanvar 2025 Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
09 Yanvar 2025 Səbail icra başçısının bələdiyyə əməliyyatı: Vüqar Zeynalov biznesmenlə niyə anlaşıb? – VİDEO
09 Yanvar 2025 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərini pozur.
09 Yanvar 2025 Taleh Qaraşov qalmaqallı xanımı bələdiyyə seçdirir
09 Yanvar 2025 Bakıda əməliyyat zamanı məclis quruldu: xəstə məəttəl qaldı - Video
09 Yanvar 2025 Taleh Qaraşovun adı cınayət işində: həbsdəki memarı kimlər necə susdurub?
09 Yanvar 2025 Diaspor Komitəsi kömək etmək əvəzinə onların görmək istədikləri işlərə mane olur.
08 Yanvar 2025 Emin Əmrullayev uşaq bağçalarının həyətini kafelərə satır - İDDİA+FOTOFAKT
08 Yanvar 2025 Yeni Suraxanıda əvvəlki başçının daş qoyduğu torpağa Adil Əliyev də daş qoymağa başlayıb
08 Yanvar 2025 Burda körpələrin həyatı təhlükədədir - VİDEOFAKT
08 Yanvar 2025 Səma Qasımova sosial hesabların bağladı -Saxta həkim ifşası-Araşıdrma
08 Yanvar 2025  Müzəffər Pirizadənin TROL DƏSTƏSİ... ONA KÖMƏK OLA BİLƏCƏKMİ?
07 Yanvar 2025 Nəsimi icra başçısı olmasada….- Bu baxçanın həyətində kafeni kim tikdi?
07 Yanvar 2025 Yardımlının “mer”i dövlət büdcəsini şəxsi hesabı bilir –TƏFƏRRÜAT
07 Yanvar 2025 Qəbələ Rsyon Mərkəzi Xəstəxanasında şəhid anasına edilən hörmətsizlik - İTTİHAM

Dünyapress TV

Xəbər lenti