Ardını oxu...
Bakı Neft-Energetika Kolleci 16.12.2024-cü il tarixində sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, Kollecin "Cari təmir işlərinin satınalınması" lotu üzrə keçirdiyi satınalmanın məbləği 54.354 manat, qalibi isə "MM İNŞAAT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Satınalma müqaviləsinə görə şirkət kollecin binalarında 9.86 m (2) ağacdan olan pəncərəaltı taxtaları çıxaracaq, həmib sahəyə 20 mm qalınlığında beton verəcək, 27.5 m sahədə PVX-dan pəncərəaltı lövhələrin qoyacaq (daş divarlarda,qalınlığı 0,51 m qədər), həmin sahədə PVX löhvələri quraşdıracaq, 33.78 kvadratmetr sahədə kərpic divar və tavanlardan suvağı qoparacaq, sahəni əhəng məhlulu ilə hamarlayacaq, daha sonra bu sahəni polivinilasetatlı suemulsiya tərkiblərlə rəngləyəcək, 22 ədəd led divar və tavanda led platformaları sökəcək, sökülən plafonların yerinə 22 ədəd plafon quraşdıracaq, 683 kvadrat metr sahədə divar və tavandan suvağı sökəcək, 441 kvadrat sahədə beton və daş səthlərin cuvayacaq, 242 kvadrat metr sahədə karkas hazırlayacaq, şpatliyovka, suemulsiya tərkiblə rəngləyəcək, yağlı boyalarla rənglənmiş döşəmələri əliflə siləcək, 146 metr plastmas plintusu söküb yeniləyəcək, 242 kvm sahədə 10 mm qalınlığında laminasiya olunmuş taxtadan örtük işləri görəcək, 6 ton tikinti tullantıları təmizləyəcək, əl ilə yükləyəcək və daşıyacaq.

Ardını oxu...
Bakı Neft-Energetika Kollecinin sözügedən tenderdə qalib elan etdiyi "MM İNŞAAT GROUP" MMC 2021-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ağayev Mirkamal Əhməd oğludur.

Kollecdə tikinti işləri aparacaq "MM İNŞAAT GROUP" MMC-nin əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, müvafiq lisenziya və sertifikatları, faktiki ünvanı, əlaqə telefonları barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.

Şirkətin adı dövlət satınalmalarında neqativ proseslərdə hallanır.

Bu şirkətin hüquqi ünvanı da qeyri dəqiqdir - Nərimanov rayonu, Nəcəf Nərimanov ev 5D.

Ağayev Mirkamal Əhməd oğlunun adına daha bir MMC təsis edilib - "MM İNŞAAT COMPANY” MMC. Bu şirkətin də adı neqativ əməliyyatlarında hallanır.

Maraqlıdır ki, "MM İNŞAAT GROUP" MMC Bakı Neft-Energetika Kollecinə yad təşkilat deyil. Belə ki, Kollec 2022-ci ilin iyun ayının 23-də "Tikili və avadanlıqların cari təmiri" lotu üzrə yekun vurduğu satınalmada "MM İNŞAAT GROUP" MMC-ni qalib elan edib. Beləliklə iki il öncə də şirkətlə Kollecin arasında 46.885 manatlıq işbirliyi olub.

Fəaliyyət profili barədə heç bir məlumat olmayan "MM İNŞAAT GROUP" MMC-nin hansı meyarlara əsasən Bakı Neft-Energetika Kollecinin sifarişçi olduğu satınalmada qalib elan edilməsi bir sıra şübhələr yaradır.
Ardını oxu...
Ata Babayev

Bakı Neft-Energetika Kollecinin direktoru vəzifəsini müvəqqəti icra edən Ata Babayevdir.

Kollec 17 ixtisas üzrə kadr hazırlayır. Kollecdə ümumilikdə 1650 tələbə təhsil alır. Qlobal.az məsələ ilə bağlı Bakı Neft-Energetika Kollecindən mövqe öyrənə bilməyib.
Ardını oxu...
Vazeh Əskərov

Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir. Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərovdur. Kollecin keçirdiyi satınalmaya Dövlət Neft və Sənaye Universiteti də mövqe bildirməyib.

Ardını oxu...
Qlobal.az Bakı Neft-Energetika Kollecinin fəaliyyətinin nə zaman audit olunması barədə Hesablama Palatasından mövqe öyrənib.

Hesablama Palatasından 2022-2024-cü illərdə Bakı Neft-Energetika Kollecində audit aparılmadığı bildirildi.

Cahandar Laçınlı

Qlobal.az
Ardını oxu...
“Torpaq kralı” Mübariz Vəliyev başçı da ola bilər, məhbus da...
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bələdiyyə seçkilərindən sonra
tutduğu postu tərk edəcək. Buna səbəb icra başçısının uzun müddətdir ki, ciddi sağlamlıq
problemi yaşamasıdır.
Zakir Fərəcovun gedişi icra hakimiyyəti daxilində başçı postuna iddialı olan namizədlərin
aktivləşməsinə səbəb olub. Bunlardan biri də “torpaq kralı” Mübariz Vəliyevdir.
Mübarizə Vəliyev uzun müddət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon
şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifədən istifadə edərək yüz hektarlarla torpaq sahəsi,
milyonlarla manat məbləğində pul qazanıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron
rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən onun barəsində üç dəfə həbs qətimkan tədbiri
seçilsə də, son anda həbsdən xilas ola bilib.
Bu gün Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə
icra nümayəndəsi vəzifəsində çalışan Mübariz Vəliyev, Zakir Fərəcova yaxın şəxslərdən hesab
olunur. O, icra başçısının yer aldığı rəsmi səfərlərin çoxunda iştirak edir.
Mübarizə Vəliyev 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olarkən də ciddi
qanun pozuntularına yol verib, ekologiyaya divan tutub.
Mübariz Vəliyevin qanunsuz əməlləri haqqında məlumatlı olan bəzi şəxslər hsab edir ki, Zakir
Fərəcovun gedişi Mübariz Vəliyevin yüksəlişi yox, sonu ola bilər. Zakir Fərəcovun gedişindən
sonra Mübariz Vəliyevlə bağlı bütün faktların rəqibləri tərəfindən əlaqədar qurumlara təqdim
edilməsi ehtimalı böyükdür. Bu isə Mübariz Vəliyev üçün sadəcə vəzifə iddiasının deyil, həm də
azadlığın sonu ola bilər.
Məqalədə qaldırırlan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
TEREF

 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəylinin istintaqa ifadələri oxuyan hər kəsdə heyrət doğurub. Ona görə yox ki, rüşvət və başqa qanunsuz hallara yolla verilib. Ona görə ki, bu qeyri-qanunu prosedurda adları keçən və Həbibbəyliyə cinayət ortaqlığı etmiş şəxslər hələ də azadlıqdadır.

S.Həbibbəyli deyib ki, hər il Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova 30 milyon dollar rüşvət verib. Bu ifadə Vasif Talıbovun həbsi və istintaqa cəlb edilməsi üçün ciddi əsasdır.
Səhət Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Bundan öncə də oxşar hadisə olmuşdu. Naxçıvan MR-ın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilov məhkəmədə ifadə verərək aldığı rüşvəti yuxarı instansiyalara ötürdüyü yerli-yataqlı bildirmişdi.

S.Həbibbəyli ifadəsində Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova hər il minimum 30 milyon dollar çatdırdığını söyləyib. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdıqdan sonra rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub. Maraqlıdır, bu ifadədən sonra Vasif Talıbov ətrafında nə kimi hüquqi tədbirlər aparılmalıdır?

Polkovnik Mirzə Cəlilova gəldikdə o, rəis kimi çalışdığı dövrdə 1159 nəfərə hərbi xidmətə yararsız və ya möhlət verilməsi qarşılığında 2 milyon 464 min manat rüşvət almaqda ittiham edilir. Cəlilov həmin pullardan hər rüb 10 min manat götürdüyünü etiraf edib. Qalan pullar isə rəhbərliyə çatdırdığını deyib. Bu qədər açıq, detallı ifadələrə baxmayaraq hər iki ifadə üzrə saxlanılan, istintaqa cəlb edilən hələ ki, yoxdur.

M.Cəlilovun verdiyi ifadələrdən sonra general Arzu Rəhimov və digərləri saxlanılmalıdırmı? Hüquq bu haqda nə deyir?
Ardını oxu...
Vasif Talıbov və Arzu Rəhimov

Globalinfo.az-a danışan vəkil Mehman Muradlının sözlərinə görə, sabiq rəislərlə bərabər V.Talıbov və A.Rəhimov da həbs olunmalıdırlar.

O deyib ki, istintaq orqanlarının pulların Talıbovla Rəhimova hansı səbəbdən çatdırılması ilə bağlı sual verib-verməməsini də aydınlaşdırmaq lazımdır:

“Vasif Talıbov pulu niyə tələb edib, o pullar onlara hansı formada təqdim olunub və s. kimi məsələlərin hamısı öz əksini tapmalıdır. Ondan sonra V.Talıbov artıq cinayət məsuliyyətinə cəlb olunmalı və istintaq hərəkəti davam etməlidir. O, bir neçə maddə üzrə ittiham olunur. Həm vəzifə səlahiyyətlərini aşması, həm də korrupsiya cinayətləri ilə bağlı iddia var. Hətta Talıbovla bağlı bir neçə maddə üzrə cinayət təqibi başlana bilər”.

Arzu Rəhimova gəldikdə isə, vəkilin fikrincə, burada həm Vasif Talıbov, həm də Arzu Rəhimov saxlanılmalıdır:
Ardını oxu...
Mehman Muradlı

“Adam ifadəsində deyir ki, aldıqları “qeyri-rəsmi rüsumlardır”. Belə bir rüsum anlayışı yoxdur. O sözü o vaxt DGK-nin sabiq sədri Tahir Əliyev gətirmişdi. Demişdi ki, iki cür rüsum yığılır, biri rəsmi, biri qeyri-rəsmi. Belə bir rüsum olmadığı üçün onlar da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Qeyd edək ki, Səhət Həbibbəylinin 4 il ərzində Vasif Talıbova verdiyi illik rüşvətin ümumi məbləği 1 milyard 500 milyon edir. Bu, olduqca ciddi məbləğdir. Dövlətin və vətəndaşın soyulmasıdır.
 
Ardını oxu...
Prezident İlham Əliyevin 29 avqust 2023-cü il tarixli Fərmanı ilə “Dövlət satınalmaları haqqında” yeni qanun təsdiqlənib və 2024-cü il yanvarın 1-dən qüvvəyə minib. Bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.

Qeyd edək ki, Azərbaycanda dövlət satınalmalarına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Bu Dövlət Xidməti Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə çevrilib. Yəni artıq dövlət satınalmalarına nəzarət ölkə başçısının diqqət mərkəzindədir.

Amma dövlət satınalmalarında nəzarətin gücləndirilməsi ilə bağlı aparılan çoxsaylı tədbirlərə baxmayaraq bu gün elektron media vasitələrində demək olar hər gün rastlaşdığımız mövzuların çoxu müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda yol verilən qanunsuzluqlarla bağlıdır. Belə qanunsuzluqların birinə də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda yol verilib.

Polimer Materialları İnstitutu qeyri yaşayış binalarının əsaslı təmiri üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və “VEDİBASAR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 387.569,7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 09.12.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, Polimer Materialları İnstitutunun Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

Amma göründüyü kimi Polimer Materialları İnstitutu qanunun tələblərinə baxmadan, təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda müqavilənin icrasının başlama tarixi 05.12.2024-cü il, bitmə tarixi 31.12.2024-cü il tarixə müəyyən edilib. Maraqlıdır belə qısa bir müddətdə müqavilənin icrasını yerinə yetirməyə “VEDİBASAR İNŞAAT” MMC-nin müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanlarında, işçi qüvvəsi varmı?

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “VEDİBASAR İNŞAAT” MMC-nin fəaliyyət sferası, əlaqə vasitələri barədə heç bir məlumat əldə edə bilmədik. Amma elektron mediada yayılan məlumatlarda da MMC-nin adı bir çox şübhəli satınalmalarda hallanır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VEDİBASAR İNŞAAT” (VÖEN: 6901231311) Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.11.2022-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, SAMUX RAYONU, SEYİDLƏR, SEYİDLƏR, qanuni təmsilçisi kimi isə Əlizadə Orxan Səbirəddin oğlu qeyd olunub.

Göründüyü kimi Polimer Materialları İnstitutunun Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “VEDİBASAR İNŞAAT” MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və digər uyğunluq göstəricilərini nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bütün bu kimi şübhə yaradan məqamları aradan qaldırmaq məqsədi ilə Polimer Materialları İnstitutunun Satınalma Komissiyasına ünvanladığımız elektron sorğu məktubuna cavab verməkdən boyun qaçırdılar, bizdən sorğunu möhürləyib poçtla ünvanlarına göndərməyimizi tələb etdilər. İnstitutun baş mühəndisi Tahir Alxasov israrla direktorun adına məktub yazmağımızı istədi. Biz onun diqqətinə çatdırdıq ki, qanunla İnstitutun direktoru Satınalma Komissiyasının üzvü ola bilməz. Odur ki, Satınalma Komissiyasının üzvü kimi cavab verin. Tahir Alxasov isə mənim bu işlə heç bir əlaqəm yoxdu, direktora məktub yazın- deyib durdu. İnstitutun direktoru Bəxtiyar Məmmədovun diqqətinə çatdırdıq ki, rəhbər kimi siz Satınalma Komissiyasının üzvü ola bilməzsiniz. Nədən baş mühəndis sizin adınıza məktub yazmağı tələb edir sualımıza Bəxtiyar Məmmədov dedi ki, hazırlanandan sonra mən qol çəkirəm, nə deyirlər onu da edin.

Biz əslində onu da edə bilərik. Amma özümüzdə qət etdik ki, qurum rəsmiləri sorğuya cavab vermək istəmirlər. Cavab vermək istəyən bütün hallarda, mətbutı maraqlandıran suallara bütün vasitələrlə aydınlıq gətirər. Görsənən odur ki, redaksiya Polimer Materialları İnstitutunun “VEDİBASAR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyinin qaranlıq məqamlarına toxunub. Odur ki, İnstitut rəsmiləri suallardan yayınmağa çalışdılar. Bizi maraqlandıran isə sadə məsələlər idi. Biz bilmək istəyirdik ki, “VEDİBASAR İNŞAAT” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə hansı kateqoriyyaya aid edilb, MMC-nin texniki bazası, işçi qüvvəsi və qanunla müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarları və əlaqə vasitələri varmı, yoxsa bu şirkətin də fəaliyyəti kağız üzərindədi. Amma görsənən odur ki, bunları araşdırmağımız Polimer Materialları İnstitutunun rəhbərliyinin xoşuna gəlmədi.

Qeyd edək ki, Polimer Materialları İnstitutu 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərib. Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli fərman ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. İnstitutun direktoru professor Bəxtiyar Məmmədovdur. O, bu vəzifəyə AMEA Rəyasət Heyətinin qərarı ilə 24 may 2017-ci ildə təyin edilib.

Aktualinfo.org
Ardını oxu...
Ağbil "Kəndxuda"sı Şahin Tağıyevin "serial kimi sərgüzəştləri" davam edir.

"DogruXeber.az" bildirir ki, bundan öncəki yazımızda Quba rayon Ağbil kənd bələdiyyəsinin sədri Şahin Tağıyevin vəzifə səlahiyyətlərindən necə sui-istifadə etdiyindən, onun kəndin örüş və əkinə yararlı torpaq sahələrini zəbt edərək, yaxınlarının istifadəsinə verdiyindən bəhs etmişdik.

Xatırladaq ki, bir neçə gün əvvəl redaksiyamız vasitəsilə Ş.Tağıyevin ədalətsiz, qanuna zidd fəaliyyətinə dözə bilməyib, illər sonra nəhayət ki, "üsyana qalxan", Ədliyyə Nazirliyindən, Quba rayon icra hakimiyyətindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən. (ETSN) fərqli olaraq onun əməllərini ifşa edən, aidiyyatı qurumların 0 reaksiyasından sonra, mətbuat vasitəsilə ölkə başçısına səsini duyurmağa çalışan Ağbil kəndinin gənc sakini Ümid Müzəffərov bələdiyyə sədri ilə icra nümayəndəsinin kənddə qanunsuz tikintilərə də şərait yaratdığını bildirmişdi.


Bu dəfə isə Ağbil kənd sakini Məmmədov Valeh Zubail oğlu redaksiyamıza müraciət edərək, bələdiyyə sədri Şahin Tağıyevin ona məxsus torpaq sahəsini əlindən alaraq, qardaşının istifadəsinə verdiyini dedi.

Valeh Məmmədovun sözlərinə görə, evinin qarşısındakı 18 sot boş torpaq sahəsini 2017-ci ildə Şahin Tağıyev özü təklif edərək, 10.000 (on min) manata ona satıb. O, ərazini məişət tullantılarından təmizləyərək öz şəxsi vəsaiti hesabına meyvə və yaşıllıq ağacları əkib. 2020-ci ildə isə bələdiyyə sədri həmin ərazini onun əlindən alaraq, bir veteranın adına sənədləşdirib və öz qardaşı Qabil Tağıyevin istifadəsinə verib.

Qeyd edək ki, kəndin sakini Ümid Müzəffərovun redaksiyamıza bildirdiyinə görə sədrin qardaşı Qabil Tağıyev birinci vətən müharibəsindən yayınmaq üçün ölkə xaricinə qaçıbmış. Sonradan ölkəyə qayıtdığında "fərari" olduğu üçün biraz "ölkə qanunları ilə hesablaşmalı olub". Nəysə ki, məsələni yoluna qoya bilib. "Varlığa nə darlıq".

Görünür, elə o, "varlığ"ın verdiyi cəsarətlə Tağıyev qardaşları illərdir vəzifə başında kənd sakinlərini heçə sayacaq qədər kök salıblar.

Valeh Məmmədov deyir, "4 ildir bütün aidiyyatı qurumlara, hətta prezident administrasiyasına belə paçka-paçka məktublar yazıram ki, Şahin Tağıyev ya mənim torpağımı, ya da verdiyim 10 min manat və ərazini abadlaşdırmaq üçün xərclədiyim 5 min manat pulumu özümə geri qaytarsın".


Şahin Tağıyev Valeh Məmmədovun iddiasına cavab olaraq həmin ərazini onun qanunsuz zəbt etdiyini dedi, qardaşı Qabil Tağıyev isə bir bağlama əsgərlik şəkillərini yığıb, redaksiyamıza gəldi ki, "Ümid yalan deyir, mən əsgərlikdə olmuşam".

Orta məktəbdə oxuyarkən bizim rəhmətlik kimya müəllimimizin belə dəxlisiz söhbət edənlərə dair bir misalı vardı, deyirdi - "Mən deyirəm poyuz gəlir, bu deyir, "gəl soğan əkək"."

İndi rəhmətliyin sözü olmasın, ay Qabil Tağıyev, Valeh Məmmədov deyir "mənim ya pulumu, ya torpağımı qaytarın", siz deyirsiniz, "mən əsgərlikdə olmuşam".

Siz hərbiyə 90-cı illərdə, bax o, Rusiyaya getdiyiniz ərəfədə lazım idiniz, o, əsgərlik şəkilləri "topuğa dəyən daş"dır sadəcə.

Torpaq uğrunda canından keçən oğullara heyf, sanki ölkədə səlahiyyət sahiblərinin şəxsi maraqları, mənafeləri "uğrunda" ölümün üzərinə getdilər.

Əldə etdiyimiz məlumata görə Qubanın təptəzə icra başçısı özü bələdiyyə sədrinin bu cür sözün əsl mənasında özbaşına fəaliyyəti ilə rahatca razılaşdığı kimi, onlara vətəndaş Valeh Məmmədov ilə də razılaşmağı tapşırıb.

Biz bunu özümüzdən demirik, əsgərlik şəkillərini göstərmək üçün redaksiyamıza gələn Qabil Tağıyev bizimlə söhbəti əsnasında belə bir cümlə işlətdi: - "Şahin kimdi ki, icra başçısından xəbərsiz kiməsə torpaq versin".

Bu ifadə onun, qardaşı Şahin Tağıyevin sadəcə icra başçısı İlqar Mahmudovun əmrlərini icra etdiyinə dair özündən biixtiyar səmimi etirafı idi.

Əlqərəz...

Valeh Məmmədovun sözlərinə görə bələdiyyə sədri indi də başqa bir zibillik sahəsini ona təklif edib, o, da "bunu kim üçün mənə təmizlətdirəcəksən" deyib, təklifi rədd edib.

Adam haqlı...

Yeri gəlmişkən, sədrin Valeh Məmmədovun öz halal pulunu verib, satın aldığı, əkinə yararlı hala gətirmək üçün alnının tərini axıtdığı torpağı onun əlindən alıb 4 ildir istifadə edən, bütün bunlar azmış kimi, sonra da əsgərlik şəkillərini göstərmək üçün Qubadan Bakıya gələn qardaşı Qabil Tağıyev, məyus halda geri dönərkən bizə "Mən sizi ədalətli biri sanmışdım, amma deyilmişsiniz" deyə, qanunsuz əməllərini ifşa etdiyimizə görə vicdan əzabı verməyə çalışdı.

Gülməlidir, deyilmi?

Bəli, Tağıyevlər fəaliyyəti tam bir tragikomediyadır.

Yazının əvvəlində, Ümid Müzəffərovun, Quba rayon icra hakimiyyəti ilə bələdiyyə sədrinin əlbir olub, yol üçün nəzərdə tutulmuş ərazidə qanunsuz tikintilərə şərait yaratdıqlarını qeyd etmişdik. Həmçinin, Şahin Tağıyevin buna cavab olaraq, "həmin tikintini aparan şəhid ailəsidir. Onlar da o, ərazini zəbt ediblər, biz ona nə deyək daha, şəhid ailəsidir" dediyini də diqqətinizə çatdırmışdıq.

Bu dəfə isə şəhidin qardaşı - Quba rayon Əli bəy qışlaq kənd sakini Qonaqov Tərlan Məmmədxan oğlu agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ə zəng edərək, canlı yayımda bələdiyyə sədrinin və yerli icra hakimiyyətinin fəaliyyətinə "çıraq tıtdu".

Tərlan Qonaqov bildirdi ki, "2020-ci ildə Şahin Tağıyev qapımıza gəlib, "Siz Quba şəhərinin özündə ev tikilməsi üçün müraciət etmisiniz. Şəhərin özündə torpaq yoxdur, amma, razı olsanız şirkət sizə kənddəki özünüzə məxsus 10 sot torpaqda ev tikə bilər" dedi.

Hələ üstəlik onu da bildirdi ki, "narahat olma, mən sənə onun əvəzinə başqa yerdən 10 sot torpaq verəcəm".

Soruşdum, "pay verəcəksiniz, ya bizə qanunla düşür torpaq?".
Dedi, "yox, qanunla düşür".

Mən də ona inanıb, özümə məxsus yerdə ev tikilməsinə razı oldum.

Bundan əlavə, bizim ailəmiz çoxuşaqlı ailədir. Buna görə əlavə ev tikmək üçün dəfələrlə Şahin Tağıyevdən torpaq sahəsi istədik, amma hamısında da "yoxdur" cavabını aldıq. Sonunda çarəsiz qalıb, ata-babadan qalma pay torpaq sahəsində ev tikməli olduq. Çünki, dediyim kimi, məcbur idik. Ailə böyüdükcə bir evdə yaşamaq daha da çətinləşirdi. İndi, Şahin Tağıyev sizə həmin öz torpağımızda tikdiyimiz evi deyirdi ki, şəhid ailəsi oranı zəbt edib".

Tərlan Qonaqovun söylədiklərində diqqət çəkən məqamlardan biri də Şahin Tağıyevin şəhərin adından danışıb, orda boş torpaq sahəsi olmadığını deməsi, üstəlik ailəni razı salmaq üçün "səxavət" göstərməsidir. Sizcə də bu 4 il əvvəl televiziya kanallarına sözün əsl mənasında yalan danışan icra nümayəndəsinin işi deyildimi?


Hələ 2020-ci ildə televiziya kanallarından birinə müsahibə verərkən, kəndin yollarının növbəti il düzəldiləcəyini vəd edən icra nümayəndəsi, deyəsən bu müsahibəsi ilə də artıq kənd sakinlərində özünə qarşı inamsızlıq yaradıb ki, onun işini "müqəddəs" bələdiyyə sədri icra etməli olub.

Amma, nəzərə alsaq ki, icra nümayəndəsi icra hakimiyyətinin yalançısıdır...

Qeyd: Qarşıdakı günlərdə İlqar Mahmudov fəaliyyətini də ətraflı araşdırmalarla təqdim edəcəyik.

Şəhid qardaşının sözlərinə görə, Ağbil kəndi Əli bəy qışlaq kəndinin yanında "toya getməli"dir.

"Küçələr bərabad vəziyyətdə, kənddə nə həyətyanı, nə də əkin üçün bir qarış boş torpaq sahəsi qalmayıb.

Anam bir neçə gün əvvəl yağış yağanda evdən çıxa bilmirik, heçolmasa yolları düzəltsinlər deyə xahiş etmək üçün icra başçısının qəbuluna getmişdi. Orda da onun qarşısına Şahin Tağıyev çıxıb, "mənim cibimdə pulum var sənə yol çəkdirim" deyə, kobud cavab verib"."

Maraqlıdır, İlqar Mahmudov niyə şikayətçi sakinlərinin qarşısına məhz Şahin Tağıyevi çıxarır?

Qeyd edək ki, redaksiyamıza daxil olan məlumata görə Quba rayonunda Vəlvələ çayı və ətraf əraziləri şəxsi məqsədlər üçün tamamilə dağıdılıb.

Yerli sakinlər tərəfindən dəfələrlə məlumat verilsə də nədənsə Quba rayon icra hakimiyyəti qum-çınqıl çıxarmaq xatirinə əraziləri məhv edən sahibkarlara qarşı heç bir tədbir görmür.

Günlərdir portalımızda və canlı yayımda silsilə şəkildə təqdim etdiyimiz bütün qanunsuz işlərə və vətəndaş narazılıqlarına qarşı susmağa üstünlük verən icra hakimiyyətinin deyəsən ən aktiv əməkdaşı, onun sosial şəbəkə hesabını işlədən şəxsdir ki, dərdini mediaya danışan Quba sakinlərini anında "yalançı" adlandırıb, bununla da özlərini cəmiyyətə "məsum mələk" kimi sırımağa çalışır.

Yəni, belə çıxır ki, o boyda Quba rayon icra hakimiyyətində halal maaş alan təkcə odur. İlqar Mahmudovdan fərqli olaraq, ən azından biganə qalmır.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
Sabirabad rayonu ölkənin ən qabaqcıl rayonlarından biridir.

Bu rayonun Cavad kəndi isə daha çox ziyalıları, Birinci Qarabağ Savaşında canından keçən şəhidləri ilə, qaziləri ilə hər zaman öndə olub.

Amma Cavad kəndi, ətrafı işğal altındadır.

Hə əgər sizin soyadınız Nuriyev deyilsə, ya da Yahyayaev və ya Quliyev deyilsə o zaman siz batdınız.

Məsələn Yuxarı Cavadda siz aztəminatlı ailəsinizsə, Kür sahilində kiçik bir çayxana qurub evinizə qəpik-quruş aparmaq istəyirsinizsə, o zaman siz mütləq Kür və Araz Çaylarının Bəndlərinin Mühafizə İdarəsinin rəisi Elman Nuriyevi görməlisiniz. Ya da onun bacısı oğlunu...

İndi sual verəcəksiniz ki, niyə axı Elman Nuriyevi? Axı ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizə İdarəsinin balansındadır. Bəli haqlı iraddır.

Kür və Araz çaylarının bəndlərindəki obyektlərə Elman Nuriyev baxır. Amma bənd sahilində obyektlərə də başqa adam nəzarət etmir. Elə Elman Nuriyevin bacısı oğlu Yusif Məmmədov nəzarət edir.

Sabirabad Meşə Mühafizə İdarəsinə də hazırda Elman Nuriyevin bacısı oğlu nəzarət edir.

Məsələn meşə ərazizində inşa edilmiş Sabirabad rayon Surra kəndi ərazisində yerləşən "Ana Kür" Şadlıq evini Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə verib. Nazirlik iddia qaldırıb ki, meşə ərazisində "Ana Kür" Şadlıq Evi qanunsuz fəaliyyət göstərir. Amma "Şam" Şadlıq Restoranın reyestr sənədlərini heç soruşan da yoxdur...

Bitdimi?

Yox. Tələsməyin Sabirabad Maliyyə İdarəsi, Şirvan Regional Elektrik Şəbəkəsi, Gənclər və İdman Nazirliyinin regional İdarəsi, hamısı eyni adamların əlindədir.

Sabirabad rayon Cavad kəndində əkinə yararlı torpaqlar.

Qarşıdan Bələdiyyə seçkiləri gəlir. Baxın görün nələr olur. Elman Nuriyev təkcə Kür və Araz Çaylarında Bəndlərin Mühafizə İdarəsinin rəisi deyil. O eyni zamanda Sabirabad rayon Yeni Azərbaycan Partiyasının sədr müavinidir.

Ardını oxu...

E.Nuriyev İkinci Qarabağ savaşı dönəmində Sabirabada hər gün şəhid gələndə özünə restooran tikirdi. "Şamlıq" restoranı.
Onlarla evin şamı sönəndə, evlərə şəhid tabutları daşınanda...

Bu barədə video və foto materialları sizlərə təqdim edəcəyik.

Bitdimi?

Yox, Sabirabad rayon Cavad kəndində Elman Nuriyevin qardaşı oğlu bələdiyəyə namizəddir. Niyə bilirsiniz? Çünki ailəsinin kəndin tam ortasında böyük bir restoranı, avtotəmir sexi, böyük bir ərazisi var. Ərazi də Kür çayının bəndinin tam dibində. Yəni mühafizə zolağında...

Bundan da szilərə əttraflı bilgilər, bu ərazilərin necə qanunsuz satılması haqqında, sənədlərlə bilgi verəcəm.

Bir rayonu bu qədər bir ailə istismar edirsə, mütləq Cənab Ali Baş Komandana müraciət etmək üçün rayon ictimayyəti adından müraciətləri də işıqlandıracağıq.
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Respublika ərazisində bir sıra təhsil müəssisələri üzrə yanğın əleyhinə su hovuzlarının tikintisi və əsaslı təmiri işlərinin satınalınması üzrə 07.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “RRM TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.263.098,08 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların vahid internet portalında 28.12.2024-cü ildə dərc edilib. Məlumatda yanğın əleyhinə su hovuzlarının tikintisi və əsaslı təmiri işlərinin hansı təhsil müəssisələrində aparılacağı açıqlanmayıb.

Elə həmin gün, yəni 28.12.2024-cü ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi maşın və avadanlıqların əsaslı təmiri işlərinin satınalınması üzrə 31.10.2024-cü ildə başladığı açıq tenderə də yekun vurduğunu açıqlayıb. Bu müsabiqənin də qalibi “RRM TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.721.771,04 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Müqvilənin şərtlərinə görə MMC 20.12.2024-cü ildən 30.12.2024-cü ilə qədər istilik sistemi (Odluq dizel) üçün odluq dəstlərindən sıradan çıxmışların sökülməsi, quraşdırılması, çatdırılması, təmir edilməsi, yerinin və bağlantılarının uyğunlaşdırılması və sistemin sınaq olunması və adaptasiyası və transformator dəsti (Sırdan çıxanların sökülməsi, əsaslı təmir edilmişin çatdırılması, elektrik ötürücü xətlərin çəkilməsi və birləşdirilməsi, gərginlik xətlərinin açılıb-bağlanması, bağlantı kabelləri, elektrik qoruyucuları, elektrik açarları, quraşdırma, sınaqların keçirilməsi) və KTM dəsti (Sırdan çıxanların sökülməsi, ətrafın çınqıllanması, sayqacların yerdəyişməsi, sınaqların keçirilməsi) təchizatı və quraşdırılması işlərini həyata keçirməlidir. Əsaslı Tikinti və Təchizat İdarəsi bu təmir və quraşdırma işlərinin də harada aparılacağını açıqlamayıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi dekabr ayında “RRM TƏMİR-TİKİNTİ” MMC ilə bunlardan əlavə daha üç satınalma müqaviləsi bağlayıb.

Təchizat İdarəsi sözügedən MMC ilə ümumi təhsil məktəblərinin istifadəsində olan şagird partası dəstlərinin təmiri işlərinin satınalınması üzrə 995.329,88 manat dəyərində müqavilə bağladığını 27.12.2024-cü ildə açıqlayıb.

Bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat üçün avadanlıqların alınıb-quraşdırılması işlərinin satınalınması üzrə 10.866.100,8 manat dəyərində müqavilə bağladığını 17.12.2024-cü ildə açıqlayıb.

İcma əsaslı və peşə təmayüllü siniflərin təşkili üçün malların satınalınması üzrə 3.667.058,52 manat dəyərində müqavilə bağladığını 12.12.2024-cü ildə açıqlayıb.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi yalnız dekabr ayında “RRM TƏMİR-TİKİNTİ” MMC ilə ümumi dəyəri 18 513 356 manat olan 5 satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RRM TƏMİR-TİKİNTİ” (VÖEN:1306582521) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.02.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010 manat olan MMC-nin hüquqi ünvanının ,BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ƏSƏD ƏHMƏDOV, ev 2B, m. 61, qanuni təmsilçisi kimi isə Hümmətov Elnur Zahid oğlu qeyd olunub.

“RRM TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin fefralında hüquqi təşkilatı formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətə çevrilib. Cəmiyyətin təsisçisi və ilk qanuni təmsilçisi Feyzili Şəhriyar Firudin oğlu olub.

“Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL-451/2022 nömrəli 01.07.2022-ci il tarixli qərarı ilə qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üzrə lisenziya alması barədə məlumat var.

Elektron medianın 20 oktyabr 2023-cü ildə yaydığı məlumata görə RRM təmir-tikinti QSC İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsini pozduğuna görə inzibati protokol yazılıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi 2023-cü ilin dekabrında “RRM TƏMİR-TİKİNTİ” MMC ilə ümumi dəyəri 14 584 318 manat olan 4 satınalma müqaviləsi, 2022-ci ilin dekabrında isə ümumi dəyəri 2 496 991 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Təsisçisi səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirən Təhsilin İnkişafı Fondu da “RRM TƏMİR-TİKİNTİ” MMC ilə ümumi dəyəri 6 521 533 manat olan 2 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrə görə MMC Abşeron rayonu Novxanı kəndi və Kürdəmir rayonu, Axtacı kəndindəki orta məktəblərin tikintisi işlərini hətata keçirməlidir. Maraqlıdır tikinti-quraşdırma işləri üzrə lisenziyası olmayan bir MMC ilə satınalma müqaviləsi hansı əsaslarla bağlanılıb.

Göründüyü kimi “RRM TƏMİR-TİKİNTİ” MMC son illər yalnız Elm və Təhsil Nazirliyi və ona tabeli qurumların keçirdiyi milyonlarla manat dəyəri olan tenderlərin qalibi olub. Bu isə MMC-nin nazirlik rəsmilərindən birinə bağlı olduğunu deməyə əsalar verir.

Qeyd edək ki, Hesablama Palatası 2023-cü il üçün iş planıəsasında Elm və Təhsil Nazirliyi və təsərrüfat hesablı “Əsaslı Tikinti və Təchizat İdarəsi” tərəfindən 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi üzrə başa çatdırılmış auditin nəticələri barədə məlumat yaymışdı. Sözügedən məlumatda bildirilirdi ki, İdarə “satın alınacaq malların, işlərin və xidmətlərin xüsusiyyətlərinin tam nəzərə alınmaması fərqli xüsusiyyətlərə malik tələbatlar üzrə bərabər ehtimal qiymətlərinin müəyyənləşdirilməsi ilə nəticələnməklə dəyər və qiymət arasında uyğunluğun təmin olunması imkanlarını məhdudlaşdırmış, bir sıra hallarda isə müvafiq hesablamaların aparılmaması dövlət ehtiyaclarının baha qiymətlərlə ödənilməsinə şərait yaratmışdır.

Bir sıra hallarda satınalma metodlarının tətbiq edilməməsi, bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsi, həmçinin əsas şərtlər toplusunun iddiaçıların iştirakını məhdudlaşdıran şərtlərlə tərtib olunması, eləcə də tələb olunan texniki şərtlərə cavab verməyən iddiaçıların qalib elan olunması sahibkarların bu satınalmalarda rəqabətli iştirak payının tam təmin edilməsi imkanlarını da məhdudlaşdırmışdır.

Göründüyü kimi Hesablama Palatası tərəfindən satınalmalarda aşkar edilən ciddi qanun pozuntuları faktlarına baxmayaraq Əsaslı Tikinti və Təchizat İdarəsində köhnə qaydalar davam etməkdədir. Qurumda son illər bir neçə kadr dəyişikliyi olmasına baxmayaraq.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Valeh Mirzalıyevdir. O, bu vəzifəyə 2022-ci ilin mart ayında təyin olunub. Daha əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru olub. Elektron mediada yer alan məlumatlara görə Əsaslı Tikinti və Təchizat İdarəsində satınalmalara nəzarət Fərhan Əliyevin əlində olub. O, artıq SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC-nin rəhbəri vəzifəsinə təyin edilib. Fərhan Əliyevin İqtisadiyyat naziri Mikayıl Cabbarovun adamı olması barədə elektron medida çoxsaylı məlumatlar var. Maraqlıdır Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində satanalmalara indi kim nəzarət edir ki, bir ay arzinə “RRM TƏMİR-TİKİNTİ” MMC ilə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şərait yaradıb.

Aktualinfo.org
 

       
Ardını oxu...
Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbində direktorluğa təyin olunmuş Yusifzadə Günel Şamo qızı məktəbə direktor təyin olunduğu vaxtdan özbaşınalıqları, etdiyi haqsızlıqlar, qanunsuzluqlarla diqqəti cəlb edir. 5 ildir direktor təyin edilən Günel xanım bütün müəllimləri zorakılığa məruz qoyur.

Məktəbdə etik davranış qaydalarına riayət etmir, bütün mobbinq və bullinq hallarını həyata keçirdir. "Burda mənəm, Bağdadda kor xəlifə" devizi ilə məktəbi idarə edir. Adamım da var, pulum da var- deyərək bütün müəllimlərə hədə - qorxu gələrək öz bildiyini edir. Etdiyi qanunsuzluqları şikayət etsələr də, heç bir nəticəsi yoxdur. Daha da hiddətlənən müəllim daha çox öz" gücünü" göstərməyə çalışır.

Keçən tədris ilində və bu il də 11-ci sinif şagirdlərini aylığa çıxarır, hər şagirddən 200 manat alaraq dərsə gəlməmələrinə göz yumur. Üstəlik müəllimləri məcbur edir ki, üzlərini görmədikləri bu şagirdlərə 5 qiymətini yazsınlar.

Öz oğlu Yusifzadə Toğrulun adını məktəbə yazdırıb və müəllimlərdən ona 5 qiymət yazmasını tələb etmişdir. Qiymət yazmaq istəməyən müəllimlər isə direktorun hər cür zorakılığına məruz qalıblar. 2 il müddətində dərsə gəlməyən oğluna saxta attestat verərək qiymətlərin hamısına 5 yazdırıb, üstəlik qiymət yazmayan müəllimlərin əvəzinə də oğluna qiyməti özü yazıb. və biz görmədiyimiz şagirdə qiymət yazmadığımız üçün bizi təhqir edir , hədəliyir , şiddətli töhmət verəcəyini və işdən çıxaracığını bildirir .
Hazırda da dərsə gəlməyən, adı jurnalda olan, müəllimlərin heç üzlərini görmədikləri şagirdlərə buraxılışa görə yüksək qiymət yazmalarını tələb edir, sözünə baxmayan müəllimlərə isə hədə-qorxu gəlir, şiddətli töhmət verəcəyini, işdən çıxartdırmaq üçün hər yola əl atacağını bildirir.

Müəllimlərə göstərdiyi psixoloji şiddət həqiqətən insanda ikrah hissi yaradır. Belə bir insanın məktəb idarə etməsi, təhsilin başında durması gülünc haldır. Hər vəziyyəti pula çevirib qanunsuzluq edir. Məzuniyyətə çıxan müəllimin də yerini də vakansiyaya çıxarmır. Şagirdlərin yanında müəllimləri alçaldır, ləyaqətini alçaldır, şəxsiyyətini heçə sayır.

Bunlardan birində də məzuniyyətdə olan müəllimin yerini vakansiyaya çıxartmaq üçün dogər iş yoldaşlarının könüllü surətdə həmin müəllimin dərslərini tam ödənişsiz keçəcəyinə dair ərizə yazmalarını istəyir. Müəllimlər isə yoxlama gələr, işdən çıxardılarıq qorxusuyla, qanunsuzluğa ortaq olmaq istəməyərək həm də artıq dərs yükünə məruz qalmamaq üçün qəbul etməyiblər. Bunun üstündə təhsilin "Monarxiya" olduğunu xatırladıb. "Mən dedimsə, bir nəfər kimi hamınız onu etməlisiniz. Siz kimsiniz ki, sizin fikrinizi soruşam. Əmrlərimi yerinə yetirməyə məcbursunuz! "-ifadələri ilə müəllimləri danlamış, daha sonra ağıza alınmaz təhqirlər, alçaldıcı ifadələr, hətta daha da irəli gedərək namusa, qeyrətə ləkə salacaq şərlər, böhtanlar işləmişdir. Bu təhqirə dözməyib şikayət edən işçilərə, ərizə yazanlara da heç bir müsbət geri dönüş edilməmişdir.

Bu tədris ilində Yevlax rayon Prokurorluğunun dəvəti ilə Maliyyə Nazirliyinin yoxlamaları bir ay müddətində məktəbdə yoxlamalar apararkən direktorun külli miqdarda Dövlət Əmlakını mənimsəmə faktını aşkar etdilər . Buna baxmayaraq direktor öz qanunsuz işlərindən əl çəkmir, özbaşınalıqlarına davam edir. Hətta bir şəhid bacısı olan Məmmədova Tünzalə müəllimin dərsini əlindən alıb, onada hədə qorxu gəlməkdən çəkinmir .

Psixoloji şiddəti o hala gəlmişdir ki, kim ki ona yaıtaqlıq etmir, ya da etdiklərini, əmrlərini dərhal yerinə yetirmir, onlarla DANIŞMAQ QADAĞASI qoyub. Hansı müəllim həmin qaralanmış müəllimlə danışsa, onu işdən çıxaracam. İnsanlara bu qədər qul kimi, nökər kimi yanaşmaq həqiqətən ağlasığmazdır.

Aidiyyatı qurumların bu işlə məşğul olmasını tələb edirik.

tehsilmedia.az
 
Ardını oxu...
Azərbaycanda hərbi xidmətə çağırış yaşının endirilməsi haqda qərar qəbul edildiyi və bu sahədə bir sıra islahatların həyata keçirildiyi zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi "ayı xidməti" yerinə yetirməkdədir.

Bu xidmət ondan ibarətdir ki, Suraxanı hərbi komissarlığı "qəbiristanlıq qanunları" ilə idarə olunur. Görünür ki, Xidmət rəisi Mürsəl İbrahimov bu idarədə baş verənlərdən ya bixəbərdir, ya da göz yummaq niyyətindədir. Çünki indi təfsilatını açıqlayacağımız məsələ barədə hələ ötən ilin sonunda Xidmətin rəsmi elektron poçtuna müraciət ünvanlanıb, cənab Mürsəl İbrahimova problem haqda ətraflı məlumat verilib və həlli xahiş olunub. Lakin hələ də səs-səmir yoxdur, elektron məktubla edilən müraciətə reaksiya verilməyib. Ona görə də Suraxanı hərbi komissarlığında nə baş verdiyini publik şəkildə açıqlamağa ehtiyac var.

Belə ki, ötən il "Anaxeber.info"nun baş redaktoru Talıbov Azər Məmməd oğlu övladı ilə bağlı cənab Mürsəl İbrahimova müraciət edib.

Bildirib ki, oğlu Talıbov Turan 2003 təvəllüddür, Suraxanı rayon hərbi komissarlığı onu əsgərliyə getməyə çağırıb.

Onun sözlərinə görə, oğlu Turan Talıbova "14 B" diaqnozu qoyulub və hərbi xidmətə yararlı deyil. Ancaq sən saydığını say, Suraxanı hərbi komissarlığı gör nə sayır. Hər şey elə bundan sonra başlayır və biabırçılıqlar, absurd məsələlər, "ölü qaydaları" ilə işləmək üzə çıxır ki, heç yerdə bu hal görünməyib. Belə ki, çağırış əsasında Turan Talıbov yerli komissiyadan keçib və Sabunçu Rayon Xəstəxanasında müayinə olunub.

Sonra sənədlər Suraxanı səfərbərlik xidmətinə təqdim olunub, amma tragikomik tərəfi budur ki, həmin nəticələr qəbul edilməyib və təkrar müayinə tələb olunub.

Deyilib ki, Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul deyil. Bu qədər banal, absurd, gülünc bir rəy...

Bildirilib ki, Turan Talıbov təkrar müayinə olunmalıdır. Atası Azər Talıbov sual edir ki, idarənin vəzifəli şəxsinin vəfat etməsinin müayinənin nəticələrinə nə aidiyyatı və yaxud təsiri var? Belə çıxır ki, idarənin hər dəfə yası düşəndə, yaxud komissarlığın nümayəndəsi dünyasını dəyişəndə, komissiyanın rəyi legitim olmayacaq, təkrar müayinə tələb olunacaq.

Göründüyü kimi, açıq-aşkar öz xidmət idarəsinə inamsızlıq, etimadsızlıq, vəfat etmiş hərbi komissarlıq işçisinə güvənsizlik var. Ümumiyyətlə, müayinənin nəticələrinə şübhə edilməsi göstərir ki, bütövlükdə Suraxanı hərbi komissarlığı yerində deyil.

Şikayətçi olan Azər Talıbovun sözlərinə görə, bütün bunlardan sonra oğlu Turan Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib:

"Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar. Halbuki Turan Talıbova "14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də sənədə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım", - deyə Azər Talıbov bildirib.

O əlavə edir ki, oğlunun ürəyində də problem var: "Suraxanı hərbi komissarlığı mənə deyir ki, onda ürəkdə problemi göstərək və hərbi xidmətə getsin. Yəni bu dərəcədə səhlənkarlıq, laqeydlik var. Bu, tamamilə özbaşınalıqdır. Suraxanı hərbi komissarlığı göz görə-görə psixiatr tərəfindən baxılan, ürəyində də problem olan adamı əsgərliyə göndərmək istəyir. Budur şəffaflıq? Budur islahatlar? Nəyə görə müayinənin nəticələri qəbul edilməməlidir? O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri hazırdır, təkrar müayinə tələbi qanunsuzdur".

Vətəndaş oğlu Turan Talıbovla bağlı Xidmət rəisi Mürsəl İbrahimova bir daha üz tutub: "Cənab İbrahimov, təkrar etmək məcburiyyətindəyəm ki, oğlum Turan Talıbova "14 B” diaqnozu qoyulub. Bu diaqnoz qoyulan şəxslər hərbi xidmətə birmənalı olaraq yararsız sayılır. Ona görə də ürək problemi adı ilə oğlumu əsgərliyə göndərmək istəyirlər. Ancaq mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün. İdarə işçisi Namiq Orucov dünyasını dəyişib deyə yenidən komissiyadan keçmək tələbi düzgün deyil. Ona görə də müraciətimə müsbət cavab veriləcəyini gözləyirəm".
 
Ardını oxu...
Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə xəstəxanalarda dövlət tərəfindən təmin olunan tibbi avadanlıq və təchizatın olmasına baxmayaraq, avadanlıqların və ya dərmanların alınmasının xəstədən və ya xəstə yaxınlarından tələb olunması ilə bağlı şikayətlər dərc olunub.

Maraqlıdır ki, bu kimi şikayətlər hələ də davam edir.

TEREF APA TV-yə istinadən xəbər verir ki, Gülbahar Məmmədova da eyni şikayətlə müraciət edib. O bildirib ki, gecə saatlarında nəvəsinin səhhəti ilə bağlı müraciət etdiyi Respublika Klinik Xəstəxanasında belə bir vəziyyətlə üzləşib.

Gülbahar Məmmədovanın sözlərinə görə, tibbi personal uşağa iynə vurulmalı dərmanın olduğunu, lakin xəstəxanada həmin dərmanın tapılmadığını, buna görə də, tibbi müdaxilənin mümkün olmadığını bildirib.

Ətraflı süjetdə:

 
 
 

Dünyapress TV

Xəbər lenti