"Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Ağbil "Kəndxuda"sı Şahin Tağıyevin "serial kimi sərgüzəştləri" davam edir.

"DogruXeber.az" bildirir ki, bundan öncəki yazımızda Quba rayon Ağbil kənd bələdiyyəsinin sədri Şahin Tağıyevin vəzifə səlahiyyətlərindən necə sui-istifadə etdiyindən, onun kəndin örüş və əkinə yararlı torpaq sahələrini zəbt edərək, yaxınlarının istifadəsinə verdiyindən bəhs etmişdik.

Xatırladaq ki, bir neçə gün əvvəl redaksiyamız vasitəsilə Ş.Tağıyevin ədalətsiz, qanuna zidd fəaliyyətinə dözə bilməyib, illər sonra nəhayət ki, "üsyana qalxan", Ədliyyə Nazirliyindən, Quba rayon icra hakimiyyətindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən. (ETSN) fərqli olaraq onun əməllərini ifşa edən, aidiyyatı qurumların 0 reaksiyasından sonra, mətbuat vasitəsilə ölkə başçısına səsini duyurmağa çalışan Ağbil kəndinin gənc sakini Ümid Müzəffərov bələdiyyə sədri ilə icra nümayəndəsinin kənddə qanunsuz tikintilərə də şərait yaratdığını bildirmişdi.


Bu dəfə isə Ağbil kənd sakini Məmmədov Valeh Zubail oğlu redaksiyamıza müraciət edərək, bələdiyyə sədri Şahin Tağıyevin ona məxsus torpaq sahəsini əlindən alaraq, qardaşının istifadəsinə verdiyini dedi.

Valeh Məmmədovun sözlərinə görə, evinin qarşısındakı 18 sot boş torpaq sahəsini 2017-ci ildə Şahin Tağıyev özü təklif edərək, 10.000 (on min) manata ona satıb. O, ərazini məişət tullantılarından təmizləyərək öz şəxsi vəsaiti hesabına meyvə və yaşıllıq ağacları əkib. 2020-ci ildə isə bələdiyyə sədri həmin ərazini onun əlindən alaraq, bir veteranın adına sənədləşdirib və öz qardaşı Qabil Tağıyevin istifadəsinə verib.

Qeyd edək ki, kəndin sakini Ümid Müzəffərovun redaksiyamıza bildirdiyinə görə sədrin qardaşı Qabil Tağıyev birinci vətən müharibəsindən yayınmaq üçün ölkə xaricinə qaçıbmış. Sonradan ölkəyə qayıtdığında "fərari" olduğu üçün biraz "ölkə qanunları ilə hesablaşmalı olub". Nəysə ki, məsələni yoluna qoya bilib. "Varlığa nə darlıq".

Görünür, elə o, "varlığ"ın verdiyi cəsarətlə Tağıyev qardaşları illərdir vəzifə başında kənd sakinlərini heçə sayacaq qədər kök salıblar.

Valeh Məmmədov deyir, "4 ildir bütün aidiyyatı qurumlara, hətta prezident administrasiyasına belə paçka-paçka məktublar yazıram ki, Şahin Tağıyev ya mənim torpağımı, ya da verdiyim 10 min manat və ərazini abadlaşdırmaq üçün xərclədiyim 5 min manat pulumu özümə geri qaytarsın".


Şahin Tağıyev Valeh Məmmədovun iddiasına cavab olaraq həmin ərazini onun qanunsuz zəbt etdiyini dedi, qardaşı Qabil Tağıyev isə bir bağlama əsgərlik şəkillərini yığıb, redaksiyamıza gəldi ki, "Ümid yalan deyir, mən əsgərlikdə olmuşam".

Orta məktəbdə oxuyarkən bizim rəhmətlik kimya müəllimimizin belə dəxlisiz söhbət edənlərə dair bir misalı vardı, deyirdi - "Mən deyirəm poyuz gəlir, bu deyir, "gəl soğan əkək"."

İndi rəhmətliyin sözü olmasın, ay Qabil Tağıyev, Valeh Məmmədov deyir "mənim ya pulumu, ya torpağımı qaytarın", siz deyirsiniz, "mən əsgərlikdə olmuşam".

Siz hərbiyə 90-cı illərdə, bax o, Rusiyaya getdiyiniz ərəfədə lazım idiniz, o, əsgərlik şəkilləri "topuğa dəyən daş"dır sadəcə.

Torpaq uğrunda canından keçən oğullara heyf, sanki ölkədə səlahiyyət sahiblərinin şəxsi maraqları, mənafeləri "uğrunda" ölümün üzərinə getdilər.

Əldə etdiyimiz məlumata görə Qubanın təptəzə icra başçısı özü bələdiyyə sədrinin bu cür sözün əsl mənasında özbaşına fəaliyyəti ilə rahatca razılaşdığı kimi, onlara vətəndaş Valeh Məmmədov ilə də razılaşmağı tapşırıb.

Biz bunu özümüzdən demirik, əsgərlik şəkillərini göstərmək üçün redaksiyamıza gələn Qabil Tağıyev bizimlə söhbəti əsnasında belə bir cümlə işlətdi: - "Şahin kimdi ki, icra başçısından xəbərsiz kiməsə torpaq versin".

Bu ifadə onun, qardaşı Şahin Tağıyevin sadəcə icra başçısı İlqar Mahmudovun əmrlərini icra etdiyinə dair özündən biixtiyar səmimi etirafı idi.

Əlqərəz...

Valeh Məmmədovun sözlərinə görə bələdiyyə sədri indi də başqa bir zibillik sahəsini ona təklif edib, o, da "bunu kim üçün mənə təmizlətdirəcəksən" deyib, təklifi rədd edib.

Adam haqlı...

Yeri gəlmişkən, sədrin Valeh Məmmədovun öz halal pulunu verib, satın aldığı, əkinə yararlı hala gətirmək üçün alnının tərini axıtdığı torpağı onun əlindən alıb 4 ildir istifadə edən, bütün bunlar azmış kimi, sonra da əsgərlik şəkillərini göstərmək üçün Qubadan Bakıya gələn qardaşı Qabil Tağıyev, məyus halda geri dönərkən bizə "Mən sizi ədalətli biri sanmışdım, amma deyilmişsiniz" deyə, qanunsuz əməllərini ifşa etdiyimizə görə vicdan əzabı verməyə çalışdı.

Gülməlidir, deyilmi?

Bəli, Tağıyevlər fəaliyyəti tam bir tragikomediyadır.

Yazının əvvəlində, Ümid Müzəffərovun, Quba rayon icra hakimiyyəti ilə bələdiyyə sədrinin əlbir olub, yol üçün nəzərdə tutulmuş ərazidə qanunsuz tikintilərə şərait yaratdıqlarını qeyd etmişdik. Həmçinin, Şahin Tağıyevin buna cavab olaraq, "həmin tikintini aparan şəhid ailəsidir. Onlar da o, ərazini zəbt ediblər, biz ona nə deyək daha, şəhid ailəsidir" dediyini də diqqətinizə çatdırmışdıq.

Bu dəfə isə şəhidin qardaşı - Quba rayon Əli bəy qışlaq kənd sakini Qonaqov Tərlan Məmmədxan oğlu agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ə zəng edərək, canlı yayımda bələdiyyə sədrinin və yerli icra hakimiyyətinin fəaliyyətinə "çıraq tıtdu".

Tərlan Qonaqov bildirdi ki, "2020-ci ildə Şahin Tağıyev qapımıza gəlib, "Siz Quba şəhərinin özündə ev tikilməsi üçün müraciət etmisiniz. Şəhərin özündə torpaq yoxdur, amma, razı olsanız şirkət sizə kənddəki özünüzə məxsus 10 sot torpaqda ev tikə bilər" dedi.

Hələ üstəlik onu da bildirdi ki, "narahat olma, mən sənə onun əvəzinə başqa yerdən 10 sot torpaq verəcəm".

Soruşdum, "pay verəcəksiniz, ya bizə qanunla düşür torpaq?".
Dedi, "yox, qanunla düşür".

Mən də ona inanıb, özümə məxsus yerdə ev tikilməsinə razı oldum.

Bundan əlavə, bizim ailəmiz çoxuşaqlı ailədir. Buna görə əlavə ev tikmək üçün dəfələrlə Şahin Tağıyevdən torpaq sahəsi istədik, amma hamısında da "yoxdur" cavabını aldıq. Sonunda çarəsiz qalıb, ata-babadan qalma pay torpaq sahəsində ev tikməli olduq. Çünki, dediyim kimi, məcbur idik. Ailə böyüdükcə bir evdə yaşamaq daha da çətinləşirdi. İndi, Şahin Tağıyev sizə həmin öz torpağımızda tikdiyimiz evi deyirdi ki, şəhid ailəsi oranı zəbt edib".

Tərlan Qonaqovun söylədiklərində diqqət çəkən məqamlardan biri də Şahin Tağıyevin şəhərin adından danışıb, orda boş torpaq sahəsi olmadığını deməsi, üstəlik ailəni razı salmaq üçün "səxavət" göstərməsidir. Sizcə də bu 4 il əvvəl televiziya kanallarına sözün əsl mənasında yalan danışan icra nümayəndəsinin işi deyildimi?


Hələ 2020-ci ildə televiziya kanallarından birinə müsahibə verərkən, kəndin yollarının növbəti il düzəldiləcəyini vəd edən icra nümayəndəsi, deyəsən bu müsahibəsi ilə də artıq kənd sakinlərində özünə qarşı inamsızlıq yaradıb ki, onun işini "müqəddəs" bələdiyyə sədri icra etməli olub.

Amma, nəzərə alsaq ki, icra nümayəndəsi icra hakimiyyətinin yalançısıdır...

Qeyd: Qarşıdakı günlərdə İlqar Mahmudov fəaliyyətini də ətraflı araşdırmalarla təqdim edəcəyik.

Şəhid qardaşının sözlərinə görə, Ağbil kəndi Əli bəy qışlaq kəndinin yanında "toya getməli"dir.

"Küçələr bərabad vəziyyətdə, kənddə nə həyətyanı, nə də əkin üçün bir qarış boş torpaq sahəsi qalmayıb.

Anam bir neçə gün əvvəl yağış yağanda evdən çıxa bilmirik, heçolmasa yolları düzəltsinlər deyə xahiş etmək üçün icra başçısının qəbuluna getmişdi. Orda da onun qarşısına Şahin Tağıyev çıxıb, "mənim cibimdə pulum var sənə yol çəkdirim" deyə, kobud cavab verib"."

Maraqlıdır, İlqar Mahmudov niyə şikayətçi sakinlərinin qarşısına məhz Şahin Tağıyevi çıxarır?

Qeyd edək ki, redaksiyamıza daxil olan məlumata görə Quba rayonunda Vəlvələ çayı və ətraf əraziləri şəxsi məqsədlər üçün tamamilə dağıdılıb.

Yerli sakinlər tərəfindən dəfələrlə məlumat verilsə də nədənsə Quba rayon icra hakimiyyəti qum-çınqıl çıxarmaq xatirinə əraziləri məhv edən sahibkarlara qarşı heç bir tədbir görmür.

Günlərdir portalımızda və canlı yayımda silsilə şəkildə təqdim etdiyimiz bütün qanunsuz işlərə və vətəndaş narazılıqlarına qarşı susmağa üstünlük verən icra hakimiyyətinin deyəsən ən aktiv əməkdaşı, onun sosial şəbəkə hesabını işlədən şəxsdir ki, dərdini mediaya danışan Quba sakinlərini anında "yalançı" adlandırıb, bununla da özlərini cəmiyyətə "məsum mələk" kimi sırımağa çalışır.

Yəni, belə çıxır ki, o boyda Quba rayon icra hakimiyyətində halal maaş alan təkcə odur. İlqar Mahmudovdan fərqli olaraq, ən azından biganə qalmır.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
28 Yanvar 2025 Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
27 Yanvar 2025 Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
27 Yanvar 2025 SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
26 Yanvar 2025 BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
25 Yanvar 2025 “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür
24 Yanvar 2025 “Qaradağ rayonu İcra Hakimiyyətinin əlindən cana yığılmışıq, yollarımız bərbaddır”-FOTO+VİDEO
24 Yanvar 2025 QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
24 Yanvar 2025 BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
24 Yanvar 2025 Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti