Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Prezident İlham Əliyevin 29 avqust 2023-cü il tarixli Fərmanı ilə “Dövlət satınalmaları haqqında” yeni qanun təsdiqlənib və 2024-cü il yanvarın 1-dən qüvvəyə minib. Bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.

Qeyd edək ki, Azərbaycanda dövlət satınalmalarına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Bu Dövlət Xidməti Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə çevrilib. Yəni artıq dövlət satınalmalarına nəzarət ölkə başçısının diqqət mərkəzindədir.

Amma dövlət satınalmalarında nəzarətin gücləndirilməsi ilə bağlı aparılan çoxsaylı tədbirlərə baxmayaraq bu gün elektron media vasitələrində demək olar hər gün rastlaşdığımız mövzuların çoxu müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda yol verilən qanunsuzluqlarla bağlıdır. Belə qanunsuzluqların birinə də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda yol verilib.

Polimer Materialları İnstitutu qeyri yaşayış binalarının əsaslı təmiri üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və “VEDİBASAR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 387.569,7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 09.12.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, Polimer Materialları İnstitutunun Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

Amma göründüyü kimi Polimer Materialları İnstitutu qanunun tələblərinə baxmadan, təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda müqavilənin icrasının başlama tarixi 05.12.2024-cü il, bitmə tarixi 31.12.2024-cü il tarixə müəyyən edilib. Maraqlıdır belə qısa bir müddətdə müqavilənin icrasını yerinə yetirməyə “VEDİBASAR İNŞAAT” MMC-nin müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanlarında, işçi qüvvəsi varmı?

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “VEDİBASAR İNŞAAT” MMC-nin fəaliyyət sferası, əlaqə vasitələri barədə heç bir məlumat əldə edə bilmədik. Amma elektron mediada yayılan məlumatlarda da MMC-nin adı bir çox şübhəli satınalmalarda hallanır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VEDİBASAR İNŞAAT” (VÖEN: 6901231311) Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.11.2022-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, SAMUX RAYONU, SEYİDLƏR, SEYİDLƏR, qanuni təmsilçisi kimi isə Əlizadə Orxan Səbirəddin oğlu qeyd olunub.

Göründüyü kimi Polimer Materialları İnstitutunun Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “VEDİBASAR İNŞAAT” MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və digər uyğunluq göstəricilərini nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bütün bu kimi şübhə yaradan məqamları aradan qaldırmaq məqsədi ilə Polimer Materialları İnstitutunun Satınalma Komissiyasına ünvanladığımız elektron sorğu məktubuna cavab verməkdən boyun qaçırdılar, bizdən sorğunu möhürləyib poçtla ünvanlarına göndərməyimizi tələb etdilər. İnstitutun baş mühəndisi Tahir Alxasov israrla direktorun adına məktub yazmağımızı istədi. Biz onun diqqətinə çatdırdıq ki, qanunla İnstitutun direktoru Satınalma Komissiyasının üzvü ola bilməz. Odur ki, Satınalma Komissiyasının üzvü kimi cavab verin. Tahir Alxasov isə mənim bu işlə heç bir əlaqəm yoxdu, direktora məktub yazın- deyib durdu. İnstitutun direktoru Bəxtiyar Məmmədovun diqqətinə çatdırdıq ki, rəhbər kimi siz Satınalma Komissiyasının üzvü ola bilməzsiniz. Nədən baş mühəndis sizin adınıza məktub yazmağı tələb edir sualımıza Bəxtiyar Məmmədov dedi ki, hazırlanandan sonra mən qol çəkirəm, nə deyirlər onu da edin.

Biz əslində onu da edə bilərik. Amma özümüzdə qət etdik ki, qurum rəsmiləri sorğuya cavab vermək istəmirlər. Cavab vermək istəyən bütün hallarda, mətbutı maraqlandıran suallara bütün vasitələrlə aydınlıq gətirər. Görsənən odur ki, redaksiya Polimer Materialları İnstitutunun “VEDİBASAR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyinin qaranlıq məqamlarına toxunub. Odur ki, İnstitut rəsmiləri suallardan yayınmağa çalışdılar. Bizi maraqlandıran isə sadə məsələlər idi. Biz bilmək istəyirdik ki, “VEDİBASAR İNŞAAT” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə hansı kateqoriyyaya aid edilb, MMC-nin texniki bazası, işçi qüvvəsi və qanunla müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarları və əlaqə vasitələri varmı, yoxsa bu şirkətin də fəaliyyəti kağız üzərindədi. Amma görsənən odur ki, bunları araşdırmağımız Polimer Materialları İnstitutunun rəhbərliyinin xoşuna gəlmədi.

Qeyd edək ki, Polimer Materialları İnstitutu 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərib. Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli fərman ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. İnstitutun direktoru professor Bəxtiyar Məmmədovdur. O, bu vəzifəyə AMEA Rəyasət Heyətinin qərarı ilə 24 may 2017-ci ildə təyin edilib.

Aktualinfo.org

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
28 Yanvar 2025 Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
27 Yanvar 2025 Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
27 Yanvar 2025 SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
26 Yanvar 2025 BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
25 Yanvar 2025 “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür
24 Yanvar 2025 “Qaradağ rayonu İcra Hakimiyyətinin əlindən cana yığılmışıq, yollarımız bərbaddır”-FOTO+VİDEO
24 Yanvar 2025 QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
24 Yanvar 2025 BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
24 Yanvar 2025 Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti