Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 33, 33 a və 33 b binalarının sakinləri "İDEA” ictimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya müraciət edib.

Müraciətdə deyilir:

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 33 nömrəli bu binalar 1960-cı ildə tikilib. Məhəlləmiz 11 blok və 165 mənzildən ibarət olaraq, əslində üç binanın (A, B, C) birləşməsi kimi inşa edilmişdir. Hər mənzildə ortalama 5 nəfərin olması hesabı ilə binalarda hal-hazırda 800 nəfərdən artıq insan yaşayır. Lakin əfsuslar olsun ki, bu qədər insanın yaşadığı binada və onu əhatə edən ərazidə normal yaşayış və istirahət şəraiti yox səviyyəsindədir.
Nəzərə alsaq ki, bina şəhərin mərkəzində ABŞ səfirliyinin və bir sıra ali təhsil müəssisələrinin yaxınlığında yerləşir. Günü-gündən yeniləşən, müasir görkəmi ilə dünyanın ən gözəl şəhərlərinin sıralamasında yer alan Bakının mərkəzi hissəsində böyük bir məhəllənin bu cür acınacaqlı, bərbad vəziyyətdə olması heç də ürəkaçan deyil.

Dəfələrlə mövcud vəziyyətin dözülməzliyi ilə bağlı yuxarı instansiyalara müraciət etməyimizə baxmayaraq, bu günə kimi heç bir müsbət dəyişiklik baş verməyib.
Uzun zamandır ölkənin ali instansiyalarına ünvanladığımız məktublar problemin həll edilməsi üçün müvafiq olaraq Nəsimi rayon İcra Hakimiyyətinə yönəldilir.
Ancaq təəssüflər olsun ki, altı aydır icra başçısı olmayan Nəsimi rayon icra Hakimiyyəti hər dəfə bizim məktublarımıza formal cavab verərək məhəlləmizdəki problemlərin həlli üçün vəsaitin olmadığını bildirirlər.

Bizim məhəlləmizə birbaşa cavabdeh olan qurumların, Nəsimi rayon icra Hakimiyyətinin, ərazimizə nəzarət edən 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin yaşadığımız acınacaqlı duruma bu cür məsliyyətsiz, laqeyd yanaşması Sizin son illər Bakı şəhərində, eləcə də şəhərimizin ətraf qəsəbələrində sakinlərin sosial-mədəni həyatlarının daha da yaxşılaşması üçün apardığınız əsaslı yenidənqurmaya, əsrarəngiz layihələrinizə ciddi kölgə salır.

Dəfələrlə ən adi bir problemin həlli üçün 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İqrar Sadıqova edilən müraciətlərimiz havadan asılı qalır.

Məhəlləmizdə olan 3 yaşayış binasında yaşayan ailələrin azyaşlı uşaqlarının vaxtlarını səmərəli keçirmələri, əylənmələri üçün ərazidə heç bir şərait yoxdur.

Məhəlləmizin hər tərəfində sınıq-salxaq zibil yeşikləri bel-belə yığılıb.

Həyətimizdə olan daş pilləkanların döşəməsi 1960-1970-ci illərdə döşənib.

Divarlardan ağlay üzlüklü daşlar qopub yerə tökülür.

Üç binanın sakinlərinin həyətdə oturmaları, dincəlmələri üçün bir dənə də olsun skamya yoxdur.

Bizim yaşadığımız bu üç binanın həyətində olan söhbətgah 1970-80-ci illərdən qalıb.

Həyətimizdə olan yeganə bulaqdan uzun illərdir ki, su gəlmir. Bütün bunlar azmış kimi 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi həyətimizin girişinə şlanqbaum qoyaraq həyətimizi "parkovkaya" çevirib.

Mövcud vəziyyətin ağırlığından şikayətlənən sakinlər daha sonra deyirlər.

Son illər Bakı şəhərində Sizin şəxsi təşəbbüsünüz və rəhbərliyinizlə həyata keçirilən "Abad məhəllə" layihəsi üzrə bir çox binalar, məhəllələr, həyətlər abadlaşdırılmış, uşaq və idman meydançaları inşa edilmişdir.

Sizin bu layihəniz minlərlə vətəndaşımızın, körpələrimizin böyk sevincinə səbəb olub.

Biz əminik ki, Siz bizim harayımıza səs verəcəksiz. Bizim məhəlləmiz də abad məhəllə olacaq. Bizim övladlarımız da sevinc yaşayacaqlar.

Hal-hazırda, ümidi hər yerdən üzülmüş, səsimizə heç kimin səs vermədiyi 33 nömrəli binanın sakinləri olaraq yeganə arzumuz müasir oturacaqların heç olmazsa bir neçəsini öz həyətimizdə görmək, övladlarımızın əylənmələri üçün atraksionların quraşdırılması, binamızın kommunikasiya və təklükəsizlik sisteminin yaradılmasıdır.

Sonda bina sakinləri müraciətlərində yazırlar:

Hörmətli Leyla xanım!

Sizdən xahiş edirik ki, bizim bir Azərbaycan Respublikası vətəndaşı olaraq, təhlükəsizlik, sağlam mühütə olan hüququmuzun pozulmasına yol verməyəsiniz. Yaşadığımız 33 nömrəli binanın təmir edilməsi və həyətyanı sahənin abadlaşdırılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik. Ümid edirik ki, Sizin dəstəyinizlə abadlaşan məhəlləmizə övladlarımızın yaşadıqları sevinci görməyə gələcəksiniz.

Mənbə: İnterposta.info
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti