Ardını oxu...
2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinnin direktoru Nərmin Qaralova 67 müəllimi bir gündə işdən çıxarması və tələbə qıza onlayn imtahan zamanı “şamtutan” deməsi ilə gündəm olmuşdu. O, müəllimlərin işinə xitam verməsini təhsil müəssisəsində struktur dəyişiklikləri ilə əlaqələndirməyə çalışsa da, məhkəmədə müəllimlərə uduzdu. “Şamtutmaq” felinin el içində ikinci, təhqiramiz mənasını da o vaxtadək bilmədiyini iddia etsə də, inzibati tənbeh tədbirindən yayına bilməmişdi.
Hüquqları pozulan müəllimlər iddia edirdilər ki, onları ixtisar edərkən ştat azlığını əsas göstərən direktor boşalmış vəzifələrə yeni adamlar gətirib. Məsələn, Humanitar Kollecin direktor müavini Kamran Məsimovun bacısı Xəyalə İdrisovaya kollecdə həm tiyutor, həm də müəllim kimi yer verib.
Bildirilirdi ki, direktor tələbələri imtahanda bilərəkdən kəsərək alt qruplara salır, alt qruplara düşürülən yüzlərlə tələbə zorən kredit yolu ilə imtahanlar verməyə məcbur edilir. Nərmin Qaralova barəsində dövlət başçısına, təhsil nazirinə ünvanlanan şikayətlərdə qeyd olunur ki, o, indi də qeyri-qanuni attestasiya edərək müəllimləri ixtisarla hədələyir. Saxta attestasiya üçün verdiyi əmrə hər bir müəllimə məcburi qol çəkdirir və imzalamayan müəllimləri isə aktlaşdırıb Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri ilə hədələyir ki, əmək kitabçanızı ömürlük korlayacağam və siz heç bir yerdə işlə təmin oluna bilməyəcəksiniz. Bu yolla müəllimləri şantaj edir. “Kim hara müraciət edirsə etsin, mən heç kimdən qorxmuram” – deyir. Deyir ki, 2021-ci ildə 67 müəllimi ixtisar edəndə Prezidentə müraciət etdiniz, nə oldu? Mən yenə də işimdəyəm, mənə heç nə edə bilməzsiniz, mənim soyadım bu dövlətdə öz sözünü deyib, siz kim, mən kim”. Halbuki, kollec publik hüquqi şəxs olduğuna görə, Nizamnamənin 8.1-ci maddəsində bu səlahiyyətin, yəni kollecin ləğvi və yenidən təşkili məsələsi Nazirlər Kabinetinə aiddir. Məlumata görə, 10 may 2024-cü ildə keçirdiyi Pedaqoji Şuranı heç bir səsverməyə qoymadan saxtalaşdırıb, daxili əmr verib. Bundan əlavə, öz çirkli əməllərinə alət elədiyi bir qrup muəllimləri müxtəlif bəhanələrlə imtahana daxil etmir və bununla da Konstitusiyanın 25-ci maddəsinin tələblərini pozur.

Ardını oxu...
Tədris işləri üzrə müavini Kamran Mənsimov isə ona havadarlıq edərək saxta qanunsuz attestasiyanın keçirilməsi üçün təqdimat hazırlayıb. Bir sözlə, Nərmin Qaralova kolleci öz qanunları ilə idarə edir, korrupsiya baş alıb gedir.
Həmçinin qeyd olunur ki, Nərmin Qaralova dövlətin müəssisəsini öz şəxsi mülkiyyətinə çevirmiş və kollecin idman zalını cudoistlərə icarəyə vermişdir.


Ardını oxu...
İddia olunur ki, Nərmin Qaralova təyin olunan vaxtdan dövlətin müəllimlər üçün ayırdığı mükafatları mənimsəyir. Ancaq özünün təyin etdiyi müavinlərinə, şöbə müdirlərinə yüksək mükafat yazır.
İndi isə “şam məsələsi”nə bir daha qayıdaq. Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, kollecdə II kursda əyani təhsil almalı olan Mancanova Qəmər Təyyar qızı təhsildə hər şeyin "qaydasında olduğunu" düşünərək Gəncə şəhərində xınayaxdı məclislərində "hakışta" deməklə məşğuldiur. Yeri gəlmişkən, dekor xonça üçün şamlar xınayaxdı və nişan mərasimlərinin əsas atributlarındandır.

Təbii ki, bu cür imtiyazlar havayı başa gəlmir. Kollecin direktoru,müavini və şöbə müdiri tələbələrin hansı səbəbdən dərsdə olmadıqlarını hamıdan yaxşı bilirlər. Xüsusilə də əyani təhsil alan tələbələrə istisna icazələr hansısa maraqlar əsasında verilir. Görünür, ortada hansısa maraqlar olanda Nərmin Qaralova nəinki şamtutanlara, hətta xınayaxanlara da münasibətdə çox “humanist” olur.
Və ən sonda qeyd edək ki, Nərmin Qaralova Bakıda doğulsa da, əslən Gürcüstan Respublikasının Başkeçid rayonunun Ormeşan kəndindəndir. Onunla eyni soyada sahib olan Azərbaycan Respublikasının sabiq Baş Prokuroru Zakir Qaralov da əslən Ormeşan kəndindəndir.(gundemxeber.az)

TEREF olaraq yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
 
 
 
Ardını oxu...
Azərbaycanda estetik əməliyyat etdirənlərin sayı artsa da, heç də hamısı uğurlu nəticə vermir. Son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır.

Belə qurbanlardan biri də Bakı sakini, 42 yaşlı Günel Əhmədovadır (ad şərtidir).

Bizim.Media-ya müraciət edən anası Firəngiz Quliyevanın sözlərinə görə 9 aydır ki, qızı əməliyyatın fəsadlarından xəstəxana və həkimlərdə qalıb.

“Cərrahiyə yox, terror”

Ananın iddiasına görə “Badam” klinikasının həkimi, plastik cərrah Səkinə Xudiyeva qızının üzərində əməliyyat aparıb:

“Qızım bu il fevral ayının 27-də sinə dikləşdirmə və odinoplastika əməliyyatı üçün Səkinə Xüdiyevaya müraciət edib. Səhər 9-da salınan əməliyyatı axşam 5-də bitib. Qızımın üzərində bir gündə bir neçə cərahiyyə əməliyyatı aparıb.

Qızıma demədən sinə dikləşdirməsi əvəzinə böyük implantlar yerləşdirib. Hansı ki, həmin nahiyələrdə hematoma var idi. Özü də qızımda xoşxassəli şişlər və kistalar olub. Ona implant yerləşdirilməsi lazım deyildi. 55 kq çəkidə olan qızın kürəklərindən piy götürüb, liposaksiya edib.

Hər yeri kəsik-kəsikdir. Əməliyyatdan 3 gün sonra implantlar partlayıb və yerindən irin axmağa başlayıb. Ağrılardan “göyə çıxır”. Nə qədər ağrıkəsici içmək olar? İş qüvvəsini itirib, qolunu qaldıra bilmir.

İki dəfə qızım ölümdən dönüb. Müalicələrinə 3 min manatdan çox pul gedib. Hələ də əməliyyatın fəsadlarını aradan qaldıra bilmirik”.

“İmplantlar çıxarılmasa, xərçənə çevriləcək”

Firəngiz Quliyeva deyib ki, qızı yenidən əməliyyat olunmalı, implantlar çıxarılmalıdır. Bunun üçün isə 10 min manat pul lazımdır:

“Bir neçə klinikaya üz tutmuşuq. Həkimlər deyir ki, implantlar çıxarılmasa, xərçəngə çevirəcək. Tələbimiz qızımın sağlamlığına qovuşması, əməliyyat üçün Səkinə Xudiyevaya ödədiyimiz 7500 manatı geri almaqdır.

Dəfələrlə onunla görüşmək üçün “Badam” klinikasına getmişik. Yaxına buraxmırlar, polis çağırıb, bizi küçəyə çıxarırlar. Klinikanın sənəd üzərində rəhbəri Kamran Məmmədovun da qəbuluna getmişik. İlk dəfə pulun bir hissəsinin qaytarılacağını söylədi. Növbəti dəfə gedəndə yerində tapa bilmədik, gizləndi.

Daha sonra qəbul etməyib polis çağırdı. Sübut və faktlarla hüququmuzu istəyirik. Niyə polislə bizi hədələyir? Mənə nə var ki, klinikanın rəhbəri Şamo Fərzəlibəyov böyük və pullu adamdır?”

Dövlət Vergi Xidməti klinikada çoxsaylı pozuntular aşkarlayıb?

Şikayətçi qeyd edib ki, əməliyyatın pulu – 7500 manat klinikanın kassasına deyil, otaqda Səkinə Xudiyevanın özünə verilib. Qəbz isə təqdim olunmayıb:

“Ümumiyyətlə “Badam” klinikası “quldurxana”dır. Ora əməliyyata gələn xəstələr pulu otaqda həkimin özünə verir. Yalnız analizlərin və digər müayinələrin pulu kassaya verilir. Bununla bağlı Dövlət Vergi Xidmətinə də müraciət etdik.

Qurum təsdiqlədi ki, vergi ödəmələrində və kassa mədaxillərində klinikanın çoxsaylı pozuntuları var. Klinikanın maliyyə müdiri şikayətlərimizdən sonra əvvəlcə 5 min manat qaytaracaqlarını dedi. Sonra bu məbləği 4700 manata endirdi və bildirdi ki, 300 manat da mediaya vermişəm.

Nə, hansı media? Bu nə deməkdir? Üstəlik, niyə pulumuzdan çıxırlar? Biz də razılaşmayıb, bütöv məbləğin geri qaytarılmasını tələb etdik”.

“Qızın cinsiyyət orqanını kəsib...”

Ananın iddiasına görə Səkinə Xudiyeva çalışdığı bütün klinikalardan səhv və uğursuz əməliyyatlar icra edib. Dəfələrlə onunla bağlı məhkəmələrdə iş açılıb:

“Kəpəz hospitalda da bir qızı komaya salıb. Bundan əlavə Cəmilə adlı qızın cinsiyyət orqanını kəsib. Qız biabırçı vəziyyətdədir. Bizim kimi nə qədər zərərçəkənlər var”.

Niyə kameranı açıb baxmırlar?

Şikayətçinin sözlərinə görə məsələ ilə bağlı Nizami rayon prokurorluğuna müraciət ediblər. İşlə bağlı araşdırma başlayıb və zərərçəkən tibbi ekspertizaya göndərilib. Tibbi ekspertizanın rəyində isə Səkinə Xudiyevanın əməliyyatı düzgün icra etdiyi bildirilib:

“İndiyədək tibbi ekspertizanın rəyini də bizə verməyiblər. Bu qədər kor olmaq olar, anlamıram. Əgər əməliyyat düz icra edilibsə, biz dəliyik ki, küçələrə düşək və ya kimlərdənsə söz götürək?

Bu azmış kimi sənədlərdə əməliyyat pulunun guya klinikanın kassasına ödənildiyi və kassa sahibinin adı qeyd olunub. Həmin kassa sahibinə zəng edib soruşuram ki, biz sənə nə vaxt pul vermişik? Cavab verməyib, danışığı sonlandırır. Belə də hər yerdə kamera sistemidir. Sübut üçün niyə kameranı açıb baxmırlar?”

Firəngiz Quliyeva Nizami rayon Prokurorluğunun apardığı araşdırmadan narazı olduğunu bildirib.

“Qadını soyundurun, görün, nə fəsad var?”

Məsələ ilə bağlı “Badam” klinikasının həkimi, plastik cərrah Səkinə Xudiyeva ilə əlaqə yaratdıq. Şikayətçi tərəfin iddiaları ilə razılaşmayan cərrahdan absurd bir açıqlama gəlib:

“Siz qadını soyundurun, baxın görün nə fəsad var” – deyən həkim sözlərinə belə davam edib:

“Bütün Azərbaycanın o xanım haqqında məlumatı var. Bilirlər ki, şarlatandır. Onun barəsində hüquq mühafizə orqanlarına müraciət etmişik. Məlum olub ki, neçə belə həkimi şantaj edir. Onun üçün tədbir görüləcək”- deyə Səkinə Xudiyeva fikirlərini belə sonlandırıb.

Baş Prokurorluqdan isə saytımıza bildirilib ki, məsələ araşdırılıb məlumat veriləcək.

Qeyd edək ki, Plastik cərrah Səkinə Xüdiyevanın uğursuz əməliyyatları ilə bağlı zaman-zaman mətbuatda qalmaqallı şikayətlər dərc olunub.

Ötən ilin fevralında Səkinə Xudiyevanın tanınmış jurnalist Samirə Səfərəliyeva üzərində apardığı uğursuz əməliyyatı ilə bağlı da məsələ də qalmaqala səbəb olmuşdu. Əməlyyat zamanı komaya düşən jurnalist başına gələnləri mediada ictimailəşdirmişdi.

Bu ilin martında isə Səkinə Xudiyeva başqa bir pasiyent tərəfindən məhkəməyə verilib.

Qeyd edək ki, həkim təkcə “Badam” klinikasında çalışmır. Paralel olaraq əməliyyatlarını, “Kəpəz” və “Real Hospital” da da icra edir. Amma həkimin harada çalışmasından asılı olmayaraq uğursuz əməliyyatları davam edir...

“Badam” klinikasına gəlincə...

“Badam” klinikasının da adı bir neçə qalmaqalda çəkilib. Bu ilin avqustunda xəstəxananın həkimi Günel Ağayeva səhv diaqnoz qoyaraq jurnalistin atasını kor edib.

2021-ci ildə də isə bu klinikada biabırçı hadisə yaşanıb.

Məlumat üçün bildirək ki, “Badam” klinikasının formal rəhbəri Şamo Fərzəlibəyovdur. Hansı ki, o, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin müavini Elsevər Ağayevlə qudadır. Şamo Fərzəlibəyovin bundan əlavə “Caspian International Hospital” və “Badam Medical Center” klinikaları da var.

Bəs “Badam” klinikasının sənəd üzərində rəhbəri Kamran Məmmədov kimdir?

Belə ki, Kamran Məmmədovun atası Abid Məmmədov bir vaxtlar bu “Caspian International Hospital” və “Badam Medical Center”lə bağlı ortaq biznesin əsas siması olub. Amma bütün işlərini oğluna həvalə edib.

Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.
 
Ardını oxu...
"Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda xəstələrə rəsmən əziyyət edirlər..." Bu barədə "DİA-AZ"a göndərilən müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra bildirir: "Burada xəstələri günlərlə gozlətdirirlər. Halbuki bu xəstələr sığortalı olduqları halda onlardan müxtəlif xərclər tələb edirlər. Bununla bağlı yetərincə fakt var və maləsəf ki, günü bu gün də bu problem var...

Xəstələrə qapıdaca bint, gips və bəzi dərmanları aldırırlar. Halbuki xəstəxananı dövlət təmin edir. Rentgen də öz bildiyini edir... rentgen olunan xəstələrdən pul tələb edirlər.

İnstitutun baş həkimi Məmmədov Nizamiyə xəstə tərəfindən şikayətlər olunsa da, heç bir faydası olmur...

Bundan əlavə, qeydiyyat şöbəsində Nizaminin işə götürdüyü 25 yaşlı qeydiyyatcı Rəhilə isə bir ayrı aləmdir. Özünü hansısa səbəblərdən arın-arxayın hiss edən Rəhilə orda hamını açıq-aşkar təhqir edir. Xəstələrlə, işçilərlə kobud rəftar edir və hamıya deyir ki "baş həkim Nizami Məmmədov mənim arxamdadır... heç kəs heç nə deyə bilməz mənə".

Rəhilə xadimələrlə təhqiredici hərəkətlər edir, zibili qəsdən yerə atır və qışqıraraq çagırır ki "gəl yıgışdır... işindir bu".

Bu gənc "SƏLAHİYYƏTLİ" hətta mühafizəçiləri belə təhqir edərək "nə işlə məşğulsunuz" deyib onları bir RƏHBƏR ƏDASI ilə sorğulayır da... Çünki Rəhilə özünün də dediyi kimi... Nizamiyə arxalanır... Bilir ki heç kim ona heç nə deməyəcək... Nizaminin qorxusundan..."

DAVAMI OLACAQ...
 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların ən böyük şikayət ünvanına çevrilib. Sosial mediada daha çox bu agentliyin və ya təşkilata tabe olan qurumların fəaliyyətindən giley-güzar diqqət çəkir. Vətəndaşlar hər gün yüzlərlə müraciət yazır. Nadir hallarda hansısa müraciətə müəyyən reaksiya verilməsi gözə dəyir.

Məlumata görə, payız günlərində şikayətlər lap çoxalıb. Həm suyun verilməsi, həm də kanalizasiyanın işi ilə bağlı çox şikayət oxumaq olur. Vətəndaşlar dərdini deyə biləcək yer tapmır. Dövlət Su Ehtiyatları Agentliyindən narazı vətəndaşlar həm də müraciətlərinə laqeyd yanaşılmasından gileylənirlər.

Murad Əlibəyli şikayətlənir ki, oktyabrın 18-dən Sabunçuda Bəhruz Kəngərli küçəsində kanalizasiya tutulub. Çirkab suları buradakı məscidin həyətinə axır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə hər gün müraciət olunur, amma deyilənlər qulaqardına vurulur.

Badamdardan xeyli yazan olub. İnsanlar “su” deyib imdad diləyir. Su təchizatı xidmətinin bütün paylaşımlarının rəy bölümündə bu qəsəbədən şikayət görmək olur. Cəmil Hasilov küçəsində günlərlə su olmur. Şikayətləri eşidən isə yoxdur.

Corat bağlarından da su agentliyindən kömək istəyən az olmur. Yazılanlardan anlaşılır ki, indiyə qədər çox müraciət olunub. Sadəcə, su təsərrüfatının funksionerləri insanları saymayıb. Buna görə də şikayətçilər aqressiv ifadələr işlətməkdən də çəkinmir. Çünki boğaza yığılıblar.

Dövlət Su Ehtiyatları Agentliyi COP29 konfransı ilə bağlı paylaşımlar edir. Şikayətçilərdən biri yazır ki, su təsərrüfatını bu dərəcədə bərbad idarə edən qurumun beynəlxalq tədbirdən danışmağa haqqı yoxdur. Əvvəlcə daxili tələbatı ödəmək lazımdır.

İnsanlar susuzluqdan əziyyət çəkir. Hətta paytaxtın mərkəzi ərazilərində su tapılmaması halları olur. Su agentliyinə bu qədər pullar ayrılır. Təşkilat daim büdcə pullarına möhtac qalır. Zərər üst-üstə yığılır. Ortada işdən əsər yoxdur. Bunun nə vaxta qədər davam edəcəyi də bilinmir. Bizimyol.info
 
 
 

Ardını oxu...

Bu gün günorta saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasına gətirilən L. Sadıqzadənin körpəsi bətnində ölüb. GundemXeber.Az bildirir ki, xəstə yaxınlarının Yenixeber.org-a verdiyi məlumata görə L. Sadıqzadə son bir həftəyə yaxındır ki, hər gün məlum prosedur səbəbindən xəstəxanaya gəlirmiş və lazımı müayinələrdən də keçirmiş. Həkimlər də doğuşa hazırlığın qaydasında getdiyini bildirirmişlər. Lakin, bu gün gözlənilmədən körpə ana bətnində ölüb. Səbəb kimi zamanında həkim müdaxiləsinin olmaması iddia olunur. Xəstə yaxınları bildirir ki, keysəriyyə əməliyyatı ilə körpəni xilas etmək mümkün olardı... Ananın da durumunun ağır olduğu, çoxlu qan itirdiyi deyilir.  

Məlumatla bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

 

GundemXeber.Az

Ardını oxu...
Əslində hazırda Bərdəyə rəhbərlik edən Vidadi İsayevlə bağlı - daha dəqiqi onun qanunsuz əməllərindən bir dastan bağlamaq olar. Və bu qeyd edəcəyimiz məqam onun işləkləri arasında son sırada dayananıdır, desək, yanılmarıq. "DİA-AZ" qeyd edir ki, həqiqətən də bu gün Azərbaycandan ən çox valyuta çıxaran icra başçılarından hesab olunan Bərdə rayon icra hakimiyyətinin rəhbəri Vidadi İsayev hansısa sirli qüvvə tərəfindən qorunduğundandır ki, rəsmən istədiyini həyata keçirməkdədir.

Bu gün Bərdədə vətəndaşı dinləyən yoxdur. Hətta olub ki, hansısa problemli Bərdə sakini qonşu rayonun başçısına müraciət edərək ondan kömək istəyib. Bu barədə yerli KİV-də yazı gedib.

İndi isə biz Vidadi İsayevin dəyərlərimizə olan münasibətindən yazacağıq...
Ardını oxu...
Bu foto Bərdədə Bayraq Meydanına aiddir. Həm də bu foto 9 noyabr günü - Dövlət Bayrağı Günü çəkilib. Qeyd edək ki, 8 noyabrda - Zəfər Günündə də durum eyni idi. Yəni bu fotodakı kimi... Bu gün də durum eynidir... yəni bu fotoda əks olunan kimi...

Biz burada nə bayrağımızın anlamını, məna yükünü anlatmayacağıq... nə də bu barədə yoldaş İsayevə moizə oxumayacağıq. Hər halda, dəyərlərimizə olan münasibət ortadadır. Azərbaycan türkü üçün son 200 ildə əgər 8-9 noyabr tarixlərindəki məna yükündən çəkilisi rast gəlinməyibsə, o zaman bu mahiyyətə sayğısızlıq edən və həm də ixtisasca tarixçi olan Vidadi müəllimə möz adımızdan bir "BƏRƏKALLAH" deyirik... Daha "yuxarılar" nə deyər... bunun bizə aidiyyatı yoxdur...
 
Ardını oxu...
Qusar şəhəri, Yeni yaşayış massivi, Ziya Bünyadov küçüəsi, ev 25 A ünvanından yaşayan Xamədov Kamran Xalıq oğlu (Eləcə də qızı Xamədova Yeganə – red.) tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, rayon sakini İsrafilov Ruslan Natiq oğlu azyaşlı övladını maşınla vuraraq öldürüb, məhkəmə işə ədalətli baxmır. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Xamədov Kamran Xalıq oğlu, yazaraq sizdən xahiş edirik ki, bizim dərdimizi ictimailəşdirəsiniz.
Ailəli olmuşam, həmin nigahdan 1 qızım və 1 oğlum olub. Müəyyən səbəblərdən boşanmışıq. Məhkəmənin qərarı ilə qızım mənimlə, oğlum isə anası ilə qalırdı. Amma oğlumu hər zaman görürdüm.
18.06.2024-cü il tarixində oğlum bizimlə görüşə gələrkən yolda maşın vurması nəticəsində dünyasını dəyişdi. Hadisə gözümüzün qabağında oldu.
Maşını sürən yaxınlıqdakı kafenin sahibi İsrafilov Ruslan Natiq oğlu idi. O, qabağındakı maşını ötmək üçün yolu dəyişdi və oğlumu vəhşicəsinə öldürdü.
Hadisə günü polis çağırıb izahatı alındıqdan sonra atası tərəfindən zamin pulu verilib, azadlığa buraxılıb. Körpə uşaq ölüb, amma onların pulu var deyə polis və məhkəmə tərəfindən cəzalandırılmırlar.
Oğlum ölən gündən heç nə olmamış kimi, öz işlərində, güclərində oldular. Düzdür, dəfələrlə gəlib xeyli miqdarda pul təklif etsələr də, qəbul etməmişik. Mənim dünyam dağılıb, mən o pulu nə edirəm?!
Uşağımın qırxı belə çıxmamışdı, gördüm ki, oğlumu öldürən şəxs işlətdiyi kafenin qabağında özü üçün kef məclisi qurub. Bu, mənə ağır təsir etdi və özümü saxlaya bilməyib gedib dalaşdım. Bunun üstündə polis bizi get-gələ saldı ki, adamın kafesində gedib dava salmısan. Bəs, mənim canım yanır, oğlumu öldürən şəxs gərək gözümün qabağında özünə kef məclisi qura?! Onun kafedə kef çəkməsi bizə təsir edir...
Belə çıxır ki, piyada keçidi yalandan çəkilir. Yüksək surətlə uşaq vurulub öldürülür, lakin cinayəti törədən azadlıqdadır. Hətta özləri bir neçə nəfərə deyiblər ki, külli miqdarda pul verib canımızı qutardıq.
Kamera görüntüsündə də var, qabaqda olan maşın oğluma yol verir ki, keç, bu isə arxadan “avqon” edərək, uşağı vurub.
Cinayəti törədən şəxsin atası deyir ki, “get kimə, hara istəyirsən şikayət et, mənim oğlumu heç kəs cəzalandıra bilməz”.
Daha sonra işə oğlumun anası qarışır və gedir polisə bildirir ki, şikayətçi deyiləm. Yəqin ki, mənə təklif olunan məbləği uşağın anası götürüb. Mən və qızım pul istəmirik, yeganə istəyimiz odur ki, oğlumun qanı yerdə qalmasın, cinayəti törədən şəxs həbs olunsun, cəzasını çəksin.
4 aydan çox keçməsinə baxmayaraq, hələ məhkəmə prosesləri təxirə salınır. Niyə bu qədər insafsız davranırlar? Əlimdə hadisə ilə bağlı çoxlu videolar var. İşimə baxılmasa, məcbur qalıb Prezident Aparatına qəbula yazılacam. Yəqin ki, övladı ilə sınanmış biri çıxar qarşıma və məni başa düşər. Mən kimsədən artıq-əskik heç nə istəmirəm, oğlumu öldürən şəxsə cəza verilməsini istəyirəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Payız kənd sakini Məmmədov Əsgər Səyyad oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Q.Abbasov adına tam orta məktəbin direktoru Babazadə Elmar Hüseyn oğlu qərəzli şəkildə dərs saatlarını azaldır:
“Mən, Məmmədov Əsgər Səyyad oğlu, yazaraq bildirmək istəyirəm ki, Q.Abbasov adına tam orta məktəbin müəllimiyəm. 41 ildir pedoqoji fəaliyyətlə məşğulam.
2023-cü ildə məktəbə yeni direktor təyin etdilər. 2023-2024-cü tədris ilinə qədər mənim 20 saat dərsim olub, keçən il dərslərimi 13 saata endirdi.
Məktəbdə pisxoloq işləyən Cəfərov Niyazi də mənimlə eyni ixtisas müəllimi idi və 12 saat da dərs tədris edirdi. Bu il o, təqaüdə çıxırdı, fikirləşdim ki, yəqin gələn ildən dərslərim düzələr. Amma bu il yenə dərslərim 13 saat oldu.
Mən bu barədə Babək rayon Təhsil Şöbəsinin müdiri Zəhra xanıma mürciət etdim. Oradan da şablon cavablar aldım.
Sonra Naxçıvan MR Təhsil naziri Elxan Nəcəfova müraciət etdim. Bilirsiz, mənə nə dedi? Dedi ki, “dərs bölgüsü drektorun fərasətindən asılıdır, mən heç nə edə bilmərəm”.
Səhərisi gün məktəbə gəldikdə isə direktor bildirdi ki, şikayətə getdiyin üçün dərsindən bir saat da götürüldü.
Mən yenidən Təhsil Nazirliyinə qəbula getdim. Yalnız 3 həftə sonra - 27 sentyabrda qəbula düşə bildim. Əslində, nazir hər həftənin 5-ci günləri saat 16-00-dan 18-00-a qədər pedaqoji işçiləri qəbul edir. Həmin gün qəbula 36 müəllim yazılmışdı,
mən 22-ci adam idim. Mən qəbul otağına daxil oldum, 12 saat dərsimin qaldığını dedikə Elxan müəllim bildirdi ki, “sən yaxşısan, səndən əvvəl gələn müəllim deyir ki, 5 saat dərsim var, heç olmasa 2 saat da verin, 7 saat olsun”. Əlavə etdi ki, sənin dərsin yaxşıdır, çıx sonra çağıracağıq. Mən çıxıb dəhlizdə gözləməyə başladım. Axırıncı iki adam qalırdı, vətəndaşları qəbul sektorunun müdiri gəlib bildirdi ki, “gərək sən gözləməzdin, nazir yorulub ,səni qəbul edə bilməyəcək. Get birinci gün gələrsən”. Beləliklə, məni mədəni şəkildə qəbuldan çıxardılar. Həmin gün qəbuldan razı çıxan olmadı.
Mən 30 sentyabrda yenidən nazirliyə getdim. Məni bu dəfə aparat rəhbəri Şikar müəllim qəbul etdi. Şikayətlərimi bildirdim, amma hələ də heç bir tədbir görülməyib”.

Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bu barədə redaksiyamıza məlumat verən Anar Rəsullu bildirib ki, noyabr ayının 7- də Vüsal Eyvazovun qəbuluna gedərək, həyat yoldaşında yaranan şiddətli baş ağrılarının müalicəsi ilə bağlı ona müraciət edib.

Anar Rəsullu bildirir ki, Vüsal Eyvazova xəstəliklə bağlı ətraflı məlumat vermiş və ona ağrıların baş verdiyi zaman çəkdiyi real videogörüntüləri göstərmişdir. Ətraflı məlumatdan sonra Vüsal Eyvazov ona bildirib ki, iynənin birinə 150 manat pul ödəyəcəyi təqdirdə ilk iynədən sonra ağrıların 80 faiz azalmasına nail olacaq.

Anar Rəsullu 150 manat ödəyib və vurulan iynədən sonra ağrılar daha da şiddətlənməyə başladığını bildirir.
Ardını oxu...
Ağrıların dahada şiddətləndiyini görən Vüsal Eyvazov yenidən əlavə olaraq 150 manat istəyərək söz verib ki, bu iynədən sonra ağrılar mütləq kəsəcək.

Xəstənin vəziyyətinin dahada ağırlaşdığını görən Anar Rəsullu növbəti 150 manatı ödəməyə məcbur olduğunu deyir. Vüsal Eyvazov məsləhət etmədən xəstəyə ən ağır iynələrdən olan "Tramadol" iynəsini vurub. Bunu da heçbir nəticəsinin olmadığnı görüb, Anar Rəsulluya, "gələn həftə növbəti ödənişi edərsən, daha bir iynəni yoxlayarıq", deyə bildirib.
Ardını oxu...
"Vüsal Eyvazov xəstənin müalisi ilə yox, soyğunçuluqla məşğuldur. Belə çıxır ki, mən evimi satıb, hissə-hissə Vüsal Eyvazova verməliyəm və o da müalicə əvəzinə nəticəsi olmayan ağır iynələr vurmalıdır", deyən Anar Rəsullu qeyd edib ki,ödədiyi pulların əvəzində ödənişlə bağlı ona çek verilməyib.

Anar Rəsullu “Uniklinika” baş verən qanunsuzluqlar və soyğunçuluqlarla bağlı Respublika Prokurorluğuna, İqtisadi İnkişaf Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, müalicə adı ilə xəstələrin yaxınlarının cibinə gözünü dikən Vüsal Eyvazova qarşı ölçü götürməyi xahiş edir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Məsələ içtimailəşdirildikdən sonra, Cəmilə İbrahimova adlı sosial şəbəkə istifadəçisi onun da, Vüsal Eyvazov tərəfindən aldadıldığını bildirdi.

sozcu.az

Dünyapress TV

Xəbər lenti