Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Ölkədə ən çox şikayət olunan sahələrdən biri də təhsildir. İbtidai təhsildən ail təhsil sisteminə qədər bütün zamanlarda bu sahə müzakirə predmentidir.

Son zamanlar yaranan bir deyim-“diplomlu işsizlər ordusu” da əslində təhsil sisteminin vəziyyətini göstərir. Dərsliklərin keyfiyyətsiz olması, dərs yükünün ağırlığı, məktəblərdə tədrisin keyfiyyətizliyi hələ də həllini tapmayıb. Digər tərəfdən, orta ixtisas təhsili müəssisələrində də ciddi narazılıqlar var. Maddi-texniki bazanın zəifliyi və ya olmaması, ancaq nəzəriyyənin tədris olunduğu bir çox orta ixtisas təhsili müəssisələri (kolleclər) yalnız diplom paylamaqla məşğuldur.

Əlavə olaraq qeyd edək ki, bu gün ölkə üzrə 51 kollec fəaliyyət göstərir. Ümumi olaraq orta ixtisas təhsili müəssisələrinə maraq oranı bitirən tələbələrin imtahansız ali məktəblərə qəbul olma imkanı yarandıqdan sonra artmağa başladı. Bu da orta ixtisas təhsili müəssisələrində bir çox problemlərin daha qabarıq formada üzə çıxardı. Bu gün bu sahədə problemlər çoxdur.

Məsələn, ötən ilin iyun ayında 35 orta ixtisas təhsili müəssisələrində ilkin monitorinq keçirildi və bunun nəticəsində 6 direktor və 4 direktor müavini işdən çıxarıldı. Bu faktın özü orta ixtisas təhsili müəssisələrində vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Məhz bu problemlərə görə kolleclərin ləğvi məsələsi zaman-zaman gündəmə gəlir.

Amma hələlik bu təhsil müəssisələri fəaliyyətini artan şikayətlər fonunda davam edir. Şikayətçilər biri də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Almaz Məmmədovadır.

Almaz Məmmədova “Cebheinfo.az”-a müraciət edərək kollecin direktoru Sevinc Həmzəyevadan şikayətçi olduğunu bildirib:

“Təhsil ilinin başladığı gün elə problemlər də başladı. Qida Sənayesi Kollecinin binası çox bərbad vəziyyətdə idi, natəmizlik baş alıb gedirdi. Yağış yağanda su divarlardan sinif otaqlarına tökülürdü. Mən də çəkib sosial şəbəkədə paylaşdım. Bununla da derektor Sevinc Həmzəyeva mənimlə düşmənçilik etməyə başladı. Məni otağına çağırıb konkret olaraq kollecdən qovmaqla hədələdi.

Sevinc Həmzəyeva mənə açıq şəkildə dedi ki, bu cür problemləri sosial şəbəkələrdə paylaşmaqla mənə heç nə edə bilməzsən. Mənə bu kreslonu sən verməmisən ki, sən də alasan. Mən bu kolleci təmir etmək üçün öz “LEXUS” markalı maşınımı satmışam. Doğrudur, sonradan kosmetik təmir işləri görüldü, amma bu sadəcə gözə kül üfürmək məqsədi daşıdı”.

Almaz Məmmədova iddia edir ki, Sevinc Həmzəyeva direktoru olduğu kolleci şəxsi mülkü kimi istifadə edir:

“Əks halda niyə yağış sularına qərq olmuş təhsil müəssisəsini öz şəxsi vəsaiti hesabına və hətda məcbur olub “LEXSUS” markalı avtomobilini satıb təmir etdirdiyini desin? Çünki bu məsələnin yayılması əslində onun işinə yaramalı idi, aidiyyəti qurumlar, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi problemi görüb təmir üçün vəsait ayıra bilərdi.

Amma Sevinc Həmzəyeva fərqli münasibət göstərərək bunun ona qarşı yönələn addım olduğunu bildirdi və yağış sularının təhsil müəssisəsinin divarlarından içəriyə axmasını çəkib paylaşan tələbəni təhdid edərək təhsil müəssisəsindən qovacağı ilə hədələdi. Görünür, dövlət büdcəsindən təmir üçün ayrılan vəsait aidiyyəti üzrə xərclənməyib, hansısa formada yoxa çıxıb və ya çıxarılıb. Mən Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən kollec direktorlarına belə bir səlahiyyətin verildiyi ilə bağlı hər hansı bir cavab istəyirəm”.

Şikayət olunan kolleclə əlaqə saxladıq. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin şöbə müdiri Tahirə İsmayılova şikayətdən məlumatsız olduğunu bildirdi.

“Almaz Məmmədova ilə direktor arasında belə bir söhbətin şahidi olmamışam. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Amma belə bir halın yaşandığına da inanmıram”,-deyə şöbə müdiri “Cebheinfo.az”-a deyib.

“Cebheinfo.az”
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti