b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_50095e88bf6bdf9e848c151ebafdcad6.jpg
 

 

Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Binyamin Musayevin cinayət işinin maraqlı təfərrüatları məlum olub. B.Musayev tərəfindən guya idman yarışlarının keçirilməsi, ezamiyyətə göndərilən müəllimlərə ezamiyyə xərclərinin verilməsi, qaliblərin mükafatlandırılması və digər bəhanələrlə 130 min manatlıq dövlət vəsaiti mənimsənilib.

Musavat.com xəbər verir ki, B.Musayev Yevlax rayon icra hakimiyyət başçısının sərəncamı ilə 2007-2021-ci il tarixədək həmin vəzifədə işləyib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına görə Binyamin Musayev qeyd olunan vəzifədə işləyərkən işə çıxmayan şəxslərin əmək funksiyalarını icra etmələri barədə cədvəlləri, habelə mükafatlandırma, ezamiyyə və qurumun fəaliyyətilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla, 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Məhkəmədə dindirilən B.Musayev deyib ki, elan edilmiş ittihamla razı deyil. O, qeyd edilən 129 min manatın 1 manatını da özünə xərcləmədiyini deyib. Bildirib ki, bütün idman yarışları keçirilib, müəllimlərin maaşları və ezamiyyət xərcləri ödənilib. B.Musayev özünə 1 manat xərcləmədiyini desə də 130 mini kimə və ya kimlərə xərclədiyini deməyib.

O, istintaq dövründə 5 ay ərzində 50 min manatı ödədiyini söyləyib. Qalan məbləği də məhkəmə istintaqı zamanı dövlətə ödədiyini bildirib. Himayəsində iki övladının, xəstə anasının olduğunu nəzərə alaraq barəsində yüngül cəza çıxarılmasını xahiş edib.

İş üzrə şahidlər dindirilən zaman məlum olub ki, B.Musayev tanışı olan bir neçə nəfəri müəllim kimi işə qəbul edib. Lakin həmin şəxslər işə gəlməyib. Sadəcə əmək kitabçaları olsun deyə B.Musayevlə razılaşıblar. Həmin şəxslər fəhlə, sürücü kimi fərdi əməklə məşğul olurmuşlar.

Yevlax şəhər Gənclər və İdman idarəsinin əməkdaşlarının ifadələrindən isə məlum olub ki, sənədlərdə bəzi idman yarışlarının keçirildiyi, qaliblərə, müəllimlərə, aparıcılara mükafatlar yazıldığı qeyd edilsə də belə yarışlar olmayıb. Həmçinin müəllimlər onlara ezamiyyə xərclərinin ödənilmədiyini, yol xərclərini belə özlərinin çəkdiklərini deyiblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Musayev barəsində yüngül cəza təyin edilib.

B.Musayev Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 il 6 ay,  Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilib.

Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməyib.

İ.Muradov
Musavat.com

Bölmənin digər xəbərləri

11 Fevral 2025 “Lukoil”in rəsmi dileri “Xazar Oil” ölkədən pul çıxarıb – MƏHKƏMƏ
11 Fevral 2025 Bakıdakı bağçada dəhşətli HADİSƏ: Müdir yayılan videodan DANIŞDI
11 Fevral 2025 Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR – ŞİKAYƏT/FOTO
10 Fevral 2025 Abşeron təhsili "neft quyuları"nı xatırladır - Gələn gəlirlər necə bölüşdürülür ?!
10 Fevral 2025 Mürsəl İbrahimovun komissarı 10-cu dərəcə skarliozu əsgər göndərib - Daha bir fakt...
10 Fevral 2025 Burda xəstələrə vaxtı keçmiş yeməklər verilir... - İDDİA/VİDEO
10 Fevral 2025 İsmayıllıda Aşıqbayramlı su anbarının üzərində restoran tikilir – İTTİHAM
10 Fevral 2025 Hərkəs işdən çıxarıldı: Amma direktor
10 Fevral 2025 Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
10 Fevral 2025 Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki... VİDEO
09 Fevral 2025 Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
08 Fevral 2025 SHXÇDX-nin Abşeron rayon şöbəsində “rüşvət at oynadır”
08 Fevral 2025 Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
08 Fevral 2025 İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?.
07 Fevral 2025 "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
07 Fevral 2025 Abşeron-Xızı Təhsil İdarəsində yoxlama: Son 5 ildə nələr baş verib?
07 Fevral 2025 Abşeron-Xızı təhsilində yepyeni macəralar...
07 Fevral 2025 Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
07 Fevral 2025 Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
07 Fevral 2025 Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti