Abşeron-Xızı Regional Təhsil İdarəsində bitməyən dərəbəylik-TƏFƏRRÜAT/YENİLƏNDİ
Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva məktəblərdə anarxiya yaradıb: Nazir isə göz yumur, niyə?

İlhamə Abdullayevanın Xırdalan şəhər 2№-li tam orta məktəbə xüsusi münasibəti niyə araşdırılmır?!

Yenixeber.org: Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında medianın ən “sevimlisi”nə çevrilib. Mediada bu idarə ilə bağlı yazılar az qala ədədi silsilə şəkilini alıb. Konkret faktların yer aldığı yazılarda bu idarənin müxtəlif tabeli müəssisələri tənqid olunmaqdadır...

On gün əvvəl isə məlumat yayıldı ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Regional Maliyyə Müfəttişliyi Abşeron-Xizi Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində maliyyə təsərrüfatının yoxlamasını həyata keçirir. Yoxlama çərçivəsində adıçəkilən regiondakı uşaq bağçaları və məktəblərdə son 5 il üzrə tarifləşmə, invertarların mövcudluğu və silinməsi, ərzaq təminatı, qida qalıqlarının hesablanması, əvəzçilik, xəstəlik bülletenlərinin uçotu, dərs bölgüsü və müəssisələrdə işçilərin, təhsilverənlərin və təhsilalanların davamiyyətinin yoxlanılması həyata keçirilir.

Bu arada Yenixeber.org-a daxil olan məlumata görə maliyyə yoxlaması Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunur. Təkcə ona görə yox ki, bu yoxlamanın bütün istiqamətlərdə təhlükəli nəticə ilə sonuclanacağı gözlənilir. Həm də, ona görə ki, budəfəki yoxlamanı “yola vermək” mümkünsüz görünür. Səbəb də, yenicə təyin edilmiş maliyyə naziri Sahil Babayevin kimsəni ”yaxına buraxacağına” ümidin olmamasıdır...

Yumşaq desək bu yoxlama İlhamə Abdullayeva üçün heç də, yerinə düşən olmadı. (Bu haqda qarşıdakı günlərdə geniş yazımız olacaq. Red.)



Qohumbazlıq nümunəsinin fəsadları



Yuxarıda qeyd etdiyimiz kimi, Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında mediada hər nə qədər haqqında çox yazılandırsa, Xırdalan şəhər 2№-li tam orta məktəb də, bu idarənin əhatə dairəsində olan təhsil müəssisələri sırasında medianın ən “sevimlisi”nə çevrilib. Bu məktəb və məktəbin direktoru Gülnaz Kərimova haqqında google üzərindən bir axtarış yetər ki, “N” sayda yazılarla rastlaşaq. Həm də, qalmaqallı... Elə ötən ilin son ayında Gülnaz xanım rəhbərlik etdiyi məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva ilə çəkişməsi ilə gündəmə gəlmişdir. İşdən haqsısz yerə, direktorun istəyi ilə çıxarıldığını iddia edən müəllim məsələni məhkəmə müstəvisinə daşıyıb...
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739799181_2.jpg
Gülnaz Kərimova ilə bağlı Yenixeber.org-a daxil olan məlumatlarda da, yumşaq desək təhsil ocağı ilə uyğun olmayan iddialar yer alır. Biz məlum qanun və prinsiplərə uyğun olaraq bu məlumatların araşdırılıb, redaksiyamızın məlumatlandırılması məqsədi ilə İlhamə Abdullayevaya 15.01.2025-ci il tarixdə 05/025№-li rəsmi məktub ünvanladıq. Təəssüf ki, bir aydan artıq vaxt keçsə də, məktubumuz hələ də, cavabsız qalmaqdadır(?) Baxmayaraq ki, bizimlə telefon əlaqəsində ən qısa zamanda məktubun cavablandırılacağı deyilmişdi.

Məlumatlarda İlhamə Abdullayevanın xalası nəvəsi (Bu məlumat dəfələrlə mediada yayılıb. Red.) Gülnaz Kərimovanın Pedaqoji Şurada hədə-qorxu gəlməsindən, dərs saatlarını 100 manata satmasından, yeni il bayramı üçün hər sinifdən 100 manat tələb etməsindən və s. bəhs edilir. Hətta bayramla bağlı onu təbrik etməyən müəllimləri təzyiqlə təhrik etməsi də bildirilir. Ki, gəlib, kabinetində onu “təbrik” etsinlər. Məlum təyyarə qəzası ilə bağlı digər təşkilatlar təntənəli bayram şənliyi etməsələr də, Gülnaz xanımın fərqli mövqedə olduğu da deyilir... Bugünlərdə aldığımız məlumata görə, yuxarıda qeyd etdiyimiz maliyyə yoxlamasının Xırdalan şəhər 2№-li tam orta məktəbdən yan keçməsi üçün obrazlı desək, bütün qüvvələr səfərbər olub. Əlbəttə, İlhamə Abdullayevanın rəhbərliyi ilə...Mənbəmizin bildirdiyinə görə Gülnaz Kərimova məhz qohumu İlhamə Abdullayevanın güvənliyi ilə özünü məktəbin direktoru yox, sahibi kimi aparır.

***

Qrşıdakı günlərdə aşağıdakı sualların araşdırılması ilə mövzunu davam etdirəcəyik:

1.Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Abşeron-Xizi Regional Təhsil İdarəsində hazırkı yoxlaması hansı səbəblərdən doğdu?

2.Yoxlamalar daha çox hansı istiqamətlərdə və hansı faktorlar üzərində köklənib?

3.Yoxlamalar İlhamə Abdullayevanı xüsusi ilə hansı səbəblərdən narahat edir?

4.İlhamə Abdullayeva yaxın günlərdə hansı posta transfer etməyi hədəfləyib?

5.Məktəb direktorlarının təyinatında İlhamə xanımın hansı rolları olub və hansı qayda və prinsiplər əsas olub?

6.Uşaq bağçaları və məktəb rəhbərləri ilə xanım müdir hansı qaydalarla işləyir?

7.Bəzi məktəb direktorlarının məlum yaş senzini keçməsinə baxmayaraq, vəzifələrini davam etdirməsinin sirri nədir? Və.s.(Yenixeber.org)

***

Bu saatlarda ( 1620 radələrində) məktubumuza cavab aldıq:

Xırdalan şəhər 2№-li tam orta ümumtəhsil məktəbinin direktoru Gülnaz Kərimovanın fəaliyyəti ilə bağlı araşdırma aparılmasına dair məktubunuza baxılmışdır. Bildiririk ki, qeyd olunan məsələlərlə bağlı araşdırma aparılmış, məktəb rəhbərliyi, rəhbərləri, müəllimlər və valideyinlərlə söhbətlər aparılmış, müvafiq izahatlar alınmışdır. Alınmış izahatlarda göstərilən faktlar təsdiqini tapmamışdır.Əlavə olaraq bildiririk ki, məktəb rəhbərliyinin verdiyi məlumata əsasən sabiq riyaziyyat müəllimi Vəfa Həziyeva ilə bağlanmış əmək müqaviləsi işdə yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tələblərinə uyğun olaraq 04.11.2024-ci il tarixdən ləğv edilmişdir. Hazırda V. Həziyevanın iddia tələbinə məhkəmə qaydasında baxılır.

 

Bölmənin digər xəbərləri

20 Fevral 2025 Bərdədə işıqsız qalan məktəb bağlanıb - başçı və nazirlik mürgüləyir... VIDEO
20 Fevral 2025 Məmurlar camaata ZÜLM VERİR-SABRABAD SAKİNLƏRİ ETİRAZ EDİR VİDEO
20 Fevral 2025 Abşeronda tikinti-söküntü xaosu - qanunları heçə sayan kimlərdir?
20 Fevral 2025 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir
20 Fevral 2025 Azelekom” 9 milyonun yarısını maşınlarına xərcləyib: MMC-nin “Motor Clinik”lə qəribə tender anlaşması
20 Fevral 2025 Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur
20 Fevral 2025 Kənd təsərrüfatı mütəxəssisi naziri “yıxıb-sürüdü” – PREZİDENTƏ MÜRACİƏT
19 Fevral 2025 Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...
19 Fevral 2025 Yasamal rayonunda qanunsuz fəaliyyət: Valeh Qasımzadə Kimdir? ARAŞDIRMA
19 Fevral 2025  Zaur Mikayılov işinin öhdəsindən gəlmir...
19 Fevral 2025 Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video
19 Fevral 2025 İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
19 Fevral 2025 İcra başçısı Məmməd Məmmədov Tovuzun iki kəndini bir-birinə düşmən edir
18 Fevral 2025 Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar - SHXÇ Dövlət Xidmətinə ittiham
18 Fevral 2025 Nəsimidə "JEK" rəisi olan qardaşlar milyonluq mülkü necə əldə edib? - FOTO
18 Fevral 2025 179 min manatlıq tenderi nazir müavininin qardaşı udub? - SƏNƏDLƏR
18 Fevral 2025 - UNEC nəzdində Sosial-İqtisadi Kollecində nə baş verir? - Şəhriyar Laçınov Təhsil müəsissəsini, Azərsunun “kadrolar idarəsi” ilə qarışdırıb?
18 Fevral 2025 QUDASININ ADI RUS ŞƏBƏKƏSİ İLƏ HALLANAN İCRA BAŞÇISI... - Niyazi Bayramov və kürəkəni susur -FOTOLAR
18 Fevral 2025 Qalmaqal- Rektor Vilayət Vəliyev niyə 100-dən çox tələbəni xaric edib?
18 Fevral 2025 Zaur Mikayılov Qorxmaz Hüseynov yolu gedir - ölkənin hər yerindən kütləvi narazılıqlar eşidilir

Dünyapress TV

Xəbər lenti