Ardını oxu...
İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyi bu gün hər kəsə məlumdur. Qurum 170 min hektardan çox çirklənmiş ərazini təmizləyərək ekoloji bərpa, biomüxtəlifliyin yenilənməsi və davamlı kənd təsərrüfatı üçün yol açıb. Hazırda Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” icra olunmaqdadır. Böyük Qayıdış planının daha sürətli icra olunması üçün ANAMA-nın fəaliyyəti danılmazdır. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, minalardan təmizlənməsi istiqamətində həyata keçirilən işlərə dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar, şirkətlər tərəfindən də dəstək göstərilir.

Amma Minatəmizləmə Agentliyində dövlət satınalmalarının təşkili qanunun tələbləri ilə keçirilmir. Biz apardığımız kiçik bir araşdırma zamanı bunun şahidi olduq.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi sürtkü yağlarının satın alınması üzrə 09.07.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “AZ BATTERY” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib. Minatəmizləmə Agentliyi sözügedən MMC ilə 140.111,31 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 07.09.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, Minatəmizləmə Agentliyi tərəfindən nəzərdə tutulmuş sürtkü yağlarının satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 286.079,74 manat müəyyən edilib. Görsəndiyi kimi satınalan təşkilat olaraq Minatəmizləmə Agentliyi müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq “AZ BATTERY” MMC-nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Minatəmizləmə Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “AZ BATTERY” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “AZ BATTERY” MMC (VÖEN 2906070851) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 26.11.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, CORAT ŞTQ, MƏH 1, ev 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlkin Əvəz oğludur.

Amma Minatəmizləmə Agentliyindən fərqli olaraq Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən sürtkü materiallarının satınalınması ilə əlaqədar 05.06.2024-cü il tarixində keçirilmiş kotirovka sorğusunda təchizatçı “AZ BATTERY”” MMC “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.5. təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə və 35.1.8. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda maddələrinə əsasən müsabiqədən kənarlaşdırmışdır.

Bundan əlavə Minatəmizləmə Agentliyi tərəfindən 31.07.2024-cü ildə başlanılmış, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi üçün texniki bazanın tikintisi işlərinin satın alınması üzrə tenderdə də analoji qanun pozuntusuna yol verib. Belə ki, müsabiqədə “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyəti Minatəmizləmə Agentliyinin müəyyən etdiyi ehtimal olunan qiymətdən, 1.697.024,99 manatdan aşağı təklif verərərək qalib olub. Müqavilənin qiyməti 1.147.146,03 olub və məlumat 02.10.2024-cü ildə dərc edilib.

Bunlardandan əlavə Minatəmizləmə Agentliyi analoji qanun pozuntusuna xüsusi təyinatlı texnikaların satın alınması üzrə “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı satınalma müqaviləsində də yol verib. Bu tenderdə Agentlik tərəfindən müəyyən etdiyi ehtimal olunan qiymət 3.156.150,00 manat olub. Amma “RAMMA” QSC tenderi 2.375.000 manat təkliflə udub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Minatəmizləmə Agentliyi publik hüquqi şəxsin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, ehtimal olunan qiymətlərdən dəfələrlə aşağı təklif verən bəzi şirkətlərlə satınalma müavilələri bağlamışdır ki, bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bunlardan əlavə alınan malların, görülən işlərin keyfiyyətinin aşağı olması ehtimalını da artırır.

Bütün bu göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Minatəmizləmə Agentliyinin Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı.

Qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyyətinin sədri Vüqar Süleymanovdu. O, bu vəzifəyə Prezident İlham Əliyev Sərəncamı ilə 4 fevral 2021-ci ildə təyin edilib. O, 2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis, 2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri, 21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Aktualinfo.org
 
Ardını oxu...
Məlum olduğu kimi noyabr ayında həm yağan şiddətli yağışdan sonra, həm də COP 29-un açılış məsələləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirələr keçirilib. Müşavirədə yaranmış problemlərdən əlavə paytaxtın abadlaşdırılması işləri ilə bağlı da müzakirələr aparılıb, təhlil edilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin bəzilərinə iradlarını bildirib, işlərini düzəltməyə vaxt verib. Əldə etdiyimiz məlumata görə həmin təsərrüfat xidməti rəhbərlərindən biri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Röyal Sarıməmmədov olub.

Əldə etdiyimiz məlumatlara görə buna səbəb Röyal Sarıməmmədovun barəsində Bakı şəhər İcra Hakimiyyətinə olunan şikayətlərin çoxluğu olub. Pirallahı sakinlərinin narazılığı ondan ibarət olub ki, Röyal Sarıməmmədovu yerində tapa bilmirlər, problemləri aylarla həll olunmamış qalır. Pirallahıdakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Röyal Sarıməmmədov çox iddialıdır, özünü rayonun sahibi kimi aparır, aidiyyəti oldu, olmadı bütün işlərə qarışır və vaxtının çoxunu da öz biznesinə sərf edir.

Maraqlıdır, Röyal Sarıməmmədov biznes qurmağa pulları hardan əldə edir. Bu apardığımız kiçik bir araşdırdırmada özünü açıq aydın göstərir.

Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi nəqliyyat vasitələrinin cari təmirinin satın alınması üzrə “KARPİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.365 manat məbləğində satınalma müqaviləsini 25.11.2024-cü ildə, nəqliyyat vasitələrinin cari təmiri və sürtgü yağlarının satın alınması üzrə “ALAZAN-A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 47.515 manat məbləğində satınalma müqaviləsini 20.08.2024-cü ildə bağlayıb.

Otən il isə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi sürtkü materiallarının satınalınması üzrə “QİBSON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18.920 manat, nəqliyyat vasitələrinin cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması üzrə isə “İNPORT” MMC ilə 33.878,98 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Maraqlıdır, Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında nə qədər nəqliyyat vasitəsi var, və ötən ilin dekabrından bu günə 110 min manata qədər alınan ehtiyyat hissəsləri və sürtgü yağları həqiqətənmi həmin nəqliyyat vasitələrinə xərclənib?

Bundan əlavə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi abadlaşdırma xidmətinin satın alınması üzrə “FILTRON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.650 manat məbləğində 23.11.2024-cü ildə, təmir işlərin satınalınması üzrə “KONEKS CONSTRUCTİON” MMC ilə 96.941,91 manat məbləğində 11.10.2024-cü ildə, abadlaşdırma xidmətlərinin satın alınması üzrə “QİBSON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 28.950 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Burada “FILTRON” və “QİBSON” MMC-lərinin Pirallahıda haranı abadlaşdıracağı yerlər bəlli deyil. Çünki bu şirkətlər abadlaşdırma ilə deyil başqa qaranlıq məsəslələr üçün Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyindən kotirovka udublar bu şirkətlər daha əvvəllər də Təsərrüfat Birliyi ilə işbirliyində olubublar. “QİBSON” MMC Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinə həm sürtkü materialları alır, həm də abadlaşdırma xidmətləri göstərir. “FILTRON” MMC isə Təsərrüfat Birliyinə həm mal-materiallar ( 43.718 ) həm inventar və xüsusi geyim ( 70.074 ) həm sanitariya-gigiyena (19.824) həm də abadlaşdırma xidmətləri göstərir. Bundan əlavə avqust ayında Təsərrüfat Birliyinə sürtgü yağları satan “ALAZAN-A” MMC ötən il həm də abadlaşma xidməti göstərib.

Bütün bu məlumatlardan da görsəndiyi kimi Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyində satınalmaların təşkili qanunla müəyyən edilmiş qaydalarda aparılmır. Bütün işlər qanunlara uyğun deyil, Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Röyal Sarıməmmədovun maraqlarına uyğun qurulur.

Qeyd edək ki, Röyal Sarıməmmədov daha əvvvəllər Xəzər, sonra Pirallahı Rayon İcra Hakimiyyətilərində nümayəndə müavini, baş məsləhətçi, sektor müdiri, şöbə müdiri, başçının köməkçisi kimi müxtəlif vəzifələrdə çalışıb. 15.03.2022-ci il tarixindən Pirallahı rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib.

Onun bizneslə məşğul olduğunu sübut edən məlumatlar isə mətbuatda çoxdan yayılıb. Dövlət Sosial Təminat Xidməti Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə qeyri-yaşayış obyektini fiziki şəxs Sarıməmmədov Röyal Tofiq oğlundan (VÖEN – 8700148382) icarəyə götürəcək. İcarəyə götürüləcək 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödəniləcək. Bu Röyal Sarıməmmədovun biznesinin kiçik bir hissəsidir.

Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin keçirdiyi satınalmalardan da göründüyü kimi hər il abadlaşdırma, təmir, nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin alınmasına vəsaitlər ayrılır. Lakin bu vəsiatlərin demək olar çoxu Röyal Sarıməmmədovun özünə qayıdır. Pirallahı isə nə abadlaşdırılır, nə də təmir edilir. Nəqliyyat vasitələrinə ehtiyyat hissələrini də sürücülər özləri alır.

Görünür Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəzəbinə tuş gələnlər də bu olub. İndi verilən vaxtda Röyal Sarıməmmədov Eldar Əzizovun qəzəbindən qurtula biləcəkmi, yoxsa yaxın gələcəkdə vəzifəsi ilə vidalaşmalı olacaq. Onu da yaxın gələcək göstərəcək.

Aktualinfo.org
 
Ardını oxu...
Nizami rayonuna icra başçısı təyin olunduğu gündən özünü daha çox BAZAR ADAMI kimi tanıdan Coşqun Cəbrayılovun bu xrakterik keyfiyyəti günü bu gün də onun işinə yansımaqdadır ki, bunun da bəlasını bir kimsə yox... məhz sakinlər çəkir. "DİA-AZ" bildirir ki, bunun da nəticəsidir ki, hazırda Nizami rayonunun ərazisi hələ də vətəndaş müharibəsini yaşayan Suriyanın şəhərlərini xatırladır. Təbii ki, bütün bunlar icra başçısı Coşqun Cəbrayılovun xeyir-duası ilə cərəyan etməkdədir...

Şəkillərdə gördüyünüz Nizami rayonunda K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsidir...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
"DİA-AZ" bildirir ki, “Kursus Nizami” MTK tikinti şirkəti hələ də vətəndaşlara məxsus olan binanı xarabalığa çevirməklə məşğuldur ki, bu məsələdə də yeganə istinad nöqtəsi icra başçısı, icra hakimiyyətidir... Onların binaları hansı vəziyyətə qoyduğu günü görürsünüz. Bunu şəhər icra hakimiyyətindən aldıqları qanunsuz sərəncam əsasında edirlər.

Qeyd edək ki, sözügedən ünvanda mənzilini satmaq istəməyən vətəndaşlar məhkəməyə müraciət edib. Məhkəmələrdə işə baxıla-baxıla MTK binanı qanunsuz olaraq sökür və insanların yaşayışını mümkünsüz edir.

"DİA-AZ"a müraciət edən sakinlərin sözlərinə görə, hətta kommunikasiya xətlərini belə qırıblar: "Yaşayış mümkün olmasın deyə hətta blokların qapılarını da sındırılblar... hamısı da özbaşına olaraq. Kiməsə şikayət etmək imkanımız da yoxdur... rəsmən sahibsiz qalmışıq..."
 
Ardını oxu...
Göyçay rayonu Şəhadət kənd sakinləri tərəfindən

MÜRACİƏT

Şəhadət rayon mərkəzinə ən yaxın kənd olsada yolunun əksər hissəsi yararsız olduğu üçün biz sakinlər çox əziyyət çəkirik. Kəndin yolunun bir hissəsinə bir neçə il əvvəl asfalt çəkiləsəd bir neçə küçələri isə təmir edilməyib. Hansı ki, həmin yollların üzərində çoxlu sayda sakinlər yaşayır. Buna görə biz sakinlər çox əziyyət çəkirik. Qışda palçığa, yayda toza görə yolda hərəkət etmək olmur.Uşqlar məktəbə getməkdə çətinli çəkirlər, xəstə olanda təcili yardım maşını gələ bilmir.
Yolumuzun təmir edilməsi üçün dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olmuşuq ancaq heç bir faydası olmayıb.
Həmçinin seçki öncəsi deputat Məzahir Əfəndiyev bizə söz verdi ki, yolun təmir etdirilməsi üçün müvafiq addımlar atacam. Ancaq heç bir köməklik göstərmədi bizi aldatdı.

Buna baxmayaraq ümidimizi üzmədik ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi qayğıkeş və mərhəmətli prezidenti var. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar kəndlərinin belə yolları təmir edilib insanların rifahı yaxşılaşıb.
İnanıb ümid edirik ki, Göyçay şəhərinin mərkəzinə yaxın yerləşən Şəhadət kəndinin biz sakinlər yaşadığı küçələrinin yollarına asfalt vurulacaq.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik müraciətimizi nəzərə alıb bizim yaşdğımız kəndin yolunun təmir edilməsinə göstəriş verəsiniz.

Şıxalıyev Qismət Əsgər oğlu telefon; 051 306- 93- 96
Hacıyev Nüsrət Hacıbala oğlu
Soltanov Elburus Rəhman oğlu
Məmmədov Dadaş Vəli oğlu
Məmmədov Pərviz Simon oğlu
Soltanov Azər Rəhman oğlu
Məmmədli Semral Elçin oğlu
Məmmədov Sarvan Sərxan oğlu
Əsədov Vüqar Tahir oğlu
Kazımov Zöhrab Hacıağa oğlu
Soltanov Rasim Nəriman oğlu
Quliyeva Solmaz Məhərrəm qızı
Kazımov Zamiq Hacıağa oğlu
Soltanov Nəriman Rəhman oğlu
Bədəlova Sevda Yusif qızı
 

Ardını oxu...
Aylardır ki, Səhiyyə Nazirliyi həkimlərin və xəstəxanaların qanunsuz əməlləri barəsində qanuni tədbir görmək əvəzinə sadəcə susur...

Görəsən niyə?

Yoxsa Akademik Zərifə xanım kimi bir dahi şəxsiyyətin adına xəyanət edib, rüşvətxorluq yuvasına çevrilən Milli Oftomologiya Mərkəzində həkimlərin pensiya almaq üçün əlillik dərəcəsi olan diaqnozu pulla satmasından, müayinə üçün vətəndaşlardan pul tələb edilməsindən özü də xəbərdardır və durumdan o, da yararlanır deyə susur?

Belə deyilsə, niyə Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədovun həyat yoldaşı - anadangəlmə görmə qüsurlu Gülxanım Məmmədovadan tələb edilən, alınan 1800 (min səkkiz yüz) manat rüşvətə dair səs yazıları, yazışmalar belə təqdim etdiyimiz halda nazirlik susdu?

Güya araşdırıb, vətəndaşın iddialarının təsdiqini tapmadığını deyərək, iki cümlə ilə vətəndaşı da, medianı da yola verdilər, vəssəlam.

Ardından, Ağcabədi rayon Avşar kənd sakini Alimə xanımın qızının və iki nəvəsinin Tibb Universitetinin tədris-cərrahiyyə klinikasında qanköçürmə yolu QİÇS-ə yoluxduqları barəsindəki iddiaları da Səhiyyə Nazirliyi sözün əsl mənasında "qulaqardına vurdu" və cavabdeh olan heç kimsə cəzalandırılmadı. Halbuki, bütün bunlar ciddi araşdırılmalı və qanun çərçivəsində həll olunmalı məsələlərdir, çünki, söhbət insanların həyatından gedirdi.

Hələ Azərbaycan Tibb Universitetinin Onkologiya klinikasında qeydiyyatdan tutmuş, müayinə - müalicə üçün xəstələrdən alınan pulları, Milli Onkologiya Mərkəzində xəstələr üzərindən bazarlığı və sair demirik.

Təqdim etdiyimiz məlumatların hər birinə dair !DogruXeber.az" olaraq faktlar təqdim etdiyimizə baxmayaraq, hər dəfəsində Səhiyyə Nazirliyi doğru olmadığı cavabını verdi.

Görünür, vətəndaşların sosial şəbəkələrdə yazdıqları, yaxud el arasında dedikləri, - "Nazirliyin hər şeydən xəbəri var, hesablarını alırlar, gözlərini yumurlar" cümləsi heç də boşuna deyilməyib.

Bütün bunlardan əlavə, 3 aydır Sabunçu rayon Sabunçu qəsəbə sakini Əliyeva Vüsalə Şəmsəddin qızının 19 yaşlı qız övladını əməliyyat edən Modern Hospitalının həkimi Elvina Səlimova və yanlış diaqnoz qoyaraq ailəni sarsıdan, eləcə də yeniyetmə qızın yanlış müalicə almasına səbəb olan Memorial hospitalı barəsində verdiyimiz məlumatlara da Səhiyyə Nazirliyi susur.

Bundan əlavə, tərkibi bəlli olmayan preparatlar tətbiq edərək, Vüsalə xanımın səhhətində problemlər yaranmasına səbəbkar olan "kosmetoloq" Günel xanımla bağlı məlumatlara da nazirlik göz yumdu.

Halbuki, nazirliyin məsul əməkdaşları özləri Vüsalə Əliyevanı dəvət edib, dinləyib, adı çəkilən hər iki hospitalın və Elvina Səlimovanın belə bir xəstəni qanunsuz olaraq qəbul etdikləri üçün barələrində mütləq tədbir görüləcəyini, həmçinin özünü kosmetoloq kimi təqdim edən Günel adlı xanımın heç bir tibbi təhsilinin və aidiyyatı qurum tərəfindən icazə sənədinin olmadığını demişdilər.

Lakin, hər iki özəl hospital, ixtiyarı olmadığı halda (nazirlik əməkdaşının sözlərinə görə) yeniyetmə qızı əməliyyat edən Elvina Səlimova və tibbi təhsili olmayan "həkim-kosmetoloq" Günel adlı xanım bu gün də fəaliyyətlərinə maneəsiz şəkildə davam edirlər.

Sual yaranır, Səhiyyə Nazirliyi hansı maraqlar xatirinə onların qanunsuz əməllərini ört-basdır edir?

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

 
 
 
Ardını oxu...
Bir neçə il əvvəl Azərbaycana qeyri-leqal yolla gətirilən diri mal-qaranın monopoliyası barədə faktlara əsaslanan araşdırma yazı dərc etmişdik.

Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun adının müxtəlif cinayətlərdə hallandığı və hüquq-mühafizə orqanlarının bu məsələlərə laqeyd yanaşması cəmiyyətdə müzakirələrə səbəb olub.

Əldə edilən məlumata görə, “dana monopoliyası”nın nümayəndəsi bir neçə dəfə vergi yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilib. Lakin onun adının dövlət büdcəsinə 1 450 000 manat borclu şəxs kimi hallanmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.

İddialar və Faktlar

Məlumata görə, Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borcu var.

Bir sözlə, bir-neçə il əvvəl ictimiləşdirdiyimiz “dana monopoliyası” ilə bağlı məsələyə yenidən qayıtmalı olduq. Çünki problem, yəni xırda və iribuynuzlu heyvanların ölkəmizə idxalı monopoliyası hələ də davam edir. Şərti olaraq “dana monopoliyası” adlandırdığımız bu şəbəkənin BAŞI Rusiyada oturur, o biri QOLU isə Azərbaycana uzanır.

Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovdur.

Mediaxeberleri.Az xatırladır ki, NUH.az saytı “dana monopoliyası” ilə bağlı ciddi araşdırmalar aparıb. Çünki bu monopolistlər qeyri-qanuni milyonlar qazanır, millətimiz isə, “qızıl qiyməti”nə olan ətə tamarzı qalıb.

Hüquqi Boşluqlar və Laqeydlik

Cəmiyyətdə belə suallar yaranır:

Dadaş Şükürovun əvvəllər vergi yayınmaları ilə bağlı təqsirli bilinməsi və hüquqi məsuliyyətə cəlb edilməsi məlum olduğu halda, onun “dana monopoliyası” ilə əlaqədar ittihamları niyə araşdırılmayıb?

Mediaxeberleri.Az hüquq-mühafizə orqanlarının bu məsələyə dair araşdırma aparmasının və hüquqi boşluqların aradan qaldırılması yönümündə atılan addımların vacibliyini vurğulayır.

Bu vəziyyət hüquq sistemində şəffaflığın və ədalətin təmin edilməsinin vacibliyini bir daha vurğulayır.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
 
 
 
Ardını oxu...
TEREF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İqtisadiyyat şöbəsində böyük mütəxəssis vəzifəsində çalışmış Azər Osmanov Prezidentə müraciət ünvanlayıb. Müraciətin bir nüsxəsidə Bloqumuzun poçtuna göndərilib. Müraciəti oxuculara təqdim edirik:
Hörmətli cənab Prezident,
Hər bir Azərbaycan vətəndaşı kimi mən də Sizin apardığınız müdrik və uzaqgörən daxili və xarici siyasəti bəyənir və dəstəkləyirəm.
Lakin əfsuslar olsun ki, bəzi məmurlar öz qanunsuz hərəkətləri, özbaşınalıqları, məmur adına yaraşmayan hərəkətləri ilə Sizin vətəndaşyönümlü, humanist, ədalətli daxili siyasətinizə kölgə salmağa çalışır.
Belə ki, mən 2022-ci ilin may ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İqtisadiyyat şöbəsində böyük mütəxəssis vəzifəsində çalışmış, nümunəvi və qüsursuz xidmətimə görə fərdi qaydada mükafatlandırılmışam.
Lakin 2024-cü ilin iyun ayında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin göstərişi, İdarə Heyətinin sədr müavini Hasil Abbasovun və qurumun digər vəzifəli şəxslərinin hədə-qorxu, aldatma və digər üsullarla özlərinin özbaşınalıq, sui-istifadə və bu kimi digər əməllərinin ört basdır edilməsi üçün işdən çıxarılmışam.
Belə ki, 2024-cü ilin birinci rübündə işlədiyim şöbəyə sürücü vəzifəsinə işə götürülmüş Qarabağ müharibəsi qazisi, döyüşdə yaralanmış Elmar Şərifovla iş yoldaşlığı münasibəti zəminində aramızda dostluq münasibəti yaranmış, sonuncu mənə mütəmadi olaraq Hasil Abbasov tərəfindən istismara məruz qaldığını, gecə saatlarında demək olar ki, hər gün onu zəng edərək müxtəlif kafe, bar, restoran, hotel və digər məişət-iaşə obyektlərinə çağırdığını, faktiki olaraq ondan ayıq sürücü kimi və müxtəlif “xidmətlər” göstərən şəxslərlə vasitəçi qismində istifadə etdiyini, gündüzlər isə faktiki olaraq onun ailə sürücüsü kimi fəaliyyət göstərdiyini, onun özünün, qaynının, qaynanasının və digər qohumlarının evlərini artıq öz ünvanı kimi tanıdığını bildirirdi. Elmar Şərifovun danışdığı digər faktlar milli mentalitetimizə, ailə dəyərlərimizə zidd olduğundan onları səsləndirməkdə çətinlik çəkirəm.
Ardını oxu...
Məlumat üçün bildirirəm ki, Elmar Şərifov qurumun sürücüsü olmuş, ona əməkdaşları 5 saylı DOST Mərkəzinə və müxtəlif xidməti binalara aparmaq üçün “Mercedes E 240” minik markalı, 90AU790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhkim edilmişdi. Lakin həmin avtomobil və bu avtomobil üçün ayrılmış yanacaq faktiki olaraq yalnız Hasil Abbasovun şəxsi işlərinin həllinə və gecə həyatına sərf olunurdu. Elmar Şərifov isə bütün gün boyu istismar olunduğundan çox az hallarda qurumun binasında olur və buna görə də onunla yalnız mənim, şöbə müdirinin və bir-neçə əməkdaşın ünsiyyəti var idi.
Müvafiq normativlərə əsasən iş vaxtından sonra qarajda olmalı olan avtomobillə bağlı qeyri-iş günlərinə dair inzibati xəta protokolları quruma daxil olduqca kollektiv arasında söz-söhbətlər yaranır, məsələnin üstü açılırdı. Həmin avtomobillə bağlı qəza hadisəsi baş verdikdən sonra Elmar Şərifov əmək müqaviləsinin bitməsi əsası ilə işdən çıxarıldı, halbuki bütün digər əməkdaşların müqaviləsi müddətli idi və yalnız onun müqaviləsi uzadılmadı. Bundan sonra Elmar Şərifov məruz qaldığı istismarla bağlı müxtəlif instansiyalara şikayət verməyə başladı və ajiotaj yarandı. Məhz bundan sonra Hasil Abbasov və Elnur Səfərli Dövlət Məşğulluq Agentliyinin hazırki sədri, qurumun o vaxtkı kurasiya şöbəsinin müdiri Sadiq Əliyevin himayəsi ilə iz itirmək və şahidləri təmizləmək məqsədilə Elmar Şərifovla ünsiyyəti olan bütün əməkdaşları müxtəlif bəhanələrlə işdən çıxarmağa başladılar. Onlar Elmarın baş verən hadisələri, ələxüsus da Hasil Abbasovun gecə həyatını ünsiyyətinin olduğu əməkdaşlara nəql etmək ehtimalından narahat idilər.
Ardını oxu...
Sadalanan şəxslər əvvəlcə müxtəlif bəhanələr əsasında hədə-qorxu, təzyiq altında şöbə müdirimiz K.Rəhimovu işdən çıxartdılar. Daha sonra isə özlərinə yaxın əməkdaşlar vasitəsilə məni hədələməyə, işdən çıxmaq üçün ərizə yazmağa məcbur etməyə başladılar. Hasil Abbasov isə məni inandırırdı ki, ərizə yazıb heç yerə şikayət vermədən işdən çıxdığım halda məni İqtisadiyyat Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyinə və ya özü transfer olunacağı təqdirdə Dövlət Məşğulluq Agentliyinə işə düzəldəcək. Mənə ünvanladıqları hədə-qorxu və təzyiq ondan ibarət idi ki, güya qurumun maliyyə-təsərrüfat sistemində və anbar təsərrüfatında güya mənim əmək funksiyalarımla bağlı müəyyən çatışmazlıqlar var və özüm ərizə yazmasam məni ƏM 70-ci maddənin Ç bəndi ilə işdən çıxaracaqlar.
Halbuki mən vətənpərvər, dövlətini sevən bir insan kimi dövlət əmlakına daim göz bəbəyi kimi yanaşmış, hər bir inventarın, hər bir dövlət əmlakının üzərində əsmişəm.
Qurumun maliyyə-mühasibat uçotunda və təsərrüfatında mövcud olan bütün çatışmazlıqlar məhz adıçəkilən şəxslərin özlərinin tamahı, sui-istifadə halları, dövlət əmlakını şəxsi məqsədləri üçün istifadəsi ilə bağlı idi.
Belə ki, məsələn surəti məndə olan “Əmlakların (qiymətlilərin) buraxılışı” Tələbnaməsindən görünür ki, qurumun büdcəsi hesabına 3 ədəd, hər birinin qiyməti 3004 (üç min dörd) manat olmaqla cəmi 9012 (doqquz min on iki) manat vəsait hesabına texniki göstəriciləri 13 QHD (2880x1920) IPS 120 Hz/ İntel Core i5 – 1145G7 LPDDR4 8 GB və s. əlavə olaraq elektron qələm, keybord və çanta Tablet alınmış, həmin planşetlərin üçü də özlərinə yaxın əməkdaşın adına qeydiyyata alınmış, lakin hər üçü şəxsi məqsədlər üçün satın alınmışdır. Yeri gəlmişkən həmin əməkdaş da iz itirilməsi üçün sonradan başqa Nazirliyə transfer edildi. Belə ki, həmin planşetlərdən birini Elnur Səfərlinin tapşırığı ilə mən aparıb Sadiq Əliyevə, onun kabinetində təhvil vermişdim və Sadiq Əliyev mənim yanımda zəng edərək Elnur Səfərlini acılamışdı ki, “bəs bunun adaptoru hanı, bunu nəyə taxacam?”. Halbuki, sırf xidməti istifadə məqsədilə, yəni sorğuların keçirilməsi üçün alınan planşetlərin dəyəri 300-500 manat civarında, texniki parametrləri isə bundan qat-qat aşağı idi. Başqa sözlə, xidməti istifadə və sorğuların keçirilməsi üçün 300-500 manatlıq və orta seqmentli texniki parametrlərə malik planşetlər də kifayət edirdi.
Təkcə elə cari 2022-cil ərzində Azpetrol Ltd MMC-yə benzin yanacağının alınması üçün 7475,20 manat xərclənmişdi. Halbuki, qurumun regionlarda heç bir filialı və ya nümayəndəliyi mövcud deyildi, qurum vətəndaşlara birbaşa xidmət göstərmir və yerlərdə vətəndaş qəbulu da keçirmirdi. Həmin ildə AR NK 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş xidməti minik avtomobilləri üçün yürüş həddi normalarına düzgün əməl olunmaması nəticəsində qurumun istifadəsində olan 2 avtomobil üzrə 595,80 manat dəyərində 297,90 litr benzin (!!!) artıq silinmişdir.
Yaxud, qurumun istifadəsində olan “Toyota Camry” minik markalı 99 PT 642 nömrə nişanlı avtomobil müvafiq ezamiyyə əmrləri olmadan inzibati ərazidən kənarda, Şamaxı və Hacıqabul rayonlarında olmuş, 186 manat dəyərində premium markalı benzin sərf edilmişdir.
2022-ci ildə Observatoriyanın 3 illik yubileyi adı altında minlərlə manat dövlət vəsaiti israf edilmiş, müxtəlif təchizatçılara çap materialları, dəftərxana ləvazimatları, tədbirin təşkili, videoçəkiliş aparılması və s. adlar altında silinmişdir. Halbuki, qurum 2020-ci ilin martın 25-də yaradılmış, həmin tarixdə hüquqi şəxslərin reyestrində qeydə alınmış, beləliklə 2022-ci ildə qurumun ümumiyyətlə cəmi 2 yaşı vardı və 3 illiyi tamam olmamışdı. Hətta 3 illiyi tamam olsaydı belə yubiley tədbiri məhz 5, 10, 15, 20, 50, 100 kimi yuvarlaq rəqəmlərlə ifadə olunan müddətlərdə keçirilir və praktikada hələ 3 illik “yubileyini” keçirən müəssisə və təşkilat mövcud olmamışdır. Təşkilat uşaq deyil ki, 3 yaşı tamam olanda qohum-əqrəbanı toplayıb ona ad günü keçirəsən. Təbii ki, burada əsl məqsəd aydındır. Həm də həssas sosial qruplar, işsiz və işaxtaran şəxslər, aztəminatlı ailələlərin maddi-məişət şəraitinin yaxşılaşdırılması baxımından Observatoriyanın 3 illik “yubiley” təntənəsinin nə əhəmiyyəti ola bilərdi?
Bununla yanaşı, şübhəli, mübahisəli, hətta müvafiq dövlət orqanının qərarı ilə bir-neçə dəfə ləğv edilmiş tenderlər nəticəsində qalib elan edilmiş bir sıra təchizatçılara mal anbara daxil olmadan ödənişlər aparılır, elektron qaimələr ödənilir, nəticədə anbar uçotunda defisitlər yaranır, bu defisitləri bir-birilərinin üzərinə atmağa çalışır, bu da mümkün olmayanda mütəxəssis heyətinin adına çıxmağa çalışırdılar.
Qurumun Nizamnaməsində, təsis sənədlərində dövlət qulluqçularının və digər əməkdaşların attestasiyası, imtahanlara cəlb olunması ilə bağlı bircə kəlmə olmadığı halda Elnur Səfərlinin təşəbbüsü ilə 200 min manatdan artıq vəsait imtahan mərkəzinin yaradılmasına, bunun üçün kompyutet avadanlıqlarının alınmasına xərclənmişdi. Halbuki, belə imtahanların Observatoriya tərəfindən mandatına uyğun olmadığı halda keçirilməsini şərti zərurət kimi qəbul etsək belə, bunun üçün dövlət vəsaitlərinə qənaət baxımından DOST mərkəzlərinin infrastrukturu artıqlaması ilə kifayət edirdi. Təsadüfi deyil ki, həmin imtahan mərkəzinin yaradılmasından əvvəl belə imtahanlar şənbə günləri məhz 4 saylı DOST Mərkəzində keçirilirdi və mərkəzin infrastukturu, kompyuter avadanlıqları belə imtahanların təşkilinə artıqlaması ilə kifayət edirdi. Həm də cənab Nazirin də tapşırığı ondan ibarət idi ki, büdcəyə qənaət baxımından bu və ya digər tədbirlər mövcud resurslar əsasında təşkil edilsin.
Ardını oxu...
Təkcə onu qeyd etmək kifayətdir ki, Nazirliyin özünün müvafiq maliyyə monitorinqi nəticələri haqqında arayışına əsasən Milli Observatoriyada maliyyə çatışmazlığı və uyğunsuzluq 82,3 faiz həddində olmuşdur. Məhz elə buna görə publik hüquqi şəxs kimi yaradılmış və perspektivdə təsərrüfat hesablı müəssisəyə çevrilməsi və özünümaliyyələşdirməsi nəzərdə tutulan qurum zərərlə işləməkdə və faktiki olaraq dövlət büdcəsinə və minlərlə muzdlu işçinin və işəgötürənin aylıq ödənişlər apardığı İşsizlikdən Sığorta Fonduna yük olmaqda davam edir.
Beləliklə, “İsgəndərin buynuzu var” taktikası ilə yaralı qazi E.Şərifovun başına gətirdiklərini, habelə özlərinin sui-istifadə hallarını isti izləri itirmək, şahidləri işdən çıxarmaq məqsədi ilə Elmarın özünü, məni, şöbə müdirimi, onunla ünsiyyəti olan iki departament müdirini hədələyən və işdən çıxaranlar unutmuşdur ki, bu ölkənin qətiyyətli, müdrik, ədalətli dövlət başçısı var.

Hörmətli cənab Prezident,
Bu gün Sizin dahi sərkərdəliyiniz altında doğma torpaqlarını işğaldan azad etmiş Azərbaycan Qarabağda misilsiz tikinti-quruculuq, abadlıq işləri aparır, Qarabağımıza həyat qayıdır, Qarabağımız həyata qayıdır. Hər bir qəpik, hər bir manat dövlət vəsaitinin xüsusilə dəyərli olduğu belə məqamda hər bir qurum rəhbərinin, hər bir vəzifəli şəxsin ən ümdə borcu dövlət vəsaitlərinə xüsusilə qənaətlə, həssaslıqla yanaşmaq, onlardan mümkün qədər səmərəli istifadə etməkdir. Lakin əfsuslar olsun ki, adıçəkilən məmurlar bunu anlamır, anlamaq istəmir, bununla kifayətlənməyərək təcrübəli, peşəkar və dürüst əməkdaşları da iz itirmək, şahid saxlamamaq üçün işsiz qoyur. Sizdən bir Azərbaycan vətəndaşı, vətənini, dövlətini sevən bir mütəxəssis kimi qeyd olunan halları şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm.

İmza: Azər Osmanov
Şikayətçinin qaldırdığı iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Beyləqan rayonunun eksperti Fazil Məhəmməd oğlu Bayramov PMK 4 adlanan ərazidə bir hektardan artıq torpaq sahəsini necə əldə etdiyi müəmma doğuran hallardan biridir desək yanılmarıq.

Çünki, yerli sakinlər iddia edirlər ki, həmin torpaq sahəsində tikdirdiyi obyektlər heç də halal pullarla ərsəyə gəlməyib. Sakinlər israrla bildirirlər ki, bu adam öldürülən və ya xəsarət alan insanların qanları bahasına özünə var-dövlət toplamağı bacarıb. Bundan əlavə qeyd olunur ki, Fazil Bayramova məxsus "Naftalan Hotel"in içərisində quraşdırılmış vanna bir dəfə mazutla doldurulsa da onlarla insanları müalicə adı altında həmin mazut vannasından istifadə etdirməyə müvəffəq olurlar. Bu da insanların aldadılmasına xidmət edən hərəkət hesab olunur.

Maraqlısı isə budur ki, rayon eksperti mərkəzi xəstəxananın düz qarşısında özəl "AzMed Klinika" adlı müalicə mərkəzini necə tikdirib və içərisindəki bahalı avadanlıqları hansı pul vəsaiti hesabına əldə edib? Təbii ki, belə bir halın varlığı sual doğrultmaya bilməzdi. GundemXeber.Az-ın redaksiyasına verilən məlumatdan o da məlum olur ki, vətəndaşlardan binaya daxil olarkən müalicə adı altında hər birindən əlli manat pul da alınır.
Ardını oxu...
Şahidlərin isə saytımıza verdiyi məlumata görə, rayon eksperti Fazil Bayramov 02.12.2024-cü il tarixdə, saat 12:00 radələrində kabinetində xəstəni görmədən, müayinə etmədən telefonla danışaraq, rəy yazıb. Bu da azmış kimi telefonda danışan şəxsdən xəsarət alana ağır və ya yüngül rəy yazmağına dair fikir öyrənir. Elə bu fakt kifayət edir ki, cənab Fazil Bayramovun neçə-neçə insanların qanı bahasına böyük obyektlərə necə sahib olmasının şahidi olasan.
Yazıda adı çəkilən şəxsin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

GundemXeber.Az
 
Ardını oxu...
Hər birimiz əylənmək üçün restoranlara üz tuturuq. Bu həyatımızda, xüsusən də həftə sonu olur amma bəzən olur ki, özlərinə sahibkar adı qoyan işbazlar bundan istifadə edir. Demək olar ki, işlətdikləri məkanlar soyğunçuluqla məşğuldur.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunlardan biri də paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov 2q ünvanda yerləşən, əvvəl "Aliance Garden" kimi hal-hazırda isə "By Məcid Şou" kimi fəaliyyət göstərən məkanlardan birdir. Apardığmız araşdırmalara görə, bu məkanda bir sıra qayda pozuntuları olur ki, o da insan sağlamlığı üçün nəinki fəsadı var, həmçinin olduğca təhlükəlidir.

Qapalı məkanda qəlyan tüstüsündən göz açmaq olmur. Havalandırıcılar sıfır dərəcəsindədir, musiqili məkan kimi fəaliyyət göstərən bu restoranda ağız deyəni qulaq eşitmir. Məkana azyaşlı uşaqlar buraxılır, bundan əlavə yüngül həyat tərzi keçirən xanımlara da rast gəlmək olar.

Bu da azyaşlı uşaqların psixologiyasına travma yaşada bilər. Onların gələcəyi sual altında qalır. Restoranın qarşısında ictimai asayış hər gün olmasa da demək olar günaşırı pozulur. Spirtli içki qəbul edən müştərilər bir-birlərinə qarşı üfünət iyi verən söyüşləri, mübahisələri danışıb mübahisə ediləsi deyil.

Adını ailəvi restoran qoyan bu məkanın səhnəsinə çıxan bəzi müğənnilərin geyim tərzinə diqqət etsəz dincəlmək üçün getdiyniz hansısa hamamda bəylərə xidmət göstərən masajistkanın geyimindən heç də fərqlənmirlər. Sifariş etdiyiniz qidalarında ciddi problemlər olur, bütün günü özlərini 50 faiz endirimlə reklam edən məkanın qidasında təbiki problem olacaq.

Necə olur bazar qiyməti ilə ölçülən 15-16 manatlıq ətin kilosunu 7-8 manata alasan? və yaxuda bazar qiyməti ilə sənə təqdim olunan 50-60 manatlıq içki müştəriyə 25-30 manata satıla? Təbii ki, bu suallara və nöqsanlara bu məkanda nə qədər ki zəhərlənmədən ölən müstəri olmayıq Qida Təhlükəsizlik Agentiliyi araşdırma aparıb tədbirin görəcəyinə ümüd edirik. Məkanda bununla da nöqsanlar bitmir, sonda ödəniş zamanı ödənişi post-terminalla etmək istədikdə xidmətçi terminalın işləmədiyini, ödənişi kartdan-katda etməyi təkli edir.

Bu da qanun pozuntusudur, vergidən yayınmaqdır bununlada bağlı son vaxtlar aidiyyəti qurumların ciddi şəkildə cəza tədbirlərinin şahidi oluruq. Məkanda fəaliyyət göstərən onlarla işçinin əmək müqaviləsi də yoxdur

"Azərbaycan Reallığı"na daxil olan məlumata görə barəsində bəhs etdiyimiz məkanın icaradarı Zöhrab adlı şəxdir. Bu şəxs özünü Qarabağ müharibəsi iştırakçısı kimi təqdim edir amma hansısa məsələdə məhsuliyyəti öz üzərindən asanlıqla atıb özünə yaxın olan hansısa şəxsin üzərinə qoyur. Üstəlik ona yaxın olan şəxsin şəxsiyyətini də asanlıqla alçalda bilir. Bir sözlə, Zöhrab müəllim bu işin peşəkarıdır.

Sadaladıqmız bir neçə ciddi nöqsanlarla bağlı ümidvarıq aidiyyəti qurumlar araşdırmalar aparıb öz tədbirlərini görəcəklər. Bizim işimiz isə gördüyümüz problemi yazıb ictimailəşdirməkdir. Araşdırıb qərar vermək isə adiyyəti qurumların üzərinə düşür
Yazıda adı çəkilən tərəflərin mövqeyi olarsa onların da mövqeyini dərc etməyə hazırıq
Ardı olacaq bizi izləyin...
 
 
 
Ardını oxu...
"Son günlər Bakının Sabunçu rayonunda həyata keçirilən kütləvi söküntülər medianın əsas diqqət mərkəzindədir. Vətəndaşların dediklərindən belə məlum olur ki, Sabunçu ərazisində həyata keçirilən söküntülərin “tarixi” Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin rəisi Ruslan Əliyevə gedib çıxır..." Bu barədə "DİA-AZ"a göndərilən məlumatda deyilir.
Məlumatda daha sonra bildirilir: "İllər öncə vətəndaşlardan aldğı “şirinlik” qarşılığında onlara qanunsuz tikinti işləri üçün icazə verən Ruslan Əliyev, bu gün yüzlərlə insanın faciəsini soyuqqanlı şəkildə izləməkdə, heç bir şey olmamış kimi gündəlik yaşamına davam etməkdədir.
Maraqlıdır ki, Bakı şəhərində qanunsuz tikililərə qarşı mübarizə aparmalı olan Ruslan Əliyev, özü bu cür tikililərin geniş vüstə almasına şərait yaradıb, bu tikililərdən toplam milyonlarla manat məbləğində gəlir əldə edib.
Ruslan Əliyevlə bağlı hüquqi müstəvidə aparılan ilkin araşdırmalar nəticəsində bəlli olub ki, əmlak məmuru “vahid pəncərə” sisteminə də müdaxilə edib, bu mütərəqqi sistemin şəffaf qaydaları əsasən bəlli torpaq sahələri üzərində qanuni sahiblik əldə edən şəxlsərin hüququnu pozub.
Belə ki, Ruslan Əliyevin qanunsuz tikililərə icazə verdiyi ərazilər arasında “vahid pəncərə” sistemindən keçən və başqa vətəndaşlara aid olan torpaqlar da mövcuddur. Bu isə o deməkdir ki, Ruslan Əliyev qanunsuz tikililərə göz yummaqla yanaşı, həm də bir qisim vətəndaşa aid olan torpaq sahəsinin başqa şəxslər tərəfindən mənimsənilməsinə və onların bu torpaqlarda özbaşına tikililər aparmasına da göz yumub, buna bilavasitə şərait yaradıb.
Artıq Ruslan Əliyevin hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edildiyi bildirilir. Araşdırma nəticəsində Ruslan əliyevlə bağlıdigər qanun pozuntularının da üzə çıxma ehtimalı böyükdür..."

DAVAMI OLACAQ...
 

Dünyapress TV

Xəbər lenti