Goranboyun Statistika İdarəsini əslində kim təmir edib –
Bir müddət əvvəl 2024-cü ilin noyabr ayında Goranboy rayon Statistika İdarəsində cari təmir üçün dövlət büdcəsindən ayrılmış vəsaitin növbəti cinayət tərkibi ilə icra olunaraq mənimsənilməsi haqqında elektron mediada məlumatlar yayılıb. Ətraflı BURADA...

Aktualinfo.org sözügedən məlumatlar ətrafında apardığı araşdırmanı təqdim edir.

Goranboy rayon Statistika Idarəsi tərəfindən inzibati binanın cari təmiri üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş kotirovka sorğusunda “YO-TQ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.126 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının internet portalında 07.11.2024-ci ildə dərc edilib.

Bundan əlavə Goranboy rayon Statistika Idarəsi tərəfindən qaz xəttinin çəkilişi üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş kotirovka sorğusunda “GASPROM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4.731,63 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının internet portalında 16.11.2024-ci ildə dərc edilib.

Qeyd edək ki, Goranboy rayon Statistika Idarəsi Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

Göründüyü kimi Goranboy rayon Statistika Idarəsi hər iki kotirovka sorğusunu təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan şirkətlər olduğu halda, şübhəli MMC -lər ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YO-TQ” (VÖEN: 6100200071) Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.08.2007-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, GORANBOY RAYONU, XANQƏRBƏND, qanuni təmsilçisi kimi isə Bayramova Minayə Muxtar qızı qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə MMC-nin Səfərov Yunis Məmməd oğlu tərəfindən təsis olunduğu göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Goranboy rayonunun Xanqərvənd kəndində Bayramova Minayə Muxtar qızı və Səfərov Yunis Məmməd oğlu adında seçicilərin olmadığını aşkarladıq.

Qeyd edək ki, elektron mediada yayılan məlumatlarda “YO-TQ” MMC-nin işçilərinin olmadığını,Goranboy Statistika İdarəsinin rəisi Səxavət Qədirovun cari təmir işlərinin icrasını tikinti müəsisinə deyil, öz üzərinə götürduyu yazılır. Beləki, təmir işləri Statistika idarəsinin rəhbəri tərəfindən günəmüzd şəkildə gətirilmiş ixtisassiz fəhlələr ( bəzləri isə həmkəndliləri olmaqla) qeyri peşəkarlıqla, ümumilikdə 15 nəfərdən yuxarı işçilər tərəfindən qismən yerinə yetirilmişdir. Ümumiyyətlə 2024-cü ilin noyabr ayında işlər görülərkən həmin ümumilikdə 15 nəfərdən yuxarı işçilərlə cəmiyyət arasında heç bir əmək müqaviləsi bağlanmamış, materilaın alınması tikinti təşkilatınin vasitəsi ilə təşkil edilməmişdir.

Aktualinfo.org bütün bu araşdırılan və mediada göstərilən məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə Goranboy rayon Statistika Idarəsinin Satınalma Komissiyasına sorğu ünvanlamışdır. Sözügedən İdarədən sorğumuza verilən cavabda bildirilir ki, “Sizin sorğunuza cavab olaraq bildiririk ki, Goranboy rayon Statistika idarəsinin satınalma komissiyası tərəfindən iki dəfə (16.07.2024, 30.07.2024) dövlət satınalmalarının vahid internet portalı olan “e-tender” satınalma portalında kortirovka sorğusu elan edilmişdir, lakin hər dəfə təklif təqdim edən təchizatçıların sayının qanunvericiliklə müəyyən edilmiş saydan az olması səbəbindən keçirilmiş kortirovka sorğuları ləğv edilmişdir. Bu səbəbdən, Goranboy Rayon Statistika İdarəsinin inzibati binasının cari təmir işlərinin görülməsi üçün bir mənbədən satınalma metoduyla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 31.10.2024-cü il tarixli razılıq məktubu əsasında podratçı “YO-TQ” MMC ilə idarə tərəfindən müqavilə bağlanılmışdır. Bağlanmış müqavilədə layihə smeta sənədlərində nəzərdə tutulan cari təmir işləri əvvəldən sonadək “YO-TQ” MMC tərəfindən tam və keyfiyyətlə yerinə yetirilmişdir.

Həmçinin bildirmək istəyirik ki, idarənin binasına qaz xəttinin çəkilişi üçün də dövlət satınalmalarının vahid internet portalı olan “e-tender” satınalma portalında üç dəfə (05.07.2024, 25.07.2024, 19.09.2024) kortirovka sorğusu keçirilmişdir, lakin hər dəfə təklif təqdim edən təchizatçıların sayının qanunvericiliklə müəyyən edilmiş saydan az olması səbəbindən keçirilmiş kortirovka sorğuları ləğv edilmişdir. Bu səbəbdən, Goranboy rayon Statistika idarəsinin inzibati binasına qaz xəttinin çəkilişi üçün bir mənbədən satınalma metoduyla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 04.11.2024-cü il tarixli razılıq məktubu əsasında podratçı “GASPROM” MMC ilə idarə tərəfindən müqavilə bağlanılmışdır. Qaz xəttinin çəkilişi layihə smeta sənədləri əsasında “GASPROM” MMC tərəfindən yerinə yetirilmişdir.”
Qeyd edək ki, Goranboy rayon Statistika Idarəsinin sorğumuza cavabında hər şeyin qanun çərçivəsində olduğu bildirilir. Lakin sorğuda bir sual cavabsız qalıb. MMC-ni kimlər idarə edir? Goranboy rayonunun Xanqərvənd kəndində seçicilərin siyahısında adı olmayan Bayramova Minayə Muxtar qızının görəsən bu işlərdən xəbəri varmı? Ümumiyyətlə bir mənbədən satınalma metodu ilə keçirilmiş kotirovka sorğusunda təchizatçıların müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, təcrübəsi,əmək müqaviləsi olan işçi qüvvəsi, maliyyə imkanları nəzərə alınırmı? Yoxsa elə bir mənbədən deyib kiminlə gəldi müqavilə bağlanılır. Bu sualın cavabını isə yəqin ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində axtarmaq lazım gələcək.
Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

26 Fevral 2025 Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO
26 Fevral 2025 Vidadi İsayevin "qoçusu" Bərdədə "qan uddurur" -VIDEO
26 Fevral 2025 “Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
26 Fevral 2025 Xətaidə Rafiq Quliyev üçün.... -“Yenə həmin dalğa, yenə həmin koordinat..”
26 Fevral 2025 Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
26 Fevral 2025 "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
26 Fevral 2025 "Kömək edin... Şahmar ibadov bunuda etdi?" - Keçmiş İcra Başçısının 1 ci müavinindən şikayət... AUDİ yazı/İDDİA
25 Fevral 2025 Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
25 Fevral 2025 Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…
25 Fevral 2025 Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
25 Fevral 2025 Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə?
25 Fevral 2025 Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər
25 Fevral 2025 Göyçayda sələmçi qadın qoçuluq edir?- İDDİA/VİDEO
24 Fevral 2025 Sumqayıt QİS(Qaz İstismar Sahəsi)-də əndrəbadi kadr siyasəti: "20-40 il texnik işləyən müxtəlif yaşlarda olan qadınların çilingər keçirdirlər!"
24 Fevral 2025 Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
23 Fevral 2025 Şabranın Günəşli kəndində təhsilin günəşi söndürülüb
23 Fevral 2025 Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT
23 Fevral 2025 Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
23 Fevral 2025  İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
22 Fevral 2025 Yasamalın icra başçısı qanunları belə pozdu — FOTOLAR

Dünyapress TV

Xəbər lenti