“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… -
Son günlər Biləcəri qəsəbəsində yerləşən 301 saylı tam orta məktəbdə ağlasığmaz hadisələrin baş verməsi ilə bağlı “Yeni Çağ”ın redaksiyasına şikayət daxil olub.

Şikayət məktubu göndərən müəllimlərin sözlərinə görə, onlar məktəbin direktoru Sevda Sarıyeva tərəfindən təhqir olunur, incidilirlər. Hətta kollektivdən açıq formada rüşvətin tələb olunduğu və saatların satıldığı da iddia olunur.

“Bizdən dərs saatına görə yüksək məbləğdə pul – 500-600-700 manat tələb edir. Əlimizdə səs yazısı da var. Müəllimləri şagirdlərin və valideynlərin yanında “armudbaş”, “hinduşkabaş”, “qabiliyyətsiz”, “həşərat” kimi sözlərlə təhqir edir, kollektivi DTX ilə hədələyir”, – deyə müəllimlərdən biri əməkdaşımızla söhbətində vurğulayıb.

Kimya müəllimi Ruhəngiz Bədirovanın dedikləri isə lap maraq doğurur:

“Sevda Sarıyeva bu il məktəbdə 5 yaşlılar üçün qrup açmadı. Bu da növbəti tədris ilində bizim məktəbdə 1-ci sinfin olmayacağı deməkdir, yəni bazamız yoxdur. Bəhanə isə odur ki, məktəbin ibtidai sinif korpusu qəzalı vəziyyətdir. Halbuki, bu “qəzalı vəziyyəti” Sevda Sarıyevadan başqa heç kim görmür. Hətta FHN-nin belə bundan xəbəri yoxdur. Bizdə olan məlumata görə, məktəbin ərazisi kimlərinsə marağındadır və burada bina inşa ediləcək və bundan da direktor özü də maraqlıdır. Biz Sevda Sarıyevanın özbaşınalığı və “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə etdiyi idarəçilikdən boğaza yığılmışıq”.

Digər müəllim R. Gülnarənin sözlərinə görə, onların şikayət etmədiyi qurum yoxdur:

“Amma Sevda Sarıyeva haqqında heç bir ölçü götürülmür, eləcə “ xəbərdarlıq edildi” deyə cavab alırıq. Bizim ingilis dili müəllimimiz Mətanət Qafurzadə baş verənlərə dözməyib insult keçirtdi. Sevda Sarıyeva isə gülərək bizə deyir ki, “mənə bata bilməyəcəksiniz, mənim güclü dayağım var”.

Məktəbin digər müəllimləri A. Gülüyeva, N. Aslanova, Z. Əhmədova, S. Kərimova, F. Dəmirova ,S. Cəlilova ,G. Rəsulova və digərləri də həmkarlarının fikirlərini təsdiqləyərək, aidiyyəti qurumlardan 301 saylı məktəbdə baş verən özbaşınalıq və xaos şəraitinə qarşı bir ölçü götürülməsini xahiş edirlər. Müəllimlərin ən böyük narahatlığı isə odur ki, hər il onlarla şagirdi ən yüksək balla ali məktəbə qəbul olan bu məktəbin taleyini Sevda Sarıyevanın ədalətinə etibar etmək olmaz.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti