![]() |
![]() ![]() ![]() |
|
Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov "Toyota" markalı avtomobili ilə piyadanı vuraraq öldürməkdə şübhəli bilinir.
APA xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb.
Bildirilib ki, Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.
"Hadisədən dərhal sonra Tural Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb. Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir", - qurumun mətbuat katibi Rəşad Mehdilinin "Facebook"da yaydığı açıqlamada deyilir.
***
Xəbər verdiyimiz kimi Qaxda "Toyota" markalı minik avtomobili piyadanı vuraraq öldürüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.
***
Qaxda maşın piyadanı vuraraq öldürüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllimləri təhqir edərək “hinduşkabaş” deyən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səs yazısı üzə çıxıb.
Globalinfo.az-ın əldə etdiyi səs yazısında direktorun müəllimlərdən pul yığdığı məlum olub.
Belə ki, o, müəllimlərə hər bir şagirddən 100 manat yığmağı tapşırıb. Səsdən aydın olur ki, pulu yığa bilməyən müəllimə töhmət verilib.
Sevda Sarıyevanın mövqeyini dərc etməyə hazırıq.
Səs yazısını təqdim edirik:
Zaira Akifqızı
Globalinfo.az