Ardını oxu...
Bir neçə müddət əvvəl Azərbaycanın diplomatik korpusunda aparılan təmizləmə işləri diplomat Ramiz Vəliyevin və başqalarının həbsi ilə yenidən aktuallaşdı.

Artıq XİN strukturlarında başlayan həbs dalğasının hazırki əməkdaşlarla yanaşı nazirlikdə yüksək post tutmuş bir sıra adamları da vuracağı bəlli olub.

Gununsesi.info-nun xəbərinə görə, həbsi gözlənilən şəxslərdən biri də xarici işlər nazirinin sabiq müavini Nadir Hüseynovdur.

Belə ki, aparılan araşdırmalar zamanı Nadir Hüseynovun nazir müavini işlədiyi dövrlərdə ağlasığmaz əmlak əldə etdiyi üzə çıxıb.

Gununsesi.info onun Bakı şəhərində olan biznes obyektlərinin bir neçəsinin yerini müəyyən edib.

XİN-nin sabiq müavini də həbsin bir addımlığında
Ardını oxu...
Buraya Nərimanov rayonunda yerləşən məşhur “Cənnət Gəncə” restoranı, Nəsimi Rayonundakı “Nəsimi bazarı”, Səbail Rayonunda dənizkənarında böyük sahəyə malik restoran, Badamdarda yanacaqdoldurma məntəqəsi, paytaxtın müxtəlif ünvanlarında çoxsaylı mağazalar, habelə onlarla mənzil daxildir.

XİN-nin sabiq müavini də həbsin bir addımlığında
Ardını oxu...
Məlumatda o da deyilir ki, Nadir Hüseynov Səbail rayonunda yeni inşa etdiyi restoranı deputat Cavanşir Paşazadəyə icarəyə verib.

Mənbəmiz Cavanşir Paşazadənin elə həmin obyektin qarşısından olan fotosunu da təqdim edir:

XİN-nin sabiq müavini də həbsin bir addımlığında
Ardını oxu...
Araşdırmamız zamanı Nadir Hüseynovun Türkiyədə də böyük biznes imperiyası qurduğu bəlli olub.

Bu işin başına isə o, AZAL-ın Türkiyədəki təmsilçiliyində işə götüzdürüyü oğlu Məhəmməd Hüseynovu qoyub.

XİN-nin sabiq müavini də həbsin bir addımlığında
Ardını oxu...
Onun digər oğlu Hüseyn Hüseynov Azərbaycanın xaricdəki səfirliklərinin birində çalışsa da bizneslə məşğuldur.

Onu da qeyd edək ki, bir sıra media orqanlarında da Nadir Hüseynovun fəaliyyəti haqqında sensasion iddialar irəli sürülüb.

Bildirilir ki, Nəsimi bazarının yerində inşa edilən “Olympus Nəsimi Kompleksi” Nadir Hüseynova məxsusdur.

Məlumatlarda onun Türkiyədən başqa ərəb ölkələrində, xüsusilə Birləşmiş Ərəb Əmirliklərində böyük biznesinin olduğu deyilir.

Göründüyü kimi nazir müavini olduğu müddətdə qanunsuz yollarla varlanan Hüseynov bir müddət təhlükəsizlik mühitində yaşayıb.

Ancaq son proseslər və yayılan bilgilər onun üçün qarşıda həbs yolunu göstərir.

Bəzi məlumatlara görə, o, ölkəni tərk etmək istəsə də buna risk etməyib.
 
Ardını oxu...
Cəbrayıl rayon sakini Həşimov Habil Fehruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev ona məxsus olan obyekti ələ keçirib:

“Bildirim ki, 2014-cü ildə Cəbrayıl rayonunda olan məcburi köçkünlər üçün Biləsuvar rayon ərazisində salınmış Cəbrayıl qəsəbəsində xırda ticarətlə məşğul oluram. 2014-cü ildə Cavanşir adlı şəxsə aid olan 13 otaqlı ticarət obyektini 20 min manata satın almışam. Bununla bağlı Cəbrayıl rayon İcra Hakimiyyətindən ilkin rəsmi sənədləri də almışam. Həmin vaxtdan otağın birini 80 manat müqabilində Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin hazırkı direktoru Sənan Mehralıyevə icarəyə vermişəm. Bunu Sənan Mehrəliyevin özü də prokurorluğa verdiyi ərizədə təsdiq edib.

Sənan Mehrəliyevin bir müddət sonra Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru təyin edildi. Cəbrayıl rayon İcra Hakimiyyətinin 1-ci müavini Tapdıq Nəsirovla yaxın dost münasibəti olduğundan, bundan sui-istifadə edərək 2023-cü ildə saxta sənəd alıb, obyektimi qardaşı Mehralıyev Elxan Alış oğlunun adına rəsmiləşdirmişdir. İndi nə obyektin pulunu, nə də aylıq hər otağa düşən 80 manat icarə pulunu vermir.

Qeyd edim ki, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev barəsində 2021-ci ildə Cəbrayıl Rayon Prokurorluğunda CM-nin 311.2 maddəsi ilə (rüşvət alma) cinayət işi açılıb. Hazırda iş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin icratındadır. Belə bir məmur indi də mənə məxsus obyekti mənimsəməklə məşğuldur”.

Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Xırdalan şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva məktəbin direktoru Gülnaz Kərimovanı və tədris hissə müdirini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Bakupost.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsinə müraciət edən müəllim direktorun və tədris hissə müdirinin Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.
V.Həziyeva direktorun onu şagirdlərin və məktəb işçilərinin yanında təhqir etdiyini, ləyaqətini alçaltdığını deyib.
Həmçinin məlum olub ki, müəllimlə direktor arasında bir müddətdir narazılıq var və V.Həziyeva məktəb rəhbəri barəsində mətbuatda da tənqidi fikirlər səsləndirib.
Abşeron Rayon Məhkəməsi V.Həziyevanın müraciətində Cinayət Prosessual Məcəlləsinin bəzi tələblərinin pozulması, təqdim edilmiş sənəd və sübutların tam olmaması qənaətinə gəlib. Bu səbəbdən ərizə icraata qəbul edilməyib.
 
 
 
Ardını oxu...
Azərbaycanda plastik cərrahiyyənin qurbanlarının sayı günbəgün artır. Pasiyentlər özünü plastik cərrah kimi təqdim edən həkimlərin və qanunsuz əməliyyatların açıq bazarı olan bir sıra özəl klinikaların daha çox qazanmaq hərisliyinin qurbanı olur.
Bakupost.az xəbər verir ki, özü ixtisasca həkim olan, müəyyən səbəblərə görə adının açıqlanmasını istəməyən pasiyent "MedAura" klinikasına üz tutduğu gündən həyatı cəhənnəmə dönüb.
Ardını oxu...
Belə ki, klinikanın baş həkimi, özünü peşəkar “plastik cərrah” kimi təqdim edən Nigar Məhəmmədova xəstəni əməliyyata alıb.
Pasiyent deyir ki, o, sadəcə burnunun ucundakı ətliliyin incəldilməsini istəyib:
"Dedilər, burda çətin bir iş yoxdur. Qiymət də münasib idi. Amma nəticədə burnumu elə kəsdilər ki, uc hissə demək olar qalmadı. Burnum atrofiya oldu, əyildi, toxumada nekrotik hal yarandı. Sağaldıqca daha da atrofiyalaşdı. Bir müddət mübahisədən, mübarizədən sonra ikinci əməliyyatı etdilər. Guya düzəldəcəkdilər. Amma bu dəfə də uğursuz oldu və həmin klinikada mənim ikinci əməliyyatımı edən iranlı həkimin də sonradan Lor həkim olduğunu öyrəndim”.
Bu əməliyyatlardan sonra 1 il həyatı kabusa dönən, maska ilə gəzməyə məcbur olan pasiyentin klinika rəhbəri ilə mübarizəsi hüç bir nəticə verməyib. Onlar səhvlərini boyunlarına almayıblar. Deyirlər ki, "burnundan narazısansa, biz yenidən əməliyyat edək, başqa həkimə getmə”...
Ardını oxu...
Şikayətçinin sözlərinə görə, sonradan Baş həkim Nigar Məhəmmədova rəsmi məktub imzalayaraq, kompensasiya məqsədilə əməliyyata verdiyi pulu qaytaracağını bildirib. Lakin zərərçəkmiş təkrar rekonstruktiv əməliyyat üçün hansı cərraha üz tutursa, ya imtina edirlər, ya da 7-8 min manat tələb olunur. Baş həkim isə bu xərci ödəməyəcəyini bildirib. Üçüncü rekonstruktiv əməliyyat xəstəyə 7500 manata başa gəlib:
“Hələ də reabilitasiya keçirəm, burnumda ciddi çapıqlar var. Burnum daha heç vaxt sağlam olmayacaq”.
Beləliklə, sadə bir əməliyyatın yanlış aparılması nəticəsində pasiyent daha 2 dəfə əməliyyat keçirməli olub, ağır psixoloji və mənəvi sress keçirib, görünüşünə, eləcə də sağlamlığına ciddi xələl gəlib. Hazıra onun üzü və burnunda kobud çapıqlar qalıb. "MedAura" klinikası isə sadəcə, əməliyyat üçün aldığı 3000 manatı qaytarmaqla işi bitmiş hesab edib.
Ardını oxu...
Plastik cərrah kimi fəaliyyət göstərmək icazəsi olmayan həkimlər çoxdur. Nigar Məhəmmədovanın sertifikat və diplomunda nə yazıldığı isə məlum deyil. Səslənən ittihamlara gəlincə, o, baş verən hadisənin faciə olmadığını bildirib:
"Belə hadisələr olur. Biz ona dedik ki, başına belə hadisə gələn pasiyentlərimizi yarı yolda qoymuruq. Təklif etdik ki, üçüncü əməliyyat üçün həkimlər çağıraq. O isə razı olmadı, gedib başqa həkim tapdı. Həmin həkimin pulunu ödəmək kimi bir öhdəliyimiz yoxdur. Biz yalnız aldığımız pulu qaytara bilərik".
Ardını oxu...
 
Ardını oxu...
Ötən ay Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası dünyanın bütün dövlətlərinin, beynəlxalq təşkilatlar və fondlarının diqqətini Azərbaycana çəkdi. Sözügedən mötəbər tədbirə Azərbaycan hökumətinin yüksək səviyyədə hazırlaşması, yüz minə yaxın rəsmi qonaq və turistlərin rahat, təhlükəsiz qəbul edilib yola salınması bir daha ölkəmizin qüdrətinin miqyasından xəbər verirdi.

Təəssüflər olsun ki, KOB-29 kimi mötəbər tədbirə ev sahibliyi edən Bakı şəhəri özü də ciddi ekoloji problem yaşamaqdadır.

Belə ki, paytaxtda aparılan qanunsuz tikililər, şəhərsalma-məskunlaşma normalarına cavab verməyən iaşə obyektlərinin inşası şəhərin ekoloji tarazlığını daha da pozub.

AzFakt.com-un əməkdaşı Bakı şəhərinin mərkəzi və ətraf ərazilərinin ekoloji vəziyyəti ilə bağlı reportaj hazırlayarkən şəhərdə bəzi iş adamlarının şəxsi mənfəətləri naminə daha sözün əsl mənasında təbiətə qənim kəsildiklərinin şahidi olub.

Onsuzda yaşıllıq sarıdan ciddi problemləri olan Bakı şəhərində olan-qalan 5-10 ağac qalıb ki, onlar da yuxarıda da qeyd etdiyimiz kimi bəzi sahibkarlar tərəfindən məhv edilməkdədir.

Apardığımız müşahidələr zamanı məlum oldu ki, paytaxtda ağaclara qənim kəsilən müəssisələrdən biri də Binəqədi rayon ərazisində - Bakı-Sumqayıt yolunun kənarında fəaliyyət göstərən "EvroHome" inşaat malları bazarıdır.

Qeyd edək ki, bir zamanlar yaşıllıq yerləşən bu ərazidə nədənsə gecələr ağaclar yavaş-yavaş yoxa çıxdı və əvəzində tikinti bazarı peyda oldu.

Amma gözlənilirdi ki, təbiətin məhvi hesabına böyüyən, ərsəyə gələn bu inşaat bazarı heç olmasa günahlarını yuyaraq qazandıqları milyonlardan qəpik-quruş ayırıb magistral yolun kənarında bir-iki ağac əkəcəklər. Lakin təəssüflər olsun ki, paytaxtın ən böyük bazarlarından biri olan "EvroHome"-nin rəhbərliyi magistral yolun kənarında olan 4-5 şam ağacını da məhv edib.

Hər ay yüz min manatlarla vəsait qazanan bazarın 4-5 ağacın həyatına qənim kəsilməsi- onların qurumasına göz yumması qaranlıq mətləblərdən xəbər verir.

Xatırladaq ki, EvroHome bazarı oliqarx Azay Möhnətova məxsusdur.
Ardını oxu...

Azay Möhnətovun Bakıda xeyli sayda bazarı, isrirahət mərkəzləri var.

EvroHome bazarı bir neçə il öncə yanmışdı. Hadisə zamanı sahibkarla külli-miqdarda ziyan dəymişdi.

Bazarda sahibkarlardan hər ay yüz min manatlarla icarə pulu yığılır.

EvroHome bazarının sahibkarlardan yığılan icarə haqqından nə qədərinin vergi ödədiyi barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Məsələ ilə bağlı EvroHome rəhbərliyinin münasibətini örgənə bilmədik
 
Ardını oxu...
Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, “Dördyol-1” qəsəbəsi, ev 1231 ünvanında yaşayan keçmiş məcburi köçkün Sadıqova Mətanət Əli qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Nəbiyev Canəli Xanəli oğlu tərəfindən hüquqlarının pozulması səbəbi ilə Ağdam rayon Prokurorluğuna şikayət edib.

Daha öncə də Moderator.az hüquqlarının pozulduğunu iddia edən vətəndaşın xahişini nəzərə alaraq onun şikayət ərizəsi olduğu kimi yayımlamışdı.

Şikayətçi I vitse-prezidentə müraciətində Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Nəbiyev Canəli Xanəli oğlunun vəzifə səlahiyyətlərini aşaraq cinayət məsuliyyəti yaradan davranış və hərəkətlərə yol verdiyini bildirmişdi.
Ardını oxu...
Sadıqova Mətanət Əli qızının Ağdam rayon Prokurorluğuna ünvanladığı şikayət ərizəsini təqdim edirik:

"Hörmətli Prokuror!

Mən Bakı şəhərində Respublika Klinik Xəstəxanasında 30 il, Ağdam rayon Mərkəzi Xəstaxanasında isə 2012- ci ildən həkim kimi fəaliyyət göstərmişəm. 2020- ci ildən isə Ağdam rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri vəzifəsində işləyirəm. Həmişə nümunəvi işimə görə dəyərləndirilmişəm.
2024-cü ilin may ayının 14-dən Canəli Nəbiyev "Ağdam rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru təyin edildikdən sonra, tutduğum qulluq mövqeyinə görə onun tərəfindən ayrıseçkiliyə məruz qoyulmuşam. Belə ki, Canəli Nəbiyev "Ağdam rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru təyin edildikdən qısa müddət sonra müdiri olduğum Ailə Sağlamlıq Mərkəzi şöbəsini Quzanlı qəsəbəsində yerləşən Mərkəzi Xəstəxanadan, mərkəzdən təxminən 10 km aralıda yerləşən, gediş-gəlişin olmadığı Xındırıstan kənd həkim məntəqəsinin binasına köçürmək barədə qərar verdi. Onun bu qərarı hansı niyyətlə etdiyini deyə bilmərəm. Lakin həmin qərar açıq surətdə bizim şöbənin işini çətinləşdirdi. Odur ki, mən şöbə müdiri kimi bu qərara etiraz etdim. Çünki, köçürülməli olduğumuz bina şöbənin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün zəruri avadanlıq, cihaz, generator, laboratoriya, TƏBİB-in internet xətti və s. ilə təchiz olunmamışdı. Bu, işin yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir və əhali arasında narazılığa səbəb olurdu. Mənim Direktorun qəbul etdiyi qərara etiraz etməyim, onun mənə qarşı qərəzli mövqe tutmasına səbəb oldu. Direktor əsassız olaraq məni sıxışdırır, mənə qanunsuz olaraq intizam cəzası verir və əsassız olaraq təhqir edirdi. Mən bu cür haqsızlıqlara qarşı qanun çərçivəsində mübarizə aparmağa çalışırdım. Mübahisələrimiz hətta məhkəmə müşavirəsinə çıxmış və mənim haqlı olduğum sübuta yetirilmişdir.

Belə ki, direktor Canəli Nəbiyev 09 sentyabr 2024-cü il tarixdə müxtəlif xəstəxanalara yazılı müraciət ünvanlayaraq, cinayət xarakterli əməllər törətdiyimi bəyan edərək, mənim müalicə üçün xəstəxanaya qəbul edilməməyimi xahiş və tələb etmişdir. Əslində onun bu hərəkəti mənim qulluq mövqeyimə görə ayrı-seçkiliyə məruz qoyulmağımın bariz təzahürü idi. Canəli Nəbiyev məhz Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri kimi qulluq mövqeyimə, yəni şöbə müdiri vəzifəsində işlədiyimə, onun qanunsuz qərarlarına etiraz etdiyimə görə mənə qarşı ayrı-seçkilik edərək, mənim sağlamlığımı qorumaq hüququmun həyata keçirilməsinə mane olurdu.

Canəli Nəbiyevin mənə qarşı tutduğu mövqe, onun mənə münasibətdə yol verdiyi əməllər intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi üçün həm hüquqi, həm də faktiki əsaslara malikdir. Mən hazırkı ərizə ilə Canəli Nəbiyevin istintaqı məhz prokurorluğa aid olan əməllərinə istinad etməklə onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.2, 308.1 və 309.1-ci maddələri ilə cinayət işinin başlanmasına və onun cinayət məsuliyyətinə alınmasını xahiş edirəm.

“Ağdam rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Canəli Nəbiyevin bir çox xəstəxanalara müraciət edərək müalicə məqsədi ilə xəstəxanaya qəbul edilməməyimi xahiş və tələb etməsi ilə bağlı məktubu qeyd etdiyim hər üç cinayət üzrə faktiki əsası təşkil edir. Həmin məktubun surətini əldə etdiyimə görə onu sübut növü kimi ərizəmə əlavə edirəm.

Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsi isə müəyyən edir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Beləliklə, sağlamlığın qorunması hüququ, yəni müalicəyə ehtiyacı olan şəxsin müalicə müəssisəsinə qəbul olunaraq müalicə almaq hüququ Konstitusiya ilə müəyyən edilir. Bu hüququ heç kəs məhdudlaşdıra və ya qadağan edə bilməz. Belə bir səlahiyyət Direktor Canəli Nəbiyevə də verilməyib. Onun müalicə müəssisəsinə qəbul olunmağımı qadağan etməsi, Konstitusiyada nəzərdə tutulan sağlamlığın qorunması hüququnun pozuntusunu təşkil edir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 3-cü maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifəsi kimi müəyyən edir. Direktorun məktubu həm də əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifəsinin yerinə yetirilməməsinə yönəlmiş göstərişdir. Qanunun 10-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.


Direktor tərəfindən yazılmış məktub onun barəsində CM-nin 154.2-ci maddəsi ilə cinayət işinin başlanması və onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

CM-nin 154-cü maddəsinə əsasən:

154.1 İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma -
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilə qədər müddətə islah işləri ilə cəzalandırılır.

154.2 Eyni əməllər vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

İki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mənim müalicə müəssisəsinə qəbul olunma imkanımdan məhrum edilməm hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozmuşdur. Buna görə də, Direktor Canəli Nəbiyev CM-nin 154.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Ağdam rayonu üzrə əhalinin sağlamlığının qorunması sahəsində işin təşkilinə cavabdeh olan vəzifəli şəxs, Direktor Canəli Nəbiyevin sağlamlığının və tibbi yardıma ehtiyacı olan şəxsin xəstəxanaya müalicə üçün qəbul edilməməsi ilə bağlı xəstəxanalara yazılı müraciət etməsi, onun özünün vəzifə səlahiyyətlərini aşmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dəlalət edir.

Direktorun həmin əməli həmçinin vəzifə səlahiyyətlərini aşması kimi də dəyərləndirilməlidir. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda bu əməl Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin tərkibini yaradır.

Direktorun həmin məktubu yazması vətəndaşın Konstitusiyada nəzərdə tutulmuş hüququnun həyata keçirilməsinə vəzifə səlahiyyətlərini aşmaqla mane yaradılmasına həm vətəndaşın, həm də dövlətin qanunla qorunan hüquq və mənafelərinə mühüm zərər vurduğuna görə cinayət kimi dəyərləndirilməlidir.
Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, vəzifəli şəxsin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Nəticədə həm insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları, həm də dövlət orqanlarının normal fəaliyyəti pozulur.

Cinayət Prosessual Məcəlləsinə əsasən, CM-nin 154.2 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin istintaqı rayon prokurorluqlarının səlahiyyətlərinə aiddir.
Qeyd olunanlara əsasən, Canəli Nəbiyev haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.2 və 308.1-ci maddələri ilə cinayət işinin başlanması və onun cinayət məsuliyyətinə cəlb olunması tələb olunur."

***
Həkim Sadıqova Mətanət bildirib ki, Canəli həkimin 3 ayda kollektivə rəhbərlik etdiyi müddətdə 70 nəfərə yaxın əməkdaşa töhmət verib, bir neçə əməkdaş isə Canəli həkimin əlindən didərgin düşüb:

"Atalarımızın gözəl bir misalı var. Deyirlər ki, xoruz yox idi səhər açılmırdı?.. Bəyəm Canəli həkim yox idi Ağdamda tibbi xidmət yox idi? Əlbəttə var idi. Özü də çox yaxşı var idi.

Ağdamın çətin günlərində biz həkimlər əhalimiz üçün nə lazım idisə onu da etmişik. Və otuz ildə heç on nəfər əməkdaşımız töhmət almayıb. Hörmətli Canəli həkim isə 3 ayda kollektivə rəhbərlik etdiyi müddətdə 70 nəfərə yaxın əməkdaşımıza töhmət verib, bir neçə əməkdaşımız isə Canəli həkimin əlindən didərgin düşüblər.
Qoy Allahımız, Prezidenttimiz və TƏBİB rəhbərliyi bizə yar olsun"

moderator.az
Ardını oxu...

...Hələ bəyənmədiyimiz Sovetlər dönəmində "ağ qızıl" defiyimiz pambıq Azərbaycan zəhmətkeşinin- pambıq yetişdirənlərimizin ən qürurlu qazanc meydanı- sahəsi idi...

İndi bu sahələrə baxanda rəhmətlik Lenin yada düşür. Lenin deyirdi: "Bal tutan barmaq yalar...".

Bunun fəlsəfəsi o idi ki, zəhmət çəkən bəhrəsini mütləq görməlidir.

Bəs Azərbaycanın pambıq yetişdirəni bu zəhmətinin bəhrəsini görə bilirmi?
XXX
Tezadlar.az- ın təqdim etdiyi və bu gün qeydə aldığı foto və video görüntülər Ağcabədi rayonunun ərazisində, qeydə alınıb. Fermerin aylardır zəhmət çəkdiyi bu məhsul - "ağ qızıl" niyə indi sahibsiz qalıb, məhv olur??? Axı dövlət hər mövsümdə fermerə ən yüksək səviyyədə güzəştli maliyyə yardımı edir... Bəs niyə bu qədər diqqət və qayğının məhsulu məhv edilməlidir???

Aşağıdakı foto və videokadrlar bu iqtisadi sabotajı özündə əks etdirir:

 
Ardını oxu...
«Gold Residence» MMC Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cüma küçəsi, 28 ünvanında yerləşən doqquzmərtəbəli binanın sakinlərinə qarşı qanunsuz hərəkətlərinə son qoymur.

Reyting.az saytında kollektiv qaydada müraciət edən həmin yaşayış binasının sakinləri bildirirlər ki, «Gold Residence» MMC-nin özbaşınalıqları, qanunsuz əməlləri və sakinlərin həyatına yaratdığı təhlükələr davam edir.

Sakinlər redaksiyamız vasitəsi ilə Azərbaycan Respublikası hökumətinin, Baş prokurorun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqaladə Hallar Nazirliyinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Nərimanov Rayon İcra Hakimiyytinin diqqətinə bir neçə aydır ki, «Gold Residence» MMC-nin qanunsuz hərəkətlərinə məruz qaldıqlarını bir daha çatdırmaq istəyirlər.
Ardını oxu...
Sakinlər yazırlar ki, Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ilə «Gold Residence» MMC-yə Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 128, 130 və Əhməd Rəcəbli küçəsi, 5B ünvanlarındakı yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,178 ha ərazi ili 36386,06 manata 49 illik icarəyə verilib. Bu sərəncamdan sui-istifadə edən «Gold Residence» MMC isə Fətəli Xan Xoyski prospekti, 128 və 130 nömrəli binaları qanunsuz olaraq söküb. Bu faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hazırda həmin 240066135 nömrəli cinayət işinin istintaqı aparılsa da, bu günədək MMC-nin işçiləri məsuliyyətə cəlb olunmayıb, MMC-nin direktoru prokurorluğa çağırılaraq dindirilməyib, zərərçəkənlərə dəymiş zərər ödənilməyib.

Şikayətçilərin yazdığına görə, «Gold Residence» MMC-nin direktoru, İmişli rayonunun Əliqulular kənd sakini, 1991-ci il təvəllüdlü İsazadə Anar Sabir oğlunu ümumiyyətlə söküntü ərazisində bu günədək görən olmayıb. Əldə olunmuş məlumata əsasən, o, hazırda hüquqi şəxs yaratmadan fiziki şəxs kimi özünün 5500704602 nömrəli VÖEN-dən istifadə edərək sahibkarlıqla məşğul olur. Deyilənlərə görə, pərakəndə qaydada ayaqqabı satır. Yəni, İsazadə Anar Sabir oğlu «Gold Residence» MMC-nin formal direktorudur. Onun adından MMC-ni qanunsuz idarə edən təsisçisi Hüseynov Elnur Əyyam oğludur.

Elnur Hüseynov əraziyə gələn kimi Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamından sui-istifadə edərək müvafiq yerquruluşu planında göstərilən koordinatlardan kənara çıxaraq MMC-yə ayrılmış ərazidən artıq sahəni qanunsuz olaraq hasarlayıb. Çox güman ki, bunu hansı yollasa Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə razılaşaraq edib.
Ardını oxu...
Yerquruluşu planı

Sakinlər bildirir ki, MMC ona həmin Sərəncamla ayrılmış koordinatlardan kənara çıxaraq Fətəli Xan Xoyski prospekti, 128 nömrəli binadan prospektdə yerləşən «Gloriya» gül dükanınadək qanunsuz hasar çəkib. Bununla da, həmin Sərəncama aidiyyəti olmayan Aşıq Molla Cümə küçəsi, 28 nömrəli doqquzmərtəbəli binanın Fətəli Xan Xoyski prospektinə çıxışı bağlanıb. Nəticədə sakinlərin hərəkətləri qanunsuz olaraq məhdudlaşdırılıb. Bu azmış kimi, MMC-nin işçiləri gecə vaxtı Aşıq Molla Cümə küçəsi, 28 nömrəli doqquzmərtəbəli binanın 4-cü blokunun üstünü qanunsuz olaraq söküb, nəticədə blokun giriş qapısı yararsız hala düşüb. Söküntü zamanı binanın 1-ci mərtəbəsində yerləşən Fərid adlı sahibkarın obyektinin divarı dağıdılıb, binanın qaz, rabitə və işıq xətlərini zədələnib. Soyuq havalarda bina sakinləri bir neçə saat işıqsız və qazsız qalıblar.

Xatırladaq ki, adıçəkilən binanın sakini Elxan Qarayevə məxsus qarajın «Gold Residence» MMC-nin rəhbəri Elnur Hüseynovun əmri ilə qanunsuz sökülməsi və digər qanunsuzluqları barədə əvvəllər yazmışdıq.

«Gold Residence» MMC Fətəli Xan Xoyski prospekti, 128 və 130 nömrəli binaların ətrafında olan təxminən 30-dan çox ağacı qanunsuz olaraq kəsib. Bu barədə sakinlər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməsinə baxmayaraq, bu günədək hər hansı tədbir görülməyib.

Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın sakinləri redaksiyamız vasitəsi ilə aidiyyəti dövlət qurumlarının rəhbərlərindən xahiş edirlər ki, «Gold Residence» MMC-nin Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamından sui-istifadə hallarına son qoymasını, binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinə Fətəli Xan Xoyski prospekti, 128 nömrəli binadan «Gloriya» gül dükanınadək çəkilmiş qanunsuz hasarı sökməsini, binanın 4-cü blokunun dəmir qapısının təcili olaraq dəyişdirməsini, blokun qarşısına tökülmüş söküntü materiallarının yığışdırmasını, söküntü zamanı etajlarda sındırılmış pencərə şüşələrini yeniləməsini, sakinlərin hər tərəfə sərbəst çıxışının təmin edilməsini və MMC tərəfindən yol verilmiş digər qanunsuzluqların aradan qaldırmasına göstəriş versinlər.
 
Ardını oxu...
Ötən həftə “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçinin həbs edilməsi ölkə mətbuatının gündəmini zəbt etdi. Yayılan məlumatlarda “Monte Ferro” şirkətinin vitse-prezidenti Qafar Dəmirçinin ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edildiyi bildirilirdi.

Həmçinin qeyd olunurdu ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox – təxminən 8 milyon manatdan çox ziyan dəyib.

Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.

Məlumat üçün deyək ki, bu yaxınlarda Dəmirçilərin meşələrə qənim kəsildiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Həmin xəbərlərdə deyilir ki, Dəmirçilər Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürətdirib. İddia olunur ki, 2021-ci ildə sözügedən şəxslərə məxsus “Monte Ferro” şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.

Aktualinfo.org-a Qafar Dəmirçinin həbsinə səbəb olan meşələrin kəsilməsi ilə bağlı yeni məlumatlar daxil olub. Burada diqqət Qafar Dəmirçinin həbsinə deyil, onun Şəkidə 800 hektara yaxın ərazidə meşə fonduna aid torpaqları necə özəlləşdirilməsinə yönəldilib.

Məlumatlı mənbənin sözlərinə görə Dəmirçilər ailəsi Şəkidə və ətraf rayonlarda meşə fonduna aid torpq sahələrini uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini olmuş Firdovsi Əliyevin vasitəçiliyi ilə özəlləşdiriblər. Qeyd edək ki, burada məhv edilən ərazilər göstərilənlərdən qat-qat çox, dövlətə vurulan maddi ziyan isə dəfələrlər yuxarıdır. Bunun başında isə Firdovsi Əliyevin dayandığı bildirilir. Maraqlıdır, bu cinayət işində Firdovsi Əliyevi nələr gözləyir.

Qeyd edək ki, Firdovsi Əliyev 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib. O, 2004-2023-cü ilə kimi ekologiya və təbii sərvətlər nazirinin müavini olub. 2023-cü ilin mart – oktyabr aylarında ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyb. Prezident İlham Əliyevin 25 oktyabr tarixli sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Şəkidə meşələrin məhv edilməsi daha əvvəllərə gedib çıxır. Hələ 2019-cu ildə Şəkinin Bideyiz kəndinin camaatı mal-heyvanlarını otarmaq üçün nəzərdə tutulmuş 147 hektar örüş ərazisinin şirkət tərəfindən tutulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər. Həmin vaxt şikayətçi kənd camaatının çoxu polisə çağırılıb. Hətta ərazini kənddə patrul nəfərləri qoruyurmuş.

Bəs 2019-cu ildən başlanan etirazların nəticəsi niyə özünü beş il sonra ortaya çıxardı. Məlumatlı mənbənin sözlərinə görə Dəmirçilər ailəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyində məhz Firdovsi Əliyev havadarlıq edirmiş. Hətta icarə müqaviləsinin birinci səhifəsinin üst tərəfində nazirliyin gerbi olan möhürü vurmaqla Firdovsi Əliyev özü təsdiq etmişdir.

Göründüyü kimi beş-altı ildən də çox müddətdə “Monte Ferro” şirkətinin Şəkidə, Qaxda, Zaqatalada minlərlə hekter meşə fonduna aid torpaqların talan edilməsinə ekologiya və təbii sərvətlər nazirinin müavini olmuş, meşələrin qorunmasına birbaşa cavabdeh olan Firdovsi Əliyev şərait yaratmışdır. Məlumata görə Firdovsi Əliyevlə birgə Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi meşəçilik təcrübəsinə malik olmayan Namiq Xıdırov da icarəyə verilən meşə fondu torpaqlarından tam qanunsuz formada təyinatdan kənar istifdə edənlərə qarşı heç bir qanuni tədbir görməmiş, əksinə öz maddi maraqlarının təmin olunması müqabilində onlara şərait yaratmışlar.

Ona görə də 2023-cü Fidövsi Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində vəzifəsindən azad edildikdən sonra Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin müdir işləmiş Vətən Müharibəsi qazisi olan Əkrəm Babayevin göstərişi ilə “Monte Ferro”MMC-ilə 2019-cu ildə bağlanan müqaviləyə xitam verilməsi üçün yerli məhkəməyə müraciət edilmişdir. Odur ki, ETSN səviyyəsində müdafiəsiz qalmış “Monte Ferro” MMC rəhbərliyi yenə dirəniş göstərərək məhkəmənin işini qeyri-müəyyən vaxtadək təxirə salmağa nail olmuşdur. Amma bu da çox uzun çəkməmişdir.

Məlumatlı mənbənin sözlərinə görə Şəkidə və ətraf rayonlarda meşə fonduna aid torpq sahələrini özəlləşdirməyə Dəmirçilər ailəsi külli miqdarda xərc çəkmişlər. Həmin vəsaitlərin bir ucu isə Fidövsi Əliyevin doğulduğu, Lerik rayonunun Monidigah kəndinə çəkilən yola qədər gedib çıxır.

Mövzu ətrafında daha maraqlı məlumatları yaxın günlərdə diqqətinizə çatdıracıq.
Aktualinfo.org
Məqalədə irəli sürülən iddialarla bağlı bütün maraqlı tərəflərin fikirlərini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Tamaşaçılar arasında kifayət qədər populyarlıq qazanan "Komedixana"nı son illərin ən uğurlu layihələrindən biri hesab etmək olar. Bir çox hallarda cəmiyyəti narahat edən aktual problemləri yumoristik üslubda tamaşaçıya çatdıran komedixanaçılar həm güldürməyi, həm də düşündürməyi bacarırlar.

Dekabrın 16-da Komedixana komandası Heydər Əliyev sarayında "KomediMən" adlı konsert proqramı təqdim etdilər. Proqramın bilet qiymətləri orta statistik azərbaycanlı üçün elə də cazibədar deyildi. Konsertə baxmaq istəyənlər 20 manatdan 200 manata qədər olan qiymətlərə bilet almalıydılar ki,bu da üəpiyi-qəpiyə calayıb syın sonunu gətirənlər üçün heç də komik sayıls bilməz.
Konsertin ədəbi-bədii,satirik-komik mıziyyətlərindən bəhs etmək istəmirik. Komedixanaçıların komedisi qalsın bir kənara, biz sizə Respublika sarayının komediyasından danışmaq istəyirik. Səhnədə özünə əl qatan artistlərin saraydakı komediyadan xəbərləri olsaydı,yəqin ki, konserti dayandırıb üstündən də bir stəkan su içərdilər. Amma təbii ki,içə bilsəydilər...
Nədən ki, Respublika sarayında 40 qəpiklik suyu tamaşaçıya 3 manata sırıyırlar. Bəli-bəli,məhz sırıyırlar. Çünki, heç bir ticari əxlaqa sığmayan bu hərəkətə başqa ad vermək olmaz. Heç Bolşoy teatrda, Royal Albert sarayında, La Skalada belə haqq-hesab olmaz. Özünü qızmar yay günlərində olduğu kimi İstanbulun küçələrində ,Londonun əzəmətli teatrlarında hiss edirsən, içdiyin suyun müqəddəslər tərəfindən dualandığına inanırsan,hər qurtumu içdikcə mənəvi-ruhi saflaşdığını hiss edirsən. Ta o vaxta qədər ki,həmin suyun məhəllə marketində 40 qəpiyə satıldığını yadına salanacan.
Bu nə təfəkkürdü,deşüncə tərzidir? Talançılığ da belə olmaz, oğurluqdursa da bir əxlaqı olmalıdır. Ölkənin bir nömrəli sarayı nədən özüne toyxana kimi aparır ? Utandırıcıdır,daha səhnədə komediya oynamağa nə ehtiyac vardı ki,elə bufetdə tragikomediya oynanılırdı də...
Nizami demişkən:

Bir inci saflığı olsa da suda,
Baha satılanda dad verir o da...

Nicat Mahmudov
Rubrika. az

P.S. Söhbət 3 manatdan getmir e, söhbət tamaşaçıya "vnimatelni" olmaqdan gedir.
 

Dünyapress TV

Xəbər lenti