Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Son zamanlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə şöbəsi ilə bağlı ciddi korrupsiya iddiaları gündəmə gəlib. "DİA-AZ" xatırladır ki, keçən ilin 03-04 dekabr tarixlərində Sumqayıt şəhər 15 nömrəli orta məktəbdə aparılan daxili yoxlamalar nəticəsində dörd vəzifəli şəxs işindən uzaqlaşdırılıb. Yoxlamaların aparıldığı zaman məktəb direktorunun bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Komissiyasında sədr olması və onu müvəqqəti əvəzləmək üçün hərbi rəhbər Saruxanov Saruxan İslamuddin oğluna səlahiyyət verilməsi ciddi suallar doğurur. Halbuki, məktəbdə dörd direktor müavininin olduğu nəzərə alınarsa, bu seçimin məqsədli olduğu ehtimal edilir.

Araşdırmalar zamanı məktəbdə idman zalının olmadığı halda, fiziki tərbiyə dərslərinin bölünməsi, qanunsuz maliyyələşmə və bunun nəticəsində ciddi maliyyə pozuntularına yol verilməsi müəyyən edilib. Konkret olaraq, aşağıda adları qeyd edilən müəllimlərə sinifdən xaric fiziki tərbiyə dərsləri üçün əmək haqqı ödənilib:

1. Bağırova Gülsəba Mikayıl – 208.22 AZN
2. Hümbətəliyeva Gülnaz Möhsün – 208.22 AZN
3. Abbasov Rəsul Qalib – 2641.59 AZN
4. Bağırova Gülsəba Mikayıl (əlavə saatlar) – 1570.37 AZN
5. Əzizov Tahir Tahir – 366.23 AZN
6. Xəlilli Nurlan Adil – 1021.31 AZN
7. Hümbətəliyeva Gülnaz Mövsum – 1766.67 AZN

Ümumilikdə, məktəbdə yalnız fiziki tərbiyə dərsləri üzrə 7782.61 AZN məbləğində dövlət vəsaiti qanunsuz şəkildə xərclənib. Bu məbləğin təkcə dörd ay ərzində formalaşdığı nəzərə alınarsa, illik hesablamalar əsasında 24.000 (iyirmi dörd min) AZN, beş il ərzində isə təxminən 120 (yüz iyirmi min) AZN yeyinti olduğu ortaya çıxır.

Məktəbdə baş verən bu qanunsuzluqların arxasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə şöbəsinin rəhbəri Orxan Şirəliyevin olduğu iddia edilir. Şirəliyev əvvəllər 1 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində çalışıb və hazırda Regional Təhsil İdarəsinin maliyyə şöbəsinə rəhbərlik edir. Onun dövründə təhsil müəssisələrində dövlət vəsaitinin qanunsuz xərclənməsi, korrupsiya hallarının artdığı və dövlət vəsaitlərinin qəsdən mənimsənilməsi ilə bağlı ciddi şübhələr mövcuddur.

Maraqlıdır ki, yoxlamalar yalnız son dörd ayı əhatə edib. Halbuki, məktəbin direktoru Elmira Yaqubova 2019-cu ildən bu vəzifədə çalışır və onun rəhbərlik etdiyi beş il ərzində baş verən maliyyə pozuntuları niyə araşdırılmır? Məktəbdə yaranmış yeyintinin kökləri daha dərin olub və niyə məhz Elmira Yaqubova seçkidə olduğu vaxt gündəmə gətirilib?
Həmçinində qeyd edək ki Orxan Şirəliyevdə məhs 2019-cu ildən İdarənin maliyyə şöbə rəhbəri olaraq vəzifədə olduğu deyilir.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu məsələyə dərhal müdaxilə etməli, yalnız son dörd ayı deyil, son beş ili əhatə edən genişmiqyaslı maliyyə yoxlaması aparmalıdır. Əgər 120 min AZN-lik yeyinti təkcə fiziki tərbiyə dərsləri üzrə baş veribsə, məktəbin ümumi büdcəsinə vurulan ziyanın real miqyası daha böyük ola bilər. Görünən odur ki, bu pozuntular yalnız aysberqin görünən hissəsidir.

Bu hadisə göstərir ki, Abşeron-Xızı RTİ daxilində ciddi qanunsuz işlər gedir və İlhamə Abdullayevanı nüfuzdan salmaq istəyənlər tabeliyində olan bəzi köhnə direktorlarla gizli sövdələşmələr aparıblar. Elm və Təhsil Nazirliyinin Mərkəzi Apparatında baş verən vəzifə çəkişmələri və qruplaşmalar Abşeron-Xızı Regional Təhsil İdarəsinə də təsirsiz ötüşməyib. Müvafiq qurumlar bu məsələylə bağlı ciddi tədbirlər görməlidirlər. Əgər dövlət bu cür qanunsuzluqlara göz yumarsa, təhsil sahəsində baş verən maliyyə pozuntuları daha da dərinləşəcək və dövlət vəsaitlərinin mənimsənilməsi davam edəcəkdir.

Bütün bu neqativ hallar fonunda sualı verməmək olmur: İlhamə Abdullayeva hansı səbəbdən neqativ fəaliyyəti ilə seçilən tabeliyindəki şəxslərlə bağlı təqdimatı Elm və Təhsil Nazirinə təqdim etmir? Əgər bu təqdimatlar edilmirsə, bu, ya onun özünün bu qanunsuzluqlara göz yummasından, ya da müəyyən maraqların qorunmasından irəli gəlir. Təhsil sistemində şəffaflığın təmin edilməsi üçün ciddi islahatlara və korrupsiyaya qarşı sərt tədbirlərə ehtiyac var.

"DİA-AZ" qeyd edir ki, bu faktlar bəzi KİV-lərdə rəsmi qurumlara istinadən israrla təkzib olundu. Lakin məsələnin nə yerdə olduğu hər kəsə bəllidir və inanırıq ki, gərəkən qurumlar sözügedən regional təhsil idarəsində toital təftiş qərarını nəhayətdə verəcək...

Bizi izləməyə davam edin...
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti