Biləsuvar rayon Əsgərabad bələdiyyəsi ilə bağlı şok doğuracaq qısa məlumat yayımlanıb
Belə ki, bələdiyyə sədri Mirəşrəf Mirsultanov vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələrini çəkinmədən oğlu Mirmahir və qudası “P-Agro” MMC-nin direktoru Şakir Sultanova satmışdır. Baş verən olaylar Biləsuvar rayonunda və Əsgərəbad kəndində böyük narazılıqla qarşılanıb. Örüş torpaqlarının üzərində pambıq tədarükü məntəqəsi və MMC-yə məxsus pambıq emalı zavodu tikilmişdir. Bələdiyyə sədri M. Mirsultanov oğlu Mirmahir və oğlunun qaynatası Şakir Sultanov könd sakinlərinin haqlı narazılıqlarını qəbul etmir və əlavə olaraq öz qanunsuz əməllərini davam etdirirlər. Saxta bələdiyyə sənədləri ilə emal zavodu ilə pambıq müqavilələri bağlamış, olmayan pambıqları təhvil vermişdilər. Bir faktı qeyd edək ki, qudalar saxta yollarla küllü miqdarda pul vəsaitini şəxsi hesablarına köçürüblər. Maraqlı məqam ondan ibarətdir ki, həmən vəsaitin bir hissəsi dövlətdən ayrılan sübsiyadır. Bununlada adı hallanan şəxslər cənab prezident İlham Əliyevin min bir əziyyətlə hesabına topladığı dövlət büdcəsinə xəyanət edib. Təbii ki, məsələ ilə əlaqədar hüquq mühafizə orqanları, bir sözlə Baş Prokurorluq dərindən araşdırmalıdır.
Nəzərinizə çatdıraq ki, sıradan bir bələdiyyə sədri heç bir halda dövlətə bu qədər zərbə vurmaq imkanında deyil. Apardığımız araşdırmaları zamanı məlum oldu ki, bələdiyyə sədrinə Biləsuvar RİH başçısı Faiq Qurbətov və birinci müavin Azər Cəfərli himayədarlıq etməklə yanaşı, bələdiyyə sədrini qanunsuz yola davam etməyə vadar edir.Dosye.org
Bakının Yasmal rayonu, A.Mirzə Şərifzadə küçəsində (“Azon” zavodunun ərazisində) ağacların qırılması ilə bağlı redaksiyamıza məlumat daxil olub.
Sakinlərin “Qafqazinfo”ya bildirdiklərinə görə, sözügedən ünvanda iri şam ağacları məhv edilir.
İddia olunur ki, ağacların qırılması ərazidəki tikinti işləri əlaqədardır. Məlumata görə, artıq bir neçə aydır ağaclar gecə saatlarında xüsusi texnika vasitəsilə kökündən çıxarılır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, məsələdən xəbərdardırlar: “Hazırda nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırmalara başlanılıb”.
Qısa müddətdə əldə olunan böyük sərvət, dəbdəbəli evlər, mülklər, torpaq sahələri və ümumi dəyəri 1 milyon manata bərabər olan yük avtomobilləri…
Sıradan bir pedaqoqun həyatını sosial və iqtisadi çətinliklər içindən çıxarıb, bir anda varlanmasına gətirib çıxaran səbəblər nədir? Onun qazandığı sərvətin mənbəyi və buna imkan yaradan şərait haqda kifayət qədər məlumat və faktlar mövcuddur. Hətta bu barədə geniş bir araşdırma aparıb, kitab yazmaq və film çəkmək də mümkündür.
Lakin indi diqqətimizi əldə olunan bu mal-mülkün və dəbdəbənin hansı proseslərin nəticəsi olduğu məsələsinə deyil, bu şəxsin yüksəlişi zamanı digərlərinə yaşatdığı çətinliklərə yönəldək.
SİYƏZƏN RAYONU BEŞDAM KƏND ORTA MƏKTƏBİ: İNTİHARA SÜRÜKLƏNƏN DİREKTOR
Siyəzən rayonunun Beşdam kənd orta məktəbinin keçmiş direktoru, 50 ilə yaxın pedaqoji təcrübəyə malik Sərvət Əlizadə 2023-cü ildə intihara cəhd edib. Onun bu addımı atmasına səbəb 6-cı sinif şagirdinə qarşı cinsi təcavüzdə ittiham olunması olub.
Sərvət Əlizadənin iddiasına görə, ona qarşı qurulan bu planın arxasında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev dayanıb. Hadisədən dərhal sonra Pərvin Ağasiyev onun evinə gələrək məcburi şəkildə işdən çıxması üçün ərizə yazdırıb. Daha sonra məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və ittihamlar təsdiqini tapmayıb.
SİYƏZƏN ŞƏHƏR 6 SAYLI MƏKTƏB LİSEYİ: SƏNƏDLƏŞDİRMƏYƏ SÜNİ ƏNGƏLLƏR
Növbəti hədəf Siyəzən şəhər 6 saylı məktəb-liseyinin direktoru Nərmin Cəfərova olub. Direktorların işə qəbulu müsabiqəsindən yüksək bal toplayaraq və bütün zəruri tələbləri yerinə yetirərək bu vəzifəyə uyğun hesab edilsə də, Pərvin Ağasiyev tərəfindən onun təyinatı ləngidilib.
Nərmin Cəfərova Elm və Təhsil Naziri Emin Əmrullayevin vətəndaş qəbulu zamanı məsələyə aydınlıq gətirilməsini tələb edib. Bundan sonra onun direktorluq vəzifəsi təsdiqlənib. Lakin bu qərardan sonra Pərvin Ağasiyev məktəbə yoxlama üçün geniş bir heyətlə gələrək ciddi pozuntu aşkarlanmasa da, Nərmin Cəfərovaya vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə töhmət verib.
XAÇMAZ RAYONU AŞAĞISEYİD KƏND ORTA MƏKTƏBİ: HAQSIZ YOXLAMA
Xaçmaz rayonunun Aşağıseyid kənd orta məktəbinin keçmiş direktoru Şahbaz Məmmədov və onun müavini Eyzəngül Bəkdəmirova da bu prosesin qurbanlarından olub.
Pərvin Ağasiyev və komandasının apardığı yoxlama nəticəsində məktəbdə kompüter dəstlərinin sayının yetərsiz olduğu bildirilərək, hər iki şəxs vəzifədən uzaqlaşdırılıb. Lakin sonradan inventar siyahısında heç bir çatışmazlıq olmadığı üzə çıxıb. Bununla belə, nə Şahbaz Məmmədov, nə də Eyzəngül Bəkdəmirova vəzifələrinə bərpa edilməyib. Yalnız Xaçmaz Rayon İcra Hakimiyyətinin müdaxiləsindən sonra Şahbaz Məmmədov məktəbdə müəllim kimi işinə qaytarılıb.
Daha ətraflı “7Times.az”-ın hazırladığı reportajda:
Bakının Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsində sakinlərin səki və piyada keçidi ilə hərəkəti mümkünsüz hal alıb.
Bu barədə XALQ.AZ-a müraciət edən sakinlər məlumat veriblər. Onlar qeyd ediblər ki, piyadaların hərəkəti üçün maneələr daha çox Əl İsazədə küçəsinin mərkəzi hisssəsindədir.
Son zamanlar bir çox qanunsuz tikinti artırma işləri aparıllıb və piyada səkiləri zəbt olunub.
Digər bir məsələ isə “PLAY TOYS” mağazası piyada səkisində velosiped satışını həyata keçirir.
Sakinlərin sözlərinə görə Xəzər rayon icra hakimiyyətinə müraciət etsələrdə heç bir tədbir görülmür.
Məsələ ilə bağlı aidiyyatı qurumlardan heç bir məlumat almaq mümkün olmadı.
Binəqədi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları yaşıl soyqırım həyata keçirir.
XALQ.AZ -a daxil olan məlumata görə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan küçəsində yaşıl ağaclar yerindən çıxarılır və ərazi qanunsuz obyekt tikintisi üçün hazır vəziyyətə gətirilir.
Məslə ilə bağlı Binəqədi icra Hakimiyyəti ilə əlaqə yaratmaq mümkün olmadı. Heç bir aidiyyatı qurumdan açıqlama verilmədi.
Hadisə ilə bağlı qurumların açıqlamasını dərc etməyə hazırıq.
Azərbaycanda miladi təqvimlə qeyd olunan dövlət bayramları hicri-qəməri təqvimlə qeyd olunan dini bayramlarla yanaşı və ya üst-üstə düşəndə Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə qərar verərək, onların yerini dəyişdirir, nəticədə təqvimdə bir həftə, on gün, bəzən hətta iki həftə çəkən tətil yaranır.
"DİA-AZ" nyus.az portalına istinadən xəbər verir ki, son illər belə tətillərdən fürsət kimi yararalananlar sırasında qanunsuz tikinti həyata keçirən işbazlar öndə gedir. “Dərə xəlvət, tülkü bəy” prinsipi ilə hərəkət edən belələri qanunsuz tikintini həyata keçirən sahibkar və tikinti işlərin qanuna uyğun olmasına cavabdehliklə vəzifələndirilmiş aidiyyəti dövlət qurumlarının məmurlarıdır. Aidiyyəti dövlət qurumları dedikdə isə, şəhər, rayon, şəhərlərdə rayon icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektira Komitəsi (Komitənin strukturuna daxil olan müvafiq təşkilat), Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, qanunsuz tikinti işlərinin aparıldığı sahə neft hasil olunan əraziyə təsadüf etdiyi hallarda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) nəzərdə tutulur.
Bu qurumların yerlərdəki nümayəndələrinin hər yerdə gözü var, demək olar yatmırlar. Onlardan icazəsiz daşı daş üstə qoymaq olmaz. Ancaq bəzən özlərini görməzliyə vururlar. Əlbəttə ki, hansısa maraqları naminə. Təqvimdə uzun sürən tətillər belələrinə “kor olmaq girəvəsi” verir.
Bakı şəhəri Binəqədi rayonu ərazisində, Xırdalan – Binəqədi şossesinin dəyirman yolu ilə kəsişməsində, “777” tikinti materialları mağazasının yaxınlığında nəhəng ölçüdə qanunsuz obyekt inşa olunur. Ərazidə aparılan video-çəkilişdən də görünür ki, tikinti faktiki işləyən neft quyularının yaxın həndəvərində həyata keçirilir. Az əvvəl Dövlət Neft Şirkətinin nümayəndələri sözügedən əraziyə gələrək qanunsuz tikilən hasarı sökdürüblərmiş. Lakin bir-birinə calanan bayram günləri başlayan kimi tikinti yenidən davam etdirilib. Bu cür həyasızlıq, özbaşınalıq isə yalnız “vur” deyənin olduğu halda “ayaq tutub yeriyir”.
Görəsən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev bu məsələyə münasibətdə hansı ampluadadır – yatıbmı, mürgüləyirmi, gözünün acısını alırmı, yoxsa, özünü görməzliyə vurubmu?
Əslində, bu halların heç biri onun məsuliyyətini azaltmır. Amma ola bilsin, gəlirlərini artırır. Çünki onun rayona başçılıq etdiyi son 7 ilə yaxın müddət ərzində Binəqədi ərazisində, o cümlədən, ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sayı artıb. Həm sayı, həm də qeyri-rəsmi icazə verilməsi üçün tələb olunan rüşvətin kəmiyyəti...
Qeyd edək ki, E.Allahverdiyevin təkcə bayram tətillərində deyil, hamının başı beynəlxalq miqyaslı iri dövlət tədbirlərinə qarışdığı hallarda da özbaşınalıqlara rəvac vermək təcrübəsi var. O, ötən ilin payızında keçirilən COP-29 tədbiri zamanı da özünü yuxululuğa vurmuş, rayon ərazisində xeyli qanunsuz tikinti işlərini görməzdən gəlmişdi.
Ey fələk zülmün əyandır, bu necə dövrü-zamandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, bəzi əhli-qələmlər, buraxıb canıma qəmlər ki, bəs Abşeron təhsili batıbdır, Təhsilin naziri yatıbdır, regionalın müdiri olan İlhamə xanım da aləmi bir birinə qatıbdır...
Məni qınamayın, ey dəyərli oxucularım, çünki Abşeron-Xızı RTİ-də baş verənlər haqqında danışanda adamın şairliyi tutur, saz axtarırsan ki, gördüyün, eşitdiyin dəhşətləri nəzmə çəkəsən,dastan bağlayasan ki, bəlkə bunları görməzdən gələnlərin gözü açıla, millətin gələcəyini məhv edənləri görələr, baş verənlərə “dur” deyələr. Deyilənlərə görə vəzifəyə yaxın qohumu “Körpü-Bina Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun hərtərəfli yardımı ilə təyin olunan İlhamə xanım kresloya oturar oturmaz rüşvətə, helə əvvəllər də ona yaxın olan korrupsiyaya körpü atıb, elmin, təhsilin xarabalıqları üzərində hegamoniyanın binasını inşa etdirib. Ölkə KİV-lərinə, sosial medyaya ötəri nəzər salmaq kifayətdir ki, Abşeron-Xızı RTİ-nin tabeliyində olan məktəblərdə nələr baş verdiyindən hali olasan. Qısacası bu regionda ölkə qanunları işləmir, “kəndxudanı gör kəndi çap” prinsipi ilə təhsil sistemi məhv edilir. Burada şagirdlərə millətin gələcəyi gözüylə baxılmır, potensial gəlir mənbəyi kimi yanaşılır. Yuxarı siniflərdə təhsil bazar qanunları ilə həyata keçirilir, jurnallarda 35-40 şagirdin adı yazılsa da siniflərdə 5-10 nəfər şagird oturur ki, onlar da gününü keçirmək üçün məktəbə gələnlərdir. Oxuyanlar isə elə məktəb direktorlarının, RTİ əməkdaşlarının hazırlıq kurslarında təhsil alırlar. Bir şagirdin 1500-2500 manat arasında “yola verildiyini” nəzərə alsaq ortada hansı məbləğin dolaşdığını təsəvvür etmək çətin olmaz. Məktəblərdə dərs saatlarının satılması adi hal alıb, bütün müəllimlər “varabskoy qanunlarla” aylığa otuzdurulub, binəva müəllimlər hədə-qorxu altında daimi psixoloji basqıyla fəaliyyət göstərmək məcburiyyətində qalıblar. Müxtəlif adlar altında pul toplanılması, yersiz yoxlamalar vasitəsilə məktəblərin talanması adi hal alıb. Təbii ki, bütün bunlar İlhamə xanımın xəbəri olmadan baş vermir. Bayramlar ayı olan mart ayında məktəblər konkret olaraq “bayram bazarına” çevrildi. Verilən məlumatlara görə İlhamə xanımın bayramlarını təbrik etmək məktəb direktorlarında heç də bayram əhval ruhiyyəsi yaratmayıb. Xüsusilə bir məmur qazancına uyğun gəlməyən dəbdəbəli həyat tərzi, övladına etdiyi bahalı toy məclisi də medyanın sevimli mövzularındandır. Doğrudan da söylənilənlər doğrudursa bir məmur maaşıyla belə dəbdəbəli həyat tərzinin sirri nədədir?. Ulu öndərin “millətin gələcəyi” adlandırdığı bu sahədə illərdir ki, müxtəlif adlar altında islahatlar aparıldığı söylənilsə də sirr deyil ki, təhsil sistemi Azərbaycanın ən ağrılı yeri olaraq qalıbdır. Etiraf edək ki ,dövlət tərəfindən kifayət qədər diqqət və vəsait ayrılmasına baxmayaraq hələ ki, ciddi bir irəliləyiş əldə olunmayıb. Əlqərəz, yazdıqca qurtarmaz, deməklə bitməz hadisələr baş verir Abşeron-Xızı RTİ-də. Di gəl ki, sanki, ən böyük regional təhsil idarəsini İlhamə xanıma peşkəş eləyiblər, bəxşiş veriblər. Baş verənləri nə bir görən var, nə bir “dur” deyən tapılır. Abşeron Xızı RTİ-də təhsil adına bir rəzalət yaşanır, gələcəyimiz məhv edilir. Bunun bədəli ağır olacaq, çox ağır. Yəqin ki, bir gün qaranlıqlar aydınlığa çıxacaq, çox əməllər aşkarlanacaq. Onda bu gün susanlar hansı cavabı verəcək bilmirik... Rəhmətlik Sabir bunları görsəydi, deyərdi ki,
“At çölə getsin, nə dəbistandı bu, Elm adına bir quru böhtandı bu, Dur qaçaq, oğlum, baş-ayaq qandı bu”
Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində qanunsuz, nizamsız tikintilərin əlindən hərəkət etməyə yer qalmayıb.
Tribunainfo.az-a problem barədə danışan sakinlər bildirib ki, onsuz da Xırdalanda hər tərəf qanunsuz zəbt edilərək obyekt tikilir. Bu hal indi də sözügedən kompleksin həyətində vüsət alıb. Ümumi işlək səkilərdə, binaların arasındakı boşluqlarda bir gecədə dəmir konstruksiyalı obyektlər inşa edilir.
Sakinlər bildirib ki, bayram günlərindəki sakitlikdən istifadə edən obyekt sahibləri işlərini gecə ilə görür:
“Səhər durub görürük ki, səkinin düz ortasında yeni obyekt tikilib. Kim tikir, nə vaxt tikir nə görən var, nə bilən. İki adam yanaşı hərəkət edə bilmir artıq. Hər gün artır belə qanunsuz tikililər. Buna bir nəzarət edən olmayacaq?. Elə satıb, tikəcəklər bütün boş qalan yerləri? Bəs bu camaat necə hərəkət etsin? Bu qədər də özbaşınalıq, qanunsuzluq olmaz axı. Kim harada nə gəldi tikir, nə kompleks rəhbərliyi, nə icra hakimiyyəti, nə başqa aidiyyəti qurumlar maraqlanır. Çünki hamısı haqqını alıb oturub”.
Sakinlər aidiyyəti qurumların, Abşeron İcra Hakimiyyətinin, “AAAF Park” rəhbərliyinin bu kimi hallara qarşı tədbir görməsini tələb edir.
Yasamal rayonu Şəfaət Mehdiyev küçəsinin bəzi hissələrində səki yoxdur, səki olan hissəni isə avtoyuma məntəqəsi zəbt edib: “Yanından keçəndə adamın üzü, üstü su olur”…
"DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə narazı sakinlər etirazlarını ifadə ediblər. Deyilənə görə, Şəfaət Mehdiyev küçəsinin bəzi yerlərində səki əvvəldən olmayıb. Bəlkə də “avtoyuma”nın yerləşdiyi hissədə də səki olmayıb, sadəcə, obyekt tikiləndə qarşısında maşınların saxlanılması üçün şərait yaradılıb.
Başqa küçələrdə də avtoyuma məntəqələri piyadalara maneələr yaradır. Ötən ay Bakıda piyadaların rahat hərəkəti üçün Bakı Şəhər İcra Hakimiyyətində xüsusi proqramın hazırlanması barədə məlumat yayılmışdı. Məlumata görə, mümkün olan yerlərdə piyada səkilərinin üzərində tikilmiş maneələrin sökülməsi nəzərdə tutulur.
Proqramın hazır olub-olmadığı və ya nə vaxt icra ediləcəyi bilinmir, amma heç olmasa indiyə kimi səkiləri zəbt edən avtoyuma məntəqələrinin profilləri dəyişdirilməli idi. Bu da şəhər rəhbərliyinin səlahiyyətindədir. Qeyd edək ki, ilk dəfə deyil ki, Yasamal rayon İcra Hakimiyyəti başbilənlərinin qarış-qarış satdığı səkilər və digər keçirdlər piyadalara rəsmən təhlükə yaradır və hətta əksər hallarda onların həyatları hesabına belə başa gəir...
"DİA-AZ" xəbər verir ki, Sevinc Ədilova adlı sosial şəbəkə istifadəçisi də eyni problemin başqa küçələrdə də hökm sürdüyünü deyərək gileylənir:
"Düzdür, o yolu (Şəfaət Mehdiyev küçəsi nəzərdə tutulur -dia-az) getmək olmur. Səki deyilən şey yoxdur orda. O əraziyə yaxın Həsən Məcidov və Əhməd Cəmil küçələri var. Oralarda da ancaq "moyka"lar yığıncağıdır. Səki yoxdur..."
Onu da qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçısı postunu tutan Elşad Həsənov dəfələrlə Bakı şəhər icra hakimiyyətinə, xüsusən də Bakı meriyasının rəhbərliyinə tabesizlik nümayiş etdirməsi səbəbindən tənbeh olunub və bir neçə dəfə baş verən bu halın özü belə Yasamal RİH-in özünə yığışmasına nədən olmayıb...
Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinin artırılmasından sonra paytaxta aparılan tikintilərin normativ qaydalara uyğunlaşması, Bakı şəhərinin ümumi Baş planı ilə əlaqələndirilməsi istiqamətində mühüm addımlar atıldı. Komitə rəhbərliyinin qısa zaman ərzində işlək vəziyyətə gətirdiyi tikinti qaydalarının və tikintiyə icazənin sadələşdirilməsi sadə vətəndaşları sevindirsə də, bu sahədə əvvəllər böyük miqdarda vəsaitlər qazanan bəzi rayon icra hakimiyyətlərinin heç də ürəyindən olmadı. Hələ də bəzi icra hakimiyyətlərinin başçıları səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz tikintilərə şərait yaradırlar.
AzFakt.com xəbər verir ki, qanunsuz tikintilərə “yaşıl işıq” yandıran dövlət qurumlarından biri də Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevdir.
Məlumata görə icra başçısı Rafiq Quluyevin “qayğısı” ilə inşa edilən qanunsuz tikintilərdən biri də General Səməd bəy Mehmandarov 520 ünvanında baş verir. Belə ki, General Səməd bəy Mehmandarov 520 ünvanında yerləşən obyekt Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən və digər aidiyyatı qurumlardan heç rəsmi icazəsi olmadan, qanunsuz şəkildə artırılır.