Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmirti Medvedev Qərbə mesaj ünvanlayıb.
Gununsesi.info xəbər verir ki, Ukrayna ilə bağlı danışıqlar prosesində ultimatum qoyacağı təqdirdə D.Medvedev Avropanı “daha dəhşətli müharibə” ilə hədələyib.
O deyib: “Danışıqlar haqqında ultimatum verən Rusiyanın bütün düşmənləri bir sadə şeyi yadda saxlamalıdırlar: sülh danışıqları özlüyündə heç də həmişə hərbi əməliyyatların dayandırılmasına səbəb olmur. Uğursuz danışıqlar yeni silahlar və yeni iştirakçılarla birgə müharibənin daha dəhşətli mərhələsinin başlanmasına səbəb ola bilər”.