Ardını oxu...
“AZƏRSUN” şirkətinə aid “BAZARSTORE” mağazalar şəbəkəsinin əməkdaşları maaş azlığından şikayət edirlər.

Məlum səbəblərdən adlarını çəkmək istəmədiyimiz mağaza əməkdaşlarının Missiya.Az-a verdiyi məlumata görə, “Bazarstore”lərdə ciddi işçi çatışmazlığı var:

“Çünki heç kəs az maaşla ağır şərtlər altında işləmək istəmir. Yəqin görmüsünüz ki, mağazalarda kassaların hamısı işləmir və bu səbəbdən də böyük növbələr yaranır. Bəzən 5 kassadan üçü işləmir. 2 kassa da alıcıları rahatlıqla yola sala bilmirlər. Hər gün alıcıların narazılığını, giley-güzarını eşidirik. Olur ki, alıcılar arasında mübahisələr də yaranır. Bunun da hamısı işçi çatışmazlığına görədir.

“Azərsun” rəhbərliyi bu qədər pul qazanır, amma işçilərə normal maaş verməyə canları çıxır. Deyəsən ki, al-ver olmur, ona görə də rəhbərlik maaşları günün reallığına uyğun qaldıra bilmir? İnanın, mağazalarda hər gün qələbəlik yaşanır. Kassaların qarşısında uzun növbələr yaranır. Amma nə olsun bunun işçinin maaşına heç bir xeyri dəymir. İşçilər tədricən çıxıb gedirlər, daha çox da “Bravo”ya keçirlər. Çünki orada işçilərin qədrini bilirlər. Bizdə əməkdaşları anbarda da işlədir, vitrinlərin qarşısında da, kassada da. Maaşlara isə əlavə pul ayırmaq istəmirlər. Ehtiyac üzündən məcburən qalıb işləyirik. Reklamlarda yalan vəd edirlər ki, biz sizə karyera yüksəlişinə şərait yaradacağıq, yenilənən maaş sistemi ilə çalışacaqsız. Boş şeylərdir hamısı. Burada ancaq əməyin istismarı ilə məşğul olurlar. Rəhbərlik hər şeydən pul qazanır: yalançı endirim aksiyalarından, normadan artıq əməyə cəlbetmədən, hətta mağazaların qarşısındakı parkovkalardan. Alıcılar beş dəqiqəlik mağazaya girirlər, çıxanda “parkovşik” yaxınlaşıb ödəniş tələb edir. Məsələn, Badamdar, Bayıl marketlərinin qarşısında çoxdandır ki, belə vəziyyətdir. Deyə bilərlər ki, bundan xəbərimiz yoxdur. Onda soruşuruq, həmin o pul tələb edən adamlar necə olur ki, hər gün orada iş başında olurlar? Niyə buna görə onlara bir söz deyən olmur? Ola bilsin ki, hər gün yığılan “parkovka” pulları Gözəl qardaşlarına verilmir. Söhbətlər gəzir ki, “Parkovşiklər” aylıq ödəyir. Xəbərləri yoxdursa, onda araşdırıb öyrənsinlər ki, “Bazarstore” müştərilərindən pulı yığan kimlərdir?- deyə, “Bazarstore” əməkdaşları bildirib.

Şirkət əməkdaşları onu da qeyd ediblər ki, maaşların artırılması tələblərini dəfələrlə mağaza rəhbərliyinə bildirsələr də, onlara hər şeyin Gözəl qardaşlarından asılı olduğunu deyirlər. Qeyd edək ki, “Azərsun” şirkətinə daxil olan digər müəssislər və fermalarda çalışanlar da maaş azlığından şikayət edirlər. Şəkər və konserv zavodlarında çalışanlar, eləcə də çöllərdə məhsul əkimi və yığımı işlərinə günəmuzd cəlb olunan əyalət rayonlarının sakinləri bildirirlər ki, hər dəfə maaş məsələsini qaldıranda onlara ancaq bir cavab verilir:

“Sağol deyin ki, hələ sizə iş veririk. “Azərsun” olmasaydı hamınız acından ölərdiz”.
 
Ardını oxu...
Teref yazır ki, poçtumuza daxil olan şikayət məktubunu təqdim edirik:
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb sanitar hissəsində cəza çəkən 1-ci dərəcəli əlil məhkum Səmədov Əli Azər oğlu tərəfindən

Müraciət

Yazıb sizə bildirirəm ki, mən hazırda xəstəliyim səbəbi ilə tibb sanitar hissədə müalicələrə cəlb edilmişəm.Səhətimin ağır olması səbəbi ilə müalicə ala bilmədikdə cəzamı çəkə bilmirəm.Sizə bildirirəm ki, son iki aydan da artıq müddət keçməsinə baxmayaraq müəssisəyə dərman preparatlarının gəlişinə məhdudiyyətlər qoyulmuşdur.15 saylı Cəzaçəkmə Müəssisəsində olduğu kimi digər Cəzaçəkmə Müəssisələrində habelə müalicə müəssisəsində də vəziyyət eynidir.Xəstə məhkumlarin dərmanların bitməsi səbəbi ilə müalicələri tamamilə dayandırılmışdır, həkimlər əllərindən gələni etmək istəsələr dərmanların olmamasına görə hər gün məhkumlarla mübahisəyə girmək məcburiyyətində qalır və onlara o dərmanları şəxsi hesablarına almaqlarini xahiş edirlər.Mənim kimi sosial müavinət alan məhkumlar dərmanları ala bilsə də kasıb, kimsəsiz məhkumlar yalnız öləcəyi günü gözləyirlər.Muraciətimə əsasən Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin əməkdaşı Məhəl həkim şifahi olaraq bildirir ki dərmanların bazadan cəzaçəkmə müəssisələrinə göndərilməməsinin başlıca səbəbi Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisinin yeni dəyişdirilməsi və yeni rəisin cəzaçəkmə müəssisələrinə dərman preparatlarının paylanmasına dair sənədləri imzalamamasidir. Səbəb olaraq 11 saylı cəzaçəkmə müəssisəsinin baş həkimi Elşən İsayevin dərmanları müəssisə ərazisindən qeyri-qanuni çixarmasidir. Məsələ Tibb Baş idarəsi tərəfindən araşdırılır yəqin ki, önümüzdəki aylarda dərmanlar cəzaçəkmə müəssisələrinə çatdırılacaqdi.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fərid Əhmədova müraciət edib xahiş edirəm yuxarıda qeyd etdiklərimi obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.
Məhkum Əli Səmədovun qardaşı Məhəmməd Səmədov
QEYD: Aidiyyatlı orqanların mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
Ardını oxu...
Neftçala Suvarma Sistemləri İdarəsi Qırmızıkənd B-3 (LRN-100) nov kanalının (PK27+78 – PK22+18) L=1,080 km üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi tenderdə “ALİBƏY” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 154.999,05 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 06.10.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Aktualinfo.org Neftçala Suvarma Sistemləri İdarəsi qalib seçdiyi MMC ətrafında araşdırma apardı. Məlum oldu ki, “ALİBƏY” (VÖEN 5502156611) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində 06.06.2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı İMİŞLİ RAYONU, MƏZRƏLİ, , ev 0-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev İlham Zöhrab oğludur.

Qeyd edək ki, Neftçala Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Neftçala Suvarma Sistemləri İdarəsi satınalmanın təşkilindən cəmi üç ay əvvəl dövlət qeydiyyatına alınmış, xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalmanın saxtalaşdırıldığına əsaslı şübhələr yaradır.
Bundan əlavə Neftçala Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası satınalma proseduru zamanı Nazirlər Kabenitinin 30 dekabr 2023-cü il tarixli Qərarı ilə müəyyən edilmiş uyğunluq göstəricilərini nəzərə almamış, “ALİBƏY” MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarını, oxşar analoji xüsusiyyətli (Sututarın üzərində konstruktiv və mürəkkəblik baxımından oxşar hidrotexniki qurğuların əsaslı təmir-bərpası, su hövzələrinin, su anbarlarının) işlərin görülməsi təcrübəsinin olmamasını nəzərə almamış, satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə nəqliyyat vasitələri və xüsusi texnikaları, “işçi qüvvəsi” meyarları ilə bağlı tələblərə uyğun olmadığı açıq aydın görsənməkdədir.
Belə olan halda suallar yaranar. Neftçala Suvarma Sistemləri İdarəsi üç ay əvvəl dövlət qetdiyyatına alınmış bir MMC ilə bir mənbədən satınalma metodu ilə keçirilən tenderdə iştirakına necə yol verib? Neftçala Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası satınalma müqaviləsi bağlayarkən “ALİBƏY” Məhdud Məsuliyyətli Cəmiyyətinin uyğunluq göstəricilərini nə üçün dəqiq araşdırmamış, MMC-nin tələblərə cavab vermədiyinə niyə göz yummuşdur? Suvarma İdarəsi”ALİBƏY” MMC-nin maliyyə imkanları və ödəmə qabiliyyəti, müvafiq sahədə peşəkarlığı və təcrübəsi, işçi qüvvəsi olmadığı halda MMC necə qalib seçib? Bütün bunlar MMC-nin təqdim etdiyi bir sıra sənədlərin saxtalaşdırıldığını deməyə ciddi əsaslar verirmirmi?
Bütün bu kimi suallara cavab almaq üçün Neftçala Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. İdarənin baş mühasibi Elçin Gözəlov satınalmadan üç ay əvvəl yaradılmış MMC-nin bir mənbədən satınalma metodu ilə tenderin qalibi olmasına aydınlıq gətirə bilmədi, Antinhisar Dövlət Xidmətindən soruşmağımızı məsləhət gördü. Baş mühasib 154 min manat dəyərində sifariş verdikləri MMC-nin əlaqə vasitəsini də bilmədiyini dedi.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada Neftçala Suvarma Sistemləri İdarəsinin bir mənbədən satınalma metodu ilə 154 min manat məbləğində müqavilə bağladığı MMC -nin barədəsində heç bir məlumat əldə edə bilmədik. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında “ALİBƏY” MMC -nin qanuni təmsilçisi Əliyev İlham Zöhrab oğlu İmişlı rayonu, Məzrəli kəndində daimi pasport qeydiyyatındadı, 1990-cı il təvəllüdlüdü.

İmişlidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə Əliyev İlham Zöhrab oğlu İmişli Beton zavodun direktoru Bakir Əliyevin bacısı oğludur. Özü də hazırda Beton zavodda kon sürür. Çox güman ki, “ALİBƏY” MMC -nin əsl sahibi də Beton zavodun direktoru Bakir Əliyevdir.

Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühasibinin bilib, bizə bildirmək istəmədiyini biz axtarıb, araşdırıb tapdıq. Göründüyü kimi Neftçala Suvarma Sistemləri İdarəsi bir mənbədən satınalma metodu ilə keçirdiyi tenderdə kifayət qədər ciddi qanun pozuntularına yol verilib. Deyilənə görə bütün bunlara Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yol verib.

Qeyd edək ki, Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədovdur. Onun bu vəzifədə nə vaxtdan çalışması barədə məlumat yoxdu. Amma sosial şəbəkələrdə və elektron mediada onun barəsində kifayət qədər geniş şikayətlər var.

Aktualinfo.org
 
 


 
Ardını oxu...
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovun başına iş gəlib. Aktyor dələduzluqla üzləşib.

Bu barədə lent.az-a danışan Tahir İsmayılov bildirib ki, torpaq satın alsa da, nə torpağa sahib ola bilir, nə də pulunu geri ala bilir.

"İki qızım və bir oğlum var. Övladlarım ailə quranda evimi satıb torpaq sahəsi aldım ki, uşaqların hərəsinə bir ev tikib hədiyyə edim. Binəqədi rayon bələdiyyəsindən qanuni şəkildə, bütün sənədləri hazır olan 6 sot torpaq sahəsi aldım. Torpağın bütün sənədləri hazır və düzgündür. Evin tikintisinə başlayanda bir nəfər yaxınlaşdı ki, torpaq mənimdir, mənə satılıb. Üstündən 20 dəqiqə keçməmiş bir başqa xanım da yaxınlaşdı ki, torpağı mən almışam. Onlardan biri bələdiyyə sənədi ilə torpağı alıb, digərinə sənədi saxta yollarla makler hazırlayıb. Və ən önəmlisi də budur ki, bu iki nəfər torpaqla bağlı problemi bilirmiş, iş hətta məhkəməyə gedib çatıbmış. Bələdiyyə bu məhkəmədə qalib gəlib, torpağı alan qadın uduzub. Bələdiyyə bunu məndən gizlədərək mübahisəli torpağı yenidən satıb. 9 aydır mən nə pulumu ala bilirəm, nə evi tikə bilirəm, nə torpağa sahib ola bilirəm. Torpağı almaq üçün 18500 manat pul vermişəm, bunun 16000 manatı torpaq, 2500 manatı sənədləşəmə üçün tələb olunmuşdu. Bu müddət ərzində sənədləşmə üçün nəzərdə tutulan hissədən 1700 manat ala bilmişəm, qalanını yox. Verilmiş sənədlər Binəqədi bələdiyyəsinin 4-5 il öncə sədri olmuş adamın adı ilə çıxarılıb verilib", - deyə aktyor bildirib.

Tahir İsmayılova məsələnin həlli söz verilsə də, hələlik problem olduğu kimi qalır.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan bir qrup işçi şikayətçidir.

130 nəfərdən ibarət olan heyət iddia edir ki, heç bir səbəb olmadan rəhbərlik tərəfindən işdən azad olunublar.

43 ildir sözügedən müəssisədə çalışan Yunus İsgəndərov bildirib ki, üç gün öncə idarə heyəti işçiləri çağıraraq, təmirə ehtiyacı olan nasosları düzəltdirib, səhəri gün isə onları işdən azad ediblər.

Məsələ ilə bağlı Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşid Nəsirov bildirib ki, işdən çıxarılma struktur dəyişikliyi ilə bağlıdır və növbəti günlərdə də bir neçə nəfərin işdən çıxarılması gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə Abşeron Sukanal İdarəsinin bir qrup əməkdaşı işdən çıxarılmışdı.


 
 
 
Ardını oxu...
Masallı rayonun Müsaküçə kəndi ərazisində orta və iridiametirli 6 -ya yaxın ağac (tut, çinar ) kəsilmiş və yerlərində "TIR" maşınları üçün dayanacaq yeri düzəldilmişdir. Gördünüdüyü kimi İşbazlar əvvəlcə ağacları budayıb, sonra onları kəsmiş.

Ölkəmizdə COP29-a hazırlıq işləri gedən bir ərəfədə işbazlar yaşıllıqlara qənim kəsilib.

Aldığımız məlumata görə bu işlərin başında Masallı RİH-nin Müsaküçə ərazi üzrə nümayəndəsi Sirac Allahverdiyev və bələdiyyə sədri Rafiq Eynullayevin durduğu bildirilir.
Yuxarıda adı çəkilən şəxslər bir neçə il öncə sözügedən kəndin ərazisinin torpaqların qazılıb satması ilə gündəmə gəlmişdilər.

Aidiyyatı qurumlar hara baxır, məgər onlar bu biabırçılıq görmür?!

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Nyus.Az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Sabirbad müəllimləri Həmkarlar İttifaqının fəaliyyətindən narazırılar və onlar hesab edirlər ki, Həmkarlar İttifaqı qeyri-şəffaf çalışır...

Poliqon xəbər verir ki, dövrü mətbuatda yayılan məlumatlara görə, Sabirabad Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqından isə narazılıqlar son bir neçə ayda xeyli artıb. Məlumata əsasən Sabirabad Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Seyidhüseyn Hüseynov rayon üzrə 4 min nəfərdən ibarət olan pedaqoji kollektivdən hər ay topladığı vəsaitlərlə bağlı hesabat vermir.

Narazı müəllimlər deyir ki, S.Hüseynov özü dəbdəbəli həyyat yaşayır. Dəyəri 60 min manatdan baha olan ən son model “Toyota Camry” avtomobili idarə edir.

Müəllimlər qeyd edirlər ki, hər ay Sabirabad rayonunda 4 min müəllimin əmək haqqından 2 faiz Həmkarlar İttifaqına üzvlük haqqı tutulur. Bu isə ortalama adambaşına 20 manat deməkdir. Əgər hər müəllimdən ayda ortalama 20 manat üzvlük haqqı toplanırsa, 4 min müəllimdən toplanan vəsait 80 min manat edər və Sabirabadın təhsil kollektivləri haqlı olaraq sual edirlər ki, bu vəsait hara yoxa çıxır?

Yayılan məlumatlarda qeyd edilir ki, S.Hüseynova müraciət edən müəllimlərə cavab verilir ki, toplanan vəsaitlərin 50 faizi avtomatik olaraq Bakıya, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabına köçürülür. Yerdə qalan 10 faiz yardım və putyovkaların verilməsinə xərclənir, əsas 40 faizi isə guya Sabirabadda keçirilən tədbirlərə xərclənir.

Maraqlıdır ki, toplanan vəsaitlırin 50 faizi Sabirabadda qalsa da keçirilən tədbirlər, onların təşkili ilə bağlı sərf edilən vəsaitlər haqqında məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, məsələ ilə bağlı Poliqon Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevə sorğu göndərib. Aradan 5 gün vaxt keçməsinə baxmayaraq, sorğuya cavab verilməyib.

Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqınının (ATİAHİ) Sabirabad rayon Komitəsinin saytında da yığılan üzvlük haqqları, bu vəsaitlərin sərfiyyatı ilə bağlı heç bir məlumat tapa bilmədik. Ümumiyyətlə https://sabirabad.atiahi.org/pages/sabirabad-umumi-melumat elektron ünvanda fəaliyyət göstərən saytın demək oalr ki, bütün bölmələri böşdur.

Xatırladaq ki, avqust ayının 26 da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib. Sahib Məmmədov seçildiyi zaman çıxışında Konfederasiyada bir sıra nəzərə çarpacaq islahatların başlanacağına, bir sıra kadr islahatlarının həyata keçiriləcəyinə, və ən əsası bundan sonra Konfederasiyanın şəffaf və hesabatlılıq prinsipləri ilə işləyəcəyini bəyan edib.

Poliqon.info
 
Ardını oxu...
Özünü "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri kimi təqdim edən, “reket QHT” təmsilçisi kimi tanınan Maral Zamanovanın (Maral Qocamanın) 20Yanvar şəhidlərinin ailə üzvlərini aldatması, onların etibarından sui-istifadə etməsi barədə faktlar üzə çıxıb.

Pravda.az araşdırmanı təqdim edir:

Saxta sədrlik, dağıdılan 20 Yanvar Fondu

20 Yanvar əlili, 20 Yanvar Fondunun keçmiş sədr müavini və İdarə Heyətinin üzvü Tahir Fətullayev sosial media səhifəsində bu barədə Ədliyyə Nazirliyinə yazdığı şikayət məktubunu ictimailəşdirib. Məktubda deyilir: “Son zamanlar 20 Yanvar şəhid ailələrinin və əlillərin adından sui-istifadə olunaraq, bir sıra məsələlərdə onların adının hallandırılması və nəticədə bu insanların nüfuzdan salınması 20 Yanvar əlili olaraq məni də narahat edir. Bildirmək istəyirəm ki, 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi (əvvəlki adı 20 Yanvar Fondu) adı altında fəaliyyət göstərən QHT əslində, qeyri-qanuni fəaliyyətlə məşğuldur. Bununla əlaqədar 2017-ci ildə mən Ədliyyə Nazirliyinə müraciət etsəm də, heç bir tədbir görülmədi və bu QHT qeydiyyata alındı. Belə ki, 20 Yanvar şəhid ailələrinin və əlillərinin 1990-cı ildə təsis etdiyi və 24 dekabr 1990-cı il tarixində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan 20 Yanvar Fondu 2017-ci ilin sonlarına qədər qanuni fəaliyyət göstərmişdir. Lakin 05.10.2017-ci il tarixində Zamanova Maral Əlihüseyn qızı Fondun İdarə Heyətinin üzvlərinin xəbəri olmadan növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə əlaqədar saxta protokol tərtib etmiş, ümumi yığıncağın keçirilməsi üçün “Təşkilat Komitəsi” yaratmışdır. Halbuki, İdarə Heyətinin qeyd olunan tarixdə keçirildiyi iddia olunan ümumi yığıncağında İdarə Heyətinin üzvləri – mən - Fətullayev Tahir, Xanməmmədova Şövkət və İsmayılova Elmira iştirak etməmişik. Saxtakarlıqla yaradılan Təşkilat Komitəsinə guya üzv seçilən Elmira İsmayılovanın belə bir Təşkilat Komitəsinin varlığından xəbəri olmamışdır. Təşkilat Komitəsinin 06.10.2017-ci il tarixli qərarına əsasən, 05.11.2017-ci il tarixində ümumi yığıncaq keçirilmişdi. Ümumi yığıncaq adı altında keçirilən toplantıya 20 Yanvar əlilləri ümumiyyətlə, dəvət olunmamış, şəhid ailəsi adından isə Fondun Nizamnaməsinə zidd olaraq, şəhid ailəsi statusu olmayan şəxslər iştirak etmişdir. Maral Zamanova Fondun Nizamnaməsini dəyişdirərək, 20 Yanvar əlillərini təşkilatın üzvü olmaq hüququndan tamamilə məhrum etmişdir”. Tahir Fətullayev bütün dediklərinə dair videosübut da təqdim etmişdir.

Şikayət məktubundan məlum olur ki, əslində, Maral Qocamanın əsl məqsədi bu təşkilatı dağıtmaq, 20 Yanvar şəhid ailələri və əlilləri arasında nifaq salmaq, 20 Yanvar kimi müqəddəs addan şəxsi mənafeyi naminə istifadə etmək olmuşdur.

Şantaj və iftiralar

Mövzu ilə əlaqədar araşdırmamız göstərdi ki, "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi 2017-2022-ci ildə təkcə QHT-lərə Dövlət Dəstəyi Şurasından (2021-ci ildən sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyindən) 50 min manata yaxın qrant alıb. Bu qrantlar əsasən 20 Yanvar şəhid ailələrinin qayğısına qalmaq, onları sosial müdafiəsi adı altında dövlətdən istənilib. Maraqlıdır ki, Maral Qocaman bu dövrdə bir dəfə də olsun QHT-lərə Dövlət Dəstəyi Şurasından narazılıq etməyib. Lakin QHT-lərə Dövlət Dəstəyi Agentliyində 2023-cü ildə təmizləmə işləri başladıqdan, PA-da QHT-lərlə iş sektorunun müdiri Vüsal Quliyev vəzifəsindən uzaqlaşdırılan kimi Maral Qocaman ortalığa çıxaraq gah PA qarşısında, gah Ədliyyə Nazirliyi qarşısında, gah da digər qurumlar qarşısında peyda olur, “etirazlar edir”.

Maral Qocamanı yaxından tanıyanlara sirr deyil ki, o, bir cümlə yazanda 2-3 yerdə səhv edir, amma Maral Qocaman sosial media statuslarında hüquqşünas rəyləri verir. Təəssüf ki, bu “hüquqi rəylər” vaxtilə “diplom bazarı” kimi tanınan və bağlanan Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin səviyyəsindən irəli gedə bilmir.

Tahir Fətullayevin şikayət məktubundan o da aydın olur ki, artıq 20 Yanvar şəhid ailələri və əlilləri onların adından sui-istifadə edən Maral Qocamanın hüquqi məsuliyyətə cəlb olunmasını istəyirlər: “Maral Zamanovanın şəhid ailələrinə qarşı kobud rəftarı, İdarə Heyətinin və şəhid ailələrinin fikrini nəzərə almadan təşkilat adından özbaşına bəyanatlar verməsi, saysız qanun pozuntuları etməsinə baxmayaraq, son zamanlar Şəhidlər xiyabanında və Ədliyyə Nazirliyinin qarşısında icazəsiz aksiyalar keçirərək 20 Yanvar şəhidlərinin, şəhid ailələrinin və əlillərinin, eləcə də dövlətin nüfuzuna xələl gətirdiyini nəzərə alaraq, sizdən xahiş edirəm Maral Zamanovanın hərəkətlərinə hüquqi qiymət verilsin. Eyni zamanda 2017-ci ildən hazırkı dövrə qədər təşkilatın fəaliyyətinin bir dəfə də olsun belə yoxlanılmamasını nəzərə alaraq, təşkilatda müvafiq yoxlamalar aparılsın”.

Redaksiyamıza daxil olan məlumatlara görə, artıq bir qrup 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar əlilləri də aidiyyəti qurumlara müraciət edərək Maral Zamanovanın dələduzluq əməllərinə hüquqi qiymət verilməsi tələb ediblər.

Şəhid ailələri necə aldadılıb?

O da məlum olub ki, Maral Qocaman 20 Yanvar şəhidlərinin bəzi yaşlı analarını, həyat yoldaşlarını da şantaj edib ki, əgər onun keçirdiyi etiraz aksiyalarına qatılmasalar, ona dəstək verməsələr, onların dövlətdən aldığı pensiyaların kəsilməsi üçün “QHT-si adından” məsələ qaldıracaq. Maraqlıdır ki, Maral Qocaman kimdir ki, dövlətin şəhid ailələrinin üzvlərinə verdiyi pensiya və ya müavinətləri kəsdirsin?!

"20 Yanvar" İctimai Birliyinin sədri, 20 Yanvar əlili Sultan Əzimzadə də 20 Yanvar şəhid ailələrinin və əlillərinin adından sui-istifadə edənlərin cəzalandırılmasını tələb edib. O, sosial mediada bununla bağlı paylaşım edib və 20 Yanvar iştirakçılarını və əlillərini diqqətli, ayıq-sayıq olmağa çağırıb: “20 Yanvar hadisələri xalqımızın tarixində faciəli və qəhrəmanlıqlarla dolu bir hadisədir. Zaman-zaman bu hadisədən kimlərsə öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışmışdır. Son dövrlərdə baş verən hadisələr, 20 Yanvar şəhid ailələrinin etiraz aksiyalarına cəlb olunması “20 Yanvar” İctimai Birliyinin sədri, xalqımızın azadlığı, müstəqilliyi uğrunda aparılan mübarizədə yaralanaraq 2-ci dərəcəli əlil olan şəxs kimi məni də narahat edir. İlk vaxtlarda bu aksiyalara münasibət bildirmək istəməsəm də, bu prosesin xroniki hal alması bir daha sübut edir ki, kimlərsə 20 Yanvar şəhid ailələri və əlillərinin qarşılaşdığı bəzi problemlərdən öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışır və şəhid ailələrinin kiçik bir hissəsini bu aksiyalara cəlb edə bilir. Ədalət naminə demək istəyirəm ki, şəhid ailələri və əlillərin bir sıra problemləri var və bu problemlər öz həllini tapmalıdır. 20 Yanvar hadisələri xalqımızın azadlığı və müstəqilliyi uğrunda aparılan mübarizədə və onun qazanılmasında önəmli rol oynadığı kimi bu gün də 20 Yanvar şəhid ailələri və əlilləri ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul olunan qanunlar, 20 Yanvar adından keçirilən aksiyalar dövlətimiz üçün xüsusi önəm kəsb edir. Hesab edirəm hansısa bir problemin hansısa məmur tərəfindən həll olunmaması, hansısa qanunlarda olan boşluqlar elə bir ciddi əsas vermir ki, müntəzəm olaraq 20 Yanvar şəhid ailələri adından xalqımızın və dövlətimizin adına ləkə gətirəcək aksiyalar təşkil edilsin. Ümid edirəm qısa vaxt ərzində müvafiq orqanlar tərəfindən bu məsələ ilə bağlı lazım olan tədbirlər həyata keçiriləcək və 20 Yanvar şəhid ailələrinin, əlillərinin eyni zamanda dövlətimizin adına ləkə gətirənlər öz layiqli cavabını alacaqlar”.

"20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədr müavini Almara Nəbiyeva da Maral Qocamanın əməllərindən şikayət ərizəsi yazıb. O, Maral Qocamanın sədrliyə keçəndən sonra təşkilatın möhürü ilə törətdiyi bütün saxtakarlıqların araşdırılmasını tələb edib.

Qeyd edək ki, Ədliyyə Nazirliyində yeni rəhbərlik QHT-lərlə iş sahəsində ciddi intizam yaradıb, şantajla, fırıldaqla, saxta üsullarla Nazirliyin iradəsinə təsir göstərmək mümkünsüz olub. Maral Qocamanın sədrlik müddəti bu ilin mayında bitsə də, Nazirlik təqdim olunan sənədlərdə problemlər aşkarladığından yeni İdarə Heyətini reyestrdən keçirməyib. Beləliklə, Maral Qocaman hazırda "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri deyil, bu addan istifadə etməsi ciddi qanun pozuntusudur.

Qrant dəllal və dələduzları üçün meydan daralır

Ümumiyyətlə, son dövrlər QHT-lərlə iş sahəsində neqativ irsdən təmizlənmə vüsət alıb, QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib. Bu yaxınlarda Zəngilanda “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda Prezident Administrasiyasının nümayəndəsinin mesajı da aparılan islahatların dərinləşdiriləcəyinə işarədir: “Hiss olunur ki, QHT fəaliyyətində əmək sərf etmiş, peşəkar, QHT fəlsəfəsinə sadiq insanlar özləri elə bir mühit yaranmasına kömək ediblər ki, işbazlar, heç bir sektorda uğur qazana bilməyib özünü burada sınamağa çalışanlar, cılız ambisiyaların əsiri olan təsadüfi şəxslər, reketliklə məşğul olanlar, qrant dəllal və dələduzları, iftira pərgarları üçün meydan sürətlə daralır. Sağlamlaşdırma tədbirləri qarşıdakı dövrdə daha da dərinləşdiriləcək, bu sahədə hüquqi alətlər işə düşəcək. QHT sektoruna asan qazanc üçün gələnləri, köhnə əyyamların xiffəti ilə yaşayanları bundan sonra da məyus etməli olacağıq”.

Sirr deyil ki, bir sıra xarici dairələr hər fürsətdə qəsdən yad, zərərli ideoloji fikirlər yaymaqla, Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, yüksək vətənpərvərlik hisslərini zədələməyə çalışır. Onların əsas məqsədlərindən biri də şəhid ailələrini mümkün qədər müxtəlif adlar altında etiraz aksiyalarına cəlb etmək, dövlətdən narazı salmaqdır. Görünür, Maral Qocamanın “tora salmaq” istədiyi bir sıra şəxslər də məhz məlumatsızlıqdan onun kimliyinə fikir verməyib, bu şəxsin atasının 20 Yanvar şəhidi olmasına görə dərinə getməyiblər. “SSRİ sevgisi”ni gizlətməyən Maral Qocamanın xarici dairələrin əlində alət kimi istifadə edilməsi ehtimalı da diqqətlə araşdırılmalıdır.
Fotoları təqdim edirik
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
QEYD: Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 

 

Ardını oxu...
Naxçıvanda illik tibbi yoxlanışdan keçmək istəyən müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur. Müəllimlər bildirirlər ki, Naxçıvan Gigiyena və Epidemiologiya Mərkəzində müayinə zamanı onların tibbi sığortası nəzərə alınmır. Şikayətçilər hesab edirlər ki, xəstəxana rəhbərliyi həm sığortadan, həm də onlardan pul almaqla, ikiqat qazanc əldə edib, yarısını ciblərinə qoyurlar.
Şərur rayon orta məktəblərinin birində dərs deyən müəllim S. Xəlilov deyir ki, haqqını tələb edənlərin işini elə çətinə salırlar ki, məcbur olub tələb olunan pulu ödəsin:
“Mən inada düşüb, 3 dəfə getdim, yenə xeyri olmadı. Sığorta adını çəkən kimi, o qapı sənin, bu qapı mənim edib, bezdirirlər. Ötən ay bir qrup müəllimlə gəlmişdik, sığortanı nəzərə almadan hərəmizdən 60 manat istədilər. Çoxu get-gələ salınacaqlarını bilib, tələb olunan pulu verdilər. Məni isə, pul vermədiyim üçün işimi çətinə saldılar. Hansı qapıya göndərdilərsə getdim, müxtəlif bəhanələr gətirib, müayinə etmədilər. Lakin, pul verənləri dərhal yola salırlar. İki dəfə gəldim, eyni vəziyyətlə üzləşdim. Üçüncüdə məcbur olub, ödədim. Çünki, işimə davam etmək üçün arayış tələb olunurdu”.
Naxçıvan şəhərindən olan başa bir müəllim Natiq Hüseynov iddia edir ki, onlardan alınan artıq pul yerli səhiyyə və təhsil nazirlikləri rəhbərləri arasında bölüşdürülür:
“Bu necə ölkədi, başa düşmürük. Sığorta ola-ola niyə müayinə üçün pul ödəməliyik. Bilirlər ki, işimizi davam etmək üçün onların verdiyi sağlamlıq haqqında arayışdan asılıyıq. Bilirlər ki, tələb etdikləri pulu vermək məcburiyyətindəyik. Hara şikayət etsək də, nəticəsi olmayıb. Nə Səhiyyə, nə də ki, Təhsil Nazirliyi cavab vermək istəyir. Bizdə olan məlumata görə, hər iki nazirlik bu məsələdə əlbirdir və bizdən alınan qanunsuz pullları ciblərinə qoyurlar“.
Gündəlik Naxçıvan
Ardını oxu...
“Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? – İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR
Cəbrayıl rayon sakini Əliyeva Məlahət İslam qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Mən, Cəbrayıl rayonundan məcburi köçkün düşən Əliyeva Məlahət İslam qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

44 il iş stajım var, 13 ilini Cəbrayıl rayonunda, 20 ilini SOCAR-da, 11 ilini isə “Bosh shelf” MMC-də işləmişəm.

Bildirim ki, “Bosh shelf” MMC-də Maliyyə Departamentinin rəisi İlham Eminbəyli vəzifəsindən sui-istifadə edir.

İşçiləri arasında məcburi köçkün və müharibə veteranları da var. 2013-cü ildə haqsız olaraq SOCAR-ın 7 nəfəri işçisini işdən çıxardılar. Mən də daxil olmaqla, 1 nəfər qaçqın, 2 nəfər müharibə veteranın maaşını 200 manat aşağı saldılar. Qorxudan heç birimiz etiraz edə bilmədik.

İlham Eminbəyli köməksiz insanların üzərindəki “qələbəni” mahnı oxuya-oxuya qeyd edirdi. Müharibə veteranı Çingiz Rüstəmovu işdən çıxarmaq üçün akt tərtib etdi və bütün mühasibatlıq əməkdaşlarına hədə-qorxu gələrək imza atdırdı. Mən isə həmin akta qol çəkmədiyimə görə, şəxsi ədavət güdərək, illərdir mənə qarşı kin saxlayır. Məhz bu səbəbdən də həmişə mənə təzyiq göstərir.

İlham Eminbəyli məni işdən çıxarmaq üçün 10 dəfə Kadrlar Şöbəsinə müraciət edib. Mən və digər imtiyazlı işçilər 700 manat, özünün işə götürdüyü işçilər isə 4-8 min arası maaş alırlar. Əlavə olaraq, onları 6-cı günlər də işə çıxardır və maaşları 10 min manata qədər yüksəlir. İlin sonunda da nə qədər bonus yazırlar...

Rəhbərliyin özü və müavini ehtimal edirəm ki, 10 min manatdan yüksək maaş alır. Heç SOCAR prezidenti o qədər maaş almır.

Biz bilmək istəyirik ki, vaxtilə “Əsrin müqaviləsi” xalqın rifahı, yoxsa bunların kef sürub dolanması üçün bağlanılıb?
Ardını oxu...
Hər dəfə Kadrlar Şöbəsinə çağırılanda böyük sarsıntı keçirirdim və bu insanla üzləşməmək üçün 2024-cü ilin sentyabr ayında ərizəmi yazdım. Təəssüflə qeyd edirəm ki, Kadrlar Şöbəsi ərizəmin üstünü yazıb, maaşımın 2 mislini vermədi. Bu cür insanlara nə ad vermək olar?!”

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti